HACIXANIM AİDAYA

Xeyirxah sərvəti alqışla yığar

(Gözəl insan, kitabşünas, yazar, tənqidçi, Ustac Milli Mükafatının ilk sahibi Hacıxanım Aidaya həsr edirəm.)

Dünyanın malına hərisdi bəndə
Ancaq bar şirindir bağban dərəndə.
Şad olar bir kəsi sevindirəndə,
Sevinci nə yerə, nə göyə sığar,
Xeyirxah sərvəti alqışdan yığar.

Doydum deməz acgöz, qurtarmaz kəmi,
Bu da bir müəmma, tapılmaz çəmi.
Yaz günü göyərən göy çəmən kimi,
Elin duaları başından yağar,
Xeyirxah sərvəti alqışdan yığar.

Dünyada qalandır dünyanın malı,
Çoxu son məqamda duyar bu halı.
Hər kəsə sevgisi, yüksək amalı,
Əl tutar köməyə, qarşına çıxar,
Xeyirxah sərvəti alqışdan yığar.

İldırım, qanan az əyrini, düzü,
Qılınc tək parçalar haqlının sözü.
Dünyaya bağlayar bir ümidsizi,
Hər kəsin qəlbində bir ümid doğar,
Xeyirxah sərvəti alqışdan yığar.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hacıxanım AİDA

BİTMƏYƏN  HƏSRƏT…

Bəli, məhz  belə  adlandırmaq olar İldırım Əkbəroğlunun Ta, qanlı savaşlar milləti yordu, misrası  ilə Zaur Ustaca xitabən başlayıb, Qeyrət  təcəssümü  kişi  ağrıyar…” misrası ilə özünə təskinliklə  bitirdiyi bu yığcam şeirlər toplusunu… Əslində “yığcam” ifadəsini bu kitaba sadəcə həcm baxımından şamil etmək doğru olardı. Çünki, İldırım Əkbəroğlunun qaldırdığı  məsələlər  o qədər vacib və əhəmiyyətlidir ki, hətta belə bir formatda da,  bədii zənginlik və ictimai dəyər özünü qabarıq göstərir.

Kim bilir çəkdiyim dərdi, ağrını,

Vura bilərdimi bayquş qırğını?

Tək adın bəs idi, yara bağrını,

Düşmən tor qurubmuş, biz olmuşuq xam

Torpağı tapdaqda  qalmısan , Ağdam…

İldırım Əkbəroğlunun  Ağdama xitabən deyilmiş təkcə bu bəndi  ümumilikdə  bütün Vətən torpaqlarının acı həyat  hekayəsini gözlər önünə sərir. İlk sözdən  son nöqtələrə qədər  BİTMƏYƏN  bir  HƏSRƏT-i  tərənnüm edir İldırım Əkbəroğlu. Şairin yaradıcılığı ilə şəxsiyyəti  Ağdam, Qarabağ, Vətən, Ordu obrazlarında ümumiləşir, bütünləşir, vəhdət təşkil edir. O, özündən  yazırsa, Vətəni, Vətəndən yazdıqda  isə özünü təqdim  edir…  Onu sözündən ayrı təsəvvür etmək mümmkün deyil.

Hacıxanım AİDA

Kitabşünas, tənqidçi.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bu gün Hacıxanım Aidanın doğum günüdür…

Bu gün tanınmış yazar, din xadimi, “Ustac” Milli Mukafatının laureatı Hacıxanım Aidanın doğum günüdür. Ad gününüz mübarək, Aida xanım!!! Sizə uzun və sağlığlı bir ömür, fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik!!! Var olun!!! Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hacıxanım AİDA “USTAC” Milli Mükafatına layiq görüldü.

Hacıxanım AİDA “USTAC” Milli Mükafatına layiq görülüb. Mükafat bu gün laureata təqdim olunub. Mükafatın şərtlərindən biri olan müəllifin kitabının nəşr olunması məsələsinə belə aydınlıq gətirilib; Hacıxanımın öz istəyi ilə müəllifi olduğu “Otuz şeir, otuz fikir” kitabı mükafatın şərtlərinə uyğun şəkildə növbəti mükafatlandırma vaxtına qədər nəşr olunub laureata təqdim olunacaq. Hacıxanımı bu münasibətlə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Ustac.az olaraq Aida xanımı bir daha təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Var olun!!! Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru