Həqiqət Həqiqi

DƏRMANSAN,DAƏVASAN, MƏLHƏMSƏN MƏNƏ…

ŞƏFASAN MƏNƏ

Sevgidən bihuşam, lap məst kimiyəm,
Eşqin şərabından sərməst kimiyəm,
Sən mənim bir hissəm, əzam kimisən,
Mən sənsiz əzizim, şikəst kimiyəm.

Dərmansan, dəvasan, məlhəmsən mənə,
Könlümün istəyi,şəfasan yenə,
Sənsiz yaşamağım mənasız olar,
Öpüşdən don biçdin eşqin əyninə.

İnan nəfəs kəsər sənsiz günlərim,
Sanki, yaşanmayıb sənsiz illərim,
Əzizim səninlə ətrini saçır, 
Könül bağçamdakı solğun güllərim.

Səsinə gəlmisən eşq harayının,
Rəssamı olmusan qəlb sarayımın,
Sevgi fırçasını alıb əlinə,
Şəklini yaratdın sən hər ayımın.

03.08.2019.

Müəllif: HƏQİQƏT HƏQİQİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Həqiqət Həqiqi – Ana şeiri

ana haqqında növbəti şeir

ANAMDAN YAZIM

Qoy bu gün şerimi anamdan yazım,
Yazım səs-sədası dağlara düşsün.
Qoy mizrab toxunsun,dillənsin sazım,
Nəğməli dodaqlar,dillər öpüşsün.

Yazım sığal çəkən titrək əlindən,
Yazım siyah telə düşən dənindən.
Qəlbini odlayır övlad itgisi,
Yazım ürəyinin duman çənindən.

Bu gün şeirimi,anamdan yazım,
Bütün analara hədiyyəm olsun.
Ana ürəyinin qəmi silinsin,
Gözəl qəlblərinə səadət dolsun.

25.07.2019.

Müəllif: HƏQİQƏT HƏQİQİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HƏQİQƏT HƏQİQİ

YAĞILAR ƏLİNDƏ QALAN TORPAĞIM

Ey mənim düşmənə qalan torpağım,
Yad izlərə alışmayın amandı.
Yağılar əlində talan torpağım,
Qərarların əmrləri dumandı.

Tarixinə yeni tarix yazacam,
Xarıbülbül bağın gəzib azacam,
Qarabağda öz qəbrimi qazacam,
Demə şair çaşıb, fikri gümandı.

Əsarət altında hıçqıran torpaq,
Gözlə, alaçaqsan xoş xəbər, soraq.
İlahi, topağı necə qoruyaq,
Tarix gedir, dərdsə həmən zamandı.

Azərbaycan cəngavərlər doğacaq,
O torpaqdan düşmənləri qovacaq,
İgidləri yenə at oynadacaq,
Cıdırdüzü həsrət çəkir, yamandı.

13.07.2019.

Müəllif: HƏQİQƏT HƏQİQİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Həqiqət Həqiqi – Dağlar…

DAĞLAR

Dağlar, dağ çəkilib dərdli sinəmə,
Çiçəklərin dərman olmur yarama.
Ünüm yetmir, əlim çatmır üzməyə,
Məlhəm olan güllər çıxır harama.

Bilməzdım yurdumu talan edərlər,
Bilməzdım qəddimi əyərlər mənim.
Qırıb qol budağın,kəsib gövdəmi,
Bilməzdim kökümə dəyərlər mənim.

Daha yaralanib parçalanmışam,
Mənim torpağımı yağılar əzir.
İlahi, mən necə paralanmayım,
Ələsgərin ruhu məzarın gəzir.

27.04.2019.

Müəllif: HƏQİQƏT HƏQİQİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru