“21 Azər hərəkatı” ilə bağlı dəyirmi masa

“Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır. Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər. Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik və şücaətidir”. (c) Şəhriyar

12 dekabr 1945-ci ildə, Təbriz şəhərində böyük çətinlik və xalqın əzmi ilə Azərbaycan Milli Hökuməti quruldu. daha cox “21 Azər” Hərəkatı kimi tarixə düşən bu günün əhəmiyyəti çox böyükdür. Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan bu hökumət İran şahının 25 ildə görmədiklərini bir ildə Güney Azərbaycan üçün etdi.
Güney Azərbaycanda ötən əsrdə 21 Azər inqilabına qədər Xiyabaninin, Səttar xanın rəhbərlik etdiyi böyük xalq hərəkatları olub. Hər üç hərakatın sonu qan ilə nəticələnib, yəni soydaşlarımızın haqqları xain və 3-cü tərəfin müdaxiləsi ilə əllərindən alınb. Ümumiyyətlə, 21 Azər hərəkatının tarixi missiyasi təkcə Azərbaycan üçün yox, eləcə də Şərq aləmi üçün örnək ola biləcək hadisədir.

Vətəndaş Həmrəyliyi Partiyası Sizləri,
12 dekabr 2018-ci il tarixdə, saat 12:00-da Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında “21 Azər hərəkatı” ilə bağlı dəyirmi masaya dəvət edir.

Ünvan: Bakı şəh., Tbilisi pr. 76 (“Qanun” Nəşriyyatı) 
Tel: 050 242 35 83

İLKİN MƏNBƏ:

https://www.facebook.com/events/560789514386206/

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar