İLDIRIM ƏKBƏROĞLU

“HƏ!” DEYƏSƏN, KAŞ Kİ, MƏNƏ BİR KƏLMƏ
(Nəğmə)
Qınamasın bu oba,bu el məni,
Gəl, ürəkdən, sən də, gülüm, duy məni.
Çox eşitdim dilindən xoş kəlməni,
Söylə mənə , bu sözü də çox bilmə,
“Hə!”deyəsən, kaş ki, mənə bir kəlmə.

Nurla yuyur düz-dünyanı- Ay oyaq,
Qəlbimizi biz də bu nurda yuyaq.
Ay ulduzla gəlib görüşən sayaq,
Gəl görüşək, bu gün yuxuma gəlmə,
“Hə!”deyəsən, kaş ki, mənə bir kəlmə.

Sevgi qəlbdə toxum salan gül-çiçək,
İnadını boşla getsin, gəl, əl çək!
Gözlərindən göz yaşını silən tək,
Saf eşqini ürəyinə yaz, silmə,
“Hə!”deyəsən, kaş ki, mənə bir kəlmə.

İldırım,sevgidən hər kəs halıdı,
Söz var ki, sözlərin qəndi, balıdı.
Həyat göz oxşayan gözəl xalıdı,
Sən də xoş sözünlə ona vur ilmə,
“Hə!”deyəsən kaş ki, mənə bir kəlmə.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N :26 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

 DÜŞDÜ SAF MƏHƏBBƏT DUMANA BELƏ

Habil ,hardan bildin , duydun qəlbimi,
Tezcənək sirr verdin kamana belə.
Ürəyim həsrətdən odlanan dəmi,
O da haray saldı hər yana, belə.

Qəlbdən ötənləri yaradan bilər,
Bir də, əğyar olan aradan bilər.
Simlər necə duyar, haradan bilər,
Gəlməz nə ağıla, gümana belə.

Düşən parıltılar nə qızıl, nə ləl,
Sanki, sehirlənib həm kama, həm əl.
Sevənə get dedin, sevməyənə gəl,
Düşdü saf məhəbbət dumana belə.

Kaman həsrət adlı mey içib daha,
Qəlbi də hədəfə qəm seçib daha.
Leyli-Məcnun dövrü, ta, keçib, daha,
İndi dövran başqa, zamana belə.

İldırım,həsrət də dərdin ağırı,
İnlər kamanın da çağlayan bağrı.
Sevənin qəlbində çəkdiyi ağrı,
Sığmaz bu dövrana, zamana, belə.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N :25 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

QƏLBİMDƏN ÇIXARA BİLMİRƏM SƏNİ

Sənsiz ömür çətin,canıma yatmır,
Bəxtim çoxdan yatıb,yazan oyatmır.
Nə olsun,əllərim əlinə çatmır,
Qəlbimdən çıxara bilmirəm səni.

Dönməyən günlərdən gələr xoş səda,
İsti göz yaşıyla yuyular o da.
Həsrətin,kədərin mənim olsa da,
Qəlbimdən çıxara bilmirəm səni.

Xəyalam yanında,duy,duya bilsən,
Qəlbindən nə keçir,de,deyə bilsən.
Özün yarıb çıxar,qıy,qıya bilsən,
Qəlbimdən çıxara bilmirəm səni.

İldırım,hər ötən il ildən şirin,
İllər əvəz etməz o günün birin.
Qəlbimin ən rahat yeridir yerin,
Qəlbimdən çıxara bilmirəm səni.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N :24 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

XEYİRXAH SƏRVƏTİ ALQIŞLA YIĞAR

(Gözəl insan, kitabşünas, yazar, tənqidçi, Ustac Milli Mükafatının ilk sahibi Hacıxanım Aidaya həsr edirəm.)

Dünyanın malına hərisdi bəndə
Ancaq bar şirindir bağban dərəndə.
Şad olar bir kəsi sevindirəndə,
Sevinci nə yerə, nə göyə sığar,
Xeyirxah sərvəti alqışdan yığar.

Doydum deməz acgöz, qurtarmaz kəmi,
Bu da bir müəmma, tapılmaz çəmi.
Yaz günü göyərən göy çəmən kimi,
Elin duaları başından yağar,
Xeyirxah sərvəti alqışdan yığar.

Dünyada qalandır dünyanın malı,
Çoxu son məqamda duyar bu halı.
Hər kəsə sevgisi, yüksək amalı,
Əl tutar köməyə, qarşına çıxar,
Xeyirxah sərvəti alqışdan yığar.

İldırım, qanan az əyrini, düzü,
Qılınc tək parçalar haqlının sözü.
Dünyaya bağlayar bir ümidsizi,
Hər kəsin qəlbində bir ümid doğar,
Xeyirxah sərvəti alqışdan yığar.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N :23 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

SƏNDƏN VƏFALIYMIŞ MƏNƏ XƏYALLAR

Könlüm təbdən-təbə min hala düşüb,
Uçub uzaqlara, yenə, xəyallar.
Məni unutsan da, o unutmayıb,
Səndən vəfalıymış mənə xəyallar.

Dərdini çəkmişəm olub-keçənin,
Yazdığı pozulmaz tale seçənin.
Xöşbəxtdir nə əksə özü biçənin,
Kaç ki,dinə bilə, dinə xəyallar.

Arzum sussuz qalan çiçəyə dönüb,
Ümidim, son qalan ləçəyə dönüb.
Sənsiz nurlu günüm gecəyə dönüb,
Övlad mən olnuşam, ana xəyallar.

Tale,bəxt öyməsin özünü, çox da,
Seçdiyi dəyişik,tutduğu saxta.
Sevdinmi, ayrılıq yazacaq baxta,
Dost,yoldaş olacaq sənə xəyallar.

Nələri itirdim,tapdım nələri,
Könlümdə isitdim keçən günləri.
Duyub gəncliyimdən gələn ünləri,
Döndərdi qəlbimi qana xəyallar.

İldırım,onunla verib əl-ələ,
Gəzdin Qarabağı, Təbrizi belə.
Sizladım körpə tək, o tutdu dilə,
Yolumda çox gərdi sinə xəyallar.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N :22 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

ANA
(Dünya işığına həsrət qalan anama…)

Bir ana gözünə işıq nədir ki,
Aldı görməmiş tək, tamarzı təki.
Bəlkə həyat verən istəmədi ki,
Görəsən dünyanın nəsini, ana!

Sən də həyat verən,sən də bir sirsən,
Əllərin göylərdə, hey baş əyirsən.
Yenə də gözünü qurban deyirsən,
Eşitsən övladın səsini, ana!

Nə var göy üzündə, yeddinci qatda,
Behişt də, cənnət də ayağın altda.
Tanrı imtahana çəkər həyatda,
Deyirlər sevdiyi kəsini , ana!

İldırım, o verdi həyatı sənə,
Günəş, Ay nurunu tökdü üzünə.
Nur verə bilməyib nursuz gözünə,
Şad edə bilmədim mən səni, ana!

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N :21 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

KƏBİRLİM
(Doğma kəndim Kəbirliyə həsr edirəm)

Halal rüzun həyatımın mənası,
Gen süfrəndə nemətin bol , Kəbirlim!
Tarix yazdı, qızıldandır boyası,
At üstündə keçdiyin yol, Kəbirlim!

Zaman durmur, ötüb keçir vaxt üstə,
Alnın tərli, oturmadın baxt üstə,
Yorulanda uyumaram taxt üstə,
Elə yerdən yerimi sal , Kəbirlim!

Qıraq yerdə gününü xoş sanan da,
Xoş gün görər doğma eldə, son anda.
Kimsə dəyib, qəlbim qəmlə dolanda,
Ovut məni, könlümü al, Kəbirlim!

Mərdliyinə meydan olub dağ,aran,
Qarabağım yenə çəkir ağır an.
Pənah xandır atlanmağa çağıran,
Yurdun talan, qalx, hazır ol, Kəbirlim!

Ay İldırım, tarixləri ara, bax,
Gözəl günə, bəhrəyə bax,bara bax.
Gün olsun ki, azad olsun Qarabağ,
Bayram etsin bu oba, el, Kəbirlim!

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N :20 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

BACIOĞLU
(Dünyalar qədər əziz olan İlhama.)
Çağırdım, qolunu açdın dayına
Ürəyim şad oldu, şad bacıoğlu
Görüb heyran qaldı qan çəkməyin
Doğmalar içində yad, bacıoğlu

Şirin pay veribdir, çox şükür-verən,
Bu doğma torpağa ərənsən-ərən,
Kişisən, ağlama, gülməyi öyrən,
Kədəri, qüssəni at, bacıoğlu

Talehin xoş olsun, tez-tez gəl bizə
İstəkdə yaxın ol ürəyimizə
Halal ruzimizə, çörəyimizə
Şadlıq da, Sevinc də qat, bacıoğlu

Qönçəsən, bələkdə qöncən böyüyür
Qədəmi atdınmı – doğmana yüyür
Kiçik arzuların qapını döyür
Böyük arzularına da cat, bacıoğlu

Gözüm yolundadır, qəlbim yanında
Sərvaxtdır laylana dayananında
Beşiyin rahatdır, yorğun anında
Şirin yuxularla yat, bacıoğlu.
14 aprel 2000.

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 19 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLHAM PƏRİSİ – ŞEİR

“Mən, Təranə xanımla qohumluq münasibəti ilə əlaqədar, onu gəncliyindən tanımışam və və həmişə onun yazıları, mənim yazılarıma verdiyi qiymətli məsləhətləri, mənim ilham mənbəyim olub, mənə təb verib, yaradıcılığıma qol-qanad verib. Elə ona görə də, həmişə mən Təranə xanımı ilham pərisi bilmişəm və ona elə bu mövzuda da şer yazmışam.”
İLHAM PƏRİSİ
(Təranə Məmmədə həsr edirəm.)

Necə ki xalıya dönər hər ilmə,
Söz də qönçələsin, qoy, kəlmə-kəlmə,
Gələndə mehlə gəl, sükutla gəlmə,
Çağlasın sinəmdə dənizin səsi,
Təb ol ürəyimə , ilham pərisi!

Yer-göy nə gözəldir,rəngdə min çalar,
Quşlar nəğmə deyər, budaqlar çalar,
Gülü qələm öyər, çəkər fırçalar,
Çiçək-gül ətiri çəkər hər kəsi,
Təb ol ürəyimə , ilham pərisi!

Fırça çiçək çəkər öz boyasında,
Qələm nazlandırar söz boyasında,
Təbiət göz oxşar yüz boyasında,
Cənnətdir vətənin dağı-dərəsi,
Təb ol ürəyimə , ilham pərisi!

Mən də, şehli gül tək söz dərə bilim,
Çələngim şer olsun, pay verə bilim,
Doğma kəslərimi şad görə bilim,
Qovsun bahar mehi dumanı, sisi,
Təb ol ürəyimə, ilham pərisi!

İldırım,ömür gün çatır yoxuşa,
Yolda düşə-düşə qara, yağışa,
Təbiət göz oxşar, sən ruhu oxşa,
Gəlsin xoş günlərim, qoy, getsin nəsi,
Təb ol ürəyimə, ilham pərisi!

Müəllif: İLDIRIM ƏKBƏROĞLU 

Allah rəhmət eləsin… Ruhu şad olsun… Bu şeir (sonetlər) “İldırım Əkbəroğli – 70” layihəsi çərçivəsində N : 18 qeydi ilə yayımlanır. Eyni zamanda bu layihə çərçivəsində İldırım Əkbəroğlunun 70 illik yubileyi münasibəti “Yazarlar” jurnalının xüsusi buraxılışı formasında nəşr olunacaq “İldırım Əkbəroğli – 70” kitabına daxildir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru