Elan: – Yeni almanax hazırlanır

ELAN : – YeNİ ALMANAX HAZIRLANIR

Əziz qələm əhli, hörmətli şeir həvəskarları!..
“Zəka və Ülviyyət” beynəlxalq, elmi-ictimai jurnalı və “AENPRESS.İNFO” redaksiyasında şeirlərdən ibarət “Almanax” hazırlanır. Kitabda yer almaq istəyən hər kəs; – 3 ədəd şeirini; 1 ədəd tək şəklini – (ölçüsü fərq etməz); özü haqqında qısa məlumatı (telefon nömrəsi daxil olmaqla) bizə göndərə bilər. 
Materialları elektron e-mail vasitəsi ilə; zeka-ve-ulviyyet@mail.ru
Whatsap; 055 343 68 03 nömrəsinə; “Azərbaycan” nəşriyyatında yerləşən redaksiyamıza çatdıra bilərsiniz. Kitab ödənişlidir. Qiyməti- mətbəə və nəşriyyat xərcləri daxil olmaqla 1ədədi 25 man…kitab çapa gedərkən məbləğ yığılacaq.
Əlaqə telefonlarımız: 070 240 93 93

Mənbə: REYHAN MƏHƏRRƏMOVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAMİZ HƏSƏNLİ – ANA ŞEİRİ

ANA ŞEİRLƏRİ” LAYİHƏSİNDƏN NÖVBƏTİ ŞEİR

ANA

Qarşımda bir ana durur, 
Qəlbi oddur, çöhrəsi nur. 
Övlad arxa, övlad qürur, 
Hər kəlməsi, sözü ana!

Həyat onsuz heç, hədərdir, 
Məhəbbəti nə qədərdir, 
Övlad ölməz bir əsərdir,
Müəllifdir özü ana!

Niyə yolu çən-dumandır, 
Qəlbi kövrək bir kamandır, 
Qocalmayan bir insandır, 
Haqlasa da yüzü ana!

Baş əyirəm bu varlığa, 
Getmə məndən sən uzağa, 
Həyat verib çox uşağa, 
Bir dünyadır duyan ana!

Müəllif: Ramiz Hasanli

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Cəfər Cabbarlı – Ana şeiri

Ana

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola, 
Ürək süqut eləməz aldığı mətanətdən. 
Ricavü xəvfə məkan vermərəm gər alimlər 
Min il də vəz edələr dəhşətü-qiyamətdən.

Pələnglər tuta dövrüm, çəkinmərəm əsla, 
Və ya ki, vəd edələr dövləti-cahanı mənə 
Ki, bir kəsə baş əyib içzimi bəyan eləyim, 
Əyilmərəm nə ki yer, versələr səmanı mənə.

Yanımda gər dura cəllad əlində şəmşiri, 
Ölüm gücilə mənə hökm edə olum təslim, 
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun 
Gücilə xalqa həqiranə eyləyim təzim?

Cahanda yox elə bir qüvvə baş əyim ona mən, 
Fəqət nə güclü, zəif bir vücud var, yahu, 
Ki, hazıram yıxılıb xaki-payinə hər gün, 
Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?

Ana! Ana!.. O adın qarşısında bir qul tək 
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam, 
Yenə xəyal edərəm bəzmi-istirahətdir.

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn! 
Atıl cahana sən, ey ildırım, alış, parla! 
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl! 
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!

Bunlar mənə əsər eylərmi ? Mütləqa yox! Yox!- Yox!!!
Fəqət Ana! O müqəddəs adın qabağında- 
O pak bağrına bassın məni, desin layla, 
Təbəssüm oynadaraq titrəyən dodağında.

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz, 
Uçar səmalara o, aləmi-xəyalətdə. 
Yatar, ölər bədənim, nitqdən düşər bir söz: 
-Ana… Ana… Sənə mən rahibəm itaətdə!..

Aman… Aman!… Bu müqəddəs vücudu mümkünmü
Ki, bir taqım canavar zülmnən şikar eləsin?!
Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək,
Ayaqlar altına torpaq kibi nisar eləsin ?!

Zəlilü-xar edərək məhbəsi-əsarətdə,
O şanlı qollarına zülminən vurar zəncir.
Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs?
Neçin də parlayıb etməz cahanı bir tənvir?

Aləmi, ədl-ədalət üzüldü dünyadən,
Neçin nəsibim edibsən bu zülm- dövranı.
Ey asiman, dağıl, ey zöhrələr axın, tökülün,
Ki, aləmi-bəşəriyyət unutdu vicdanı.

Müəllif: Cəfər Cabbarlı (1899 – 1934)

ustac.az dan yeni “Ana şeirləri” layihəsi N:001 #ana_şeirləri

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hüseyn Arif – Ana şeiri


Analar
Elə ki, balalar gəlir dünyaya,
O gündən hey ölçüb, biçir analar.
Mahnı da oxuyur, şeir də deyir
Bəstəkar analar, şair analar. 
***
Dözür hər əzaba o bilə-bilə,
Yaşayır, sirrini salmadan dilə.
Vaxt olur, qaldırıb ağını belə
Şərbət əvəzinə içir analar.
***
Unudub illərin yorğunluğunu,
Həyatda dincliyi, evdə yuxunu,
Sevincin azını, qəmin çoxunu,
Yükün ağırını seçir analar. 
***
Alnında zamanın açdığı qırış,
Başına qar tökür, qar ələyir qış.
Odun istisindən aralanmamış,
Suyun soyuğundan keçir analar. 
***
Özüm də bilmirəm, Hüseyn, niyə 
Başımın tüstüsü çəkilir göyə? 
Torpaqmı anasız qalmasın deyə, 
Torpağın qoynuna köçür analar?

Müəllif: Hüseyn Arif (1924 – 1992)
Qeyd:

ustac.az dan yeni “Ana şeirləri” layihəsi N:003 #ana_şeirləri

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Səməd Vurğun – Ana şeiri


Ana

Pək cocuğdum, yerə gömdülər səni, 
Həyata qanadsız atdılar məni. 
Bax, necə pozulub ömür gülşəni, 
Həyat sənsiz mənə zindandır, ana!

Qoynunda bəslənir gözəl diləklər, 
Layiqdir səcdəyə sənə mələklər, 
Nerdəsən, gözlərim həp səni bəklər, 
Bax evladın nasıl giryandır, ana!

Sən bir günəş idin, doğdum da, batdın, 
Yazıq evladını qəmlərə atdın. 
Bir cavab ver, hanki murada çatdın 
Torpaqlarda neçə zamandır, ana!

Bir ah çəksəm sənsiz, qopmazmı tufan? 
Əzizim anacan, gözüm anacan! 
Yumuq gözlərini aç da bir oyan, 
Şimdi zaman başqa zamandır, ana!

Yıxılıb payinə öpmək istərəm, 
Analıq mehrini görmək istərəm, 
Səni görmək üçün ölmək istərəm, 
Təsəlim ah ilə fəğandır, ana!
1927

Müəllif: Səməd Vurğun (1906 – 1956)

Qeyd:

ustac.az dan yeni “Ana şeirləri” layihəsi N:002 #ana_şeirləri

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

“CAHANA SIĞMAZAM”

Bu gün – 20 may 2019 – cu il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda ədəbi ictimaiyyət və poeziyasevərlərin iştirakı ilə “Nəsimi ili” çərçivəsində böyük Azərbaycan şairi, filosof-alim, mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə çap olunmuş “Cahana sığmazam” adlı ədəbi almanaxın təqdimat mərasimi keçirilib. “Elm və təhsil” nəşriyyatında Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qocanın məsləhətçiliyi və AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, Prezident mükafatçısı, şair Balayar Sadiqın redaktəsi, eyni zamanda AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, şair Tahirə Məğrurla birlikdə tərtibatçılığında ərsəyə gəlmiş kitab böyük maraqla qarşılanmışdır. Bu poeziya almanaxında klassiklərdən Nəsimi, Rəsul Rza, Əli Kərimlə yanaşı, müasirlərimiz olan tanınmış söz adamları Fikrət Qoca, Firuzə Məmmədli, Oqtay Rza, Əbülfəz Ülvi, Damət Salmanoğlu, Sabir Zamanlı, Zaur Ustac, Etibar Vəliyev və başqa olduqca müxtəlif kateqoriyalardan olan ədəbi nəsillərin, eyni zamanda çoxçeşidli ədəbi-bədii düşüncəyə malik qələm sahiblərinin şeirləri toplanıb. Bu gözəl mədəniyyət hadisəsi münasibəti ilə bütün ədəbiyyatsevərləri təbrik edir və qələm sahiblərinə yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru