TƏQVİMDƏ BU GÜN

1951 – ci il iyulun 23 -ü həm də Ağdamın “Qarabağ” komandasının yarandığı gündür. Komanda 1987 – ci ildən “Qarabağ” adlanır.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HACI ƏLİYEV BİRİNCİ OLDU

65 kq – da güləşən güləşçimiz Hacı Əliyev bu gün – 27 iyun 2019- cu il tarixində Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarını Qızıl medalla başa vurdu. Təbriklər!!! Uğurların bol olsun, Hacı!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FƏXRİMİZ – HACI ƏLİYEV

“Yarışlarda çempion olduqda yaşadığımız o hiss və yaxud himn oxunur və sən zala daxil olanda 10-20 min insanın ayağa qalxıb səni qarşılaması, sənin zəfərini öz zəfərləri kimi görməsi, səninlə qürur duyması sənin üçün əvzolunmaz bir vüqardır, qürurdur.”

Haci Aliyev

“MƏN KİMƏM” RUBRİKASININ İLK MÜSAHİBİ HAMIMIZIN SEVİMLİSİ, FƏXRİMİZ HACI ƏLİYEVDİR. QƏHRƏMANIMIZI TANIYAQ:

-” Mən Hacı Əliyev Azər oğlu (Haci Aliyev) 21 aprel 1991-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. 8-9 yaşımdan idmanla məşğul oluram. Atam əvvəllər sərbəst güləş üzrə məşqci olub. Orta təhsilimi Naxçıvan şəhərində başa vurduqdan sonra ilk bakalavr təhsilimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında almışam. Hal-hazırda isə Bakı Dövlət Universitetində Hüquq fakültəsinin 2-ci kurs tələbəsiyəm. Bundan əlavə, Sərhəd Qoşunlarında zabit vəzifəsini icra edirəm. 2014-ci ildə ailə həyatı qurmuşam və 3 yaşlı bir qızım var. Məncə, gənc idmançılarımız nə qədər tez ailə həyatı qursalar bu onlar üçün bir o qədər faydalıdır. Onlar yarışlara hazırlaşdıqları zamanlarda da ailələri onların yanında olur və onları dəstəkləyirlər. Ailən olduğu zaman ilk növbədə məsuliyyətli olursan. Uşaqlıq illərim Naxçıvanda keçib, 2000-ci ildə isə Bakıya köçdük və o vaxtdan Bakıda yaşayırıq. 2013-cü ilədək kirayədə qalmışıq və maddi durumumuz elə də yaxşı olmayıb. 2001-2002 ci illərdə artıq yarışlar başlayırdı və yarışlara çıxmağa belə imkan edə bilmirdim. Hətta atam yarışda iştirak etməyim üçün Naxçıvan şəhərindəki evimizi satdı. Artıq yarışlara çıxdıqdan sonra nailiyyətlərim də artmağa başladı. Düzdür, əvvəllər çox çətinliklər yaşayırdıq. Ən əsası da yarışlarda məğlub olmaqdan qorxurduq. Qorxurduq ki, valideynlərimizin və məşqçimizin reaksiyası pis ola bilər. Buna görə də, hər məşqdə daha çox çalışırdım. Hər zaman məşqlərə həvəslə gəlirdim. Məğlubiyyət nə qədər üzücü olsa da, əsəbləşsəm də, lakin mənə motivasiya verirdi, üzərimdə daha çox işləməli olduğumu anlayırdım. Bütün bu zəhmətimin qarşılığında 2014-ci ildə mən Avropa çempionu oldum və prezident mənə ev hədiyyə etdi. Bundan sonra nailiyyətlərim artmağa başladı. Dəfələrlə qalib oldum. Uşaqlıqdan dünya çempionu olmaq arzum idi, amma heç bir zaman düşünməzdim ki, nə vaxtsa arzum gerçəkləşəcək, düşünməzdim ki, Azərbaycanda Sərbəst güləş üzrə ilk dünya çempionu adını mən qazanacam. Prezident tərəfindən dəfələrə mükafatlandırılmışam: 2015-ci ildə Tərəqqi medalı, 2016-cı ildə fəxri diplom, 2017-ci ildə Azərbaycan Respublikasının fərdi təqaüdü və 3 ay sona isə Olimpiya təqaüdünə layiq görüldüm. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları demək olar ki, bu günə kimi mənim iştirak etdiyim yarışların ən çətini və məsuliyyəti daha çox olan bir yarış idi. Bu yarışda ilk görüşdə erməni güləşcisi ilə qarşılaşdım. Təsəvvür edin ki, mən bunu eşitdikdən sonra çox düşündüm. Bu yarışda məğlub ola bilməzdim, çünki mən bu yarışa dünya çempionu olaraq qatılırdım. Bu yarışda məni ən çox sevindirən o oldu ki, mən 7:0 hesabı ilə erməni güləşcisini məğlub etdim. Ən böyük hədəflərimdən biri Olimpiya çempionu olmaqdır. Mən Olimpiya oyunlarında bürünc medal əldə etsəmdə mənim ən böyük məqsədim, hədəfim qızıl medal qazanmaqdır. Hal-hazırda əsas hədəfim Tokyo Olimpiadasına lisenziya qazanmaqdır. Bunu əldə etmək üçün isə ilk altılığa düşməyim gərəkdir. Karyeramı 30 yaşımda sonlandırmağı düşünürəm niyə desəniz, çünki hal-hazırda 18-20 yaşlarında gənc idmançılar ortaya çıxır onlar bizlərə nisbətən daha enerjili və həvəsli olurlar. Mənim fikrimcə, 30 yaşdan sonra qalan və yarışlara davam edən idmançılar nələrisə əldə etmək üçün davam edir və mübarizə aparırlar. Karyeramı bitirdikdən sonra Milli Komandanın baş məşqçisi olaraq çalışmaq istəyərəm. Öz adıma sərbəst güləş məktəbi açmaq planlarımda var. Digər ölkələrin çempionlarının öz adlarına güləş məktəbləri mövcuddur. Məqsədim isə ora gənc idmançıları cəlb etmək və gələcəyin Avropa, Olimpiya, Dünya çempionlarını formalaşdırmaqdır. Düşünürəm ki, indiki gənclərin bir çoxu mənasız işlər, əməllərlə məşğul olur və öz gələcəklərinin məhvini formalaşdırırlar. Bunun əksi olaraq, hal-hazırda bir çox gənclərimiz istər idman, istərsə də digər sahələrdə işləyir, təcrübələr əldə edir və öz gələcəklərinin çırağını yandırırlar. Gənclərə məsləhətim odur ki, onlar vaxtlarını əyləncəyə deyil, gələcəkləri üçün müsbət təsir edəcək vərdişlərə yönləndirsinlər. Bizim bayrağımız dünyanın ən gözəl bayraqlarından biridir. Yarışlarda çempion olduqda yaşadığımız o hiss və yaxud himn oxunur və sən zala daxil olanda 10-20 min insanın ayağa qalxıb səni qarşılaması, sənin zəfərini öz zəfərləri kimi görməsi, səninlə qürur duyması sənin üçün əvəzolunmaz bir vüqardır, qürurdur. Yarışlardan sonra ölkəyə qayıtdığın zaman səni qarşılamağa gələn insanların sevinci insana həqiqətən də ifadə edilməsi çətin olan duyğular yaşadır.”

UĞURLARIN BOL OLSUN, HACI!!! BÜTÜN XƏYALLARIN GERÇƏK OLSUN!!! O BAYRAQ BAŞIMIZIN ÜSTÜNDƏN ƏSKİK OLMASIN…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Игрок Арсенала Месут Озиль

Непутевый болельщик испанского “Атлетико” бросил куском хлеба у знаменитого игрока Арсенала Месут Озила … Игрок национальной сборной Германии, миллионер, наклонился и поднял его, со святостью поцеловал, прикоснулся им ко лбу и осторожно отложил за боковую линию футбольного поля … Будь Какая форма профессиональной деятельности может быть местом проявления человечности и ценностей. В жизни есть вещи, на которые мы объективно не знатные. Но это могут делать все! Поцеловать хлеб, почтить святое! Видимо его этого научили родители! Он мусульманин, но для меня он в первую очередь человек! Есть “религия”, которая не прописана ни в одном учебнике и википедии. Ее имя человечность! Браво, Оззи! Ты не только великий футболист! Ты – великий человек! Ты приобрел сердца миллионов сердец по всему миру! Отныне всегда буду болеть за тебя!

Месу́т Ози́ль — немецкий футболист турецкого происхождения, выступающий за английский клуб «Арсенал» на позиции атакующего полузащитника. Чемпион мира 2014 года в составе сборной Германии. В основном используется как атакующий полузащитник, но также может выступить на позиции вингера.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Tuncay Mustafayev III YER

Bakı şəhəri, Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin IV sinif şagirdi Mustafayev Tuncay (Sensey) bu gün – 19.05.2019 – cu il tarixində CÜDO üzrə “ƏHMƏDLİ” İdman Klubunun açıq birinciliyində 2008-2009 – cu il təvəllüdlü cüdoçular arasında 22 kq çəki dərəcəsində III YER tutmuşdur. Tuncayı bu uğuru münasibəti ilə təbrik edir, başarılarının davamlı olmasını arzu edirik.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Tuncay Mustafayev – I YER

Bakı şəhəri A. Hüseynzadə adına 20 N: li məktəb – liseyin IV sinif şagirdi Tuncay Mustafayev Ümummili Lider Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin anadan olması 96 illiyi münasibəti ilə Cüdo İdman növü üzrə İmişli rayon açıq birinciliyində 8-12 yaş, 24 kq çəkidə I YER tutmuşdur. Bu uğur münasibəti ilə Tuncayı təbrik edir, yeni-yeni uğurlar arzu edirik!!! Uğurların bol olsun, Tuncay !!! Yerin ən yüksək kürsülər olsun !!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Tuncay Mustafayev (Sensey) Türkiyədə III YER qazandı.

Qardaş Türkiyə Respublikasının Rizə şəhərində keçirilən cüdo yarışlarına qatılmış Bakı şəhəri, Arif Hüseynzadə adına 20 N-li məktəb -liseyin IV şagirdi Tuncay Mustafayev (Sensey) bu dəfə də uğurla çıxış edərək III YER qazanmışdır. Təbrik edirik, Tuncay!!! Uğurların bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

20 N-li Məktəb-liseyin IV sinif şagirdi Tuncay MUSTAFAYEV cüdo üzrə I YER qazandı.


Bakı şəhəri, Yasamal rayonunda yerləşən A. Hüseynzadə adına 20 N-li məltəb-Liseyin IV sinif şagirdi Mustafayev Tuncay (Tuncay Sensey) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Salyan rayon Gənclər və İdman İdarəsinin 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş yeniyetmələr və azyaşlı yeniyetmələr arasında keçirilən cüdo idman növü üzrə açıq rayon birinciliyində 21 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək kürsünün ən yüksək mərtəbəsinə yüksəlmiş, BİRİNCİ YER qazanmışdır. Tuncayın son uğurları da nəzərə alınaraq Novruz bayramı ərəfəsində qardaş Türkiyə Respublikasında təşkil olunacaq azyaşlı yeniyetmələr arasında cüdo idman növü üzrə açıq birincilikdə ölkəmizi təmsil edəcək balaca pəhləvanların sırasına daxil edilib. Qarşıdakı yarışlarda Tuncaya yeni-yeni uğurlar arzu edir, səfərdən qələbə ilə dönməsini istəyirik. Uğurların bol olsun, Tuncay!!! Üç rəngli şanlı bayrağımız daim başının üstündə dalğalansın!!! Kövrəldiyin anlar ancaq müqəddəs Himnimizi dinləyəndə olsun…

İLKİN MƏNBƏ: YAZARLAR.AZ BURADA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TUNCAY MUSTAFAYEV – I YER

Bu gün, 10 fevral, 2019 – cu ildə Cüdo güləşi üzrə yeniyetmələr arasında keçirilən Bərgüşad İdman Klubunun açıq birinciliyində 21 kq çəki dərəcəsində Tuncay Mustafayev bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək mərtəbəsinə yüksəlmişdir. Bu Tuncayın indiyə qədərki turnirlərdə qazandığı ilk Birinci Yerdir. Qələbə münasibəti ilə balaca pəhləvanı təbrik edir, yeni-yeni qalibiyyətlər arzu edirik.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ