ADİL CƏFAKEŞ – ÇIXDI

ay hacı… “çıxdı

Özünü şair sanan bir “Hacıya”

Dedim zəmanənin Ələsgəriyəm, 
Gəlib qabağıma Nağı da çıxdı. 
Üzünün iki cür rəngi var idi, 
Qarası da çıxdı, ağı da çıxdı.

Harasını qoyub, deyim harasın, 
Bostanında yetkin sanır xırasın. 
Tökdü ortalığa cızmaqarasın, 
Dığ-dığı da çıxdı, dığı da çıxdı.

Yeyib ehsanatdan kökəlibdi ki,
Qamətin düzəldib, dikəlibdi ki. 
Maşallah, boy atıb yekəlibdi ki,
Deyirlər son vaxtlar bığı da çıxdı.

Qadıntək üz – gözün bəzəkləyirdi,
Köhnə dağarclğın gözəkləyirdi. 
Hələ dünənədək təzəkləyirdi, 
Artıq qoyun kimi qığı da çıxdı.

Gördü ki, el – aləm deyir Adili, 
Hamı tərifləyir, öyür Adili. 
Gözü götürmədi şair Adili, 
Cızdağı da çıxdı, yağı da çıxdı.

QEYD:

Abırımı gözləyib hələ yumşaq yazdım…

Müəllif: ADİL CEFAKES

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VAQİF COŞĞUN

VAQİF COŞĞUN “ÜÇ YARPAQ” – DA

Sənsizlik…
(Ustad şairimiz Rüstəm Behrudiyə)

Heç nə görmür gözlərim,
Səndən başqa nə varsa…
Xəbər tutmaram hicran,
Bir gün Səni aparsa…
*****
Tükəndim, bitdim, İlahi!
Sənsiz ömür – ömür deyil…
Bu nə eşqdir düşdüm,mənə
Dəlilər də “dəli” deyir?!…
*****
Canımdan elədin məni,
Gülüm,bircə baxışla…
Qayıt,yerdən götür məni,
Bir az üstümdə ağla!!!…
*****
Heç nə görmür gözlərim,
Səndən başqa nə varsa…
Xəbər tutmaram hicran,
Bir gün Səni aparsa,
Bir gün Səni aparsa..

= = = =

Sən olacaqsan… 


Hələ də fikrimdən getmir xəyalın, 
Hələ də qəlbimdə nalə kimisən…
Gərək dəyməyəydim xətrinə sənin, 
Gərək qoymayaydım elə gedəsən…
*****
Bilirəm, sənintək sevə bilmədim,
Amma ki, tən tutdum güllərə səni…
Bir zaman mənimlə dil-dil ötərdin,
İndi də salmısan “dillərə” məni… 
*****
Ha çağırdım, yetmədin ki, dadıma…
Mən beləyəm, bal tuturam “duz” çıxır…
Elə sözlər qoşdular ki, adına
Baxıb gördüm, yalanı da “düz” çıxır…
*****
Mənə inanmadın, bu azmış kimi,
Elə dərd verdin ki, dərdim – “dərd” çəkir…
Unuda bilmədim mən “adam” kimi,
İlahi, bu dərd də “min ildi” çəkir!!!…
*****
Boşunamı qovduq illərimizi ?!
Heyif, bu sevdaya yana bilmədik…
Bu necə sevgidi, bir-birimizin
Qədrini bilirik ayrılanda biz?!… 
*****
Hər gün saçlarında gəzər yad əllər,
Yad nəfəs “öldürər” səni hər gecə…
Nə vaxtsa qəlbində qalan arzular,
Gözlərində yaşa dönər hər gecə…
***** 
Səni qınamağa güc yox canımda…
Bilmirdim ömrümə qəm olacaqsan…
Özümü “asacam” xəyallarından,
Hər gecə qatilim Sən olacaqsan…
***** 
Hələ də fikrimdən getmir xəyalın, 
Hələ də qəlbimdə nalə kimisən…
Gərək dəyməyəydim xətrinə sənin, 
Gərək qoymayaydım elə gedəsən…
Gərək qoymayaydım elə gedəsən…

= = = =

Əgər çağırsan…

Hanı, deyirdin ki, bitməz bu sevgin?
Nə oldu, bəs niyə çıxıb gedirsən?…
Taleyin – qədərin nə günahı var,
Sən mənim üstümə yıxıb gedirsən…
***** 
Hələ baxışlarda görünmür kədər,
Hələ ki, bilmirik tənhalıq nədir…
Kim bilir, bəlkə də bütün günahlar,
Elə vaxtsız gələn ayrılıqdadır?!…
*****
Bilirəm, gözümə görünəcəksən,
Sənsizlik hər dəfə üzəndə məni…
Sən də bu həsrətə bürünəcəksən,
Rüzgar yarpaq kimi əzəndə səni…
*****
Gəl axtarma məni yad nəfəslərdə,
Harda unutmusan, orda qalmışam…
Çağırsan, astaca döyülər qapın,
Baxıb görərsən ki, mən dayanmışam…
***** 
Hələ ki, həsrətin yuxuma gələr,
Hər gecə yaş olub düşər gözümdən…
Hər gözüm yaşında bir ulduz sönər, 
Bir sevda ağlayar bu Yer üzündə…
Bir sevda ağlayar bu Yer üzündə…

Müəllif: Vaqif Coshkun

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ABDULLA CƏFƏR

Şeytana yazığım gəlir


Nədir istəyimiz bədbəxt mələkdən,
Daha başı çıxmır hiylə-kələkdən.
Taleyi qaradır, küsüb fələkdən,
Baxıram, Şeytana yazığım gəlir.

Guya, Adəm uyub Şeytan dərsinə,
Həvva da getməyib bunun tərsinə.
Tanrı qurban verib insan nəfsinə,
Baxıram, Şeytana yazığım gəlir.

Daha qalmayıbdır deyəcək sözü,
Çəkilib kənarda dayanıb özü.
Bizim əməllərdən utanır üzü,
Baxıram, Şeytana yazığım gəlir.

Uzun zaman keçib bura gələni,
Deyir, mən bilmirəm insan biləni,
Yalvarır çiynimdən alın şələni,
Baxıram, Şeytana yazığım gəlir.

Qəlbindən keçənlər gəlib dilinə,
Hər pis əməlimiz minib belinə,
İstəyir qayıtsın doğma yerinə,
Baxıram, Şeytana yazığım gəlir.

Dəyişib hiylənin modu, fasonu,
Cənnətdən qovulub bilinmir sonu.
Bəs niyə Allahım öldürmür onu?
Baxıram, Şeytana yazığım gəlir.

Müəllif: ABDULLA CƏFƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KAMAL CAMALOV

KAMAL CAMALOV HAQQINDA

Kamal Həsən oğlu Camalov 1973-cü il dekabrın 5-də Naxçıvan Muxtar Res­pub­li­ka­sı Kən­gərli rayon Qıvraq qəsəbəsində müəllim ailəsində anadan olmuş­dur. 1980-1990-cı illərdə ümum­təh­­sil orta mək­­təb təh­si­­lini fərqlənmə attestatı ilə Qıvraq 1 saylı mək­­təbdə sona çatdırmışdır.

K.H.Camalov 1991-cı ildə Naxçıvan Dövlət Universitetinin humanitar fa­kül­tə­si­­nin Azər­bay­can dili və ədəbiyyat ixtisasına qəbul olmuş və «Abbas Zamanov adına ad­lı tə­qaüd»lə oxu­muş­dur. 1996-cı ildə fərqlənmə diplomu ilə təhsilini başa vur­muş­dur.

            K.H.Camalov 1996-cı ildən Naxçıvan Dövlət Universitetinin «Pedaqogika və psi­­xo­lo­giya» kafedrasında müəllim, 2001-ci ildən isə baş müəllim kimi fəaliy­yət gös­tər­­miş­dir. Həmin il (1996-cı ildə) Azərbaycan Dövlət Peda­qoji Univer­sitetinin as­pi­rant­ura­sı­nın qi­yabi şö­bəsinə daxil olmuş və 2004-cü ildə «Hüseyn Cavidin pe­daqoji ide­­yaları» möv­­­zu­sun­da na­mi­zədlik dissertasiyası müdafiə edərək pe­daqogika üzrə fəl­səfə doktoru alim­lik dərəcəsi al­mış­dır.

            1999-2010-cu illərdə Naxçıvan Dövlət Universiteti Gənc Alimlər Şurasının sədri vəzifəsini daşımışdır.

K.H.Camalov özünü yüksək ixtisaslı, tələbkar və qayğıkeş bir müəllim kimi gös­­­tər­miş­dir. O, tədris etdiyi fənləri elmi və metodiki cəhətdən yüksək səviyyədə qur­muş, ka­­­binə və la­bo­ra­to­ri­ya­ların əyani vəsaitlə zənginləşdirilməsində yaxından kö­məklik gös­tə­­rir. Kamal müəl­lim univer­si­te­tin elmi, tədris və ictimai işlərinin yerinə ye­­tirilmə­sin­də üzə­­rinə düşən və­zifələri layiqincə yeri­nə yetirir, tələbə elmi konf­rans­la­­rının, dəyirmi masaların keçirilmə­sin­­də fəal iştirak edir.

2009-cu ildə Kamal müəllim Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tə­rəfindən «Azərbaycan Respublikasının Əməkdar müəllimi» fəxri adına layiq gö­­rül­müş­dür.

Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası 10 yan­var 2012-ci il tarixli (protokol №01 – k) qərarı ilə Kamal Həsən oğlu Camalova do­sent el­mi adı ver­miş­dir.

2010-cu ildən K.H.Camalov Naxçıvan Döv­lət Universiteti Elmi Şurasının üz­vü­dür. Nax­çı­van Muxtar Respublikası dördüncü çağırış Ali Məcli­si­nin deputatı se­çil­miş­dir.

            Kamal Həsən oğlu Camalov yüksək ziyalılığı, bacarığı, ali insani keyfiyyət­ləri ilə univer­si­te­tin professor-müəllim heyətinin və tələbə kollektivinin dərin hör­mə­tini qa­­zan­mış­­dır. 15-dən artıq dərs və­sai­ti­nin, metodik və­­saitin və mo­noq­ra­fi­ya­nın, 250-dən artıq elmi-pedaqoji mə­­qalə­lə­rin mü­əl­­­li­fidir. Əsərləri Türkiyə, İran, Öz­bə­kis­­tan, Rusiya, Amerika və Gür­cüs­tanda nəşr olun­muş­dur. Ru­si­ya Federasiyası və Türkiyə Respublikasında keçirilən Beynəlxalq konfrans və Beynəlxalq sim­po­zi­um­larda elmi ləyaqətlə təmsil etmişdir.

5 iyul 2011-ci ildə Dünya Azərbaycanlılarının 3-cü Qurultayında iştirak etmişdir.

2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müdafiə Şurasında «Azər­baycan mək­təb və pedaqoji fik­ri­nin inkişafı ta­­rixində «Molla Nəsrəddin» jur­na­lı­nın və mol­la­nəs­­rəd­­­din­çi­lə­r hə­rə­ka­tı­nın yeri və əhə­miy­yə­­ti» möv­zu­sunda pedaqogika üzrə elmlər doktorluğunu uğurla müdafiə etmişdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ailəlidir, 3 övladı var.

KİTAB, ELMİ VƏ PUBLİSİSTİK ƏSƏRLƏRİNİN ADLI SIYAHISI

KİTABLAR

1.Yusif Vəzir Çəmənzəminli yaradıcılığında maarif­çilik ideyala­rı. Bakı: ADPU-nun nəşriyyatı (2007), 45 səh.

2.Ömər Faiq Nemanzadə yaradıcılığında maarifçilik ide­ya­la­rı. Bakı: ADPU-nun (2007), 36 səh.

3.Azərbaycan romantiklərinin maarifçilik ideyaları. Bakı: «Elm və təhsil» nəş­­riy­­yatı (2009), 144 səh.

4.Həzrəti Əlinin elm və tərbiyə haqqında fikirləri. Bakı: ADPU-nun nəş­riy­yatı (2010), 82 səh.

5.Valideyn-övlad münasibəti məsələləri Şərq mü­tə­fək­kir­lərinin gözü ilə. Bakı: «Elm və təhsil» nəşriyyatı (2010), 400 səh.

6.Sosial psixopedaqogikada istedadlı uşaqlar problemi (Dərs vəsaiti). Bakı: «Elm və təhsil» nəşriyyatı (2011), 392 səh.

7.Təlim nəticələrinin qiymətlən­di­ril­­mə­sinin forma və va­si­tə­lə­ri (Dərs vəsai­ti). Bakı: «İndiqo» MMC nəşriy­yatı (2012), 78 səh.

8.Форма и способы оценивания результатов обучения. (Dərs vəsaiti). Bakı: «İndiqo» MMC nəşriyyatı (2012), 80 səh.

9.Hüseyn Cavid və məktəb. Naxçıvan: «Əcəmi» (2013), 144 səh.

10.Naxçıvan Muxtar Respublikasında istedadlı uşaqların inkişafı. Nax­çı­van:  «Məktəb» (2014), 387 səh.

11.Ailədə tərbiyə üsullarının tətbiqi za­­manı etnopedaqoji ma­teriallar­dan istifadə imkanları. Bakı: «Elm və təhsil» nəş­riy­­­yatı (2014), 144 səh.

12. Böyük mütəfəkkirlərin maarifçilik ideyaları. Naxçıvan: «Əcə­­­mi» (2015), 258 səh.

13. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: «Elm və təhsil» nəş­riy­­yatı (2015), 356 səh.

  1. Mollanəsrəddinçilər və ailə-məktəb problemi (Dərs vəsaiti). Bakı: ADPU-nun nəşriyyatı, (2017), 340 səh.
  2.  Pedaqoji-psixoloji fikrin inkişafı xələflərdən sələflərə (Dərs vəsaiti). Bakı, ADPU-nun nəşriyyatı, (2019), 222 səh.

BEYNƏLXALQ ELMİ KONFRANSLAR

  1. Heydər Əliyev və Azərbaycan təh­sili. Ümummilli lider Hey­­dər Əli­­yevin anadan olmasının 87-ci ildönümünə həsr olun­­muş I Bey­­­­nəlxalq el­mi konf­­rans. Bakı-Nax­­çı­­van-Gən­­cə. 3-8 may 2010, səh.125-129.
  2. İb­tidai sinif müəllimi hazırlığında kiçikyaşlı məktəb­li­lə­rin psixi in­­kişa­fı üzrə işin xüsusiyyətləri. «Müəllim hazır­lı­­­ğı­nın müasir prob­­­lemləri» I Bey­nə­­lxalq elmi konfransın ma­te­rialları. Azər. Mü­­əl­­­lim. İnsti. «Müəllif» nəş. Bakı, 2011, səh.87-90
  3. Uşaqlara elmin dəyərini sevdirək. «Tədris prosesinin tək­­mil­­ləş­­­di­ril­məsi­­­nin pedaqoji-psixoloji prob­­­­lemləri» möv­­­­­­­zu­sun­da Bey­­­nəl­xalq konfran­sın materialları. Nax­çı­van, 2011, səh.121-123
  4. H.Cavid yaradıcılığında ana dili və onun tədrisi məsə­lə­lə­ri­­nə mü­fəs­səl ba­xış. Məqalə. «Hüseyn Cavid ya­ra­dı­cı­lığı çağ­­­daş tə­fək­kür işığında» (Hüseyn Cavid-130). Beynəl­xalq elmi konf­ran­sın ma­terialları. Bakı, 2012,  s.241-244
  5. Müəllim – şagird, valideyn – övlad münasibətlərində qar­şı­ya çı­­xan prob­lemlər və onların ara­dan qaldırılması yol­la­rı. «Mü­əl­­­lim ha­­zırlığının müasir prob­lem­ləri: təhsil­də elmi və tex­­­­­noloji in­no­va­siyalar» II Bey­nəl­xalq elmi konf. Ma­te­ri­al­­­­ları. Azər. Müəl­­lim. İnsti. «Müəl­­lif» nəş. Bakı, 2012, səh.
  6. Təlim-tərbiyənin təkmilləşdiril­mə­­­­si prosesində molla­nəs­rəd­din­­çi­lər irsindən istifa­də. «Ümumi orta təh­silin müa­sir prob­lem­lə­ri» mövzusunda Beynəlxalq Elmi Konf­ran­sın materialları. Nax­çı­van, 24 noyabr 2012-ci il, səh.146-148
  7. Hüseyn Cavidin Türkiyədə təhsil illəri və «Siratül-müs­tə­qim» jur­­na­­lın­­­da rolu. Türk dünyasını işıqlan­dı­ran­lar: Meh­met Akif Ersoy, Hüseyn Cavid (Beynəlxalq konfran­sın ma­te­­­rialları) 16-18 May 2013-cü il, Bakı, Qafqaz Uni­ver­siteti, səh.177-180
  8. Vətənin azadlığı uğrunda müba­ri­zə­də mollanəsrəd­din­çi­lə­rin ro­lu. Regional inkişaf və böyük mə­də­niy­­yət: Mən­­şə, har­­­­­moniya və tipologiya məsələləri. Beynəlxalq konf­­rans, Nax­çıvan–2013, səh.92-93
  9. Mollanəsrəddinçilərin xalqın dünyagörüşünün for­ma­laş­ma­­­­­­sın­da rolu. Tədris prosesinin təkmil­ləşdirilməsinin pe­da­­­qo­ji-psi­xo­loji problemləri. Beynəlxalq konf­­rans, Naxçı­van – 2013, səh.135-136
  10. Mollanəsrəddinçilərdə milli qey­­rət­çi­lik və milli özü­nü­dərk anlayı­şı­na nə­zəri baxış. «Tədris pro­se­si­nin təkmil­ləş­di­­­ril­məsi və müasir təhsil konsepsiyaları» möv­zusunda Bey­­nəl­xalq Elmi Konf­ran­sın ma­terialları. Naxçıvan, 16-17 dekabr 2014-cü il, səh.200-202
  11. Mollanəsrəddinçi pedaqoqların ic­­­­ti­mai, ideya-siyasi gö­rüş­­lə­ri­nə bir nəzər. Azərbaycanda təhsil qu­ruculuğunun pri­­­o­­ritetləri: Müasir yanaşmalar mövzusunda Beynəlxalq Elmi Konfransın ma­te­rial­ları. Naxçıvan, 5-6 iyun 2015-ci il, səh.342-344
  12. «Molla Nəsrəddin» jur­na­­lının müx­­­­bir üzvü Üzeyir Hacı­bə­yov. «Azərbaycanda təhsil siyasətinin prioritetləri: müa­sir yanaş­ma­lar» Beynəlxalq Elmi Konfransın materialları. Naxçıvan şəhəri, 25 noyabr 2016-cı il, səh.162-163
  13. Yan Amos Komenskinin inkişafetdirici təlim haqqında görüş­lə­rinə mollanəsrəddinçi maarifçilərin təhlilindən bir nəzər. “Təh­­sil: klassik və müasir yanaşmalar”  mövzusunda  bey­nəl­xalq konfrans. Bakı Dövlət Universiteti, 2019

BEYNƏLXALQ ELMİ SİMPOZİUMLAR

  • İnteraktiv təlimin imkanları. Elektron Naxçıvan – 5. Nə­ti­­cələr və vəzifələr. Naxçıvan, 2011, səh.35-36
  • Təlim prosesinin intensiv­ləş­di­ril­məsi və innovasiya. İn­no­­­va­si­­yaların tətbiqi: inkişaf və müa­sir­ləş­mə. Bey­­nəl­xalq sim­­­pozium materialları, Naxçıvan, 2012, səh.39-42
  • Bəxtiyar Vahabzadə yaradıcılı­ğın­­da vətənpərvərlik tər­bi­­yə­­­­si məsə­lə­lə­ri. I Beynəlxalq Bəxtiyar Vahab­zadə Sim­­po­­zi­u­mu. Ba­kı, Qafqaz Universiteti, 2012, səh. 349-354
  • Mollanasreddinçilerin milli basının gelişiminde rolu. Ömər Ha­lisdəmir Universitesi (Türkiyə). IV Beynəlxalq Türk Dünyası Araş­­dırmaları Simpoziumu. 26-28 Aprel 2017-ci il, seh.433-440

XARİCDƏ NƏŞR OLUNAN ƏSƏRLƏR

  • Təhsilin inkişafinda innovasiya­la­­rın rolu. «Фан, таълим ва иш­­лаб чикариш урта­си­да­ги ин­но­ва­цион хам­кор­лик – мо­дер­ни­­зация асоси сифатида» Özbəkistan, Фар­ğона 6 сентябр 2013 йил, səh.21-22
  • Moral-didactic views in «Ali and Nino» by Gurban Said (Qur­­ban Səidin «Əli və Nino» əsərində əx­laqi-di­dak­­tik gö­rüş­lər). ХХХ международная научно – прак­ти­чес­кая кон­­­­ференция те­­о­­­ре­ти­чес­­кие и прак­ти­чес­кие ис­сле­до­ва­ния пси­хо­­логии и пе­дагогики сборник докла­дов. ГО­РОД­ МОСК­ВА. 30.01.2015. səh.80-83
  • Maarifçi eğitimçilərin sosyal dü­şün­­­cə yapısına siyasi bakışlar. Kafkaz Universiteti Sosyal Bilim­ler Enstitüsü Dergisi. Türkiye, 2015, səh.41-49
  • Изображение уховной несп­ра­­­вед­­ливости в журнале «Мол­­­­­­ла Насреддин». Историческая и со­циально-об­ра­зо­ва­тель­­­ная мысль. Toм 8 №4/2, 2016, стр.131-135
  • Attitude to the nation, motherland and family in the activities of the Enlightener (on the basis of the ma­ga­zi­ne “Molla Nas­red­din”). NINE-TEENTH CENTURY PROSE, ISSN: 1052-0406, UNITED STA­TES­ ­2018,­ 48, Issue 2. pp.72-81

RESPUBLİKA ELMİ KONFRANSLAR

  • Hüseyn Cavid müəllim və müəllim hazırlığı haqqında. Bakı Ali Pedaqoji Qızlar Seminariyası, «Azər­bay­can mək­­tə­bi XXI əs­rin astanasında; problemlər, pers­pektivlər» mövzu­sun­da res­pub­li­ka ali məktəblərarası elmi-prak­tik konfransın tezis­lə­­ri, Bakı, 1999, səh.33-34
  • Ədəbi pedaqoji ünsiyyət (Hüseyn Cavid və A.Şaiqin dost­luq mü­­­nasibətlərindən bəhs olunur). Azərbaycan Döv­lət Pe­­­­da­­qoji Uni­­versitetinin professor müəllim heyətinin 61-ci elmi konf­ran­sının materialları, II buraxılış. Bakı, 2001, səh.134-137
  • Hüseyn Cavid əmək və əmək tərbiyəsi haqqında. Ali Dip­lo­ma­tiya Kolleci, Naxçıvan bölməsi, Ali mək­təb­lər­a­rası el­mi-prak­tik konfransın materialları, Bakı, «Elm»-2002, səh.214-216
  • «Buludlardan sıyrılan günəş», ya­xud Azərbaycan ədə­biy­yat­şü­­nas­­lığında Abbas Zamanov. Abbas Za­ma­no­vun 100 il­­lik yu­bi­le­yinə həsr olunmuş «Müasir Azərbaycan fi­lo­­lo­­gi­ya­­sı: ax­tarış­lar, prob­­lem­lər, perspektivlər» möv­zu­sun­da Res­­­­­pub­li­ka elmi konf­ran­sı­­­nın materialları. Bakı, «Elm və təh­sil» nəş­riy­yatı, 2011, səh.110-113
  • Azərbaycan təhsilinin demokratik­ləşməsi və huma­nist­ləş­mə­sinin peda­qoji-ictimai xarakteri. «Müa­sir təlim me­tod­ları və ye­ni pedaqoji texnologiyanın təlim-tərbiyə pro­se­­sin­də tətbi­qi» möv­zu­su­na həsr edilmiş elmi-praktik konf­­ran­sın mate­rial­­ları. Naxçıvan Müəllimlər İnstitutu. Naxçı­van, 2011, səh.16-18
  • Mollanəsrəddinçi Ömər Faiq Ne­­man­­zadə ana dili və onun təd­­­risi haq­qında. Məqalə. Dok­to­rant­la­rın və Gənc təd­qi­­­­qat­­çıların XVI Respublika elmi konfransının mate­rial­ları, II, Bakı, 2012, səh.257-260
  • Mollanəsrəddinçilərin xalqın dün­ya­­­­görüşünün for­ma­laş­­ma­­­­sın­da rolu. Respublika konfransı. Müa­­sir təlim me­­tod­­­­la­rı və yeni pe­­­­daqoji texnologiyaların təlim-tərbiyə pro­se­­sin­­də tətbiqi 03 may 2013, səh.68-70
  • Vətənin azadlığı uğrunda müba­ri­zə­də mollanəs­rəd­din­çi­lə­rin rolu. Regional inkişaf və böyük mə­də­­­niy­­­­yət: Mənşə, harmoniya və ti­po­­lo­­giya məsələləri. Beynəl­xalq konf­­rans, Naxçıvan – 2013, səh.92-93
  • Mövhumat əleyhinə mübarizədə mol­­­­lanəsrəddinçilərin rolu. Naxçıvan Müəllimlər İns­ti­tutu, 2014,­ Heydər Əli­yev 91 «Müasir tə­lim me­tod­­ları və yeni pe­da­qo­ji tex­­­no­lo­gi­ya­la­rın təlim-tər­bi­­­yə pro­­­­­­­­­se­sin­­də tət­­biqi» möv­­­­­zu­su­na həsr edil­miş el­mi-praktik konf­­ran­­sın ma­­­­­­te­rialları (7 may 2014), «Mək­­­­təb» nəş­riy­yatı, səh.­72­-75
  • «Müasir təlim metodları və yeni pedaqoji texno­lo­gi­ya­la­rın tə­lim-tərbiyə prosesində tətbiqi» möv­zu­suna həsr edil­miş el­mi-prak­tik konfransın materialları (7 may 2014), “Mək­­təb” nəş­riy­ya­tı, səh.72-75
  • Kurikulum əsasında keçirilən dərs­lər günün tələbidir. Nax­­çı­van Muxtar Respub­li­ka­sının 90 illik yubileyi ilə əla­qə­­dar «Təh­sil ku­rikulumları: nəzəri problemlər» mövzu­sun­­­da ke­çi­ril­miş Res­pub­­lika konf­ransının materialları (15 aprel 2014), «Məktəb» nəş­riyyatı, səh.9-12
  • Yeni düşüncə və milli təfəkkürün inkişafında mol­la­nəs­­rəd­din­çi­lərin və «Molla Nəs­rəd­din» jur­na­lı­nın yeri və ro­lu. «Müa­sir tə­lim metodları və yeni pedaqoji texno­lo­gi­ya­ların tə­lim-tərbiyə pro­­­se­sin­də tətbiqi» mövzusuna həsr edil­­miş Res­publika konf­ran­sı materialları (05 may 2015). NMİ. səh.96-104
  • Mollanəsrəddinçilər dü­şün­dü­rə­rək öyrətməyin üsul və va­­si­­tə­lə­ri haq­qın­da. Naxçıvan Müəllimlər İns­ti­tutu, Res­pub­lika konf­ran­sı materialları, 2016, səh.6-8
  • Ümummilli lider Heydər Əliyevin mollanəsrəddinçilər ir­­sinə nəzəri baxışı. Naxçıvan Müəllimlər İns­ti­tutu, Heydər Əli­yev 93 – Respublika konfransı materialları 2016, səh.15-17
  • Azərbaycançılıq fəlsəfəsinin ba­­ni­­si Hey­dər Əli­­yev və mol­­la­nəs­­rəddinçilər irsinə nəzəri ba­xış. Lən­­kəran Döv­lət Uni­­­versiteti. Ümummilli lider Heydər Əliyevin anadan ol­ma­­sının 94-cü il­dö­nü­­­mü­nə həsr olunmuş «Təbiət və hu­­ma­ni­tar elm sahələrinin in­ki­şaf problemləri» mövzusunda Res­pub­lika Elmi Konfransının Ma­­­­terialları (5-6 may 2017-ci il), səh.89-90 Məhəmməd Hadi ya­­­­­radıcılığında vətən sev­gi­si. Nax­çı­­van Müəllimlər İns­ti­tutu, Hey­­dər Əli­yev 94 – Res­pub­lika konfransı materialları 2017, səh.132-134
  • Mollanəsrəddinçilərin pedaqoji gö­rüş­lə­rin­­­­də müasir və aktual mə­sələlərə nəzəri ba­­­xış. “Müəllim hazırlığı stra­­teji hədəflərdən bi­ri kimi” mövzusunda elmi konfransının ma­te­­rialları. Bakı şə­həri, 18 may 2018-ci il. səh.73-75
  • Mollanəsrəddinçilərin yaradıcılığında uşaq ədəbiyyatı dərs­liklərinin təşəkkülü və in­kişa­fı mə­sə­lələri. “Təhsil ku­ri­kulumları: praktik tətbiqlər” mövzusunda elmi konfransının materialları. Naxçıvan şəhəri, 24 aprel 2018-ci il. səh.6-9
  • Milli maarif­çi­­liyin, təlimin, təhsilin formalaşma və in­ki­şafında Naxçıvan – Res­pub­lika konfransı materialları 2019.

ELMİ VƏ PUBLİSİSTİK ƏSƏRLƏR

  • Hüseyn Cavid müəllim haqqında. N.Tusi adına Pe­daqoji Uni­­versitet Xəbərləri 1998, №1, səh.82-84
  • «Kitabi Dədə Qorqud» dastanında sözə tapınma tər­­bi­yə­si. Nax­­­­çıvan Dövlət Universitetinin «Elmi əsər­lər»i. 1998, №2, səh.109-110
  • Hüseyn Cavid müəllim hazırlığı haqqında. Ali Dip­lo­ma­ti­ya Kolleci. Naxçıvan bölməsi. Bakı: 1998, №1, səh.80-82
  • Hüseyn Cavidin müəllimlik fəaliyyəti müəllim, şa­­gird və tə­­ləbələrin xatirələrində. N.Tusi adına ADPU, Pe­da­qo­ji təd­­­­qiqatlar 1998, №2, səh.46-49
  • Maarif fədaisi Hüseyn Cavid. Naxçıvan Dövlət Uni­ver­si­­te­tinin «Elmi əsərlər»i, 1999, №5, səh.50-52
  • Hüseyn Cavidin Naxçıvanda müəllimlik fəaliyyəti. Nax­çı­van Dövlət Universiteti­nin «Elmi əsər­lər­»i, 2000, №6, səh.79-81
  • Hüseyn Cavid yaradıcılığında uşaq tərbiyəsi məsələləri­nə mü­fəssəl baxış. Pedaqoji Universitet Xə­bərləri (Pe­da­­qoji, psixoloji elmlər seriyası), Bakı: 2000, №1- 2, səh.95-99
  • Hüseyn Cavid yaradıcılığında vətənpərvərlik tərbiyəsi. Azər­­baycan – Avropa ədəbi-mədəni əla­qə­lər mər­kə­zi, Təd­qiq­lər, Bakı: 2000, №5, səh.25-29
  • Hüseyn Cavidin tələbəlik illərində maarifçilik ideyaları. Pe­da­qoji Universitet Xəbərləri (Pe­da­qo­ji, psixo­loji elm­lər se­ri­yası), 2001, №1, səh.153-157
  • Hüseyn Cavidin İranda təhsil illəri. Pedaqoji Uni­ver­sitet Xə­­­­bərləri (Pedaqoji, psixoloji elmlər seriyası), Ba­kı: 2001, №1, səh.153-157
  • Hüseyn Cavid ana dili və onun tədrisi haqqında. «Azər­bay­can dili və ədəbiyyatı tədrisi», 2001, №4, səh.24-26
  • Hüseyn Cavid tərbiyə haqqında. Naxçıvan Özəl Uni­ver­si­te­ti, 2001, səh.40-42
  • Hüseyn Cavidin uşaq şeirlərində tərbiyəvi fikirlər. «Azər­­­­bay­­can məktəbi» jurnalı, 2002, №2, səh.82-86
  • Hüseyn Cavid yaradıcılığında əxlaq tərbiyəsi mə­sə­lə­lə­ri. Pe­daqoji Universitet Xəbərləri (Hu­ma­ni­tar, pedaqoji, psi­­xo­­­loji elmlər seriyası), Bakı, 2002, №1, səh.130-132
  • Hüseyn Cavidin əsərlərində təhsil, məktəb, təlim mə­sə­lə­­­lə­ri­nə dair. Pedaqoji Universitet Xə­bər­lə­ri. Bakı: 2002, №2, səh.161-163
  • Həzrəti Əli elm və elm öyrənməyin fəzilətləri haq­qın­da. Pe­­­­da­­qoji Universitet Xəbərləri. Bakı: ADPU – 2003, №3, səh.440-442
  • Hüseyn Cavidin köhnə məktəb və köhnə təlim tərbiyə əley­­­­hinə mübarizəsi. Pedaqoji Universitet Xəbərləri, Bakı – ADPU – 2003, №3, səh.442-448
  • Hüseyn Cavid humanizm, dostluq-yoldaşlıq tərbiyəsi haq­­qın­­da. Pedaqoji Universitet Xəbərləri, Bakı – ADPU – 2004, №2, səh.173-178
  • Nəcəfbəy Vəzirov yaradıcılığında valideyn övlad mü­na­­­si­­bə­ti mə­sələləri. Pedaqoji Universitet Xəbərləri, Ba­kı – ADPU – 2004, №1, səh.570-574
  • Firidunbəy Köçərli yaradıcılığında xalq pedaqogikasına mə­­­həb­­­bət. Naxçıvan Dövlət Uni­ver­si­te­ti­nin «Elmi əsər­lər»i. 2004, №8, səh.46-47
  • Marağalı Əvhədi yaradıcılığında valideyn-övlad mü­na­si­bəti mə­sələləri. Pedaqoji Universitet Xəbərləri, Bakı – ADPU – 2004, №3, səh.247-251
  • Məhəmməd Tağı Sidqinin məktəbdarlıq fəaliyyəti və ma­arif­çilik ideyaları. İctimai-siyasi, ədəbi-bədii, elmi-pub­li­sis­tik jurnal, Naxçıvan – 2004, №12, səh.164-168
  • Məhəmməd Hadi yaradıcılığında maarifçilik ideyaları. Pe­da­­­­­qo­ji Universitet Xəbərləri, Bakı – ADPU – 2005, №2, səh.472-475
  • Mirzə Ələkbər Sabir yaradıcılığında valideyn övlad mü­­na­si­­­bəti məsələləri. Pedaqoji Universitet Xəbərləri, Bakı – ADPU – 2005, №2, səh.589-591
  • Yusif Vəzir Çəmənzəminli yaradıcılığında qadın-ana mü­na­­sibəti məsələləri. Pedaqoji Universitet Xəbərləri, Bakı – ADPU – 2006, №2, səh.171-174
  • Ömər Faiq Nemanzadə ana dili və onun tədrisi haq­qın­da. Nax­­­­çıvan Müəllimlər İnstitutunun Xə­bər­ləri, 2007, №3 (7), səh.122-124
  • Mirzə Ələkbər Sabir ateist yox, deist şair olmuşdur. Nax­­­çı­van Müəllimlər İnstitutunun Xə­bərləri, 2007, №2 (10), səh.90-93
  • Məhəmməd Hadi ideyalarında Şərq-Qərb məsələləri. Nax­­­çı­­­­­van Müəllimlər İnstitutunun Xə­bərləri, 2007, №4 (12), səh.32-34
  • Abbas Səhhətin müəllimlik fəaliyyəti müəllim və şa­gird­­lə­rin xatirələrində. Naxçıvan Müəllimlər İns­ti­tu­tu­nun Xə­bərləri, 2008, №4 (16), səh.38-40
  • Əməl dostlarının əxlaq tərbiyəsi haqqında fikirlərinə mü­fəs­səl baxış. Pedaqoji Universitet Xə­bər­lə­ri, Bakı – ADPU – 2009, №2, səh.282-286
  • Uşaqlara diqqət və qayğıyla yanaşaq. Naxçıvan Müəl­limlər İns­­titutunun Xə­bərləri, 2009, №1, səh.19-22
  • Görkəli müəllim-pedaqoq və qayğıkeş ata Məhəmməd Tağı Sid­qinin valideyn-övlad münasibəti mə­sə­lələrinə müfəssəl ba­xı­şı. Naxçıvan Müəllimlər İnstitutunun Xə­bərləri, 2009, №2 (18), səh.20-23
  • Maarif fədaisi Cəlil Məmmədquluzadə. Naxçıvan Mü­əl­­­lim­lər İnstitutunun Xə­bərləri, 2009, №3 (19), səh.52-55
  • Şagirdlərdə elmin və təfəkkürün in­ki­şa­fını yüksəldək. Azər­­­­baycan Milli Elmlər Akade­mi­yası Filologiya mə­sə­lə­ləri, 2010, №1, səh.332-337
  • Cəlil Məmmədquluzadənin pedaqoji fəa­liy­yə­ti və ma­arif­­çi­lik ide­ya­ları. «Cəlil Məm­məd­qu­lu­za­də: taleyi və sə­­nəti» kitabı, Ba­kı: «Elm və təhsil» nəşriyyatı, səh.118-125, 2010
  • Valideyn-övlad münasibəti məsələləri Şərq mü­tə­fək­kir­lə­ri­nin gözü ilə. Naxçıvan Müəllimlər İns­ti­tutunun Xə­bərləri, 2009, №4 (20)
  •  Mirzə Cəlil görkəmli tədqiqatçıların təhlilində. Naxçı­van Dövlət Universitetinin «Elmi əsərlər»i. 2010, №1. səh.167-169
  • Maarif fədaisi Həsən Bəy Zərdabi. Naxçıvan Dövlət Uni­­­ver­sitetinin «Elmi əsərlər»i. 2010, №2, səh.213-216
  • «Molla Nəsrəddin» jurnalının ideal dos­­tu və qayğıkeş ata Qur­ba­nəli Şərif­­zadə. Naxçıvan Müəl­lim­lər İnsti­tu­tu­nun Xə­bərləri, 2010, №4.  səh.12-16
  • Qayğıkeş müəllim, gözəl alim (Professor Gültac Əli­ye­va haq­qın­da). Müdriklik zirvəsinə aparan yol­lar (Gültac Əli­ye­va­nın 70 illik yubileyinə həsr olunur). Bakı: «Elm və təhsil» nəş­riy­yatı, 2010, səh.276-278
  • Sənət və sənətkar dostu Əliqulu Qəmküsar. Əliqulu Qəm­­­­­küsar – Taleyi və sənəti, Bakı: «Elm və təhsil» nəş­riy­yatı, 2011, səh.71-77
  • Cəlil Məmmədquluzadənin pedaqoji ideyaları. Nax­çı­van. İcti­­mai-siyasi, ədəbi bədii, elmi-pub­li­sis­tik jurnal, 2009, №21, səh.118-125
  • Mənalı-şərəfli ömür yolu (prof. Oruc Həsənli haqqın­da). Nax­­­çıvan Müəllimlər İnstitutunun Xə­bərləri, 2011, №2, səh.115-118
  • «Molla Nəsrəddin» jurnalında gen­der məsələlərinə mü­fəs­­səl ba­­­xış. Naxçıvan Dövlət Uni­ver­si­te­ti­nin «Elmi əsər­­lər»i. 2011, №.2, səh.142-147
  • Maarifçi alim – gözəl insan (prof. F.Rüstəmovun 50 illi­yi haq­qında). Bakı: «Elm və təhsil» nəş­riy­yatı, 2011. 393-395 s.
  • Mirzə Ələkbər Sabir və deizm. Azərbaycan Müəllimlər İns­­­­­­­ti­tu­tu­­nun Xə­bərləri, Azər­bay­can Respubli­ka el­mi-prak­tik konf­­ran­sın ma­te­rialları. Bakı: «Müəllif» nəş. 2011, səh.23-26
  • Xanəli Kərimli «ikiliklər»ində əx­­­laq tərbiyəsi məsə­lə­lə­ri. Mə­qa­lə. Sözün əlincə qala­sı: məqa­lə­lər, xəbərlər, mək­­­tub­­lar. Bakı: «Qanun» nəşriyyatı, 2011, səh.149-152
  • Mollanəsrəddinçi Məmməd Səid Ordubadinin tərbiyə və təhsil haqqında düşüncələri. Kitab. Məmməd Səid Or­du­­ba­di: Taleyi və sənəti. Naxçıvan: «Əcəmi», 2012, səh.95-102
  • Ömər Faiq Ne­­man­­zadə ana dili və onun tədrisi haq­qın­da. Mə­qa­lə. Məqalələr seriyası, II bu­ra­xı­lış, Bakı: 2012, səh.257-260
  • Mollanəsrəddinçilərin maarif­çi­lik ideyalarında mənəvi tər­­­bi­yə məsə­lə­lərinə müfəssəl baxış. Mə­qa­lə. Naxçıvan Döv­­­­lət Uni­ver­si­te­­ti­nin «Elmi əsərlər»i. Humanitar Elm­lər Se­­ri­ya­sı, 2012, №2, səh.118-122
  • H.Cavid yaradıcılığında və­tən­­­pər­vərlik tərbiyəsi mə­sə­lə­­lə­ri­nə müfəs­səl baxış. Məqa­lə. Naxçıvan. İctimai-si­ya­­­­­si, ədə­­bi-bədii, elmi-publisistik jurnal, 2012, №24, səh.106-113
  • Mollanəsrəddinçilərdə vətənpər­vər­lik tərbiyəsinə nəzəri ba­xış. Məqalə. Azərbaycan Müəllimlər İnstitutu. Xə­bərlər, 2012, №4
  • Onomastika məsələlərinə yeni baxış (A.İmanlının ki­ta­bı əsa­sın­da). Məqalə. Naxçıvan Müəllimlər İns­ti­tu­tu­nun Xə­bərləri, 2012, №3
  • Mollanəsrəddinçilər ana dili və təlimin  ana dilində apa­­­rıl­­ma­­sı haqqında. Məqalə. «Azər­bay­can dili və ədə­biy­yatı təd­­risi», 2012, №3. səh.16-23
  • Cəlil Məmmədquluzadə irsinə Heydər Əliyev məhəb­bəti. Heydər Əliyev dövlətçilik təliminin işıqları. Nax­çı­­van: Naxçıvan Dövlət Universiteti, 2013, səh.88-90
  • Düşüncələrini nəğmə dili ilə ifa­də edən fenomen şair (İs­lam Sə­­fərli haqqında). Naxçıvan: İc­ti­mai-siyasi, ədə­bi-bə­dii, elmi-publisistik jurnal, 2013, №26, səh.158-165
  • Milli mətbuatın tərəqqisi uğrun­da mübarizədə molla­nəs­rəd­­­din­çi­lə­rin  rolu. Naxçıvan Dövlət Uni­versite­ti­nin «Elmi əsər­lər»i. Humanitar Elmlər Seriyası, 2013, səh.70-74
  • Azərbaycan pedaqoji fikrinin in­ki­­­şafında Məhəm­məd­ağa Şah­taxt­­­lı­­nın rolu. Naxçıvan Müəl­lim­lər İns­ti­tu­tu­nun pe­da­qo­gika və psixologiya kafedrası 10 ildə. Bakı: ADPU-nun nəş­­­riyyatı, 2013, səh.41-51
  • İnsan və təbiət vurğunu Məmməd Araz. Naxçıvan. İc­­­timai-si­ya­si, ədəbi-bədii, elmi-publisistik jurnal, 2013, №27, səh.69-73
  • Bir ömür yaşadım… Şairin öz dünyası və söz dünyası (Va­qif Məmmədov haqqında). Nax­çı­van: «Qeyrət» nəşriy­yatı, 2013, 191-197
  • Azərbaycan universitetlərinin ümum­­­­­­­­­­a­v­­ropa təhsil və elm  mə­­ka­nı­na inteqrasiya proseslə­ri: mo­dern­­ləş­mənin  tə­­ləb­ləri konteks­tin­də. Naxçıvan Dövlət Universitetinin «Qey­rət» nəş­riyyatı, 2014, səh.206-213
  • Xaqani Şirvani yaradıcılığında əx­laq tərbiyəsi məsələ­lə­ri. Nax­­­çı­van Müəllimlər İnstitutunun Xə­bərləri, 2014, №1, səh.20-23
  • Gənc nəslin təlim və tərbiyəsində uşaq ədəbiyyatının ro­lu. Azər­baycan Müəllimlər İnstitutu. Xə­bərlər, 2014, №2, səh.56-60
  • Uşaq ədəbiyyatında əxlaq tərbiyə­si məsələləri. Naxçı­van Müəl­lim­lər İnstitutunun Xə­bərləri, 2014, №3, səh.12-16
  • Şərqin elm və mədəniyyət beşiyi Naxçıvan. Naxçıvan Döv­­­lət Uni­versitetinin «Qeyrət» nəş­riy­ya­tı, 2014, səh.72-74
  • İlyas Əfəndiyev yaradıcılığında mə­­­­­nə­vi təmizlik mə­sə­­­lə­lə­ri. Azər­baycan Müəllimlər İnstitutu. Xəbərlər (Xü­­­susi bu­ra­xılış), 2014, №4, səh.43-48
  • Məhəmməd Tağı Sidqi yaradıcılı­ğın­da ata-anaya hör­mət və öv­la­da qay­ğı. Naxçıvan. İctimai-si­ya­si, ədəbi-bə­­dii, el­mi-pub­li­sis­tik jurnal. Naxçıvan-2014, №29, səh.130-137
  • Millət üçün yanan məşəl. Məhəmməd Tağı Sidqi: Ta­le­yi və sə­nə­ti. Naxçıvan: «Əcəmi», 2015, səh.157-161
  • Fəz­lul­lah Nəiminin əxlaqi görüş­lə­ri. Naxçıvan Dövlət Uni­­ver­­si­te­tinin «Qeyrət» nəşriyyatı, 2015, səh.218-222
  • Mənəvi-əxlaqi kamilliyə və insani dav­­­ranışa çağırış, əx­laqi key­fiy­yət­­­­lərin təbliği («Molla Nəs­rəd­­din» jurnalı əsa­sın­da). Azər­­baycan Respublikasının Təhsil Prob­lem­lə­ri İns­ti­tutu. Elmi əsərlər, 2015, №3, səh.56-60
  • Mollanəsrəddinçi maarif­çi­lə­rin ya­­­­­­­ra­­dıcılığında xalq pe­da­qo­­gi­ka­sın­­dan istifadə me­tod­la­rı. Gən­cə Dövlət Uni­­­­­ver­si­te­ti. Elmi əsərlər məcmuəsi. 2016, №2, səh. 275-278
  • Mollanəsrəddinçi maarifçilərin teatr­ların tərbiyəvi əhə­­miyyəti haqqında görüşləri. Naxçıvan Döv­lət Uni­ver­sitetinin «Elmi əsər­lər»i. 2016, №6 (76)
  • Mollanəsrəddinçilərdə və­tən­­­pər­­­­­­­­­­­­­vər­­lik tərbiyəsinə nə­zə­ri ba­xış. Naxçıvan Müəllimlər İnsti­tu­tu­nun Xə­bər­ləri, 2016, №2, səh.8-11
  • Prof. İbrahim Mollayevin «Məhəmməd Tağı Sidqinin pe­da­qo­ji görüşləri» adlı monoqrafiya kitabına ön söz. Bakı: Elm və təhsil, 2016
  • «Səsləyir Zəngəzur, Qarabağ bizi» adlı şeirlər ki­ta­bı­na ön söz (Müəllif: Nicat Ərtürk). Bakı: Elm və təhsil, 2016
  • Mollanəsrəddinçilərin dostu və əzizi Əziz Şərif. Nax­çı­van Müəllimlər İnstitutunun Xə­bər­lə­ri, 2017, №1, səh.12-16
  • Firidunbəy Köçərlinin «Molla Nəs­rəd­din» jurnalında fəa­­liy­yə­ti və maarifçi görüşləri. Naxçıvan Döv­lət Uni­ver­sitetinin «El­mi əsərlər»i jurnalı. 2017, №1, səh.114-117
  • «Molla Nəsrəddin» jurnalından Mirzə Fətəli Axun­do­vun ma­arif­çi görüşlərinə bir nəzər. Azərbaycan Res­pub­li­kasının Təhsil İns­titu­tu­nun Elmi Əsər­ləri, 2017, №4, səh.56-60
  • Milli həyata, milli məişətə və milli xa­rak­terə bağlı olan Mol­la Pənah Vaqif. Naxçıvan Müəllimlər İnstitutu. Hey­dər Əliyev – 94. Bakı – 2017, səh.26-34
  • Mollanəsrəddinçilərin müəllim – müəl­lim­­­ ha­­zırlığı haq­­­qında gö­­rüşləri və peda­qo­­ji fəa­liy­yət­lə­ri­nə nəzəri ba­­­­­xış. Nax­çıvan Mü­əl­­­limlər İnstitutunun Xəbərləri, 2017, №2, səh.15-21
  • Nəsirəddin Tusinin «Adabül-mütəəllimin» (Tələbəlik mə­­də­niy­yəti) əsərində elm və təhsil mə­sə­­­lə­­lə­­ri. Nax­çı­van Müəl­lim­lər İns­titutunun Xəbərləri, 2017, №3, səh.15-18
  • Naxçıvan Dövlət Universiteti tələbə gəncliyin inkişaf yo­­­lu­dur. Naxçıvan Dövlət Universiteti 50 ildə. Nax­çı­van Döv­­lət Uni­ver­site­ti­nin «Elmi əsərlər»i jurnalı. 2017, səh.134-137
  • «Molla Nəsrəddin» jurnalında möv­hu­mat­­­­­­­­­çı­lı­ğın təs­vi­ri və tən­qi­dinə nəzəri ba­xış. Pedaqoji Universitet Xə­bər­­ləri, BAKI – ADPU – №4, 2017, s.107-115
  • Elmin zirvəsini pillə-pillə fəth edən görkəmli alim (Aka­de­mik Oruc Həsənli haqqında). Milli irs jurnalı. 2017, №11, səh.10-13
  • Mollanəsrəddinçilər yaradıcılığında ailə münasibəti prob­­­­­­lemi. Heydər Əliyev – 95. Heydər Əliyev və milli-mə­nəvi dəyərlərə döv­lət qayğısı. Bakı – 2018, səh.51-69
  • Tağı Şahbazi Sümurğ yaradıcılığında möv­hu­mat­çı­lı­ğın təs­vi­ri. ADPU, Pedaqoji Universitet Xəbərləri, Tarix, İnsan və cə­miy­yət (Elmi-nəzəri və elmi-metodik jurnal). 2018, №2, səh.11-15
  • Əməyə və əmək adamlarına münasibət mol­la­nəs­rəd­din­­çilərin təhlilində. Naxçıvan Müəllimlər İns­titutunun XƏ­BƏR­LƏ­Rİ, 2018, №2, səh.4-7
  • Ömər Faiq Nemanzadənin yaradıcılıq ruhunda ma­arif­çilik ide­­­yaları. Naxçıvan Müəllimlər İns­titutunun XƏ­BƏR­LƏ­Rİ, 2019, №1, səh.
  • İnsanlığın və elmin zirvəsində dayanan Oruc ata. İnsanlığın zirvəsi (Kitab AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, elmlər doktoru, professor Oruc Həsənlinin xatirəsinə həsr olunmuşdur). Bakı, «Elm və təhsil», 2019, səh.85-88
  • Gender tərbiyəsi – tarixi, nə­zə­ri və müasir prob­lem­dir (dosent Elza Mollayevanın «Gender tərbiyəsi: tarixi, nə­zə­riyyəsi və müa­sir prob­lemləri» adlı mo­noq­ra­fi­ya­sın­­dan bəhs edilir). ADPU, Pe­da­qoji Universitet Xəbərləri, Tarix, İnsan və cə­miy­yət (Elmi-nə­zə­ri və elmi-metodik jurnal). 2019
  • Oxucuya milli mənlik şüuru aşılayan monoqrafiyaya bir nəzər (Professor Şahin Tağıyevin «Böyük maarifçi Mirzə Abbas Ələk­bər oğlu Abbaszadənin pedaqoji gö­rüş­­ləri» adlı mo­noq­ra­fi­ya­sın­dan bəhs edilir).
  • Fanatizmi işıqlı gələcəyə çevirən Mirzə Cəlil. Naxçıvan Döv­lət Universite­ti­nin «Elmi əsərlər» jurnalı. 2019
  • Elmin tərəqqisinə və inkişafına töhfə verən Naxçıvan. Pe­da­qo­gika jurnalı. Bakı, 2019, №2.
  • Cəlil Məmmədquluzadə irsində məktəb, müəllim, təlim-tər­bi­yə problemlərinə nəzəri baxış. /Azərbaycan məktəbi jurnalı, 2019, №3
  • Xalqın deyim və duyumları İmadəddin Nəsimi ya­ra­dı­cı­lı­ğın­da. Naxçıvan Universitetinin Elmi Xəbərlər jurnalı. 2019, №4
  • Mol­la­nəs­rəd­din­çi Mirzə Cabbar Əsgərzadə yaradıcılığında əx­­laqi görüşlərin təsviri. Azərbaycan Res­pub­li­ka­sı­nın Təh­sil İns­ti­­tu­tu­, Elmi Əsər­­­­lər, 2019, №3
  • Balasaqunlu Yusif Xas Hacibin «Qutadğu bilig» əsərində ailə qurmaq və ailə tərbiyəsi məsələləri. ADPU, Pedaqoji Universitet Xəbərləri, Tarix, İnsan və cə­miy­yət (Elmi-nəzəri və elmi-me­to­dik jurnal). 2019, №2, səh.
  • Ömrü uzun – əməli gözəl olan insan. Xalqına, mil­­lətinə ləyaqətlə xidmət göstərən həkim. Zirvələrin fatehi (Kitab Ərrəhman Qası­mo­vun anadan olmasının 70 illiyi münasibətilə çap olunub). Bakı, «Elm və təhsil», 2019, səh.
  • 70 yaşlı müəllim (Prof. Rəcəb Ağayev haqqında). //Şərq qa­pısı. 20 may 2005
  • Hüseyn Cavid ailə tərbiyəsi haq­qın­da. //Şərq qapısı. 1 iyun 2007, №101, səh.5
  • Hüseyn Cavidin yaradıcılığında və­tən­pər­vər­lik mo­tiv­lə­ri. //Ye­­ni həyat. 5 iyun 2007, №22, səh.2
  • Hüseyn Cavid irsinə Heydər Əliyev məhəbbəti (Hü­seyn Cavidin anadan olmasının 125 illiyi mü­na­si­bə­ti­lə). //Şərq qapısı. 11 iyul 2007, №129
  • Hüseyn Cavidin həyatından dəqiqələr (H.Cavidin ana­­­­­dan olmasının 125 illiyi münasibətilə). //Yeni həyat. 23 okt­yabr 2007
  • Xalq müdrikliyi məsələlərində ailənin əsas vəzifələri. //Yeni həyat. 12 fevral 2008
  • Demokrat yazıçı, maarif fədaisi (C.Məm­məd­qu­lu­za­də). //Yeni həyat. 19 fevral 2008
  • İnsan səadətində həqiqət və yalan. //Şərq qapısı. 19 dekabr 2008
  • İn­ti­zamlı nəsil tərbiyə edək. //Yeni həyat. 16 dekabr 2008, №46 (137)
  • Ailədə əxlaqi şüurun formalaşması məsələlərinə nə­zə­ri ba­xış. //Şərq qapısı. 10 yanvar 2009
  • Xanəli Kərimli «ikilikləri»ndə əxlaq tərbiyəsi məsələ­ləri. //Təhsil və zaman. 17 yan­var 2009, №1
  • Hər bir evin sevincidir uşaqlar. //Təhsil və zaman. 18 iyun 2009, №11 (157)
  • Böyük demokrat Cəlil Məmmədquluzadə və ana dili. //Şərq qapısı. 18 fevral 2009, №33
  • Övlad saxlamaq və tərbiyə etmək məsələlərinə nəzəri baxış. //Şərq qapısı. 4 aprel 2009, №61
  • Ailə əxlaq məktəbidir. //Şərq qapısı. 24 aprel 2009, №75
  • Uşaqlara elmin dəyərini sevdirək. //Şərq qapısı. 23 iyun 2009, №114
  • Seyid Əzim Şirvanidən Hüseyn Cavidin atası Hacı Mol­­la Abdullaya məktub. //Yeni həyat. 2009, 7 sent­yabr
  • Hüseyn Cavid yaradıcılığında uşaq tərbiyəsi məsə­lə­lə­ri mü­hüm yer tutur. //Şərq qapısı. 7 avqust 2009, №146
  • Sevincimizə daha bir sevinc qatan məqam. //Şərq qa­pı­sı. 11 avqust 2009, №148
  • Valideyn-övlad münasibəti məsələlərinə Şərq mü­tə­fək­­­kir­­ləri böyük əhəmiyyət verirdi. //Şərq qapısı. 2 sent­yabr 2009, №164
  • Adın şərəflidir sənin, ey qadın! //Şərq qapısı. 22 sent­yabr 2009, №146
  • Valideyn-övlad münasibəti məsələlərinə nəzəri baxış. //Yeni həyat. 26 oktyabr 2009, №40
  • Hüseyn Cavidin «Ədəbiyyat dərsləri» adlı dərslik ki­ta­­bın­da uşaq şeirləri və tərbiyəvi fikirlər. //Şərq qapısı. 5 noyabr 2009, №209
  • Ən işıqlı günəş elmdir. //Şərq qapısı.  8 yanvar 2010.
  • Heydər Əliyev və Azərbaycan təhsili. //Yeni həyat. 2010, 1 fevral
  • Böyük simalar Mirzə Cəlil və ya «Molla Nəs­rəd­din» haq­­qın­­da. //Şərq qapısı. 20 fevral  2010, №34 (19.948)
  • Tərbiyənin yolunu ancaq elm sa­yə­sin­də bil­mək müm­kün­­dür. //Şərq qapısı. 8 aprel  2010, №62 (19.976)
  • Şərqin böyük carçısı «Molla Nəsrəd­din». //Şərq qa­pı­sı. 20 aprel  2010, №75 (19.989)
  • Görkəmli müəllim-pedaqoq Üzeyir Hacı­bə­yov vali­deyn-öv­­lad münasibəti haq­qın­da. //Təhsil və zaman. 30 may  2010, №10 (180)
  • Mirzə Cəlil və ya «Molla Nəsrəddin» gün­lə­rin­dən də­qi­­­qə­lər. Şərq qapısı. 13 may  2010, №87 (20.001)
  • Sənət və sənətkar dostu Əliqulu Qəmküsar. //Şərq qa­pı­­sı. 14 may  2010, №87 (20.002)
  • Uşaqlara verilən təlimdə mühüm məsələ biliyi necə öy­­­rət­mək­dir. //Şərq qapısı. 21 may  2010, №93
  •  Heydər Əliyev irsi uşaqların mənəvi tər­bi­yə­sinə xid­mət edir. //Şərq qapısı.  3 iyun  2010, №101 (20.015)
  • «Əkinçi» qəzetindən başlanan yol. //Şərq qapısı. 14 iyul  2010, №128 (20.042)
  • Mirzə Cəlil və ya «Molla Nəsrəddin» günlə­rin­dən də­qi­qə­lər. //Şərq qapısı. 22 iyul  2010, №134 (20.048)
  • Oğul sözlərimə yaxşı qulaq as. //Şərq qapısı. 5 avqust 2010, №144 (20.058)
  • Cəlil Məmmədquluzadə irsinə Heydər Əliyev məhəb­bə­ti. //Şərq qapısı. 21 avqust  2010, №156 (20.070)
  • Valideyn-övlad münasibəti məsələləri Şərq mü­tə­fək­kir­­­lə­ri­nin gözü ilə (Kitab haq­qın­da). //Şərq qapısı. 17 dekabr  2010, №234 (20.048)
  •  Heydər Əliyev irsi milli-mənəvi dəyərlərə xidmət edir. //Yeni həyat. 6 yanvar 2011, №01 (236)
  • Cəlil Məmmədquluzadə qadınların tutduğu mövqeni «Mol­­la Nəsrəddin» jurnalında realist bir yazıçı kimi gös­­­­­tə­rir­di. //Şərq qapısı. 20 may  2011, №92 (20.250)
  • Buludlardan sıyrılan günəş yaxud Azər­bay­can ədəbiy­yat­­şü­­nas­lığında Abbas Zamanov zirvəsi. //Şərq qa­pı­sı. 2 no­yabr 2011, №206 (20.364)
  • Şagirdlərdə təfəkkür və intellektin inkişa­fı­na xidmət edək. //Yeni həyat. 20 dekabr 2011, №47 (282)
  • «Molla Nəsrəddin» jurnalının ideal dostu – Qurbanəli Şə­rif­zadə. //Şərq qapısı. 11 yanvar 2012, №5 (20.410)
  • Dövlət uşaq siyasəti: reallaşan layihələr (Sosial psi­xo­pe­da­qo­gi­kada istedadlı uşaqlar problemi kitabı haq­­qın­da). Nazilə Ab­dul­lazadə. Pedaqogika üzrə fəlsəfə dok­to­ru, dosent. //Res­pub­lika qəzeti. 28 yanvar 2012
  • Valideyn-övlad münasibətləri (M.T.Sidqi haq­qın­da). //Yeni həyat. 10 yanvar 2012, №2 (285)
  • Televiziya verilişlərinin uşaqların mənəvi tərbiyəsinə tə­si­ri. //Yeni həyat. 17 yanvar 2012, №3 (286)
  • Qəlbini məşəl edən sənətkar (M.S.Ordubadi haq­qın­da) //Şərq qapısı. 19 iyun 2012, №1113 (20.518)
  • Bu gün beşikdə hıçqıran uşaq sabahın dahisi ola bilər. //Şərq qapısı. 5 iyul 2012, №124 (20.529)
  • Azərbaycan xalq maarifinin inkişafı «Əkinçi» qəze­tin­dən başlayır. //Şərq qapısı. 19 iyul 2012, №134 (20.539)
  • Mollanəsrəddinçilər və ana dili təlimi. //Şərq qapısı. 29 av­qust 2012, №162 (20.567)
  • Şagirdlərdə elmin və təfəkkürün inkişafını yüksəldək. //Şərq qapısı. 4 oktyabr 2012, №188 (20.593)
  • Ana dili millətin mənəvi diriliyidir. //Şərq qapısı. 30 okt­yabr  2012, №205 (20.593)
  • Yer-yurd adlarının tədqiqinə həsr olunmuş dərs və­sa­i­ti (prof. A.İmanlının kitabı haqqında). //Şərq qapısı. 13 no­yabr  2012, №214 (20.619)
  • Görkəmli pedaqoq-alim və naşir – Məhəm­mədağa Şah­­­­­­taxt­­­lı. //Şərq qapısı. 26 dekabr 2012, №246 (20.651)
  • Görkəmli maarifçi Məhəm­mədağa Şahtaxtlı. //Təhsil və zaman. 19 mart 2013, №05 (248)
  •  Müəllim-şagird münasibətləri normal olarsa… //Şərq qa­pı­sı. 19 iyun  2013, №112 (20.766)
  • Şairin öz dünyası və söz dünyası (Vaqif Məmmədov haq­qın­da). 29 iyun 2013, //«Palitra», №115 (1069)
  • Azərbaycan xalqı İlham Əliyevin prezidentliyini qüd­rət­­li döv­­lətçiliyin, firavan gələcəyin və dinamik in­ki­şa­fın ye­ga­­nə təminatçısı kimi qəbul edir. //Şərq qapısı. 18 iyul 2013, №132 (20.786)
  • «Əkinçi» ilə başlayan qəzet və qəzetçilik ənənələri. //Nuh yurdu. 22 iyul 2013
  • Heydər Əliyevin təhsil siyasəti. //Yeni həyat. 01 no­yabr 2013, №39 (370)
  • Müəllim gələcək cəmiyyətin memarı və qurucusudur. //Nuh yurdu. 5 oktyabr 2013, №37 (517)
  • «Üç oğul anası» poeması haqqında bir neçə söz (Məm­­­­­­­­məd Araz). «Göy qur­şa­ğı» //«Şərq qapısı»nın ədə­­­­biy­­yat əla­­vəsi. №07, 2013
  • Müəllim axtarıcı və yaradıcı olarsa… //Şərq qapısı. 5 mart 2014, № 42 (20.943)
  • Naxçıvanda elm və təhsil: Dünən, bu gün. //Nuh yur­du. 4 aprel 2014
  • Mətbuat cəmiyyətin güzgüsüdür. //Təhsil problemləri. 24 iyul 2014
  • Şagirdlərdə əqli tərbiyənin inkişafını yüksəldək. //Təh­­­­­­­sil prob­­­lemləri. 1 avqust 2014
  • Gənc nəslin təlim-tərbiyəsində uşaq ədəbiy­ya­tının ro­lu. //Şərq qapısı. 8 avqust 2014, №149 (21.050)
  • Oğlan uşaqlarının tərbiyəsi həssaslıq tələb edir. //Nuh yurdu. 20 avqust 2014, №31, (558)
  • Məhəmməd Tağı Sidqi yaradıcılığında ata-anaya hör­mət və övlada qayğı. //Şərq qapısı. 23 avqust 2014, №160 (21.061)
  • Ədəbiyyatımızın intibahı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. //Nuh yurdu. 18 dekabr  2014, №47, (574)
  • Xalqımızın və elmimizin əzizi – Əziz Şərif. //Nuh yur­du. 19 fevral 2015, №07, (582)
  • Hikmət və əxlaqı əks etdirən şair (Şair Əbülfəz Ülvi haq­qında). //Kaspi. 13-16 iyun 2015, №106 (3420)
  • Əxlaq carçısı (Şair Əbülfəz Ülvi haqqında). //Təhsil prob­lemləri. 24-31 iyul 2015, №55-56 (1017-1018)
  • Əxlaq saçan şeirlər. //Bütöv Azərbaycan. 3 avqust 2015
  • Əziz Şərif və ədəbiyyatımızın klassikləri. //Nuh yur­du. 4 iyul 2015, №25, (600)
  • Uşaqların asudə və istirahət vaxtları düzgün qu­ru­lar­sa. //Təh­­sil problemləri. 24-31 iyul 2015, №55-56 (1017-1018)
  • Fiziki sağlamlığı məhdud uşaqlarla necə ünsiyyət qurmalı… //Nuh yurdu. 14 dekabr, 2016, №47
  •  Kor-kar-lal uşaqların ünsiyyət tərzi necə formalaşır. //Təhsil problemləri. 24-28 fevral, 2017, №15-16
  • Kor-kar-lal uşaqların ünsiyyət tərzi necə formalaşır. //Təhsil problemləri. 01-07 mart, 2017, №17-18
  • Milli həyata, milli məişətə və milli xarakterə bağlı olan Molla Pənah Vaqif. //Vedibasar. 16 mart – 15 ap­rel, 2017, №07-08 (338-339)
  • Zərifə xanım Əliyevanın pedaqoji görüşləri. //Nuh yur­du qəzeti, 28 aprel, 2017, №17 (687)
  • Molla Pənah Vaqif milli ənənələri ilə seçilən ədəbi məktəb yaradıb. //Şərq qapısı, 3 may 2017, №83 (21.744)
  • Həyat və həqiqət nəğməkarı (Şair İbrahim Yusif­oğ­lu­nun «Göy yerə zəng eyləyir» eyniadlı kitabından bəhs olu­nur). //Təh­sil problemləri. 01-07 dekabr, 2017, №89-90 (1243-1244)
  •  Pak və ülvi duyğuların tərənnümçüsü Süsən Kərimli. //Ədalət qəzeti. 15 dekabr 2017, №230 (5.219)
  • Şöhrəti zəhmətilə qazanan alim (Oruc Həsənli haq­qın­da bəhs olunur). //Azərbaycan müəllimi qəzeti. 29 iyun 2018
  • Gi De Mopassanın «Gonbul» əsərində əxlaq və vətən tə­rən­nü­­münün təsviri. //Təhsil problemləri. 16-23 avqust, 2018, №61-62
  • Müəllim gələcək cəmiyyətin qurucusudur (Avraam Lin­­­­­­kol­nun oğlunun müəlliminə məktubu haqqında). //Nuh yurdu qəzeti, 18 sentyabr, 2018, №37 (754)
  • Zəhmətilə nura boyanan alim (Oruc Həsənli haqqında bəhs olu­­nur). //Təhsil problemləri. 24-30 iyun, 2018, №47-48
  • Gi De Mopassanın «Gonbul» əsərində əxlaq və və­tən­pər­vər­lik məsələləri. //Nuh yurdu qəzeti, 14 av­qust, 2018, №32 (749)
  • Kitab nəsillərin bir-birinə vəsiyyətidir – uşaqlara ki­tab­ları sevdirək. //Psixoloq qəzeti. 28 fevral 2019, №2 (126)
  • «Pedaqoji fikir ta­rixin­dən» adlı əsər gənclərin tərbiyəsində əhəmiyyətli rol oynayır. //Nuh yurdu qəzeti, 17 aprel, 2019, №15 (779)
  • «Pedaqoji fikir tarixindən» adlı əsərdə təh­­­­silin prinsiplərinə və tərbi­yə üsullarına nəzəri baxış. //Şərqin səhəri qəzeti, 24 aprel, 2019, №17
  • Nəsimi yaradıcılığında xalq deyimləri. //Nuh yurdu qəzeti, 19 iyun, 2019, №23
  • Xalq yaradıcılığının tükənməz xəzinəsi Nəsimi yaradıcılığında. //525-ci qəzet, 20 iyun, 2019
  • Hüseyn Cavid ucalığı: Azər poeması //Şərqin səhəri qəzeti, 13 iyun 2019, №27 (2901)
  • Biologiyanın tədrisi şagirdlərin mənəvi simasının for­ma­laş­dı­rıl­masına xidmət edir (Vüsalə İsmayılovanın «Biologiyanın tədrisi prosesində təlim-tərbiyə məsələlərinə komp­leks yanaşma» adlı dərs vəsaitindən bəhs olunur)
  • Tarix salnaməsinə öz xidmətləri ilə iz salıb köçən novator alim (Abutalıb Qasımov haqqında bəhs olu­­nur).
  • Şair ilhamının vərəqlərə səpilmiş şeir sətirləri (Tofiq Qəbulun «Şeir özü çınqıdır» adlı şeir kitabından bəhs olunur)

NƏŞR OLUNAN ƏSƏRLƏRİN MƏZMUNUNDAN ELMİ

 PUBLİSİST MƏTBUATDA BƏHS EDƏN ALİMLƏR

  1.  Oruc Həsənli (Pedaqogika üzrə elmlər doktoru, professor, AMEA-nın müx­­bir üzvü, Əməkdar elm xadimi). Ürəkləri fəth edən mol­­lanəsrəddinçilər («Mol­­­la­nəs­rəd­din­çi­lər və ailə – məktəb prob­le­mi» ad­lı dərs vəsaitindən bəhs edi­­lir). //Psi­xo­loq qəzeti. 30 yanvar 2018, №1 (113)
  2. İsa Həbibbəyli (Filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xa­dimi). Ciddi elmi he­sa­bat­lara doğ­ru («Hüseyn Cavid və mək­təb» adlı mo­noq­ra­fi­ya­ya ön söz). Nax­çı­­van: «Əcəmi» (2013), 144 səh.
  3. Hüseyn Əhmədov (SSRİ PEA-nın müxbir üzvü, Rusi­ya Dövlət Təhsil Aka­de­mi­ya­sı­nın xarici üzvü, pe­da­qo­gi­ka üzrə elm­lər dok­­to­ru, akademik, Əməkdar ali mək­­təb işçisi). Pe­da­qo­ji fikrin in­ki­şa­fı ta­ri­xi­nə layiqli töhfə («Mol­­la­nəs­rəd­din­çi­­lə­­rin maarif­çi­lik ide­ya­­ları» adlı mo­­­­noq­­rafiyadan bəhs edi­lir). //Təhsil dünyası qəzeti. 27 aprel 2019, №2
  4. Fərrux Rüstəmov (Pedaqogika üzrə elmlər doktoru, pro­fes­­­sor, Əmək­­­­dar elm xadimi). Mol­la­nəs­rəd­­­dinçilərin ma­arif­­çilik ide­ya­ları («Mol­­la­nəs­rəd­­din­çi­lə­rin maarif­çi­lik ide­ya­la­rı» adlı mo­noq­ra­fi­ya­dan bəhs edi­lir). //Palitra qə­zeti. 24 ap­rel 2017
  5. Yusif Qazıyev (Pedaqogika üzrə elmlər doktoru, pro­­­­­­fes­sor). Bö­yük mütəfəkkirlərin maarifçilik ideyaları mo­­noq­ra­fi­ya­­sına dair mü­lahizələrim («Böyük mütəfəkkirlərin ma­arif­­çi­lik ide­ya­ları» adlı mo­­noq­rafiyadan bəhs olu­nur). //Əda­lət qəzeti. 05 yanvar 2019, №2 (5466)
  6. Piralı Əliyev (Pedaqogika üzrə elmlər doktoru, professor, Azər­bay­can Respublikasının əməkdar müəllimi). Görkəmli ədibin pe­da­qoji ideyalarının araşdırılmasına həsr olun­muş mo­­noqrafiya («Hü­­seyn Ca­vid və mək­təb» adlı mo­noq­ra­fi­ya­dan bəhs edi­­lir). //Azərbaycan mü­əllimi qəzeti. 13 aprel 2018, (№13) (8779).
  7. Nazilə Abdullazadə (Pedaqogika üzrə fəlsəfə dok­to­ru, do­sent). Döv­­lət uşaq siyasəti: reallaşan layihələr («So­­sial psi­xo­pe­­da­qo­gi­ka­da istedadlı uşaqlar problemi» adlı dərslikdən bəhs edilir). //Res­pub­­li­ka qəzeti. 28 yan­var 2012
  8. Vahid Rzayev (Pedaqogika üzrə fəlsəfə doktoru, dosent. Əmək­dar mü­əllim). Ön söz əvəzi («Həz­rə­ti Əlinin elm və tər­­biyə haq­­qın­da gö­rüş­ləri» adlı monoqrafiyaya ön söz). Bakı: ADPU-nun nəş­riy­yatı (2010), 82 səh.
  9. İsa Həbibbəyli (Filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xa­dimi). Klassik irs­də tər­biyə mə­sə­lə­lə­ri («Valideyn-övlad mü­nasibəti mə­sə­lə­ləri Şərq mü­tə­fək­kir­lə­ri­nin gözü ilə» adlı mo­noqrafiyaya ön söz). Bakı: «Elm və təhsil» nəş­riy­ya­tı (2010), 400 səh.
  10. Akif İmanlı (Filologiya üzrə elmlər doktoru, professor, Əmək­­­dar mü­əllim). Tərbiyə «etiketi» ha­zır­­­­la­­yan­la­ra abidə («Azər­bay­can ro­man­­tiklərinin maarifçilik ideyaları» adlı mo­noq­rafiyadan bəhs olu­nur). /Naxçıvan Müəllimlər İnsti­tu­tu­nun Xə­bərləri, 2016, №4, səh.90-91
  11. Hümeyir Əhmədov (Pedaqogika üzrə elmlər dok­­­­­to­ru, pro­­­­fes­sor). Azərbaycanda maarif­çi­lik ideyalarının ya­­­­yıl­ma­sın­da mol­la­nəs­rəd­din­çi­lər hərəkatının rolu («Mol­­la­nəs­­rəd­din­çi­lə­­rin ma­arif­­­çi­lik ide­ya­la­rı» adlı mo­noq­­­­rafiyadan bəhs edi­lir). /Bakı Qızlar Uni­ver­si­te­ti, El­mi əsər­­lər, 2017-ci il №4 (32), səh.352-355
  12. Hüseyn Əhmədov (SSRİ PEA-nın müxbir üzvü, Rusi­ya Dövlət Təh­sil Aka­de­mi­ya­sı­nın xarici üzvü, pe­da­qo­gi­ka üzrə elm­­lər dok­­to­ru, aka­demik, Əməkdar ali mək­­təb işçisi). Hə­mi­şə müasir və tə­ra­vət­li qalacaq əsər haqqında bir neçə söz («Mol­­la­nəs­rəd­din­çi­lə­­rin maarif­çi­­lik ideyaları» adlı mo­noq­­rafiyadan bəhs edi­lir).
  13. Akif Abbasov (Pedaqogika üzrə elmlər doktoru, pro­fes­sor, Azər­­­­bay­­­can Res­­publikasının Əməkdar müəllimi). Azər­­­bay­­­­can mü­­­­­­­tə­­fək­­kir­lərinin ma­arif­çi­lik ide­­yalarını özündə bir­ləş­dirən mo­­noq­rafiya («Bö­yük mü­tə­fək­­kir­lərin ma­arif­­çi­lik ide­­­yaları» ad­­lı mo­­­noq­rafiyadan bəhs edilir). /Azərbaycan Res­pub­li­ka­sı­nın Təh­sil İns­ti­­tu­tu­, Elmi Əsər­­­­lər, 2017, №6, səh.327-329
  14. Fərahim Sadıqov (Pedaqogika üzrə elmlər doktoru, pro­fessor). Də­yərli təd­qiqatları təqdir etmək şərəfli işdir («Mol­­­la­nəs­rəd­din­çi­lər və ailə – məktəb prob­lemi» adlı dərs vəsaitə ön söz əvəzi). Bakı: ADPU-nun nəş­riy­ya­tı, 2017, 340 səh.
  15. Solmaz Həsənli (Pedaqogika üzrə fəlsəfə doktoru, do­sent). Hə­mişə aktual ola­caq bir monoqrafiya haq­qın­da («Mol­­­­­­­­­­­la­nəs­rəd­­­din­­çi­lə­­rin maarif­çi­lik ideyaları» adlı mo­noq­ra­fi­yadan bəhs edi­lir). /Nax­çı­van Müəl­lim­lər­ İns­titunun Xə­bər­ləri, 2017, №4.
  16. Ənvər Abbasov (Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azər­­­­­bay­­­can Res­­publikasının Əməkdar müəllimi). Mol­la­nəs­rəd­­din­­­çi­­lərin ma­­arif­çi­lik ide­­ya­­­ları mənəvi-əxlaqi ka­mil­li­yə ça­­ğı­rış­dır («Molla­nəs­rəd­­din­çi­lə­rin ma­arif­­­çi­lik ideyaları» adlı mo­noq­ra­fi­ya­dan bəhs edi­lir). //Təh­sil prob­­lem­ləri qəzeti. 08-15 oktyabr 2017, №75-76.
  17. Hümeyir Əhmədov (Pedaqogika üzrə elmlər doktoru, pro­­­­­­fes­sor. Rusiya Təhsil Akademiyasının Xarici üzvü). Mol­la­­nəs­rəd­din­çi­lərin maarifçilik ide­ya­­larına həsr olunmuş mo­noq­rafiya («Mol­­­­la­nəs­rəd­din­çi­lə­­rin maarif­çi­lik ide­ya­­ları» adlı mo­­noq­­ra­fi­ya­dan bəhs edi­lir). //Azərbaycan müəllimi qəzeti. 19 yan­var 2018, (№2) (8768).
  18. Ləzifə Qasımova (Pedaqogika üzrə elmlər doktoru, pro­fes­sor). Mol­lanəs­rəd­din­çilərin ailə – məktəb problemlərinin xarakterik xü­­su­siy­yət­lə­ri­ni üzə çıxa­r­­­an dərs vəsaiti («Mol­la­nəsrəddinçilər və ailə – mək­təb prob­­lemi» ad­lı dərs vəsaitindən bəhs olunur). //Təhsil dün­yası qəzeti. may 2019,
  19. Qurban Qurbanlı (Filologiya üzrə fəlsəfə doktoru, dosent, Əmək­dar müəl­lim). Mol­­la­nəs­rəd­­­din­çilər və ailə – mək­təb prob­­­le­­­­­mi adlı dərs və­sai­­ti («Mol­­­­­­la­nəs­rəd­din­çi­lər və ailə – mək­­təb prob­­­­­­­lemi» ad­­lı dərs və­sai­tin­dən bəhs edi­­lir). //Təh­sil prob­­lem­lə­ri qə­­­zeti. 16-23 yanvar 2018, №05-06 (1255-1256)
  20. Akif Abbasov (Pedaqogika üzrə elmlər doktoru, pro­fes­sor, Azər­­­­bay­­­can Res­­publikasının Əməkdar müəllimi). Böyük mü­­tə­fək­­kir­lərin ma­arifçilik ide­­ya­­larından bəhs edən ki­tab («Bö­­yük mü­tə­fək­­kir­lərin ma­­arif­çi­lik ide­­yaları» ad­­lı mo­noq­ra­fiyadan bəhs edi­lir). //Təh­sil prob­lem­lə­ri qəzeti. 01-07 no­yabr 2017, №81-82 (1235-1236).
  21. Polad Mədətov (Pedaqogika üzrə fəlsəfə doktoru, do­sent). Mol­­­­la­nəs­rəd­­­dinçilər və ailə – mək­təb problemi gü­nü­­­­­­­mü­­zün ən ak­tual prob­­­lemidir («Mol­­­­­­­la­nəs­rəd­din­çi­lər və ailə – mək­təb prob­lemi» adlı dərs vəsaitindən bəhs edi­­lir). //Açıq Sə­­ma qəzeti. 29 yanvar 2018, №1 (120)
  22. Allahverdi Eminov (Pedaqogika üzrə fəlsəfə doktoru, do­sent). Funda­men­­tal tədqiqat əsəri («Mol­la­nəs­rəddin­çi­lər və ailə – mək­təb problemi» adlı dərs vəsaitindən bəhs edi­­lir). //Əda­­lət qəzeti. 28 fevral 2018, №39 (5269)
  23. Hümeyir Əhmədov (Pedaqogika üzrə elmlər doktoru, pro­­­­­­­­­fes­sor. Ru­siya Təhsil Akademiyasının Xarici üzvü). Mol­la­­­nəs­rəd­din­çi­­lərin ma­­arifçilik ide­ya­­larına həsr olunmuş la­yiq­li töhfə («Mol­­­­­­­la­nəs­rəd­din­­çi­lə­­rin maarif­çi­lik ide­ya­­ları» adlı mo­­­­noq­­ra­fi­ya­dan bəhs edi­lir). /Azər­­baycan məktəbi jur­na­lı. 2018, №1, səh.72-76
  24. Vahid Rzayev (Pedaqogika üzrə fəlsəfə doktoru, dosent. Əmək­­­­­dar müəllim). Ön söz əvəzi («Azər­bay­can ro­man­tik­lə­ri­­nin maarif­çilik ide­ya­ları» adlı monoqrafiyaya ön söz). Bakı: «Elm və təh­sil» nəş­­riy­­yatı (2009), 144 səh.
  25. Arzu Abdullayev (Naxçıvan Dövlət Universitetinin müəl­li­mi, dok­torant). Böyük mütəfəkkirlərin ma­­arif­çi­lik hə­ra­ka­tı ye­­ni təd­qiqatda («Böyük mütəfəkkirlərin ma­­arif­çi­lik ide­­­ya­la­rı» adlı mo­­­noq­­ra­fi­yadan bəhs edi­lir). //Nuh yurdu qə­ze­ti, 2015
  26. Məmməd Kazımov (Pedaqogika üzrə fəlsəfə doktoru, do­sent). Öl­­məz sənətkara əzəmətli abidə («Hüseyn Cavid və mək­təb» adlı mo­­­­­­­noq­­rafiyadan bəhs edi­lir). /Bakı Qızlar Universitetinin Elmi Əsər­­lər jurnalı. 2019, №1, səh.418-420
  27. Əbülfət Pələngov (Pedaqogika üzrə elmlər doktoru, pro­­­­­­fes­sor). Tarixin optimizm yolları xələflərdən sə­ləf­lə­rə («Pedaqoji-psi­xo­lo­ji fik­rin inkişafı xələflərdən sələflərə» adlı dərs vəsaitə ön söz əvəzi). Bakı: ADPU-nun nəş­riyyatı, 2019, 222 səh.
  28. Müseyib İlyasov (Pedaqogika üzrə elmlər doktoru, pro­­­­­­fes­sor). Əxlaqi dəyərlər aşılayan kitab («Pedaqoji-psi­xo­lo­ji fik­rin inkişafı xələflərdən sələflərə» adlı dərs vəsaitindən bəhs olunur). //Nuh yurdu. 4 iyun 2019, №25
  29. İntiqam Cəbrayılov (Pedaqogika üzrə elmlər doktoru, pro­­­­­­fes­sor). Söz xiridarlarının pedaqoji görüşlərinə dərs vəsaitindən bir nəzər («Pedaqoji-psi­xo­lo­ji fik­rin inkişafı xələflərdən sələflərə» adlı dərs vəsaitindən bəhs olunur).
  30. Bayram Apoyev (Pedaqogika üzrə elmlər doktoru, pro­­­­­­fes­sor). Və­­­­tən pe­­da­qo­gi­ka­sı­na dəyərli töhfə («Pe­da­qo­ji-psi­xo­lo­ji fik­rin in­ki­­­şafı xələflərdən sələflərə» adlı dərs vəsaitindən bəhs olunur). //Psi­xo­loq qəzeti. iyun 2019, №
  31. Həsən Bayramov (Pedaqogika üzrə elmlər doktoru). Mol­­­la­nəs­rəd­din­­çilərin həyat yoluna və zən­gin ədə­bi-pe­daqoji irsinə dərs vəsaitindən bir nəzər («Mol­la­nəs­rəddin­çi­lər və ailə – mək­təb problemi» adlı dərs və­sai­tin­dən bəhs edi­­lir).
  32. Müdafiə Mahmudov (Pedaqogika üzrə elmlər doktoru, professor). Mollanəsrəddinçilərin maarifçilik ide­ya­ları haqqında qiymətli əsər («Mol­­­­­­­la­nəs­rəd­din­­çi­lə­­rin maarif­çi­lik ide­ya­­ları» adlı mo­­­­noq­­ra­fi­ya­dan bəhs edi­lir)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ETİBAR CAVAD

QOYMADILAR

Talandı yurdumuz göz görə-görə,
Yağılar daş üstdə daş qoymadılar.
Vurdular başından başbilənlərin,
Ağzında yeməyə diş qöymadılar.

Dadandı ,,quş” lara turist adıyla,
Ərəblər gəldilər doğma- yadıyla,
Keflənib şərabın ən boyadıyla,
Ovlayıb Muğanda quş qoymadılar.

Fitnəkar min oyun dolandı yurdda,
Qoyana çevrildi beş- altı qurd da.
Batırdı üstünə ağ ayı yurdda,
Altını yalayıb yaş qoymadılar.

Qulaq eşitmədi ağız deyəni,
Hərə bir tərəfə çəkdi yüyəni,
Cox oldu içini qurd tək yeyəni,
Gülləni hədəfə tuş qoymadılar.

Gün-gündən çoxaldı quşxanələri,
Cakuzi, duşxanə, xaşxanələri,
Uçsun başlarına daş xanələri,
Əti yeyilməyən leş qoymadılar,
Goru söyülməyən nəş qoymadılar.

Müəllif: Etibar Cavad

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“C” HƏRFİNƏ AİD ŞEİR

“ C “

Sancağımı bəzəyən

Hilala bənzəyirsən!

Azərbaycan sözünü

Can ilə bəzəyirsən!

Ana da balasına

Can deyə cavab verir.

Cahu-cəlal sözünə

C hərfi rəvac verir.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Qeyd:

Əlifbamızın bütün hərflərinə və rəqəmlərə air şeirlər:

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

KAMAL CAMALOV


ŞAİR İLHAMININ VƏRƏQLƏRƏ SƏPİLMİŞ ŞEİR SƏTİRLƏRİ

Qarşımızda atəşpərstliyin simvolunu alov dili ilə təcəssüm etdirən bir kitab var. Kitabın adı “Şeir özü çınqıdır”. “Nuhçıxan-Naxçıvan” (2006), “Köksüm altda söz döyünür” (2008), “Qarabağdır Azərbaycan” (2010), “Son sevgi məktubum” (2012), “Ömür boyda zaman” (2016) kimi şeir kitablarını sevə-sevə oxuduğumuz pedaqoq-şair Tofiq Qəbul. Güclü xarakterik cəhətləri ilə bir-birindən seçilən şeirlər, şeir hadisələrindəki inandırıcılıq, təsvirlərdəki liriklik və reallıq, dərin psixologizm şairin yüksək sənətkarlıq mövqeyində dayandığını göstərən cəhətlərdir. Şeirlərdə ən kiçik təfərrüatlar belə, şair süzgəcindən keçirildikdən, yüz ölçüb bir biçildikdən sonra qələmə alınmışdır.
Sənətinin vurğunu, ədəbiyyatın gözəl bilicisi və təbliğatçısı olan müəllimlərdən söhbət düşəndə də, şeirləri ilə ürəkləri oxşayan, ağıla, idraka nüfuz edən istedadlı şairlərdən söz açanda Tofiq Qəbulu yada salırıq. Tofiq müəllim Naxçıvan Muxtar Respublikasında tanınmış və təcrübəli ədəbiyyat müəllimlərindən biridir. O, qəlbən ədəbiyyata bağlıdır, fitrətən şairdir. Vətənpərvərlik duyğularının, təbiət gözəlliklərinə vurğunluğunun incə lirizmlə yoğrulmuş nümunələri… Şair ilhamının vərəqlərə səpilmiş şeir sətirləri. Vərəqləri çevirdikcə şirin misraların ləzzətini duya-duya özünü təbiətin, gözəlliyin qoynunda hiss edirsən. “Şərq qapısı Naxçıvan”da necə hərəkət edəsən ki, təbiətə bəzək verən bu gözəl naxışlar pozulmasın.
Haçadağı ehram kimi,
Sıra dağlar sərhəd-kəmər.
Bu şəhəri soran kimi,
Ağıla ilk Duzdağ gələr.
Min-min qonaq heyran ona,
Duz-çörəkli Naxçıvana.
Naxçıvançay axır-axır,
Dövrəsini alıb evlər,
Nuh türbəsi qucaq açır,
Gülərüzdür bizim ellər.
Köhnə qala gəlib cana,
Qürur verir Naxçıvana (səh.11).
“Şəlalə”, “Nəğməkar yağış”, “İlk qar”, “Son çərşənbə” və s. şeirlərində də şair rəng vurmağa xəsislik etmədən əlvan boyalarla Azərbaycanımızın doyulmaz mənzələrini şeirlərilə təsvir etmişdir. Şairin palitrası dağlar, dərələr, meşələr, çaylar, rənglər yığını yurdumuzun füsunkar təbiəti, sətirləri düzən fırçası vətənpərvər şairin coşan-çağlayan ürəyi, büllur gözlü ilhamıdır.
Şair şeirlərinin əksəriyyətində ciddidir. Mövzuları rəngarəng və aktualdır. O, az sözlə çox mətləblər deməyi xoşlayır. Və xoşbəxtlik də ondadır ki, məqsədinə çatır. Dili aydın, səlis və oxunaqlıdır. Klassik şeirimizdən, folklorumuzdan bəhrələnir. Bu xüssiyyətlər onun şeirlərinə təravət, aydınlıq, yığcamlıq verir. Axı, xalq şeiri və ya folklor nümunələrindən bərələnməyin üstünlüklərini həmişə görkəmli sənətkarlarımız yüksək qiymətləndiriblər. Müəllifin “Son çərşənbə” şeirinə nəzər salaq. Şeirin məzmunu belədir: Son çərşənbədə təbiətin yuxusu qaçır və gnəş öz nuru ilə torpağı oyadır. Günəş yatandan sonra həyətlərdə od qalanır, tonqallar çatılır. İnsanların üzündə sevinc olur, fərəh olur.

İlin axırıdır, son çərşənbədir,
Daha təbiətin yuxusu qaçır.
Yel covlan eyləyir belədən-belə,
Günəş torpaq üstə nurunu saçır.

Tonqallar çatılır günəş yatanda,
Hər evdə, həyətdə bir çınqı, bir od.
Elimdən, obamdan səslər yüksəlir:
– Var olsun gözəl yaz! Var olsun həyat! (səh.32)
Şair bu kitabda kövrək qəlb çırpıntılarına, mübarizə ruhuna, öyrənmək həvəsinə sadiq qalaraq Vətənə, yurda, torpağa, min bir bəzəkli, min bir sərvətli təbiətə, dünyanın əşrəfi sayılan bəşər övladına, romantik uşaqlıq aləminə həsr etdiyi bir-birindən gözəl şeirlərlə, poetik tapıntıları ilə oxucularının görüşünə gəlib.
Kitabın “Uşaq şeirləri” bölməsində (səhifə 75-dən 81-ə) verilmiş şeirlər əsasən məktəbəqədər yaşlı uşaqlar və ya kiçikyaşlı məktəbli şagirdlər üçün nəzərdə tutulub. Çünki bu şeirlərdəki vətənpərvərlik, cəsarətlilik, vətəndaşlıq duyğuları, torpağa, el-obaya məhəbbət, düşmənə nifrət hisləri və digər əxlaqi-mənəvi, bədii-estetik keyfiyyətlər uşaqların anlamı və dünyagörüşü səviyyəsində təqdim olunur. “Bilirəm Qarabağı”, “Gəl, novruz bayramım”, “Ağıl oyunu” şeirləri də bu qəbildəndir.
Azğın ermənilər Azərbaycan torpaqlarına köçüb gələli iki yüz ilə yaxındır ki, bu yerlərdə zaman-zaman qırğınlar, fəsadlar törədirlər. Qarabağ camaatı öz yurdundan-yuvasından köçkün düşəsi olublar. Göylərə yüksələn nalələr, ahlar hələ də cavabsız qalıb. Şeiri oxuyan zaman görürük ki, ancaq yenə də atalar, analar, babalar, nənələr və müəllimlər Xankəndindən, Şuşadan, Topxana meşəsindən, Əsgəran qalasından, Pənah xandan, Natəvandan, Xan Əmidən, Bülbüldən söhbət salır, Qarabağ salnaməsini balaca uşağın zehninə həkk etdirirlər.
Mən balaca olsam da,
Bilirəm ki el nədir.
Bilirəm, Vətən nədir,
Bilirəm ki, dil nədir.

Qarabağ cənnətməkan,
Elə şirindir mənə.
Çox deyibdir bu haqda
Atam, babam, müəlliməm.
Uşaq köksünə əminliklə yazıb ki, əzəli torpağımız Qarabağ çox da uzaqda olmayan günlərin birində Ali Baş Komandanımız tərəfindən geri qaytarılacaqdır. Çünki Azərbaycanın yenilməz ordusu var. Uşaq da bizim kimi əmindir ki, Qarabağ “arxalı köpək”lərdən azad olunacaq və üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.
Bilirəm ki, ordum var,
Alacaq Qarabağı.
Orda dalğalanacaq
Azərbaycan bayrağı
Şairin nikbin və ya optimist duyğuları, sabaha ümidi, inamı balaca körpələri, növcavanları ruhlandırır. İnanırsan ki:
Mən balaca olsam da,
Əzizimdir bu torpaq.
Bax, köksümə yazmışam.
Dünya cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ,
Yaddan çıxmaz Qarabağ! (səh.75-76)
Müdrik düşüncələrdən, işıqlı baxışlardan, yaşanmış ömrün vurduğu naxışlardan, şairin humanist duyğularından süzülən bu misralar, durulub hikmət çələnginə, həyat fəlsəfəsinə çevrilib. Çevrilib ki, balaca oxucular duyğulansınlar, haqq yolunu seçsinlər və ən əsası torpağa yaraşıq olsunlar.
Tofiq Qəbulun “Oyunçu Özləm” adlı şeirini oxuyan zaman şairin sanki bir arzusunu görürük. Arzu da bu körpənin təmiz gülüşünün daim çöhrəsində qalması arzusudur. Bildiyimiz kimi, nəvələrin emosional, intellektual inkişafında baba və nənələrin rolu heç də az deyil. Uşaqlar sonsuz istək və arzularının reallığını baba və nənədə tapır. Çox zaman uşaqların hər bir oyun istəklərini reallaşdıran yenə də baba və nənələrdir. Budur, Özləm hakimdir – baba müttəhim, Özləm həkimdir – baba xəstə, Özləm müəllimdir – baba şagird, Özləm mühəndisdir – baba fəhlə.
Özləm həkimdir sanki,
Xəstəyəm nəzərində.
“Həblərini ud!” – deyir – 
Gözlərim üzərində

Özləm olub mühəndis,
Fəhləyəm nəzərində.
Deyir: “Evi yaxşı tik!
Gözlərim üzərində”.

Hərdən də qucur məni,
Babayam nəzərində.
Deyirəm: “Gözəl nəvəm,
Həmişə belə şən ol,
Gözlərim üzərində” (səh.80).
Uşaq psixologiyasını yaxşı bilməsi, kiçikyaşlıların arzu və istəklərini həssaslıqla duyması şairə bu sahədə şeirlər yazmağa geniş imkan vermişdir.
Torpağa bağlılıq, gözəlliyə vurğunluq, insana məhəbbət – bunlardır “Şeir özü çınqıdır”dan aldığımız bəşəri hislər, duyğular. Sadəliyi ilə seçilən, lakin ehtiraslı qəlbə malik olan şair çox şairlər kimi xəyala dalmağı sevmir, daha çox qəlbən yaşadığı, görüb-duyduğu, müşahidə etdiyi fakt və hadisələri qələmə alır, real duyğularını pafos və ritorikaya varmadan oxucularına təqdim edir. “Dar ağacı”, “Ruhu yandıran sual”, “Belə də olur”, “Güllə yaraşır”, “Nə mənası var”, “İlahi ədalət” və digər şeirlərində axıcılıq, obrazlılıq, məzmun dərinliyi oxucunu razı salır, həyəcanlandırır, kədərləndirir, sevindirir. Xoşagələn cəhətlərdən birincisi, biz deyərdik ki, hər bir şeirin məzmunlu sonluqla bitməsidir, tamlıq, bütövlükdür. Şair nədən bəhs edirsə, onu mənalandırır, oxucusunu bu mənaya varmağa məcbur edir. “Nəyindən yazım” şeirinə fikir verək: Hər bir insanda doğruluq, dürüstlük, sözübütövlük, mərdlik, şərafət, namus, ləyaqət kimi ali insani keyfiyyətlər və prinsiplər cəmiyyətimizdə daxili gözətçi rolunu oynayır. Bu ali keyfiyyətlərin yerini riyakarlıq, yaltaqlıq, mütilik, ikiüzlülük, xəbislik, xəsislik kimi mənfi keyfiyyətlər əvəz edirsə o adam sağlığında da, dünyadan köçəndə də ittiham olunur. Şair altı bəndlik şeirində mənfi obrazı necə də gözəl ustalıqla təsvir edir:
Deyirsən, məndən yaz, yazım ey, yazım,
Ancaq söylə görüm, nəyindən yazım?
Hər baxdıqca sənə tükənir sözüm,
Əxlaqın iy verir, iyindən yazım?..

Qəlbin döyünürmü millətin üçün?
Elə çırpınırsan sərvətin üçün.
Qəpik xərcləmirsən hörmətin üçün.
Saxta şivənindən, vayından yazım? (səh.49)
Məhəbbət lirikası! İnsanların ülvi hisslərinin, şirin duyğularının lirikası! Heç vaxt solmayan, heç vaxt sönməyən məhəbbətin tərənnümü hansı şairin rübabında öz ifadəsini tapmamışdır? Bu mənada, Tofiq Qəbul da yaradıcılığında ismət dolu, həya dolu lirik şeirlərə də yer ayırmışdır. Ona görə ki, V.Belinskinin dediyi kimi, “Lirika dilsiz duyğulara söz və surət verir, onları dar köks qəfəsi içindən bədii həyatın təmiz havasına çıxarır, onlara xüsusi bir həyat verir”. Tofiq Qəbul insan həyatını mənalandıran sevgidən, vəfalı, sədaqətli sevgidən yazmağı unutmur. Onun lirik şeirlərində səmimilik, nikbinlik, xoş əhval-ruhiyyə, əhdi-peymana sədaqət və s. ifadəsi vardır. Şair gəncliyə Şərq ənələrinə sadiq qalmağı, yəni, ulu babalar sayağı sevməyi məsləhət edir:
Mən diz çökməyəcəm qarşında sənin,
Səni sevəcəyəm şərqli sayağı.
Mən gül səpməyəcəm başına sənin,
Səni sevəcəyəm şərqli sayağı.

Yalan vədlər ilə aldatmayacam,
Özümü qarşında alçaltmayacam,
Sənə tərif deyib ucaltmayacam,
Səni sevəcəyəm şərqli sayağı…

Sevgi qəlbimizdə yaşayacaqdır,
Sonra övladlara daşınacaqdır,
Ailə sevgisi başlanacaqdır.
Səni sevəcəyəm şərqli sayağı (səh.72).
Tofiq Qəbulun bu şeirini oxuyan zaman Qurban Səidin “Əli və Nino” əsərindən bir epizodu xatırlalamaq olmur. Səfər xan oğlu Əli xana etdiyi nəsihətlərindən biri də belədir: Qadın tez sınan bir qabdır. Bunu bilmək vacibdir… Bilirsən ki, müsəlmanlar dörd arvdı birdən saxlaya bilər. Amma biri ilə kifayətlənsən, daha yaxşıdır. Onunla səbirli ol (Nino nəzərdə tutulur). İstədiyin vaxt ona çoxlu hədiyyələr gətir, ipək və daş-qaş ver… Kişi gərək arvadı sevməsin. Kişi vətəni, müharibəni sevər. Kişi qadını qorumalıdır, sevməli deyil.
T.Qəbulun lirik qəhrəmanları aciz və passiv deyildirlər. Onun qəhrəmanları məhəbbəti uğrunda çarpışan, vüsala qovuşmağa əmin olan, ən şirin arzularına yetişəcəyinə möhkəm inanan nikbin aşiqlərdir. Onların əhval-ruhiyyəsi oxucuya gözəl təsir bağışlayır, oxucuya inam və iftixar hisləri aşılayır.
Bu payız gecəsində,
Sən yadıma düşmüsən.
Xəzəllərin səsindən
Sandım ki, üşümüsən (səh.64).
Şairin şeir yaradıcılığının digər bir qolunu düşünən, düşündürən yetkin insanların həyati arzularını, baxışlarını, əməllərini əks etdirən lirika təşkil edir.
Bir vaxt qışın sərt günündə,
Sən, mən, bir də şəhər idi.
Qar nur idi gecəmizə,
Elə bil ki, səhər idi.

Atabəylər türbəsinin
Meydanında əylənirdik.
O, sanki eşq Kəbəsiydi,
Dövrəsində hərlənirdik.
Bunu bütün oxucular təsdiq edə bilər ki, Tofiq müəllim nə qədər yazır-yazsın, onun şeir dili dadlı, duzlu və yeni ideyalarla zəngin olduğu üçün ictimaiyyət tərəfindən sevilə-sevilə oxunur. Maksim Qorki belə insanlar haqqında necə də gözəl deyib: “Əgər sən bütün ömrün boyu həmişə və hər yerdə adamlar üçün ancaq yaxşılıq – yaxşı çiçəklər əkmisənsə, yaxşı fikirlər yaymısansa, özün barədə xoş xatirələr qoya bilmisənsə, sənin həyatın asan, xoş və şən olacaqdır”. Öz yaradıcılıq münasibətilə həyat kredosunu insanlara yaxşılıq etməkdə görən şair Tofiq Qəbul şüurlu həyatını millətimizin gələcəyi olan gənclərə həsr edərək poetika aləminin inkişafına ləyaqətlə xidmət edir. Bu sadə və səmimi insanı yeni şeir kitabı münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Müəllif: KAMAL CAMALOV

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikasının əməkdar müəllimi
Azərbaycan Yazıçılar birliyinin üzvü

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əsəd Cahangirin Azadinform-a müsahibəsi – Əvəz Qurbanlı

Tanınmış tənqidçi Əsəd Cahangirin Azadinform-a müsahibəsi
 

  • Əsəd müəllim, ədəbi tənqid kimi ağır, gərgin enerji tələb edən bir işlə uzun illər məşğul olmaq sizi yormur? Xüsusilə, fikirlərinizə ədəbi ictimaiyyət tərəfindən adekvat münasibət görməyəndə…
     
  • Ali ədəbiyyat ödülü “Qızıl kəlmə”ni, Yazıçılar Birliyinin Yaşar Qayayev adına ədəbi-tənqid mükafatını tənqidçilər arasında hamıdan öncə mən almışam. AYB-nin son iki qurultayının məruzəçisiyəm. Xalq yazıçısı Elçin bir neçə ay öncə ədəbi-tənqidlə bağlı elədiyi məruzəsini başdan-başa mənimlə dialoq üstündə qurub. Adekvat münasibət daha necə olur ki? Özümə münasibətdə ictimai rəydən də narazı deyiləm. Yazılarıma sosial tələbat var, heç bir tənqidçinin oxunmadığı qədər oxunur, rezonans doğururam. Bu, əlbəttə, mənim təkcə yazılarım yox, həm də alın yazımla bağlıdır. Əleyhdarlarım bunu unutmasınlar.
     
  • Sizi Azərbaycan ədəbi tənqidinin sərkərdəsi adlandıranlar var.
     
  • Sərkərdə olmaq çətin deyil, bəs, əsgərlərim kim olacaq? Sual budur.
     
  • Azərbaycanda ədəbi tənqidlə məşğul olan nə qədər adam var?
     
  • Rusiya əyalət universitetləri tələbələrinin referatları Azərbaycanın bəzi tənqidçilərinin yazdıqlarından maraqlıdır. Tənqidçi bədii mətni avtomat kimi söküb yığmalıdır. Görürsən, biri iddia edir ki, tənqidçiyəm, amma analizlə sintezin fərqindən xəbərsizdir. Amma vaxtilə tənqidçilər olub. Akif Hüseynovun ötən əsrin 70-80-ci illər nəsri haqda gözəl üslubda, təkrarsız analitik təhkiyə ilə yazılan məqalələri bu gün də örnəkdir.


     
  • Hazırda nə ilə məşğulsunuz?
     
  • Gənclərin yaradıcılığından ibarət antologiyanı artıq çapa hazırlamışam. 70-ə yaxın gənci özündə birləşdirən antologiya tənqid, şeir, nəsr, dram bölümlərindən ibarət olacaq.
     
  • Gənclərdən kimlərin adını ilk sıralarda çəkərdiniz?
     
  • Sırasını bilmirəm, amma son vaxtlar Fərid Hüseynin yazıları diqqətimi çox çəkir. Elə yazarlar var ki, torpağın altından cücərən toxum kimi zamanla baş qaldırırlar. Fərid də belədir.
     
  • Belə demək mümkünsə, enerjilərini sonrakı illərə də saxlayırlar?
     
  • Məncə, onlar bunu bilərəkdən etmir, bitki öz iradəsi ilə cücərmədiyi kimi. Sonra Qismətin yazıları seçilir. Əgər Fəriddə daxili zərrənin açılışı gedirsə, Qismətdə kənar amillər hələ ki, buna mane olur. Kənar amillər deyəndə, sosial rəy, işlədiyi kollektivin, baxdığı filmlərin, oxuduğu kitabların təsirini nəzərdə tuturam… Qismət kənardan mənimsədiklərini hələ tam özününküləşdirə bilmir. Yəqin ki buna zamanla nail olacaq.Əvəzində Fəridin astagəl yazı tərzi ilə müqayisədə onun daha çevik manerası, cilalı üslubu, hətta yumoru var. Onun yazıları mənə qılıncoynadanın məşqini xatırladır. Amma nə Fərid, nə də Qismət hələ əsas seçimlərini etməyib – poeziya, esseistika, tərcümə, redaktə, tərtibatçılıq, yoxsa nəsr?
     
  • Sizcə hansı?
     
  • Özləri bilən məsləhətdir, amma məndən olsa, esseistikada.
     
  • İnformasiya artıqlığının yaratdığı düşüncə problemi Həmid Herisçidə də var.
     
  • Bu, onun “Solaxay” romanının lazımı bədii uğuruna imkan vermədi. Romanın təxminən yarısından sonra müəllif hadisələrə o qədər informasiya daxil edir ki, mətndə informativ tıxac yaranır. 
     
  • Antologiyanın bir vəzifəsi də yeni imzalar üzə çıxarmaqdır. 

    – Cavid Zeynallını oxucular nasir kimi tanıyır, amma antologiyada o pyeslə çıxış edir. Cavanlar arasında indiyə qədər də dram cəhdləri olub, amma əksərən uğursuz. Cavidin “Tanrı quşu gəlmədi” pyesinin mövzu aktuallığı problemi olsa da, dram sənəti qanunları baxımından uğurludur. Yəni bu pyes səhnəyə qoyulmasa belə, onun müəllifi gələcəkdə səhnələşdiriləcək əsərlər yaza bilər. Yaxud Savalan Talıblını indiyə qədər publisist kimi tanıyırdıq. Odur ki, onun “Qəza” hekayəsi məni yaxşı mənada təəccübləndirdi. Ümumən tanımadığım bir imza – Bahəddin Salmanın “Qozbelin son duası” hekayəsinin özəl psixoloji iqlimi var. Ağasəlim Əmri, Kamal Hüseyn, Nicat Nəsri, Tahirə Bərraq, Vəlixan Abdullayev, Zaur Rəxşan əruzda, Elşad Ərşadoğlu, Anar Amin, Qılman İman, İltimas Səmimi, Vasif Zöhraboğlu, Ruslan Dostəli, İntqam Yaşar, Məhəmməd Məhəməd hecada ənənələri davam etdirirlər. Əruzçuların yeniləşmə, hecaçıların isə həm də məhsuldarlıq problemi var, istedad isə məhsuldar yeniləşmə deməkdir. Adları çəkilənlər bunu yadda saxlasınlar. Heca ilə sərbəst arasında var-gəl edən Emin Piri müharibə, Pərviz Axundov qaçqın-köşkün mövzusu, Allahşükür Ağa orijinal tapıntıları, lakonizmi ilə yadda qalır. Bunlar haqda da eyni sözləri demək olar. Nə Emin, nə də Pərvizin yeni şeirlərini görmürəm. Sərbəst şeirlər yazan Aqşin Evren üçün planetar, hətta kosmik düşüncə səciyyəvidir. Onu oxuyanda özünü hansısa yad planetin səthinə enmiş kimi kosmonavt kimi hiss edirsən. Fuad Cəfərli, Ruzbeh Məmməd, Tural Turan, Ümid Nəccari, Ulucay Akif, Rəvan Cavid üçün psixoloji incəlik xasdır. Amma bəzən özlərinə o qədər qapanırlar ki, ətrafla əlaqələri kəsilir, anlaşılmaz olurlar. Qafar Rüstəm romantik üslublu, Yadigar Ələkbərov tarixi mövzulu, Şəfaqət Cavanşir gender problematikalı, Orxan Həsəni, Mansur Rəğbətoğlu absurd məzmunlu hekayələri ilə seçilirlər. Bunların hamısından ötə Günel Eyvazlıdır. Gənc bir xanım olasan və mənəm-mənəm deyən kişilərin baş vura bilmədiyi Maks Gendeli, Rene Genonu, Yelena Blavatskayanı oxuyasan! Günelin perspektivini ezoterik nəsrdə görürəm. Yəni Kastanedanın yaradıcılığı kimi. Bizdə o yer boşdur.
     
  • Bəs, antologiyadan başqa nə iş görürsüz?
     
  • Şairə Arzu Nehrəmlinin portretini cızacaq bir yazı üzərində düşünürəm. Bu, 90-cı illərin dramatik olayları, taleyin sərt dönüşləri fonunda romantik sevgi yaşayan Azərbaycan xanımının portreti olmalıdır. Bir neçə ay qabaq dünya kinosu və çağdaş nəsrimiz haqda yazmağa başladığım məqaləyə qayıtmaq fikrim var. Məqalədə Aslan Quliyev, Murad Köhnəqala, Qan Turalı və Pərvinin hekayələri dünya kinosu örnəkləri ilə müqayisəli təhlilə çəkiləcək. Bu günlərdə tanınmış yazıçı Əjdər Olun meydan hadisələrindən bəhs edən “Lo” adlı yeni romanının əlyazmasını oxudum. Qismət olsa, ondan bir yazı yazmaq fikrim var.
     
  • Romana özəl münasibətiniz nədən doğur?
     
  • Sabir Əhmədlinin “Kütlə”, Əli Əmirlinin “Meydan”, Afaq Məsudun “Azadlıq”  romanlarından sonra “Lo” 90-cı illər hadisələrinə münasibətin yeni – daha emosiyasız mərhələsini ortaya qoyur. Bu romanla Əjər Ol ədəbiyyatın tarix qarısındakı 30 illik borcunu qaytarmağa cəhd edib. O dövrün bütün gəncləri kimi mən də “Lo”da təsvir olunan meydan olaylarının şahidi və iştirakçısıyam. Ona görə roman mənə yaxındır.
     
  •  İndi hamı Nəsimidən danışır, yazır. Nə əcəb Nəsimi mövzusuna müraciət etmirsiniz?
     
  •  Ona görə ki, bilən də yazır, bilməyən də. Bu bayağı xor kapellasına qoşulmaq istəmirəm. “Məndə sığar iki cahan”a bir xanım mahnı bəstələmişdi, çox sərt ümummlli təpki ilə qarşılandı. Bu təpkini başını başlara qoşub, Nəsimidən yazan, danışan bəzilərinə də göstərmək lazımdır. Öz əqidəsi uğrunda dabanından soyulan bir şairi ucuz qazanc vasitəsi, möhtəkirlik alətinə çevirmək günahdır.


     
  • Bəs, siz Nəsimidən yazsaz, necə yazarsız?

    – Mən Nəsiminin çağdaş elm və planetar məkanda analizinə üstünlük veririəm. Çünki yalnız bu zaman onun əbədiliyi öz təsdiqini tapır. Odur ki, “Məndə sığar iki cahan” qəzəli, amerikan rejissoru Stenli Kubrikin “Kosmik Odisseya – 2001” və rus rejiossru Andrey Tarkovskinin “Solyaris” filmlərinin müqayisəli təhlilinə dair bir məqalə yazmaq istəyirəm. Məqalənin əsas ideyası, süjeti, bir sözlə, konturları hazırdır, qalır bəzi materiallara göz gəzdirib, fikirlərimi yazıya almaq.
     
  • Əsas ideyanız nədir?
     
  • Amerikanların ötən əsrin ikinci yarısında yaxınlaşdığı, rusların hələ indi də dərk edə bilmədiyi məqama Nəsimi ön dördüncü yüzildə çatmışdı.
     
  • O hansı məqamdır?
     
  • Çərxə çıxan həcər mənəm!
     
  • Bəlkə, biz az açıqlama verəsiz.
     
  • Sirri-nihanı hələlik faş eləmək istəmirəm.
     
  • Yuxarıda gənc yazarlardan danışdınız; ümumiyyətlə, ədəbiyyata yeni gələn nəslin baxışları sizi qane edirmi?
     
  • Gənclərin başlıca problemi yeni zamanın mənəvi-ruhi və intellektual  tələbini duymamaqdır. Onlardakı kədər, bədbinlik, ümidsizlik ovqatı burdan doğur. Yolun sonundakı işığı görmürlər.
     
  • İntihara çağıran ədəbiyyat?
     
  • İntihara meyl ondan doğur ki, insan öz ölməzliyinə inanmır. Ümumən Azərbaycan yazıçısının düşüncəsinin konturları əksərən ölümə qədər gedir, ordan o yana keçmir. Antik tragediyaların finalında “deus ex machina”, yaxud hind filmlərinin sonunda əllərində zopa tutmuş şortikli polislər necə peyda olursa, bizim bir çox şair-yazıçıların da düşüncəsinin sonunda hökmən Əzrayıl zühur eləyir. Əlbəttə ki, istisnalar da var. Məsələn, Muğanna ölümün o üzünə keçmək, əbədiyyətin nəfəsini duymaqla həm də ölü sözdən diri sözə keçdi. Ölməzlik düşüncəsi ədəbiyyatı əbədiyyətə çevirir. Bu həqiqət gənclərə nə öz ruhlarından açılır, nə də Muğannanı, Nəimini, Nəsimini oxuyurlar. Onların əksəri iyirminci yüzil Avropa dekadans düşüncəsinin təsiri altındadır.
     
  • İsa Muğanna və Çingiz Aytmatovu necə müqayisə edərdiniz?
     
  • Aytmatov kosmik, Muğanna metafizik düşüncəlidir. Çingiz ağa son romanlarından olan “Kassandra”da da kosmik düşüncəni yarıb metafizikaya vara bilmədi. O, uzaqbaşı yaxşı yazıçıdır. Muğanna sadəcə yazıçı yox, peyğəmbərliyə  iddialıdır. O yeni bir inanc yaradıb – Odər inancı! Maraqlidir ki, ötən əsrin ikinci yarısında ədəbiyyatımızda peyğəmbərliyə iddialı iki şəxsin – İsa Muğanna və Asif Əfəndiyev – hər ikisi Ağstafadan çıxıb. Rus ədəbiyyatında Dostoyevski, Lermontov, Tütçev peyğəmbərliyə iddialı idi. Məsələn, bir şair kimi Puşkin, bəlkə də, Lermontovdan öndədir. Amma bir müjdəçi, öncəgörən kimi ona uduzur. Çingiz ağa ilə Muğannada da məsələ belədir. 
     
  • Azərbaycan ədəbiyyatına postinsan terminini siz gətirmisiniz. Postinsan kimdir?
     
  • Postinsan üçün əsas təbiətin yox, ağlın qanunlarıdır. O süni intellekt sahibidir. Onun yaranmasıyla təbii seçimi süni seçim əvəzləyir. İnsan özünün ənənəvi bioloji və intellektual sərhədlərini aşır, ölümsüzlüyə və kainatı idarə etməyə iddia edir. Bu, insanın bir mərhələdən başqasına keçməsi yox, keyfiyyətcə başqa bir varlığa – postinsana çevrilməsidir. Homo sapiens dönəmi bitir.
     
  • Yəni ənəlhəq?
     
  • Zahiri oxşarlıqlarına baxmayaraq, ənəhəq ideyası ilə postinsan arasında fərq var. Ənəlhəqdə allah insanın aliliyinin ölçüsüdür. Postinsanda isə insan özünü allaha bənzətmir, allah haqda ümumən düşünmür, onun yerini tutur. Ənəlhəqə görə, insan ilahi elm – Quranın batini dərki hesabına həq mərtəbəsinə yüksələ bilər. Postinsan isə yalnız bəşəri elm hesabına baş verir. Ənəlhəq insanın ruhi, postinsan cismani ölməzliyindən danışır.
     
  • Postinsan bu gün nə dərəcədə aktual və gerçəkdir?   
     
  • Bu gün insan ağlı qarşısıalınmaz qüvvəyə çevrilib və bizi qabağına qatıb, çox böyk sürətlə gələcəyə qovur. Artıq istəsək belə, bu qaçhaqaçı dayandırmaq gücündə deyilik. Maşın sürücünün idarəetməsindən çıxıb. Yəni sinqulyarlıq deyilən bir durum ərəfəsindəyik. Odur ki postinsan bu gün gerçək və aktualdır.
     
  • Belə çıxır ki, bu nəzəriyyədə Allahın varlığı inkar edilir?
     
  • Bu, bizə elə gəlir. Çünki ağlı bizə Allah verdiyindən məsələnin kökündə Onun gizli proqramı dayanır. Allah proseslərdə iştirak etmir, lakin bunun özü, “iştirak”ın bir formasıdır.
     
  • Bu yaxınlarda Musa Yaqub, Ramiz Rövşən, Vahid Əziz “Xalq şairi”, Kamal Abdulla, Natiq Rəsulzadə, Afaq Məsud isə “Xalq yazıçısı” fəxri adlarını aldılar.
     
  • Ramiz Rövşən Azərbaycan poeziyasında mərhələ yaradan şairdir. O, ədəbiyyatın ölçüsüdür. Düzdür, bəzən görürsən ki, əsl istedadlar qalır bir tərəfdə, ikinci, üçüncü, hətta on üçüncü dərəcəli yazarları tərifləyir. Və inanmıram ki, bunu bilmədən edir. Amma bu, onun çağdaş ədəbiyyatın arbitri olmasını inkar etmir.
    Bu qeyd Kamal Abdullaya da aiddir. Görürsən ki, müsahibə verir, yalnız öz çevrəsində olanları tərif edir. Amma bu da onun romanlarının önəmini inkar etmir.Azərbaycan bədii fikri ilk dəfə bu romanlarla “Nobel”in qapısını döyüb.
     
  • Qapısını döydü?
     
  • Ona qədər heç qapını döyə də bilmirdi, axı. Mövlud Süleymanlı istisna olmaqla, Afaq Məsudun əsərlərinin insan psixologiyasının dərin qatlarını qaldırmaq baxımından analoqu yoxdur.
     
  • Bəs, Muğanna?
     
  • Muğanna şüurüstü, Afaq Məsud şüuraltı ilə işləyir. Yəni əgər Muğanna ucalarda pərvaz edirsə, Afaq Məsud dərinlərə enir. O yalnız son dönəm əsərlərində şüurüstünə keçməyə başlayıb.
     
  • Sizcə, daha kimlər bu adlara layiqdir?
     
  • Qarabağ haqqında romanların müəllifi Aqil Abbas. Onun “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” romanı ümummilli arzularımızı ifadə edir. Azərbaycan insanının Şuşaya qayıtmaq, Qarabağı qaytarmaq, özünü fərdi və milli anlamda təsdiq etmək  istəyi heç bir əsərdə bu romandakı qədər bədii ehtirasla əks olunmayıb. Yalnız Sabir Əhmədlinin Qarabağa qayıdışı əks etdirən “Ömür urası” romanının adının çəkmək olardı. Lakin Sabir müəllim fantastik janrda yazdığından Aqil Abbasın romanı öz müstəsnalığını saxlayır. Bu romanla Azərbaycan ədəbiyyatı həyatı qabaqlayıb. İllər sonra Mübariz İbrahimov romanın qəhrəmanının igidliyini həyatda göstərdi.
     
  • Deyirsiz Mübariz İbrahimov Aqil Abbasın romanından ilhamlanaraq o qəhrəmanlığı göstərmişdi?
     
  • Əsas o deyil ki, Mübariz İbrahimov Aqil Abbasın romanını oxumuşdu, ya yox. Əsas odur ki, Aqil müəllim Azərbaycan insanının nəbzini tutub, onun ürək döyüntülərinə qulaq asmış, onun qəlbinin ən dərin qatlarındakı arzularını oxumuşdu.  Bir yazıçı ki xalqın ürəyini oxuyur, onun qəlbindən xəbər verir, o, Xalq yazıçısı adı almağa layiqdir.
    Bir də, məncə, ölümündən sonra olsa da, Adil Mirseyidə ad verilməlidir.
     
  • Adətən, hərbi sahədə, qəhrəmanlıq göstərərək şəhid olmuş şəxslərə ölümündən sonra adlar verilir…
     
  • Adil Mirseyid də şəhiddir – sözün şəhidi. Onun həyatı və yaradıcılığı müasir ədəbiyyatın ən kədərli səhifələrindən biridir. Bu şairin cənazəsi Milli Teatrdan götürülməli idi, kirayə yaşadığı evdən yox… İndi on doqquzuncu yüzil deyil, amma Seyid Əzimə, Sabirə olan münasibət daha yaxşı idi, nəinki Adil Mirseyidə. Onları heç olmasa, daşqalaq edirdilər, Adil Mirseyidə isə etinasızlıq vardı.
     
  • Sizə elə gəlmir ki, Sabir dövründə cəmiyyətin intellektual səviyyəsi daha yüksək idi?
     
  • Haqlısan, şeirə etiraz, əslində, onu başa düşmək, şairə gözünü bərəltmək, dolayısı ilə ona verilən qiymət deməkdir. Bu durumun günahı şairdəmi, cəmiyyətdədirmi, bilmirəm, amma faktdır ki, bu gün ədəbiyyat cəmiyyətin problemlərindən uzaq düşüb, “özündəşey”ə çevrilib…
     
  • Uzaq düşüb, yoxsa geridə qalıb?
     
  • İstənilən halda cəmiyyətlə ədəbiyyat arasında əlaqə kəsilib. Çağdaş şeirin bayraqdarı Ramiz Qusarçaylı və daha bir neçə şair istisna olmaqla xüsusən də şairlər ictimai mövzulardan uzaq düşüblər.
     
  • Əgər yaradıcı adamlar ətraf tərəfindən təcrid olunursa, onların daxili aləmlərinə çəkilməsi də normal hal deyilmi?
     
  • Əsas məsələ o deyil ki, yazıçı özünə çəkilib, ya yox, odur ki, o oxunurmu? Əgər oxunursa, demək, ədəbiyyatla bədii sözün əlaqəsi var. Doxsanıncı illər ədəbiyyatında fərdiyyətçiliyin ən səciyyəvi ifadəçisi Salam idi.  Amma o oxunurdu.
     
  • Niyə?
     
  • Çünki o öz tənhalığını tərənnüm etmir, tənqid edirdi. Onda özünə qarşı ironiya vardı. Vaqif Səmədoğlu, Ramiz Rövşən və Vaqif Bayatlının ağır, ciddi şeirlərindən sonra bu, oxucuya yeni görünürdü. Salamdan öncəkilər kimi, sonrakılar da öz tənhalıqlarını tərənnüm edirlər. Məncə, əsas problem bundadır. Yəni nə yazmaq yox, yazdığına münasibətdə.
     
  • Müsahibələrinizin birində AYB sədrliyinə namizədliyinizi verəcəyinizlə bağlı fikirlər səsləndirmişdiniz. Yenə o fikirdə qalırsızmı?
     
  • Əslində, mən o fikirlə ədəbi mühitdə baş verən və mənə dəxli olmayan məsələlərdə ittiham olunmağıma ironiyamı bildirmişəm. Demək istəmişəm ki, əgər sədr olmaya-olmaya hamı mənim sözümlə durub-oturursa, hamını mən idarə edirəmsə, niyə sədr olmayım ki?
     
  • Axı, bunun üçün əsaslar da vardı – Əsəd Cahangir ciddi imzadır. Nəyə görə AYB sədrliyinə namizəd ola bilməz ki?
     
  • Hətta ciddi imza olmasam belə, AYB Nizamnaməsinə uyğun olaraq sədrliyə namizədliyimi irəli sürə bilərəm. Burada qeyri-adi heç nə yoxdur. AYB sədri, əslində, böyük vəzifə deyil. Onu böyük göstərən uzun illərdən bəri bu vəzifədə çalışan Anar müəllimin obrazıdır. Kravçuk 10 il qabaq Rusiya Yazıçılar İttifaqının prezidenti seçiləndə 33 yaşı vardı.
     
  • Aqşin Yeniseyin sözlərinə görə, yazıçı Anar sizin “xaç atanız”dır.
     
  • Dini mənsubiyyətim müsəlman olduğu üçün Anar mənim “xaç atam” yox, “aypara atam” ola bilər. (gülür)
     
  • Əgər nə vaxtsa AYB sədri seçilsəydiniz, qurumda nə kimi islahatları həyat keçirərdiniz?
     
  • Ən öncə AYB üzvlərinin sayının 2000 nəfərdən 200 nəfərə endirilməsi məsələsini qaldırardım. Keçmiş SSRİ ərazisindəki respublikalar arasında  Yazıçılar Birliyi üzvlərinin sayına görə Rusiyadan sonra ikinci yeri Azərbaycan tutur. Halbuki, Rusiyanın əhalisi bizdəkindən 20 dəfə çoxdur. Bu hesabla, onların Yazıçılar Birliyi üzvlərinin sayı da 20 dəfə çox – 40 min nəfər olmalıdır. Amma cəmi 3 min nəfərdir. İndi özünüz hesabınızı götürün.
     
  • Birlik üzvlərinin sayca çoxluğu və azlığı nəyi həll edir?
     
  • Açıq qapı siyasəti yazıçı adını nüfuzdan salır. Bu məsələnin mənəvi tərəfidir. Birlik üzvləri sayının minlərlə olması dövlət tərəfindən ədəbiyyatın inkişafına ayrılan vəsaitin lazımı məcraya yönəldilməsinə imkan vermir. Bu da məsələnin iqtisadi tərəfidir.
     
  • Bəs, sizcə, Birlik üzvlüyündən kənarlaşdırılan şəxslər neyləməlidir?
     
  • Biz təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçmişik. İqtisadi həyatda dövlət sektoru ilə yanaşı özəl sektor yaranıb. Ədəbiyyat isə hələ də təkpartiyalı sistem dövründə qalıb. Alternativ ədəbi qurumlar yaranmalı və hər kəs öz dünyagörüşünə uyğun qurumun üzvü olmalıdır. Biz qapalı, totalitar kommunist rejimində yox, suveren bir dövlətdə, plüral cəmiyyətdə yaşayırıq. Ədəbiyyat təkcə bədii əsərlərin məzmunu yox, təşkilatlanma baxımından da cəmiyyətin güzgüsü olmaldır.

    Söhbətləşdi: Əvəz Qurbanlı
  • İLKİN MƏNBƏ: Əsəd Cahangir: “Anar mənim “aypara atam”dır”

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 25 İyun 1966 ) tanınmış yazar – tənqidçi Əsəd Cahangirin doğum günüdür. Ad gününüz mübarək, Əsəd müəllim!!! Uca Yaradandan Sizə can sağlığı, işlərinizdə və yaradıcılığınızda yeni-yeni müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru