ƏDALƏT BƏDİRXANLI

ƏDALƏT BƏDİRXANLININ POEMASI BURADA>>>AZADLIĞA GEDƏN YOL

POEMAPOEZİYATƏQDİMATWWW.USTAC.AZWWW.YAZARLAR.AZ


DİQQƏT !!!

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏBRİZİM ŞEİRİ

TƏBRİZİM

Xallı ceyran otlayanda düzündə,
Kədər gördüm Təbrizimin üzündə.
Ayrılığın həsrəti var gözündə,
Ürəkləri dağlayandı Təbrizim.

Eynəlidağ boylananda Səhəndə,
Bəzz qalası itər dumanda – çəndə,
Topxanadağ taleyindən küsəndə,
Hönkür-hönkür ağlayandı Təbrizim

Bir tarixdi hər qayası, hər daşı,
Tanrım bilir nələr çəkibdir başı,
Savalanım Babadağın qardaşı,
Bulaqların çağlayandır Təbrizim.

Yazılıb şəninə minlərlə dastan,
Ana yurdum başdan-başa gülüstan,
Makı qədim tarix, Miyanə ostan,
Şəbustər, Xoy, Kəndivandır Təbrizim.

Dərələri bürünəndə dumana,
Gur çayları səsin salar hər yana,
Düzlərində lalə bitən Muğana,
Ümidini bağlayandır Təbrizim.

Çaldıran, Urmiyə, Ərdəbil candır,
Əhər ,Qəzvin, Heris, Sarab, Zəncandır,
Mənim ana yurdum Azərbaycandır,
Bərabərin olmayandır Təbrizim.

Dolanmışam Qaradağ mahalını,
Çox dadmışam Küləşlinin balını,
Xəlillinin soruşdum əhvalını,
Çiçəklərin solmayandır Təbrizim.

Gələn qonaq Kəlheybəri soraqlar,
Behruzumda dişçatladan bulaqlar,
Məzgər, Balan, Aynalıda var bağlar,
Dəmirçi kənd mərd dayandı Təbrizim.

Dildən düşməz Şəhriyarla, Şirazi,
Könül oxşar Marağanın hər yazı,
Yada salsan qəmli axan Arazı,
Mübarizi tez duyandı Təbrizim.

Müəllif: MÜBARİZ SÜLEYMANLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ustaclı Mahmud bəy haqqında

USTACLI MAHMUD BƏY və onun nəsli HAQQINDA

Şah İsmayıl Səfəvi zamanında Qızılbaş tayfalarını saray və orduda təmsil edən əmirlər:

Ustaclu tayfası (13 nəfər):

Məhəmməd xan, Qaraxan xan, Abdulla xan, Xızır ağa, Süleyman bəy, Şahrux sultan (Kor Şahrux), Sarı Pirə, Köpək sultan, Mahmud bəy*, Məntəş sultan, Murad bəy, Çayan sultan, Məhəmməd sultan Sufioğlu;

Şamlu tayfası (9 nəfər):

Hüseyn bəy Lələ, Əhməd sultan, Əxi sultan, Əbdi bəy, Durmuş xan, Zeynal xan, Musa bəy, Həsən bəy, Süleyman bəy;

Türkman tayfası (8 nəfər):

Əlişəkər bəy Baharlu, Məhəmmədi xan Baharlu, Mənsur bəy Pornak, Əmir xan Mosullu, Gülabi xan Mosullu, Abdal sultan Türkman, Şahqulu bəy Türkman, Qızıl Məhəmməd Türkman;

Rumlu tayfası (6 nəfər):

Div sultan, Nurəli xəlifə, Xəlil ağa, Sufiyan xəlifə, Badican sultan, Qaragünə sultan;

Təkəlü tayfası (6 nəfər):

İlyas bəy Halvaçıoğlu, Həsən bəy Halvaçıoğlu, Yaqub bəy Halvaçıoğlu, Üləmə sultan, Sarı Əli bəy Möhürdar, Burun sultan;

Qacar tayfası (5 nəfər):

Qara Piri bəy, Rüstəm bəy, Əhməd sultan, Mahmud bəy, Xəlil xan;

Əfşar tayfası (4 nəfər):

Sultanəli bəy, Məhəmməd xan, Danə Məhəmməd sultan, Vəlican sultan;

Zülqədər tayfası (4 nəfər):

Xəlil xan, Əlixan sultan, Zöhrab sultan, Vələdxan bəy;

Talış tayfası (4 nəfər):

Abdal bəy Dədə Talış, Xadim bəy Xüləfa Talış, Mirzə Məhəmməd Talış, Pirqeyb xan Talış:

Qaramanlu tayfası

(3 nəfər): Bayram xan, Hüsam bəy, Əlican sultan;

Varsaq tayfası (3 nəfər):

Yusif xəlifə, Qasım xəlifə, Həsən xəlifə;

Qıpçaq tayfası (1 nəfər):

Mənsur bəy.

Müəllif: Namiq Musalı
“I Şah İsmayılın Hakimiyyəti”
(“Tarix-i aləmara-yi Şah İsmayıl” əsəri əsasında) səh. 386-387

MƏNBƏ:ŞAH İSMAYIL SƏFƏVİ

Qeyd*

Bu məlumat, 1992 ci ildə Ağdam rayonu Yusifcanlı kəndində rəhmətə getmiş Mustafayev Müseyib Mahmud oğlunun (Müseyib Mahmud oğlu, Mahmud Mustafa oğlu, Mustafa ……qulu – Qulu – oğlu, …….qulu – Qulu Mahmud oğlu, … və Şah İsmayılın ordusunda “qoşun başı”olmuş Mahmud bəyə qədər Mustafa, Mahmud, Məhəmməd, Məmməd, Müseyib, Allahqulu, Məhəmmədqulu, Əliqulu, Şahqulu, Bayram, Şükür, Məhərrəm, Həsən, Hüseyn adlı digər ulu babalar) canlı daşıyıcı kimi atadan oğula, babadan nəvəyə söhbətlər yolu ilə ötürülmüş məlumatla tam üst-üstə düşür. Onların qohumları sonralar sovet höküməti qurulmuş Şimalı Azərbaycan ərazisində Zəngəzur və Tərtər (ümumiyyətlə isə qocaların dediyi kimi Şamdan Sivasa qədər – Ərdəbil, Qaradağ, Qarabağ, Göyçə və s.) rayonlarında olub. Bu nəslin nümayəndələri həmişə istənilən sahədə bacarıqlarına görə (usta, uslu olmaları ilə) seçiliblər. Xüsusi ilə yüksək təşkilatçılıq və idarə etmə bacarığı, mərdlik, düzlük, döyüşkənlik, haqsızlığa aşırı dərəcədə özündən tez çıxmaqla nəticələnə bilən dözümsüzlük, zəhmətkeşlik, əməksevərlik, yaratmaq əzmi, yaradıcı insanlar olublar. Müseyib Mahmud oğlunun nəql etdiyinə görə “Hürriyyətçilik” (1918-1920 – ci illər ADR) zamanında Zəngəzur tərəflərdə qohumlarından da onun kimi babalarını adını daşıyan (Müseyib adlı) – qocaların dediyinə görə ona çox oxşayan sonralar 30 – cu illərdə güllələnmiş məşhur on başı ya da yüzbaşı olub. Zəngəzur tərəfdəki qohumlarla müharibəyə qədər (hətta müharibədən sonra da onların nümayəndələri ilə bir-iki dəfə Dəli Dağda el yaylaqda olanda görüşüblər – ora yaxın dağ rayonlarında yaşayırmışlar. Çünki, atla gəlib getmək yaxın imiş. ) , Tərtərdəki qohumlarla isə ötən əsrin (1980) 80-ci illərinə qədər əlaqə olub. Sovet dövründə Quliyev – Ermənistan ərazisində – Mustafayev, Məmmədov – Azərbaycanda – (Zəngəzur və Tərtərdə olanların familiyaları barədə məlumat yoxdur) soyadla yaşamışlar. Hal-hazırda bu nəslin ən məşhur nümayəndəsi Azərbaycan Respublikasının Əməkdar Artisti ANS-in “Qulp” proqramından və indi gündəmdə olan seriallardan yaxşı tanıdığımız Temir (Teymur) Məmmədovdur .

Ağdam rayonu Yusifcanlı kəndində yaşamış Mustafayev Müseyib Mustafa oğlunun (təxminən 1923-1992) fotları:

II Dünya Müharibəsində təxminən 1942-43-cü illərdə çəkilib.

1980-ci illərdə Ağdamda çəkilib. Fotoqraf: Tahir. (Fon sonralar dəyişdirilib.)

Qeydin müəllifi və fotoları təqdim edən:Zaur Ustac 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mustafa Müseyiboğlu

Bu gün (29.12.2018) Mustafa Müseyiboğlunun (Məşədi Mustafa) anım günüdür. Mustafa Müseyiboğlu 2018 – ci ildə xəstəlik səbəbi ilə Bakı şəhərində vəfat etmişdir. Allah rəhmət eləsin. Ruhuna Fatihə:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qasımov Şahin

  Qasımov Şahin Həsən oğlu haqqında

Qasımov Şahin Həsən oğlu 1950-ci ildə Ağdam Rayonu Yusifcanlı kəndində anadan olmuşdur. 1957-ci ildə Yusifcanlı kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1967-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 01.09.1967-ci ildən 20.11.1970-ci il tarixədək Ağdam rayon Yusifcanlı kənd orta məktəbində kitabxanaçı vəzifəsində işləmişdir. 1970-ci ilin noyabr ayından 1972-ci ilin aprel ayına kimi Sovet ordusunun sralarında hərbi xidmət etmişdir. 1969-cuildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenlı Azərbaycan Dövlət Universitetinə daxil olmuş 1976-cı ildə Kitabxanaçı və bibloqrafiya ixtisası üzrə həmin Universiteti bitirmişdir. 24.04.1972-ci il tarixdən 30.12.1974-cü il tarixədək Yusifcanlı kənd klubunda müdir, 30.12.1974-cü il tarixdən 22.03.1976-cı il tarixədək Yusifcanlı kənd Mədəniyyət evinin müdiri vəzifəsində işləmişdir. 22.03.1976-cı il tarixdən 21.07.2000-ci il tarixədək Ağdam rayon Mədəniyyət şöbəsinin inispektoru vəzifəsində işləmişdir. 21.07.2000-ci il tarixdən 01.11.2016-cı il tarixə kimi Ağdam rayon Mədəniyyət və Turizm şöbəsinin  müdiri vəzifəsində işləmişdir.  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 iyun tarixli 2978 nömürəli sərəncamı ilə Dövlət qulluğunda fərqlənməyə görə Medal ilə, 30.11.2016-ci ildə isə Respublika Fəxri Mədəniyyət işçisi döş nişanı ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasınin  Ağdam rayon Təşkilatının şura üzvüdür.   05.01.2017-ci il tarixdən Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin Ağdam rayon üzrə nümayəndə Baş məsləhətçisi vəzifəsində çalışır.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Azərbaycan Əlifbası haqqında

HAL-HAZIRDA İSTİFADƏ ETDİYİMİZ ƏLİFBA

===========================================

ƏLİFBA TARİXİMİZ HAQQINDA QISA MƏLUMAT (NÜMUNƏLƏR):

Əski (ərəb) əlifbasıبوتون اینسان‌لار لياقت و حوقوق‌لاری‌نا گوره آزاد و برابر دوغولورلار. اون‌لارین شوعورلارى و ویجدان‌لارى وار و بیر بیرلرینه موناسیبت‌ده قارداش‌لیق روحون‌دا داورانمالی‌دیرلار.
Latın 1929-1933Butun insanlar ləjakət və hukykları̡na ƣɵrə azad və bərabər dogylyrlar. Onları̡n зuyrları̡ və vicdanları̡ var və bir-birlərinə munasibətdə kardaзlı̡k ryhynda davranmalı̡dı̡rlar.
Latın 1933-1939 Bytyn insanlar ləjaqət və hyquqlarьna gɵrə azad və bərabər doƣulurlar. Onlarьn şyurlarь və viçdanlarь var və вir-вirlərinə mynasiвətdə qardaşlьq ruhunda davranmalьdьrlar.
Kiril 1939-1958Бүтүн инсанлар ләягәт вә һүгугларына ҝөрә азад вә бәрабәр доғулурлар. Онларын шүурлары вә виҹданлары вар вә бир-бирләринә мүнасибәтдә гардашлыг руһунда давранмалыдырлар.
Kiril 1958-1991Бүтүн инсанлар ләјагәт вә һүгугларына ҝөрә азад вә бәрабәр доғулурлар. Онларын шүурлары вә виҹданлары вар вә бир-бирләринә мүнасибәтдә гардашлыг руһунда давранмалыдырлар.
Latın 1991-1992Bütün insanlar läyaqät vä hüquqlarına görä azad vä bärabär doğulurlar. Onların şüurları vä vicdanları var vä bir-birlärinä münasibätdä qardaşlıq ruhunda davranmalıdırlar.
Müasir latın (1992)Bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar. Onların şüurları və vicdanları var və bir-birlərinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar.

Qeyd:

ƏLİFBAMIZ VƏ ANA DİLİMİZ HAQQINDA

Azərbaycan əlifbası – 32 hərfdən ibarət latın qrafikalı əlifba. Azərbaycan dilinin fonem tərkibində 9 sait və 25 samit səs vardır. Bu 34 səs Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Azərbaycan dilində 32 hərf 34 səs var.

Saitlər

Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.

Dilimizdə 9 sait var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var:

  • Qalın və incə saitlər

Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:

  1. Qalın saitlər (dil arxası): [a], [ı], [o], [u].
  2. İncə saitlər (dil önü): [e], [ə], [i], [ö], [ü].
  • Qapalı və acıq saitlər

Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:

  1. Qapalı saitlər (dar saitlər): [i], [ı], [u], [ü] Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır.
  2. Açıq saitlər (gen saitlər): [a], [e], [ə], [o], [ö].
  • Dodaqlanan və dodaqlanmayan saitlər
  1. Dodaqlanan saitlər: [o], [ö], [u], [ü]. Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır.
  2. Dodaqlanmayan saitlər: [a], [e], [ə], [i], [ı].

Samitlər

Dilimizdə 25 samit səs var ki, onlar 23 hərflə ifadə olunur. Əlifbamızda komandir, tank, klub sözlərində [k’] səsini, ipək, çiçək, məktəb sözlərindəki [x’] səsini ifadə etmək üçün xüsusi hərf yoxdur. Bu iki səs əlifbamızda kənd, tük, şəkil sözlərindəki [k] səsini ifadə edən “k” hərfi ilə göstərilir.

Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür:

  • Kar samitlər. Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.

Kar samitlər:[p], [k’], [f], [x], [t], [ş], [s], [x’], [k], [ç], [h].

  • Cingiltili samitlər. Cingiltili samitlərin tələffüzündə isə səs telləri iştirak edir və onlar küydən və avazdan ibarət olur.

Cingiltili samitlər [b], [q], [v], [ğ], [d], [j], [z], [y], [g], [c], [l], [m], [n], [r]

Dilimizdə cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir:[l], [m], [n], [r] cingiltili samitlərin kar qarışığı, [h] kar samitinin cingiltili qarışığı yoxdur.[n] və [m] səslərinin əmələ gəlməsində hava axını əsasən burun boşluğundan çıxır. Buna görə də həmin samitlərə burun samitlər deyilir.[l], [m], [n], [r] samitləri sonor samitlər adlanır.

ƏLAVƏ FOTO SƏNƏDLƏR (ƏLİFBALAR):

ƏLAVƏ – MARAQLI BİR YAZI (LATIN ƏLİFBASI HAQQINDA)

“Yeni türk əlifbası tədricən həyata keçiriləcək və bir müddət ərəb əlifbası da saxlanılacaq. Millətin özü ərəb əlifbasının ləğv edilməsi və yeni, asan və əlverişli latın əlifbasının qəbul edilməsi zərurətini dərk edib qəti qərara gəlincəyə qədər bütün yazı-pozu iki əlifbada icra ediləcək”

Nəriman Nərimanov, 1922-ci il.

Bu zərurət müddəti yeddi il davam elədi. 1929-cu ilə qədər Azərbaycanda ərəb və latın qrafikası yanaşı işləndi, “Azərnəşr” tərəfindən yüzlərlə adda milyonlarla nüsxə kitab çap olundu.

Roma kitabesiAzərbaycanda latın qrafikalı ilk yazı Qobustan qayasında aşkar olunub. Arxeoloq İshaq Cəfərzadənin 1948-ci ildə aşkarladığı Roma imperatorluğuna aid kitabə 84-96-cı illər arasında yazılıb. Qədim latın əlifbası ilə yazılan kitabənin mətni belədir: “İmperator Domisian Sezar Avqust Germanikusun dövrü Lütsi Yuli Maksim XII ildırım sürətli legionun senturiyası”.

Orta əsrlərdə isə Azərbaycanda alban əlifbası, Xilafətin işğalından sonra isə ərəb əlifbası işlədilib. Çar Rusiyasının işğalından sonra isə kiril qrafikası da rəsmi sənədlərdə işlədilməyə başlanılıb. XX əsrin əvvəllərində isə Avropada oxuyan Azərbaycan ziyalıları latın qrafikasından şəxsi yazışmalarda istifadə ediblər.

XIX sərdə ilk dəfə Mirzə Fətəli Axundzadə müsəlman xalqlarının geridə qalmasının mühüm səbəblərindən biri kimi, ərəb əlifbasını görmüş və yeni əlifba islahatçısı kimi hökumətdən pul alaraq Osmanlı sultanını inandırmaq üçün İstanbula yola düşmüşdü.

O, 1873-cü ilin iyun ayının 18-də Tiflisdəki Osmanlı konsulunun müavini Ömər Səbri vasitəsilə İstanbulda çıxan “Həqayiq” qəzetinin redaktoruna göndərdiyi məktubunda yazırdı: “Mən iki cür əlifba düşünmüşəm. Onlardan biri latın əlifbası hərflərindən seçilərək tərtib edilməlidir ki, onu soldan sağa yazmaq lazım gələcək. İkincisi isə, hazırki əlifbamız əsasında qurulmalıdır ki, onu hazırda olduğu kimi sağdan sola yazmaq olar”.

Lakin İstanbulda paşalarla görüşündə əsaslandırmasına baxmayaraq, ona belə cavab verilmişdi: Yeni əlifbadakı hərflərin şəkli qüsurlu hesab edilib; yeni hərflər türk dilinə uyğun deyil; yeni hərflərin qarşılığı mətbəələrdə yoxdur; bu əlifba qəbul edilsə, gərək bütün köhnə ədəbiyyat məhv edilsin, bu isə mümkün deyil.

Əslində isə səbəb aydın idi. Xanədanlıq mütərəqqi addımlara qarşı idi. Necə ki, Axundzadə əlifba islahatında ona dəstək olan Mirzə Melkum xana məktubunda yazır:

“Bizim bütün səylərimizin faydası ancaq xalqa aiddir. Biz istəyirik ki, Osmanlı xalqı bizim səyimizlə xoşbəxt bir xalq olsun. Lakin bizim bu arzumuz Osmanlı nazirlərinin şəxsi zərərinədir. Biz ümumun mənfəətini istəyirik, onlar isə şəxsi mənfəətlərini güdürlər”.

Axundzadədən sonra Məhəmmədağa Şahtaxtlı, Yusif Vəzir Çəmənzəminli, Fərhad Ağazadə kimi ziyalılar da bu kimi təşəbbüslərdə bulunurlar. Şahtaxtlı 1879-cu ildə Tiflisdə “Təkmilləşdirilmiş müsəlman əlifbeyi” kitabını nəşr etdirir.

Cümhuriyyət dönəmi

Azərbaycan Cümhuriyyəti dönəmində 1919-cu ilin martında yeni əlifbanın layihəsini hazırlamaq məqsədilə xüsusi komissiya yaradılır. Komissiyaya üç müxtəlif layihə – Məhəmməd Ağa Şahtaxtlının, Abdulla bəy Əfəndizadənin və Abdulla Tağızadə ilə Mirəziz Seyidovun birgə layihələri – təqdim olunsa da, Abdulla bəy Əfəndizadənin latın qrafikasına keçməklə bağlı layihəsi bəyənilir. Layihə 1919-cu il avqustun 20-dən sentyabrın 1-nə kimi Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin qurultayında təsdiq olunduqdan sonra parlamentin müzakirəsinə verilir. Lakin Cümhuriyyətin işğalı nəticəsində proses başa çatmır.

Sovet Azərbaycanının ilk illərində isə bütün radikal islahatlar kimi əlifbanı dəyişmək məsələsi də gündəmə gəlir. Bu dönəmində müəyyən dərəcədə azadlıqlar olduğu üçün əlifba məsələsi geniş müzakirəyə açılır. Bu müzakirələr zamanı “latınçılar” və “ərəbçilər” adlı iki cərəyan ortaya çıxır.

“Latınçılar”ın qalibiyyəti

“Latınçılar” komissiyasının tərkibi 8 nəfərdən ibarət idi: Fərhad Ağazadə (sədr), Xudadat Məlik Aslanov, Abdulla Tağızadə, Məhəmməd Əmin Əfəndizadə, Həmid Şaxtaxtlı, Azad Əmirov, Əhməd Pepinov, və Hüseyn İsrafilbəyov.

Bu müzakirələrdə “ərəbçilər” vaxtilə Osmanlı xanədanlığında Axundzadəyə verilmiş cavabları “latınçılara” verirlər. Onlar bildirirlər ki, hürufatın çətinliyi mədəniyyətə mane ola bilməz, olsaydı, qədimdə ərəblərin, indi isə yaponların mədəniyyəti olmazdı. Firənglərin və ingilislərin də imlaları çətindir, fəqət onların da mədəniyyəti bundan müşkülə düşməmişdir; ərəb hürufatının çətinliyindən farslar və ərəblər özləri heç bir şikayət etmirlər; latın hürufatı qəbul edilərsə, köhnə ədəbiyyatımızın başına nə gələcək, camaat qəbul edəcəkmi?

“Ərəbçi”lərin ən tutarlı arqumenti isə yeni əlifbanın Azərbaycanı digər türk-müsəlman ölkələrindən qoparması təhlükəsi idi: “Latın hürufatını qəbul edib-etməmək məsələsi üçün Azərbaycan cümhuriyyəti dar bir yerdir. Yalnız burada qəbul edilərsə, İslam millətlərindən ayrılmış qalar”.

Bu arqumenti Cümhuriyyətin işğalından sonra Türkiyədə mübarizə aparan Rəsulzadə və silahdaşları da təkrarlayırdı.

Mirzə Bala Məmmədzadə yazırdı:

“Azərbaycanın təkbaşına ərəb əlifbasından latın sisteminə keçməsi və türk dünyası ilə əlaqələrini tərk etməsi azəri türklərinin milli varlığına böyük zərbə olacaqdı”.

S.Ağamalıoğlu isə 1927-ci ildə “Elmdən və tarixdən” adlı kitabında yazır:

“Yeni əlifba barəsində müsavatçılarla ingilisin sözü bir gəlir. Doğru, hər kəsin ayrı niyyəti, məqsədi var, amma iş burasındadır ki, ikisi də bir sinifdirlər, ikisinə də bir qaranlıq sərfəlidir”.

Lakin Türkiyənin də latın qrafikasına keçidindən sonra mühacirlər bu dəfə yeni əlifba prosesini dəstəkləyirlər. Hətta Müsavat firqəsi bütün üzvlərin latın qrafikasını öyrənməsinin vacib olması ilə bağlı qərar verir. Azərbaycanda və Türkiyədə qəbul edilən əlifbalar arasında bəzi işarələrdə fərqliliklər olduğu üçün Rəsulzadəgil çap etdikləri “Odlu yurd” jurnalında müqayisəli şəkildə hər iki əlifbanı və ərəb əlifbasını da nəşr edirlər. Mirzə Bala yazır ki, artıq bolşevik təbliğatına məruz qalan azəri gəncləri Türkiyədə çıxan nəşrləri də əldə edib oxuya biləcək və bununla həqiqətlərdən agah olacaqlar.

AYTƏK yaradılır

Beləliklə, Sovet Azərbaycanında “latınçı”ların mütəşəkkil fəaliyyəti, həmçinin artıq yeni hökumətin radikal islahatlar tərəfdarı olması (bu radikallıq “Allahsızlar” cəmiyyətinin yaradılmasına qədər uzanacaqdı) nəticəsində latın qrafikasına keçid qəbul edilir. 1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Türk Əlifbası Komitəsi (AYTƏK) təşkil edildi. Komitənin ilk tərkibi 5 nəfərdən ibarət idi: Səməd Ağamalıoğlu, Fərhad Ağazadə, Xudadat Məlik Aslanov, Abdulla Tağızadə və Əhməd Pepinov.

1922-ci ildə AYTƏK-in Şuşada, Qazaxda, Tovuzda, Gəncədə, Şəkidə, Ağdamda, Şəmkirdə, Zaqatalada, Göyçayda, Ağdaşda, Sabirabadda, Salyanda, Şamaxıda, Türküstanda, İrəvanda, Tiflisdə, 1923-cü ildə Qubada, Cəbrayılda yerli təşkilatları yaradılır.

Bakıda yeni əlifba ilə “Yeni yol”, Tiflisdə isə “İşıqlı yol” qəzetləri çap edilir.

Bu dəfə də layihələri təqdim edənlər eyni şəxslər idi. Ancaq bu dəfə Abdulla Tağızadə və Mirəziz Seyidovun layihəsindən daha çox istifadə edilir.

“Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 20 oktyabr tarixli qərarı ilə yeni əlifba, ərəb əlifbası ilə bərabərhüquqlu və 1924-cü il 27 iyun tarixli qərarla məcburi və dövlət əlifbası hesab olunur. Əlifba ilə yanaşı Avropadakı rəqəm sistemi də götürülür.

21 iyul 1928-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi tərəfindən AYTƏK-nin 6 illik yubileyi münasibətilə verilmiş və həmin ilin oktyabrında komitənin 4-cü sessiyasında təsdiq olunmuş qərarla, 1 yanvar 1929-cu ildən etibarən, Azərbaycanda ərəb əlifbası, 1923-cü ildən başlayaraq paralel tətbiq olunan latın əlifbası ilə rəsmi əvəz olunur.

Yeni əlifbanın qəbulundan sonra bu əlifba ilə yeni kitabların çapı məqsədilə Cəlil Məmmədquluzadə, Abdulla Tağızadə və Hacı Kərim Sanılıdan ibarət bir komissiya yaradılır. Mirzə Cəlil sədr təyin edilir.

Savadlandırma hərəkatı

Yeni əlifbanın tətbiqində əsas məqsəd əhalinin savadlanması idi. Bu məqsədlə 1923-cü ilin dekabrında XKS nəzdində Q.Musabəyovun sədrliyi ilə “Savadsızlıqla Mübarizə Komitəsi” yaradılır. Bu mübarizə on il müddətində nəticə verməli idi. Bu məqsədlə də kütləvi şəkildə kitablar çap edilir.

Məsələn, AYTƏK-nin 1 oktyabr 1923 – 1 oktyabr 1924-cü il aralığında fəaliyyəti haqqında hesabatda göstərilir ki, bu 1 il müddətində komitə tərəfindən, savadsızlığın ləğvi yolunda, 26 adda 334.000 tirajla dərslik, uşaq ədəbiyyatı, müxtəlif kitabça və broşürlər çap edilib.

Yeni Türk Əlifbası Komitəsi və başqa nəşriyyatlar tərəfindən 1928-ci ilin noyabr ayının 1-ə qədər isə 473 adda, 2.377.350 tirajla kitab dərc edilir.

Yeni əlifba müzakirələri bu dövrdə də davam etdirilir. Komissiyalar yaradılır, Türküstana, Krıma, Dağıstana səfərlər edilir. Türkoloji qurultayda geniş müzakirələrə səbəb olur.

Bu müzakirələrdə, ümumiyyətlə latın qrafikasına keçiddə Fərhad Ağazadənin önəmli rolu olub. Xeyli kitabın müəllifi və həmmüəllifi olan Fərhad Ağazadə haqqında İsaxan İsaxanlı “Fərhad Ağazadə və latın əlifbasına keçid” məqaləsində detallı məlumat verib.

Beləliklə, latın əlifbası Azərbaycanda böyük uğur qazanır və savadlanma prosesinə səbəb olur.

Əlifba niyə ləğv edildi?

Lakin Türkiyənin latın qrafikasına keçməsi, 1939-cu ildə isə II Dünya müharibəsinin başlaması çəkilən bu qədər əməyi bir qərarla məhv edir. Azərbaycanla Türkiyə arasındakı yazı əlaqəsinin müharibədə təhlükəli olacağını düşünən və artıq repressiya maşını ilə bütün ziyalıları qıran rejim kiril qrafikasının keçidlə bağlı qərar verir.

1967-ci ildə Azərbaycanda səfərdə olan, Səməd Ağaoğlu (Əhməd Ağaoğlunun oğlu) kitabında yazır:

“Moskvanı belə bir qərar verməsinə səbəb İttifaq xalqlarını bir-birindən uzaqlaşdırmaq ola bilməz. Çünki slavyan əlifbası ortaq olduğuna görə, əsl hədəfi başqa bir nöqtədə axtarmaq lazımdır. Bu başqa nöqtə bizə görə bütün bu ölkələrin türk xalqlarının Türkiyə xalqından uzaqlaşdırılması ola bilər”.

Beləliklə, 1940-cı il yanvarın 1-dən latın əlifbası kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olunur.

Kiril əlifbası ta ki 1991-ci ilin dekabrında Ali Sovetin Milli Şurasının qərarı ilə yeni latın qrafikalı əlifbaya keçidi təsdiq etməsinə qədər davam tətbiq olunur.

18 iyun 2001-ci ildə mərhum prezident Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman ilə latın qrafikasına keçid rəsmən başa çatır.

Kolleksioner olaraq 1922-1939-cu illərdə latın qrafikası ilə çıxan kitabları, müxtəlif sənədləri toplayıram. Arxivimdə bu dövrdə çap olunan ən önəmli kitablardan biri Vəli Xuluflunun 1929-cu ildə çap etdiyi “İmla lüğəti”dir. Lüğətin sonunda oxuculara belə bir müraciət ünvanlanıb:

“Bir rica!

Azərbaycan xalq kəlmələrini toplamaqda “İmla lüğəti” ikinci təşəbbüsdür. (Birinci təşəbbüs Azərbaycanı Öyrənən Cəmiyyət tərəfindən olmuşdur).

Hər halda bu lüğətə Azərbaycanın xalq kəlmələrinin bir çoxu daxil olmamışdır. Ona görə müəllim və başqa həvəskar yoldaşlardan, burada qeyd edilməyən kəlmələrdən Azərbaycanı Öyrənən Cəmiyyətə göndərmələrini xahiş edirik. Göndərilən kəlmələrin əvəzində müəyyən əmək haqqı göndərəcəyimizi ayrıca vəd edirik”.

Göründüyü kimi, savadsızlıqla mübarizədə ziyalılarla xalq arasında qarşılıqlı etimad olub.

Bir məktub

Arxivimdə savadlanmış sayacağımız bir ananın latın qrafikası ilə qızına yazdığı bir məktub var. Mövzu ilə bağlı olduğuna görə, bu məktubu, həmçinin arxivimdə olan, o dövrdə çıxan bəzi kitabların fotosunu təqdim edirəm.

Məktubun mətni orijinalda olduğu kimi köçürülüb.

“Əziz kızım, Suheyla, balası! Nicəsən? Məqtub yolu gözləməqdən dahi yoruldum, nə üçün yazmırsan? Adam mamasına öylemi söz verər? Sizdən ötrü çok darıxıram, yürəqim sizi lap tez görmək istəyir, heç dayana bilmirəm. Səlma nə edir? Səni incitmir ki? Əgər incidirsə, tez mamasına yaz. Dəstə bacı, Şayəstə xala, baba nicədirlər, məndən onlara çoxlu səlam. Yəqin sən yazırsan, Şayəstə xala göndərmir. Yoksa, Suheyla balası, mamasını, əmisini unutmaz, öyle deyilmi?

Yaz ver, Məhəmməd əmiyə, o, göndərər.

Maman, 12.06. 1932-ci il.

İLKİN MƏNBƏ: Latın qrafikasına necə keçdik?- DİLQƏM ƏHMƏD yazır | MANERA.AZ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rzayev Səlahəddin (Saşa)

Müstəqil Azərbaycan Respublikasının ilk Xüsusi Təyinatlı bölmələrindən biri olan 799 saylı XTT -un Birinci Bölüyünün (Yaşma – 1993) bütün şəxsi heyyəti adından Bölük Komandiri Səlahəddin Rzayevin (Saşanın) vaxtsız vəfatından kədərləndiyimizi bildirir, dönəmində Bölüyün Baş Çavuşu olmuş, hal-hazırda xidmətini zabit kimi davam etdirən Şərafəddin Rzayev başda olmaqla mərhumun bütün doğmalarına, (Qaradağlılara) yaxınlarına, dostlarına və onu özünə yaxın bilib xatırlayan hər kəsə baş sağlığı veririk. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin. Amen.

SƏLAHƏDDİN RZAYEV (SAŞA) HAQQINDA

Qarabağ müharibəsinin od-alovundan keçmiş, Tərtərin müdafiəsində böyük şücaət göstərmiş, Azərbaycan Silahlı qüvvələrinin formalaşmağa başladığı ağır-ağrılı dövrdə böyük zəhməti olan, Azərbaycan ordusunun ehtiyyatda olan Polkovnik-leytenantı Rzayev Səlahəddinin (Saşanın)-
Azərbaycan ordusunda xidməti 1991-ci ilin oktyrabrdan başlıyıb.
1992-ci il 26 fevral Xocalı faciəsi zamanı Xocalıya köməyə gedənlərdən biri olub.
Daha sonra 778 saylı Xüsusi Təyinatlı hərbi hissədə Qarabağ müharibəsin ən qızğın getdiyi döyüş bölgələrində olub.

799 saylı hərbi hissədə bölük komandiri olaraq Azərbaycanın ilk XTT -un yaranmasında yaxından iştirak edib.
708 saylı hərbi hissədə batalyonun qərargah rəisi, batalyon komandiri kimi Ağdam-Tərtər istiqamətində döyüşlərdə olub, daha sonra 707 saylı briqadaya batalyon komandiri təyin edilib, Qazax istiqamətindəki döyüşlərdə fərqlənib.
Döyüşlərdən sonra AHM də idman kafedrasının rəisi, Təlim Tədris Mərkəzində müəllim kimi xidmətin davam etdirib.

Mərhum doğulduğu Tərtər rayonunun Qaradağlı kəndində dəfn olunub.
Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin. Amen.

Mənbə: Hərbi Xəbərlər və Məlumatlar

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KAMAL CAMALOV YAZIR:

MƏNALI ÖMRÜNÜN 24 İLİNİ NAXÇIVANDA ELMİN VƏ TƏHSİLİN TƏRƏQQİSİNƏ HƏSR EDƏN CƏFAKEŞ İNSAN

Naxçıvan Muxtar Respublikasında təhsilin və elmin inkişafında ictimai-siyasi xadim Vasif Talıbovun xidmətləri ümmansızdır. Əmək fəaliyyətinə Xalq Maarifi Şöbə­sin­dən başlayan Vasif Talıbov elmi fəaliyyətdə mənalı və şərəfli həyat yolu keç­miş, qəlbinin odunu və hərarətini, ömrünün qaynar və coşğun illərini millətin gələcəyi olan gənc­liyin elm və tərbiyəsinə həsr etmişdir. Xalq arasında xüsusi hörmət sahibi olan Vasif Talıbov həyatını naxçıvanlılara, vətəninə təmənnasız xidmətə həsr etmiş, yaşanan çətin keçid illərində belə yüzlərlə insana mənəvi dayaq olmuşdur. Bu dərin təfəkkürlü, aydın zəkalı insanla azca ünsiyyət onu nurlu bir şəxsiyyət kimi səciyyələndirməyə əsas verir. Vasif müəllimin əməli fəaliyyətinin mühüm sahələrindən biri də təhsil və elmi-pedaqoji kadr hazırlığı sahəsində göstərdiyi xidmətlərdir. Vasif Talıbovun təhsillə bağlı imzaladığı Sə­rəncamlarda və ya keçirdiyi müşavirələrdə önə sürdüyü məsələlər tərbiyənin məqsəd və vəzifələri, tərbiyə və təhsil metodikası, ümumi və politexnik təhsilin məzmunu, təh­si­lin məhsuldar əməklə əlaqəsi, estetik tərbiyənin, fiziki və əxlaq tərbiyəsinin mahiyyəti və və­zifəsi məsələləridir.

Azərbaycan mədəniyyətini, ədə­biy­ya­tını və tarixini dərindən bilən, böyük mə­həb­bət­lə sevən, onu uca tutan və yüksək qiy­mət­lən­dirən Vasif Talıbov deyir: “Təhsil hər bir öl­kənin, hər bir xalqın aparıcı qüv­və­si­dir. Əgər bütün sahələrdə inkişafı təmin etmək, yax­şı mütəxəssis hazırlamaq istəyiriksə, onda gənc nəslə yaxşı təhsil verməliyik”.

Təhsilin, mədəniyyətin inkişaf etdirilməsi, ümumtəhsil məktəblərinin komputer texnologiyası ilə təchizi proqramının hazırlanıb həyata keçirilməsi, sağlamlıq imkanları məh­dud uşaqlar üçün rayonlar üzrə məktəb, internat – məktəbi, texniki peşə mək­təb­lə­ri­nin yaradılması, bu müəssisələrin ixtisaslı pedaqoji kadrlarla təminatı üçün məqsədli ye­ni­­dən hazırlanma kurslarının təşkili, orta ümumtəhsil məktəbləri şagirdləri arasında sa­hib­­karlıq fəaliyyəti ilə bağlı olimpiadaların, viktorinaların, məşğulluq problemləri ilə bağ­­lı dəyirmi masaların və konfransların keçirilməsi, gənclərin işsizlik problemləri ilə bağ­­lı sosioloji tədqiqat işlərinin aparılması dediklərimizə əyani sübutdur.

Bildiyimiz kimi, təhsilin keyfiyyətinə bilavasitə təsir edən mühüm amillərdən biri də orta ümumtəhsil məktəblərində maddi-texniki bazanın gücləndirilməsidir. Bu gün, Nax­­­çı­vanda təhsil sistemində irimiqyaslı islahatlar prosesi artıq dönməz xa­rakter al­mış­dır. Cənab Vasif Talıbovun təhsil sisteminə diqqət və qayğısı sayəsində mil­li təhsil sis­te­mi­nin ay­dın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunaraq real­laş­dı­rıl­ma­ğa baş­la­nmış, təhsilin davamlı inkişafına yönəlmiş əsaslı addımlar atılmışdır.

Ulu öndər Heydər Əliyev deyirdi ki, “Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”. Bu tendensiyasını rəhbər tutan, cənab Vasif Talıbov çıxışlarında daim vurğulayır ki, təhsil əhalinin həyat sə­viy­yə­si­­nin yüksəldilməsinin, insan inkişaf indeksinin mühüm amillərindən biri olmaqla, so­sial-iq­­­tisadi inkişafın sürətlənməsinə hərtərəfli təsir göstərir. Bu amil indiki bazar iq­ti­sa­diy­ya­tı şə­raitində təhsilin səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilməsi zəruriliyini qar­şı­ya qo­yur. Bu gün Naxçıvanın hər hansı bir ucqar kənd məktəbində belə sürətli internet çıxışı ol­ma­yan məktəb təsəvvür etmək mümkünsüzdür. Statistika göstərir ki, 200-dən artıq tikilən və ya əsaslı şəkildə ye­nidən qurulan hər bir ümumtəhsil məktəblərində sürətli internətə çıxışı olan 5337 kom­pü­ter və 600-dən artıq elektron lövhə quraşdırılmış, zən­gin fonda malik kitab­xa­na­lar, ye­ni avadanlıqlarla təchiz olunmuş laboratoriyalar və fənn kabinələri müəllim və şa­gird­lərin istifadəsinə verilmişdir. Bu da Vasif Talıbovun elmin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirməsi deməkdir.

Psixope­da­qo­gi­ka­da daha çox istifadə olunan üsullardan biri də rəğbətləndirmə üsuludur. Hu­ma­nist insan Va­sif Talıbov hər il ali məktəb ocaqlarına sənəd verərək yüksək bal top­la­­yan mə­zun­lar­la özü şəx­sən gö­rü­şür və onlara öz xeyir-duasını verir, gənclərə vətənə xidmət, həm də layiqincə xidmət etməyi nəsihət edir. Naxçıvan Dövlət Uni­­ver­si­­te­tin­də Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi və Pedaqoji fa­kül­­­tələrin açı­lışında iştirak edən Vasif Talıbov çıxışında belə bir müd­ri­kanə fikir səs­lən­dir­di: Qarşıdakı il­ləri düşünürsünüzsə arpa əkin, buğda əkin; onillikləri dü­şü­nür­sünüz­sə ağac əkin, yü­zil­lik­ləri dü­şü­­nürsünüzsə uşaq tərbiyə edin və təhsil verin. Göründüyü kimi, bö­yük şəx­­siy­yət hər zaman, hər vaxt ümumtəhsil və ali təhsil müəssisələrində şəx­siy­yət­yö­nümlü tə­lim mü­hitinin ya­ra­dıl­ma­sını daim diqqətdə saxlayır.

Hamıya məlumdur ki, Vasif Talıbovun tapşırığı və göstərişi ilə Naxçıvanda fəaliy­yət göstərən ali məktəb ocaqları ilə ümumtəsil məktəbləri arasında bir əlaqə körpüsü ya­ra­dılıb. Hər hansı bir kənddə, qəsəbədə, rayonda və şəhərdə doğulub boya-başa çatan, bu gün isə akademik, professor və dosent olan hər bir müəllim hər ayın son həf­­təsinin bir günündə maraq və həvəslə mək­təbə gedir, şagirdlərin vətənpərvərlik və mil­­li-mənəvi dəyərlərə sadiqlik ruhunda tər­bi­yəsində mühazirələr oxuyur və şagirdlərin ali məktəblərə yol tutmasına maraq, həvəs ya­ra­dır­lar.

Vasif Talıbovun diqqət və qayğısı nəticəsində Naxçıvan Muxtar Respublikasında, ar­tıq müasir təhsil modeli formalaşıb. Belə ki, Naxçıvan Dövlət Universiteti və qabaqcıl ümum­­təhsil məktəblərində körpü rolunu oynayan distant təhsil kursları işlənib ha­zır­lan­mış­dır. Artıq dünyanın bir çox inteqrasiya etmiş ali və ümumtəhsil məktəbləri ilə canlı bağ­lantılar qurulur, professor və dosentlər prestij ixtisaslardan mühazirələr oxuyur və ya se­minarlar aparırlar.

Cənab sədr tərəfindən həyata keçirilmiş tədbirlər proqramı içərisində mək­tə­bə­qə­dər təhsil sahəsində də böyük perspektivlər öz əksini tapmaqdadır. Belə ki, məktəbəqədər təh­sillə əhatə səviyyəsinin yüksəldilməsi; müasir tələblərə cavab verən yeni kurikulumun ha­zır­lanması və s. bu perspektivlər daxilindədir.

Təhsildə inkişaf strategiyasını uğurla gerçəkləşdirən cənab Vasif Talıbov peşə mək­­­­­təbi və peşə liseylərini də elmi-texniki tərəqqinin inkişafı və müasir texnologiyaların tət­­­­biqi ilə əlaqədar daha geniş profilli, yüksək intellektə malik olan ixtisaslı kadrlar ha­zır­la­­­yan təhsil müəssisəsinə çevirmişdir. Buna görə də, peşə məktəbi və peşə liseylərində tə­lim-tərbiyə prosesinin səmərəliliyini yüksəltmək, şagirdlərin peşə və fənlərə olan maraq və meyillərini artırmaq, istedadlı şagirdləri üzə çıxarmaq, onlarla işin forma və me­tod­la­rı­nı təkmilləşdirmək məqsədilə fənn olimpiada və peşə müsabiqələrinin keçirilməsinə diq­qət xeyli artırılmışdır.

Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında  istedadlı uşaq və gənclərin aş­ka­ra çıxarılması, onların potensial imkanlarının in­kişaf etdirilməsi və səmərəli təhsil al­ma­la­­rı üçün lazımi şə­ra­­i­tin yaradılması məqsədi ilə də bağlı Sərəncam imzalamışdır (30 may 2006). Bu Sərəncama əsasən, istedadlı, fenomen şagirdləri müəyyənləşdirmək üçün sinif­dən­xaric və məktəbdənkənar tədbirlər, olimpiadalar, yarış və müsabiqələr, fənn gecələri, ədə­bi-bədii, elmi-tədqiqat kimi tədbirlərin həyata keçirilməsi cənab sədrin diq­qət mər­kə­zin­dədir.

Bütün bunlarla yanaşı, Vasif Talıbov digər sahələrdə olduğu kimi, qədim Nax­çı­va­nın zəngin elmi-mədəni irsinin layiqincə araşdırılmasında da məqsədyönlü addımlar at­­mış­dır. Həmçinin, alimləri və elmi idarələrin rəhbərlərini elmin ən müasir sahələri üzrə elmi tədqiqat işlərinin aparılmasına yönəldir. Vasif Talıbov nitqlərinin birində belə deyir: “Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası özünün böyük tarixi keçmişinə və milli dəyərlərinə sahibdir. Qədim tarixi abidələrimiz, gələcəyimiz olan gənc nəsil himayə olunur, milli adət və ənənələrin qorunması üçün tədbirlər görülür. Görülən işlərin nə­ti­cə­si­­dir ki, Naxçıvan artıq beynəlxalq elm, mədəniyyət və idman tədbirlərinə də ev sahibliyi edir, elmi konfrans və simpoziumlar, rəsm festivalları keçirilir”. Vasif Talıbov Nax­çı­van­da fəaliyyət göstərən alimlərin beynəlxalq əlaqələrinin genişləndirilməsinə münbit şə­rait yaradır və əzmlə çalışır. Bilavasitə, onun sayəsində alimlər beynəlxalq elmi konf­rans və simpoziumlarda məruzələrlə çıxış edir, Azərbaycan elmini dünyaya tanıdır və xalqı lə­ya­qətlə təmsil edirlər.

Ədəbiyyatı dərindən bi­lən, böyük məhəbbətlə sevən, onu uca tutan və yüksək qiy­mət­ləndirən Vasif Talıbov Ək­mə­ləddin Naxçıvaninin, Baba Nemətullah Nax­çı­va­ni­nin, Mə­həmməd ağa Şahtaxtlının, Behbud ağa Şahtaxtlının, Məhəmməd Tağı Sidqinin, Cəlil Məm­məd­qu­lu­za­də­nin, Hü­seyn Cavidin, Əliqulu Qəm­kü­sa­rın, Ərtoğrol Cavidin, Məm­məd Səid Or­du­ba­di­nin, İslam Sə­fər­linin, Məm­məd Arazın və başqalarının həyatı və ya­ra­dı­cılığının öy­rə­nil­mə­si ilə bağlı Sərəncam im­za­la­mış­dır. Vasif Talıbovun fəaliyyəti yu­xa­rı­da qeyd et­di­yi­miz fi­kir­lərlə də məhdudlaşmır. Yenə də, zən­gin tarixi-mədəni irsə malik olan Naxçıvanla bağlı mü­hüm işlərin, o cümlədən Nax­çı­van en­sik­lo­pe­diyası (III cilddə), Naxçıvan abi­də­lə­ri en­sik­lopediyası, Naxçıvan ta­ri­xi at­la­sı, Naxçıvan folklor antologiyası, Naxçıvan tarixi (II cild­də), Naxçıvanın Qır­mızı kitabı, Naxçıvanın təbii sərvətləri, Nax­çı­van teatrının sal­na­mə­si kimi fun­da­men­tal əsərlər hazırlanması yönündə öz müvafiq tap­şı­rıqlarını ver­miş­dir. Vasif Talıbov belə hesab edir ki, hər bir naxçıvanlı tarixi kökünü bil­mə­li, xatırlamalı, elm və mədəniyyətdən ay­rıl­ma­ma­lı­dır.

Siyasi dəyərlərin zamanla harmoniyasını vaxtında duymaq bacarığı, milli-mənəvi də­yərlərə bağlılıq, yüksək mədəniyyət, alicənablıq və müdriklik kimi keyfiyyətlər ic­ti­mai-siyasi xadim Vasif Talıbovun ictimai portretinə ştrixlərdir. Xeyirxahlıq, insanlara sev­gi, yaşının erkən çağlarından tanınmış elm fədaisinin həyat amalına çevrilmişdir. Vasif Talıbovun insanlarla ünsiyyət bacarığı, ulu öndər təmkini, yüksək mədəniyyəti, tə­ləb­­karlığı, gələcəyə inam eşqi gənclərə böyük örnəkdir. Onun bu insani keyfiyyətlərinə tə­­­vazökarlığı, sadəliyi də əlavə olunmalıdır. Vətənpərvərlik, mərdlik, doğruluq, saflıq, sö­zü­nə sadiqlik, zəhmətsevərlik ulu öndər Heydər Əliyev kimi, Vasif Talıbovun da aura­sı­nı daha cəlbedici edir. Vasif Talıbov həm də aydın fikrə, güclü məntiqə, geniş erudisiyaya, qibtəedici ha­fi­zə­yə və tədqiqatçı sə­liqə-səhmanına malik bir insandır. Məzmunlu-maraqlı çıxış və ya söhbətləri ilə din­lə­yi­ci­lərini ovsunlayan həm qəlb adamı, həm də müəllimdir. Vasif Talıbovda əlavə cəhətləri belə vurğulamaq olar:

  • az vaxt ərzində çox səmərəli işləyib;
  • yaşadığı ömürdə yaradıcı fəaliyyəti olub;
  • iş yeri sanki ali və ümumtəhsil məktəbləri olub;
  • həyat amalı elmi yaradıcılıq və humanizmdir;
  • ulu Tanrı Vasif Talıbovdan iti zəkanı, sadəlik və təvazökarlıq kimi

key­fiyyətləri əsirgəməyib;

  • gördüyü işlər, apardığı islahatlar özünə əbədiyaşarlıq gətirib;
  • Vasif Talıbov ədalətlidir, mərddir, yüksək ünsiyyət mədəniyyətinə malikdir.

Vasif Talıbov haqq və ədalət adamıdır. Böyük yunan filosofu Aristotel ədalət an­la­mı­nı belə izah edir: “…Ədalət hər kəsin layiq olduğu haqqın ona verilməsidir”. Vasif Talıbov yaxşılıq etməyi özünün həyat amalı hesab edir və bununla da özünü xoşbəxt he­sab edir. Klassik psixopedaqoji fikir tarixində də belə şəxsləri xoşbəxt insan hesab edir­lər. Bö­yük Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusi xoşbəxtliyi belə sə­ciy­yə­lən­dirir: “…Xoşbəxtlik insan həyatında fəzilətlərin vərdiş halına keçməsidir”. Müdriklərdən biri isə deyir ki, “Xoşbəxtlik taleyin özünü ram etməkdir”. Vasif Talıbov da Naxçıvanda hə­ya­ta keçirdiyi hər bir işin inkişafından, tərəqqisindən özünü xoşbəxt sayır.

Ulu öndər Heydər Əliyevin maarifçilik məktəbini bitirən və cənab İlham Əliyev kursunu davam etdirən Vasif Talıbovu Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə təbrik edirik. Ulu Tan­rı­dan bəşəri ne­mət olan can sağlığı, xoşbəxtlik, intibah işlərində yeni-yeni yaradıcılıq uğur­ları ar­zu­la­yı­rıq.

                                     KAMAL CAMALOV

                            Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

                            Azərbaycan Respublikasının əməkdar müəllimi,

                            Azərbaycan Yazıçılar Birliyinin üzvü

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rəşid Behbudov haqqında

14- dekabr, bu gün Rəşid Behbudovun doğum günüdür. Ruhu şad olsun. Allah qəni-qəni rəhmət eləsin. Amin. Amen.

 RƏŞİD BEHBUDOV HAQQINDA MƏLUMAT

1915-ci il dekabrın 14-də Tiflisdə doğulan Rəşid Behbudov uşaq yaşlarından məktəb xorunda oxuyub.  Uşaqlıq illəri qismən çətinliklərlə keçsə də uca  Yaradanın ona bəxş etdiyi, heç kimdə olmayan böyük bir sərvət sahibi idi Rəşid… O özü də bunun fərqində idi…   Hansı sahədə təhsil almasından və çalışmasından asılı olmayaraq həyatını bir an da olsun musiqisiz, səhnəsiz təsəvvür edə bilmirdi… O, səhnə üçün, doğulmuşdu….

R.Behbudov 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olur. Təhsil dövründə tələbə özfəaliyyət orkestrində çalışır. Hərbi xidməti zamanı ordu ansamblında solistlik edir. Həmin illərdə Tiflisdə „Teo-caz“ adlı kiçik ansambl yaradır. Cəbhədə konsertlər verir. Bakıda qastrol səfərində olanda burada qalmaq qərarına gəlir. Onun səsi sevgiyə, şəfqətə, saflığa çagırır. Çox keçmir ki, Rza Təhmasib onu „Arşın mal alan“ filminə dəvət edir, 1945-ci ildə arşınmalçı rolunda çəkilir və bu film ona böyük şöhrət gətirir. Filmin ssenari müəllifi Sabit Rəhman „Azərbaycan kinematoqrafiyasının təntənəsi“ məqaləsində aktyorun oyununu belə qiymətləndirib: „Əsgər rolu Rəşid Behbudovun ilk roludur. Rəşid öz gözəl, lirik səsilə estrada səhnəsində SSRİ-nin bir çox şəhərlərində sevilmiş, alqışlanmışdı. Əsgər onun ilk rolu olmağına baxmayaraq, Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini göstərir…“

Çəkilişlər zamanı atasının ölüm ayağında olması haqqında kinostudiyaya teleqram gəlir. O, qrimini təmizləmədən yol maşını ilə Qazağa tələsir. Gəlib çatanda görür ki, atası eyvanda oturub çay içir. „Mənə dedilər ki, indi sən məşhur müğənni olmusan, kinoda çəkilirsən. Mən də yoxlamaq istədim -görüm, düzdür, ya yox“. R.Behbudov söhbətlərinin birində demişdi: „Mən dünyanın hər hansı bir ölkəsində konsert proqramı ilə çıxış edəndə tamaşaçılar məni hər şeydən əvvəl “Arşın mal alan» filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar. «Arşın mal alan» Azərbaycan kinosunun bütün dünyada bayrağına çevrildi. Bizim «Arşın mal alan» dünya ölkələrinin ekranlarını gəzdi. Çox vaxt öz konsertlərimlə filmin arxasınca getməli olurdum və Əsgər mənim ən gözəl «vizit vərəqəm» idi”.

1946-ci ildə bu filmə Dövlət Mükafatı verilir. «Arşın mal alan» Behbudova dünya söhrəti gətirir, ona yeni yaradıcılıq yolları açır. Onun yaratdığı lirik obrazın — Əsgərin könül oxşayan səsi hər tamasaçını valeh etmişdir.
1946-ci ildən R.Behbudov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. 1949-cu ildə Budapeştdə Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir. Sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artır. T.Quliyevlə sənət əlaqələri bərkiyir. Behbudovun repertuarında «Azərbaycan», «Neftçi», «Züleyxa» və b. mahnılar yer alır. O, F.Əmirovun romans və mahnılarını ifa edir.

R.Behbudovun Azərbaycan milli kinematoqrafiyasının inkişafında xidmətləri təkcə «Arşın mal alan» kinokomediyası ilə bitmir. O, həmçinin «Bəxtiyar» filmində, «1001-ci qastrol», «Doğma xalqımıza», «Toyda görüş», «Abşeron ritmləri» film-konsertlərində və bir çox sənədli filmlərdə, kinojurnallarda çəkilir. 1951-ci ildə Rəşid Behbudov Çinə qastrol səfərinə gedir. Bu ölkədə «Arşın mal alan» filmi “Örtüksüz məhəbbət” adı ilə nümayiş etdirilərək çox məşhurlaşmışdı. Rəşidi orada hamı tanıyır, məşhurluq onu addımbaşı izləyirdi. «Bəxtiyar» filmi isə bu populyarlığın yeni dalğası idi. Üstəlik, Tofiq Quliyevin mahnıları, solo-konsertlər, laureatlıq. O, mahnıları elə ustalıqla ifa edirdi ki, hər dəfə dinləyicilər arasında hədsiz sentimentallardan heç olmasa birinin ürəyi gedirdi. Odessada onun maşınını camaat əlləri üstündə gəzdirirdi. Keçmiş ittifaqda müğənniyə vurulmayan qız bəlkə də tapımazdı.

Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan R.Behbudov Azərbaycanda opera sənətinin inkişafına da sanballı töhfələr verib. Premyerası 25 dekabr 1953-cü ildə olmuş «Sevil» operasında əsas qəhrəman — Balaş rolu Behbudova tapşırılır. F. Əmirovun  bu məşhur operasında yaratdığı Balaş rolu — dərin dramatizmlə aşılanmış bu obraz sanballı opera-səhnə uğurlarından biri kimi geniş miqyasda təqdir olunmuş, respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. O, öz sənəti ilə işıqlı bir ümid doğurur, dünyanın sənət fəlsəfəsini açır, insanları daha xoşbəxt çağların gələcəyinə inanmağa çagırırdı. Səsindəki həzin lirizm insan ürəyinin qüdrətini və genişliyini vəsf edirdi.

1946-56-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-60-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuş R.Behbudov 1966-cı ildən musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrları üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını yaratmış və onun bədii rəhbərli olmuşdur. Bu, SSRİ-də ilk belə teatr idi. Müğənni həmin ansamblla 56 ölkəni gəzmiş, Mərkəzi Amerikadan başqa dünyanın hər yerində olmuşdu. Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında böyük rol oynamışdır. Azərbaycan mahnıları ilə yanaşı o, 50-dən artıq xarici mahnını da həmin xalqın dilində ifa etmişdir. Ansambl bəzi ölkələrdə bir neçə dəfə, təkcə Hindistanda 6 dəfə qastrol səfərində olmuşdu. O, xarici ölkələrdə verdiyi konsertlərdə yerli xalqların dilində oxuyur, heyrət nidaları və alqışlarla qarşılanırdı. R.Behbudovun özünün çəkdiyi və filmə daxil edilmiş kinoxronikadan aydın olur ki, İran səfəri zamanı verdiyi konsertlərdən yığılan vəsaiti Tehranda Gənclər Evinin konsert salonunun tikintisinə hədiyyə edir. İran gənclər naziri çıxışında bildirir ki, 1962-ci ildə Tehranda dəbdəbəli konsert kompleksi vaxtilə onun şərəfinə «Rəşidiyyə» adlandırılıb. Çilidə olarkən R.Behbudov bir çox şəhərlərdə konsertlər verir. Hətta partizanlar onu öz kollektivi ilə birgə dağlara aparırlar. Burada R.Behbudov və onun həmkarları 4200 metr hündürlükdə konsert verir, antraktlarda isə isti çay içmək əvəzinə oksigen yastığı ilə nəfəs alırdılar.

Həmin səfərdə iştirak edən Boris Brunovun dediyinə görə, üç ay ərzində kollektiv tərəfindən 85 konsert verilib və həmin konsertlərdə bir neçə yüz min tamaşaçı iştirak edib. R.Behbudov özünün parlaq yaradıcılığı və ictimai fəaliyyəti ilə xarici ölkələrlə mədəni əlaqələrini daha da möhkəmlənməsinə kömək edirdi. O, bir çox böyük ümumdünya incəsənət məclislərində, beynəlxalq gənclər festivalında, xalqlar dostluğu konsertlərində, Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Avstriya, Portuqaliya, Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə olmuşdur. Bir çox görkəmli bəstəkarların mahnıları R.Behbudovun ifasında dünya xalqlarının 50-dən çox dilində səslənib. R.Behbudov dünyanın məşhur ölkəsinə səfəri haqqında «Uzaq Hindistanda» kitabını yazır. 1954-cü ildə yenidən ekranda göründü — «Doğma Xalqıma» sənədli filmində, Azərbaycanın elə bir şəhəri və rayonu və kəndi yoxdur ki, sənətkarın ayağı oraya dəyməmiş olsun. Dünyanın hər yerində, bütün keçmiş sovet respublikalarında yüz minlərlə adam onun ecazkar səsinə valeh olmuşdur. Böyük mügənni Azərbaycanın tam səlahiyyətli mədəniyyət elçisi hesab edilirdi. Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, 2 “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunmuşdur, bir sıra xarici ölkələrin mükafatlarına layiq görülmüşdür. O özünün bütün istedadını, tükənməz qüvvəsini, böyük təcrübəsini və biliyini Azərbaycan mədəniyyətinin inkişafına və tərəqqisinə vermiş, öz yaradıcılığı ilə vətəndaşlıq, xəlqilik ideyalarına bərqərar etmişdir. 1989-cu il iyunun 9-da xalqın lirik tenoru həyata gözlərini əbədi yumdu. Onun şirin və ecazkar səsi neçə on illərdir ki, milyonlarla tamaşaçı və dinləyicini ovsunlayır.

Zəngin çalarlı, müstəsna səsə malik Rəşid Behbudov Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindəndir. Azərbaycan ifaçılıq həyatını onsuz təsəvvür etmək mümkünmü?! Rəşid ifaçılığında hisslər necə də təbii və dolğun, necə də səmimidir! Azərbaycan xanəndələri üçün səciyyəvi olan improvizə xüsusiyyəti R.Behbudov yaradıcılığında bir az da təbii, bir az da orijinal görsənir. Onun mahnıları Azərbaycanı dünyaya tanıtdı, əcnəbilərə bu diyarın gözəl musiqisi, nəğmələri tanışlıq imkanı verdi…

RƏŞİD BEHBUDOV HAQQINDA DAHA ÇOX MƏLUMAT BURADA>>>>

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BAYRAM BAYRAMOV – 101

11 DEKABR ONUN DOĞUM GÜNÜDÜR

(Ruhu şad olsun. Allah qəni-qəni rəhmət eləsin.)

Sovet dövrünün gəncləri olan bizlər onu “Arakəsmələr”, “Xəzinə”, “Bəlalı sevgim”, “Fəhlə qardaş”, “Yarpaqlar”, “Cıdır düzü” romanları ilə tanıdıq, sevdik. Və kitablarını sevdiyimiz kitabların yanına qoyduq, özünü isə sevdiyimiz ədiblərimizlə bərabər tutduq. 

Söhbət görkəmli nasir, Xalq yazıçısı Bayram Bayramovdan gedir. Sevilən yazıçımızın keçdiyi həyat və yaradıcılıq yoluna nəzər salaq:” Bayram Salaman oğlu Bayramov1918-ci il dekabrın 11-də Qarabağ bölgəsinin Ağdamın rayonunun (o vaxtkı Yelizavetpol quberniyasının Şuşa qəzası) Şivənd kəndində anadan olub. 1934-1938 –ci illərdə Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirib. 1938-1942-cı illərdə Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim , Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri, Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri işləyib. 

1942-ci ildə Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak edib, ağır yaralanıb . Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik edib. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluğa yola düşüb. 1944-1945-ci illərdə tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirib yeddiillik məktəbin müəllimi işləyib. 1945-1971-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil alıb. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim , Azərbaycan radiosunun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor, “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyib. Dövlətnəşrkomda sədr müavini kimi çalışıb. 1984-cü ildə Azərbaycan Xalq yazıçısı fəxri adına, 1990-cı ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1988-ci ildə Qarabağ hadisələri başlayanda fəal ictimai mövqeyi ilə seçilib. Qarabağa Xalq Yardımı Komitəsinin sədri vəzifəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990) seçilib. Bədii yaradıcılığa 1950-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Körpü” adlı ilk hekayəsi ilə başlayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. “Arakəsmələr”, “Xəzinə”, “Bəlalı sevgim”, “Fəhlə qardaş”, “Yarpaqlar”, “Cıdır düzü” və s. romanların müəllifidir. Sovet dövründə ən çox oxunan yazıçılardan biri olub. Əsərləri SSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunub. Dilinin sadəliyi, axıcılığı, əsərlərində yeniliyin hər dəfə mühafizəkarlığa qalib gəlməsi onu oxuculara sevdirən başlıca cəhətlərdən biriydi. Bayram Bayramovun 80-ci illərin axırlarında “Azərbaycan” jurnalında “Üzlü-astarlı günlər” adlı avtobioqrafik romanı çap olundu. Həmin romanı gənclər çox maraqla oxuyurdu. 

Yazıçı bu əsərdə özünün məşəqqətli və əzablı həyat yolu haqqında oxucuya məlumat verməklə yetinmir, həmçinin 30-40-50-ci illərin ictimai-siyasi, mənəvi mənzərəsini göstərir. Yazıçının “Karvan yolu” romanı xalqımızın ən işıqlı simaları Cəlil Məmmədquluzadənin və onun həyat yoldaşı, əslən Qarabağdan olan ziyalı, maarifçi Həmidə xanım Cavanşirin həyat və fəaliyyətlərinin əzablı, müsibətli dövründən bəhs edir. Bayram Bayramov həmçinin “Mən ki gözəl deyildim” “Firəngiz” “Onun bəlalı sevgisi” filmlərinin ssenari müəllifidir.

Müəllif: Əntiqə Rəşid

İlkin mənbə:Bayram Bayramov doğum günüdür – 101 yaş

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru