EH MARALLAR, MARALLAR…

“EV BAZARI” və “MAKLER – VİP” N- 001 (0001) 08.06.2019 – BAKI.

Qasım bəy Zakir – Əbdürrəhim bəy Haqverdiyev yanaşması, Seyid Əzim Şirvani – Cəlil Məmmədquluzadə fikri və tam fərqli Mirzə Ələkbər Sabir düşüncə tərzinə böyük hörmətlə “Ev bazarı” və ya “Makler -VİP” buraxılışlarında müasir sirli kölgələrə işıq salmağa çalışacağıq…

XATIRLATMA:

Dəqiq bilirəm ki, Əbdürrəhim bəy sağ olsaydı belə deyərd: – Eh marallar, marallar milyon illərin təkamülü sizdən yan keçir…

və ya

Rəhmətlik Mirzə Cəlil belə xitab edərdi: – Ey dirisi ilə rusca, ölüsü ilə ərəbcə danışmağa məhkum binəvalar, indi də qarnınız üçün ingiliscə danışmağa məcbursuz, vay o günə ki, firəngcə öyrənməyə möhtac olasız… Allah bizi o gündən saxlasın, Amin, Amen…

BİRİNCİ BURAXILIŞ – RƏHMƏTLƏ ANIRIQ…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Adil Cəfakeş “Vintsas” Mükafatına layiq görülüb

07 iyun 2019-cu il tarixində Badamdar qəsəbəsində xanım Sədaqət Əzizovanın rəhbərlik etdiyi Tofiq Məmmədov adına 239 saylı tam orta məktəbdə tanınmış söz adamı, əsl xalq sənətkarı, Adil Cəfakeşin “AĞAM ALIDI ” təcnislər və yeni çapdan çıxmış “AZMIŞAM ÖZ İÇİMDƏ ” adlı kitablarımın təqdimatı və oxucularla görüşü baş tutdu. 
Məclisdə tanınmış söz-sənət adamları iştirak etdilər. Tədbirin gedişi zamanı şairə “Yazarlar” jurnalını baş redaktoru cənab Zaur Ustac tərəfindən “VİNTSAS MÜKAFATI” təqdim olundu.

TƏDBİRDƏN FOTOLAR:

Ustac.az olaraq bu münasibətlə Adil müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün gənc yazar Etibar Həsənzadənin doğum günüdür. Ad günün mübarək, Etibar!!! Uğurların bol olsun!!!

QISA ARAYIŞ:

Etibar Oktay oğlu Həsənzadə 7 iyun 1992-ci il tarixində Azərbaycanın Daşkəsən şəhərində anadan olmuşdur. O, 2010-cu ildə Anar Mursəlov adına Daşkəsən şəhər 2 saylı orta məktəbi bitirmişdir. O, AYB-nin, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvü, Avrasiya İncəsənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (AİMƏEF) və Türkman Ədəbiyyatçı və Yazıçılar Birliyinin üzvüdür. Həsənzadə 2014-cü ilin sentyabr ayında BSU-nin Yaradıcılıq Fakültəsinin dinləyicisi olmuş, 2016-cı ildə həmin fakültədən məzun olmuşdur. Etibar Prezident Təqaüdçüsüdür.

Ustac.az olaraq bir daha Etibarı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Adil Cəfakeşlə görüş keçrilib

Bu gün – 07 iyun 2019 – cu il tarixində saat 15 – 00 da Badamdar qəsəbə İcra nümayəndəsi cənab Natiq Abbasovun və Badamdar qəsəbə Bələdiyyəsinin sədri cənab Təzəxan Məmmədovun dəstəyi ilə, Badamdar qəsəbəsində xanım Sədaqət Əzizovanın rəhbərlik etdiyi Tofiq Məmmədov adına 239 saylı tam orta məktəbdə tanınmış söz adamı, əsl xalq sənətkarı, aşıq – şair Adil Cəfakeşin “AĞAM ALIDI ” təcnislər və yeni çapdan çıxmış “AZMIŞAM ÖZ İÇİMDƏ ” adlı kitablarımın təqdimatı və oxucularla görüşü baş tutdu. 
Məclisdə tanınmış söz-sənət adamları iştirak etdilər. Tədbirin gedişi zamanı şairə Badamdar qəsəbə Bələdiyyəsinin sədri cənab Təzəxan Məmmədov tərəfindən “FƏXRİ FƏRMAN” və Yazarlar jurnalını baş redaktoru cənab Zaur Ustac tərəfindən “VİNTSAS MÜKAFATI” təqdim olundu. Adil Cəfakeş sonda öz təşəkkürlərini çatdırıb:“Uzaqdan, yaxından gələn bütün qonaqlara və  dəstəyə görə Natiq müəllimə, Təzəxan müəllimə və tədbirin keçirilməsi üçün yaratdığı şəraitə görə məktəbin direktoru Sədaqət xanıma minnətdarlıq edib təşəkkür edirəm.” 

Ustac.az olaraq bir daha Adil müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bu gün Hacıxanım Aidanın doğum günüdür…

Bu gün tanınmış yazar, din xadimi, “Ustac” Milli Mukafatının laureatı Hacıxanım Aidanın doğum günüdür. Ad gününüz mübarək, Aida xanım!!! Sizə uzun və sağlığlı bir ömür, fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik!!! Var olun!!! Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC 20 N-li MƏKTƏBDƏ

Zaur Ustac bu gün – 04.06.2019 – cu il tarixində Bakı ş. Arif Hüseynzadə adına 20 N-li tam orta məktəb-liseyin IV və 5 yaşlılardan ibarət Hazırlıq siniflərinin təşkil etdikləri tədbirdə iştirak etmişdir. Tədbirin sonunda Zaur Ustac fərqlənən şagirdləri “Bəhmənyar” və “Rövşən Hüseynov” Mükafatları ilə təltif etmişdir. Zaur Ustac tədbir haqqında qısaca olaraq fikrini belə ifadə etmişdir: “Uşaqlarla bir yerdə olmaqdan gözəl və zövqverici ikinci bir məşğuliyyət tanımıram…”

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – DÜŞÜB

DÜŞÜB

Sayı itib ayın, günün, saatın,

Ürəyimə atəş düşüb, od düşüb…

Haçan gəlim ağ əlini  öpməyə?

Ürəyimə nabat  düşüb, qənd düşüb…

*        *        *

Əl öpənin çox olmasın, tək olum,

Məcnun kimdi, Kərəm kimdi yek olum,

Qoy həmişə nübar olum, ilk olum,

Ürəyimə gilas düşüb, tut düşüb…

*        *        *

Ustacın qibləsi çöhri-qəməri,

O da istər desin zikri-qəməri,

Niqabın gizlədib fitri-qəməri,

Bir zeh göstər, ürəyimə mət düşüb…

16.06.2018. Bakı. (08:18)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

MAYIL DOSTU – QALIB

Q A L I B

Ümidlər sozalır, inamlar itir,
Arzu boşa çıxır, gümanlar itir,
Şeytan at oynadır, imanlar itir,
Deyəsən, bizimki Allaha qalıb.
***
Bədxahı, zalımı basıb döyəsən,
Xainin üzünə tutub, söyəsən,
Qardaşım, inanın mənə– deyəsən,
Çarə and içməyə, “Vallah”a qalıb.
***
Həqiqət yaşmanır, utanır doğru,
Daha gözə girir dələduz, oğru,
Qurtarmır milləti üzən bu ağrı,
Ümid “təvəkkülə”, “pənaha” qalıb.
***
Şit tərif ət tökür, meydan sulayır,
Gerçək qorxusundan quyruq bulayır,
Ləyaqət çaqqala dönüb, ulayır,
Kürsülər yaltağa, məddaha qalıb.

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 4 İyun 1969 ) dəyərli həmkarımız Namiq Həsənovun doğum günüdür. Ad gününüz mübarək, Namiq müəllim. Bu xoş gününüzdə Uca Yaradandan Szilər üçün möhkəm can sağlığı, işlərinizdə müvəffəqiyyətlər diləyirik. Var olun. Uğurlarınız bol olsun…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru