Gülşən Mustafa

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 31 Oktyabr 1972 ) gözəl insan, peşəkar müəllim, sevimli şair Gülşən Mustafanın doğum günüdür. Ad gününüz mübarək, Gülşən xanım!!! Sizə uzun ömür, can sağlığı və bütün işlərinizdə uğurlar arzu edirik!!! Uğurlarınız bololsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TURAL TURAN

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 28 Oktyabr 1989 ) gənc yazar Tural Turanın doğum günüdür. Ad gününüz mübarək, Tural müəllim. Uca Yaradandan Sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik… Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Arzu Kazımqızı Nehrəmli

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün (27 Oktyabr 1970) gözəl insan, ‎dəyərli söz adamı, sevimli şair, tariximizin keşiyində mərdi-mərdanə dayanmış alim Arzu Kazımqızı Nehrəmlinın doğum günüdür. Ad günü münasibəti ilə ‎Arzu xanımı təbrik edir, həm yaradıcılıqda, həm də elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayır və onun söz dünyasından bir neçə nümunə təqdim edirik:

QISA ARAYIŞ:

Arzu Kazım qızı Nehrəmli- şair, tarix üzrə fəlsəfə doktoru, 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İlk “Əbədi sevgi” adlı şeirlər kitabı 1997-ci ildə, “Tənha qu nəğməsi” şeirlər kitabı  2001-ci ildə nəşr olunmuşdur. Bu il Arzu Nehrəmlinin  “Unutmağı öyrənirəm” adlı yeni kitabı “Elm və təhsil” nəştiyyatı tərəfindən çap edilib. Elmi kitabı isə 2008-ci ildə çapdan çıxıb. Onlarla elmi və publisist məqalələrin müəllifidir. Sözlərinə 50-yə yaxın musiqi bəstələnmişdir.

YARADICILIĞINDAN NÜMUNƏLƏR:

Yoluna davam et, uğur, ürəyim

Elədən beləyə dərdə yol açdın,

Üstü ələk-vələk, yağır ürəyim.

Nə bir üsyan etdin, nə də ki, çaşdın,

Sındın, əyilmədin, məğrur ürəyim.

Hər gələn nə varsa, çəkdin üstünə,

Buna tab gətirməz nə köks, nə sinə,

Axı, sən ürəksən, səs ver səsimə,

Bir dillən, bir danış, bağır, ürəyim.

Bir dəvə yükünlə karvan gəzirəm,

Axıdıb sellərə, saman gəzirəm,

Təzdən peşman olub aman gəzirəm,

Qorxuram çatlayar, yığır ürəyim.

Sən kökü dərində məzhəb imişsən,

Oxuna bilməyən sənəd imişsən,

A mənim güvəncim, sən nə imişsən?

Özü dünya boyda yumruq ürəyim.

Məndən çəkdiyini ud qram-qram,

Nə aldın, alırsan, bac alammıram,

Onsuz da səninlə bacarammıram,

Yoluna davam et, uğur, ürəyim.

Dərd gəlib dərdinin üstünə, Vətən.

Sənə dəyən mənə dəyib keçibdir,

Qəddimi, belimi əyib keçibdir,

Bu nə ağrı-acı, bu nə biçimdir,

Yüz ildir, min ildir xəstənəm, Vətən.

Bağın, bağçaların dad gəzən yerdə,

Necə çiçək açsın yad gəzən yerdə?

Kül altda ocağın od gəzən yerdə

Boğulum, kor olum tüstünə, Vətən

Torpaq nalə çəkib, göy ağlayıbsa,

Hələ gəlin könlün yas saxlayıbsa,

Qınında qılıncın pas bağlayıbsa,

Girmisən Babəkin qəsdinə, Vətən.

Ömrün qışa dönüb,  yazı neyləsin,

Qismətin beləymiş yazı neyləsin.

Səni belə görən Arzu neyləsin?!

Dərd gəlib dərdinin üstünə, Vətən.

Ehtiyatla tumar çəkin

Ey atalar,

balanıza sevginizi bir az ehmal

göstərməyə çalışın siz!

Bu vərdişə alışın siz!

Yan- yörəyə nəzər salın,

balanızın qadasını, bəlasını…

Gündə bir yox,

gündə milyon dəfə alın.

Bir az ölçün, bir az biçin,

Balanızın saçlarına

ehtiyatla tumar çəkin.

Ətrafdakı tumarsızlar,

bu tumara gümansızlar,

görə bilər bu səhnəni.

Sınıq-sınıq, düyün-düyün,

param-parça o telləri sızlatmayın,

O tellərin yiyəsini için-için ağlatmayın!

Ey atalar,

balanıza sevginizi bir az ehmal

göstərməyə çalışın siz.

İsrar edin, cəhd göstərin,

bu vərdişə alışın siz!

Qorxuram gözdən düşərəm

Qənimdir duman yollara,

Qəsdimə duran yollara.

Xəyalım gedən yollara,

Obaşdan, tezdən düşərəm.

Hardayam, hardan gəlirəm,

Yerim yox, göydən gəlirəm.

Açıb-ağarda bilmirəm,

Qorxuram gözdən düşərəm.

Arzu gəzər məzar-məzar,

Ümid tapar, gün qazanar.

Ümidsiz yollar uzanar,

Taqətdən, dizdən düşərəm.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏQVİMDƏ BU GÜN

Bu gün çox dəyərli söz adamlarından;

şair Saqif Qaratorpaq,

şair Rauf Qərib Alagöz

və yazıçı Nicat Həşimzadə ad günlərini qeyd edirlər. Bu münasibətlə onları təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yahya Azeroğlu

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün Gündoğandan, Günbatana bütün türk ellərində adı ünlü bir söz adamı kimi tanınan, gözəl insan, sadiq dost, sevimli şair Yahya Azeroğlu nun doğum günüdür. Ad gününüz mübarək, Yahya bəy!!! Sizə uzun ömür, can sağlığı və bütün işlərinizdə uğurlar arzu edirik!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xəlil Rza Ulutürk

Bu gün (21 Oktyabr 1932) onun doğum günüdür …azadlığı qram-qram deyil, bütöv istəyən şairin…. , …Gündoğandan Günbatana bütün Yer kürəsini özünə Vətən bilən şairin…. , ….canı canından olan ciyarparəsini bu torpaq uğrunda şəhid verən bir şairin ad günüdür, bu gün… ruhu şad olsun…

QISA ARAYIŞ:

Xəlil Rza Ulutürk 1932-ci il oktyabr ayının 21-də Azərbaycanın Salyan rayonunun Pirəbbə kəndində anadan olmuşdur. Gəlişi ilə ailəyə sevinc bəxş etmiş, körpəyə babası Xəlil öz adını vermişdir. Körpə qayğı və nəvazişlə böyüdü. Yeddi yaşı olanda onu məktəbə göndərdilər.

        İki saylı Salyan rayon orta məktəbində təhsil aldığı ilk illərdən Xəlil öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərinin rəğbətini qazandı. O, Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin fəal üzvü idi. Məktəb illəri Xəlilin bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, romantik yaradıcılıq meydanına çıxması üçün bir hazırlıq dövrü oldu. Onun şifahi xalq ədəbiyyatını, klassik və müasir yazıçıların əsərlərini mütaliə etməsi, istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyatmışdır. Xəlil Rza hələ gənc yaşlarından onu həyəcanlandıran, düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə çalışırdı.

        Onun ilk mətbu şeri 1948 ci ildə“Azərbaycan pioneri” qəzetində dərc olunmuşdur. 1949 cu ildəXəlilin Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olması, Bakı ədəbi mühüti onun yaradıcılıq imkanlarına geniş yol açdı: Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də Azərbaycan Yazıçılar Birliyində xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü”məşğələlərində fəal iştirak etmək Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir göstərirdi.

        1954 cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlamışdır. O, burada ədəbi işçi vəzifəsində çalışdığı ilk ildə dövrü mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir.

        1954 cü ildə Xəlil Rza SSRİ Yazıçılar  ittifaqının üzvü seçilir. Onun ilk şeirlər toplusu – “Bahar gəlir”kitabı (1957) nəşr olunur. 1957 ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M. Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan iki illik Ali ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı olması idi.

        Xəlil Rza İnstitutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə də yaxından tanış olmuşdur. Moskvada təhsil aldığı illərdə rus şairi Samuel Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması,Leninqrada “Ermitaj” xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxmışdır.

        1959 cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir.

        1984-cü ildə şairin “Ömürdən uzun küçələr” kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət

“Qardaşlıq çələngi” adlı toplusu cəmiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, bu fikir hakim dairələrin etirazına səbəb olmuşdur. Şairin ən böyük vəzifəsini yazıb-yaratmaqda görən Xəlil Rza yorulmadan, var qüvvəsi ilə çalışır, yeni şeirləri, elmi araşdırmaları ilə təsəlli tapırdı. İstedadlı şair Xəlil Rza 1985 ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan özbək ədəbi-əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir.

        1986 ci ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona “Əməkdar İncəsənət Xadimi” adı verilir.

        80 ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın hər yerindən eşidilirdi.

        Azərbaycan ziyalıları zaman-zaman öz yaradıcılıqlarında azərbaycançılıq ideyasına müraciət etmişlər. Bu sahədə mərhum şairimiz Xəlil Rza Ulutürkü xüsusi ilə qeyd etmək vacibdir. Öz idealı uğrunda mübarizə aparan  ziyalılar ordusu içərisində Xəlil Rza Ulutürk istiqlal şairləri Məhəmməd Hadi, Əhməd Cavad, Məhəmməd Biriya kimi tarixi önəm kəsb etmişdir. Xəlil Rzanın milli idealında azərbaycançılıq – Azərbaycanın taleyi və ideyaları ilə möhkəm bağlıdır. Sənətkarın poeziyasında Vətənin, xalqın ümumiləşmiş obrazı zəngin mənbələrlə, qaynaqlarla müşayiət olunmuşdur.Xəlil Rza azadlıq idealı ilə poeziyasına bəşəri məzmun gətirmişdir. O, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas alim, ictimai-siyasi xadim, milli demokratik hərəkatımızın mücahidi, Azərbaycan poeziyasında görkəmli ədəbi simadır.

        Onun poeziyasının kökü, mayası  Vətən eşqi torpaq və dünya ilə bağlıdır. Şair yazırdı:

Biz Türkləriz…Vətənimiz başdan-başa yer kürəsi

Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi.

Xəlil Rza “şübhəli şəxs” kimi təqib olunmuş, 1990 ci il yanvarın 26 da SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilərək Moskvaya – Lefortovo həbsxanasına göndərilmişdir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da  azadlıq uğrunda mübarizəsini davam etdirir.  8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair, odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi” ni, 200 dən çox şer, poema və məktubunu qələmə alır.

        “Lefortovo gündəliyi” şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.

Xəlil Rza 1990 cı ilin yanvarın 26 dək 40 illik ədəbi yaradıcılığı  dövründə öz əsərlərini “Xəlil Xəlilov”, “Xəlil Xəlilbəyli”, “Xəlil Odsevər”, “Xəlil Rza” təxəllüsü ilə çap etdirmişdir. “Xəlil Rza Ulutürk” təxəllüsü isə şairin keçdiyi mübarizə yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi nəticəsi idi. Şair, ömrünün son illərində, dörd il beş ay 22 gün, dünyasını dəyişənə qədər yazdığı şeirlərdə və nəşr etdirdiyi kitablarda Xəlil Rza Ulutürk imzasını qoymuşdur. Şairin vəfatından sonra onun ömür-gün yoldaşı, vəfadarı Firəngiz xanım XX ci əsrin axırlarından bu günədək Xəlil Rzanın şerlərini, gündəliklərini və tərcümələrini sahmana salaraq Xəlil Rza Ulutürk imzası ilə nəşr etdirməkdədir. O, Xəlil Rzanın yarımçıq işlərini – “işıq üzü görməyən” əsərlərini nəşr etdirməklə onu yaşadır, əbədiyyətə, ölməzliyə qovuşdurur.

 Mən bilirəm dünyaya elə bir gün gələcək:

Dağlara səs salacaq yalnız ovçu gülləsi.

Lakin o zaman belə qəlbimdə dillənəcək

Bakıda yerə hopmuş qanların şəlaləsi.

             Moskva, Lefortovo zindanı, 10 fevral 1990.

Şəkər xəstəliyi olan şairin səhhəti həbsxanada daha da pozulmuşdur. 1990 cı il oktyabrın 9-da yatab qatarında Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı. Çox zəifləmiş, bənizi saralmış şair fiziki halsızlığına, xəstəliyinə baxmayaraq bəraət alıb azadlığa buraxıldığı ilk günlərdən yenə Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəyə atılmışdır.

        1991-ci ilin mayın 6-da şair “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülmüşdür. Bir ildən sonra ona Azərbarcan Respublikasının Xalq şairi fəxri adı verilmişdir.

        Ən ağır,ən çətin fəth olunan bir zirvədən boylanmaq səadəti hələm- hələm kişiyə nəsib olmur. Belə ucalıqlardan biri də şəhidlik zirvəsidir.  İstiqlaliyyəti uğrunda mübarizə aparan Azərbaycanı körpə ikən beşiyində boğmağa uzanan əlləri kəsmək üçün onu müdafiəyə qalxan və bu müqəddəs amal uğrunda ölümün şəhidlik zirvəsini fəth edən igidlərdən biri də məhz  Milli istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəylidir. Qəhrəmanlıq bir neçə anın, saniyənin işi deyil, qəhrəmanlıq fərdin, şəxsiyyətin iliyində, qanında, sümüyündədir.

        Təbriz 1991 ci ilin oktyabından 1992 ci ilin yanvar ayının 31-i nə kimi  Qarabağın naxçivanik  civarında gedən döyüşlərdə qəhrəman hökmüylə döyüşüb şəhid oldu. Olum ilə ölüm arasındakı treni həyat körpüsünə, ölümsüzlüyə çevirə bildi. Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 8 oktyabr 1992 ci il tarixli fərmanı ilə Təbriz Xəlil Rza oğlu Xəlilbəyliyə  Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

       Ən böyük sevincsən, ən müqəddəs qəm,

       Məni od içinə atan Təbrizim.

       Üzünə baxanda balam deyirəm,

       Adını çəkəndə atam Təbrizim!

        Bir səhər, bir günəş var mənzilimdə,

        Qoy dünyalar bilsin nəçisən kimsən.

        Kiçik mənzilimdə, dar mənzilimdə,

        Sən ucsuz-bucaqsız məmləkətimsən.

Bu misraları oxuyarkən şairin doğma balasına və vətəninə olan böyük, sonsuz məhəbbətini görürük. Vətənini, millətini canından artıq sevən Xəlil Rza Ulutürk 1994 cü il iyunun 22-də vəfat etmiş və fəxri xiyabanda dəfn olunmuşdur. Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə Xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edilmişdir. 

Şairin mübarizə konstitusiyasına çevrilmiş bir şeiri var… Azadlıq hayqıran, azalığı söküb alan o nümunəni təqdim edirəm Sizlərə:

AZADLIQ

Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi:
Çəkil, çəkil ey qəsbkar:
Mən bu yurdun gur səsiyəm:
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm.

Allah rəhmət eləsin… Ruhu şad olsun… O indi əsl azadlığına qovuşub, ruhu Tanrı qatındadır… Günün qutlu olsun, bir ulusun Ulusu….

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YADİGAR TƏVƏKKÜL

AD gününüz mübarək !!!

Bu gün ( 20 Oktyabr 1980 ) dəyərli söz adamı, tanınmış şair, sevimli müəllim Yadigar Təvəkkülün doğum günüdür. Ad gününü münasibəti ilə, Yadigar xanımı təbrik edir, bu günə özəl yazılmış bir şeirini və yaradıcılığından nümunələr təqdim edirik. Uğurlarınız bol olsun, Yadigar xanım!!!

BU GÜNƏ ÖZƏL:

Ömür dediyin nədir ki?

Ömür dediyin nədir ki,
Əllərindən düşən həyat .
Su olub torpağa tələsik ,
çilənən əbədi bir ad.

Ömür dediyin nədir ki,
Bəzən yaxın bəzən yad .
Ağzında əbədi qalan,
Səni yandıran bir dad .

Ömür dediyin nədir ki,
Bir gün yam- yaşıl yaraşıq ,
Çəmənlərdə sarmaşıq ,
Torpaqda yaranan çat.

Ömür dediyin nədir ki,
Qaş ilə göz arasında ,
Ən uzaq olan məsafə ,
O da bəxtə bəxt.

Ömür dediyin nədir ki…..

Ömürdən bir kərpic də düşdü.

QISA ARAYIŞ:

Yadigar Təvəkkül 1980-ci ildə Kürdəmir rayonunun Yenikənd kəndində doğulub. 2000-ci ildən Vüqar Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbində işləyir. Ailəlidir, 4 övladı var.

yaradıcılığından nümunələr:

Bəzən inciyirsən, küsə bilmirsən,
Gözünün yaşını boğub durursan.
Könlündə yurd salan acı həsrətin
Ağrısın gözündə ovundurursan.

Ən əziz adamdan gözləmədiyin
Bir zərbə alırsan, uda bilmirsən.
Sevdiyin təam da zəqqutum olur,
Ağzına aparıb dada bilmirsən.

Güvənib etibar etdiyin insan,
Səni əşya kimi itirib gedir.
İllərdi könlünü dağlayan eşqi,
Adi söhbət ilə bitirib gedir.

O gedir, özüylə anlamır necə,
Bir ömür məhv edib gedir, beləcə.

<<< Yadigar Təvəkkülün ad günüdür >>>


Soruşdun, sevdinmi heç həyatında,
Dinlə xatirəmi cavab içində.
Mənim büründüyüm xəyal yorğanı,
Hər biri sevgimin özü biçimdə.

Üz-üzə gələndə könlüm alışır,
Sözləri itirib deyə bilmirəm.
Ürəyim çırpınır, dilim dolaşır,
Bəlkə də sevgidir, bilə bilmirəm.

Boynuna sarılam xəyallarımın,
Bəzən göz yaşımda boğulub qallam.
Cavabın tapmıram suallarımın,
Ya da susduğum üçün peşman ollam.

Həsrət ürəyimi didir hər gecə,
İnan ki, gündüzün üzün görmürəm.
İçimdə yaşayan bu sevgi necə
Yaxırsa könlümü, çözüm bilmirəm.

Bilmirəm bu həsrət, bu hicran nədir,
Yanımda olsan da həsrət çəkirəm.
Bəlkə də bu həsrət sevdiyimdəndir,
Məhəbbət əzabın sənlə çəkirəm.

<<< Yadigar Təvəkkülün ad günüdür >>>

Ömrün qısalığın heç düşünməyib,
Hər gələn günləri aya dəyişdik.
Sən mənə, mən sənə inad eyləyib,
Ayları həftəyə, saya dəyişdik.

Sən demə hər anın öz hökmü varmış,
Bilmədik qədrini, ötürüb keçdik.
Hər keçən ömürdə bir “kaş ki” deyə,
Təəssüf eyləyib, bitirib keçdik.

İndi nə mənası peşman olmanın,
Ötənlər geriyə dönən deyil ki,
Nə qədər söyləyək “bağışla” deyə,
Ürəyin həsrəti sönən deyil ki.

Göz-gözə dayandıq gülə-gülə biz,
Nə sən dinə bildin, nə mən danışdım.
Hər ötən anları bilə-bilə biz,
Nə sən bağışladın, nə mən barışdım.

<<< Yadigar Təvəkkülün ad günüdür >>>


Çəkin bu dünyanın dərdin üstümə,
Ya da məhvərindən çıxarın atın.
Ocaqda qovurun eşqi sevgini,
Həsrəti duz edin, içinə qatın.

Günahkar eyləyin, eybi yox, məni,
Çəkərəm cəzasın versəz nə qədər,
Yetər ki, dünyada ötən günləri,
Bir dəli həsrətə verməyin hədər.

Çəkin çarmıxına məni fələyin,
Günəşin köksündə yaxın qəlbimi.
Bütün qəm-kədəri doğrayıb yığın,
Üstünə nar kimi sıxın qəlbimi.

Yükləyin göyün də dərdin üstümə,
Yağışlar buludu yerə sağmasın.
Məhəbbət əzabın yığın köksümə,
Həsrət buludları yerə yağmasın.

<<< Yadigar Təvəkkülün ad günüdür >>>

Ruhumun rəngidir əzəldən payız,
Ağlayan yağışdı gözlərim mənim.
Küləkdən tərpənib xışıltı salan,
Yarpaqlar olubdur sözlərim mənim.

Dolan bulududur könül həsrətim,
Yağır taleyimə, qismətim olur.
Payız tək qəmlidir ilk məhəbbətim,
Hər solan yarpağı həsrətim olur.

Köç edən quşları ayrılıq kimi,
Dolur gözlərimdən baxışlarıma.
Bir hicran nəğməsi zümzümə edir,
Qarışır rəngbərəng naxışlarıma.

Bu payız ruhumun özü rəngdədir,
Hər payız nəğməsi libasım mənim.
Payızın ruhu da sözü rəngdədir,
Sevirəm kəlməsi xilasım mənim.

Müəllif: Yadigar Təvəkkül

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYGÜN SADİQ

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 19 Oktyabr 1986 ) tanınmış yazar, sevimli müəllim Aygün Sadiqin doğum günüdür. Ad gününüz mübarək, Aygün xanım!!! Sizə uzun ömür, can sağlığı bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Vaqif Sərxani

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 17 Oktyabr 1949 ) əziz dostumuz, dəyərli söz adamı Cənubi təxəllüsü ilə yazıb, yaradan ‎Vaqif Sərxaninin doğum günüdür. Ad günü münasibəti ilə Vaqif müəllimi təbrik edir və yaradıcılığından bir-neçə nümunə təqdim edirik. Uğurlarınız bol olsun, Vaqif müəllim!!!

GÖRMƏK İSTƏYİRƏM

Qeyrət görmək istəyirəm,
Namusa söykənən qeyrət!
Dəyanət görmək istəyirəm,
Sədaqətə söykənən dəyanət!
Cəsarət görmək istəyirəm,
Hünərə söykənən cəsarət!
Ləyaqət görmək istəyirəm,
Vicdana söykənən ləyaqət!
Miqyası naməlum,
Cəmiyyət qurğusuyla
Oynayanların,
Dar düşüncədə,
Bəşər duyğusu olmayanların,
Xalq adından dəm vurub,
Xalqın halına yanmayanların,
Vəhşi xislətli olub,
Əməlindən utanmayanların,
Məzlum acısın görüb,
Acısın dadmayanların,
Sazaqda yalın ayaqlar görüb,
İsti bəstərində donmayanların,
Şəhvət buxovunda yaxalanmış,
İsmətli bakirələri
Gözü yaşlı qoyanların,
Taleləri torpağa gömüldən,
Diş qıcayan vəhşi xislətlilərin.
Bizdən olub ,,yadellilər” kimi,
Davrananların,
Namusa söykənən qeyrətini,
Sədaqətə söykənən dəyanətini,
Hünərə söykənən cəsarətini,
Vicdana söykənən ləyaqətini,
Görmək istəyirəm!
Görmək istəyirəm!

16. 10. 2019.

<<< Vaqif Sərxani (Cənubi) >>>

SABİR KİMİ
Niyə kor, həm kar olub, lal da olaq qəbir kimi!
Niyə ki, qeyrətli bir söz deməyək Sabir kimi?
***
Əksərən qeyrətimiz Sabirimizdə cəm idi.
Ciyəri şişmiş idi, çünnki arizi qəm idi.
Ruhən cılız bədəni dəmirdən də möhkəm idi.
Millətin ayinəsiydi çox Ali görkəm idi.
İndi də əldən- ələ gəzir nəzmi- nadir kimi,
Niyə ki, qeyrətli bir söz deməyək Sabir kimi?
***
Göstərib biz də şücaət qeyrətlə bir söylənək,
Lal olub, kar olunca söz arası gileylənək,
Sözlərdə olsa yalan, o sözlərə qəleylənək,
Sabiri yad eyləyib, sözümüzlə gərəylənək,
Atılaq bu meydana Sabir sevən şair kimi.
Niyə ki, qeyrətli bir söz deməyək Sabir kimi?
***
Nə qədər sevinsək sevinc gələr bahəm qəm ilə.
Yeni qurluş da gəlib, guya yeni əyyam ilə.
Əl-ələ verdi bu xalq qarşıladı bayram ilə.
Qazandığı halalı oldu yenə haram ilə.
Sözə qatılmaz haram, söz deyərəm mahir kimi!
Niyə ki, qeyrətli bir söz deməyək Sabir kimi?
***
Özbaşnalıq həddini indi aşıbdır ölkədə,
Hikkəli gəzir indi bazarda ,, ölü kilkə”də,
Burunlar göylə gedir bircə salam əleykə də,
Böyük millətin işi qalıb böyük təhlükədə,
Belə bir millət ilə necə olaq faxir kimi?
Niyə ki, qeyrətli bir söz deməyək Sabir kimi?
***
Batini var bu işin, yəqindir ki, başdan gələr,
Belə fitnələr ancaq yuxulu, çaş başdan gələr,
Xeyri olmaz bu işin hər hansı qardaşdan gələr,
Təvəkkül Allahadır, gur səsim obaşdan gələr,
Göstərib üzdə təbəssüm, görüşək əlbir kimi,
Niyə ki, qeyrətli bir söz deməyək Sabir kimi?
***
Əməli-məkruhilər məkriylə tutub hər yanı,
Gözləri də kor olub, görmürlər Azərbaycanı,
Gədəbəyi, Gəncəni, Şəmkiri ya ki, Səlyanı,
Tovuzu ya Qazağı, Goranboyu, Naftalanı,
Türkanı, Mərdəkanı, Buzovnanı, Nardaranı,
İşsiz avara gəzir, millət olub fağır kimi!
Niyə ki, qeyrətli bir söz deməyək Sabir kimi?
***
Qarabağı demirəm, onun da öz dərdi- halı,
Ürəklərə dərd verir göründükcə hər minvalı,
Ərz olur sülhün yolu dəyişmir əsla əhvalı,
Sinirlər tarımdadır davası ,,Cəngi” havalı
Qalx igidim məyus-məyus baxma, qalx cabir kimi!
Niyə ki, qeyrətli bir söz deməyək Sabir kimi?

28. 09. 2019.

<<< Vaqif Sərxani (Cənubi) >>>

AĞLAR

Gözlərimdən süzər incim yanağımdan axar ağlar.
Könül titrədər, dağlar, baxan gözlər qalar ağlar.
***
Fikrin xəyal dumanından içim ata, ana səslər,
Çefayda səsim yetişməz, xəyalım axtarar ağlar.
***
Kaş bələkdə körpə olam anam bükə, aça məni,
Geriyə yol yoxsa əsla, körpə könlüm sızlar ağlar.
***
Həyatımda nələr gördüm şirnisin, acısın duydum,
Taleyim də mənlə bahəm qınar məni, qınar ağlar.
***
Üşür könlüm sızıltıdan, həyacandan üzülər can,
Buza dönüb bir ayna tək parçalanar, sınar ağlar.
***
Eşqdə fəda etdim canı, can dediyin bir can ola,
Əfsus səfasın görməyib, indi edib izhar ağlar.
***
Dad etdikcə cəfalardan ilqarımda sadiq qaldım
Sadiqliklə ömr etsəm də ürək dözməz aşkar ağlar.
***
Dönüş yoxdur ey Cənubi, bir gəlişlə bir gediş var,
Bir gün sənsiz qalan dünya, yə’qin səni anar ağlar.

8. 10 2019.

Müəllif: Vaqif Sərxani (Cənubi)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Məmməd Araz

Bu gün ( 14 oktyabr 1933 ) görkəmli söz adamı Məmməd Arazın doğum günüdür. Ruhu şad olsun… Allah qəni-qəni rəhmət eləsin… Amin…

QISA ARAYIŞ:

İbrahimov Məmməd İnfil oğlu (Məmməd Araz) — şair, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Əməkdar mədəniyyət işçisi (1978), Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991)

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyiinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.
1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına “Məmməd Araz” mükafatı təsis olunmuşdur (1993-cü ildən).
2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru