Ertuğrul KALAFAT

Eldar İsmayIl BöyüktürK TƏQDİM EDİR:  

TÜRK ƏDƏBİYYATINDAN NÜMUNƏLƏRErtuğrul KALAFAT

Tarixən Anadolu türkcəsində yazılan şeirlər Azərbaycan türkcəsi
ilə eyni səviyyədə səslənmişdir. Bu gün də elədir. Xalq ruhuna doğma olan poeziyamız işığını türk günəşindən alır, şair -yazar ERTUĞRUL KALAFATIN poeziyası kimi.
Ertuğrul bəyin poeziyası ilə Azərbaycan oxucuları qismən də olsa artıq tanışdılar. Bu imza həm də Azərbaycan oxucularına “Yeniçağ” qəzetinin əməkdaşı kimi də doğmadır.
Bu igid şair, jurnalist (qəzeteçi) eloğlumuz RAHİM CAVADBƏYLİNİN azadlığı uğrunda çarpışan
namus və şərəf sahibidir. Ertuğrul bəyin və milli ruhlu türk oğullarının cəsarəti sayəsində Rahim bəy bu gün İrFan rejiminin irtica qərarlarından kənardır.
Ertuğrul bəy Afyonkarahisarda (1965) doğulmuş, Anadolu Universitetini bitirmişdir. Hazırda İstanbulda yaşayır. İki şeirini oxuculara təqdim edirəm.

MƏN DEYƏMMƏZSƏN

Bu necə bir sevinc, necə çalımın*
Nəyə dəyər qızıl olsa hər yanın?
Bir nəfəs alımı gedər bu canın,
Vallahı bir daha MƏN deyəmməzsən!

Nə sağlıqı qalar. Nə də fiyakan,
Kİm bu azğın deyə qızır hər baxan…
Sanma bir araya gəlir hər “yanan”,
Vallahı bir daha MƏN deyəmməzsən!

Paran, pulun, malın- mülkün nə fayda?
Əndazədən çıxmış artıq bu qayda…
Bir dad görəmməzsən içdiyin çayda,
Vallahı bir daha MƏN deyəmməzsən!

Dost desəm sən arxana dönərsən,
Canan desəm, bir köz olub sönərsən…
Ruhun xarab, hər yanlışa sinərsən,
Vallahı bir daha MƏN deyəmməzsən!

Mənliyin yandırır, həm yıxır səni,
Bir məchul girdaba tıxıyır səni.
Heç hökmüm yox, unut sən məni,
Vallahı bir daha MƏN deyəmməzsən!


“Çalım”- iddia.

<<<< Ertuğrul KALAFAT >>>

ÜRƏK YANĞIN

Sönərmi su ilə bu ürək yanğın?
Dənizlər, ümmanlar çarə olammaz.
Fikirin son dəmi sıxsa da canı
Aşiqin ürəyi yardan doyammaz.

Yusifi Züleyxa yandırar –yaxar,
Sel kimi ürəyə axdıqca axar…
Hurilər qısqanıb bu eşqə baxar,
Ürəyin bal tökən gülü solammaz.

Fərhada dağları dəldirən Şirin,
Əslini qul etdi dərdi Kərəmin…
Yalnız adı qalır ürək sevənin,
Daşlaşan ürəyi artıq durammaz.

Bir vida eləməz, xoşcaqal deməz,
Aşiqin ömrü boyu üzü güləmməz…
Ölmək istəsə də inan öləmməz,
Başına düşəcək daşı bulammaz!

Müəllif: Ertuğrul KALAFAT


Hazırladı: ELDAR İSMAYIL BÖYÜKTÜRK 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ertuğrul KALAFAT

TÜRKİYƏ ƏDƏBİYYATI NÜMAYƏNDƏLƏRİ

Ertuğrul KALAFAT

Qardaş Türkiyənin tanınmış şair və yazarları ilə tanışlığa ehtiyac var. Azərbaycan oxucuları klassik türk şair və yazarları ilə birlikdə çağdaş ədəbiyyatın nümayəndələrini də tanımalıdılar. Anadolu və Azərbaycan türklərinin şeir dili çox yaxın, anlamlı və vəzn etibarı ilə eynidir. Mən vaxt aşırı Türkiyədə yaşayan şair qardaş və bacılarımızın şeirlərini Azərbaycan oxucusuna təqdim etmək fikrindəyəm. Bu təqdimatda İstanbulda yaşayan, “Yeniçağ” qəzetinin əməkdaşı, dəyərli yazılar müəllifi, tanınmış şair Ertuğrul Kalafatın yeni yazdığı “Naz etmə” şeiri ilə möhtərəm oxucuların qonağıyam.

NAZ ETMƏ..

Oxum çıxtı artık yaydan,
Bir xətır gör dəmli çaydan…
Ulduz busə istər Aydan,
Gəl naz etmə, sev sən məni….

Ürək sənə dündən razı, 
Gül üzümə bəzi, bəzi… 
Eşqin nağılı bu yazı,
Gəl naz etmə, sev sən məni…

Məndə bitməz bu duyğular,
Yol keçəmməz fırtınalar…
Hirsin burax dəli çaylar,
Gəl naz etmə, sev sən məni …

Ay üzünə baxır, baxır,
Nəzər üçün ponçak taxır…
Sonra sənə könül yaxır,
Gəl naz etmə, sev sən məni…

Uzaq olsan nə fərq edər,
Könül onsuz da dərbədər…
Sevdiyini kim tərk edər?
Gəl naz etmə, sev sən məni…

Müəllif: Ertuğrul Kalafat

Təqdim etdi: ELDAR İSMAYIL BÖYÜKTÜRK

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru