ZAUR USTAC – USTACI – 1

HEÇ NƏ DƏYİŞƏN DEYİL

(Ustacı)

Zaman, zaman dediyin, ömürdür, axıb gedir.

Aman, aman dediyin, nöqsandır, gəlib, gedir.

Uyar, uyar dediyin, uymur, dolanıb, gedir.

Rahat yaşa özünçün , heç nə dəyişən deyil!

* * *

Uslu-uslu dünyanı, gərək arasın adam.

Sakit-sakit dövranı, gərək darasın adam.

Tələsməyib, gözləsin, gərək sonrasın adam.

Aradan çox az keçər, görərsən bu, o deyil,

Cəhd eləmə boş yerə, heç nə dəyişən deyil!

13.01.2020. Bakı ş. (16:16)

Müəllif: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Zaur Ustacın ad günüdür

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün (08 yanvar 1975) tanınmış yazar Zaur Ustacın doğum günüdür. Yazarlar camiəsi adından ad günü münasibəti ilə Zaur müəllimi təbrik edir, Uca Yaradandan uzun ömür, can sağlığı və bütün işlərində müvəffəqiyyətlər arzu edirik!!! Var olun, Zaur müəllim!!! Allah Sizi qorusun!!! Uğurlarınız bol olsun!!!

ZAUR USTAC HAQQINDA MƏLUMAT

Zaur Ustac 8 yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və halhazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin  üzvü  olan  Zaur Ustac  “QIZIL QƏLƏM” mükafatı laueratı, «Yazarlar» jurnalının təsisçisi və baş redaktorudur. Zaur Ustac «GÜNAYDIN“ («AĞÇİÇƏYİM”), “İSTƏMƏZDİM ŞAİR OLUM HƏLƏ MƏN”, “GÜLZAR”, “ŞEHÇİÇƏYİM”, “MƏHDUD HƏYDTIN MƏCHUL DÜŞÜNCƏLƏRİ”, “MUM KİMİ YUMŞALANDA”, “BAYATILAR”, “BALÇİÇƏYİM”, “BƏRZƏXDƏ”, “GÜLÜNÜN ŞEİRLƏRİ” “SEVİN Kİ, SEVİLƏSİZ…”, “QƏLBİMİN  AÇIQCASI”, “USTADNAMƏ”, “NİŞANGAH”, “ÇƏHRAYI  KİTAB” , yaradıcılığının “30” illiyi yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “OTUZ İLDİR, ƏLDƏ QƏLƏM”  kimi şeirlər kitablarının, “Əliş və Anna”  poemasının (Poema görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin  anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmışdır.) “USUBCAN  ƏFSANƏSİ”, “YARADANLA BAŞ-BAŞA”, “QƏLƏMDAR”adlı  məqalə  toplularının və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ ORİYENTİR ULDUZU” kitabının müəllifidir.

ZAUR  USTAC  HAQQINDA  OLAN  KİTABLAR:

1. Hacıxanım AİDA    “ÖMRÜN ANLARI ”  Bakı – 2018. PDF: HXA-OMURAN
2.Hacıxanım AİDA    “OTUZ ŞEİR, OTUZ FİKİR ”  Bakı – 2018. PDF: HXA-OTUZFİKİR

YAZARLAR.AZ  USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC 2020-NİN İLK SEİRİ

EVCİK-EVCİK OYUNU

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Yadımda, uşaq vaxtı evcik-evcik oynardıq,

Boyunbağı, gah təsbeh, hərdən muncuq olardıq,

Xəzəl pulla bazardan sucuq-mucuq alardıq,

Heç indiki uşaqlar oynamır evcik-evcik,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Ata, ana olardıq, heç kim uşaq olmazdı,

Taxıl biçib, yığardıq, yerdə başaq qalmazdı,

Milis-milis olanda kimsə  duşaq vurmazdı,

Baxıram uşaqlara, ruhları çilik-çilik,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Hakim-hakim olanda, dustaq olmurdu, heç kim,

“Məllim-məllim” olanda şagird olmurdu, heç kim,

Kıx-kıx vaxtı gələndə, düşmən olmurdu, heç kim,

Eyni səfi tutardıq, durardıq, muncuq-muncuq,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Arzular konsertinə hər gün bilet alardıq,

Nə vaxt, necə istəsək, vəzir, padşah olardıq,

Kimi hara istəsə vəzifəyə qoyardıq,

Səksənərdik yuxuda, dodaqlar uçuq-uçuq,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Uşaq oynamır deyə böyüklər girib bəhsə,

Biri çıxır dam üstə, biri girir qəfəsə,

Yazı, yayı, payızı hamı nəfəs-nəfəsə,

Boyunlar yoğunayıb, əllərsə sucuq-sucuq,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Padşah-padşah oyunu dəb düşüb indi yaman,

Yekələrin hamısı istəyir olsun  əyyan,

Sobaçı da olan var,  odunçuya yox güman,

Cin gəzirlər odunu daşısın qucaq-qucaq,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

*    *    *

Yaxşı ki,  İvan dayı səsin çıxartmır hələ,

Həyətində  böyüklər  oynayırlar əl-ələ,

“Məhlədə” başqa qonşu onları sevmir belə,

Ustac da  od daşıyır onlara sıcaq-sıcaq,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

01.01.2020 (03:23 – 14’) Ümid qəsəbəsi.

Müəllif: Zaur Ustac 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rzayev Səlahəddin (Saşa)

Müstəqil Azərbaycan Respublikasının ilk Xüsusi Təyinatlı bölmələrindən biri olan 799 saylı XTT -un Birinci Bölüyünün (Yaşma – 1993) bütün şəxsi heyyəti adından Bölük Komandiri Səlahəddin Rzayevin (Saşanın) vaxtsız vəfatından kədərləndiyimizi bildirir, dönəmində Bölüyün Baş Çavuşu olmuş, hal-hazırda xidmətini zabit kimi davam etdirən Şərafəddin Rzayev başda olmaqla mərhumun bütün doğmalarına, (Qaradağlılara) yaxınlarına, dostlarına və onu özünə yaxın bilib xatırlayan hər kəsə baş sağlığı veririk. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin. Amen.

SƏLAHƏDDİN RZAYEV (SAŞA) HAQQINDA

Qarabağ müharibəsinin od-alovundan keçmiş, Tərtərin müdafiəsində böyük şücaət göstərmiş, Azərbaycan Silahlı qüvvələrinin formalaşmağa başladığı ağır-ağrılı dövrdə böyük zəhməti olan, Azərbaycan ordusunun ehtiyyatda olan Polkovnik-leytenantı Rzayev Səlahəddinin (Saşanın)-
Azərbaycan ordusunda xidməti 1991-ci ilin oktyrabrdan başlıyıb.
1992-ci il 26 fevral Xocalı faciəsi zamanı Xocalıya köməyə gedənlərdən biri olub.
Daha sonra 778 saylı Xüsusi Təyinatlı hərbi hissədə Qarabağ müharibəsin ən qızğın getdiyi döyüş bölgələrində olub.

799 saylı hərbi hissədə bölük komandiri olaraq Azərbaycanın ilk XTT -un yaranmasında yaxından iştirak edib.
708 saylı hərbi hissədə batalyonun qərargah rəisi, batalyon komandiri kimi Ağdam-Tərtər istiqamətində döyüşlərdə olub, daha sonra 707 saylı briqadaya batalyon komandiri təyin edilib, Qazax istiqamətindəki döyüşlərdə fərqlənib.
Döyüşlərdən sonra AHM də idman kafedrasının rəisi, Təlim Tədris Mərkəzində müəllim kimi xidmətin davam etdirib.

Mərhum doğulduğu Tərtər rayonunun Qaradağlı kəndində dəfn olunub.
Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin. Amen.

Mənbə: Hərbi Xəbərlər və Məlumatlar

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Düşünürəm

DÜŞÜNÜRƏM…

Soy, o soydur, kök, o kökdür, qan, o qan…
Lap, bir-iki bicbalanı qat gözə.
Boy, o boydur, qol, o qoldur, can, o can…
Təkəm-seyrək, kəm-kəsiri sat sözə.
Sual doğur, onda nədir çatmayan???
Cavab budur: – “Atillanın öfkəsi”!!!
Bizdə çatmır, dədələrin hikkəsi!!!
* * *
Çay, o çaydır, göl, o göldür, dan, o dan…
Ufaq-təfək olmayanı keç bizə.
Toy, o toydur, çöl o çöldür, xan, o xan…
Biraz böyük, biraz kiçik, keç sözə.
Qürub da o, onda nədir çatmayan???
Cavab sadə: – “Çingiz xanın öfkəsi”!!!
Bizdə çatmır, dədələrin hikkəsi!!!
* * *
Hay, o haydır, rum, o rumdur, biz, o biz…
Tərliyinə yapışanı ver yelə.
Say, o saydır, qom, o qomdur, diz, o diz…

Tutuşanda aşmayanı ver belə.
Bəs beləsə, onda nədir çatmayan???
Cavab təkdir: – “Sultan Fateh öfkəsi”!!!
Bizdə çatmır, dədələrin hikkəsi!!!
* * *
Rey, o Reydir, Şam, o Şamdır, yol, o yol…
İnsan həmin, adamlar o, düş düzə.
Köy, o köydür, kənd, o kənddir, el, o el…
Əsl qədim, tarix zəngin, xoş bizə???
Haqlı sual, onda nədir çatmayan???
Cavab birdir: – “Xətainin öfkəsi”!!!
Bizdə çatmır, dədələrin hikkəsi!!!
* * *
Mey, o meydir, cam, o camdır, din, o din…
Əyri-müyrü düzəlişi yaz düzə.
Pay, o paydır, yem, o yemdir, hin, o hin…
Zaval gəlməz doğru sözə, yaz düzə…
Fəqət sual, onda nədir çatmayan???
Cavab yekdir: – “Şah Qacarın öfkəsi”!!!
Bizdə çatmır, dədələrin hikkəsi!!!

* * *
Ley, o leydir, sar, o sardır, vağ, o vağ…
Yarasanı mixi xətlə yaz mizə.
Huy, o huydur, gül, o güldür, bağ, o bağ…
Dəmi boş ver, onu kəsir yaz bizə.
Sual həmin, onda nədir çatmayan???
Cavab netdir: – “Atatürkün öfkəsi”!!!
Bizdə çatmır, dədələrin hikkəsi!!!

15.03.2018. Bakı. (9:19 – 19’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Təranə Məmməd – Gəl

GƏL

Gəl tutaq əl-ələ bir axşam çağı,
Dolaşsın barmaqlar qoy bir-birinə.
İki əl yaratsın sevgi ocağı,
Aləm heyran olsun eşqin sirrinə.

Qoy olsun o dünya hər ikimizin,
Bu yalan dünyaya bənzəməsin heç.
Bölüşək varlığın saf eşqimizin,
Mən səni götürüm, sən də məni seç.

Gəl tutaq əl-ələ, göylərə ucaq,
Səma yer üzündən daha təmizdir.
Ulduz bağışlayım sənə bir qucaq,
Düşünək, asiman sərvətimizdir.

Şəfəqdən don geyək gəl səhər-səhər,
Yuyunaq sabahlar çiçək şehiylə.
Durub qarşımızda güzgütək Xəzər,
Öpsün üzümüzdən ləpələriylə.

Süzək sona kimi ağ buludlarda,
Mələklər seyr edib həsəd aparsın.
Eşq əbədi olur göy səmalarda,
Bizim sevgimiz də burda yaransın.

Göylərdə qoyulur eşqin təməli,
Enib yer üzündə yaşayır sonra.
Eşq cismin deyil ki, o ruh əməli,
Ruhlarsa ölümdən yaşayır sonra.

Müəllif: TƏRANƏ MƏMMƏD

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Cəza yeri

CƏZA YERİ

Dünya malı, bu dünyada qalandı,
Süleymanın hekayətin sal yada.
Kimi qurdu, kimlər çapdı, taladı
Elə qazan, elə ye ki, bal dada.
* * *
Canfəşanlıq, fitnə-fəsad faydasız,
Tamahkarlıq, hiylə, büsat faydasız,
Riyakarlıq, qorxu, həsəd faydasız,
Şirindil ol, yeri gəlsə, al “qada”.
* * *
Ustac desin, bircə kəlmə, dinlə sən,
Adəm bura niyə gəldi, biləsən,
Həmən yerdi– cəza yeri, anla sən,
Rəvamıdır, verə ömrü, mal bada!?

16.11.2019. (19:06)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əslində MÜHARİBƏ…

BİRİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏN NADİR VƏ REAL KADRLAR:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏRANƏ MƏMMƏD

Təranə məmməddən bir şeir

Sazla söhbət

Gəl sığın sinəmə, a telli sazım,
Görüm dərdin nədi, istədiyin nə?
Səsin qəlb dağlayır, xoşdur avazın,
Vurğunam köksündən qopan nəğmənə!

Canımdan süzülüb ruhuma keçdi,
Məhəbbət dastanı, o “Yanıq Kərəm”.
Nədən cismimi yox ruhumu secdi?
Nə sən anlayırsan, nə mən bilirəm.

Keçmişin uludur qədim tarıxdən,
Ozanlar əlində ellər gəzmisən.
Tellərin köklənib qəmə həsrətdən,
Sızlayan dərdini söyləyərmisən?

Gəl sığın sinəmə, a telli sazım,
Danış əzabından, danış qəmindən.
Nədən payız olub baharın, yazın?
Yoxsa nigaransan köçkün elindən?

Dərdini dərdimə qatım gəl, sazım,
Bir dastan yaradaq ellər dinləsin.
Mən açım qəlbimi, sirrimi yazım,
Sən də “Ruhani” çal ruhlar titrəsin.

Müəllif: TƏRANƏ MƏMMƏD

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təranə Məmməd “Ayın Yazarı”

Tanınmış şairə Təranə Məmməd ustac.az – ın təşkilati dəstəyi ilə yazarlar.az-ın keçirdiyi “AYIN YAZARI” Müsabiqəsinin qalibi olmuşdur. O ən yaxın izləyicisi Nazim Yaquboğlun 25 səs qabaqlayaraq bu ada layiq görülüb. 2019-cu il avqust ayının nəticələrinə görə “AYIN YAZARI” (avqust – 2019) adını qazanan şairə eyni zamanda təşkilatçılar tərəfindən “BAYRAM BAYRAMOV” DİPLOM-una layiq görülmüşdür. Müsabiqənin nəticəsinə görə şairənin adı bu gündən etibarən “AYIN YAZARI” səhifəsinə qeyd olunur. Diplom isə 2020 – ci ilin iyul ayında Milli Mətbuat Günü ərəfəsində təşkil olunacaq təntənəli tədbirdə digər laureatlarla birlikdə təqdim olunacaq. Təranə Məmmədi bu münasibətlə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun…

ARAYIŞ

AUDİTORİYA (ƏSAS OXUCU KÜTLƏSİ) HAQQINDA:

Azərbaycan – 95%

ABŞ – 3%

Türkiyə – 2%

FOTO SƏNƏD: FOTO ARXİV

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru