TOFİQ QƏBUL – DAĞLARIN

DAĞLARIN

Buludları ağuşuna sıxanda
Gözlərindən yaş süzülür dağların.
Namərd düşmən köksü üstə çıxanda
Sinəsinə daş düzülür dağların.

Oba olur, elat olur qarışı,
Şimşək ilə qoşa düşür yağışı,
Pələng olur, qartal olur baxışı,
Bulağından dürr süzülür dağların.

Gecəsinə dağ keçisi həyandı,
Zirvələri daim ulduz sayandı,
Milyon ildir ehram olub dayandı,
Göylərindən Ay asılır dağların.

Ağrı dağdan Kəmki dağa ”salam” var,
Haçadağ tək iri gövdə balan var,
Əlincə tək dağ qalanı salan var,
Hikməti var daş yazılı dağların.

Azərbaycan, bu dağların yaşıdın,
Aranınla, dağlarınla yaşadın,
Atəşini zirvələrə daşıdın.
İlmə-ilmə hey çözülür dağların.

15.04.2019.

ƏLİNCƏDAĞ

Dağlar igid oğullar tək halay tutub,
Dövrələyib Əlincəni, Haçadağı.
Şimşəklər də bu dağlarda ocaq çatıb,
Bu atəşdən pərən düşüb min-min yağı.

Daş yazılı salnamədir Əlincədağ,
Heç susmayan bir nəğmədir Əlincədağ.

Sanki nəhəng piyalədir şərab dolu,
Bu millətin sağlığına qalxıbdır o.
Hər qayası, hər bir daşı vuran qolu.
Neçə-neçə fatehləri yaxıbdır o.

Boy-buxundur, bir qamətdir Əlincədağ,
Dözüm, səbr, dəyanətdir Əlincədağ.

Zirvələrdə qala qurub Vətən oğlu,
Hətta Teymurləngi belə susdurub o.
Köləliyi əzib, qırıb Vətən oğlu.
Düşmən üstə nərəsini əsdirib o.

Təbiətin bəxşişidir Əlincədağ,
Naxçıvanın naxışıdır Əlincədağ.

Əlincəçay aram-aram axır yenə,
Nəiminin məzarı bir ziyarətgah.
Şəhidlərin nur ələnir çöhrəsinə,
Yoxdur daha qəvi düşmən, xəyanətkar.

Əshabi-kəhf dualıdır Əlincədağ,
Müstəqillik şüarıdır Əlincədağ.

Bu gün yurdun övladları qol qaldırıb,
Əlincədağ qalasını qurub yenə.
Bu dağ qala sinəsində yol saldırıb,
Yenə gəlib dünyamızın səhnəsinə.

Tariximin şah əsəri Əlincədağ,
Qalaların ən əzəli Əlincədağ.

Alqış Nuhun torpağına, min-min alqış !
Qan yaddaşım təzələnir, pöhrələnir.
Quruculuq, səlqə-sahman min bir naxış
Naxçıvanda günəş olub şölələnir.

Babaların yadigarı Əlincədağ,
Naxçıvanın şah vüqarı Əlincədağ.

20.06.2016.

EHRAM

Bu da Yeni il.
Döyür pəncərəmi
soyuq küləyi,
ağ qarıyla.
Bu da Yeni il.
İsidir ümidlərimi
ağ şəfəqli sabahlarıyla.
Baxıram pəncərədən.
Şəhərim ağ-ağ çiçəklər açıb.
Boylanıram uzaqlara,
bəs gözəlim Haçadağım
haraya köçüb?
Bu an görürəm
ağ düzənlikdə
dünyaya boy göstərən
nəhəng ağ ehramı.
Haçadağım
qışın oğlan çağında da
heyran qoyur adamı.
Haçadağım-milyon illik sirdaşım,
Haçadağım-əyilməyən başım.
Haçadağım-ürəyim, qanım, canım.
Haçadağım-bütövlük və əbədiyyət
ünvanım-Azərbaycanım !

25.12.2007.

AĞRI DAĞI

Ağrı dağı xəbər verir 
dünyanın yaranışından,
Xəbər verir
bəşər tarixinin yaşından.
Saçları bəmbəyaz,
Zümzüməsi xan Araz.
Baxır təbəssümlə Gəmiqayaya,
Axı Nuhun gəmisi
bir vaxt söykənmişdi oraya.
Ağrı dağı qoruyur ağırlığını,
Kimsəyə bildirmir
kədərini, ağrıdığını.
Ona-”Araratsan”-deyənlərə,
süfrəsinin artığını yeyənlərə
ikrahla baxır,
Tanrı dağlarının əllərini
məhəbbətlə sıxır.
Heyrət doğurur
əzəməti, ucalığı.
O, türk ellərinin türk dağı.
Ey türk oğlu !
Qalx Ağrı dağına,
Boylan türkün dünyasına.
Səsini qat
türk-oğuz ellərinin
əbədi qardaşlıq simfoniyasına !

15.03.2011.

TABLO

Külək qara bulud gətirən zaman
İnci sular ilə dolur təbiət.
Ağaclar yuyunur tozdan, torpaqdan.
Özünü sahmana salır təbiət.

Yağış damlaları nəğməyə dönür,
Çaylar da nəğməyə nəğmə qatırlar.
Quşlar heyran-heyran baxır yuvadan,
Güllər başdan-başa şehə batırlar

İldırım təbildən vəcdə gələrək
Dağlar yallı tutur dağ vüqarıyla.
Bu gün dəstəbaşı Qapıçıq dağı,
Başında çalması dümağ qarıyla.

Günəş hərdən-hərdən boylanır yerə,
Buludlar al-əlvan rəngə boyanır.
Göy yerə bənd edir göy qurşağını,
Fırlanan Kürəmiz sanki dayanır.

Heyranam bu anın gözəlliyinə,
Bu nəhəng tablodan şair güc alar.
Bu anı köçürdüm şeirimə ki,
Bəlkə, bu ehtişam yadigar qala.

17.10.2006.

Müəllif: Tofiq Qəbul‎ 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aşıq HEYDƏR – Dağların…

DAĞLARIN
(Ağbaba folklorundan örnəklər )
Aşıq Heydər (1867-1949)

Duman – çiskin basıb, görünməz olub,
Görünmür yaxası, başı dağların.
Mətahdı, qızıldı, gövhərdi, ləldi,
Torpağı, qayası, daşı dağların.

Gözündən tökülür qan ilə yaşı,
Özü də başlayıb dərdlə savaşı.
Yenə yada düşür pendir – lavaşı,
Dadlı çəkməcəsi, aşı dağların.

Nə vaxtdı irağam, sinəm dağlıdı,
Oraya uzanan yollar bağlıdı.
Aşıq Heydər naləlidi – ahlıdı,
Bu il betər gəlib qışı dağların.


DAĞLARIN

Çəkilmir başından duman – çiskini,
Nə betər dəyişib halı dağların.
Qar gəlib yolları – izləri tutub,
Ağarıb yamacı – yalı dağların.

Sökülüb binəsi, köç edib ellər,
Başlayıb əsməyə boranlar, yellər.
Çağlamır bulaqlar, kükrəmir sellər,
Çəkilib heyvanı, malı dağların.

Heydər qan ağlayır, yurddan gen düşüb,
Qəzanın qədəri – “Xoya” yön düşüb.
Dərdə ac – yalavac, ləlöyün düşüb,
De hanı motalı, balı dağların!?

Qeyd:– Xoy cənubi Azərbaycanin şəhəri

Ağbaba aşıqları. (Ağbaba mahalı)

İLKİN MƏNBƏ: Abulfat Heydar

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün Ağdam ədəbi mühitinin tanınmış nümayəndəsi, peşəkar jurnalist, incə runlu şair, iti qələmli publisist və nəhayətdə gözəl insan, hamımızin sevimlisi Qələndər Xaçınçaylının doğum günüdür. Ad gününüz mübarək, Qələndər müəllim. Uca Yaradandan Sizə uzun və sağlıqlı ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Hörmətlə: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FÜZULİ SOLTAN

Bir də Vətən mənə oğul deyərmi!

(Bir məclisdə çıxış edərkən Mehman Mayilxanlı qardaşımız belə bir ifadə işlətdi: “Azərbaycan yeganə dövlətdir ki, hər tərəfdən öz torpaqlqrı ilə həmsərhəddir”…….)

Hər tərəfdən həmsərhəddi özüylə,
Mənə necə baxsın ANA gözüylə?!
Könlümü oxşayıb “OĞUL” sözüylə
Vətən mənə oğul deyərmi bir də!

Dərbənd, Təbriz deyən dillərim susdu,
Susdu, Borçalıda ellərim susdu.
Göyçədə sonalı göllərim susdu,
Vətən mənə oğul deyərmi bir də!

Başını qaldırdı gözü basıldı,
Danışmaq istədi, sözü basıldı.
Köksünə Xocalı közü basıldı,
Vətən mənə oğul deyərmi bir də!

Təpələndi, dərələndi, dağıldı,
Bərəsi uçuldu, bəndi dağıldı,
Pənahəli xanın kəndi dağıldı,
Vətən mənə oğul deyərmi bir də!

Ağ damları başa qara bağladı,
Qəlbi Şuşa boyda yara bağladı.
Gümanını uzaqlara bağladı,
Vətən mənə oğul deyərmi bir də!

Məmməd Araz olub mən də deyərdim:
“Vətən mənə oğul desə nə dərdim!”
Çoxdan bu fürsəti əlimdən verdim,
Vətən mənə oğul deyərmi bir də!

13.04. 19

Müəllif: FÜZULİ SOLTAN

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Vətən sənsən!” layihəsi

“Vətən sənsən!” Vətənpərvərlik layihəsi

“Vətən sənsən!” Bakıda gənc liderlər məktəbində Vətənpərvərlik layihəsi çərçivəsində tanıtım-müzakirələr…

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi kitabxana.net – Milli Virtual-Elektron Kitabxananın təşkilatçılığı iləhəyta keçirilən layihə haqında YYSİB sədri, layihə rəhbəri Aydın Xan Əbilovgeniş məlumat verib, tanınmış şairlər Balayar Sariq, Rəşid Faxralı, Elşad can Şamil, İltimas Səmimi, eləcə də YYSİB-çilərdən Ayxan Əbilli, Rüstəm İsmayılov, Nihad Əbilli və ictimai fəalların iştirakıyla müzakirələr aparılıb!

Aydın Xan Əbilov bildirib ki, Azərbaycan Respublikasının Gənclər Fondunun üçaylıq maliyyə dəstəyi ilə (2018-ci ildə maliyyə yardımı müsabiqəsi) Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən, kitabxana.net/ – Milli Virtual-Elektron Kitabxananın “İntellektual əsgər”: İnternet, sosial şəbəkələr, e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ-innovativ təbliği” adlı kulturoloji layihəsi çərçivəsində yazılı və elektron KİV-də, TV və İnternet mediada, sosial şəbəkələrdə təbliğat xarakterli materiallar hazırlanıb yayılır.

Kreativ-bədii layihənin bu hissəsini maliyyələşdirən qurumlar:
Azərbaycan Gənclər Fondu – youthfoundation. az

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi: yysq.kitabxana.net 
Bu silsilədən olan digər digər e-kitablarını buradan oxuyun:
kitabxana.net/?oper=e_kitabxana&cat=183

“İntellektual əsgər”: İnternet, sosial şəbəkələr, e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ-innovativ təbliği” adlı kulturoloji layihəsi çərçivəsində hazırlanan Feysbukda səhifəmizi və virtual kursu buradan izləyin: www.facebook.com/kreativesger

İLKİN MƏNBƏ: AYDİN XAN EBİLOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

EHKAM – ZAUR USTAC

EHKAM
(“Qırxında öyrənən görunda çalar”)
“Susuz quyu su tökməklə sulanmaz,”
Gic doğulan, gic böyüyər, gic ölər…
Ər oğuldan, ər törəyər, mərd olar,
Soysuz doğsa, bic yetirər, bic bələr…
* * *
Heyvanın cinsi var, bitkinin kökü,
Qarışmaz, tək durar, hər kəsin tükü,
Kimsəyə yüklənməz, kimsənin yükü,
Kimi tez anlayar, kimi gec bilər…
* * *
Ustac, iki doqquz, edər on səkkiz,
Arif bu sinindən səhv etməz hərgiz,
Qanmazsa, qovalar, teylər dörd doqquz,
Qırxda qurşaq tutar, boşa güc eylər…
14.04.2019. (18:38) Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Любовь…

Можно в меру быть добрым и в меру скупым…

Можно в меру быть умным и в меру пустым…

Можно в меру смеяться и в меру шутить,

Но никак не получится в меру… любить…


ПЕРВОИСТОЧНИК: Любовь❣

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


Abdulla Cəfər – Qaytarın…

Qaytarın mənə
Uymadım yalançı şana-şöhrətə,
Alüdə olmadım mala-sərvətə.
Yurdumda dözərəm, hər bir zillətə,
Dağılmış yuvamı qaytarın mənə.

Öz qarğı atımla, gəzim oylağı,
Meşədə, çəməndə minim ulağı.
Sərin sudan içim, öpüm bulağı,
Sökülmüş komamı qaytarın mənə.

Qabarsın əllərim, zəhmət çəkərəm,
Bağ-bağca salaram, toxum əkərəm,
Odun doğrayaram, zəmi biçərəm,
Baltamı, yabamı qaytarın mənə.

Haqqı, ədaləti, həmişə danan,
Dünyaya özünü, hökmüran sanan.
Tüstüsü çıxmayan, həsrətdən yanan,
Kül basmış sobamı qaytarın mənə.

Allahım imdad et, dayanma gendə,
Beləmi yazılıb, imanda, dində?
Azacam yolumu, dumanda-çəndə,
Doğma el-obamı qaytarın mənə.

Müəllif: ABDULLA CƏFƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru