“SƏNİN DƏ KİTABIN OLSUN”

ASKEF BAŞkANI Savaş ÜnaL BƏYDƏN DUYURU:

Değerli şair ve yazar dostlarımız; Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu olarak, sizler için çok güzel bir proje hazırladık.
“SENİN DE KİTABIN OLSUN”
kampanyası ile herkes kitabını çıkarabilecek.
Afişimiz de tüm detayları bulabilirsiniz.
Kampanyamız tüm ülkelerde geçerlidir.
********************************************
KATILIM İÇİN BAŞVURANLAR 1.Grup
1-Sona İsmayılova-Azerbaycan
2-Ali Küçük -Antalya
3-Vahdettin Işıldak-Bursa
4-İdris Kasap-İsveç
5-Zamin Rüstemov-Nahçıvan
6-Rüstem Aziz- Bulgaristan.
7-Süleyman Güzel-Antalya
8-Cumali Durmaz-Şanlıurfa
9-Ceyhun İpteş-Adana.
10-Ayhan Haceroğlu-Kerkük.
11-Yahya Azeroğlu-Iğdır
12-Aydın Tazegül-Almanya

Mənbə: SAVAŞ ÜNAL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bakıda ilk “Kitab dayanacağı”

Ötən günlərdə (14.10.2019) şəhərimizdə mühüm bir mədəniyyət hadisəsi baş verib. Belə ki, analoji çörək və digər zəruri ərzaq, geyim – paltar köşkləri (kiosk) olsa da, bu gün şəhərimizdə bəlkə də yuxarıda sadalananlardan daha zəruri bir ehtiyacı qarşılamaq üçün bir ilkə imza atılıb. ASAN xidmət ofislərində və digər ayr-ayrı qapalı müəəssisələrdə nəzarət altında olan belə köşklər artıq uzun zamandır fəaliyyət göstərsə də açıq şəraitdə, nəzarətsiz – xüsusi bir mədəniyyət formasının formalaşdırılmasına xidmət edəcək – şəhər sakinlərinin və qonaqların pulsuz istifadə edə biləcəyi ilk “Kitab daianacağı” istifadəyə verilib. Açılış mərasimində bir çox tanınmış simalar iştirak edib. Xalq yazıçısı Çingiz Abdullayev fikirlərini belə ifadə edib (orijinal) :

“Сегодня открывал новый киоск в городе где выставлены бесплатные книги для чтения. На Ага Нейматулла 105. Некоторые писатели не понимают как можно выставлять бесплатные книги. Но это как раз помогает воспитывать Ваших читателей. Во многих странах мира уже есть такая практика. В нашей Центральной Библиотеке тоже. Чем больше будет читателей, тем лучше. Для всех!”

TƏDBİRDƏN FOTOLAR:

Bu tədbiri alqışlayır, başda Çingiz müəllim olmaqla bütün əməyi keçən insanlara – xüsusi dəstəyə görə – Bəhram Bağırzadəyə təşəkkürlərimizi bildiririk. Belə köşklərin daha mərkəzi və eyni zamanda ucqar, – insanların dayanacaqlarda daha çox dayanıb gözlədiyi – ehtiyac olan hər yerdə sayının artırılmasını arzu edirik. Necə deyərlər artıq nümunə var. Qalır davam etdirmək. Kimin nə düşünməyindən asılı olmayaraq biz insanlar daha çox kopyalayıcıyıq. Bir daha təbriklər. Mübarəkdir…

Mənbə:Çingiz Abdullayev

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLİN ƏN ÇOX OXUNAN KİTABI

İllər dəyişdikcə nəticə də dəyişir. Ötən illərdə həftəlik ortalama nəticələr artıq sutkalıq nəticəyə çevrilmişdir. Beləki, “Gülünün şeirləri” kitabına və ayrı-ayrı şeirlərə müraciət nəticəsində ortalama sutkalıq müraciət sayı 550 – 650 arasında dəyişir. Demək olar ki, oktyabr ayından may ayına kimi digər yazı və yazarlar top doqquzluğa çox nadir hallarda düşə bilirlər (məhz bu səbəbdən biz ikinci bir “yazarlar” – yeni 2019-cu ilin iyun ayından – istifadəyə verməyə məcbur olduq və artıq orada da eyni nəticələr təkrar olunmağa başlayır). Bu heç də onların zəif olması anlamına gəlməməlidir. Sadəcə olaraq, hərflərə aid şeirlər müraciət edənlərin sayı daha çox və fəaliyyət və istəkləri daha intensivdir. Ümumi nəticədə 2011 – ci ildən tam açıq və pulsuz olaraq internet üzərindən oxycuların istifadəsinə verilmiş “Gülünün şeirləri” kitabı 2015-cildən bu yana müntəzəm olaraq, hər il təxmini iki qat artan müraciət sayı ilə ilin ən çox oxunan kitabı olur.

YENI YAZARLAR – 04.10.2019

Qeyd:

04.10.2019 – cu il tarixə ən çox nəticənin qeydə alındığı saytın İP ünvanı üzrə daimi izləyicisi 95. 617  -ə bərabərdir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Elan – Bildiriş – Dəvət

Qabil DƏRDLİ DƏVƏT eDİR:

Əziz və çox dəyərli dostlar – oxucular, Sizi 05 oktyabr 2019 tarixində, saat 14-00 da “ÜŞÜYÜR QOLUMUN SƏN TUTAN YERİ” adlı şeirlər kitabımın təqdimatına dəvət edirəm.


Təqdimat mərasimi “Azərkitab” Kitab Təbliğatı Mərkəzində keçiriləcəkdir. Hamınızı gözləyəcəm – dəvətlisiz…
Ünvan: Yasamal rayonu, General Akim Abbasov 78. (Lider TV-in yanı, “Bazarstore” ilə üz-üzə – Yasamal parkı- metronun İnşaatçılar və Gənclik stansiyalarından 17 saylı avtobusla rahat gəlmək olur).

Hörmətlə: QABİL DƏRDLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏLUMAT – BİLDİRİŞ

BALAYAR SADİQ DƏVƏT EDİR:

Salam, əziz söz qədri bilib, söz işığına yığışmağı sevən dostlar sizi böyük məmuniyyətlə 24 sentyabr 2019- cu il tarixdə saat 14:00 da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Nəsiminin 650 illiyinə həsr etdiyim poemanın və ” YURD” ədəbi bədii jurnalında isıq üzü gormus əsərlərin müzakirəsinə həsr olunmuş tədbirə dəvət edirəm.

ÜNVAN: Sahil metrosu, Sahil bağı.

Hörmətlə: ” YURD” jurnalının baş redaktoru Balayar Sadiq

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“DAĞLAR” və UDUŞLAR

“DAĞLAR – 200” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ UDUŞLARIN

                            SİYAHISI

  1.  80 (səksən) AZN pul mükafatı- hədiyyə,
  2.  40 (qırx) AZN pul mükafatı- hədiyyə,
  3. 2020-ci il yanvarın 1-14 aralığında bir şənbə -bazar Quba -Şahdağ turu- Zaur Ustacla,
  4.  2020-ci il yanvarın 1-14 aralığında Bakı ş. Yasamal r-n, “DAŞ FIRIN” – da Zaur Ustacla yemək.(Xeyriyyəçi  və  Mütaliəçi diplomlarının sahiblərin də dəvət etmək şərti ilə),
  5.  5 (beş) azn –lik kontur-  istənilən operator,
  6.  “Tağıyev – Xeyriyyəçi” Diplomu,
  7.  “Napaleon – Mütaliəçi” Diplomu,
  8.  Siz Zaur Ustaca bir qonaqlıq borclusuz (özünüz istədiyiniz yerdə – rayonlar, ev də ola bilər),
  9. Növbəti “Ana şeirləri” layihəsindən 1 (bir) kitab hədiyyə.

Uduş komissiyasının sədri və uduş siyahısın elan edən şəxs: Mövlud Ağamməd – Quba – Zərdabi.

Təşkilkatçı – katib: Zaur Ustac – Bakı.

Uduş siyahısı iki nüsxədə tərtib olundu. Elan olunana qədər biri Qubada (Mövlud A.), digəri Bakıda (Zaur U.) saxlandı.

Yazıldı: 27 iyul 2019 – cu il Bakı ş.

Elan olundu: 16 avqust 2019 – cu il Quba r-n, Zərdabi q.

Yazarlar j.

QEYD:

Əvvəlcədən məlumat verildiyi kimi satışda olan 9 (doqquz) ədəd “DAĞLAR” kitabının 49 – cu səhifəsində “1”-dən “9”-a kimi rəqəmlər yazılb, “Yazarlar”- ın möhürü ilə təsdiqlənmişdi. Bu siyahıda həmin rəqəmlərə müvafiq uduşlar öz əksini tapmışdır. Məsələn: Kimin aldığı kitabın 49 – cu səhifəsində “Yazarlar’ – ın möhürü ilə təsdiqli “5” rəqəmi yazılıbsa, o şəxs 5 AZN istənilən operator üçün balans-kontur qazanır.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SADIQ QARAYEVLƏ GÖRÜŞ

Bu gün – 12 iyun 2019 -cu il tarixində Kimya Biologiya Təmayüllü Respublika Liseyində vaxtı ilə bu təhsil ocağından məzun olmuş, hal-hazırda respublikamızda, eyni zamanda onun hüdudlarından kənarda yaxşı tanınan, ölkə və xarici elmi – mətbu orqanlarda vaxtaşırı aktual mövzularda öz maraqlı, orijinal yazıları ilə çıxış edən yazıçı-alim Sadıq Qarayevlə görüş keçirilib. Tədbirdən fotolar:

Olduqca əhəmiyyətli, maraqlı və yaddaqalan görüş baş tutub. Sadıq müəllimə həm elmi, həm də yaradıcılıqda yeni-yeni uğurlar arzu edirik! Uğurlarınız bol olsun, Sadıq müəllim!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC 20 N-li MƏKTƏBDƏ

Zaur Ustac bu gün – 04.06.2019 – cu il tarixində Bakı ş. Arif Hüseynzadə adına 20 N-li tam orta məktəb-liseyin IV və 5 yaşlılardan ibarət Hazırlıq siniflərinin təşkil etdikləri tədbirdə iştirak etmişdir. Tədbirin sonunda Zaur Ustac fərqlənən şagirdləri “Bəhmənyar” və “Rövşən Hüseynov” Mükafatları ilə təltif etmişdir. Zaur Ustac tədbir haqqında qısaca olaraq fikrini belə ifadə etmişdir: “Uşaqlarla bir yerdə olmaqdan gözəl və zövqverici ikinci bir məşğuliyyət tanımıram…”

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VAHİD ƏZİZ “XALQ ŞAİRİ” ADINA LAYİQ GÖRÜLÜB

Milyonların sevimlisi Vahid Əziz “Xalq Şairi” fəxri adına layiq görülüb. Bu münasibətlə şairi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Şair onu təbrik edən sevənlərinə təşəkkürünü bildirib: “Mənə Azərbaycanın Xalq Şairi yüksək Fəxri Adın verilməsi münasibəti ilə şəxsimi təbrik edənlərə ürəkdən minnətdarlığımı bildirirəm.”

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Elnur Qərari Nardaranda oxucularla görüşdü.

Bu gün – 23.05.2019-cu il tarixdə Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Nardaran Mədəniyyət Mərkəzində tanınmış gənc şair ELNUR QƏRARİ-nin oxucularla görüşü baş tutub.

Olduqca maraqlı keçən tədbir barədə şair qısa olaraq belə bir açıqlama verib: – “Başda əziz dostum Nardaran mədəniyyət mərkəzinin rəhbəri Asif Qurbanov olmaqla tədbirin təşkilatçılarına və mənə dəstək olan dəyərli dostlarıma dərin təşəkkürlərimi bildirirəm!”

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru