ORBİTLƏR və UNİVERSAL MÖVCUDLUQ NƏZƏRİYYƏLƏRİ – Sadıq QARAYEV

Orbitlər və universal mövcudluq nəzəriyyələrində kainatın və materiyanın necə yaranması haqqında ənənəvi baxışlardan fərqli, yeni ideyalar irəli sürülür və əsaslandırılır. Bu nəzəriyyələrin əsasında orbitlərin birinci olduğu, yüksək sürətli enerjini toplayaraq materiya sintez etmək xüsusiyyəti dayanır. Yəni yer, yupiter və s. əmələ gəlib günəşin ətrafında trayektoriya edərək “orbit” yaratmamışdırlar. Əksinə, orbitlər əvvəl mövcud olmuş, hν işıq fotonlarını , sürətli enerjini toplayaraq yeri, yupiteri və s. yaratmışdırlar. Eləcədə, bu nəzəriyyələrdə var olma enerjisi ilə mövcudluq arasındakı mürəkkəb əlaqələrin, səbəb nəticə mexanizmlərinin izahı yeni müstəvidə verilir. Zaman , məkan, sürət, sahələr haqqında fərqli baxışlar sistemi ortaya qoyulur. Orbitlər və universal mövcudluq nəzriyyələri vəhdətdə olub , bir birini tamamlayırlar.
Aşar sözlər:Təxmini məntiq, real məntiq, orbitlərdə sintez, mövcudluq əmsalı, var olma enerjisi, mövcudluq zamanı, Binq banq, hiqqs bozonu, hν-kvant porsiyaları, məhdud və qeyri məhdud sahələr. 
Hazırda qəbul olunan baxışlar
Hazırda ən məhşur və elmi ictimaiyyət tərəfindən qəbul olunan”Binq-Banq” nəzəriyyəsinin məntiqinə, mahiyyətinə baxaq. Rus alimi Aleksandr Fredman və belçikalı astrofizik George Lemaytr kainatın genişlənməsini nəzəri olaraq hesablamışdılar. 1929-cu ildə Amerika alimi Edvin Hubbi teleskopla müşahidə apararkən, ulduzların uzaqlaşmasını müəyyən etdi. Sonra Hubbi öyrəndi ki, ulduzlar nəinki bizdən, eyni zamanda bir-birlərindən də uzaqlaşırlar. Yəni zaman keçdikcə, kainat genişlənir. Belə olan halda sıxlığı seyrəlir, soyuyur. Bu məntiqlə zamanın geriyə getdiyini düşünsək, maddə və enerji son dərəcə sıxlıqda və olduqca kiçik nöqtədə yer almışdır. Bu nöqtənin partlamasından kainat əmələ gəlmişdir. Yəni, heç bir şey yoxdur, zaman, məkan və enerji sıfırdır. Yalnız çox kiçik nöqtə vardır. Onun partlamasından kainat yaranmışdır. 
“Binq-Banq” nəzəriyyəsini sübut etmək üçün dəlillər də gətirmişdilər. Qurani-Kərimin “Zariyat” surəsinin (51) 47-ci ayəsində belə deyilir, “Biz göyü öz qüdrətimizləyaratdıq və genişləndirməkdəyik”.
Ən böyük əsaslardan biri kainatın genişlənməsidir. Sonra alimlər belə bir nəzəriyyə irəli sürdülər ki, “Binq-Banq”- böyük partlayış nəticəsində kainatda radiasiya olaraq bəzi qalıqlar olması labüd idi. Corc Qamova (George Gamov) görə əgər kainat bir nöqtədən yaranmışdırsa,deməli həmin partalayışdan sonra radiasiya qalmalı və bütün kosmosa bərabər şəkildə paylanmalı idi . 1965-ci ildə Arno Penziyas və Robert Uilson bu qalıqları ehtiva edən dalğaları kəşf etdilər. Onu “kosmik fon” radiasiyası adlandırdılar. Buna görə hər iki alimə “Nobel” mükafatı verildi. 1989-cu ildə Corc Smit və birlikdə çalışdığı NASSA qurupuCOBE adlı süni peyki kosmosa göndərdilər. Peykdə olan həssas radarların sayəsində Penziyas və Uilsonun hesablamalarının təsdiqi səkkiz dəqiqə çəkdi.
“Binq-Banq” nəzəriyyəsinin tərəfdarları iddia edirlər ki, “böyük partlayış” 10-43 saniyə çəkir. Sonra Plank erası başlayır. Bu vaxt kainatın ölçüsü 10-35 metr-plank uzunluğu qədər olmuşdur. Bu, 10-37 saniyədə baş verir. Sonra hidrogen atomunun nüvəsi yaranır. Doqquz milyard il sonra günəş sistemi əmələ gəlir. 13,7 milyard il sonra kainat indiki vəziyyətdə olur. 
Kainatin sakit qalmadığını, fasiləsiz genişləndiyini Eynişteyn də öyrənmişdir. Lakin o dövrdə qəbul edilən statik kainat nəzəriyyəsinə zidd olduğu üçün, böyük alim öz kəşfini bir qırağa qoymuşdur.
Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) baş direktoru Rolf Hayer 4 iyun 2012-ci ildə “yeni subatom zərrəcik kəşf etdiklərini” bildirmişdir. Yəni Hiqqs bozonu yaxud, “Tanrızərrəciyi”nin tapıldığını elan etmişlər. Hiqqs bozonun atomların işıq sürətilə toqquşdurulmasından əmələ gəldiyini, saniyənin trilyonda bir hissəsində –qısa müddətdə göründüyünü və sonra digər zərrəciklərə çevrildiyini söyləyirlər. “Tanrı zərrəciyi” adını Hiqqs bozonu haqda yazdığı kitaba Nobel mükafatçısı fizik Leon Lederman qoyub.
Hiqqs Bozonu başqa hissəciklərə kütlə verən hissəcikdir. Hindistanlı fizik Satyendranat Bose-nin şərəfinə fundamental qüvvələrin daşıyıcısı olan hissəcikləri Bozon adlandırmışlar. Məsələn Bozonlardan biri olan Foton-işıq hissəciyidir. O elektromaqnit qüvvəsinin keçiricisi və daşıyıcısıdır. 
Hiqqs Bozonu Britaniyalı fizik Peter Hiqqs-in şərəfinə adlandırılıb. Hansı ki, çox vaxt “Tanrının hissəciyi” adlandırırlar. Peter Hiqqs 1964-cü ildə hissəciklərə kütlə verən bir sahənin olması fərziyyəsini irəli sürdü. Alimlər Robert Brout, Francois Englert, Gerald Guralnik, Carl Hagen, Tom Kibble – apardıqları tədqiqatlarda oxşar nəticə verdilər. Bu sahə Hiqqs sahəsi adlandırıldı. Sonralar P. Hiqqs həmin sahənin daşıyıcısı kimi kütləyə malik bozonun mövcud ola biləcəyi ideyasını irəli sürdü. Buna Hiqqs bozonu adı verdi. Alimə görə, Hiqqs bozonu yüksüz, spin-o hissəcikdir və kütləyə malikdir. 
Hiqqs bozonun aşkar edilməsi kütlənin mənşəyi, kainatın yaranması ilə bağlı suallara cavab tapmaqda kömək ola bilərdi
2013-cü il 8 oktyabrda Peter Hiqqs və Belçika fiziki Françeis Englert bu sahədəki tədqiqatlarına görə Nobel mükafatı alıblar.
“Binq Banq” nəzəriyyəsinin , “Hiqqs bozonu”, “Tanrı zərrəciyi” hipotezinin təxminilikləri, izah edə bilmədikləri nüanslar.
“Binq Banq” – təxminiliklər, qaranlıq məqamlar
1.Quran məntiqi ilə zidiyyət:
Binq banq nəzəriyyəsi QURAN məntiqi ilə uzlaşmır .QURANda kainatın, yerin və göyün yaradılması haqqında iyirmidən çox ayə vardır. Burada kainatın yaranması haqqında olan tezislər aşağıdakılardır: ” Göyləri, yeri və aralarındakını yoxdan var edən ALLAHdır;, , göyləri və yeri altı gündə yaratdı;, , göylərlə yer bitişik bir haldakən biz onları ayırdıq;, , Günəş və ay əmrinə tabe olaraq hər biri bəlli bir vaxtda, sürətlə öz yolu ilə axıb gedir;, yeri iki gündə yaratdı, dörd gün ərzində hər bir canlının ruzisini müəyyənləşdirdi, sonra göyü yaratmağa başladı; O tüstü halında idi. Onda göyə və yerə dedi: “istər istəməz ortaya gəlin”. Dedilər: “itaət edib gəldik”;, yeddi göyü iki gündə yaratdı və hər bir göyə öz işini bildirdi, dünya göyünü çıraqlarla bəzədik və qoruduq “… 6/101., 7/54., 13/2., 21/30., 41/9, 10, 11, 12., 44/10., 50/38., 79/27, 29. 
Göründüyü kimi, burada heç bir nöqtədən, böyük partlayışdan söhbət getmir. Kainatın yoxdan, haqq və hikmətlə yaradılması, prosesin altı gün davam edtdiyi vurğulanır. “Binq Banq” nəzəriyyəsində isə milyard illərdən söhbət gedir. Zaman və məkan uyğunsuzluğu vardır. 
Biz də düşünürük ki, Kainatın yaranması nəzəriyyəsində ZAMAN anlayışına xüsusi baxılmalıdır. Burada bir mürəkkəb, izaha ehtiyacı olan məsələ vardır. Quranda: “O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınız (dünya ilinin) min ilinə bərabər olan bir gündə (qiyamət günündə) ona döğru (Allah dərgahına) yüksələr” Səcdə surəsi (32),ayə 5. ; “Mələklər və ruh onun dərgahına (dünya ili ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar” məaric surəsi (70),ayə 4 .; “Rəbbinin dərgahında olanbir gün, sizin saydıqlarınızın (hesabladığınız vaxtın) min ili kimidir” Həcc surəsi(22), ayə 47. kimi ayələr vardır . Belə olan halda altı gün deyiləndə bizim qəbul, dərk etdiyimiz, yoxsa Tanrı dərgahındakı gün nəzərdə tutulur? Ikinci bir məsələ, əgər hələ heç nə yoxdursa, o cümlədən yer və Günəş yaradılmayıbdırsa, “gün” deyəndə bizim dərk etdiyimiz zaman müddəti , bir sutka, necə başa düşülə bilər?
Qeyd edək ki, ALLAHın zamana ehtiyacı olmadığını, ayələrin insanlara ünvanlandığını nəzərə alsaq, böyük ehtimalla, “gün” deyiləndə bizim qəbul etdiyimiz bir sutkaya bərabər zamandan söhbət gedir. 
Digər təxminilikləri, qaranlıq məqamları qeyd etməzdən əvvəl, məntiq, sıfır və düz xətt haqqında yeni anlayışlar, fərziyyələr qəbul etməyimiz , fərqli baxışlar sistemi yaratmağımız zəruridir.
1. Təxmini, Kənar və Real məntiq.
Birdən sonra iki gəlir, Binar məntiq (Aristotel), birlə ikinin arasında çoxlu saylar vardır-qeyri səlis məntiqdir (Lütfüzadə). Qeyri səlis məntiq, birlə iki arasında çoxlu sayların olduğunu qəbul edir. Ancaq sual olunur, nə qədər?. təxmini məntiq birlə iki arasında olan say çoxluqlarını təxmini ortaya qoyur. Dürüst və Real məntiq isə, mümkün ola biləcək bütün say çoxluğunu, göstərir. Deməli, binar məntiq aşağı və yuxarı sərhəddləri, qeyri səlis məntiq bu aradakı çoxluqların olduğunu bildirirsə, təxmini məntiq- çoxluqların sayını təxminən göstərir. Dürüst, Real məntiq isə, hər şeyi real və dəqiq bildirir. QURANda dəfələrlə müxtəlif məsələlərə baxışda vurğulanır ki, “Daha doğrusunu və yaxşısını ALLAH bilir”. Bu o deməkdir ki, Real və dəqiq məntiq ALLAHa məxsusdur. ALLAHdan qeyriləri, o cümlədən insan təxmini məntiqlə düşünür. 
Kənar Məntiq- məntiqimizin çevrəsi xaricindən ALLAHın real və dürüst məntiqinə qədər olan sahəni tutur. Təxmini məntiqdən sonra, onun çevrəsi sərhəddindən, real məntiqin sərhəddinə qədər aralıq məntiq kənar məntiqdir. Kənar məntiq- Doğru bildiklərimizin əksi olub, doğru olanlardır. Və ya ola bilməz, qanunauyğun hesab etmədiklərimiz, ancaq doğru olanlar Kənar məntiqdir. Məsələn, Kainat mütləq mənada sonsuz olsaydı Allah onu necə idarə edərdi? Və ya Allah sonunu bilmədiyini necə yaradardı? Yaradardımı? Demək bizim məntiqimizlə kainat sonsuzdu, işıq sürəti ən böyük sürətdir. Kənar məntiqlə kainat sonludur, daha böyük sürət vardır. Təxmini məntiq kənar məntiqə doğru inkişafdadır.
2. 0-sıfır haqqında: mütləq sıfır, gerçək sıfır.
Necə olur ki, sıfır hər hansı bir rəqəmin və ya ədədin sağında duranda onu on dəfə artırır, solunda duranda isə on dəfə azaldır? Yəni heç nə, var olmayan bir şey real var olanın sağında və ya solunda durmaqla onu necə artırıb-azalda bilər? bu parodoksu həll etmək üçün “Gerçək sıfır”-θ anlayışı qəbul edək. Əvvəlki sıfıra-0 isə “Mütləq sıfır” deyək. Mütləq sıfır heç nəyi ifadə edib, tək işlənsin – məs: 1-1=0. Gərçək sıfır isə var olmayanla, real var olanın arasındakı keçidi ifadə etsin. Bu o deməkdir ki, mütləq sıfırdan sonra gerçək sıfır gəlir. Gerçək sıfır real var olanın ən kiçik say vahididir, ilkidir. Ondan əvvəl heç nə yoxdur, boşluqdur, heçlikdir, yəni mütləq sıfırdır. 0,1və ya 10 yox, θ,1;1θ yazmaq daha doğru olar. Tək yazılan gerçək sıfır (θ) isə dediyimiz kimi ən kiçik sayı, real var olanı ifadə edir. Məsələn, okeandakı bir su molekulu orada olan ümumi su molekullarının gerçək sıfırını təşkil edir. Biz okeandan heç nə götürmürük, yəni bütün su yerində qalır. Bu zaman x-0=x. Bir molekul götürürüksə, x-θ ≠x yazmaq düzgün olar. Bir molekul götürmək, gerçək sıfır- ən kiçik hissə götürmək anlamına gəlir. Bu hissə, sıfırdan sonra gələn ən kiçik real var olandır. Sıfırdan sonra, birdən əvvəl ən kiçik var olan say gerçək sıfırdır. Gerçək sıfır yoxluqdan varlığa keçiddir: x+θ ›x, x-θ ‹x, x*θ ‹x, x:θ ›x- ifadələri düzgün olar. Gerçək sıfıra bölmək olar. Bir sözlə, gerçək sıfırifadəsi, özündə varlıqla yoxluğu birləşdirir. O yoxluğun gerçəkliyə, gerçəkliyin isə yoxluğa keçdiyi nöqtədir. Sıfır isə mütləq mənada yoxluğu, heçliyi ifadə edib, gerçək sıfırın solunu əhatə edir. 
Əgər məkan və zaman yoxdursa, iki nöqtədən bir düz xətt keçirmək aksiomu illuziya deyil?. Illuziya deyilən şeylərin də bir hissəsi həqiqətdir. Mütləq illuziyayoxdur. Gerçək sıfır mahiyyətli illuziyalar ola bilər. Əslində sıfırın, heç nəyin özümövcud deyil. Zaman, məkan, nöqtə və kainatın da heç vaxt mütləq mənada sıfır deyilən məqamı olmayıb, olmayacaq. Birdən ikiyə keçid realdır. Yəni iki dənə biri toplayıb iki almaq olar. Ancaq sıfırları birləşdirib, bir almaq mümkün deyil. Birdən aralanıb ikiyə doğru, ikinci var olana doğru çatmaq olar. Burada bir real istinad nöqtəsi ,var olandır. Ancaq sıfır real olmayandır. Ondan aralanıb, birə çatmaq mümkün deyil. Sıfıra istinad etmək olmaz. Bilinməyən, əslində olmayan bir nöqtədən bəlli nöqtəyə gəlmək olmaz. Riyaziyyatdakı bu təzad, sıfır zaman və məkan anlayışının yaranmasına səbəb olmuşdur. Həqiqətdə məkan da, zaman da heç vaxt sıfır olmamışdır.
3. Paralellik illuziyadır.
Digər Məqam: Eyni müstəvidə kəsişməyən düz xəttlər yoxdur. Çünki müstəvilərin mahiyyəti, düz xətlərin paralel olmasına imkan verməmək, onları mütləq bir nöqtədə kəsişməyə məcbur etmək xüsusiyyətinə malikdir. Əgər biz eyni müstəvidə kəsişməyən düz xətlər görürüksə, deməli olanlar həqiqət deyil, illuziyadır. Eyni müstəvidə düz xətlər varsa, onlar mütləq kəsişəcək, həqiqət nöqtəsi yaradacaqlar. Düz xətlər məhdud müstəvilərdə parelel görsənə bilərlər. Onlar da təxmini parelel olarlar. Mütləq parelellik mükün deyil. Digər səbəb isə odur ki, kaintda mütləq eynilik yoxdur. Təkrar, eyni məsafələr ola bilməz. Demək, düz xətlərin arasındakı məsafələr, müxtəlif nöqtələrdə eyni, mütləq bərabər ola bilməz. Müxtəliflik kainatın xilqətindədir. Kvadratın xaricinə çəkilmiş dairənin sahəsi, daxilinə çəkilmiş dairənin sahəsindən 2 dəfə böyükdür. Paralellik illuzya olduğu üçün, bu qanuna uyğunluq da təxminidir. Ümumiyyətlə, həndəsi qanuna uyğunluqlar təxminidir. Deməli kainatın həndəsi quruluşu açıq sistem olub, stabilformada yox, dinamik mahiyyətlidir.
4. Kainatın, məkan və zamanın forması
Yerdən şaqüli, yuxarı çıxan düz xətt, müəyyən nöqtədən-təxmini məntiqin bitmə nöqtəsi, kənar məntiq daxilində, daha dəqiq desək, real məntiqə yaxın məsafədən sonra əyilməyə başlayacaq. Çevrəni real məntiqə yaxın məsafəyə qədər genişləndirsək, düz xətt forması alacaqdır. Kainat düz xəttin çevrəyə, çevrənin dədüz xəttə keçən formasındadır. Kainatda hər şeyin forması kürə şəkilini almağa meyillidir. Kürə forması var olanların ideal formasıdır. Kürə formasından başqa formalar, radikal formalardır. Kürə neytral, dayanıqlı formadır. Zamanın ideal forması isə da düz xəttdir. Kainat məkanla zamanın vəhdətindən formalaşdığı üçün, kainatın forması çevrənin düz xəttə, düz xəttin isə çevrəyə keçən periodik və dinamik formadadır.
Bərabər həcmli fiqurlar içərisində səthi sahəsi ən kiçik olan kürədir. Odur ki, səthi sıxılmağa, kiçiklətməyə çalışan səthi gərilmə qüvvəsi maye və qazları sıxaraq, maksiumum böyük həcmi, mümkün olan ən kiçik səthə malik kürə formasına salır. Deməli, bərk planetlər təkamüldə qaz və maye formalı mərhələləri keçmişdirlər. 
Zamanın ideal forması düz xəttdir. Zaman gedir, mövcud olanlar qocalır. Sürətimiz zamanla bərabərləşsə, zaman bizim üçün dayanar, biz qocalmarıq. Sürətimiz zamanı keçsə, zaman geri qalar, mövcud olanlar gəncləşər. Geri qalmış zamanın, gəlib indiki zamana çatması, parelel zamandır və ya zamanın yanlara genişlənməsidir. Bəs zaman hara gedir?? Ümum kainat enerjisi, onunla birlikdə yaranan zaman qiyamətə doğru istiqamətlənmişdir. Qiyamətdən sonra, zaman və məkan başqa formaya düşəcəkdir. Zaman mövcud olanlardan, məkandan tez qiyamətə çatacaqdır. 
5. Məhdud və qeyri məhdud sahələr, zaman, sürət. Qara dəliklərin mahiyyəti. 
Bizə məlum olan hərəkət formalarının hamısı arası kəsiləndir. Yəni porsiyalarladır. Buna uyğun olaraq, məlum zaman formaları da porsiyalarladır. Elektrik, maqnit, cazibə sahələri də porsiyalarla olub, arası kəsiləndirlər. Bu fərziyyələr həqiqətdirsə, zamanın mütləq sükunət anları var və bu anlarda zaman dayanır. Məhz buna görədə zaman da porsiyalarladır. Eyni zamanda, hərəkətdə olan hər bir şeyin, məsələn, öz orbitində fırlanan Yer kürəsinin və digər fəza cisimlərinin də hərəkətinin sükunət anı, sıfır nöqtəsi vardır. Ancaq bunun əksi olan yəni, hərəkətin və zamanın heç vaxt sükunət, sıfır nöqtəsi olmayan formaları da vardır. Kainatda Zaman və hərəkətin arası kəsilməz, sükunət nöqtələri olmayan formalarını tapmaqla, işıq sürətindən böyük sürəti müəyyən etmək olar. Işıq sürəti arasıkəsiləndir və sükunət nöqtələri vardır. Arası kəsilən, sükunət nöqtəsi olan hərəkətin sürəti məhdudur. Işıq sürətini aşan sürət, qeyri məhdud sürətdir. Qeyri məhdud sürəti, arasıkəsilən deyil, tam, bütöv sahələr yarada bilər. Eyni zamanda yalnız tam, bütöv,qeyri məhdud sahələr kütlə əmələ gətirə bilərlər. Arası kəsilən sahələr, kütlə əmələ gətirə bilməzlər. Qeyri məhdud sahələr elektrik, maqnit, nüvə və cazibə qüvvələrindən fərqli olaraq, qeyri məhdud təsirə, qüvvəyə malikdirlər. Qara dəliklərdə qeyri məhdud, bütöv sahələrin yaratdığı,qeyri məhdud kütlə və qüvvə vardır ki, bunların sayəsində orada kənar məntiqə uyğun enerji mühiti, zaman və məkan forması mövcuddur. Ora cəzb olunanaların yox olması, geri qayıtmaması, iz buraxmaması qeyri məhdud enerji, zaman və məkan mühitinə düşməsi nəticəsində qeyri məhdud dəyişməsidir. Qara dəliklər özləri isə, sönmüş ulduzlardan əmələgələ bilməzdilər. Ona görə ki, ulduzlar özləri məhdud kütlə, enerji, qüvvə, sürət və s. parametrlərə malikdirlər. Qara dəliklər xüsusi orbitlərdir ki, mahiyyətindəarasıkəsilməzlik, qeyri məhdudluq vardır. Yalnız belə olan halda, arası kəsilən, məhdud mahiyyətli sürətə və enerjiyə malik işıq kvantları orada yox ola bilərlər. 
. Sükunət, sıfır nöqtəsi, hərəkət və zamanı ləngidən amildir. Arasıkəsilən sahə isə kütləni heçə endirir, məhdud qüvvə yaradır, zamanı tam dəyişə bilmir. Yəni işıq sürətində zaman və məkan başqa müstəviyə keçmir. Qara dəliklərdə isə keçir.
Qeyri məhdud sürət, zaman, enerji, sahə deyiləndə ölçünün sonsuzluğu deyil, arası kəsilməzlik, tamlıq nəzərdə tutulur.
Kainatın yaranması haqqında nəzəriyyələrdə digər təxminiliklər, qaranlıq məqamlar.
2. Nəticə həmişə səbəbdən fərqli olur
Partlayış zamanı fizika, ümumiyyətlə qanuna uyğunluqlar yaranmır, əksinə dağılır və pozulur. Odur ki, “Binq-Banq” riyaziyyatla da izah edilmir. Yaranma toplanmadan əmələ gələ bilər. Bütün canlı və cansız təbiətdə gedən prosesləri izlədikdə , bu bir daha aydın olur. Partlayışa səbəb güc lazımdır. Bu güc indiki kainatın mahiyyətinin cəminə bərabər və ya ondan böyük olmalıdır və nədənsə yaranmalıdır. Bu gücü yaradan başlanğıc, səbəb isə daha güclü olmalıdır. Məsələn 5, maksiumum 5-i əmələ gətirər, 6-nı yarada bilməz. Yaradılan, yaradanın tərkib hissi olub, həmişə ondan kiçikdir. Eyni zamanda, nəticə səbəbin tərkib hissəsi olub, həmişə ondan kiçik olmalıdır. Çünki, səbəb mütləq mənada nəticəyə sərf olunmur… Bu fərqə “səbəbitkisi” demək olar. Beləliklə, nəticə həmişə səbəbdən fərqli olur. Bütün hallarda, kainatın yaranmasına səbəb omuş başlanğıc, kompleks parametrlər üzrə, kainatdan böyük olmalıdır.
3. Nöqtənin mənşəyi və mahiyyəti məhçuldur.
“Binq Banq” nəzəriyyəsində sıfır zaman, məkan və enerjidən bəhs edilir. Sonra isə deyilir ki, yalnız çox kiçik nöqtə var idi. Bir-birinə əks fikirlərdir. Eyni zamanda qeyd etdik ki, məkan və zaman mütləq mənada sıfır ola bilməz. Sıfırdan, heç nədən heç nə əmələ gələ bilməz. 
“Binq Banq” nəzəriyyəsinin iki böyük sübutu var: kainatın genişlənməsi və kosmik radiasiya fonunun- partlayışdan sonrakı qalıq, tullantının olması. İkinci dəlilə nəzər yetirək: əsaslandırırlar ki, “böyük partlama” nəticəsində kosmik radiasiya fonu yaranıb, milyard illərdir kainatda mövcudluğunu saxlayır. Bu nəticəyə gəlmənin əsasında enerjinin itməməsi məntiqi dayanır. Elə isə bu məntiqlə yanaşsaq, “böyük partlama”nın materialı olan bir kiçik nöqtənin enerjisi, kütləsi və s. yəni o nöqtənin bütün parametrləri indiki kainata bərabər olmalıdır. Plank uzunluğundan da kiçik hesab edilən O nöqtədə bu qədər güc, enerji haradan və necə toplanır? Necə oldu ki, nöqtə partladı? Mənşəyi, fiziki, kimyəvi, riyazi mahiyyəti bilinməyən bir nöqtədən kainatın yaranması təxmini məntiqin məhsuludur.
4. Kainatda periodiklik. Daimi genişlənməyin qeyri mümkünlüyü.
Kainatın genişlənməsi “Binq Banq” nəzəriyyəsinin onurğa sütunudur. İddia edilir ki, ulduzlar bizdən, eyni zamanda bir-birlərindən uzaqlaşırlar. Yəni kainat sürətlə genişlənir. Bu fikirin də məntiqi təxminidir. Məsələ burasındadır ki, kainatda proseslər periodikdir. Yəni kainat müəyyən zamanda genişlənə və ya yığıla bilər. Ancaq mütləq mənada daima, sürətlə genişlənə bilməz. Bu mümkün deyil. Əvvəla, belə olarsa, sistem tarazlığını itirib, dağıla bilərdi. Kainatdakı ulduzlar, qalaktikalar qravitasiya və digər qüvvələrin təsirindən rəqsi hərəkət edir. Bu rəqsi hərəkət dairəvidir. Ulduzlar və qalaktikalar öz orbitləri üzrə düz yox, ziqzaqlı hərəkət edərək, çox da böyük olmayan amplitudada rəqs edirlər. Kainatın forması isə, təxmini məntiqlə təssəvür etdiyimiz çevrə, dairə formasında deyil, real məntiqə yaxın məsafədə düz xəttin çevrəyə, çevrənin də düz xəttə çevrildiyi periodik və dinamikmahiyyətli formadadır. 
Yelləncək müəyyən tarazlıq nöqtəsinə nəzərən irəli və geri hərəkət etdiyi kimi, ulduzlar və qalaktikalar da belə hərəkət edir. Onların bizdən uzaqlaşan anını müşahidə edən alimlər isə elə düşünür ki, kainat genişlənir. Əslində isə bu müvəqqəti haldır. Daimi uzaqlaşmadan söhbət gedə bilməz. 
Burada çox sadə həqiqət vardır. Əgər kainat daima genişlənirsə, bu halda bütöv genişlənməlidir. Yəni, Kainatın bütün komponentləri bir-birinə nəzərən genişlənməlidir. O cümlədən, Günəş sistemi özü də genişlənməlidir. Yer kürəsi Günəşdən, Ay yerdən digər planetlər və peyklər də Günəşdən və bir-birindən uzaqlaşmalıdırlar. Ancaq həqiqətdə bu baş vermir. Əks halda planetlərin orbitləri öz mahiyyətini itirər, bunun nəticələri isə mütləq hiss olunardı. Eyni zamanda kainat durmadan genişlənirsə, onu genişlənməyə sövq edən, bu prosesi şərtləndirən enerji, qüvvə ulduzların, atom və molekulların diametrini də genişləndirməliydi. Bildiyimiz kimi, həqiqətdə bu hadisələrin heç biri baş vermir. Bir sözlə, kainatıngenişlənməsi daimi, bir xətli deyil. Ulduzların və qalaktikaların mürəkkəb, kombinasiyalı hərəkət formalarından biridir. Nəhayət, qəbul etsək ki, kainat durmadan genişlənir, yenə məntiqsiz nəticəyə gəlirik. Genişlənən, mərkəzdən qaçan qüvvələr yaradıcı yox, dağıdıcı, məhvedici mahiyyətli olduğu üçün onların təsirindən heç vaxt kainat yarana bilməzdi.
Planetlər günəşdən ayrılıb əmlə gəlsəydilər, kütlələrinin artıb və ya azalan ardıcıllığı ilə düzülərdilər. Venera digər planetlərdən fərqli istiqamətdə fırlanmazdı..
Bütün bu təxminilikləri, qaranlıq məqamları aradan qaldırmaq üçün, bir biri ilə sıx əlaqəli, vəhdətdə olan yeni “Orbitlər ” və “Universal mövcudlq” nəzəriyyələrini irəli sürürük. 
Orbitlər nəzəriyyəsi:
Planetlər Günəş ernerjisinin orbitlər üzrə yığılmasından, kütləyə çevrilməsindən əmələ gəlmişdir. Enerji işıq sürəti ilə yığılarsa, kütlə əmələ gələr. İşıq şüası planetlərin orbit xətlərini tam keçə bilmir. Orbitlər işıq şüasını hν-işıq porsiyasını, elektromaqnit dalğalarını tutub saxlayan “tor” rolunu oynayır. Nəticədə yığılan enerji kütləyə çevrilir. Atomun tərkibi işıq sürətilə hərəkət edən hν enerji porsiyasının orbitlərdə toplanmasından yaranmışdır. Günəşin özü isə hansısa daha böyük işıq, nur mənbəyindən əmələ gəəlmişdir. Kainat bu yolla zəncirvari əmələ gəlmişdir. Deməli, Kainatın başlanğıcı kiçik bir nöqtə deyil, əksinə, daha böyük enerji, nur, işıq mənbəyi olmuşdur. O, mənbənin kompleks parametrləri, indiki kainata bərabər və ya ondan böyük olmuşdur.
Cisim enerji yığınıdır. Enerji yığını isə cisimdir. Materiya ani olaraq parçalansa enerjiyə; enerji ani olaraq yığılsa, toplansa materiyaya çevrilər. Demək, materiya ani olaraq yığılan enerjidən əmələ gəlmişdir.
Enerjini ani sürətlə yığmağı “bacaran”, materiyaya çevirən isə orbitlərdir. Enerji yığınının mahiyyətindən, zaman və məkandan, başlıcası isə toplanma sürətindən asılı olaraq müxtəlif elementlər, cisimlər, planetlər yaranır. Arası kəsilən, məhdud sahələr yüksək sürətdə qeyri məhdud sahələr yaradır. Qeyri məhdud, arası kəsilməz sahələr kütlə və qeyriməhdud qüvvə yaradır. Elektromaqnit sahəsi arası kəsiləndir. Yüksək sürətli arasıkəsilən sahələr ani dayananda sıxlaşma, toplanma yaranır. Proses qeyri məhdud, tam, arası kəsilməyən sahələrin yaranmasına səbəb olur. Qeyri məhdud, arasıkəsilməz sahə isə, arasıkəsilməz enerjiyə malik olur. Bu enerji yığını kütlə deməkdir. Deməli, kütlənin arasıkəsilməyən, qeyri məhdud enerjisi, qeyri məhdud enerjinin isə kütləsi vardır. Qeyri məhdud dedikdə, arasıkəsilməyən, bütöv sahə, enerji nəzərdətutulur. Elementərin təkamülü nüvə yükünün və atom çəkisinin artması, enerji yığınlarının toplanma sürətlərindən asılı olub, istiliyin udulması ilə müşahidə edilir. Cismin ani olaraq parçalanıb enerjiyə çevrilməsi isə istilik ayrılması ilə müşahidə edilir. Cisim vəenerji bir-birlərini əmələ gətirmişlər. Proton və neytronların tərkibindəki kvarklar arasıkəsilən sahələrin sürətlə sıxlaşması nəticəsində əmələ gələn tam, qeyri məhdud sahələrə – Yəni bir cinsli, arasıkəsilməyən sahələrə malikdirlər. Bu sahələr kütlə əmələ gətirir. 
Qısası, arasıkəsilən sahələrin yüksək sürətlə sıxılmasından , toplanmasından tam sahə, qeyri məhdud sahə yaranır ki, elementar zərrəciklərə kütlə verir. Kütlə, sıxlaşmış, arasıkəsilməyən sahələrin zamanla qarışılıqlı əlaqəsinin mövcudluq formasıdır. Sıxlaşmış sahə xüsusi mahiyyət alır. Elektronu çox seyrək, arası daha böyük olan sahələr əmələ gətirdiyindən kütləyə malik olmur.
Sürətli, arası kəsilən sahələr, Orbitlərdə ani dayandıqda, toplandıqda qeyri məhdud sahələrə, kütləyə çevrilir. Demək orbitlər birincidir. Orada materiyasintezi gedir. Proses sıxılma, toplanma mahiyyətlidir. Bu, sürətlənmiş protonların toqquşdurulmasından yaranan, əmələ gələn qısa ömürlü hiqqs zərrəciyindən fərqli prosesdir.
Hər bir işıq, nur mənbəyi müəyyən ölçüyə, enerjiyə çatanda ətrafında orbitlər olur. Bu ölçü, mənbənin “böhran” enerjisidir. Deməli, işıq mənbəyi böhran ölçünü, enerjini keçdikdən sonra ətrafında orbitlər formalaşır.
“Orbitlər” nəzəriyyəsini üç postulatla vermək olar:
-Günəşin və ya “böhran” enerjisini keçmiş başqa ulduzların ətrafında müəyyən enerjiyə, xüsusi elektromaqnit sahəsinə, stabil zaman və məkan ölçüsünə, sıxlaşdırma və sürətləndirmə potensialına malik stasionar səviyyələr – orbitlər vardır.
Orbitlər Günəşin (işıq mənbəyinin) – hν enerji porsiyalarını “tor” kimi tutaraq, sıxlaşdırır, tam, qeyri məhdud arasıkəsilməyən sahəyə çevirərək, proton, neytron, elektron, kütlə, materiya sintez edir. Və ona sürət verir ki, əmələ gələn materiya, planet orbitin sərhədləri daxilində müəyyən sürətlə hərəkət edir. Orbitlərdə sintez olunan materiya əvvəlcə qaz, sonra maye, daha sonra isə bərk quruluş almışdır. Yerin qurluşu buna sübutdur. Nüvə qaz,sonra maye qatı, daha sonra isə bərk qat…
Orbitlər Günəşlə (işıq mənbəyi ilə) öz aralarındakı münasibətlər sistemini (Günəş ətrafında orbitlər, orbitlər də planetlər) əmələ gətirdikləri materiyanın ən kiçik hissəciyinə köçürmək (atom daxilində-nüvə-orbitlər-elektronlar) xüsusiyyətlərinə malikdirlər. 
Yaradılışın başlanğıcı ümumkainat enerjisi ilahi nur, işıqdır. Ulduzlar, Günəş başlanğıc nurun, işığın orbitlərində sintez olunması nəticəsində yarnmışdır.
Beləliklə, orbitlər birinci, ulduzlar və planetlər törəmədirlər. Hər bir orbit öz mahiyyətinə uyğun ulduzlar və ya planetlər – Merkuri, Mars, Venera, Yer və s. əmələ gətirir. Demək orbitlər sonradan yaranmayıb, materiyadan əvvəl mövcud olmuşdular.
Ulduzlar arasındakı mühit, orada olanlar, orbitlərdəki və fəza cisimlərinin daxilində gedən proseslərin ,aralarında olan münasibətlərin təsirindən yaranmışdır. Mövcudluq sırası belədir: ALLAH, ALLAHIN istəyi və “var ol!” kəlamı, bundan yaranan ilahi güc, ümum kainat enerjisi, ilahi nur. Ümum kainat enerjisi, İlahi nur başlanğıc orbitləri yaratmışdır. Orbitlərdə ulduzlar, ulduzların isə öz orbitləri yaranmışdır. Orbitlərdə kainatın sintezi zəncirvari getmişdir.

Universal Mövcudluq Nəzəriyyəsi:
Hər bir mövcud olanın müəyyən enerjisi vardır. Bu təkcə canlı və cansızlara aid deyil. Olmuş, indi olan və olacaq cisim və hadisələrə, proseslərə, fiziki, kimyəvi, riyazi, bioloji qanunlara, yaradılan və yaradıcılara, ümumiyyətlə hər bir şeyə aiddir. 
Məsələn: ay, ağac, kulon qanunu, ildırım çaxma hadisəsi, yaradılmış yaxşı bir əsər- yəni mövcud olan hər bir şeyin öz enerjisi, aurası-onun mövcudluğuna səbəb olan, onu ehtiva edən, informasiyanı özündə saxlayan “bir şey” vardır. Bunun adını qoyaq “Var olma enerjisi”. Sual yaranır: “var olma enerjisi” əvvəl yaranıb, yoxsa var olanlar? Cisim, hadisə, qanun, yaradılanlar birincidir, yoxsa onlara məxsus, “var olma”enerjiləri? Var olma enerjisi yaradıcıdır, törəmədir?
Var olanlar nəticə olduğundan onları törədən səbəb – var olma enerjisi birinci olmalıdır.
Universal mövcudluq nəzəriyyəsini bir neçə postulatla verməyə çalışaq:
Kainatda hər nə mövcuddursa, ümumkainat var olma enerjisinin çevrəsi daxilindədir. Çevrə o deməkdir ki, kainat sonsuz deyil .Kainat düz xəttin çevrəyə, çevrənin də düz xəttə keçdiyi açıq, dinamik formadadır. Bu keçid forması sonsuzdur. Zaman buna görə mövcuddur. Kainatın sonu real məntiqdaxilindədir, gerçək sıfırla bitir. Zaman məkandan öncə mövcuddur. Çünki var olma enerjisi mövcudluqdan öncə olmuşdur. Zaman isə, ümumkainat var olma enerjisinin daxilində yaranmışdır. Təbii ki, söhbət kainatın zamanından gedir. Kənar məntiq zamanı başqadır. TANRIdərgahında isə zaman və məkan tamdır. Bu o deməkdir ki, TANRI Adəm və Həvvanı bizimlə birgə görə bilər. 
Hər bir mövcudluğun var olma enerjisi, ümumkainat var olma enerjisinin tərkib hissəsi olub, ondan yaranmışdır, onun müstəvisində yerləşir. Xüsusidir (dalğa uzunluğu və s.parametrləri təkrar olunmazdır), ümum kainat enerjisi ilə eyni zamana, ömürə malikdir. Var olma enerjisi kürə formasındadır. Deməli, hər bir mövcud olan xüsusidir. Təkamül, mövcud olanların bir birinə çevrilməsi- sürünənlərdən quşların əmələ gəlməsi – anlamına gəlmir. Hər bir mövcud olan, ömrü boyu təkamül edir, ibtidaidən aliyə inkişaf edir. Lakin, öz xətti üzrə. Yəni, quş inkişaf edib, elə quş kimi qalır, məməliyə çevrilmir. Palıd inkişaf edib, palıd kimi qalır, çinara çevrilmir. Mövcud olan hər bir şey, ömrü boyu təkamül etməyə, mənasının pik nöqtəsinə çatmağa məhkumdur. Çünki, ümumi təkamül bunu zəruri edir . Əksinə, mövcudluğun bir birinə çevrilməsini qəbul etsək,var olma enerjilərinin də bir birinə çevrildiyini qəbul etməliyik.. Bu isə, hər şeyin öz özünə, nizamsız yaranması anlamına gəlir.
Mövcud olmaq üçün hər bir şeyin var olma enerjisinin “Ana bətninə” ehtiyacı vardır. Planetlərin “Ana bətni” orbitlərdir (güclü əsərlərin “Ana bətni” dahilərin beyni, müharibələrin bəşəriyyətdəki təzadların çoxluğu, dərinliyi və s.). Ancaq canlı, cansız, hadisələr, kəşflər, dahi əsərlər və s. – bütün mövcud ola bilənlərin var olma enerjisi ümumkainat var olma enerjisinin müstəvisində olub, onun bir elementidir və əvvəldən vardır. Orbitlər “Ana bətni” kimi, ora düşən hν kvant porsiyalarının tərkibində olan planetin var olma enerjisini mövcudluğa çevirər. Torpaq nəhəng palıdın var olma enerjisini özündə saxlayan qozanı mövcudluğa çevirər. 
Var olma enerjisinin gerçək sıfırı-ən kiçik quruluş vahidi kvant porsiyasından (hν) kiçik olub, onu yaratmışdır. Gerçək sıfır mövcudluq zamanı da plank zamanından kiçik olub, onu əmələ gətirmişdir.
Var olma enerjisinin, var olanın mahiyyətinin, mövcudluq zamanının (ömrünün) gerçək sıfırı, bunların əmələ gətirdiyi ümumkainat varolma enerjisinin mahiyyəti, zamanı ALLAHIN “var ol” kəlamının törəməsidir, qüdrətinin inikasıdır. Yaratmaq əmrinin – (səbəbinin) nəticəsi, təzahürüdür. “Var ol” əmrindən, istəyindən, yəni bu kəlamdan kainat başlanğıc götürmüşdür. “Var ol” başlanğıc işıq, nur, səbəbdir. Bu kəlamdan, ümumkainat enerjisinin hansı mexanizmlə yaranması, məntiqimizin, elmimizin dərki xaricində olub, real və dürüst – İLAHİ məntiq çevrəsindədir.
Var olma enerjisinin nə zaman mövcudluğa çevrilməsi, ümumkainat enerjisi yaranandan qiyamətədək olan zaman xəttində “zəncirvari təkamül zəruriliyi” prinsipi ilə düzülmüşdür. Zəncirvari təkamül zəruriliyi, var olma enerjilərinin, ibtidaidən aliyə prinsipi ilə mövcud olma ardıcılığıdır. Yəni, əvvəl “daş atan” insan, sonra “tüfəng atan” insan mövcud olmuşdur… Mövcud olma ardıcıllığının pozulması, möcüzə və ya katastrofa deməkdir. Məs: yer günəşdən, Həvva adəmdən əvvəl mövcud olsaydı… Nə olardı?? Bütün var olma enerjiləri, qiyamətə qədər mövcudluq mərhələsini keçəcəklər. Qiyamət, var olma enerjilərinin mövcudluq növbəsinin qurtarması və yeni müstəvidə hər birinin, eyni zamanda mövcud olması deməkdir. 
Mövcud olan hər bir şeyin var olma enerjisinin bir hissəsi onun ətrafında sahə yaradır. Hər bir mövcud olanın ətrafında var olma enerjisindən törəmiş mövcudluq sahəsi vardır. Bu sahə digər mövcud olanlara, o cümlədən insana təsir edir, müxtəlif siqnal vasitələri ilə hiss olunur: Məs: baş vermiş bədbəxt hadisənin mövcudluq sahəsi, uzaqda olan insan tərəfindən hiss edilir, hiss edirsən ki, bir azdan kimisə görəcəksən, bu o deməkdir ki, o şəxsin mövcudluq sahəsi sənə yaxınlaşır.

Universal Mövcudluq Qanunu
Real mövcud olan ,var olma enerjisi və mahiyyəti ilə düz, zamanın(ömrünün) kvadratı ilə tərs mütənasibdir.
V ≈ Q EM/(T ²)
Təqribilik onu göstərir ki, varolma enerjisinin hamısı mövcudluğa çevirilmir. Müəyyən hissəsi mövcudluğun ətrafında məxsusi sahə yaradılmasına sərf olunur.
V- real mövcud olan
Q- mövcudluq əmsalı
E- varolma enerjisi
M- mahiyyət
T- zaman, mövcudluq ömrü.
E- var olma enerjisi, var olanın əbədi (qiyamətədək) dəyişməz enerjisidir ki, mövcudluq zamanında, ondan əvvəl və sonra da vardır. Dəyişməzdir, mövcudluqdan əvvəldir, onun törədəndir. Sabitdir,hər bir mövcud olan üçünxüsusidir. Buradan belə çıxır ki, heç nə izsiz yoxa çıxmır . Məs: İldırım çaxır, onun səsi , işığı,enerjisi yoxa çıxmır, kainatda hansısa formada qalır.
Q- mövcudluq əmsalı hər bir mövcud olanın ən kiçik mahiyyətinin ən kiçik ömrünə olan nisbətidir. 
Var olanın gerçək sıfır (heçlikdən ilk sonra, varlıqdan əvvəl, yoxluqla varlığın keçid forması) mahiyyətinin gerçək sıfır ömrünə (yarandıqdan sonra keçən ən kiçik zaman) olan nisbətini ifadə edir. Hər bir mövcud olanın öz mövcudluq əmsalı vardır.
T- ona görə kvadratla verilir ki, mahiyyət və mövcudluq əmsalının zamanaehtiyacı vardır. Hər bir mövcud olanın varolma enerjisi E = VT²/QM
VT² = EQM – yəni, varolanın öz ömrünün kvadratına olan hasili, mövcudluq əmsalının var olma enerjisinin və mahiyyətinin bir-birinə olan hasilinə bərabərdir. 
Bəzi maraqlı fərziyyələr.
Var olma enerjisini öncə görənlər hiss edib, keçmişdə və gələcəkdə bəzi mövcud olanlar haqda məlumat verə bilərlər. Bunun üçün, o insanlarda üçüncü siqnal sistemi inkişaf etməlidir.
Var olma enerjisini tapmaq tibbdə (o cümlədən, xərçəng xəstəliyi), hərb də böyük əhəmiyyətə malikdir.
Varolma enerjisini bloklayıb, mövcudatı görünməz etmək olar. Eləcə də cismin üzərinə düşən şüaları sürüşdürməklə, onu görünməz etmək olar.
Varolma enerjisini translasiya etməklə, bir var olanı, mövcud olanı eyni anda başqa məkanda göstərmək olar. Çox güman ki, yad plannetlilər bu cür translyasiya, proyeksiyalar sayəsində kainatlar arası məsafələri keçə bilirlər (əgər onlar varsa).

Bir daha Hiqqs Bozonu haqqında
Böyük Hadron Toqquşdurucusunda – BHT (Large Hadron Callider-LHC) Sürətlə toqquşdurulan protonlardan əmələ gələn, çox kiçik zamanda görsənən hiqqs bozonu hesab edilən elementar zərrəcik, mövcudluğun əsasını təşkil edə bilməz.: 
Birinci- çox qısa zamanda mövcud olur. Yəni, zamana güc gələ bilmir, zaman onu əridir. Mövcud olmaq üçün zamanla uyğunlaşmaq və ya ondan güclü olmaq başlıca şərtdir. Ümumkainat enerjisi ilə birlikdə yaranan, müxtəlif varolma enerjiləri zamanla uyğunlaşanda (bərabər olanda) və ya ona güc gələndə mövcud olurlar. Buna mövcud olmanın “münbit zamanı” yaxud, “mövcudolma növbəsi” deyə bilərik. Hər bir mövcud olan, öz varolma enerjisinin zamanla bərabər və ya ondan güclü olan halında “münbit zaman” nöqtəsinə yetişir, yəni növbəsi çatır və mövcud olur. Gələcəyə istiqamətlənmiş zaman oxu var olma enerjisinin yanına çatıb, bərabərləşir. Var olma enerjisi mövcudluğa çevrilir. Hər bir mövcud olanların ömrü, zamanın sürətindən kiçik olduğu üçün zaman oxunda geriyə hərəkət edib, qocalır.Bütün bunlar isə təkamül zəruriliyi prinsipi müstəvisində olur. Buradan bir nəticə də çıxır ki, zaman dəyişən hallara düşür, sabit deyil. Getdikcə gücsüzləşən və güclənən, enerjisi artan və azalan formada, yəni, periodikdir. Kainatda hər şeyperiodikdir. Sanki kainat elementar zərrəciyindən tutmuş, bütövlüyünə qədər bir nöqtə ətrafında aşağı, yuxarı rəqs edir. Və bu rəqsə, periodikliyə səbəb o nöqtənin öz mahiyyətindən doğur. Həmin nöqtə ALLAHIN “var ol” kəliməsinin enerjisinin mərkəzidir… Kainatın quruluşu, zamanın məkan, məkanın zaman törətməsidə periodikdir. Sahələr və hərəkət də periodik, arasıkəsilən, zolaq-zolaqdır. Mövcudluq tamamənperiodikdir. Qiyamətin zamanı- hər bir şeyin varolma enerjisi ilə bərabərləşib, onların yenidən mövcud olmasını şərtləndirəcək. Qiyamətin zamanı, ən yüngül, ən münbit zaman anlamına gəlir. 
Hiqqs bozonu hesab edilən elementar zərrəcik zamanla bərabərləşə bilmədiyindən, maddi ola bilmir, mövcudluq halına gəlmir. Çünki, ümumkainat enerjisində varolma enerjisinin payı yoxdur.
Ikincisi- mövcudluq toqquşmadan, partlamadan, dağılmadan və ya donmadan deyil, toplanmadan, uzlaşmadan əmələ gələr. Orbitlərdə sürətlə yığılan enerjinin cəmləşməsindən, sahələrin sıxlaşmasından yaranır.
Üçüncüsü- Proton vardırsa, demək mövcudluq vardır. Hiqqs bozonu, təkamül zəruriliyi xəttində protondan əvvəl olmalıdır… Belə olan halda biz protondan daha kiçik, gücsüz, ömrü az olan hissəciyi necə mövcudluğun əsası hesab edə bilərik? Axı onu yaradan və ondan güclü olan daha əvvəl var olubdur. Yəni, biz alma ağacını deyil, almanı yaradıcı hesab etməliyik? Bir şey həqiqətdir ki, toqquşma və partlama deyil, toplanma, cəmləşmədən mövcudluq yarana bilər.
Dördüncüsü- Daha bir məsələ: protonları sürətləndirmək üçün əlavə enerji lazımdır. Və proses zaman daxilində gedir. Demək, Hiqqs bozonu mövcudluğun əsası, kütlə verən və “Tanrı zərrəciyi” ola bilməz. Çünki əzəli deyil, törəmədir, törəmə yarada bilməz.Hiqqs bozonu hesab edilən elementar zərrəcik protonla əlaqəsi olmayan, onun bir hissəsi olmayan, əvvəldən sərf olunmuş enerji ilə dayanmış hərəkətin, yox olmuş sürətin, yüksək sürət ilə hərəkət edən varolma enerjilərinin qarşılıqlı əlaqə formasıdır. Yüksək sürətin və başlanğıc enerjinin varolma enerjiləri. Adi sürətdən fərqli olaraq yüksək sürət özü izsiz yox ola, dayana bilməz. Yüksək sürət ani dayanarsa, iz buraxmalıdır. 
Beşinci- başlıcası LHC –də müşahidə edilən hiqqs bozonu periodik mahiyyətə malik deyil. Yox olduqdan sonra yerində heç nə buraxmır. Zaman ona tam “əridir”. O mövcud ola və “yeni” yarada bilməz. Tanrı zərrəciyi, kütlə verən bu qədər mürəkkəb şərtlər, əlavə güc hesabına əmələ gəlməməlidir. Çünki, o şərtlər və güc, özü elə mövcudluqdur.
Elementar zərrəcikləri toqquşdurmaqla ,materiyanın kütlənin mənbəyini tapmaq mümkün deyil. Kütlə qeyri məhdud, arasıkəsilməyən sahənin dalğa və zərrəcik ( dualizm) xassəli enerjisinin zamanla qarışılıqlı əlaqəsinin mövcudluq formasıdır. Praktiki təcrübələr işıq sürətli məhdud, arasıkəsilən sahələri toplayıb, sıxlaşdırıb arasıkəsilməyən, qeyri məhdud sahələr yaratmaq istiqamətində aparılmalıdır. Və orbitlərin funkusiyasını yerinə yetirə bilən, xüsusi mühit yaradılmalıdır.

AMEA-nın böyük elmi işçisi Qarayev 
Sadıq Qurban oğlu 

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

===========================================================

ZAUR USTAC – MÜTALİƏ NIYƏ VACİBDİR?

                                             BEŞİNCİ  YAZI

                               MÜTALİƏ  NIYƏ  VACİBDİR?

Salam çox dəyərli oxucum, bu yazını“beşikdən qəbrədək oxumaq lazımdır”, “oxumaq, oxumaq  yenə də oxumaq” və s.  çox məşhur olan buna bənzər digər  mütaliəyə, elm öyrənməyə  təşviqedici kəlamların açıqlaması kimi də  qəbuletmək olar. Niyə görə elmdən, kitablardan bircə damla nəsə götürməyi bacarmış şəxslərinhamısı oxumağı, mütaliəni  belə ciddi-cəhdləməsləhət görmüş, təbliğ və təşviq etmiş, hətta bəzi hallarda əmr kimibuyurmuşdur?  Bunun bircə səbəbi var. Necəki, dövrümüzdə kimsə maraqlı, əyləncəli bir yerə səyahət edəndə və ya ucuz və sərfəliyerdə alış-veriş edəndə, yaxşı həkimə rast gələndə və s. bu siyahını ən xırda məişətproblemlərimizi həll etdiyimiz  yerlərin,kəslərin təbliğinə qədər uzatmaq olar. Bu barədə danışmağı, yaxın ətrafındakı dostu-tanışı, doğmaları məlumatlandırmağı,onlara xeyir verməyi, onlar üçün faydalı olmağı özünə borc bilir, oxumağın,mütaliənin təbliği də eyni bu qəbildən olan həyati əhəmiyyətli bir hadisəolduğu üçün, bunun xeyrini, faydasını görmüş hər kəs onun təbliğ və təşviqiniözünə borc bilmişdir. Bəs nədir mütaliənin faydaları? Bu kiçik yazıda mümkün qədəryığcam və sistemli  şəkildə bir neçə kəlmədə mütaliənin, bilgili, məlumatlı olmağın faydası barədə mən danışmaq istəyirəm.Əvvəlcədən qeyd edim ki, çalışacam  ancaqvə ancaq praktik və həyati söhbət olsun. Sizi inandırım ki, bu ən ümdə, çoxvacib məsələdir. Xüsusən də olduqca geniş imkan və resurslara malik müasirdövrümüzdə bu prosesdən kənarda qalmaq sadəcə olmaz! Bunu belə qəbul etmək lazımdır.Bir söz də əlavə etmək istəyirəm çoxumuzun tez-tez işlətdiyi “günahdır” kəlməsini….Bəli, bəli kitab, jurnal, qəzetlərdən əlavə əlimizin əltında internet kimiçoxumuzun bəlkə də təsəvvür belə edə bilməyəcəyi informasiya zənginliyi dövründəoxumamaq, mütaliə etməmək, öyrənməmək, öz həyatını yüngülləşdirməmək sadəcə“günahdır”. Vəssalam! Keçək əsas məsələyə, nə verir mütaliə bizə? Birinci ənümümi cavab, əlbətdə, məlumatlı olmaq ilk növbədə həyatımızı, gündəlik yaşam tərzimiziasanlaşdırır. Sizə deyərdim ki, əhəmiyyətli dərəcədə yüngülləşdirir. Bizi izafixərclərdən qoruyur. Və başqa belə çoxlu həyati misallar gətirmək olar. İndiçalışacam  ki, bu barədə mümmkün qədərsistemli və yığcam danışım. Bir insan ömrünü mütaliə baxımından beş hissəyəasanlıqla ayırmaq olar:

  • Uşaqlıq,
  • Yeniyetməlik,
  • Gənclik,
  • Orta yaş dövrü,
  • Ahıllıq.

Keçək açıqlamalara, uşaq hələ məktəbə getməzdən əvvəl indiki müasir vasitələrin zənginliyindən də istifadə etməklə, sözləri olmasa belə şəkilli kitablarla tanış olması, oynaması onlara baxıb öz-özünə hekayələr uydurması, danışması çox vacibdir. Çünki, o məktəbə gedəndə, artıq ilk kollektivə düşəndə danışmağa nəsə sözü olmalıdır. Sizi inandırım ki, nə qədər laqeyid, dəcəl uşaq olsa da o, oyuncaqlarının içində, stolun üstündə, televizorun, kompüterin, planşetin yanında  hətta döşəmədə belə (qoy olsun onsuz da oyuncaqlar bütün günü əl-ayağa dolaşır) olsa şəkilli kitab görsə, (indi olduqca bahalı pultlu maşınların, helikopterlərin, gəlinciklərin və s. birinin qiymətinə 2-3 dənə yaxşı möhkəm materiallardan hazırlanmış, tez xarab olmayan şəkilli kitablar almaq olar) uşaq götürüb onunla da maraqlanacaq, baxacaq. 3-4 yaşlarında bütün normal uşaqlar (daha inkişaf etmiş, hazırlıqlı uşaqları çıxmaq şərti ilə, onlar artıq oxumağı bacarırlar) şəkilli kitablara baxıb hekayələr uydurmağı, ordakı oğlanın və ya qızın yerində olmağı bacarırlar, istəyirlər, sevirlər. Yetərki, onlara bu abu-havanı yaradıb sərbəstlik verəsən. Bir müddət oynadıqdan sonra isə təbii olaraq uşaq yazmağa və oxumağa can atacaq. Məktəbi gözləmədən uşağın digər tələblərini ödədiyimiz kimi bu təlabatı mütləq qarşılamaq lazımdır. Bunun üçün sadəcə 4-5 ay planlı və məqsədyönlü  şəkildə, məşğul olmaq uşağın bir ömür boyu qarşıda dayanmış əsas problemini kökündən həll etmək lazımdır. İnanın 3-5 yaş arasındakı bütün normal uşaqlara ən şoxu 1 il əziyyət, xərc çəkib sadəcə onu kitablarla, intrnetdəki axtarış sistemləri ilə tanış etməklə, kitablardan istifadə etməyi (yazıb oxumağı), sadə hesablamanı öyrətməklə məktəbə hazır şəkildə göndərsək onun bütün gələcək problemlərini həll etmiş oluruq. Məktəbə ən azı yuxarıda qeyd olunan dərəcədə hazırlıqlı və ondan daha yaxşı qaydada hazırlanmış şəkildə gedən  (kitablardan istifadə etməyi, mütailəni bacaran),  sərbəst çalışmaqda heç bir çətinliyi olmayan uşaq sizi bütün gələcək təhsil boyu izafi xərclərdən, təhsildən  sonra  (maşın almaq, işə düzəltmək, ev almaq, toy etmək kimi) isə daha böyük və vacib külli miqdarda sərfiyyatdan  xilas edəcək. Burada söhbət qismən maiddiyyatdan gedir çünki, bizim mental alaraq öz dəyərlərimiz var. Ancaq, burda əsas məsələ odur ki, bu hazırlıqlı uşaq gələcəkdə özü ya bunları qəbul etmək istəməyəcək, ya da ona ehtiyacı olmayacaq. Birinci sinifə gedəndə tam hazırlıqlı olduğu üçün bütün məsələlər ona asan və adi gəldiyindən  bütün həyatı boyu belə davam edəcək. Bura da böyüyün öhdəçiliyi və vəzifəsi sadəcə nəzarət etməkdən ibarət olacaq. Bura qədər biz sadəcə uşaq vaxtı mütaliənin nə qədər vacib və önəmli olduğundan danışdıq. Bütün ibtidai siniflər boyu və ondan sonra da yeniyetməliyə qədər uşağı nəzarətsiz qoymaq olmaz! Bu dövrdə uşaqlar lüğətlərdən istfadə etməyi mütləq  bacarmalıdırlar. Uşaq vaxtı mütaliə etmək  hamıya vacibdir, gələcəyin ustasına da, müğənnisinə də, aşbazına da, hərbiçisinə də hamıya. Mütaliə nəticəsində uşaq istənilən mühit və kollektiv içərisində tam sərbəst şəkildə, kompleksiz öz yerini tapır, öz kiçik dünyasını qurur, ətrafını formalaşdırır. Məlumatlı uşaq yeni mühitə tez inteqrasiya edir, uyğunlaşır. Belə uşağın dostları çox olur. Bütün kollektivin sevimlisi olur. Bütün bunlar nəyin nəticəsidir? Əlbəttə, mütaliənin, oxumağın, araşdırmağın.

 Yeniyetməliklə uşaqlığın şərhəddinin harda bitib, harda başladığı dəqiq heç kimə məlum olmasa da uşaq böyüdükcə  təbii proseslərin nəticəsində orqanizmdə istər fiziki, istərsə də mənəvi cəhətdən bir çox dəyişikliklər baş verir ki, məlumatlı və məlumatsız yaxud da bu dəyişiklikləri gözləyənlə, gözləməyən uşaq-yeniyetmənin  hərəkətləri, özünü aparması, bu dəyişikliklərə reaksiyası da məntiqi olaraq müxtəlif olur. Elə bil  bilirsən ki, dostun qonaq gələcək hazırlıqlı olursan.  Ya da qəflətən qapı döyülür. Effekt təxminən eynidir. Məlumatlı yeniyetmə qeyri-adi heç nə yoxmuş kimi öz yaşam tərzini mütaliənin hesabına sakit şəkildə davam etdirir.

  Məlumatlı gənc (ancaq və ancaq davamlı mütaliə nəticəsində buna nail olmaq mümkündür) məktəbdən sonra ixtisas seçimində, təhsilin digər pillələrində,  hərbi xidmətdə, ilk iş yerində də demək olar ki, heç bir çətinliklə üzləşmir. Məlumatlı gənclərin ailə həyatı da qat-qat daha uğurlu olur. Onlar kənar müdaxilələr və təbiətin maneçiliyi olmasa. Demək olar ki, seçimlərində çox az-az hallarda yanılırlar. Deyərdim ki, bu şeçim –gələcək ömür-gün yoldaşını seçmək dünyaya yenidən gəlmk qədər əhəmiyyətli bir hadisədir. Bu məqamda səhv etmək, doğuşu qəbul edən mamaçanın səni əlindən yerə salmasına bərabərdir. Bəlkə də daha artıq. Deməli, mütaliə sayəsində gənc bu sınaqdan da mümkün qədər az risklə keçir. Mütaliə sayəsində 25-30 yaş arası hər bir gənc heç bir kömək olmadan öz işini tapmağa və ya qurmağa, özünü maşınla, evlə təmin etməyə qadirdir.

   Mütaliə heç vaxt bitmir. Ailə həyatı, məişət problemləri, qidalanma, yaşam tərzi, istirahət, ixtisas artırma, orta yaşlı hamının gündəlik qayğılarıdır. Mütaliə sayəsində  oxumuş, savadlı, bütün həyatını tam təmin etmiş şəxslər daha sağlam yaşayırlar. Belə şəxslərin ailə büdcəsi daha dayanıqlı, qidaları daha sağlam, istirahətləri daha keyfiyyətli olur. Mütaliə isə bitmir ki, bitmir…. İnsan daim axtarışdadır. O,  fasiləsiz olaraq, oxuyur, axtarır, araşdırır, hər şeyin ən yaxşisini, ən ucuzunu istəyir  və  mütaliə nəticəsində  buna nail olur.

   Mütaliəninbir mənfi cəhəti var ki, onu  daahıllıqda hiss edirsən… Bir vaxt oyanırsan ki, məktəb yoldaşlarından, xidmətdəbir yerdə olduğun dostlardan, tələbə vaxtından əlaqə saxladığın adamlardan demək olar ki, heç kim qalmayıb.Yada salmağa çalışırsan, çoxları qəfil ölümlə (gecə yatıb, səhər oyanmayıblar),qəzada, həbsdə,  müxtlif səbəblərdəndünyaların çoxdan dəyişiblər, ya da heç bir məlumat yoxdur. Sağ qalanlarıbarmaqla sayırsan…. Bu şəxslərin demək olar ki, hamısı səinin həmsöhbətlərin,həmfikirlərin, həmişə kitab alıb-verdiyin, hansısa yeni bir məlumat-xəbər barədəhəmişə mübahisə etiyin  yoldaşlardır….Günlər keçir bir də görürsən daha zəng edən, statuslarına şərh yazandost-tanışdan heç kim qalmayıb….  İstər-istəməz  nə vaxtsa dostlarla mübahisədə dediyin sözdüşür yadına; – “mütaliə orqanizmin kompleks müalicəsi və sağlam həyat deməkdir”-  üzünə qeyri-ixtiyari təbəssüm qonduğunu hiss edirsən….. O vaxt dostlardanbir çoxu bunla razılaşmasa da izahat verəndən sonra ki, mütaliə yeganə vasitədirki, həm ruhun hən də cismin bunla qidalanır, yekəqarın bankirdən başqa hamıbunla razılaşmışdı. Bankirin ki, isə sadəcə kor inad, həm də nankorluqidi.  O, artıq çoxdan unutmuşdu ki, say –hesabını itirdiyi var dövlətini özü ilə qonşudan alib geyərək oxumağa gəldiyinimdaş pencəyin cibində gətirməmişdi…. Ani olaraq onun lap çoxdan olmuş yas mərasimigözünün önünə gəlir, yaziq şəhərin mərkəzində tək qaldığı mənzilində qəflətəndünyasını dəyişmişdi. Ancaq işdə bir-neçə gün görsənməyəndən sonra mənzilindəcansiz tapmışdılar. Yekə adam bir az da şişmişdi, evin qapısından çıxmadı.Zalım oğlu qapını da elə düzəltdirmişdi ki, sökmək  də mümkün olmadı. Həm də baxdılar ki, qapısökülsə də oradan çıxmayacaq. Odur ki, pəncərələri söküb, kranla pəncərədəndüşürdülər…. Təəssüf   hissi ilə başınıbulayıb, düşünürsən yəqin ki, ən çox mütaliə edən elə mən olmuşam…..

15.10.2016. (13:15) Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

===========================================================

ZAUR USTAC – YEDDİNCİ YAZI

RÖVŞƏN  ABDULLAOĞLU  KİMDİR?

Düzü Rövşən müəllimlə şəxsi tanışlığım yoxdur. Ona görə də təbii olaraq bütün bu yazıda  yazdıqlarım onun mənə məlum olan yaradıcılığına əsaslanır. Yəni, oxumuş olduğum kitablarından gəldiyim qənaət və nəticənin məhsuludur.

  Bu  müəlliflə mənim ilk tanışlığım şəhərimizin kitab dükanlarının birindən üzərinə “ARİFLƏRİN İRFANİ MƏQAMLARI” yazılmış kitabı almaqla başladı. “Ariflərin irfani məqamları” kitabı, böyük alim Şeyx Əbu Əli İbn Sinanın məşhur “İŞARAT  VƏ TƏNBİHAT” adlı əsərinin doqquzuncu bölməsinin tərcümə və ona verilən şərhindən ibarətdir. Nəzərinizə çatdırım ki, kitabı tərcümə edən və şərhlərin müəllifi Rövşən Abdullaoğlu idi. Beləcə bizim tanışlığımız başladı. Bu kitabın dili və şərhlər diqqətmi necə cəlb etdisə, heç o kitabı tamam-kamal bitirməmiş yenidən həmin dükana yollandım ki, müəllifin öz kitablarından bəlkə, nəsə tapa bildim. Ancaq, həmin dükanda tapa bilməsəm də satıcıdan öyrəndim ki, bəli, müəllifin öz kitabları da var. Bir, iki, üç növbəti dükanların birində Rövşən Abdullaoğlunun psixoloji kitablar silsiləsindən olan “HƏR BİR İNSAN HÖKMDARDIR” kitabını gördüm və həmən aldım. Kitabı həmin gün oxudum. Burada onu qeyd edim ki, bu hadisələr 2013-cü ilin təxminən yay-payız aylarında baş verib. Düzü kitab qismən mənə indiyə qədər bu mövzuda oxuduğum çoxlu sayda əsasən xarici motivasiya ədəbiyyatına daxil olan nümunələri xatırlatdı.  Bunula belə, kitabda nəsə bir fərqlilik, bəlkə şərqlilik deyərdim, ən əsası doğmalıq, ruhumuza yaxınlıq, bizə aid özünəməxsusluq hiss etdim. Qənatə gəldim ki, bu kitab müəllif haqqında heç nə demədi, sadəcə bir ipucu verdi. Ertəsi gün müəllifin yenə psixologiya və motivasiya kitabları silsiləsindən olan “ARXADAKI  KÖRPÜLƏRİ  YANDIRIN”  kitabını alıb oxudum. Təkrarçılıq etmək istəmirəm, ancaq onu qeyd etməliyəm ki, bu kitab da tam mən istəyəni vermədi.

Yəni bütün motivasiya ədəbiyyat nümunələrində eyni məqsəd, eyni yol (istər xarici, istərsə də bizim müəlliflər) dəyişik sözlər. Sonra müəllifin kitablarını gördükcə, adını eşitdikcə alıb oxuyur, elə bil, nəsə axtarırdım.  Bilirəm ki, axtardığım kitab yazılıb, var, ancaq, mən tapa bilmirəm….

 Bu fikr, əminlik  məndə kitabdan – kitaba hiss etdiyim dəyişiklik, sanki, müəllifin standart, şablon fikirlərdən  sıyrıldığını, özünəməxsus bir metodla təlqinə keçdiyini gördüyümdən, duyduğumdan yaranmışdı.

  Nəhayət, bir gün sosial şəbəkələrdə bir müəllifin yeni bir kitabını gördüm, artıq  tarix 2015 göstərirdi. RÖVŞƏN ABDULLAOĞLU  “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” psixoloji roman – yeni söz, yeni səs…. Kitabı yəqin ki, çoxunuz oxumusuz çünki, bunun özü də tam məntiqidir. Dəyərli oxucum, əgər Siz maraq göstərib, bu kiçik yazını oxuyursuzsa, mütləq haqqında danışdığımız o kitabı da oxumusuz. Yox əgər oxumamısizsa, deməli ya hələ belə bir kitab haqqında eşitməmisiz, ya da vaxtınız  olmayıb.

Çox xırdaçılığa getmədən, adi – orta məlumatlılıq səviyəsində  onu qeyd etmək istəyirəm ki, psixologiya bütün insanları onların mənliyindən irəli gələn hərəkət və davranışlarına görə dörd əsas qrupa bölür. Rövşən Abdullaoğlu bu romanda məhz bu qrupların birinə aid olan insanın elə ümumiləşdirilmiş surətini yaratmışdır ki, bu günə qədər Psixologiya elminin yazdığı, göstərdiyi hamısı artıqlaması ilə bu surətdə cəmlənmişdir. Qəhrəmanın surəti lap körpəlikdən yetkin yaşa qədər gözümüzün qarşısında  bizə göstərmək istədiyi tipindən irəli gələn xassiyyət və xüsusiyyətlərini elə çılpaq, həyatda olduğu kimi göstərir ki, bu barədə sadəcə MÜKKƏMMƏL!!!! – deyib kifayətlənməkdən  başqa yolumuz qalmır. Müəllifin olduqca çox böyük təvəzökarlıqla sadəcə psixoloji roman adlandırdığı bu kitab, birinci növbədə məlumatlı olub, özünü qəhrəmanın aid olduğu tipdən hesab edən hər bir şəxsin stolüstü kitabı, ikinci – indi özünüöyrətmənin geniş yayıldığı bir zamanda  melanxoliyadan əziyyət çəkdiyini zənn edən hər bir pasientin  hər zaman yanında olan psixoloqu, gələcəkdə yaxşı psixoloq olmaq istəyən, bu istiqamətdə təhsil alan hər bir tələbənin mütləq oxumalı, incələməli olduğu (konkret tip üzrə səbəbi, müalicəni və nəticəni özündə ehtiva edən) əlavə dərs vəsaiti kimi çox qiymətli və əvəzolunmazdır. Ən azından  hələlik ortalıqda analoqu yoxdur. Əgər, bu kitabdan sonra Rövşən Abdullaoğlu heç nə yazmasa da “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” – müəllifin sözünü, səsini bizə tam çatdırdı. Rövşən Abdullaoğlu, sadəcə kitab olsun, az-çox pul gəlsin deyə, Cenqo ordan getdi, Manqo burdan gəldi, qızın yerə düşmüş yaylığının parçasını tapıb, ordan onun ətrini alıb, gedib qızın əvəzinə Toplanı tapıb, sonra yenə onu axtaranlar, nə bilim, min cür cəfəngiyat uydurub millətin pulunu yeyib, beynini korlayanlardan deyil. Tam fərqli, özünəməxsus  yolu olan, hərtərəfli məlumatlı (istər dini, istər dünyəvi, həm şərqdən, həm qərbdən)  bir yazardır. Rövşən Abdullaoğlunun kitabları sadəcə vaxt öldürmək, gün keçirmək üçün deyil, əksinə həyatın gözəlliyinə vurulmaq, yeni bir dünya qzanmaq üçün vacib vasitədir.

Müəllifə Uca Yaradandan can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Eyni zamanda daimi oxucu olaraq, ən azından “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” –dan sonra, Ümumi Psixologiyanın göstərdiyi qalan üç tip insanlara da aid üç yeni psixoloji roman gözləyirik. Axı dünya təkcə melanxoliqlərdən ibarət deyil???

17.10.2016. (12:38) Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

SADİQ QARAYEV – FİZİKA, LİRİKA, İDRAK.

Bakı-Şamaxı-Dubna : Günəş, ulduzlar və neytronlara toxuna biləcək məsafə.

Qurani Kərimin “Zumər surəsi”nin 9-cu ayəsində İslam peyğəmbərinə bu cür deyilməsi əmr olunur: “De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?”

Sinoplu Diogen: “Dünyada ən böyük xeyir elm, ən böyük şər nadanlıqdır”.

İsaak Nyuton: “Bilik real və yenilməz qüvvədir. Məhz bilik sərvət və kapitaldır. Böyük Yaradan biliyi seçmə adamlara verir”.

Tarix boyu bütün ağıllı insanlar, o cümlədən görkəmli dövlət xadimləri elmə və alimə böyük qiymət vermişlər

Azərbaycan Milli Elmlər Akedemiyasını “müqəddəs elm ocağı” kimi dəyərləndirən tarixi şəxsiyyət, Ümummilli liderimiz Heydər Əliyev demişdir : “XXI əsrdə yalnız yüksək elmi potensiala və elmi tutumlu texnologiyaya malik ölkələr öz xalqları üçün xoşbəxt və firavan həyat tərzi təmin etmək imkanına malik olacaq”.

Cənab prezident İlham Əliyevin AMEA-nın illik ümumi yığıncaqlarından birində dediyi- “Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır” (25 aprel 20011) fikirlər Böyük Öndərin ideyaları ilə vəhdətdə olub, elmə, mətiqə və zəkaya əsaslanan uğurlu siyasətin bu gün də davam etdiyinin bariz göstəricisidir.

Dövlət siyasətini qlobal geopolitik vəziyyətin dinamikası ilə uzlaşdırmağı bacaran, müasir dövrün nadir ölkə başçılarından olan prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirmək” ideyasının gerçəkləşdirilməsində AMEA-ın müstəsna rolu vardır və olacaqdır.

Son dövürlər, xüsusilə Akademik Akif Əlizadənin Akedemiyaya rəhbərlik etdiyi vaxtdan aparılan elmi tədqiqat işlərinin bir neçə yeni müstəvidə və istiqamətdə inkifışafı zamanın tələbinə uyğundur, elmin inkişafını şərtləndirən mühümm islahatlardır.Məsələn:

Simbioz – yəni bir neçə elmin birləşdiyi, elmi tədqiqatlara üstünlük verilməsi,Elmi tədqiqatların mövzularını Respublikanın iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı üçün zəruri olan bilklər sistemi ilə, eləcə də beynəlxalq aləmdə prioritet elmi araşdırmalar istiqməti ilə uzlaşdırmaq,

Elm və iqdisadiyyatın vəhdətinin yaradılması, elmi naliyyətlərin praktikaya real tətbiqi,

Qlobal iqlim dəyişklərinin mənfi təsirlərini azaltmaq, ekolji tarazlığın və biomüxtəliflyin qorunub saxlanılması Innovasiya texolgiyalarının inkişafı isiqamətində aparılan tədqiqatlara üstünlük verilməsi

Bütün bu yeniliklər elmin kompleks inkişafını şərtləndirəcək, dünya elminin müsair səviyyəsi ilə ayaqlaşmağa imkan verəcəkdir.

Qeyd edildiyi kimi AMEA-da aparılan islahat istiqamətlərindən biri də simbioz elmi tədqiqatlardır. Bu qlobalaşan dünyada elmi-texniki tərəqqinin sürəti ilə ayaqlaşmaq üçün zamanın tələbidir. Çünki, hər hansı bir obyektin və ya hadisələrin həqiqi mahiyyətini üzə çıxarmaq üçün, müxtəlif elmlərin birgə-simbioz tətbiqi zəruridir və müasir elmin aktual məsələlərindən biridir.

Əldə edilən elmi nəticələrin daha aydın, obrazlı formada ifadə edilməsində isə ədəbiyyatın və incəsənətin rolu böyükdür. Fizika və lirika ideyasının əsas mahiyyəti, qarşıya qoyulan başlıca məqsədi aparılan tədqiqatlarda müxtəlif elm sahələrinin birgə tətbiqini genişləndirmək, simbioz elmlərin üzə çıxardığı elmi həqiqətlərin ədəbi və incəsənət müstəvilərində əks olunmasıdır.

Bu ideyanın müəllifi akademik İsa Həbibbəylidir. Doğrudur, fizika və lirika terminin tarixi daha əvvələrə gedir. Xüsusi ilə keçən əsrin ortalarında Avropda və Rusiyada bu termin daha çox işlənmişdir. Lakin, bu zaman fizika və lirika ideyası əsasən iki mahiyyət daşıyırdı: Dəqiq elmlərin yoxsa hümanitar elmlərin daha önəmli olduğunu isbat etmək üçün mübahisələr və fizika ilə ədəbiyyatın oxşar, üst-üstə düşən nöqtələrini tapmaq cəhdləri.
İşığın difraksiyasını, interferensiyasını əsas götürən bir qurup alim onun dalğa, metallardan sərbəst elktronları vurub çıxarmasını (fotoeffekt hadisəsi) isə əsas götürən digər alimlər isə onun zərrəcik olduğunu sübut etmək üçün mübahisə edirdilər.

Dahi alim Nils Bor əlavəlik prinsipi ilə bu mübahisəyə son qoydu: İşıq nə dalğa nə də zərrəcik deyil, üçüncü- əlavə bir şeydir. Digər misal, Mendeleyev elektroliz hadisəsini fiziki-kimyəvi, yəni birgə hadisə olduğunu söyləyib bu proses haqqqındakı ayırıcı mübahisələrə son qoymuşdur.

Eləcə də Akademik İsa Həbibbəyli fizika və lirika ideyası ətarafında gedən ayrıcı mübahisələrə son qoymuş, birləşdirici mahiyyət daşıyan, daha təkmil və məntiqli elementlər əlavə edərək, elmin, ədəbiyyatın və incəsənətın inteqrasiyasına, inkişafına zəmin yardacaq yeni prinsiplər müəyyənləşdirmişdir.

Vətənə, dövlətə qulluq, Azərbycanın elm və təhsilini inkişaf etdirməyi əsas fəaliyyət istiqaməti seçməsi, xarketerindəki iradə, dinamiklik və zəhmətsevərliyi sayəsində akademik İsa Həbibbəyli fizika və lirika ideyasını nəzəriyyədən praktiki müstəviyə keçirməyi bacarmışdır. İsa Həbibbəylinin təşəbbüsü ilə, “Fizika və lirika” konfransları bir ənənə halını aldı.

İlk dəfə 2014-cü ildə Bakı Elm Festivalı çərçivəsində “Fizika və lirika” konfransı keçirildi. İkinci dəfə AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Novruz təqvimi: lirikada və astrofizikada”, üçüncü dəfə AMEA-nın Dendrologiya İnstitutunda, dördüncü dəfə bu il iyulun 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağında “Qoşa qanad: Elmi idrakla bədii yaradıcılığın sintezi” mövzusunda “Fizika və lirika” konfransları keçirildi.

Beşinci Fizika və lirika konfransı artıq beynəlxalq səviyyədə keçirildi. Azərbaycan Milli Elmlər Akademiyasının, MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) birgə təşkilatçılığı ilə “Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları” mövzusunda keçirilən beynəlxalq konfrans noyabrın 16-da Bakıda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında öz işinə başladı. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyi münasibətilə müxtəlif ölkələrdən gəlmiş qonaqların da iştirak etməsi, bu konfransı daha da maraqlı, yaddaqalan və əhəmiyyətli etdi.

Beynəlxalq Fizika və lirika konfransı öz işini 17-18 noyabrda Şamaxı Astrofizika Rəsədxanasında davam etdirdi. Burada 50-yə qədər avropdan, Rusiyadan və digər MDB ölklərindən alimlər iştirak edirdi. Müxtəlif elm sahələrinə aid son dövrlər aparılan tədqiqatlar əsasında məruzələr edildi.

Sevindirici hal idi ki, azərbaycanlı alimlərin məruzələri nəinki həmakarlarının çıxışlarından geri qalmırdı, hətta bəzi hallarda daha üstün məziyyətlərə malik olurdu.

Beynəlxalq Fizika və lirika konfransı öz işini noyabrın 22-23-də Rusiyanın Dubna şəhərində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda davam etdirdi. Konfransı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Alimlər Evində İnstitutun direktoru, akademik V.A.Matveyev açdı və 1956-cı ildən fəaliyyətə başlayan institun fəaliyyətinin əsas istiqamətləri, stüruktur qurluşu, son dövrlər aparılan tədqiqatların mahiyyəti və əldə olunan uğurlar bardə geniş məlumat verdi.

Sonra Azərbaycandan gedən nümayəndə heyətinin rəhbəri Akademik İ.Həbibbəyli “Fizika və lirika” ideyasının mahiyyəti, keçirilən konfransların məqsədi və əhəmiyyəti barəsində çıxış etdi.

Fizika və lirika- elmi idrakla bədii təfəkkürün vəhdəti
Beynəlxalq konfransda iştirak edən AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycanın səlahiyyətli nümayəndəsi, akademik Nazim Məmmədov, Azərbaycanın Rusiyadakı Səfirliyinin əməkdaşı Aqşin Əliyev çıxış edərək tədbirin əhəmiyyəti barədə öz fikirlərini bildirdilər.

Azərbaycandan gedən nümayəndə heyətinin üzvlərindən Hamlet İsaxanlı “Riyaziyyat və poeziya”, Professor Ağacan Əbiyevin “musiqi əsərləri və təsviri sənət, onların insana təsiri”, AMEA-nın müxbir üzvü Tehran Mustafayev “Fizika-lirika problemlərinin ədəbi-nəzəri təhlili”, AYB katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Fizika-lirika və mətbuat”, AMEA-nın Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, b.f.d, dosent., Sahilsiz Təzadlar və Sahibsiz Kölgələr romanlarının müəllifi Sadiq Qarayevin “Biosintez elmlərin nəticələri bədii obrazlarda: Orbitlər və universal mövcudluq nəzəriyyələri”, AMEA-nın Fizika İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru İmaməddin Əmiraslanovun “Kristallar və Türk xalqlarının mifologiyası”, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov “Azərbaycan ədəbiyyatında astronomiya motivləri” mövzularında məruzələrlə çıxış etdilər.
Fizika və lirika- elmi idrakla bədii təfəkkürün vəhdəti

Konfransda Moskvada yaşayan ziyalılar, yazıçı və alimlər də iştirak ediblər. Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin rəhbəri, filologiya elmləri doktoru Abuzər Bağırov, şair, tərcüməçi Sultan Mərzili (Məmmədov) və həkim, şair Afaq Şıxlının çıxışları da maraqla dinlənildi.

Mən bu tədbirlərin iştirakçısı kimi qürur duydum, sevindim və bütün çəkilən əziyyətlərin yekununu çox faydalı olduğu qənaətinə gəldim:

-Bakıda, Şamaxıda və Dubna şəhərində keçirilən konfransda Azərbycanlı alimlərin hər birinin çıxış və məruzləri maraqla qarşılanmaqla yanaşı, yüksək səviyyəsi, elmi nəticələrin dolğunluğu ilə fərqlənirdi. Bu Azərbaycan elminin səviyyəsi idi. Bizi, xüsusi ilə də Fizika və lirika ideyasının müəllifi, akademik İsa Həbibbəylini çox sevindirirdi;
-Dubna şəhərində bizim nümayəndə heyətinə göstərilən yüksək hörmət və qayğı Azərbycan dövlətinin və elminin beynəlxalq aləmdə nüfuz göstəricisi idi;

-Konfransın davam etdiyi müddətdə “Neyton fizikas”, “yüksək enerji” laboratoriyalarında olduq. Bu laboratoriyaları uzun illər idi ki, görmək istəyirdim. Hamımız yaddan çıxmyan təəsüratlar aldıq. Buna görə hörmətli İsa müəllimə xüsusi təşəkkür edirəm. Obrazlı şəkildə desək, O bizim əlimizin neytronlara toxuna biləcək məsafəyə gətirmişdir;
Fizika və lirika- elmi idrakla bədii təfəkkürün vəhdəti
– Azərbycandan gedən nüamyəndə heyətinin üzvlərinin, o cümlədən bütün Fiziki və lirika konfranslarının yükəsək səviyyədə keçirilməsində böyük təşkilatı əməyi olan AMEA Reyəsət Heyətinin elmi katibi, f.ü.f.d Ağahüseyin Şükürov, Ədəbiyyat institunun direktor müavini Rəşad Qasımıvun Dubnada əsil azərbaycançılıq məfkurəsini mənimsəmiş, yüksək mədəniyyətli, intelektual səviyyəli, davranışları və elmi diskusiyaları ilə xalqımız, dövlətimiz haqqında müsbət imic yaratmaları mənə xüsusi zövq verirdi. Bu heyət də akademik İsa Həbibbəylinin uğurlu seçimi idi.

Nəticə: İlk vaxtlar bir çoxunun tam qavramadığı Fizika və lirika ideyasına birləşdirici elementlər qatmaqla akademik İsa Həbibbəyli bu fikiri yeni təkamül müstəvisinə gətirmişdir. İdeya, iradə və zəhmət hesabına keçirilən konfranslar müxtəlif sahələrdə çalışan azərbaycanlı alimlərin birgə tədqiqatlar aparmasına stumul vermiş, bədii və incəsənət əsərlərində elmi təfəkkürün iştirakının zəruriliyini ortaya qoymuş, beynəlxalq elmi əlaqələrin güclənməsinə səbəb olmuş, Azərbaycan elminin səviyyəsinin ölkəmizdən xaricdə nümayiş edilməsində mühümm rol oynamışdır.

Sadıq Qarayev
AMEA Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, b.ü.f.d., dosent, Azərbyacan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının və Türkiyə İLESAM-ın üzvü

BAKI-27.11.2018

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – HESABAT

QƏLƏM   HAQQI  VƏ  YA  MÜRƏKKƏB  PULU

ON  DÖRDÜNCÜ  YAZI

(HESABAT)

Salam, dəyərli oxucum… Uca Yaradana  şükürlər olsun ki, Bizə qarşı çox səxavətlidir və hər dəfə Sizinlə  yeni görüşə gələndə bu şükrü-sənanı qeyd etməyi özümə borc bilirəm. Hər yaşadığımız an üçün şükürlər olsun… Min şükür…  Mətləbə keçməzdən əvvəl onu qeyd edim ki, nə qədər çalışsam da yenə  yazıma bir sözdən ibarət ad seçə bilmədim…  Söz addan düşmüşkən, artıq ad öz-özlüyündə oxucuya söhbətin nədən gedəcəyi barədə ipucu verir. Necə deyərlər əldə qələm 30 – a gəlib çatdıq.

2018 – ci ilin Mayın 24 –də  ilk yazımın  rəsmi şəkildə  mətbu orqanda işıq üzü görməsinin   30  ili tamam olur. 24 May 1988 – ci il  “Əməyə məhəbbət” adlı  məqaləm, Ağdamda nəşr olunan “Lenin yolu” (sonralar “Ağdam”) qəzetinin 62-ci (7194) sayında, 4-cü səhifəsində dərc edilib. (“OTUZ  İLDİR  ƏLDƏ  QƏLƏM”   adlı kitabın üz qabığına çıxarılmış  foto – cild “Ağdam” qəzetinin  Zaur  Ustacın şəxsi arxivində saxlanılan həmin bu nömrəsindən istifadə olunaraq hazırlanmışdır.) Və ilk qələm haqqımı deyim, mürəkkəb pulumu deyim  – qonorar  – aldığım vaxtdan 30 il keçir… Təfsilata  keçmədən sadəcə onu qeyd etməyi özümə borc bilirəm ki, həqiqətən də çox keşməkeşli bir həyat yaşamaq qismət oldu Bizlərə…

Sözüsüzki, yaradıcılığımız  həyatımızın  inkası olduğundan  – “qabda nə var çıxar üzə” (Z.U)- bu anlamda  mən  nəzmi deyil, məhz nəsri nəzərdə tuturam … Yaşadıqlarımız yazdıqlarımıza çox təsir edir. Hətta, yəqin ki, yaşadıqlarımız  yazdıqlarımızı yaradır… Yəni, belə uzun və keşməkeşli bir zamanın müqabilində Biz heç nə yazmamışıq…  Adları  qoyulmuş,  içəriyi də məlum sayı 10 –dan artıq kitab – roman, povest və hekayələr – yazılacağı günü gözləyir… Və gözləyə-gözləyə zənginləşir, dərinləşir, vacibləşir… Yəqin elə buna görədir ki, kəlmələr kağız üzərinə köçməyə tələsmir, hələ bir az da qələmə naz edirlər… Nəsə, yazılmamışları qoyaq bir kənara, keçək yazılmışlara… 30 il əvvəl  bir  məktəbli  məqaləsi ilə başlayan sərgüzəştlərim Uca Yaradanın izni ilə davam etməkdədir və inanıram ki, istədiklərimin hamısını yazıb Sizlərin ixtiyarına verməyə vaxtım olacaq. Bu günə qədər yazdıqlarımdan işıq üzü görən kitablarım aşağıdakılardır:

“GÜNAYDIN” (“AĞÇİÇƏYİM”) Bakı – 2010. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR.: ZU — GAC

“İSTƏMƏZDİM  ŞAİR  OLUM  HƏLƏ  MƏN”  Bakı – 2010. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR: ZU — İSOHM

“GÜLZAR” Bakı – 2011. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var. ) PDF: – ELEKTRON NƏŞR:  ZU — G

“MUM KİMİ YUMŞALANDA” Bakı – 2011. (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR: .ZU — MKY

“MƏHDUD  HƏYATIN  MƏCHUL  DÜŞÜNCƏLƏRİ” Bakı – 2011. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ELEKTRON NƏŞR:ZU — MHMD

“ŞEHÇİÇƏYİM” Bakı -2011. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR: – ZU — SC

“BALÇİÇƏYİM” Bakı – 2012. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var. )  PDF:  – ELEKTRON NƏŞR: ZU — BC

“BƏRZƏXDƏ”  Bakı – 2014. (Bu günə qədər bir  dəfə nəşr olunub) PDF:  – ELEKTRON NƏŞR: ZU — B

“NİŞANGAH” Bakı – 2016. (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR: ZU — N

“ORİYENTİR  ULDUZU” Bkı -2011. (Bu günə qədər  beş dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR:  ZU — OU

“GÜLÜNÜN  ŞEİRLƏRİ” Bakı – 2011. (Bu günə qədər  üç  dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR: ZU — GS

“SEVİN Kİ, SEVİLƏSİZ” Bakı – 2014. (Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.)  PDF:  – ELEKTRON NƏŞR: ZU — SKS

“BAYATILAR” –     بایاتیلار  ” زائـــور اوستاج ” – Bakı -2014. (Bu günə qədər  iki əlifba ilə üç dəfə nəşr olunub və elektron variantı var. Təbrizdə yayımlanıb.) PDF:  – ELEKTRON NƏŞR:   ZU — BAY

“QƏLBİMİN  AÇIQCASI”  Bakı – 2016. (Bu günə qədər  bir   dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR:ZU — QA

“USTADNAMƏ” Bakı – 2016. (Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.) PDF:  – ELEKTRON NƏŞR:  ZU — U(KHK)

“USUBCAN  ƏFSANƏSİ”   (MƏQALƏLƏR)  Bakı – 2017. (Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ƏNƏNƏVİ NƏŞR: ZU — USUB

“ÇƏHRAYI  KİTAB”  Bakı – 2017.  (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.)  PDF: – ƏNƏNƏVİ NƏŞR: ZU — CK

“OTUZ  İLDİR  ƏLDƏ  QƏLƏM”  Bakı – 2018.(Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.) PDF: – ƏNƏNƏVİ  NƏŞR: ZU — OƏQ

 

YANDIRILMIŞ  (LƏĞV OLUNMUŞ) KİTABLAR:

“93 – ün yayı və ya bir qaşıq qatıq”,  Roman,  Bakı – 2011.  (Bərpa olunacaq.)

“2016”, Povest,  Bakı – 2011.  (Bərpa olunacaq.)

 

Yuxarıda  sadalanan  müəllifi olduğum kitablardan əlavə, dostların məsləhət bilib daxil etdikləri bir-neçə antologiya, toplularda da yer almışam ki, onlardan Mənə məlum olanları bunlardır:

“ZİRVƏ”  antologiyası.  Bakı – 2017. (Sona xanıma və Vüsal bəyə təşəkkürlər.)

“RUHUMUZUN TURAN ƏTRİ” “Dədə Qorqud”  kitabxanası seriyasından.  Bakı – 2017. (Balayar müəllimə, Sabir müəllimə, Mehman müəllimə təşəkkürlər.)

“MƏQAM”  Toplu.  Bakı – 2017. (Hacıxanım  Aidaya təşəkkürlər.) PDF: – ƏNƏNƏVİ NƏŞR:HXA – M

ASKEF-in  yayımladığı “KARABAĞD’AN, KERKÜK’DEN  ÇANAKKALE’YE”  (şiir  seçkisi)   antologiyası.  Türkiye– 2017. (Günel xanıma, Sayman Aruz bəyə, Sona xanıma və Savaş Ünal bəyə təşəkkürlər.)

Bu günə qədər ənənəvi qaydada nəşr olunmuş bütün kitablarımın elektron variantları var. Hamı üçün tam pulsuz və təhlükəsiz  əlçatanlığı  təmin  etmək  məqsədi ilə yaradıcılığın 30 iliyi yubley tədbirləri çərçivəsində  təkrar EK nəsrlər olacaq.  Son illər müntəzəm olaraq,  http://yazarlar.az/ ,  http://ustac.az/  , http://zaurustac.tr.gg/saytlarında,  “EV BAZARI” qəzeti (e-qəzet) yomoristik  e-qəzetdə, “MAKLER-VİP” jurnalı (e-jurnal) satirik e-jurnalda,   “MARALLAR”  satirik  bloqda  yazılarımı yayımlayıram. Bunlardan  əlavə   istər http://www.tezadlar.az/  saytı  olsun, istərsə də ənənəvi qaydada “TƏZADLAR” qəzeti  Bizim üçün Ağdamın bir parçasıdır,  “AĞDAM” qədər doğmadır. Onu qeyd etmək istəyirəm ki, istər ənənəvi qaydada qəzet və jurnallarda, istərsə də elektron variantda bütün təkliflərə isti yanaşıram. Heç bir müraciəti cavabsız qoymuram. Eyni zamanda özüm də vacib bildiyim mövzularda yazılarım olanda və şeirlərimi  hər iki qayda ilə mətbu orqanlara göndərirəm və yayımlanıram. Əlbətdə, vacib bildiyim mövzularda…. “YARADANLA  BAŞ-BAŞA”  kitabına  daxil  olan  “QƏLƏM   HAQQI  VƏ  YA  MÜRƏKKƏB  PULU”  (on dördüncü yazı) adlı,  hesabat xarakterli  bu  məqalə “OTUZ  İLDİR  ƏLDƏ  QƏLƏM”  kitabında  və  yubley tədbirləri  çərçivəsində  Elektron Kitab formatında  nəşr olunacaq bütün kitablarda yer alacaq. Ona görə məhz bu yazıda bir məlumatı  da  açıqlamaq  istəyirəm.

Çox düşündüm ki, bu yazılardan, kitablardan başqa nə edə bilərəm… Bilirsiz ki, 2007 – ci ildən  fəaliyyət  göstərən YAZARLAR.AZ – Yazarlar  jurnalının  yaranma  səbəbi, məqsədi, uşaq və gənclərə dəstək olmaq, ümumiyyətlə yaşından asılı olmayaraq  yayımlanmaq problemi olan hər kəsə yardım etmək olub. Odur ki, yenə həmin ampuladan çıxış edərək,  yaradıcılığın 30 illik yubleyi münasibəti ilə “USTAC”  Milli   Mükafatını  təsis  etdim.  Mükafat   diplomdan, nağd puldan  və laureatın  YAZARLAR.AZ–da yayımlanmış yazılarından ibarət,  “Yazarlar” jurnalının xüsusi buraxılışı şəklində, 100 ədəd tirajla – pulsuz, kitabının  nəşr olunmasından  ibarətdir.  Pul mükafatının məbləği bütün dövrlərdə  stabil və inflyasiyaya  davamlı olması üçün təqdim olunacağı ildə qüvvədə olan Azərbaycan Respublikası Müharibə Veteranın bir aylıq tam müavinəti  həcmində  nəzərdə  tutulur. Pul mükafatı bir  dəfə, tam  həcimdə  ödənilir  və  qanunamüvafiq  olaraq  bəxşiş – bağışlama,  hədiyyə  etmə  əsasında  olduğuna görə  vergidən  azaddır.

Mükafat ildə bir dəfə, yalnız  bir  nəfərə  28  May  Respublika  Günü  ərəfəsində – əvvəl, sonuncu Bazar günü – 2019 – cu ildən başlayaraq təqdim olunacaq. Kitab isə növbəti ilin təltifinə  qdər çap olunub, laureata  təhvil veriləcək.  Mükafat barədə ətraflı məlumat YAZARLAR.AZ da elan olunacaq.

Bu arada “AZAD  QƏLƏM”,  “HAQQIN  SƏDASI”, “ƏDƏBİYYAT” , “TƏZADLAR” qəzetlərinin, “YURD”, “ULDUZ”, “AZƏRBAYCAN”,  “KİRPİ”,  “MOLLA NƏSRƏDDİN   XXl   ƏSRDƏ”,  jurnallarının,  eləcə də

http://azpress.az/ , http://senet.az/  , http://zaman24.net/

http://www.yazar.in/ , http://take.az/ , http://siirvideo.com/https://10yazar.wordpress.com/ ,  https://yazyarat.com/ ,

http://www.tehsilproblemleri.com/http://ayb.az/

http://azeri.press/ ,  http://www.tezadlar.az/ ,

saytlarının bütün işçi heyyətlərinə  və  rəhbərbərlərinə,  ölkəmizdə  elektron  kitabçılığın və  kitabxanaçılığın əsasını qoymuş, günümüzdə olduqca zəngin, böyük  həcmli e-kitab bazasına malik http://www.kitabxana.net/ saytının qurucusu, bir çox vacib ictimai işlərdə daim öndə  fəallığı ilə seçilən,  gənclərə həmişə dəstək olan  Aydın Xan müəllimə  xüsusi  təşəkkürlər… Var olasız, Dostlar  və əlbətdə,  Bizim tanımadığımız  digər   Qəhrəmanlar … Kim cəhaləti ortadan qaldırmaq üçün bir kəlmə deyirsə, yazırsa çox xoşbəxt adamdır… Bu əməlin qəlbə verdiyi fərahlıq hissini ikinci bir iş bəxş edə bilməz…. Uğurlarımız bol olsun…  Amin… (Amen…)

Düzü, bilmirəm nəsə  unutdum ya yox…  Ancaq,  yazımı yekunlaşdırmaq istəyirəm.

Sağ olun! Var olun! Hamınıza xoş və əyləncəli günlər arzu edirəm! Arada kitab oxumağı da unutmayın!!!! “Mütailə orqanizmin kompleks müalicəsi, sağlam həyat deməkdir….” (Z.U)

 

Qeyd:

“Mütailə” edərkən mütalibinizi düzgün seçin… Hörmətlə: Zaur Ustac

02.04.2018. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

 

“TOR” – YENİ KİTAB

 

 

   BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

                                VƏ YA

     TƏRANƏ MƏMMƏDİN “TOR” – U

                      ON ALTINCI YAZI

 

Salam olsun, dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu. Sözün həqiqi mənasında nə xoş halımıza…

Öncə onu qeyd etmək istəyirəm ki, bu yazını sayca on beşinci olan “Yazarlar və yazılar” məqaləsinin əlavəsi və ya tamamlayıcı bir hissəsi kimi də qəbul etmək olar. Həmin yazıda ümumi şəkildə və daha qlobal səpkidə romançılıqdan söhbət getdiyindən oxucunun fikrini dolaşdırmamaq məqsədi ilə bu yolu seçdim. Onu da əlavə edim ki, bundan bir sonrakı, yəni “Hərb mövzulu yazılar” adlı on yeddinci yazı ilə bu məsələ tamamlanır. Ümumiyyətlə, bu yazılar nədən yaranır? Yazmaq bir ehtiyacdır, vəssalam. Mühit, məqam və ya hər hansı bir an yazını sifariş edir və yazar da acizanə şəkildə qələmi əlinə götürüb yazmağa başlayır. Tam səmimi olaraq bildirmək istəyirəm ki, belə bir mövzuda yazı yazmaq istəyi hələ ötən əsrin 90-cı illərindən rəhmətlik Ziya Bünyadovun, tanınmış yazarlarımız Elçinin, Anarın yazdığı əsərlərlə tanış olduğum vaxtlardan yaranamışdı. Çox sonralar İlahinin qisməti Əhmədbəy Ağaoğlu haqqında Ülviyyə Hüseynlinin mükəmməl bir yazısı ilə tanış oldum və bu fikrim bir az da qüvvətləndi. Hamımızın yaxşı tanıdığı Elxan Elatlının şeir kitabı düşdü əlimə (şəxsi kitabxanamda Elxan Elatlının üç şeir kitabı var), oxudum valeh oldum. Eyni zamanda, artıq nə vaxtsa belə bir yazını mütləq yazacağımı özüm üçün dəqiqləşdirdim. Texniki istiqamətdə təhsil almış daha iki tanınmış şairimizin adını çəkməklə bu sözə qüvvət məsələsini yekunlaşdırmaq istəyirəm. Onlardan biri dəyərli şairimiz Abdulla Cəfər, digəri isə doğum günü də bu günlərə təsadüf edən milyonların sevimlisi, nəğməkar şair Vahid Əzizdir. 23 noyabr Vahid müəllimin ad günüdür, bu gün münasibəti ilə sevimli şairimizi təbrik edir, Uca Yaradandan ona uzun ömür, cansağlığı arzu edirik. Var olun, yazın, yaradın, dəyərli insan…

Nəhayət, Təranə Məmmədin “Tor” kitabı, bu kitabdakı eyni adlı povesti və digər fərqli problemlərdən bəhs edən oxşar motivli hekayələri ilə tanış olduqdan sonra yazı yarandı. Sual ola bilər ki, yuxarıda sadalanan müxtəlif tanınmış və o qədər də tanınmayan imzaların söhbətə nə dəxli… Bu kiçik yazıda iki məsələ; mükəmməl (standat və ya standarta yaxın) nümunələr və ədəbiyyatçı olmayan yazarların yaradıcılığındakı fərqli məqamlar üzərindən fikir yürüdərək “Tor” haqqında söhbət açacaq, bir kitaba yüklənmiş min fikrin mində birinə aydınlıq gətirməyə çalışacağıq. Yuxarıda sadaladığım əsaslarla, müasirlərimiz olan, özlərini ədəbiyyat sahəsində görən, görmək istəyən gənclərə faydası ola bilər – düşüncəsi ilə bu sətirləri qələmə alıram.

“Yazarlar və yazılar” yazısındakı fikri davam və inkişaf etdirərək bildirmək istəyirəm ki, insan hansı sahədə çalışırsa çalışsın (müəllim, həkim, mühəndis və s.), təbiətin, yaranışın, həyatın bir parçası olduğunu unutmamalıdır. Yaratdıqları ətrafa zərər vermədən onun özünə, inkişafına, rifahına xidmət etməlidir. Konkret yazarların, ədəbiyyatın probleminə gəlincə, yazar adı yaradıcılıq olan işlə elə məşğul olmalıdır ki, sözün əsl mənasında izi qalsın. Öz izi. Başqasının etdiyinin surətini çıxartmasın, özü nəsə yaratsın… Yəni, yazılan yazı zaman ötdükdən sonra dəyərini itirməsin, əksinə, dəyər qazansın, daha da əhəmiyyətli olsun. Nəzərinizə çatdırmaq istəyirəm ki, müəllifin kimliyindən asılı olmayaraq qələmdən çıxan yazı artıq özü-özlüyündə müəyyən bir ədəbi hadisədir. Bu o deməkdir ki, indi yazılanları yüz il sonra oxuyanlar bizim indiki həyat tərzimizdən, başımıza gələnlərdən az-çox səhih məlumatlar ala bilsinlər. Bugünkü yazı o informasiyanı daşımırsa, onun bir adı var – cəfəngiyyat… Məni bağışlayın, ədəbiyyatdan çox uzaq cəfəngiyyat… “Yazarlar və yazılar” yazısındakı fikrimi bir daha qabardaraq, altını cızaraq, vurğulamaq istəyirəm ki, insanlığa, onun ikişaf tarixinə xidmət etməyən istənilən yazılı nümunə müəllifinin kimliyindən asılı olmayaraq sadəcə kağız yığınıdır, vəssalam. Bu işdə deyərdim ki, ixtisaca filoloq olmayanların bəxti daha çox gətirib. Bu, əslində təbii və məntiqi nəticədir. Çünki onlar ədəbiyyatçı olmadığına, qayda-qanunlara o qədər də dərindən bələd olmadıqlarına görə yaratdıqları istər-istəməz orijinal, özünəməxsus alınır. Filoloji təhsil alanların məntiqi olaraq quruluş-struktur baxımından demək olar ki, həmən-həmən bir-birlərini təkrarlamasının əksinə olaraq, dəqiq elimlər sahəsində təhsil alanlar və ya hansısa yüksək dəqiqlik tələb edən sahədə çalışanların yaratdığı yaradıcılıq nümunələri sistemliliyi, yığcamlılığı, əhatəliliyi, tamlığı, bitkinliyi və özünəməxsusluğu ilə seçilir. Bu qeydlər heç də bütün ədəbiyyatçı yazarların yaratıqlarına aid deyil, nisbi və ümumi xarakter daşıyır. Belə geniş bir girişdən sonra həyatda olan bütün mövcudatın nisbiliyini də nəzərə alaraq yazının məqsədini açıqlamaq istəyirəm. Xüsusi ilə sözüm əlində qələm olanlara aiddir. Bu məsələ məni həmişə narahat edir və şeirlərdə də ara-sıra, yeri gəldikcə toxunuram.

Məsələn, “Söz müqəddəsdir”, “Vurğuna”, “Olub” şeirləri ünvanlı şəkildə, sırf bu məqsədlə qələmə alınmışdır. Yazımızın məqsədi Təranə Məmməd və onun yazmış oduğu “Tor” kitabı timsalında belə bir nümunənin olduğunu xatırlatmaqdır. Bu təqdimat özü-özlüyündə əgər heç bir təsir və mənafe olmasa, müasir dövrümüzdə də həcmindən asılı olmayaraq mükəmməl sənət əsəri yaratmağın mümkünlüyünü ortaya qoyur və varlığını nəzərimizə çatdırır. Haqlı sual oluna bilər, niyə Təranə Məmməd? Nə üçün “Tor”? Cavabı isə hələ girişdə sadaladığım məqamlar və məlumatın son dərəcə yeni – çağdaş olmasıdır. Ən yeni nümunə üzərindən yazarlarımızın yazılarına bir baxış deyək adına…

Qəhrəmanımızın nümunəsinə keçməzdən əvvəl söhbətimizin daha anlaşıqlı olması, yəni mənim qeydlərimin əsası və sizin mətləbə daha yaxın olmanızı təmin edəcəyinə inandığım üçün kiçicik bir ümumi məlumatlandırmaya ehtiyac duydum.

Beləliklə, tanınmış yazar Təranə Məmməd haqqında QISA ARAYIŞ:

Təranə Məmməd (Əliyeva Təranə Məmməd qızı) 1 iyun 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. “Payızda bahar”, “Gözlərdən öpüb ayrılın”, “Etiraf, Priznanie” adlı şeir və nəsr kitablarının müəllifidir. Haqqında söz etdirən “Tor” kitabı müəllifin sayca dördüncü kitabıdır.

Müəllifin sayca dördüncü kitabı olan “Tor”a biz də məhz dörd tərəfdən yaxınlaşıb, fikrimizi dörd baxş bucağından gördüyümüz, dörd aspektdən əsaslandırmağa çalışacağıq. Həmin dörd meyar aşağıdakılardan ibarətdir:

– Kitabın dili,

– Struktur – quru luşu,

– Mövzu aktuallığı,

– Əhatəliliyi.

Yazının dili bütün dövürlərdə aktual problem olsa da, xüsusi ilə son zamanlar qloballaşma adı altında baş verənlər və eləcə də dövlət başçısı səviyyəsində ana dilimizə olan qayğının fonunda bir daha xüsusi əhəmiyyət kəsb edən qabarıq məsələ kimi ortaya çıxır. Bu məsələdə Təranə xanımın yazdıqları nümunə göstərə bilinəcək səviyyədə tam, bitkin əsərlərdir. Təranə Məmmədin əsərlərinin dilindən yazarkən, nədənsə, qeyri-iradi azyaşlı oğluna siqareti tərgitmək üçün onu əvvəlcədən müxtəlif bahalı siqaretlər alıb dolduraraq hazırladığı otağa həbs edib, – “di, nə qədər çəkirsən, çək” – deyən atanın misalı yadıma düşür. Təranə xanım dörd fərqli dildə eyni səviyyədə yaradıcılıq imkanlarına malik olmasına baxmayaraq, onun bir dildə, yazdığı digərinə qarışmır. Yazılarının dili ümumi qəbul olunmuş formada, məsələn, bütün dövürlərin dahi yazarı ünvanının tək daşıyıcısı L.Tolstoyun başqa dillərdəki frazalara əsərlərində yer ayırdığı şəkildə istifadə etməsini nəzərə almasaq, olduqca təmiz, səlis və aydındır.

Əsərlərin quruluşu, olduqca yığcam, sanki, gözəgörünməz bir struktur sxem üzərinə yığılmış ayrı-ayrı, biri digərinə vəhdət üçün mütləq möhtac olan pazl hissəcikləri toplusu kimidir. Qısa və konkretdir. Bu baxımdan, kitabdakı hekayələr hər biri özü-özlüyündə bir povestin, povest isə əslində həcmli bir romanın yüklülüyünü daşıyır. Təranə xanım adi görünən bir məişət problemi üzərinə qurulmuş təhkiyəni ani bir xatırlama və ya sualla illər öncə baş vermiş əhəmiyyətli hadisənin üzərinə yönəldib, bu mühüm məsələ barəsində bir-iki cümlə ilə oxucuya elə müfəssəl məlumat yüklü informasıya ötürür ki, bu sadəcə qibtə ediləcək hal, onun illərin gərgin əməyinə söykənən, hər ötən saniyənin olduqca qiymətli olduğu, sözün anında fiksasiya etmək bacarığının mühüm olub, həyati əhəmiyyət kəsb etdiyi fəaliyyətindən, iş təcrübəsindən qaynaqlanır. Uzun illər əmək fəaliyyəti nəticəsində qazandığı sistemlilik, yığcamlılıq, dəqiqlik, bütövlük kimi xarakter xüsusiyyətləri hər sözdən, hər cümlədən, hər bir fikirdən boylanır və görünür.

Yazdıqlarının demək olar ki, hamısı həmən-həmən aktual mövzuları əhatə edir. Söhbətin, hekayətin zaman və məkan olaraq hardan başlayıb, harada bitməsindən, məzmunundan asılı olmayaraq hal-hazırda bir vətəndaş kimi hər birimizi narahat edən Qarabağ problemi, qaçqın və köçkünlərimizin vəziyyəti, Xocalı faciəsi, Aprel döyüşləri, gənclərin və gənc ailələrin problemləri, ölkəmizdə baş verən dəyişikliklər, fasiləsiz inkişaf, quruculuq işləri və başqa digər mühüm əhəmiyyətli hadisələr onun yazdıqlarının əsasını, canını, ruhunu, şah damarını təşkil edir.
Elə yuxarıda sadaladıqlarımız keyfiyyətlər Təranə Məmməd yaradıcılığının zənginliyini, rəngarəngliyini, əhəmiyyətini gözlər önünə sərməyə kifayət edir. Ancaq bunlar hələ hamısı deyil… Həcmindən asılı olmayaraq, Təranə xanımın yazdıqları əhatəliliyi baxımından da çox seçilir. Hər bir bədii səhnənin təsviri, obrazın canlandırılması zamanı xüsusi bir musiqi duyumu, rəssam peşəkarlığı sezilir onun yaratdıqlarında… Özünəməxsus, orijinal bir təhkiyyə üslubuna malik olan Təranə Məmməd, məsələn, adi bir uşaq bağçasındakı tərbiyəçi ilə uşağın arasındakı dialoq zamanı ölkəmizin tarixində baş vermiş istənilən məsələni çox asanlıqla ortaya çıxarıb, əhatəli şəkildə oxucusuna təqdim etməyi bacarır və hekayət bitdikdən sonra oxucuda heç bir cavabsız sual, yarımçıq məsələ qalmır. Təranə xanımın yaratdığı obrazların prototipləri Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizdən tutmuş, hal-hazırda bizimlə birlikdə gündəlik yaşam mücadiləsi verən müxtəlif zümrələrə aid uşaqlar, yeniyetmələr, gənclər, yaşlılar, xəyalları yarım qalmış övladlar, dünyaları yıxılmış valideynlər, tələbələr, fəhlələr, iş adamları, qazilərimiz, torpaq-yurd həsrəti ilə yaşayan qaçqın-köçkünlərimiz kimi müasirlərimizdir.

“Yazarlar və yazılar” məqaləsindəki yazarların bütün dövrlərdə aktual olan iki sevimli mövzusu var, – “müharibə və məhəbbət” fikrinə qayıdaraq qeyd etmək istəyirəm ki, Təranə Məmməd bu iki mövzunu çox ustalıqla birləşdirib, söz israfçılığına yol vermədən hər güllənin həyati əhəmiyyət kəsb etdiyi xüsusi əməliyyatda olan kəşfiyyatçı əsgər dəqiqliyi ilə bütün məsələlərin öhdəsindən böyük məharətlə gələrək, misilsiz, xüsusi ilə gələcək nəsillər üçün, eyni zamanda müasirlərimiz olub, ancaq dünyadan xəbərsiz yaşayanlar üçün gözəl nümunələr yaradır. Bizə qalan onları əldə edib oxumaqdır.

Sonda bir haşiyəyə çıxmaq istəyirəm. Bu fikri sizə çatdırmazdan əvvəl yenə də bütün mövcudatın nisbiliyi məsələsini unutmadığımı və bunu xatırlayaraq, “Yazarlar və yazılar” məqaləsindəki fikirlərimin davamı olaraq, bildirmək istəyirəm ki, necə ki, müasir romançılar üçün müəllifi mübahisəli olsa da, əsl Azərbaycan Ədəbiyyatı incisi hesab etdiyim “Əli və Nino” bütün meyarlara cavab verən roman standartı ola bilər, eləcə də Təranə Məmmədin “Tor” povesti bu janrda özünü sınamaq istəyənlər üçün nümunə sayıla biləcək bir əsərdir. Daha bir misalla söhbətimi yekunlaşdırmaq istəyirəm, bu gün 20-25 yaşı olan gənclər çox hörmətli yazarımız Anar müəllimin “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Dantenin yubileyi” (bu əsərləri ona görə misal çəkirəm ki, əminəm, bu yazını oxuyanlar mütləq o əsərlərlə də tanışdır…) və digər ötən əsrin ortalarında, sonlarına doğru, yaratığı mükəmməl nümunələr vasitəsi ilə həmin dövrün olduqca müxtəlif, demək olar ki, həmin dövr cəmiyyətini təşkil edən bütün zümrələrin nümayəndələrini sosial və mədəni cəhətdən tanıyır, insanların düşüncə və həyat tərzin, yaşam səviyyəsin, öyrənir, ümumilikdə hadisələrin cərəyan etdiyi zaman kəsiyi və məkan haqqında vacib məlumatlar əldə edirsə, gələcək nəsillər də Təranə Məmmədin yazdıqları əsasında bizim indi yaşadıqlarımız barəsində mühüm olan informasiyaları əldə edə biləcəklər. Yazar üçün bundan böyük xoşbəxtlik, səadət ola bilərmi? Bütün yuxarıda sadaladıqlarıma istinadən bəyan edirəm ki, hər bir qələm sahibinin ümdə vəzifəsi, həyatda var olma səbəbi, onun heç bir sapmaya yol vermədən yerinə yetirməli olduğu missiya, məhz elə bundan ibarətdir. Təranə xanım bu vəzifənin öhdəsindən layiqincə gələn yazarlarımızdan biridir. Bu münasibətlə onu təbrik edir yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Xeyirli-uğurlu olsun, Təranə xanım. Yolunuz açıq olsun…

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasız. Uğurlarınız bol olsun.

21.11.2018 – Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar