AZƏR İSAYEV

İLQAR TÜRKOĞLU AZƏR İSAYEV HAQQINDA

AZƏR İSAYEV ailəmizin sonbeşiyi idi. 1992-ci ilin bu günü, 6 oktyabrda Qarabağ uğrunda gedən ağır döyüşlərdə, Ağdərə rayonunun Çıldıran kəndində həlak olub. Sovet ordusu sıralarında tank alayında xidmət keçmişdi. İdmançı, şairlik və rəssamlıq istedadı var idi. Onun “Dağlar” şeirini Sizə təqdim edirəm:

DAĞLAR

(…şəhadətin şərhi…)
Görünməyir ərənlərin,
Hey baxırsan yola dağlar.
Vətən boyda yaram dərin,
Mən gedirəm, qala dağlar.

Əlim çatmır neynim sənə,
Arxamca bax dönə-dönə.
Qoynunda sən bir az mənə
Saxla məlhəm, saxla dağlar.

Haqlayanda duman- çəni,
Yatıb qalım qoy gecəni.
Zirvələrdən endir məni
Başına sən dola,dağlar.

Uzanıbdı qolum sənə,
Daha düşməz yolum sənə,
Xoşdur,qurban olum sənə,
Bağla yaram, bağla dağlar.

Doymamışam səndən hələ,
Ötən günlər gəlməz ələ,
Çox gözləmə AZƏR gələ,
Ağla məni, ağla dağlar.

Sentyabr 1992-ci il.

Mənbə: İLQAR TÜRKOĞLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Arzu Göytürk dərs zamanı

ŞAİRƏ ARZU GÖYTÜRK DƏRS ZAMANI – SENTYABR -2019

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TEZER TAŞQIRAN – AĞAOĞLU

DANIŞAN FOTOLAR

TEZER TAŞQIRAN – AĞAOĞLUNUN AİLƏSİ – Soldan sağa: Nimet Taşqıran, Suna Taşqıran, Tezer Taşqıran – Ağaoğlu, Mete Taşqıran.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əhməd bəy Ağaoğlunun ailəsi

DANIŞAN FOTOLAR

Əhməd bəy sürgündə ikən ailəsi. Birinci sırada soldan sağa doğru Sürəyya Ağaoğlu, həyat yoldaşı Sitarə xanım, qucağında Gültəkin Ağaoğlu və Səməd Ağaoğlu. İkinci sırada Əbdürrəhman Ağaoğlu və Tezer Ağaoğlu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əhməd bəy Ağaoğlu

DANIŞAN FOTOLAR

Əhməd bəy Ağaoğlu və həyat yoldaşı Sitarə xanım. (1930-cu illər)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“QƏRİBƏ DÜNYA – 5”

“QƏRİBƏ DÜNYA – 5” – “Çingiz Aytmatov sözünün gücü” 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gənc yazarlar ÖYB – də

Gənc yazarlarımız Tural Turan və  İntiqam Yaşar Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Seyidlə birlikdə. – Özbəkisrtan – Daşkənd.

DANIŞAN FOTOLAR:

Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Seyidlə Daşkənddə görüşüb Azərbaycan – Özbəkistan ədəbi əlaqələrindən söhbət açmışdıq. 

Görüş Özbəkistan Yazıçılar Birliyində baş tutmuşdu. 

Söhbət əsnasında öz maddi vəsaitim hesabına iki qardaş ölkə əlaqələrinə töhvə olsun deyə özbək türkcəsində çap etdirdiyim “Qaranlığın aydınlıq adı” şeirlər kitabımı Siracəddin bəyə təqdim etdim. 

Məmnunluğunu gizlətmədi və xoş sürpriz kimi qarşıladığını söylədi. 

Mənbə və mətn: Tural Turan

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“QƏRİBƏ DÜNYA – 4”

“QƏRİBƏ DÜNYA – 4” – “PƏRİQALA” ZAQATALA, AZƏRBAYCAN.

Zaqatalada yerləşən öz möhtəşəmliyini, sirrini qoruyub saxlaya bilən “Pəriqala” . Tarixi mənbələrdə qalanın tarixi ilə fərqli məlumatlar var. Bəzi mənbələrə görə qalanın tarixi Sasanilər, bəzilərinə görə isə Teymurun istilası dövrü ilə bağlıdır. Haqqında çoxlu əfsanələr dolaşır. Yerli kənd sakinlərinin söylədiklərinə görə vaxtilə buranı kənd sakinlərindən ziyarət edən olub. Hal- hazırda isə qalaya giriş mümkün deyil. 

QEYD:
Qala məni sözün əsl mənasında əfsunladı.. Vətənimin hər qarışı sirrlərlə doludur.

Mənbə və mətn: FİDAN YUSİFOVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“QƏRİBƏ DÜNYA – 1”

“QƏRİBƏ DÜNYA – 1” – “QƏHRƏMANLIQ”.

Reyddə olan asayiş keşikçiləri qatı cinayətkarı zərərsizləşdirməklə bərabər, şəhərin gözəlliyinə gözəllik qatıblar… Ən çox sevinən isə boş-bekar oturmuş qoca süpürgəçi nənələr olub … – sağ olsunlar…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru