Ata şeiri – Afiq Göyçəli

afiq göyçəlidən ata şeiri

ATA
Köçdün bu dünyadan,səssiz səmirsiz
Bizi başsız qoyub,getdin ay ata
Nəyimə gərəkdir,sənsiz bu dünya
Yerin cənnət olsun,sənin ay ata

Tanrı aldı səni,tez əlimizdən
Qohum əqrəbadan,həm elimizdən
Yoxluğun bizləri,qırıbdır dizdən
Qəbrin nurla dolsun, sənin ay ata

Doğru yol görsədən,canımız idin
Dağ kimi arxamız,şahımız idin
Xoş ömür yaşadan,andımız idin
Haqqını halal et,yat sən ay ata
26.07.19

Müəllif:AFİQ GOYCELİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“MAKLER – VİP” N- 006

“MAKLER – VİP” N- 006 (0006) 20.06.2019 – BAKI.

AFİQ GÖYÇƏLİSƏN KİMSƏN ???

Hürüməkdən ala itə dönmüsən
Soxum sənin gic başını yerə mən
Ağzın başın seliklidir a çaqqal
Yaramadın nə xeyirə, şərə sən

Gəlməmişdən ağzına söz sığmırdı
Dağ üstünə dağ qoyacam dedin gəl
Di gəlmişəm, dillən ay qıllı beçə
Qırılda bir, qohumuna uzat əl

De sən kimsən, toyuqsanmı ya cücə?
Qıqqıldayıb, ordan burdan boylanma
Nə yad oldun, nədə qohum ay fərə
Yağmırsansa, guruldama, banlama

20.06.19

Müəllif: AFİQ GOYCELİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AFİQ GÖYÇƏLİ – DAĞLARIM

DAĞLARIM  

Cərgəylə düzülmüş, sira dağlarim
Sizə vəfaliyam, sizə yaram mən
Sizi unutmaram, a yaylaqlarim
Sizə səfaliyam, sizə varam mən

Hər gün dönə-dönə, gəzirəm sizi
Təpədən düzədək, hər güşənizi
Ey ulu Göyçəmin gülü, nərgizi
Sizsiz cəfaliyam, sizsiz qaram mən

Yaşil təpələrin, göz önümdədir
Yuxuma gəlməsən, söz önümdədir
Onsuzda yanmişam, köz önümdədir
Sizsiz pis halliyam, sizsiz xaram mən

Afiqəm qürbətdə, qəm içindəyəm
Ağ aşiq Alıyam, nəm içindəyəm
Eləsgər İmanam, bəm içindəyəm
Sizinlə çağlıyam, bəxtiyaram mən
Alqayit İslamam, xoş güzaram mən

DAĞLARA MƏNİ

Nədənsə özümdə, deyiləm bu gün
Xəyallar aparir, dağlara məni
Sinəsi dağliyam, ay, iləm bu gün
Ürəyim qoyubdur, ağlara məni

Qoymayir dinc yatam, güllərin ətri
Dərə-təpələrin, xoş təravəti
Düz otuz ildirki, vətən həsrəti
Çağirir qurumuş, bağlara məni

Nə olsun dağliyam, dağ adamıyam
Mən həm o taylıyam, həm buralıyam
Gah mən Göyçədəyəm, gah Şuşadayam
Çəkir vətən dərdi, bərk dara məni

İl-ildən ötdükcə, dərddə çoxalir
Xocali sarsidir, canimi alir
Yandirir Qarabağ, kədərə salir
Yollayir kamana, həm tara məni

Canlanir gözümdə, bir çoban səsi
Laçin dağlarinda, güllərin bəsi
Nərgiz bənövşəsi, lalə qönçəsi
Çağirir o yerlər, o vara məni

Muğanin səsində, yazir qələmim
Ağdam kədərimdir, Qubadli qəmim
İrəvan vətənim, Təbriz vətənim
Aparir o yerlər, diyara məni

Deyin necə gülsün, solğun gözlərim?
Necədə əsməsin, yazan əllərim?
Afiqəm olsaydi, bir gülən pərim
Diyərdim çatdirin, o yara məni

Müəllif: ‎Afiq Goyceli

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru