Mahir Diniyev – Bax…

SƏN TARİXƏ BAX…

Sən tarixə bax nə’şə-qəmin pəncərəsindən,
Ağlın nə ki kəsmiş o dəmin pəncərəsindən,

İdraka baxan pəncərələr mərtəbələnmiş,
Kim boylana bilmiş ki,kimin pəncərəsindən?

Hər parçalanıb xırdalanan cəm qala bilməz,
Aciz kəm olub düşdü cəmin pəncərəsindən..

Güc sərvət ilə birləşərək şəmə dönəndən,
Nəfs girməyə yol gəzdı şəmin pəncərəsindən.

Bir məqsədə çatmaq yoluna bircə çəmin yox,
Gəl cəhd eləmə, girmə çəmin pəncərəsindən.

Min maneəni aşmağa güc bir himə bənddir,
Kimlər ki güc almış o himin pəncərəsindən.

Hər hikmətin fövqündə duran vardısa,Mahir,
Yaz, hikmətə boylan, qələmin pəncərəsindən.

Müəllif: Mahir Diniyev

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mahir “Üç yarpaq” – da

Mahir “ÜÇ YARPAQ” – DA

MƏN…

Nurlu günə vurğun olub hər səhər,
Gül- çiçəyə gözlərimi açmışam.
Hüsnünə heyran qalaraq dağların,
Ormanına, zirvəsinə qaçmışam.

Ruhumuzu heyran edən aləmin,
İncə,gözəl rəsmini bəs kim çəkib ?
Sıx meşəni, göy talanı, kolluğu,
Kim becərib,kim sulayıb, kim əkib?.

Göy səmada qartal uçan dağların,
Aşiq olub, zirvəsinə çıxmışam.
Çay yuxarı qıvrılaraq yüksələn,
Ağ dumana,göy Xəzərə baxmışam.

Sısqa bulaqlardan axıb çağlayan,
Buz suları baş əyərək içmişəm.
Meh əsərək saçlarını yelləyən,
Gül- çiçəyi iyləyərək keçmişəm.

Mən Günəşə aşiq olan torpağın,
Nur yağışa sevgisini duymuşam.
Nəhrə dönən gur,dəli çaylar kimi,
Sevgimisə çeşmələrə qoymuşam.

Gör neçə illərdi Talış dağları,
Yad çəpərindən bölünüb,qəmlidi. 
Nakam olan sevgisinə yas tutub?,
Bəlkə də ondandı,gözü nəmlidi !.

Biz zamana şahid olan dağların
Dərd- qubarın,qəm-kədərin silmədik.
Göy səmaya birləşərək hayqıran,
Dağlara biz zirvə ola bilmədik .

= = = =

Dünya məchulla dolu …

Dünya məchulla dolu, sirri onun hikmətidir,
Qiymətin kimdi verən?-Qiymət onun qiymətidir !.

Sünbülü boşsa əgər gövdə başın dik tutacaq,
Dolu sünbül baş əyər, torpaq onun zinətidir.

Sərvətin çoxdu ya az,qürrrələnib olma dayaz,
Olanın qismətə yaz, sərvət onun sərvətidir.

Şöhrətin başdan aşıb kürreyi-ərzi dolaşa,
O da bir son tapacaq,şöhrət onun şöhrətidir.

Gör necə incə, zərif kainatı xəlq eləmiş,
Nizamın vermiş ona, qüdrət onun qüdrətidir.

İdrak ağlın hüdüdün həddini etmiş ki yəqin,
Sənə layiq bilinən həddi onun hikmətidir.

Yer onun, Göy də onun, Ulduz onun, Ay da onun,
Cisminə pay da onun, surət onun surətidir.

Yaranıb var edilən dünyada qalmaz əbədi,
Hökmü anında gələr,hökmüsə mütləq qətidir.

Mahira, son tapacaq Yer, Göy ola, ya da bəşər,
Zülməti sonda gələr, dəhşət onun dəhşətidir.

= = = =

Dərk eylə ki, söz aləminin şahı qəzəldir…

Hər aləmi var etməyə güc- qüvvə əzəldir,
Ruh dünyamız aləmlə bir ahəngdə gözəldir.

Ruhunla gözəllikləri ta duymasan, insan,
Min fəsli bahar gəlsə də, qəlbində xəzəldir.

Gövhər nə qədər parlaq olub saçsa işıq,nur,
Varlıq səbəbi cövhərin bətnindəki ləldir.

Əql ilə əlin vəhdəti fəth etsə cahanı,
O əqlə bəsirət verən qüdrətli bir əldir.

Mahir,bu ərəb şeirini tam bilməsən hərgah,
Dərk eylə ki, söz aləminin şahı qəzəldir.

Müəllif: Mahir Diniyev.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru