VİDADİ AĞDAMLI – QƏRƏNFİL

Qərənfil

Otuz ildi ağlayır,
Məzar üstə qərənfil.
Ürəkləri dağlayır,
Boyu bəstə qərənfil.

Şəhidlər xatirəsin,
Yad edir insanlarla,
Yayıb obaya səsin,
Ağlayır məzarlarla.

Azadlığın uğrunda,
Haray etdi hamıya,
Şəhidlərin yolunda,
Çağrış etdi dünyaya.

Şəhid qanın bəzədi,
Yas saxladı Bakıda,
Məzarlar üstə gəzdi,
Beləcə qaldı yadda.

Baş əyirəm qarşında,
Ağla,qərənfil ağla!
Yenə fani dünyada,
Düşmən ürəyin dağla.

Qobu Park 20-01-2020.

Müəllif: VİDADİ AĞDAMLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Qocalıq

QOCALIQ

(Ustacı)

Zaur, qocalırsan gəl al boynuna,

Artıq, uşaq-muşaq girir qoluna,

Utanma, ayıbmı insan oğluna?

Rahat ol, yaşlanmaq mütləq ucalıq.

*   *   *

Ustacsan, tacını almısan artıq,

Samandan yükün var, tavan da yırtıq,

Ta saçın seyrəlib, ovurd da batıq,

Ağlın yerindədir, uzaq bicalıq,

Cahili qorxudar, ancaq qocalıq!

19.01.2020 (18:35) Bakı.


<<<<XİDMƏTLƏR>>>>

Müəllif: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZİYAFƏT TOVUZLU

SÖZLƏR

Hər nə gəldi yazmayın
Olar, olmaz yozmayın.
Sırasını pozmayın
Şöhrətdi, şandı sözlər.

Müqəddəsdi, gülməyin
Hər nə desə dinləyin.
Mənasızdı deməyin
Gövhəri-kandı sözlər.

O dəryadı, dənizdi
Gör necə saf, təmizdi.
Düşünməyin qəlizdi
Mehriban candı sözlər.

Körpüsüdü hər dilin
Gəlin, qədrini bilin.
Nolar, ürəkdən sevin.
Xoşbəxt məkandı sözlər.

           HƏSRƏTİNDƏYƏM

Yaşıl yaylaqların, buz bulaqların
Nərgizin, lalənin həsrətindəyəm.
Şırşırın, Əsriyin sulu çayların
Dağların, bağların həsrətindəyəm.

Hələ çalınmamış yaşıl otların
Yalmanı sığallı kəhər atların.
Oyanıb sübh çağı, ötən quşların
Nəğmənin, cəhcəhin həsrətindəyəm.

Ləhcəsi gözəldi, dilləri ballı
Yaz-yayı nəğməli, qışı nağıllı.
Dağların qoynunda qız tək sığallı
Elimin, obamın həstətindəyəm.

              HƏSRƏT

Bir həsrət yatır ki, içimdə mənim
Azdırıb ruhumu, yolunu tapmır.
Ağrıdır qəlbimi, olubdur qənim
Unudub sağını, solunu tapmır.

Bir həsrət yatır ki, içimdə mənim
Boylanır gözlərim yollara sarı.
Ağlayır içimdə bir körpə kimi
Darıxır, çırpınır, qollara sarı.

Bir həsrət yatır ki, içimdə mənim
Gülümə yetməyir, canıma çatmır.
Göynəyir sübhədək, incidir məni
Dincliyi tanımır, rahatlıq tapmır.

Bir həsrət yatır ki, içimdə mənim
Danışa bilməyir, susur dinməyir.
Ziyafət adında bəxtsiz gəlinin
Dərdi də pünhandı, kimsə bilməyir…

                GEDİRƏM

Ömür – günüm hey sınağa çəkildi
İmtahanı verə-verə gedirəm.
Bu həyatım əzabamı yaranıb?
Dərdə baxın, görə-görə gedirəm.

Bu dünyanın yaraşığı ləldimi?
İnsan oğlu, bir qərara gəldimi?
Yaşadığım xeyirdimi, şərdimi?
Baş sındırıb, çözə-çözə gedirəm.

İnsanlığın insanlığı azalıb,
Şərəf gedib, qeyrət isə az qalıb.
Çəkə-çəkə, ürəyim də yuxalıb
Ziyafətəm, dözə -dözə gedirəm.

                SEVGİNİN 

Tarixi bilinmir, yaşı bilinmir.
Əzəli gözəldi, sonu bilinmir.
Yaddaşa həkk olur, qəlbdən silinmir
De, nədən yarandı adı sevginin?

Könüllər qul olur, dillər lal baxır
Gah gülür gözlərin, gah ağlar baxır.
Düşdüyü yerləri yandırıb, yaxır.
Sönməyir nədənsə odu sevginin.

Ziyafət, amandı dərinə getmə
Özünü çox yorub, sirrini bilmə.
Güvənib naşıya könlünü vermə
Bilinməz qohumu, yadı sevginin.

Müəllif: Ziyafət Tovuzlu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

Qoymayın alışar anamız Cahan

Bu sonsuz fəzada nə bir kəsi var

Üzündə hələ də yanğın hisi var.

Qor düşsə alışmaq təhlükəsi var

Qoymayın alışar anamız Cahan

Yer üçü ocaqlıq quru talaşa

Fitnə, kin dönübdür od saçan daşa

Vay odur qoç kimi gələ baş-başa

Qoymayın alışar anamız Cahan

Fikirlər yüyənsiz, cilova gəlməz

Quyuya daş atar bir nadan, bilməz.

Gəlsə yüz ağıllı çıxara bilməz.

Qoymayın alışar anamız Cahan

Sinəsi ah çəkən bir isti körük

Yağır kürəyində dərdi-qəmi yük

Bir zərrə atanı özündən böyük

Qoymayın alışar anamız Cahan

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 30 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac “DAĞLAR”-ı təqdim edərkən – “SARI AŞIQ ” ƏM

19 yanvar 2020 – ci il tarixində Badamdar qəsəbəsi BƏYOĞLU şadlıq sarayında “SARI AŞIQ ” adına sazlı – sözlü ədəbi məclisinin növbəti yığıncağı zamanı “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru şair -publisist Zaur Ustac Dədə Ələsgərin anadan olmasının 200 illiyi ilə əlaqədar yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “DAĞLAR” kitabını məclis iştirakçılarına təqdim etdi. Məhdud sayda kitablar bu günə qədər əldə etməmiş iştirakçlara hədiyyə olundu. Ustad aşıq – şair Adil Cəfakeş və araşdırmaçı yazar Niftalı Göyçəli kitab haqqında xoş sözlər dedi. 



“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Müəllif: Əminə Elsevər

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAİRLƏR MÜKAFATLANDIRILDI

Mehman Göytəpəli “İÇİMDƏN PAYIZ KEÇİB ” kitabını təqdim etdi.

Bu gün 19 yanvar 2020 – ci il tarixində saat 11 – 00 da Badamdar qəsəbəsi BƏYOĞLU şadlıq sarayında “SARI AŞIQ ” adına sazlı – sözlü ədəbi məclisinin növbəti yığıncağı keçiridi. Tədbiri giriş sözü ilə açan ustad aşıq, şair Adil Cəfakeş 20 yanvar şəhidlərinin ruhunu 1 dəqiqəlik sükutla yad etdikdən sonra məclisin idarəsini şair-publisist Balayar Sadiqə tapşırdı. Balayar Sadiqin moderatorluğunda məclisin bugünkü tədbirlər proqramı olduqca zəngin oldu. Tədbirin gedişində bir çox şairlər mükafatlandırıldı. “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru şair -publisist Zaur Ustac Dədə Ələsgərin anadan olmasının 200 illiyi ilə əlaqədar yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “DAĞLAR” kitabını məclis iştirakçılarına təqdim etdi. Məhdud sayda kitablar bu günə qədər əldə etməmiş iştirakçlara hədiyyə olundu. Ustad aşıq – şair Adil Cəfakeş və araşdırmaçı yazar Niftalı Göyçəli kitab haqqında xoş sözlər dedi. “HAQQIN SƏDASI ” qəzetinin , “MOLLA NƏSRƏDDİN ” jurnalının təsisçisi və redaktoru, “SƏDA” TV – nin rəbəri, “SARI AŞIQ “ƏM – nin bədii rəhbəri publisist , şair Mehman Göytəpəlinin doğum gününə və “İÇİMDƏN PAYIZ KEÇİB ” kitabının işıq üzü görməsinə həsr olunmuş “SARI AŞIQ ” adına sazlı – sözlü ədəbi məclisinin bu növbəti yığıncağı olduqca maraqlı, yadda qalan oldu. Tədbirin gedişi zamanı ustad aşıq, şair Adil Cəfakeş şair Mehman Göytəpəlini “SARI AŞIQ ” Məclisinin Fəxri Diplomu ilə təltif etdi. Şair – publisist Zaur Ustac “SARI AŞIQ ” Məclisinin rəhbəri ustad aşıq, şair Adil Cəfakəşə “Ustac” Milli Mükafatını, şair Mehman Göytəpəliyə “Ziyadar” Mükafatını təqdim etdi. Məclisin davam etdiyi müddət ərzində rəssam Sehran Allahverdi kətan üzərində səbəkarın – Mehman Göytəpəlinin portretini çəkdi. Söz adamlarından Niftalı Göyçəli, Hacı Vahid Çəmənli, Elçin Məlhəmli, Təvəkkül Goruslu, Damət Salmanoğlu, Mürvət Qədimoğlu Həkəri, Hacı İlham Qurbanoğlu, Qəzənfər Məsimoğlu, Nudidə Misir, Sevda İbrahimli, Xuraman Camalqızı və başqaları məclisə öz iştirakları ilə rəng qatdılar. Sazlı-sözlü məclis xoş ovqatla başa çatdı. Tədbirdən fotolar:

Tədbir ustad aşıq, şair Adil Cəfakeş təşəkkür nitqi ilə yekunlaşdı:

“Bu şəraiti bizim üçün yaradıb sarayın qapılarını üzümüzə taybatay açan sarayın rəhbəri Bəybala müəllimə və bütün əməyi olanları hər birinə öz adımdan və bütün məclis iştirakçıları adından təşəkkür edirəm. “



“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Müəllif: Əminə Elsevər

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TALEH XƏLİLOV

HESABAT UĞURUN ÖZÜLÜDÜR !    

Bəli bu sözün əsl mənasında cidi bir işlə məşğul olan şəxsin həyatı demək olar ki, hesabatlar zəncirindən ibarətdir. Bu zəncirin ilk halqası hər günün yekununda mən bu gün nə etdim, hansı məsədimə nail ola bildim? Sualına tapılan cavabla başlayır və həftənin, ayın, rübün, nəhayət ilin yekunu ilə bitir. Hərə növbəti mərhələnin sonunda alınan cavablar ümumi uğurun tərkib hissəsi olub fəaliyyət sahəsindən asılı olmayaraq, istənilən şəxsin inkişafı üçün vacibdir. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Taleh Fərman oğlu Xəlilovun 2019-cu ildə dərc оlunmuş еlmi, tədris-mеtоdik və elmi-publisistik işlərinin S İ Y A H I S Ina nəzər saldıqda ötən 2019-cu ili gənc alim üçün qənaətbəxş saymaq olar:

İşin adı İşin növü Nəşriyyat, jurnal və s. İşin həcmi Həmmüəllif-lər
1 Orta əsr Azərbaycan mütəfəkkirlərinin şəxsiyyət tərbiyəsi haqqında fikirləri Dərs vəsaiti Naxçıvan: Məktəb, 2019 102 s.  
2 Ümumi pedaqogika Proqram Naxçıvan: Məktəb, 2019 28 s.  
3 Müasir şəraitdə şəxsiyyətin formalaşması prosesində tarixi-nəzəri fikrin öyrənilməsinin əhəmiyyəti Məqalə Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, Naxçıvan, Qeyrət, 2019, № 1 (98) 4 s.  
4 Muxtariyyət dövründə Naxçıvanda müəllim kadrlarının hazırlığı Respublika Elmi Konfrans “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi”nə həsr olunmuş konfransın materialları, Naxçıvan Dövlət Universiteti, Naxçıvan, Qeyrət, 2019 4 s.  
5 Nahçivan’da pedagojik eğitimin gelişiminde Ordubad ilkokulu’nun rolü Məqalə Karadeniz Araştırmaları Dergisi, Cilt 16, sayı 63, Türkiye, Ankara, 2019   8 s.  
6 Milli lider Haydar Aliyev’in eğitim ve terbiye ile ilgili görüşleri Beynəlxalq Elmi Konfrans Hoca Ahmet Yesevi 1.Uluslararası Bilimsel Araştırmalar Kongresi, Türkiye, Adıyaman, 2019 7 s.  
7 Muxtariyyət dövründə Naxçıvanda ali və ortaixtisas təhsilin inkişafi məsələsi   Respublika Elmi Konfrans “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi”nə həsr olunmuş “Muxtariyyətin bəhrələri: Naxçıvanda elm və təhsil” mövzusunda keçirilmiş konfransın materialları, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan, Məktəb, 2019 5 s.  
8 Özerklik döneminde Nahçivan’da eğitimin durumu   Hoca Ahmet Yesevi 2.Uluslararası Bilimsel Araştırmalar Kongresi, Türkiye, Erzurum, 2019    
9 Kurikulumun yaranması və inkişafı məsələsi Tezis “Ümumi təhsildə kurikulum: nəticələr, reallıqlar və perspektivlər” mövzusunda keçirilmiş konfransın materialları, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan, Məktəb, 2019 2 s.    
10 Nahçivan’da eğitimin gelişmesinde kaza okullarının öğretmenlerinin ve öğrencilerinin rolü Beynəlxalq Elmi Konfrans 8th International Congress on Social Sciences, China to Adriatic, Afghanistan, Kabul, 2019 10 s.  
11 Naxçıvanda maarifçilik ideyalarının inkişafında Cəlil Məmmədquluzadənin rolu   Respublika Elmi Konfrans Cəlil Məmmədquluzadənin 150 illik yubleyinə həsr olunmuş “Dünyada sözdən böyük yadigar yoxdur” mövzusunda keçirilmiş konfransın materialları, Naxçıvan Dövlət Universiteti, Qeyrət, 2019 5 s. Çapda
12 XX əsrin əvvəllərində Naxçıvanda maarifçilik ideyalarının inkişafında Naxçıvan ədəbi mühütinin rolu   Respublika Elmi Konfrans “XX əsr Naxçıvan ədəbi mühiti” mövzusunda keçirilmiş konfransın materialları, Naxçıvan Dövlət Universiteti, Qeyrət, 2019 7 s. Çapda
13 Bağımsızlık döneminde Nahçıvan’da eğitimin durumu Məqalə Sosyal Bilimler Elektronik Dergisi Yıl: 3, Sayı: 5, Aralık 2019 7 s.  
14 Azerbaycan’da ders programı oluşturma, içerik ve uygulaması Tezis 3rd International Zeugma Conference On Scientific Researches, Turkey, Gaziantep, 2019 2 s.  
15 Bağımsızlık döneminde Nahçıvan’da yüksek eğitimin durumu Tezis 3. Uluslararası Avrasya Sosyal Bilimler Kongresi, Türkiye, Muğla, 2019 2 s.  
16 Celil Memmedguluzadenin aydınlanma fikirleri Tezis 4. Uluslararası GAP Sosyal Bilimler Kongresi, Türkiye, Şanlıurfa, 2019 2 s.  
17 Özeriklik döneminde Nahçıvan’da eğitimin oluşumu və gelişimi Tezis XI. International Congress On Social Sciences, China To Adriatic, Turkey, Bursa, 2019 2 s.  
18 Sehrli kitab Elmi-publisistik məqalələr   “Təzadlar” qəzeti. Bakı, 19 noyabr 2019 – cu il, № 51 (2236)    
19 ”Gülünün şeirləri”   Elmi-publisistik məqalələr “Ədalət” qəzeti, Bakı, 13 noyabr 2019-cu il, № 175 (5639)    
20 Zaur Ustacın kitabı haqqında Elmi-publisistik məqalələr tehsilshurasi.az    
21 Sevimli kitab   Elmi-publisistik məqalələr “Həftə içi” qəzeti. Bakı, 06 noyabr 2019-cu il, № 75 (2643)    
22 Zəhmətkeş yaradıcılığın bəhrəsi   Elmi-publisistik məqalələr yazarlar.az    
23 Vahid Rzayevin kitabı haqqında   Elmi-publisistik məqalələr ustac.az    
24 Monoqrafiya haqqında   Elmi-publisistik məqalələr naxcivanxeberleri.com    
25 “Kitabi-Dədə Qorqud” dastanı xalq pedaqogikasının tükənməz xəzinəsidir Elmi-publisistik məqalələr nuhcixan.az    
26 “Kitabi-Dədə Qorqud” dastanı xalq pedaqogikasının izləri Elmi-publisistik məqalələr naxcivanxeberleri.com    
27 Sinif-dərs sisteminin tarixinə müfəssəl baxış   Elmi-publisistik məqalələr nuhcixan.az      
28 “Kitabi-Dədə Qorqud” dastanında əqli və fiziki tərbiyə Elmi-publisistik məqalələr ntv.az    


“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mehman Göytəpəli

Bu gün – 18 yanvar- gözəl insan, səmimi dost, sevimli şair ‎Mehman Göytəpəlinin ad günüdür. Bu gün münasibəti ilə şairi təbrik edir , can sağlığı, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Ad gününüz mübarək, Mehman müəllim!!!

QEYD:

Yeri gəlmişkən sabah sevimli şair ‎Mehman Göytəpəlinin yeni kitabının təqdimatı olacaq. Giriş sərbəst. Gəlmək istəyənləri elanda qeyd olunan ünvanda gözləyirik:

ELAN !
Salam dəyərli saz – söz adamları və dəyərli saz – söz sevərlər :
“SARI AŞIQ ” adına sazlı – sözlü ədəbi məclisinin növbəti yığıncağı 19 yanvar 2020 – ci il tarixində saat 11 – 00 da Badamdar qəsəbəsi BƏYOĞLU şadlıq sarayında keçiriləcək. Məclisimizin bu sayı çox dəyərli insan, “HAQQIN SƏDASI ” qəzetinin , “MOLLA NƏSRƏDDİN ” jurnalının təsisçisi və redaktoru, “SƏDA” TV – nin rəbəri, “SARI AŞIQ “ƏM – nin bədii rəhbəri publisist , şair Mehman Göytəpəlinin doğum gününə və “İÇİMDƏN PAYIZ KEÇİB ” kitabının çap olunması ərəfəsinə təsadüf etdiyi üçün, məclisin bu sayında məclisdə Mehman Göytəpəli yaradıcılğından danışmaq qərarına gəldik.
Hər bir poeziyasevəri Mehman Göytəpəli poeziyasının işığına dəvət edirəm.
Məclisdə iştirak etmək istəyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, 53 nömrəli avtobusun istiqamət xəttində dəyişiklik olduğu üçün, ELMLƏR AKADEMİYASI metrosunun qarşısından 3 nömrəli avtobusla gəlib Badamdarda ARAZ MARKETİİN qarşısında düşüb yol aşağı BƏYOĞLU ŞADLIQ sarayına çox rahat gedə bilərlər. Ara məsafəsi təxminən 200metrə qədərdir.
Keçmiş Əzizbəyov heykəlinin yanından isə 53 nömrəli avtobusla gəlib düz BƏYOĞLU şadlıq sarayının qarşısında düşüb saraya daxil olsunlar.
20 yanvar və Azərbaycan nəşriyyatının qarşısından isə 29 nömrəli avtobusla gəlib həmin avtobusun son dayanacağında düşərək soruşub rahat şəkildə həmin ünvana gedə bilərsiniz. Ara məsafəsi təxminən 200metrə qədərdir.
İçəri şəhər istiqamətindən isə 31 nömrəli avtobusla gəlib Badamdarda 29 nömrəli avtobusun son dayanacaqda düşüb yenə soruşub rahat şəkildə həmin ünvana gedə bilərsiniz.
Göstərilən tarixdə və ünvanda məclis sizləri gözləyir.
Hər biriniz məclisə dəvətlisiz dəyərli saz – söz adamları.
Bu şəraiti bizim üçün yaradıb sarayın qapılarını üzümüzə taybatay açan sarayın rəhbəri Bəybala müəllimə və bütün əməyi olanları hər birinə öz adımdan və bütün məclis iştirakçıları adından təşəkkür edirəm.
Gəlməkdə çətinlik çəkənlər və maraqlananlar bu nömrə ilə mənimlə əlaqə saxlaya bilər.
070 233 30 79.

XÜSUSİ QEYD:

“DAĞLAR” almanaxının iştirakçılarından bu günə qədər kim əldə edə bilməyibsə, məhdud sayda kitab müəlliflərə hədiyyə olunacaq.


“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sayman Aruzla Şamaxı şəhərində görüş olacaq

ELAN – BİLDİRİŞ

2020-ci il 22 yanvar saat 12:00 -da Şamaxı Dövlət Regional Kollecində tanınmış şair, nasir, dramaturq, Azerbaycan Yazıçılar Birliyinin Güney Azerbaycan şöbesinin müdiri Sayman Aruzla görüş keçiriləcək. Bütün Şamaxı sakinləri və həmin gün bu qədim və gözəl şəhərdə, ustad Nəsimi ocağında olacaq hər kəs tədbirə dəvətlidir. GİRİŞ SƏRBƏST


“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ПУТЬ К СВОБОДЕ

POEMAPOEZİYATƏQDİMATWWW.USTAC.AZWWW.YAZARLAR.AZ

ПОЭМА>>>>>>>>ПУТЬ К СВОБОДЕ

ƏDALƏT BƏDİRXANLININ POEMASI BURADA>>>AZADLIĞA GEDƏN YOL

POEMAPOEZİYATƏQDİMATWWW.USTAC.AZWWW.YAZARLAR.AZ


DİQQƏT !!!

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru