“Dağlar” – yeni kitab

Seçmə şeirlərdən ibarət “DAĞLAR” adlı yeni kitab – antologiya işıq üzü görüb. Bu kitab Dədə Ələsgərin (1821 – 1926) anadan olmasının 200 illik yubiley tədbirləri çərçivəsində nəşr olunub. Almanaxda bizə məlum olan ilk nümunələr də daxil olmaqla, əksər “Dağlar” adlı nəzm nümunələri toplanmışdır. Bu məqsədlə 21.03.2018 – ci ildən etibarən mütəmadi olaraq KİV (EKİV) və sosial şəbəkələr vasitəsi ilə müasir yazarlar da məlumatlandırılmış, (#daglar200 haştağından istifadə etməklə) “DAĞLAR – 200” layihəsi başladılmış, şeirlərin toplanma tarixinin son günü 29.04.2019 olması barədə dəqiq məlumat verilmişdir. Nümunələrin toplanmasında heç bir limit olmamışdır. Dədə Ələsgərin ruhu qarşısında baş əyir, bu “Dağlar” çələnginin yubiley münasibəti ilə gözəl hədiyyə olacağını düşünürük.

Kitabı əldə etmək istəyənlər, Bakı şəhəri, İnşaatçılar metro stansiyasının üstündə, “LİDER KİTAB EVİ”– nə müraciət edə bilərlər. Kitab – almanax sonadək bir pəncərə qaydasında bu ünvanda olacaq:

Kitab xeyriyyə məqsədi ilə nəşr olunur. Odur ki, heç bir kommersiya marağı yoxdur və gəlir əldə olunması nəzərdə tutulmamışdır. Satışından əldə olunacaq vəsait növbəti “Ana şeirləri” və “Hər məktəbə dörd kitab” layihələrinin icrasına yönəldiləcəkdir. Almanaxın müəlliflərin razılığı ilə elektron variantı da nəzərdə tutulmuşdur. E-kitab hazırlanıb elektron kitabxanalara yerləşdiriləcək.

TƏŞƏKKÜR

Bu işdə bizə təmənnasız dəstək olduqları üçün “Red N Line MMC” -nin rəhbəri Xaqani müəllimə və “LİDER KİTAB EVİ” – nin meneceri Elşad müəllimə bütün “DAĞLAR – 200” layihəsi iştirakçıları adından öz təşəkkürümüzü bildiririk.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SALAM İBRAHİMOĞLU

“MƏZƏLİ ƏHVALATLAR” KİTABI

Redaktoru Eldar Qəhrəmanov olan bu kitabda Qarabağın məşhur rəngkar-yazarı Salam İbrahimoğlunun fırça təbiətli özünəməxsus qələmindən çıxmış kiçik “hekayə – felyeton” ları toplanmışdır. Uca Yaradanın heç nə əsirgəmədiyi bu diyarın – Qarabağın dilbər guşələrindən biri olan, olduqca mülayim iqlimli Yusifcanlı kəndinin baməzə-qonaqpərvər insanlarının başına gələn hadisələri Salam İbrahimoğlu orijinal bir dillə, incə yumorla, ibrət alınacaq şəkildə oxuculara təqdim edir. Kitabdakı əhvalatlarının böyük əksəriyyətinin qəhrəmanı Cümşüd Kişi (Qəhrəmanov Cümşüd) həyatda olmuş real şəxsdir və səmimi, sadəlövh, ürəyiaçıq, əliaçıq olduğu qədər də yeri gələndə ciddi, sərt, zəhmli, qatı dindar bir şəxsdir. Adı çəkilən kitab Salam İbrahimoğlunun sayca onuncu kitabıdır. Yazar bu kitaba görə “Ziyadar” Mükafatına layiq görülüb. Salam müəllimə can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru