İLHAM QAZAXLI

İLHAM QAZAXLININ SÖZ DÜNYASINA SƏYAHƏT

QALDI…

İllərdir işğala dözüm gətirdik,
Yurdlar talan oldu, viranə qaldı.
Neçə nər oğullar, qızlar itirdik,
Dünya səsimizə biganə qaldı.

Dumana büründü uca zirvələr,
Xalqı parçaladı qara qüvvələr,
Satqın,xain çıxdı qavur”kirvələr”,
Vurduğu yaralar nişanə qaldı.

Humanist, tolerant olduq – nə fayda,
Nə qanun göründü, nə də ki, qayda,
Bir qardaş o, tayda, biri bu tayda,
Neçə doğma canlar divanə qaldı.

Ədalət axtardıq, haqsızlıq gördük,
Düşməndə qəddarlıq,qansızlıq gördük,
Böyük dövlətlərdə arsızlıq gördük,
Hökm etmək insafsız “ivanə” qaldı.

Qazaxlı, Vətənim çəkdi gör nələr,
Köksünə vurdular ağır zərbələr,
Böldü, ayrı saldı xalqı firqələr,
Birləşib-bir olmaq “gümanə” qaldı.

14.07.2017.

Müəllif: Ilham Qazaxli

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru