Qələndər Xaçınçaylı

QARABAĞ
Çirkin oynlardan çıxa bilmirsən,
Övladın qoynundan düşübdür pərəm.
Hardadır Koroğlu, o igid ərən,
Girovda qalmısan anam, Qarabağ!

Edilən zülmətə, əsarətə bax,
Dağılmış yurduna, xəsarətə bax,
Kimdir içimizdə o satqın, alçaq?
Yoxdur cəzasını alan, Qarabağ!

Bəsirət gözlərim kor olub mənim,
Yad eldə, obada gör olub mənim,
Torpağı qan qoxur ana vətənin,
Bu qədər şəhidi olan, Qarabağ!

Həqiqət qoynunda yalan gizlənir,
Şeytan yuvasında ilan gizlənir,
Papağın altında iman gizlənir,
Sabaha açılır yalan, Qarabağ.

Sağalmaz yaran var, yaramın üstə,
Başından çəkilmir duman da, his də,
Nə olar, millətdən sən qeyrət istə,
Dağ çəkən, dağlanan, yanan, Qarabağ.

Hanı cəsarətin, hanı hünərin?
Bil, gözü sən idin bütün bəşərin,
Ey mənim əlçatmaz gözəl dilbərim,
İlbəil saralıb, solan, Qarabağ.

Bizləri imana, sən dinə gətir,
Qəlbimizdə vətən sevgisi bitir,
O çöllər, o torpaq ah, nalə çəkir,
Bu cür sən yaşama, talan, Qarabağ!.

Analar göz yaşın quruda bilmir,
Bu dərdi, bu səri unuda bilmir,
Artıq yalanları uda da bilmir,
Sinəmdə sağalmaz yaram, Qarabağ.

Müəllif: Qələndər Xaçınçaylı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qələndər Xaçınçaylı “Vintsas” Mükafatına layiq görüldü

zərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış jurnalist, şair-publisist Qələndər Xaçınçaylının “Dəyişmirik” kitabının təqdimatı keçirildi. Tədbiri filologiya üzrə elmlər doktoru, folklorşünas İslam Sadıq açraq bu gün tanınmış və istedadlı şair Qələndər Xaçınçaylının ”Dəyişmirik” adlı yeni kirabının işığına yığışdığını dedi: “Sözügedən kitaba son dövürlərdə qələmə aldığı şeirləri və “Dəyişmirik” poeması daxil edilib.

Müəllif müasirlərinin və eləcə də bütövlükdə yeni dünya adamının düşüncə aləminə nüfuz etməyə çalışır. Bu aləmdə duyduqlarını poetik sözə çevirir. Q. Xaçınçaylının poeziya dili rəvan və aydındır. Fikirləri başadüşülən, qavranılandır, O, şeirlərində publisistikada olduğu kimi, öz oxucuları ilə birbaşa danışa bilir. Qələndərin özü kimi şeirləri də saf və bütövdür. Onun yaradıcılığının əsas qayəsini  Qarabağ dərdi, yurd həsrəti. bu gün işğal altında qalmış doğulduğu Ağdam yanğısı  təşkil edir. Bir sözlə, Qələndər vətənpərvər şairdir”.

Ədəbiyyatşünas, tənqidçi alim Qurban Bayramov söylədi ki, Qələndər Xaçınçaylı Kolanı elində doğulub, böyük bir nəslin övladıdır: “Babası Behbud kişi müsavatçı olub. Ona “Kolanı Behbud” deyə müraciət edərdilər, çox qorxmaz kişi olub. Rus imperiyasına, bolşeviklərə qarşı vuruşub. Azərbaycan Cümhuriyyətinin yaradılmasında bir cəsur döyüşçü kimi, o kişinin də böyük xidmətləri olardı. Erməni daşnakları onun adından qorxardılar. Qələndər də babası kimi mərddir, istedadlı şairdir. Keçən əsrin 80-ci illərindən ədəbiyyata gəlib. Qələndər Xaçınçaylı öz yazılarında aktual mövzulara, düşündürücü problemlərə toxunur, milli-mənəvi dəyərlərin carçısı kimi çıxış edir. Şeirlərində də belədir. O həmişə çalışır ki, mühüm əxlaqi-mənəvi məsələlərə toxunsun… Qələndər Xaçınçaylı bütün varlığı, ruhu ilə şairdir. Onun qələmi milliliyimizin, dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir. Mən Qələndərin Azərbaycan Respublikası  Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr elədiyi “Güllə işığında” povestinə ön söz yazmışam. Hadisələr 20 Yanvar qırğını günlərində və erməni işğaıçıları ilə Qarabağda gedən bölgələrində cərəyan edir. Çox gözəl bir əsərdir. Qələndərin yaradıcılığının böyüklüyü ondan ibarətdir ki, müasirliyi ilə seçilir, köhnəlikdən çox uzaqdır, yaradıcılığına yenilik gətirib. Real hadisələrdən yazır. Həyatda olan insanlardan yazır, adlarını da olduğu kimi göstərir. Bu da hər bir oxucuda xoş təəssürat yaradır.

Bir sözlə, səmimiyyət, saflıq, vətənpərvərlik duyğuları onun şeirlərinin əsas leytmotividir. Bununla yanaşı, Vətən həsrəti, Qarabağ dərdi şairin  yaradıcılığının ana xəttini, mənəvi qatını rəşkil edir”.

Onu da qeyd edək ki, təqdimatda  professor Qurban Bayramov çox şirin və munis söhbəti, qəlbəyatımlı nitqi ilə Natəvan klubunda Qarabağ əhval-ruhiyyəsi yaratdı. Qurban müəllim Qələndər Xaçınçaylının yaradıcılığını təhlil etməklə yanaşı, tariximizə, mənəvi dəyərlərimizə də toxunaraq, yaxın-uzaq keçmişə qayıtdı, əzəmətli və möhtəşəm məkanı – Ağdamı gözlərimizin önündə canlandırdı. Şuşadan söhbət saldı, Xan əmini xatırladı, sanki bir daha hansı yurdu erməni tapdağında qoyduğumuzu bizlərə bəyan etdi…

Söz adamlarından Ramiz Məmmədzadə, Allahverdi Eminov, Musa Ələkbərli, Hikmət Xudiyev, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin,Təranə Məmməd, Maşallah Məftun, Zaur Ustac, Sərvaz Hüseynoğlu  və başqaları Qələndər Xaçınçaylının yaradıcılığından söz açdılar, şeirlərinin özəl xüsusiyyətlərini qeyd etdilər.

Sonda şair – publisist Zaur Ustac yazarlar adından Qələndər Xaçınçaylıya “Vintsas” mükafatını təqdim etdi.

Olduqca maraqlı və digər analoji tədbirlərdən xüsusi ab-havası ilə fərqlənən məclis (bütün çıxış və söhbətlər, demək olar ki, Qarabağ, Vətən mövzusu üzərində qurulmuşdu) Qələndər Xaçınçaylının şeirlərindən nümunələr səsləndirilməsi ilə başa çatdı. Kitablar imzalandı, xatirə şəkilləri çəkdirildi.

Müəllif: Azad Əliyev

MƏNBƏ:Hafta.az – Onlayn  ictimai-siyasi  qəzet (22.11.2019) Azad Əliyev

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bu gün müəllim-şair Afət Mürşüdqızının doğum günüdür!

Bu gün – 26 iyul gözəl insan, sevimli müəllim, özünəməxsus yaradıcılığı ilə seçilən şair Afət Mürşüdqızının doğum günüdür! Ad günü münasibəti ilə Afət xanımı təbrik edir, yeni-yeni uğurlar arzu edirik. Uğurlarınız bol olsun, Afət xanım!!!

QISA ARAYIŞ

AFƏT XƏLİLOVA – MÜRŞÜDQIZI HAQQINDA

Tanınmış şair və respublikamızın qabaqcıl təhsil işçilərindən AFƏT XƏLİLOVA – MÜRŞÜDQIZI 26 iyul 1962-ci ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 14 mart 1992 – ci ildən Bakı şəhəri Nizami rayonu 201 N:-li məktəbdə Azərbaycan dili, Ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamış, müxtəlif dövürlərdə məktəbin rəhbər heyyətində çalışmışdır. AFƏT XƏLİLOVA – MÜRŞÜDQIZI pedaqoji fəaliyyətlə yanaşı ədəbi yaradıcılıqla da məşğuldur. O “Bənövşəm” adlı seçmə şeirlər kitabının müəllifidir. Bütün bunlardan əlavə AFƏT XƏLİLOVA – MÜRŞÜDQIZI DİM-in, Təhsil Nazirliyinin müxtəlif tədbirlərində və eləcə də məktəbin gündəlik həyatında ictimai fəaliyyəti ilə seçilir. Onun yaradıcılığı və pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş müxtəlif mükafatlarla təltif olunmuşdur. AFƏT XƏLİLOVA – MÜRŞÜDQIZI hal-hazırda Bakı şəhəri Nizami rayonu 201 N:-li məktəbdə Azərbaycan dili, Ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyət göstərir və ədəbi yaradıcılıqla məşğuldur. O Müstəqil Yazarlar Konfederasiyasının (MYK) üzvü və sədrlərindən biridir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AFƏT XƏLİLOVA – MÜRŞÜDQIZI