İNGİLİS DİLİ

ÜÇÜNCÜ SİNİFLƏR ÜÇÜN İNGİLİS DİLİ:

Bu xüsusi ilə üçüncü sinif şagirdləri üçün Zaur Ustac tərəfindən hazırlanmış Azərbaycan Respublikası Təhsil Nazirliyinin tələblərinə uyğun məktəblərin üçüncü siniflərinin tədris proqramı ilə üst-üstə düşən, onu dəstəkləyib, möhkəmlənməsinə və inkişaf etdirilrməsinə xidmət edən 39 həftəlik ingilis dilində bir uşaq-oyun tədbirlər planıdır.

NİYƏ BİZ VƏ NƏTİCƏ NƏ OLACAQ?:

  1. Siz məşğələlərə başlamamış artıq nəticə barədə əlinizdə konkret plan var. (Bu plan Respublikamızda hal-hazırda mövcud olan heç bir hazırlıq kursunda yoxdur.)

BİZ NƏ ÖYRƏDİRİK ?:

  1. Şagirdlərimiz özlərini ifadə etməyi bacarırlar.
  2. Ən yaxın çevrəsi haqqında tam məlumata sahib olurlar.
  3. Dərs vəsaitlərindən və kitablardan müstəqil istifadə etməyi bacarırlar.
  4. Artıq dördüncü sinifdə onların ingilis dili dərsi barədə heç bir köməkçiyə ehtiyacları olmur. Bütün tapşırıqlarını sərbəst və müstəqil şəkildə yerinə yetirirlər.
  5. İngilis dilində mütaliə vərdişləri formalaşdırırıq.
  6. Məşğələ vaxtı ancaq ingilis dilində ünsiyyətdə olmağı öyrənirlər.

MƏŞĞƏLƏLƏR VƏ ƏLAVƏLƏR:

1.Şagirdlər iki fərqli istiqamətdə (tədris vəsaitləri) və müvafiq məktəb dərsliyi əsasında məşğul olurlar. Bundan əlavə müntəzəm olaraq müxtəlif müsabiqələr və yarışlar keçirilir və qaliblər mükafatlandırılır.

TƏMİNAT:

1.Şagirdlər dərs vəsaitləri və ləvazimatlarla təmin olunurlar. Dərslər – mövzular – məşğələ zamanı nəzarətçi-müəllimin iştirakı ilə yerində mənimsənilir. Heç bir ev tapşırığı nəzərdə tutulmamışdır.

MÜDDƏT:

  1. Üçüncü siniflər üçün nəzərdə tutulan bu proqrqm tədris proqramlarına uyğun hər il sentyabrın 15 də başlayır və iyunun 15 – də bitir.
  2. Şagirdlər həftənin beş günü təyin olunmuş vaxtda – hər gün – məşğələlərdə iştirak edirlər.

GÜZƏŞT:

  1. Üçüncü sinifdə bütün proqram boyu bizim dnləyicimiz olmuş şagirdlər dördüncü sinifdə həftənin bir günü heç bir ödəniş nəzərdə tutulmayan köməkçi-nəzarət məşğələlərinə dəvət olunurlar.

QEYD:

Proqram üçüncü siniflər üçün nəzərdə tutulmasına baxmayaraq ehtiyac hiss edən dördüncü sinif şagirdləri də qatıla bilərlər. Sadəcə bu halda onlar məşğələlərdə üçüncü sinif dərsliyi ilə iştirak edib, öz məktəb tapşırıqları ilə həftədə bir dəfə olan ödənişsiz dördüncü sinif məşğələlərində məşğul olacaqlar. Əgər ancaq dördüncü siniflərdən ibarət böyük bir qrup formalaşarsa onlarla ayrıca məşğul olmaq olar. Bu halda olnların məşğul olduqları iki istiqamət ümumi proqrama uyğun qalır, yalnız dərslik kimi öz dördüncü sinif kitablarından istifadə edirlər.

=========================================================

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

                                                Əlaqə:

Tel: (+994) 70-390-39-93        E-mail:   zauryazar@mail.ru

 WWW.USTAC.AZ                                    © Zaur USTAC.