QARDAŞ ŞEİRİ

ARZU MÜZƏFFƏR QIZINDAN BİR ŞEİR

QARDAŞ 

Sənlə dosta dostdur düşmənə düşmən.
Gücünə güc qatan dayaqdı qardaş.
Bir an belə düşsən dara çətinə.
Sənə yol göstərən mayakdi qardaş.

Kədərin sevincə üstün gələndə.
Kədərinə ortaq olandı qardaş.
Nədənsə sevinib üzün güləndə.
Üzünə təbəssüm dolandı qardaş.

Ata ocağının gur işığıdır.
Atadan sonraki Atandı qardaş.
Bacının ömür-gün yaraşığıdır.
Ömrünü-ömrünə qatandı qardaş..

Övladın yoxdursa o övlad olar.
Ogul tək arxanda durandı qardaş.
Müqəddəs ocağın ,and yerindi o 
Özünü od-közə vürandı qardaş.

Həyat işıgındır görən gözündür.
Düşünən beynindir, əlindi qardaş.
Dünyasın dəyişib səni tərk etsə .
Qəlbini göynədən qəmindi qardaş.

Qardaşında pisi,yaxşıları var.
Canında can olan canındı qardaş
Yaxşısıda olsa pisidə olsa.
Damarında axan qanındı qardaş.
Arzu Müzəffər Qızı Nuri.

Müəllif: Arzu Muzəffər Qizi Nuri

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Arzu Müzəffər qızı

Arzu Muzəffər Qızı “Üç yarpaq” -da

Ölüm qoxulum

Sən sevgi deyilsən ölüm qoxulum.
Sevgi libasında gələn mələksən.
Kaş ki vüsalına yetim,..yox olum.
Məni həsrətinlə öldürəcəksən.

Səni röyalarda ağlayacağam.
Üzümdə gözümdə nəm oyanacam.
Gecə yuxularda öpdüyüm gözü.
Hər gün xəyallarda tumarlayacam.

Səni düşünəcəm salacam yada.
Dərdinə qalacam qəmin olmasın.
Səninlə olacam sənsiz dünyada.
Ruhum şad olacaq fikrin qalmasın..

Ruhüm xöşbəxtliyin dalınca düşüb.
Zülmət gecələrdən bir nur axtarır.
Sən adlı xöşbəxtlik yolda ilişib.
Ölmüş sevgisində qürur axtarır.

***********************

Sevirəm

Sevirəm bu dəli əsən küləyi.
Bu külək günəşlə oyanıb sanki.
Ürəyimdə coşan neçə arzular .
Küləkli günəşə boyanıb sanki.

Bəzən mənim kimi qəzəbli olur.
Firtınaya dönür,bu sehri külək.
Bəzən sevgi kimi qəlbimə dolur.
Ruhuma xoş gəlir bu mehli külək.

Bəzən agacdakı son yarpagı da.
Agacdan qoparıb atır yellərə.
Bu dəli küləydə.dəli sevgi tək.
Nələr törədəcək bilinmir hələ.

Yerləri qaldırıb qoyur göylərə
Göyləri endirib vurur yerlərə .
Külək də sevdaya tutulub məncə.
Qovusmaq isteyir nazlı dilbərə.

***********************

Sən demə

Sən demə sevginin əksidə varmış.
Sevgi göz yaşı tək gözdən axarmış..
Bir vaxtlar sevgiylə baxan gözlərim.
Hiccəylə ,nifrətlə dolub ,daşarmış..

Sən demə ağızda dil quruyarmış.
Sevgi od olarmış,qəlb odlanarmış.
Bir vaxt səni sevən,sevirəm deyən.
Dodaqlar lal olub susqun qalarmış…

İnsan əllərini özü- özündən..
Sən demə necədə uzaq tutarmış.
O əllər ki bir vaxt dəyib sevginə .
O anı nifrətlə necə anarmış.

İnsanın sevgisi necə dönərmiş
Necə çevrilərmiş qəzəbə – kinə.
Bir vaxt əzizləyib aşiq olduğun.
Bir anda dönərmiş qatı düşmənə.

Ürək param-parça olurmuş demə.
Heç yer qalmaz imiş gözəl sevgiyə.
Yox imiş sevginin gözəlikləri.
Sevgi bir yalanmış quluymuş demə..


Müəllif: Arzu Muzəffər Qizi Nuri

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru