Bakıda ilk “Kitab dayanacağı”

Ötən günlərdə (14.10.2019) şəhərimizdə mühüm bir mədəniyyət hadisəsi baş verib. Belə ki, analoji çörək və digər zəruri ərzaq, geyim – paltar köşkləri (kiosk) olsa da, bu gün şəhərimizdə bəlkə də yuxarıda sadalananlardan daha zəruri bir ehtiyacı qarşılamaq üçün bir ilkə imza atılıb. ASAN xidmət ofislərində və digər ayr-ayrı qapalı müəəssisələrdə nəzarət altında olan belə köşklər artıq uzun zamandır fəaliyyət göstərsə də açıq şəraitdə, nəzarətsiz – xüsusi bir mədəniyyət formasının formalaşdırılmasına xidmət edəcək – şəhər sakinlərinin və qonaqların pulsuz istifadə edə biləcəyi ilk “Kitab daianacağı” istifadəyə verilib. Açılış mərasimində bir çox tanınmış simalar iştirak edib. Xalq yazıçısı Çingiz Abdullayev fikirlərini belə ifadə edib (orijinal) :

“Сегодня открывал новый киоск в городе где выставлены бесплатные книги для чтения. На Ага Нейматулла 105. Некоторые писатели не понимают как можно выставлять бесплатные книги. Но это как раз помогает воспитывать Ваших читателей. Во многих странах мира уже есть такая практика. В нашей Центральной Библиотеке тоже. Чем больше будет читателей, тем лучше. Для всех!”

TƏDBİRDƏN FOTOLAR:

Bu tədbiri alqışlayır, başda Çingiz müəllim olmaqla bütün əməyi keçən insanlara – xüsusi dəstəyə görə – Bəhram Bağırzadəyə təşəkkürlərimizi bildiririk. Belə köşklərin daha mərkəzi və eyni zamanda ucqar, – insanların dayanacaqlarda daha çox dayanıb gözlədiyi – ehtiyac olan hər yerdə sayının artırılmasını arzu edirik. Necə deyərlər artıq nümunə var. Qalır davam etdirmək. Kimin nə düşünməyindən asılı olmayaraq biz insanlar daha çox kopyalayıcıyıq. Bir daha təbriklər. Mübarəkdir…

Mənbə:Çingiz Abdullayev

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏLUMAT – BİLDİRİŞ

BALAYAR SADİQ DƏVƏT EDİR:

Salam, əziz söz qədri bilib, söz işığına yığışmağı sevən dostlar sizi böyük məmuniyyətlə 24 sentyabr 2019- cu il tarixdə saat 14:00 da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Nəsiminin 650 illiyinə həsr etdiyim poemanın və ” YURD” ədəbi bədii jurnalında isıq üzü gormus əsərlərin müzakirəsinə həsr olunmuş tədbirə dəvət edirəm.

ÜNVAN: Sahil metrosu, Sahil bağı.

Hörmətlə: ” YURD” jurnalının baş redaktoru Balayar Sadiq

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMƏD AĞAOĞLU

Ağaoğlu Səməd Əhmədbəy oğlu (1909-1982) — yazıçı, publisist və Türkiyənin dövlət və siyasi xadimi olmuşdur. Üç dəfə Böyük Millət Məclisinə deputat seçilmiş, baş nazirin müavini, dövlət naziri olmuşdur.

QISA ARAYIŞ

Səməd Ağaoğlu 1909-cu ilin 23 aprelində Bakıda doğulub. Atasının Osmanlıya mühacirətə getməsi nəticəsində ilk təhsilini orada Beyazit Feyziyye məktəbində tamamlayır. 1926-cı ildə Ankara Liseyini, 1931-də Ankara Hüquq fakültəsini bitirir. Ardınca doktorluq müdafiəsi üçün Strasburqa yollanır. Sonralar orada yaşadığı günləri “Strasburq xatirələri” adlı kitabında yazır.


Səməd Ağaoğlu hekayəçi kimi böyük şöhrət qazanmasa da, tanınmış yazıçılar, siyasilər arasında keçən ömrü ona zəngin həyat yaşadır, yazmaq üçün olduqca geniş materiallar əldə edir. Bunlardan isə məharətlə yararlana bilir. Atasının yarımçıq qalmış xatirələrini və atasının dostları haqqında “Atamdan xatirələr”, “Atamın dostları”, hökumətində təmsil olunduğu Adnan Menderes haqqında “Dostum Menderes”, “Mərmərədə bir ada”, siyasi həyat barədə “Aşina üzlər”, “Siyasi günlük”, SSRİ-yə səfəri ilə bağlı “Sovet Rusiya imperatorluğu” kimi əsərlər yazır. Həmçinin “Zürriyyət”, “Böyük ailə”, “Qatırın ölümü”, “Müəllim Qafur” kimi hekayələr kitabını, “Həyat bir macəra – uşaqlıq və gənclik xatirələri” adlı memuarını nəşr etdirir.

Əsas kitabları siyasət ətrafında olsa da, ədəbiyyatı heç zaman unutmur. “İlk köşə-ədəbiyyat xatirələri” adlı kitabında yazıçılıq fəaliyyətinə başlamasından, dönəmin məşhur yazıçıları ilə olan dostluğundan, məsafələrindən yazır.

Siyasət ona ədəbiyyata geniş vaxt sərf etməsinə imkan verməsə də, özünün də yazdığı kimi, heç zaman sənətdən ayrılmır, sənət həyəcanı hər zaman davam edir. Həm də siyasətin topluma xidmət edən bir sənət nöqtəsi olduğuna inananlardan idi.

Ona hekayələrinin mövzularına görə, Dostoyevskinin təsirində olduğu deyiləndə belə cavab verir: “Dostoyevski məncə dünyanın ən böyük roman yazarıdır. Roman yazanların hamısı onun təsiri altında olub. Onun özü isə Balzakın təsiri altında idi”.

1980-ci ildə TRT 1-in “Yaşayan ədəbiyyatçılar” proqramının qonağı olan Səməd Ağaoğlu həyatı və ədəbi fəaliyyəti haqqında bu gün Türkiyənin ən tanınmış ədəbiyyat adamlarından biri olan Doğan Hızlana danışır.

Əhməd bəyin oğlu, Adnan Menderes hökumətində nazir vəzifəsində çalışmış, 1960-cı il hərbi çevrilişindən sonra həbs edilmiş Səməd Ağaoğlu haqqında bu nadir görüntülər TRT 1 arxivindən yayımlanıb.

VİDEO N: 1

VİDEO N: 2

Atasına layiqli oğul – Səməd Ağaoğlu

Görkəmli yazıçı, jurnalist, mədəniyyət xadimi Əhməd Ağaoğlunun övladı Səməd Ağaoğlunun (1909-1981) bu yaxınlarda Bakıda çapdan çıxmış ilk kitabı “Hekayələr, memuarlar” adlanır. Türkiyədə çağdaş memuar ədəbiyyatının və psixoloji nəsrin görkəmli nümayəndələrindən biri kimi tanınan Səməd Ağaoğlu 1909-cu il aprelin 23-də Bakıda anadan olmuş, bir neçə aylıq körpə olarkən Türkiyəyə köçmüşdür.

O, Türkiyədə daim Azərbaycan, ata yurdu Qarabağ ab-havası içində böyümüş, Azərbaycan türkü olduğunu heç bir zaman unutmamışdır. Ailənin dostları sırasında Azərbaycan əsilli insanlar üstünlük təşkil edirdilər. İstər Səmədin, istərsə də Ağaoğlu ailəsinin digər üzvlərinin fikri inkişafında türkçülüyün kölgədə qalan ideoloqlarından olan Əli bəy Hüseynzadə mühüm rol oynamışdı. Ə.Hüseynzadə Əhməd bəy Ağaoğlunun Malta sürgününə göndərildiyi 1919-1921-ci illərdə bu ailənin ən yaxın simsarı, mənəvi dayağı olmuş, öz ideya dostunun övladlarının təlim-tərbiyəsinə əlindən gələn yardımı göstərmişdi. İlk gənclik illərindən başlayaraq Səməd bəy atası vasitəsilə Türkiyə siyasi və ədəbi elitasının bir sıra parlaq simaları ilə ünsiyyət qurmaq imkanı qazanmış, məktəbli ikən Atatürkün əlini öpmək şərəfinə nail olmuşdu. Türkçülüyün banilərindən olan Ziya Gökalp, məşhur şair Mehmed Emin Yurdaqul, dövrün baş nazirlərindən Rəcəb Pekər və Fəthi Okyar, təhsil naziri Rəşid Qalib, “İctihad” dərgisinin sahibi Abdulla Cövdət, yazıçı və ictimai xadim Xalidə Ədib Adıvar, əski ittihadçılardan doktor Nazim bəy, professor-general Esad paşa, ədəbiyyatşünas və dövlət xadimi Fuad Köprülüzadə, yazıçı Həmdullah Sübhi və b. böyük həyata qədəm qoyduğu ərəfədə Səmədin istər siyasətdə, istərsə də ədəbiyyatda müəllimləri və yol göstərənləri olmuşlar.

O, ilk təhsilini İstanbulda, Fevziyyə məktəbində almışdı. Sonra ailənin ölkənin yeni paytaxtı elan olunmuş Ankaraya köçməsi nəticəsində Ankara liseyində oxumuşdu. Özünü ədəbiyyata, bədii yaradıcılığa həsr etmək qərarına gəlsə də, atasının təkidi ilə Ankara Universitetinin hüquq fakültəsinin tələbəsi olmuş (1926-1931) və ali təhsilini uğurla başa çatdırmışdı. “İstəyimin əksinə olaraq atam məni hüquq sahəsinə yönəldirdi… Mən də Konstitusiya hüququnun əsasları müəlliminin – “bu kəskin sözlü, tox gözlü, qəribə şivəli professorun” tələbələri sırasında yer aldım və həmin andan etibarən onun yeni bir zabitə və hakimiyyətinin dairəsinə düşdüm”, – deyə, Səməd Ağaoğlu sonralar xatırlayırdı.

Hüquq təhsili alsa da, ədəbiyyata, bədii yaradıcılığa məhəbbət onu heç zaman tərk etməmişdi. Hələ universitetin birinci kursunda ikən tələbə yoldaşları ilə birlikdə “Yalnız gənclik!” adlı bir dərgi buraxmağa başlamışdılar. Sonra gələcəyin görkəmli şairləri Behcet Kamal Çağlar, Əhməd Mühip Dranas və Hifzi Oğuz Bekata ilə birlikdə “Gənc türk ədəbiyyatı birliyi” adlı cəmiyyət qurmuşdular. Gənclərin xahişi ilə türk ədəbiyyatının canlı klassiki, “milli şair” Mehmed Əmin Yurdaqul böyük məmnunluq hissi ilə bu cəmiyyətin fəxri sədri vəzifəsini öz üzərinə götürmüş, birliyin toplantılarında iştirak edib gənclərə tövsiyələrini vermişdi. Səməd Ağaoğlu həyatının birinci mərhələsində daha çox publisist və tədqiqatçı kimi çıxış etmiş, “Türkiyədə kiçik sənət məsələləri” (1939), “Türkiyədə iş hüququ tarixi” (1939), “Türkiyənin iqtisadi təşkilatında iş odaları, ticarət odaları və ticarət borsaları” (1943), “Qüvveyi-milliyyə ruhu” (1944), “Türkiyədə suçlu cocuqlar” (1947), “İki partiya arasında siyasi fərqlər” (1947) kimi broşüra və kitablarını çap etdirmişdi.

S.Ağaoğlu Strasburq Universitetindəki on altı aylıq magistratura kursundan diplomsuz, lakin “Strasburq xatirələri” kitabının əlyazması ilə qayıtdı. Kitab ilk dəfə 1944-cü ildə çap olunsa da, orada hekayələrin qələmə alındığı ötən əsrin 30-cu illərinin ab-havası duyulmaqdadır. Bu illərdə Səməd mükəmməl bildiyi fransız dili vasitəsi ilə rus və Qərbi Avropa ədəbiyyatı klassiklərinin yaradıcılığı ilə yaxından tanış olmuşdu. S.Ağaoğlu böyük rus yazıçısı F.M.Dostoyevskiyə heyranlığını heç zaman gizlətməmişdi. Onun ömür yolunu, şəxsiyyətini, əsərlərini diqqətlə öyrənmiş, rus klassikinin üz tutduğu mövzuları və qəhrəmanları türk cəmiyyətində axtarıb tapmağa, eyni psixoloji gərginliklə, inandırıcılıqla təsvir etməyə çalışmışdı. İlk hekayələrindən yazıçı gördüyü hadisələri və tanıdığı əsərləri ədəbiyyata gətirməyə üstünlük verirdi. “Strasburq xatirələri”nin, eləcə də sonrakı illərdə çap edilən “Böyük ailə”, “Məhəlləyə dönüş”, “Öyrətmən Qafur”, “Hücrədəki adam”, “Onlardan bəziləri” və digər bədii əsərlərinin əksər qəhrəmanları müəllifin şəxsən tanıdığı, ünsiyyət qurduğu, gənclik həyatının kədərli və xoşbəxt anlarını birlikdə keçirdiyi tələbə dostlarıdır, məhəllə adamları, dustaq yoldaşları və başqalarıdır.

Tərtibçi – professor Vilayət Quliyev kitaba yazdığı ön sözdə yazıçının Türkiyə nəsrindəki rolu barədə yazır: “Ümumiyyətlə, çağdaş türk nəsrində ilk dəfə Səməd Ağaoğlu öz ədəbi istedadı və fitri müşahidəçilik qabiliyyəti sayəsində bədiiliklə memuar ədəbiyyatının ünsürlərini sintez etmiş, bir sıra orijinal, yaddaqalan nəsr nümunələri yaratmışdır. Onun müxtəlif illərdə qələmə aldığı “Atamdan xatirələr” (1940), “Atamın dostları” (1957), “Tanış üzlər” (1965), “Dostum Menderes” (1967), “Mərmərədə bir ada” (1972), “İlk mərhələ” (1978), “Həyat bir macəradır” (1981) kimi kitabları müasir Türkiyədə memuar janrının örnək əsərləri sayılır və bu gün də çox az kitab oxunan Türkiyədə diqqəti çəkirlər”.

“Atamın dostları” və “Tanış üzlər” kitablarında Səməd Ağaoğlu heç bir ad çəkmədən haqqında bəhs etdiyi şəxsiyyətlərin elə dəqiq, aydın portretini yaradır ki, Türkiyənin ədəbi və siyasi həyatına müəyyən qədər bələdliyi olan hər bir oxucu çox da çətinlik çəkmədən söhbətin kimdən getdiyini başa düşür. Təbii ki, bu da müəllifdən güclü müşahidə qabiliyyəti, ümumiləşdirmə bacarığı, dövrün hadisə və insanlarına dərin bələdlik tələb edir.

Fikrimizcə, bu il ədəbi ictimaiyyətimiz görkəmli yazıçı, ictimai-siyasi xadim Səməd Ağaoğlunun 100 illik yubileyini mütləq keçirməlidir.

Kitaba yazıçının “Strasburq xatirələri”, “Züryət”, “Öyrətmən Qafur”, “Böyük ailə”, “Hücrədəki adam”, “Atamın dostları”, “Qatırın ölümü”, “Həyat bir macəradır” kitablarından ayrı-ayrı hissələr daxil edilmişdir.

Kitabın redaktoru Asif Rüstəmlidir.

Xəzər.- 2009.- 7 fevral.- S. 17.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Min şükür

MİN ŞÜKÜR…

Bir yaqut gizlidi sədəf dalında,

Misli yox ölçülə sərraf dalında,

Min kəlmə şəlləyib əlif dalında,

Dildən dilə gəzdirənə min şükür…

* * *

Dədəm, babam nəğmə deyib, söz qoşub,

Kəsə gedib, doğru deyib, düz qoşub,

Məclis qurub, min oxuyb, yüz qoşub,

Teldən telə gəzdirənə min şükür…

* * *

Ustac deyər, hardan gələr bilinməz,

Ha deyilə, yeri dolar bilinməz,

Gülər gözdən qəm süzülər bilinməz,

Eldən elə gəzdirənə min şükür…..

20.10.2016. 12:57 (16’) Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Səbahət Lənkəranlı

BAKI

Gəlmişəm hüsnünü görməyə sənin,

Sən mənim sevimli canımsan Bakı.

Nə qədər ömrüm var , istərəm sənsiz ,

Olmasın bir günüm, bir ayım Bakı .

Gəzib dolansam da bütün mahalı,

Mən , sən də görmüşəm əqli , kamalı .

Sənsən ürəyimdən silən məlalı,

Qurbandı yolunda bu canım Bakı.

Halal südündəndir bədəndə canım ,

Amalım, biliyim,fikrim, ərkanım.

Şanlı Vətənimsən Azərbaycanım,

Behiştim, cənnətim, rizvanım Bakı.

Bülbültək sevmişəm bahar çağını,

Gəzib dolanmışam bağça – bağını.

Gəlmişəm öpməyə gül yanağını,

İstərəm başına dolanam Bakı.

02.07.2019

Müəllif: Səbahət Ismayilova

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru