Dalğa Xatınoğlu

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün (2 yanvar 1981) gözəl insan, səmimi dost, sevimli yazar Dalğa Xatınoğlunun doğum günüdür. Ad gününüz mübarək, Dalğa müəllim!!! Sizə həyatda uzun ömür, can sağlığı və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“İmadəddin Nəsimi – 40 qəzəl”

Bu gün noyabrın 12-də “Kitab Evi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri”layihəsi çərçivəsində “İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitabın və qəzəllərin səsləndirildiyi audiodiskin təqdimatını keçirib.

Layihənin rəhbəri “Kitab Evi” İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova tədbir iştirakçılarını salamlayıb, bu məsuliyyətli layihənin uğurlu nəticəsinə sevindiyini bildirib və kitab haqqında yığcam məlumat verib.

Kitabın redaktoru və ön sözün müəllifi tarixçi alim, şair Şahin Fazil tərcümə olunan qəzəlləri yüksək qiymətləndirib, qəzəllərin orijinal mətninin, sətri tərcüməsinin və bədii tərcüməsinin bir yerdə verilməsinin məqsədəuyğun olduğunu bildirib. Sonra qəzəlləri farscadan tərcümə edən Dalğa Xatınoğlu çıxış edərək Nəsiminin hürufizmi inkişaf etdirməklə insan ruhunun kamilləşməsinə aparan yolu izah etdiyini bildirib.

Təqdimatda alimlər, şairlər, yazıçılar, media nümayəndələri, oxucular; Səfər Alışarlı, Fazil Güney,  Məti Osmanoğlu, Hümeyir Əhmədov, Elçin Alıoğlu, İlqar Türkoğlu, İlahə Bayandur, Əli Şamil, Əkbər Qoşalı, Aləm Kəngərli, Mübariz Məsimoğlu, Əntiqə Qonaq, Aysel Xanlarqızı Səfərli, Narıngül Nadir, Xalidə Nuray, Süleyman Abdulla, Gülnar əhmədova və başqaları iştirak edərək, mövzu ilə bağlı çıxışlar ediblər. Onlar İ.Nəsiminin əxlaqi-didaktiv görüşlərini, dini-fəlsəfi baxışlrını tərənnüm edən qəzəllərindən bəhs ediblər, şairin əsərlərində ana xətt olan insan, kainat və bütövlükdə varlığın Allahla vəhdətdə olması ideyasından danışıblar. Tədbirdən fotolar:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DALĞA XATINOĞLU

Hər şey sözdən doğmuş…

Yenə də heç nə yox
Hadı, bir şeylər söylə,
Hər şey sözdən doğmuş…

Səbəbsizmi sevişib, Nədənsizmi ayrıldıq?
Yox canım,
Uşaqlar doğulmaq istərmiş,
Biri səndən (mənsiz)
Biri Məndən (sənsiz).
Heç də eybi yox…

Yenə bir şeylər söylə Çiçək,
İyirmi il olar bir göz qırpımında sevişib,
Elə orada ayrıldıq.
Nə olacaq ölümdən sonramız?
– Doğumdan öncəki kimi heç bir şey…

Səbəbsizmi sevişib, Nədənsizmi ayrıldıq?
Yox canım,
Yoxsa,
Hansı dəli günəşin batışına əl yellədəcəkmiş?
Yoxsa,
Hansı ağıllı əl verib, bir ağacın budağını sıxacaqmış?
Yoxsa,
Hansı çiçək əsnəyib, ayılırkən bir “salam” eşidəcəkmiş?

… Sənin heç oğlun oldumu?
Kişinin oğlu, tam kişinin qızı olur əlbət.
Mənim heç qızım olmadı doğulandan bəri
Yenə bir şeylər söylə Çiçək,
Bəs, hansı kişi qızına “siz” deyəcək ilk kəz?…

Səni unutmayım deyə,
Hər gün əyilib, gözlərimin içinə baxdım,
Hər gün yalanlarımı çıxardım…

Müəllif: Dalğa Xatınoğlu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru