AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün Qulu Ağsəsin ad günüdür. Doğum günü münasibəti ilə Qulu müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun, Qulu müəllim!!! Var olun, gözəl insan !!!

QISA ARAYIŞ:

Qulu Ağsəs 20 aprel 1969-cu ildə Ağdamda doğulub. (mənbə: vikipediya)

1993-cü ildə mükafat almışdır. “Avropa” qəzetində işləmişdir. Dövlət radiosunda proqramı var. “Azərbaycan qadını” jurnalının da əməkdaşıdır. Prezident təqaüdçüsüdür.

27 mart 2014-cü ildə “Ulduz” jurnalının baş redaktoru təyin olunub. Qulu Ağsəs bu təyinata qədər jurnalın baş redaktor müavini olmuşdur.

ŞAİRİN DİLİNDƏN ŞEİRLƏR:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün Ağdam ədəbi mühitinin tanınmış nümayəndəsi, peşəkar jurnalist, incə runlu şair, iti qələmli publisist və nəhayətdə gözəl insan, hamımızin sevimlisi Qələndər Xaçınçaylının doğum günüdür. Ad gününüz mübarək, Qələndər müəllim. Uca Yaradandan Sizə uzun və sağlıqlı ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Hörmətlə: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN XALQ YAZIÇISI ÇİNGİZ ABDULLAYEVİN AD GÜNÜDÜR

BU GÜN DÜNYA ŞÖHRƏTLİ AZƏRBAYCANLI, RESPUBLİKAMIZIN XALQ YAZIÇISI, EYNİ ZAMANDA MÜASİRİMİZ, HAMIMIZ ÜÇÜN ƏLÇATAN, SADƏ, SƏMİMİ, GÖZƏL İNSAN ÇİNGİZ ABDULLAYEVİN DOĞUM GÜNÜDÜR. AD GÜNÜ MÜNASİBƏTİ İLƏ ÇİNGİZ MÜƏLLİMİ TƏBRİK EDİR, YENİ-YENİ YARADICILIQ UĞURLARI ARZU EDİRİK. GÖRƏK ÇİNGİZ MÜƏLLİM ÖZÜ BU GÜN BARƏDƏ NƏ DÜŞÜNÜR: (…Спасибо всем, кто поздравляет! Для сведения – родился 7 апреля в хороший день Благовеста, который признают все мировые религии. В этот день дева Мария узнала, что родит сына Иисуса. Эту благую весть принес Архангел Гавриил. С евреями и христианами все понятно. Но и мусульмане особо почитают деву Марьям…) Mənbə: CHİNGİZ ABDULLAEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – TUNCAYA

TUNCAYA

(Ad günün mübarək, Tuncay!!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

10.10.2011. Bakı.

MÜƏLLİFİN ÖZ DİLİNDƏN:

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac

O BİR MƏLƏKDİR…

13 FEVRAL ZƏHRANIN AD GÜNÜDÜR…

2017 – ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutuldu. Təxribat nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak oldular.

Bu gün Alxanlı faciəsində erməni vəhşiliyinin qurbanı olan Zəhra balanın ad günüdür. Yaşasaydı, 3 yaşı olacaqdı. Düşmənin “qəfil gülləsinə” diksindi o gün balaca Zəhra… Nə baş verdiyinin fərqinə varmadan, anlamadan perik düşdü uvasından, isti ana qucağından… Uçdu göylərə – o bir mələkdi – süzür bizi… Qınayır bizi… Ad günün mübarək, Zəhra… Bizi bağışlama, Zəhra… BİZİ BAĞIŞLAMA….

FOTODA ZƏHRA  NƏNƏSİ  İLƏ.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ