Gülşən Mustafa

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 31 Oktyabr 1972 ) gözəl insan, peşəkar müəllim, sevimli şair Gülşən Mustafanın doğum günüdür. Ad gününüz mübarək, Gülşən xanım!!! Sizə uzun ömür, can sağlığı və bütün işlərinizdə uğurlar arzu edirik!!! Uğurlarınız bololsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GÜLŞƏN MUSTAFA

gülşən mustafa “üç yarpaq” -da

HƏSRƏTİN ÖZÜNDƏN ETİBARLIDIR

Tutdun ələrimdən, basdın köksünə,
Sözlərin ilişib dilində qaldı.
Bu nə möcüzəydi ayrıldıq yenə,
Elə bil əllərim əlində qaldı.

Sonra hara getdim yolumda bitdin,
Sonra da kölgəmi əvəz eylədin,
Bilmirəm sən mənə yaxşılıq etdin,
Ya suçum var idi, qərəz eylədin.?

Bir azdan heç nəyə etmədin xətir,
Kim sənin könlünə biveclik saçıb?
Canım, əllərimdən doydunmu, nədir,
Ya əlim dözməyib əlindən qaçıb.

İndi sənsizliyim acı dad dadır,
Acı nisgilin də yaxa buraxmır.
Həsrətin özündən etibarlıdır,
O məni sənin tək tənha buraxmır.

= = = =

AYNABƏNDLƏR

Bu köhnə evlərin , aynabədlərin, 
Aynası nələrə gör şahid olub. 
Duysa da hışqırıq , haray , səslərin, 
Saxlayıb içində, ürəyi dolub.

Buxara bürünüb mürgü vuranda,
Balaca bir barmaq şəkillər çəkib.
Dözübdür küləkdə, yeldə, boranda,
Gah sevinc keçirib, gah qəhər çəkib.

Evin bir sirrini verməyib ələ,
Olmayıb beşiyi şeytan şərinin.
Nazlı bir gəlinin əlləri ilə, 
Silinib göz yaşı şüşələrinin.

Küçədə əsəndə soyuq küləklər,
Evin istisini saxlayıb hər an. 
Aranı qatanda zalım fələklər,
Onda eşq, məhəbbət salıbdır liman.

İşə bax, baş əyib kiçilməyibdi,
Məbədi olubdur zəhmətin, tərin.
Mərd, mətin insandan seçilməyibdi,
Xisləti, əməli aynabəndlərin.

= = = =

BİZİMLƏ “QAÇDI-TUTDU” OYNADI İLLƏR

Toppuş əllərimlə yumdum gözümü,
Gizləndin tapmadım, qaçdım tutmadın.
Mənim uduzduğum bu oyunlarda
Deyəsən heç zaman sən də udmadın.

İllər qaçdı bizdən “məni tut”-deyə,
İz bulub, yönünü tapan olmadı.
Yaxşı gizlənmişdik xəyalımızda,
Gəzdik xəyal kimi, tutan olmadı.

Sənin tellərini aparan yellər,
Mənim hörüyümə ağ iz salıbdı.
Küsmüş arzulara bükülmüş xəyal,
Bir də küc-bucaqda həsrət qalıbdı.

Müəllif: GÜLŞƏN MUSTAFA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru