İSLAM TÜRKAY

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün ( 7 Noyabr 1950 ) gözəl insan, çox dəyərli söz adamı , tanınmış şair İslam Türkayın doğum günüdür. Ad gününüz mübarək, ‎ İslam  müəllim. Böyük Allahdan Sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə uğurlar arzu edirik. Var olun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İSLAM TÜRKAY: – HEÇ NƏ…

HEÇ NƏ…
Özünü öldürmə, a bədbəxt oğlu,
Bu qoca dünyanın talanı —heç nə…
Quruca görməkdi, heç nəyin yoxdu,
Bu olmazı heç nə, olanı —heç nə…

Öz ağlın, şüurun vardı, dövlətdi,
Övlad da, nəvə də quru şöhrətdi,
Bu qohum, bu qardaş sözdü-söhbətdi,
Ağızdan sovrulur.. qalanı —heç nə…

Bu namərd sürgündən çoxu bezardı,
Kiminin yeri gen, kiminin dardı…
Baxıram hər yanda açıq bazardı—
Satanı heç nədir, alanı —heç nə…

Arzun xatirədi, bəlkən —xatirə,
Xatirən kölgədir, kölgən –xatirə…
Bu yurdun,məkanın , ölkən —xatirə,
Quruca—xatirə…. yalanı —heç nə…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru