Arzu Göytürk dərs zamanı

ŞAİRƏ ARZU GÖYTÜRK DƏRS ZAMANI – SENTYABR -2019

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Arzu Göytürk – “Qayıtma…”

“QAYITMA QURBAN OLUM”…

Çıxıb getmək olmayır,
zülümdü bu ayrılıq.
Bilirəm ömrüm-günüm,
ölümdü bu ayrılıq…

Ürək fəryad eyləyər
sinədə, səsi çıxmaz.
Göz yaşına boğular
adam…nəfəsi çıxmaz…

Son dəfə gözümə bax,
son dəfə tut əlimi.
“Hicran mələyi” gəlir,
aparmağa dəlini…

Ayrılaq gözüm nuru,
əzablı olsa da get.
Ümüdüm göz yaşımda
batıb, boğulsa da get…

Ayrılığın gözəlin,
məsumunu yaşayaq.
Taleyə nə yazılıb
susaq, onu yaşayaq…

Get, səni “ulduzların
günəşin” gözləyir get.
Sən özgə çırağısan
atəşin gözləyir get!..

Bilirsən ki dəliyəm,
bilinməz sağım-solum.
“Geri qayıt” desəm də,
qayıtma qurban olum….

Müəllif: ARZU GÖYTÜRK

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Arzu Göytürk -“Ölüb qal”

A MÜRVƏTSİZ…

Getdiyin yol… yol deyil ki, haramdı,
“Qüsul, namaz, dəstəmazsız, kəbinsiz”.
Axirəti fanilərə dəyişdin,
Ay allahsız, a imansız, a dinsiz…

Göz yaşımı ovuc -ovuc içirəm, 
Acımadın gözlərimin yaşına.
Mən də elə yalvaracam Allaha, 
Özün boyda daş salacaq başına…

Mənim qəlbim mehmanxana deyil ki,
Gah çıxıb get, gah peşman ol gəlib qal.
Yad ocağın tüstüsünə kor oldun, 
Geri dönmə, elə orda ölüb qal!..

Müəllif: ARZU GÖYTÜRK

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ARZU GÖYTÜRK – DAŞ ADAM

DAŞ ADAM

Mən özüm sevmişdim o daş adamı,
O “Daş” əzir məni qınayammıram…
Mən “kədər qadınam” xoşbəxt olanda,
Güzgüdə özümü tanıyammıram…

Əynimə gen olur sevinc libası,
İztirab boyuma biçilib mənim.
Dünya yaratmışdım o “Daş adamdan”,
Dünya gözlərimdə kiçilib mənim…

Tanrıya bənzəyir sevgim…nə cismi,
Nə rəngi,nə də ki qoxusu yoxdur.
Gözümü dəyişdim başqa göz ilə,
İndiki gözümün yuxusu yoxdur…..

Müəllif: ARZU GÖYTÜRK

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================