ƏJDƏR ƏLİZADƏ

DEYƏSƏN…
(NÜMUNƏ4+4+3 bölgüsü ilə)

Kim qurubdu bizə toru, ay Allah,
Xorna çəkir, elim yatır, deyəsən.
Millətimi özün qoru, ay Allah,
Bu dünyanın sonu çatır, deyəsən…

Başımızın üstün alıb «hay»* yağı,
Zəbt eləyib cənnətməkan torpağı.
Sinəmizə çəkilibdi yurd dağı,
Bu dünyanın sonu çatır, deyəsən…

Bəxtim mənə ərk eləyir, dinmirəm,
Zərbəsini bərk eləyir, dinmirəm.
Məndən küsüb tərk eləyir, dinmirəm,
Bu dünyanın sonu çatır, deyəsən…

Mən Əjdərəm, na danışım, nə deyim,
Bu dünyada bir yeməkdir, bir geyim.
Pul yığana mesaj olsun bu deyim,
Bu dünyanın sonu çatır, deyəsən…

«hay»*- erməni

18.07.2019 .

Müəllif: ƏJDƏR ƏLİZADƏ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏJDƏR ƏLİZADƏ

MƏN OLUM…
(Rəcəz bəhri, növ-8, variant I)

Əhdə vəfa eyləginən, hüsnünə heyran mən olum,
İşvəni gəl az elə sən, nazına qurban mən olum.

Alma yanaq, qönçə dodaq, incə belin canım alır, 
Aşiqinəm, rəhm elə gəl, bir gecə mehman mən olum.

Sən gülü-xəndan, gözəlim, bülbülü-zarəm, nə edim,
Güllü gülüstanə gəlim, bülbülü-şeydan mən olum.

Getmə belə göylə daha, axtarıram yerdə səni,
Göydə sitarəm* sən isən, mehri-dirəxşan* mən olum.

Sevgi payım, dinlə məni, yarın et eşqinlə məni,
Can evinə təşrif edib, qəlbinə sultan mən olum.

Əjdərin ol təkcə, gülüm, gözlə desən gözləyəcəm,
Qəbrə qədər gözləməsəm qanına qəltan mən olum.

10.07.2019.

Müəllif: ƏJDƏR ƏLİZADƏ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün hamımızın sevimlisi, gözəl insan, qədirbilən dost, dəyərli söz adamı Əjdər Əlizadənin doğum günüdür. Ad gününüz mübarək, Əjdər müəllim. Böyük Allahdan Sizə can sağlığı, işlərinizdə yeni-yeni uğurlar arzu edirik!!! Var olun!!! Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru