Vidadi Ağdamlı – Missiya

Axı bu dünyaya niyə gəlmişik!?

Həyat dolaşıqdı yolu daş-kəsək,
Axı bu dünyaya niyə gəlmişik.
Gəldikki dünyadan biz bir gün gedək?
Nəyi qazanmışıq,nə itirmişik,
Axı bu dünyaya niyə gəlmişik.

Bağ meyvəsin qıyır,bağban qıymayır,
Nadan haqsız olur kimsə saymayır,
Arzular hey uçur ümüd tapmayır,
Bu dünyanın biz nəyini sevmişik?
Axı bu dünyaya niyə gəlmişik.

Xainlər qol açır dörd bir tərəfdə,
Sənə yol göstərir adi hərifdə,
İllərə qoşulur hər ötən həftə,
Ayları unudub,qəmə düşmüşük,
Axı bu dünyaya niyə gəlmişik.

Məmur qapısında yatıbdı kasıb,
Gör neçə insanlar özünü asıb,
Ürəyim bu dərddən xəstəlik tapıb,
Yanaqdan nə qədər yaşı silmişik,
Axı bu dünyaya niyə gəlmişik.

Bəlkədə qınayar çoxları məni,
Unudur dünyada sevən,sevəni,
Dünya bir fanidir udacaq səni,
Doğulanda biz bunu bilməmişik,
Axı bu dünyaya niyə gəlmişik.

Müəllif: VİDADİ AĞDAMLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XƏLİL ADIGÖZƏL

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 6 Noyabr 1985 ) gözəl insan, sadiq dost, tanınmış şair, peşəkar filoloq ‎ XƏLİL ADIGÖZƏLin doğum günüdür. Ad gününüz mübarək, ‎XƏLİL  müəllim. Böyük Allahdan Sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə uğurlar arzu edirik. Var olun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAYIL DOSTU – AY VƏTƏN

VƏTƏN, AY VƏTƏN

Başın daşdan daşa o qədər dəyib,
Zalımlar, haqsızlar qəddini əyib,
Haqqını çox zaman özgələr yeyib,
Damını daşlayıb hər yoldan ötən,
Başın nələr çəkib, yazıq, ay Vətən

Daşın ağır olub, düşüb başlara,
Çox qucaq açmısan qəlbi daşlara,
Hərdən haq vermisən başı boşlara.
Dağıdıb, sökübdü səni hər yetən,
Başın nələr çəkib, yazıq, ay Vətən.

Qəlbin tikə – tikə, sinən də dağlı,
Şərəfin ləkəli, qaralı – ağlı,
Elliklə olmadıq, biz Qarabağlı.
Yurda dönük çıxdıq, itirdik nədən,
Başın nələr çəkib, yazıq, ay Vətən.

Durub gözləyirik, bilmirəm kimi,
Guya gələsidir haqqın hakimi,
Özüməm dərdimin yalnız həkimi,
Dərmanım, əlacım özümdə zatən,
Başın nələr çəkir, yazıq, ay Vətən.

Siz ey mənsəb, yağlı tikə güdənlər,
Milləti düşmənə, dosta bölənlər,
Yağını yox, bir-birini didənlər,
Qarabağ başımız – başsız nə bədən?
Başın nələr çəkir, yazıq, ay Vətən!

Müəllif: MAYIL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Süleyman Abdulla

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 5 Noyabr 1965 ) çox dəyərli dostumuz gözəl insan, tanınmış şair ‎ Süleyman Abdullanın doğum günüdür. Ad gününüz mübarək, ‎ Süleyman müəllim. Böyük Allahdan Sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə uğurlar arzu edirik. Var olun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAHİRƏ NAĞIQIZI

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 4 Noyabr 196 0) ADPU-nun filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü, şairə ‎Mahirə Nağıqızının doğum günüdür. Ad gününüz mübarək, Mahirə xanım‎. Böyük Allahdan Sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə uğurlar arzu edirik. Var olun!!! Uğurlarınız bol olsun !!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Vidadi Ağdamlı – Qoy gedim

QOY GEDİM, QAYTARMA MƏNİ DÜNYAYA
Gəlişi dəhşətdi, gedişi yaman,
Qoy gedim, qaytarma məni dünyaya.
Hərəyə bir taleh yazıb yaradan,
Bulud tənə edir, artıq durnaya,
Qoy gedim, qaytarma məni dünyaya.

Tülkü toyuqlara çobanlıq edir,
Dovşan şir önündə darğalıq edir,
Siçan pişik üçün yorğalıq edir.
Qarğa rişxənd edir,göldə sonaya,
Qoy gedim, qaytarma məni dünyaya.

Ayı nərə çəkmir, aslanlar susub,
Pələng qarşısında çaqqallar durub,
Sərçələr oxuyur,bülbüllər susub.
Açılmır ürəyim baxsam haraya,
Qoy gedim, qaytarma məni dünyaya.

Cənnət guşəmizdə dığalar gəzir,
Şairi bu dərdlər tapdayır,əzir
Toyuq qarşısında xoruzlar əsir.
Həsrətli qalmışıq cənnət-qalaya,
Qoy gedim, qaytarma məni dünyaya.

Sazan lal qalıbdı kilki önündə,
Bir məna qalmayıb qeyrət sözündə,
Alçaqlar tük gəzir mərdin gözündə.
Siçan yaman dolub, bizim tarlaya,
Qoy gedim, qaytarma məni dünyaya.

Vidadini yaman sıxdı bu dövran,
Xəcalət çəkirəm, Dubay yolundan,
Keçi xərc istəyir, bu gün qoyundan.
Baş əyir begamont,hərdən tulaya
Qoy gedim, qaytarma məni dünyaya.

Müəllif: VİDADİ AĞDAMLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Abdulla Məmməd

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 4 Noyabr 1963 ) çox dəyərli dostumuz gözəl insan, tanınmış şair, sevimli müəllim ‎Abdulla Məmmədin doğum günüdür. Ad gününüz mübarək, ‎Abdulla müəllim. Böyük Allahdan Sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə uğurlar arzu edirik. Var olun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TOFİQ QƏBUL – “63”

gəldi “63”

Keçdi aram-aram, keçdi illərim,
Altmışı adladım sakit çay kimi.
Ömrü yavaş-yavaş içdi illərim,
Gəldi altmış üç də şirin pay kimi.

Yolum yoxuş oldu, ağrıdı dizim,
İllər hərdən-hərdən söylədi mənə;
-”Qəlbini sıxma sən, sıxma, əzizim,
Sabaha gedərkən boylan dünənə.

Ötdü uşaq çağım, ötdü gəncliyim,
Sanki kərpic-kərpic hördüm illəri.
Bəzisi sükutum, hərdən dincliyim,
Bəzisi andırır coşqun selləri.

İlim var, taleyim onun əlində,
İlim var, Günəşi qəlbə gətirib.
İlim var, şeirlər bitib dilimdə,
İlim var, eşqimi salıb itirib.

İlim var, azadlıq bayrağı kimi.
İlim var, Qarabağ oduna düşüb.
İlim var, ömrümün bıçağı kimi.
İlim var, həmişə yadıma düşüb.

İllərim dağ oldu, zirvəsində mən.
Həyat məktəbindən dərs ala-ala.
Min-min sınaq gördüm, min-min imtahan.
Üzü ağ yaşadım, şükürlər ola.

Ömür zirvəsində yaşamaq çətin,
Şaxtası, çovğunu, min əzabı var.
”Ağsaqqal” sözünün ağır siqlətin
Yaşın çoxluğu yox, ağıl daşıyar.

Keçdi aram-aram, keçdi illərim,
Altmışı adladım sakit çay kimi.
Ömrü yavaş-yavaş içdi illərim
Gəldi altmış üç də şirin pay kimi.

26.10.2019.

Müəllif: TOFİQ QƏBUL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏQVİMDƏ BU GÜN

Təqvimin bu günü çox dəyərli şair dostlarımız;

Tofiq Qəbulun,

İqbal Nehmətin və

Füzuli Soltanının doğum günüdür. Bu əlamətdar gün münasibəti ilə onları təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Лейла Алиева

Коснись руки моей

Коснись руки моей, я невзначай прошу!
Там дождь! Под ним безропотно танцую!
Молчит мой Ангел, разумом грешу!
Лишиться ведь Эдема не рискую!

Глаза открыла музыка с небес!
А знаешь, мне не в радость просыпаться!
Глаза закрой, там мир! Там мир чудес!
Не мне тебя учить страх не бояться!

Пусть вижу все! Все, что прошла душа!
И вижу больше, чем глазами, вижу!
Проходит время плавно, не спеша!
Убить смогу, но не возненавижу!

Здесь музыка и танцы, зов крови!
Сказали, кровь с любовью не рифмуют!
Но разве в жилах кровь есть без любви?
Где тот мудрец, что правила диктует?

Послушай, нет, не завтра, не вчера!
Судьба сведет нас, как никто не знает!
Пусть песня твоих мыслей до утра
Меня, как-плед от ветра, укрывает!

Автор: Лейла Алиева

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru