Zahid Sarıtorpaqdan yeni kitab

Bu gün “Kitabevim.az” da yazıçı Zahid Sarıtorpağın “Quşların intiharına ağlamayın” kitabının təqdimatı olub. Tədbirdən fotolar:

Mənbə: Gülnar Əhmədova

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aysel Səfərli -Ad günü

Tanınmış şair-publisist Aysel Xanlarqızı Səfərli ad gününü qələm dostları ilə birlikdə qeyd edib. Aysel xanımın dediklərindən:

“Dünən hədiyyə, sevgi yagışına düşmüşdüm.
Sizlər o qədər möhtəşəm, mükəmməl, gözəl insanlarsınız ki.. Sizlərin sayəsində insan 100 il yaşasa doymaz. Tənhalıq, depresiya, kədər nədir ki, sizlər varsınızsa..
Ömrümü, həyatımı, günümü gözəlləşdirən dostlarım, 100 yaşayın,nə yaxşı ki, varsınız.
Dünən axşamkı möhtəşəm doğum günü surprizi üçün dəyər verən, həyatımın özəl anlarını mənimlə bölüşən böyük ürəkli böyük insanların böyüklüyü, sevgisi qarşısında baş əyirəm… Nə yaxşı ki,varımsınız.O qədər varlıyam ki, sayənizdə…
Facebookda, inboxsa, whatsappda təbrik yazıb məni unutmayan hər kəsə də xüsusi mimmətdarlığımı bildirirəm.
Facebookdakı bəzi problemlərlə bağlı bütün təbrik mesajlarını görə bilməmişəm.Nə qədər çalışıramsa da açılmır, səhifə sona qədər aşağı getmir ki,görüb cavablandırım. Lütfən, təbrik yazanlar , cavab ala bilməyənlər inciməsinlər. Gördükcə cavablandıracağam.
Hamınız çox dəyərlisiniz, əzizsiniz. Həyatım boyu ən pis adam belə qarşıma çıxanda ona sevgiylə cavab verməyə çalışmışam. Mən ən kiçik pisliyin içində də gözəllik axtarmağa çalışanlardan olmuşam.
Bir daha təşəkkür edirəm,var olun, hər zaman mənimlə olun. Yaxşı insanlar hər zaman başı üstə olsun hər kəsin…”

Tədbirdən ən maraqlı, isti və səmimi görüntülər (fotolar):

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Sayəndə Aysel

SAYƏNDƏ AYSEL

(Şairə xanım Aysel Səfərliyə ad günü hədiyyəsi)

Aydan işıq alıb, nur verdin Günə,

Bu gün məşhur olub, sayəndə Aysel.

Nə yaxşı doğuldun, yaxşı ki, varsan,

Söz şöhrət qazanıb, sayəndə Aysel.

*    *    *

Gözəllik meyyarı aciz nisbətdə,

Zər – ziba əyyarı məcaz, nisbətdə,

Hüsnün zəvvarına Hicaz, nisbətdə,

Nisbətlər yox olub, sayəndə Aysel.

*    *    *

Ustac saf diləkli Allah elçisi,

Zühur eləyəndən boşdu nimçəsi,

Gəldiyi kimi də burdan köçəsi,

Ruhu dinclik tapıb, sayəndə Aysel.

13.12.2019. (10:19- 19’) Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Aysel Xanlarqızı Səfərli

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 13 dekabr 1982 ) gözəl insan, səmimi dost, qəlbləri riqqətə gətirən şeirlər müəllifi şair – publisist Aysel Xanlarqızı Səfərlinin doğum günüdür. Ad gününüz mübarək, Aysel xanım!!! Uca Yaradandan Sizə uzun ömür, can sağlığı və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol, yeni yaşınız mübarək olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“İmadəddin Nəsimi – 40 qəzəl”

Bu gün noyabrın 12-də “Kitab Evi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri”layihəsi çərçivəsində “İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitabın və qəzəllərin səsləndirildiyi audiodiskin təqdimatını keçirib.

Layihənin rəhbəri “Kitab Evi” İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova tədbir iştirakçılarını salamlayıb, bu məsuliyyətli layihənin uğurlu nəticəsinə sevindiyini bildirib və kitab haqqında yığcam məlumat verib.

Kitabın redaktoru və ön sözün müəllifi tarixçi alim, şair Şahin Fazil tərcümə olunan qəzəlləri yüksək qiymətləndirib, qəzəllərin orijinal mətninin, sətri tərcüməsinin və bədii tərcüməsinin bir yerdə verilməsinin məqsədəuyğun olduğunu bildirib. Sonra qəzəlləri farscadan tərcümə edən Dalğa Xatınoğlu çıxış edərək Nəsiminin hürufizmi inkişaf etdirməklə insan ruhunun kamilləşməsinə aparan yolu izah etdiyini bildirib.

Təqdimatda alimlər, şairlər, yazıçılar, media nümayəndələri, oxucular; Səfər Alışarlı, Fazil Güney,  Məti Osmanoğlu, Hümeyir Əhmədov, Elçin Alıoğlu, İlqar Türkoğlu, İlahə Bayandur, Əli Şamil, Əkbər Qoşalı, Aləm Kəngərli, Mübariz Məsimoğlu, Əntiqə Qonaq, Aysel Xanlarqızı Səfərli, Narıngül Nadir, Xalidə Nuray, Süleyman Abdulla, Gülnar əhmədova və başqaları iştirak edərək, mövzu ilə bağlı çıxışlar ediblər. Onlar İ.Nəsiminin əxlaqi-didaktiv görüşlərini, dini-fəlsəfi baxışlrını tərənnüm edən qəzəllərindən bəhs ediblər, şairin əsərlərində ana xətt olan insan, kainat və bütövlükdə varlığın Allahla vəhdətdə olması ideyasından danışıblar. Tədbirdən fotolar:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aysel Xanlarqızı Səfərli

Aysel XanlarqIZI SƏFƏRLİDƏN BİR ŞEİR

MƏNİM KİMİ…

Nə qədər ağrısan da 
Ağrıya bilməzsən
Mənim kimi..
Zərif çiyinlərimdə
Daşıdığım qayğı yükü
Yalnızlığınla damğaladı gecələrimizi.
Qızım telefondakı mesajlarda “darıxıram” sözünü yazmağı öyrəndi ilk…
Oğlum kağızdan təyyarə düzəldib uçururdu
Otaqboyu…
Hava limanına döndərmişdi evimizi.

Hə, bir də
Mən ata olmağı da öyrənmişəm 
Sən uzaqdaykən..
Öz atasızlığımı da 
Uşaqlarımın sənin qürbət qoxulu sevginə büküb…

Axşamlar
Yorğun 
Addımlarım evin kandarında
Əlimdəki torbaların ağırlığına acıyıb
Qapı döyür 
yerinə,
Sabahlar isə həsrətinə
Bir fincan çay süzüb,
Ana oluram,
Məktəblilərimin saçlarına sığal çəkib….

Sən qazanc dalıyca gedərkən,
İçimdəki ağrıları
Kirayə evimizin
Darısqal künclərinə
Boşalda bilməmişdim…
Hər özəl günümüz yoxluğunla təqvimlənmişdi…
Eh,unutdum,
Gələcəyin hansısa bir gününə
Ümid işarələmişdim….

İndisə
Ömür düyünlənib
Boğazımda…
Bilirsən?
Yerlər intihar edir
Ayağım altda…
Bir boş yer qalıb
Dar ağacında…
Yerimə bir az da sən “ana”
Olmağı öyrən…
Çıxıb getməyim gəlir bu həyatdan..
Sənsiz ölərəm dediklərimiz
Gedəndə
ölə bilmədik,
Uzaqdan uzağa
xoşbəxt ola bilmədik…

Müəllif: Aysel Xanlarqizi Safarli

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru