HACIXANIM AİDAYA

Xeyirxah sərvəti alqışla yığar

(Gözəl insan, kitabşünas, yazar, tənqidçi, Ustac Milli Mükafatının ilk sahibi Hacıxanım Aidaya həsr edirəm.)

Dünyanın malına hərisdi bəndə
Ancaq bar şirindir bağban dərəndə.
Şad olar bir kəsi sevindirəndə,
Sevinci nə yerə, nə göyə sığar,
Xeyirxah sərvəti alqışdan yığar.

Doydum deməz acgöz, qurtarmaz kəmi,
Bu da bir müəmma, tapılmaz çəmi.
Yaz günü göyərən göy çəmən kimi,
Elin duaları başından yağar,
Xeyirxah sərvəti alqışdan yığar.

Dünyada qalandır dünyanın malı,
Çoxu son məqamda duyar bu halı.
Hər kəsə sevgisi, yüksək amalı,
Əl tutar köməyə, qarşına çıxar,
Xeyirxah sərvəti alqışdan yığar.

İldırım, qanan az əyrini, düzü,
Qılınc tək parçalar haqlının sözü.
Dünyaya bağlayar bir ümidsizi,
Hər kəsin qəlbində bir ümid doğar,
Xeyirxah sərvəti alqışdan yığar.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şahmar Əkbərzadə

Şahmar Əkbər oğlu Əkbərzadə haqqında

Şahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il 28 dekabrda Azərbaycan Respublikası Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olmuşdur.

1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikomuna daxil olub və 1960-cı ildə texnikomu bitirmişdir. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1960-cı ildə Rus dili müəllimi ixtisasını bitirmişdir.

Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, 1968-ci ildə Bakı şəhərinə köçüb “Azərbaycan gəncləri” qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır. “Kommunist” qəzetində müxbir və şöbə müdiri olmuşdur.

1990-cı ildə “Mədəniyyət” qəzetini təsis etmiş və ömrünün sonunadək qəzetin baş redaktoru olmuşdur.

Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişmişdir.

10 fevral 2014-cü ildə adını daşıyan “Şahmar Ədəbi Məclisi” (ŞƏM) təsis olunmuşdur

Kitabları :

“Anama layla”, Yazıçı, Bakı 1978

“Sevgi borc verilməz”, Yazıçı, Bakı 1982

“Ona yanıram ki”, Yazışı, Bakı 1988

“Haqqa pəncərə”, Dünya, Bakı 1998.

Allah rəhmət eləsin… Ruhu şad olsun…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – “Qələmdar”

Bu kitab dahi yazar Bayram Bayramovun  (1918 – 1994) anadan olmasının 100 illik yubiley tədbirləri çərçivəsində nəşr olunur. Kitabda layihənin təşəbbüsçüsü və rəhbəri şair-publisist Zaur Ustacın ayrı-ayrı vaxtlarda müxtəlif  KİV (EKİV) – də yayımlanmış gənc yazarlara tövsiyə xarakterli məqalələri toplanmışdır. Qismən metodiki tövsiyə xarakterli vəsait kimi də istifadə oluna biləcək toplunun böyük şəxsiyyət, görkəmli nasir, Azərbaycanın Xalq Yazıçısı, ictimai-siyasi xadim,  Bayram Bayramovun 100 illik yubileyinə  gözəl hədiyyə olacağını düşünürük.

“Yazarlar” jurnalının xüsusi buraxılışı. (QN : 2319)

 İkinci buraxılış – Yazarlar N: 02 (002) 17.08.2019.

E-KİTAB PDF FORMATDA BURADA:   qələmdar

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aida Qasımova – Alim

PROFESSOR AİDA QASIMOVA HAQQINDA

Qasımova Aida Şahlar qızı – Bakı Dövlət Universitetinin “Ərəb filologiyası” kafedrasının professoru, filologiya elmləri doktoru. Azərbaycan Milli Elmlər Akademiyası, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Ədəbi mərasimlər və nəşrlər” şöbəsinin müdiri.

QISA ARAYIŞ
2 iyun 1957-ci ildə Ağdam şəhərində anadan olmuşdur. 1975-ci il-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində təhsil almışdır və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1980-ci il – 1983-cü illərdə ADU-nun Şərqşünaslıq fakültəsində baş laborant, 1983-cü il-1986-cı illərdə həmin fakültənin aspiranturasında təhsil almışdır. 1986-cı il -1987-ci illərdə ADU-nun Elmi Kitabxanasında kitabxanaçı, 1987-ci il-2003-cü illərdə ADU-nun (BDU-nun), Şərqşünaslıq fakültəsində müəllim, baş müəllim, 1995-ci il-2005-ci illərdə dosent, 2005-ci ildən Bakı Dövlət Universitetinin “Ərəb filologiyası” kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Ədəbi mərasimlər və nəşrlər” şöbəsinin müdiridir.
Azərbaycan, ərəb, ingilis və rus dillərini bilir.

Elmi fəaliyyəti
1989-cu ildə Moskvada, SSRİ Elmlər Akademiyası]]nın Şərqşünaslıq İnstitutunda “Ərəb ədəbiyyatında məqamə janrının yaranması” mövzusunda namizədlik (PhD), 2001-ci ildə AMEA-nın Ədəbiyyat İnstitutunda “Quran qissələri XIV-XVI əsrlər Azərbaycan ədəbiyyatının ideya bədii qaynaqlarından biri kimi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Elmi əsərləri
Professor Aida Qasımova 5 monoqrafiyanın, 86 elmi məqalənin müəllifidir. Əsas tədqiqat sahəsi ərəb ədəbiyyatı, Azərbaycan ədəbiyyatı, İslamaqədərki əqli-mənəvi durum, Quran və poeziya və s.dir. Əsərləri tanınmış yerli və xarici jurnallarda çap olunmuşdur.

Kitabları

  • 14-16-cı əsrlər Azərbaycan ədəbiyyatı və Quran qissələri (monoqrafiya), Bakı, BDU, 1998,430 səh, təkrar nəşr, 2005
  • Füzuli yaradıcılığında Quran rəvayətləri (monoqrafiya), Bakı, BDU, 1995,195 səh
  • Məhəmməd peyğəmbərin meracı (kitab), Bakı, Yaziçı nəşriyyatı, 1994, 105 səh
  • Cahiliyyət ərəblərinin əqli-mənəvi durumu,( monoqrafiya) Bakı, Elm nəşriyyatı, 2007, 235 s
  • Средневековая арабская плутовская новелла, Баку, 2007, 157 с
  • Nawabiğ Nahdat al-Islam, Dirasat fi siratey al-Mütənəbbi va Bədi əz-Zaman əl-Həmədani, (İslam İntibahının nəhəngləri,əl-Mütənəbbi və Bədi əz-Zaman əl-Həmədaninin tərcümeyi-halı), Bakı, 2013, 149 səh

Elmi məqalələri 
1983-cü ildən bu günədək respublika və beynəlxalq səviyyəli qəzet və jurnallarda, toplularda onlarla elmi məqalə dərc etdirmişdir.

“The Sabians as one of the Religious Groups in pre-Islamic Arabia and Their Definition through the Qur’an and Medieval Arab Sources”, (Sabilər islamaqədərki Ərəbistan dini qruplarından biri kimi: Sabi təliminin Quranda və Orta əsr ərəb mənbələrindəki izahı) ”ARAM Periodical,” Oxford University,  (say 22,  2010) səh. 243-261.

“Acquaintance with the Mystery of Heavens in Ancient Arabia””,” (Qədim Ərəbistanda görlərin misteriyası ilə tanışlıq) ”Written Monuments of the Orient (Pismennie Pamyatniki Vostoka)”, Sankt Peterburq, (say 14, 2011,), 14/1, səh. 55-65.

“Eyebrows”, ”Islamic Images and Ideas”, ”Essays on Sacred Symbolism,” (“Qaşlar”, ”İslam obraz və ideyaları: Müqəddəs simvolizmə dair oçerklər”), , Dr. John Andrew  Morrow-nun redaktəsi ilə, USA  McFarland, 2013, səh. 169-183.

“The Hair on my Head is Shining, Qur’anic Imagery of the Curl in Classical Azeri-Turkic Sufi Poetry”(“Saçlarıma şölə düşdü” Klassik azəri türk şerində saçların vəsfi), ”Journal of Qur’anic Studies, 15.1 (2013),” Edinburgh University Press, Centre of Islamic Studies, səh.67-99.

“Models, Portraits and Signs of Fate in Ancient Arabic Tradition”, (Qədim ərəb ədəbiyyatında talenin model, portret və əlıamətləri), ”Journal of Near Eastern Studies”, (say, 732014, October), Chicago University Press, 73/ 2, səh. 319-340. Thomson Reuters tərəfindən indeksləşib.

“”If All the Trees on Earth Were Pens”: A Survey of the Qur’anic Symbolism of the Pen in Medieval Azeri Turkic Sufi Poetry”,(Əgər bütün ağaclar qələm olsaydı: Orta əsrlər azəri türk sufi poeziyasında qələmin Quran simvolizminə bir baxış)  ”Journal of Turkish Literature”, Bilkənt Universiteti, Türkiyə, ”(”say11, 2014), səh. 7-33.

“Marginal Discourses of Arabic Poetry, A Case Study of the Baku Manuscript, “”Taj al-Lughah wa-Sihah al-Arabiyyah”” by Abu Nasr Ismail ibn Hammad al-Farabi al-Jawhari”, (Ərəb ədəbiyyatına dair haşiyə yazıları, Əbu Nəsr İsmail ibn Həmmad əl-Farabi əl-Cövhərinin “Tac əl-luğa va Sihah əl-arabiyyə əsərinin Bakı əlyazma nüsxəsi), ”Journal of Arabic Literature”, Brill, Leiden (say 46, 2015),46/1, səh. 1-33. Thomson Reuters tərəfindən indeksləşib.

“Red Terror against Islamic Manuscripts: The Case of the Manuscript Collection of Salman Mumtaz””,” (İslam əlyazmalarına qarşı qırmızı terror, Salman Mümtazın əlyazma kolleksiyası barədə araşdırma), ”Journal of Islamic Manuscripts”, Brill, Leiden, (say 6, 2015), səh. 17-46. Web of Science tərəfindən indeksləşib.

“Qur’anic Symbolism of the Eyes in Classical Azeri Turkic Poetry”, (Klassik azəri türk şerində gözlərin Quran simvolizmi), ”Oriens”, Brill, Leiden (say 43, 2015), 43/ 1-2, səh. 101-153. SCOPUS tərəfindən indeksləşib.

“Traditional Qur’anic images in Depiction of the Curl in Classical Azeri Turkic Sufi Poetry (Rope, Shackles, and Thread)” (Klassik azəri türk sufi poeziyasında saçların vəsfi ilə bağlı ənənəvi obrazlar) ”Şərq xalqaları ədəbiyyatı, ənənə və müasirlik, professor Aida İmanquliyevanin anadan olmasının 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans”, Bakı, Elm, 2014, səh 180-184.

“Beyn ‘l-haqaiq wa ‘l-akadhib fi laqab al-Mutanabbi”, (Əl-Mütənəbbinin ləqəbi barədə həqiqətlər və yalanlar arasında), ”al- Bəyan”, Kuveyt Yazıçılar İttifaqının orqanı, əl-Kuveyt, Noyabr, (say 388, 2002) səh. 41-49.

“Al-makhtutat al-arabiyya fi Baku”, (Bakıda Ərəb əlyazmaları)”,” ”al-Faisal”, əl-Riyad, (323, 2003), səh. 50-69.

“Al-mə‘ani al-qur’aniyya fi ‘l-ş‘ir al-klassikiyyi al-əzərbəycəniyyi”, (Klassik Azərbaycan şeirində Quran mənaları), ”əl-Ədəb əl-Islami,” əl-Riyad, (say 37, 2003) səh. 78-83.

“Min əl-rumuz əl-məxfiyya ilə əl-həvadis al-vaqi‘yiyyə: Təəmmulat haulə ”al-Məhzələ əl-Mamlukiyyə” li Fikri Nəqqaş”, (Gizli rəmzlər və real hadisələr: Fikri Nəqqaşın “Məmluk komediyası” pyesi ətrafında düşüncələr) ”əs”-”Saqafa əl- Cədidə”, Qahirə, (say 126, 2004) səh. 29-34.

“Dahaya əl-irhab əl-ahmar”, (Qırmızı Terror Qurbanları) ”al- Faisal”, əl-Riyad, (341, 2005) səh. 44-63.

“Mə’sat Ziyad ibn Əbihi min xiləl əl-tarix va saykolociya” ”Ibda‘” (“Ziyad ibn Əbihi” faciəsi tarix və psixologiya müstəvisində), (say 4, 2007),Qahirə, pp.164-170.

“Nahda əl-Isləm va əl-zuruf əl-muvakab ləhə””,”  (İslam intibahı və onun yarandığı şərait), ”İbn Rüşd,” İbn Rüşd İnstitunun jurnalı, Niderland, (say 3, 2011) səh. 42-67.

 “Атрибуты суфизма в религиознокультурной системе доисламских арабов: Хирка”,  Filologiya məsələləri, AMEA, Əlyazmalar İnstitutu, Bakı, 2002/2, səh.351-359.

Мифопоэтика доисламской поэзии”, ”Şərq Filologiyası məsələləri”, AMEA, Şərqşünaslıq İnstitutu, Bakı, 2007, səh. 3-64.

Оккультные науки и ясновидение в древней Аравии”, ”Şərq Filologiyası məsələləri”, AMEA, Şərqşünaslıq İnstitutu, Bakı, 2007, səh. 5-30.

“Мистика жертвоприношения в древней Аравии”, ”Восточная коллекция”, (say 4, 2010) Moskva, səh. 79-84.

“Антропогоническое мышление в доисламской арабской поэзии “ ”Четки” , (say 4, 2010) Moskva, səh. 135-142.

“Предтечи макамного жанра в арабской литературе )в свете изучения средневековых арабских источников(”, ”Dil ve Ədəbiyyat”, BDU, (say 91, 2014), III, səh.134-139.

Beynəlxalq simpozium, konfrans və seminarlarda iştirakı

”“Marginal Discourses of Arabic Poetry, A Case Study of the Baku Manuscript “”Taj al-Lughah wa-Sihah al-Arabiyyah”” by Abu Nasr Ismail ibn Hammad al-Farabi al-Jawhari” (Ərəb ədəbiyyatına dair haşiyə yazıları: Əl-Cövhərinin “Sihah” lüğətinin Bakı nüsxəsi),” Autograph/holograph and Authorial Manuscripts in Arabic Script, Lyej (Liege) Universiteti, Belçika, 10-11 Oktyabr, 2013.

 “”Some Chefs-d’oeuvre of  Azerbaijani Institute of Manuscripts Library”” (”Azərbaycan Əlyazmalar İnstitutu kitabxanasının bəzi şedevr əlyazmaları)” ”’7th Islamic Manuscript Conference: “Islamic Manuscripts in South and Southeast Asia”,”’ Cambridge University, UK, 12-14 İyul, 2011

“The Azerbaijani Contribution to the Classical Arabic Literary Tradition” (With Special Reference to Sufi Literature) , “Klassik Ərəb ədəbiyyatına Azərbaycanın töhfəsi”: Sufi ədəbiyyatına xüsusi istinadla”” ”’Conceptualizing Literary History: Foundations of Arabic Literature”’ Yale University, ABŞ, 16-17 Aprel, 2010

 “Worships, beliefs and traditions connected  with fire in pre-Islamic Arabia and Zoroastrianism”” ”'(İslamaqədərki Ərəbistanda odla bağlı inanc və etiqadlar və Zoroastrizm) ARAM Society for Syro-Mesopotamian Studies – 28th International Conference: Zoroastrianism in the Levant”’ Oxford University, UK, 5-7 İyul, 2010

”“Time, Fate, Predestination and Divine Judgment in the Early Arabian tradition”” ”'(””’Qədim ərəb ədəbiyyatında zaman, tale, alın yazısı və Tanrı məhkəməsi anlamları)” ”’Mirror Images,”’  Villanova Universiteti, ABŞ, 1-4 Aprel, 2009

Практика предсказаний (экстиспиция, авгурия, физиогномика) и толкование сновидений в доисламской Аравии,  юбилейная научная конференция «От ”Азиатского музея” к Институту восточных рукописей РАН», 8-12 Dekabr, 2008

“Quranization of Memory and its Impact on Medieval Azerbaijani Art and Literature”” ”'(Yaddaşın quranlaşması və onun orta əsrlər Azərbaycan ədəbiyyatına təsiri) Qur’anic Frameworks for Society: Islam, Multiculturalism, Pluralism and Peace”’ United Kingdom, 16-17 İyun,  2008

“Ərəb dilində işlənən  idiomların açılmasının tədris prosesində əhəmiyyəti: əsa ilə bağlı idiomlar”, Qeyri-ərəblərə ərəb dilinin tədrisi məsələlərinə müasir baxış Qafqaz universiteti, Bakı, 1-2 May, 2008

Pedaqoji fəaliyyəti
Professor Aida Qasımova elmlə yanaşı, təhsilin inkişafında da böyük xidmətləri var. Alimin pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsi ilə bağlıdır. 80-cı illərdən etibarən Şərqşünaslıq fakültəsində müəllim, baş müəllim, 1995-2005-ci illərdə dosent, 2005-ci ildən fakültənin “Ərəb filologiyası” kafedrasının professorudur.

Mükafatları

  • Əbdüləziz Səud əl-Babtinin “İmam Buxarinin nəvələri üçün” mükafatı, 1998
  • Qlobal Fakültə mükafatı (ABŞ), 2013
  • Elios Xeyriyyə Fondunun mükafatı, 2016

Elmi qurumlarda və redaksiyalarda üzvlük

  • İslam Əlyazmaları Assosiasiyasının (Böyük Britaniya) üzvü
  • İbn Rüşd jurnalının redaksiya heyətinin üzvü (Hollandiya)
  • “Qafqaz” jurnalının redaksiya heyətinin üzvü (Qafqaz Universiteti)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xudu Məmmədov – Alim…

XUDU MƏMMƏDOV HAQQINDA MƏLUMAT – MÜSAHİBƏ

Dekabrın 14-də doğum günü qeyd edilən görkəmli kristalloqraf alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Xudu Məmmədov yaxın tariximizdə xalqımızın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir. Bu gün X.Məmmədovun anadan olmasından 90 il ötür. Kristalloqrafiya, kristallokimya, quruluş mineralogiyası, simmetriya nəzəriyyəsi, quruluş təhlili sahələrində dünyada tanınmaqla bərabər, fəlsəfə, mədəniyyətşünaslıq sahələrində tədqiqatları alimə dünya şöhrəti gətirib.

X.Məmmədov ilk dəfə “Bakı kristalloqrafiya məktəbi” yaradıb, onun rəhbərliyi ilə 40-dan çox yüksək səviyyəli alim hazırlanıb, onlardan 30-u namizədlik, 10-u isə doktorluq dissertasiyası müdafiə edib. Görkəmli alimin yetirmələrindən biri də Bakı Dövlət Universitetinin kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, professor Məmməd Çıraqovdur.

AZƏRTAC-a müsahibəsində görkəmli alimin həyat və fəaliyyətindən danışan M. Çıraqov bildirib ki, Xudu Məmmədov 1927-ci il dekabrın 14-də Azərbaycanın gözəl guşələrindən biri sayılan Ağdam rayonunun Mərzili kəndində anadan olub. O, Mərzili kəndində yeddiillik məktəbi bitirib, rayonun bir nömrəli orta məktəbində təhsilini davam etdirib. 1946-cı ildə orta məktəbi bitirən X.Məmmədov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olub. Elə ilk dövrdən də parlaq zəkası, fitri istedadı və zəhmətsevərliyi ilə müəllimlərinin diqqətini cəlb edib. Gənc Xudunun sevimli müəllimi Heydər Əfəndiyev olub. Tanınmış geokimyaçı alim, gözəl pedaqoq H.Əfəndiyevlə yaxın ünsiyyət onun gələcək elmi yaradıcılığının formalaşmasında böyük rol oynayıb. Odur ki, X.Məmmədov özünün tərcümeyi-halında, elmi görüşlərində, müşahidələrində müəllim və müəllimlik sənəti haqqında iftixarla danışıb: “Müəllim yalnız dərs deyən, sadəcə olaraq bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan şəxsiyyət, adi tərbiyəçi deyil. O, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə olan, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan canlı bir varlıqdır. O, adi gəncdən tutmuş bütün dünyanın müəllimidir”. 1951-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirən X.Məmmədov Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alıb. X.Məmmədov sonra SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olub.

X.Məmmədovun elmi nailiyyətlərindən bəhs edən M.Cıraqov bildirib ki, 1955-ci ildə X.Məmmədov SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunun Elmi Şurasında “Kristalloqrafiya və kristallofizika” ixtisası üzrə “Ksonotlit və vollastonit minerallarının kristal quruluşu” mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edib və geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsini alıb. Elmi Şuranın sədri, Kristalloqrafiya İnstitutunun yaradıcısı və direktoru olmuş akademik Aleksey Şubnikov gənc X.Məmmədov tərəfindən sement silikatlarından ksonolit və vollastonit minerallarının quruluşlarının açılmasını SSRİ Elmlər Akademiyasının ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirib. X.Məmmədov bir neçə dəfə görkəmli alim Con Bernalın qonağı olub, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışıb. Onun Con Bernalın laboratoriyasında apardığı araşdırmalar London laboratoriyası əməkdaşlarının məqalələrində yer alıb və alimi kristalloqrafların görkəmli liderlərindən biri kimi tanıdıb. SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunun aspiranturasını bitirib 1955-ci ilin oktyabrında elmlər namizədi kimi Bakıya qayıdan X.Məmmədov Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna baş elmi işçi kimi qəbul olunub. Elə həmin ildə yaradılan kristallokimya laboratoriyasına rəhbərlik X.Məmmədova tapşırılıb. X.Məmmədov 1969-cu ildə Azərbaycan EA-nın Geologiya İnstitutunda “Kalsium silikatlarının və hidrosilikatların kristallokimyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib və geokimya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi alıb. 1970-ci illərdə “Bakı kristalloqrafiya məktəbinin” nailiyyətləri də ölkəmizdə yüksək qiymətləndirilib. Ulu öndər Heydər Əliyevin bilavasitə yardımı ilə keçmiş SSRİ-də ikinci olaraq “Sindex P2” cihazı Bakıya gətirilib. Bu cihaz müxtəlif istiqamətlərdə elmi tədqiqatlar aparmağa imkan yaradıb.

“X.Məmmədovda Vətən sevgisi, Azərbaycana məhəbbət o səviyyədə güclü idi ki, ona dünya miqyasında daha yüksək zirvələri fəth etməyə mane olurdu. 1978-ci ildə Varşavada kristalloqrafların beynəlxalq konqresində iştirak edərkən bir hadisənin şahidi oldum. X.Məmmədov kristalloqrafik naxışlar haqqında böyük müvəffəqiyyətlə çıxış etdi. Amerika və ingilis nümayəndələri məruzəni kitab halında çap etmək üçün təkidlə müqavilə bağlamaq istədilər. X.Məmmədov isə tam etiraz etdi. Mən müdaxilə etdikdə isə qətiyyətlə bildirdi ki, sən ki, bilirsən mənim ilk monoqrafiyalarımın oxucuları öz xalqım olmalıdır. Həmin əsər Azərbaycan dilində nəşr olunsa da, dünya səviyyəsində uğur qazanmadı. Sonralar bu əsərin ABŞ-ın “Simmetriya” məcmuəsində “Kristalloqrafik ornamentlər” adı ilə çıxması X.Məmmədova böyük şöhrət gətirib”, – deyə M.Çıraqov bildirib.

Alim qeyd edib ki, 1981-ci ildə X.Məmmədovun “Naxışların yaddaşı” kitabı çap olunur. O, qədim naxışların araşdırılması ilə türkçülüyün izlənilməsinin mümkünlüyündən danışırdı. Eramızdan çox-çox əvvəl türklərin məskunlaşdığı ərazilərdə tapılan sənət nümunələrində simmetriya elementlərindən istifadə olunmasını yüksək səviyyədə əsaslandırırdı. Qədim əşyaların üzərində ornamentlərin köçürülmə simmetriyasına tabe olması, XII əsr mağarta memarlıq abidələrinin birində üçtərtibli simmetriya oxuna malik fraqmentin sıx yerləşmə prinsipi ilə müstəvi səthi doldurması və həmin prinsiplə Bərdə türbəsinin (1322-ci il) silindr formalı səthinin dördtərtibli simmetriya elementini saxlamaqla “Allah” kəlməsi ilə doldurulması və s. qədim ornamentlərimizdə müəyyən kristallik maddələrin quruluşu ilə eynilik müşahidə edən X.Məmmədov əcdadlarımızın quruluş təsəvvürlərinə malik olmalarını fərəhlə söyləyirdi. “Naxışların yaddaşı” kitabında X.Məmmədov simmetriya qanunlarından və sıx yerləşmə prinsiplərindən istifadə edərək müxtəlif tip fraqmentlər əsasında fonsuz tablolar toplusu yaratmışdı. Bu yüksək elmi nailiyyətlərin nəticəsi idi ki, 1981-ci ildə Vaşinqtonun beynəlxalq “Perqamon Pres” nəşriyyatının çapdan buraxdığı irihəcmli “Simmetriya” məcmuəsinin “Kristalloqrafik naxışlar” bölməsi X.Məmmədov tərəfindən yazılmışdır.

X.Məmmədov 1970-ci illərin çox sevdiyi ölməz sənətkar Üzeyir Hacıbəylinin xatirəsinə həsr etdiyi “Qoşa qanad” əsərini yazır. M.Çıraqovun sözlərinə görə, bu əsər gənclərin formalaşmasında, onların elmə, sənətə münasibətinin dərinləşməsində yüksək dəyərə malik elmi-nəzəri axtarışların nəticəsidir. X.Məmmədov deyirdi ki, sənətin vətəndaşlıq duyğusu tərbiyə edən, bu duyğunu itiləşdirən bir vasitə kimi böyük gücü vardır. O qeyd edirdi ki, insanları elmi rəşadətə yönəldən əsas amil Vətən istəyidir. Bu rəşadət nəticəsində yaranan elmi kəşflərin, sənət nailiyyətlərinin faydasını bütün insanlar görmüş, görür və görəcək. Buna görə də güclü elmin və sənətin məkanı bəşəriyyətdir.

Maraqlıdır ki, X.Məmmədov 1988-ci il oktyabrın 15-də sənətinə vurğun olduğu Şərqin böyük dahisi Üzeyir Hacıbəylının Ev Muzeyində dünyasını dəyişib.

X.Məmmədovun elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. Unudulmaz alim 1967-ci ildə “Şərəf nişanı”, 1986-cı ildə “Qırmızı Əmək Bayrağı” ordenləri, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı və bir sıra medallarla təltif olunub.

Müəllif: Xatirə Cəfərova

Mənbə:  AZƏRTAC

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru