ELNUR QƏRARİ

Elnur QərarİDƏN BİR ŞEİR

Arzularım

Yaşlandıqca uşaqlaşır,
Mənim kövrək arzularım.
Gündən-günə coşub-daşır,
Bir ümmantək arzularım,

Çəkilməyən naz payımdır,
Gül ətirli yaz payımdır, 
Oğul payım, qız payımdır,
Çiçək-çiçək arzularım.

Bir ömrə, bir cana sığmaz,
Var olan imkana sığmaz,
Nağıla, dastana sığmaz,
Yalan-gerçək arzularım.

Yurdu viran, mülkü talan,
Uşaqlığı yarım qalan,
Qarabağda əsir olan, 
Gözəl-göyçək arzularım.

Müəllif:ELNUR QƏRARİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELNUR QƏRARİ

Sevincdən kədərəcən…

Dilim vətən sayıqlar,
Hər gecə səhərəcən.
Fəryadımdan qan ağlar, 
Tanrı göydən yerəcən…

Ahım dağlardan aşar,
Qarabağı dolaşar, 
Xan araza qarışar,
Yetişər Xəzərəcən.

Könlümə Vətən düşər,
Dərdim ömrə tən düşər,
Gözlərimə çən düşər,
Sevincdən kədərəcən.

Belə qara gün olmur,
Səadət mənim olmur, 
Yuxularım çin olmur, 
Bakıdan “Qərər”əcən…

Müəllif: ELNUR QƏRARİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Elnur Qərari Nardaranda oxucularla görüşdü.

Bu gün – 23.05.2019-cu il tarixdə Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Nardaran Mədəniyyət Mərkəzində tanınmış gənc şair ELNUR QƏRARİ-nin oxucularla görüşü baş tutub.

Olduqca maraqlı keçən tədbir barədə şair qısa olaraq belə bir açıqlama verib: – “Başda əziz dostum Nardaran mədəniyyət mərkəzinin rəhbəri Asif Qurbanov olmaqla tədbirin təşkilatçılarına və mənə dəstək olan dəyərli dostlarıma dərin təşəkkürlərimi bildirirəm!”

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru