İLQAR TÜRKOĞLU

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün (12 yanvar 1962) gözəl insan, səmimi dost, sevimli şair İLQAR TÜRKOĞLUnun doğum günüdür. Bu gün münasibəti ilə İLQAR müəllimi təbrik edir, Uca Yaradandan uzun ömür, can sağlığı və bütün işlərində müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun,  İLQAR müəllim!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLQAR TÜRKOĞLU

DÜŞDÜM
Eşqin hicran alovuna
Kərəm kimi mən də düşdüm.
Dağlar aşdım, gəzə- gəzə
Bir gözələ bəndə düşdüm.

Bulaq başı mey-məzəli,
Üstüm-başım tər- təzəli.
Görmək üçün bir gözəli,
Dərə-təpə, kəndə düşdüm.

Dedi, -gəzib bir də dolan,
Dedim, -kimdi burda qalan?
Getmişdim ki, bircə dalan
Bir sevdaya təndə düşdüm.

Kövrəldikcə yada salıb,
Ürəyimi oda salıb,
Yaylığını suda salıb…
Anlamadım, fəndə düşdüm.

Söz kar etmir bu zalıma,
Deyim ağla, yan halıma.
Çatammadım vüsalıma,
Hicran gəldi, gendə düşdüm.

Müəllif: İLQAR TÜRKOĞLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“İmadəddin Nəsimi – 40 qəzəl”

Bu gün noyabrın 12-də “Kitab Evi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri”layihəsi çərçivəsində “İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitabın və qəzəllərin səsləndirildiyi audiodiskin təqdimatını keçirib.

Layihənin rəhbəri “Kitab Evi” İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova tədbir iştirakçılarını salamlayıb, bu məsuliyyətli layihənin uğurlu nəticəsinə sevindiyini bildirib və kitab haqqında yığcam məlumat verib.

Kitabın redaktoru və ön sözün müəllifi tarixçi alim, şair Şahin Fazil tərcümə olunan qəzəlləri yüksək qiymətləndirib, qəzəllərin orijinal mətninin, sətri tərcüməsinin və bədii tərcüməsinin bir yerdə verilməsinin məqsədəuyğun olduğunu bildirib. Sonra qəzəlləri farscadan tərcümə edən Dalğa Xatınoğlu çıxış edərək Nəsiminin hürufizmi inkişaf etdirməklə insan ruhunun kamilləşməsinə aparan yolu izah etdiyini bildirib.

Təqdimatda alimlər, şairlər, yazıçılar, media nümayəndələri, oxucular; Səfər Alışarlı, Fazil Güney,  Məti Osmanoğlu, Hümeyir Əhmədov, Elçin Alıoğlu, İlqar Türkoğlu, İlahə Bayandur, Əli Şamil, Əkbər Qoşalı, Aləm Kəngərli, Mübariz Məsimoğlu, Əntiqə Qonaq, Aysel Xanlarqızı Səfərli, Narıngül Nadir, Xalidə Nuray, Süleyman Abdulla, Gülnar əhmədova və başqaları iştirak edərək, mövzu ilə bağlı çıxışlar ediblər. Onlar İ.Nəsiminin əxlaqi-didaktiv görüşlərini, dini-fəlsəfi baxışlrını tərənnüm edən qəzəllərindən bəhs ediblər, şairin əsərlərində ana xətt olan insan, kainat və bütövlükdə varlığın Allahla vəhdətdə olması ideyasından danışıblar. Tədbirdən fotolar:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLQAR TÜRKOĞLU

TÜRKÜN QİBLƏSİ
Qiblə gəzib, ay namazı sorulan,
Babəkindi qollarından vurulan,
Şərəfini qanla yuyub,durulan,
Azad etsən Laçın, Şuşandı qiblən!

Biri yol göstərir irana sarı,
Birisi sür,deyir virana sarı.
Yetər ey türk,özün yaranı sarı,
Özcə əlin,özcə başındı qiblən!

Düşməyir dilindən, ərəb deyirsən,
Dağılmış qəbrinə Hələb deyirsən,
Günahında batır”ya rəbb”deyirsən,
Körpə qızların göz yaşında,qiblən.

Qılıncından keçirdi bir gecədə,
Yorulmadın yad qibləyə səcədə,
Yüzillərdi yatdın”min bir gecə”də,
Nağılında bitib, çaşandı qiblən.

Ümmətində şəcərəsiz soydular,
Məzhəbilə türkü üzə qoydular.
Nəsimimi diri-diri soydular,
Tarixlərə şahid yaşındı qiblən!

Bu cəhalət ağlına yatdın,yetər,
Molla-ərəb nağlına yatdın,yetər.
Tikdiyi astarı üzündən betər,
Huri,qılman yenə peşində,qiblən.

Türk qadını hələ at üstündəydi,
Fərhad Şirin üçün Bisütundəydi.
İbn(ə)ləri gəlib qəddini əydi.
Yad malıydı altı yaşında qiblən!

Bütləşibdi çoxdan ocağın,pirin,
Oyan bir az, qoy açılsın gözlərin.
Dözə-dözə hələ çoxmu səbirin?
Nağılı-nağıla qoşandı qiblən.

Başlamışdı dərdin farsdan öncəyə,
İtkin çoxdu hələ, rusdan öncəyə,
Gedib çıxdın, yenə Qarsdan öncəyə,
Xilaskarın, həmən Paşandı, qiblən!

Öz gəmimdən pay istəyib yetirən,
Yağmalandıq özümüzü itirən,
Qanlarıyla milyon lalə bitirən,
Torpağında neçə daşındı qiblən!

Şanlı keçmişinlə, özünlə öyün,
Qoy çalınsın”Cəngi”üstə toy-düyün.
Bayrağını hər gün öpüb qoyduğun,
Gözlərinin üstə qaşındı qiblən.

Müəllif: İLQAR TÜRKOĞLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏR İSAYEV

İLQAR TÜRKOĞLU AZƏR İSAYEV HAQQINDA

AZƏR İSAYEV ailəmizin sonbeşiyi idi. 1992-ci ilin bu günü, 6 oktyabrda Qarabağ uğrunda gedən ağır döyüşlərdə, Ağdərə rayonunun Çıldıran kəndində həlak olub. Sovet ordusu sıralarında tank alayında xidmət keçmişdi. İdmançı, şairlik və rəssamlıq istedadı var idi. Onun “Dağlar” şeirini Sizə təqdim edirəm:

DAĞLAR

(…şəhadətin şərhi…)
Görünməyir ərənlərin,
Hey baxırsan yola dağlar.
Vətən boyda yaram dərin,
Mən gedirəm, qala dağlar.

Əlim çatmır neynim sənə,
Arxamca bax dönə-dönə.
Qoynunda sən bir az mənə
Saxla məlhəm, saxla dağlar.

Haqlayanda duman- çəni,
Yatıb qalım qoy gecəni.
Zirvələrdən endir məni
Başına sən dola,dağlar.

Uzanıbdı qolum sənə,
Daha düşməz yolum sənə,
Xoşdur,qurban olum sənə,
Bağla yaram, bağla dağlar.

Doymamışam səndən hələ,
Ötən günlər gəlməz ələ,
Çox gözləmə AZƏR gələ,
Ağla məni, ağla dağlar.

Sentyabr 1992-ci il.

Mənbə: İLQAR TÜRKOĞLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru