DAVUDXAN VİLƏŞ

Meymunu insandan xəlq edib xalıq…

Təbəssüm gəzirəm – yalan da olsa
Klassik insanlıq sorağındayam.
Arada isana bənzəri varsa
Gözünün yaşıtək yanağındayam…

Darvin doğru deyib – meymun əsilli
Bu insan kökünə qayıdır yenə.
Daha yavaş-yavaş qısalır dili
Vəhşi instinqlər oyadır yenə..

Yenə də qan içir, kəsir, öldürür
Saqqalı meymundan biraz irəli.
Güzgüyə baxanda özünə gülür
Nə olsun bir qədər yümşaq dərili?!

Erkəyi, dişisi eyni biçimdə
Məncə meymun daha ağıllı məxluq.
Darvin səhv edibdir bu sərt seçimdə
Meymunu insandan xəlq edib xalıq…

Müəllif: DAVUDXAN VİLƏŞ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru