KAMALƏ ABİYEVA

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün hamımızın sevimlisi görkəmli pedaqoq, tanınmış şairə Kamalə Abiyevanın doğum günüdür. Bu münasibətlə onu təbrik edir, uzun ömür, can sağlığı və bütün işlərində müvəffəqiyyətlər arzulayırıq…

QISA ARAYIŞ:

Kamalə Abiyeva Azərbaycanın cənub bölgəsinin Astara şəhərində müəllim ailəsində anadan olub. Kiçik yaşlarından ailəsi Bakıya köçüb. Bakının indiki Yasamal rayonundakı 52 nömrəli orta məktəbi bitirib. ADPU-nin fizika fakültəsində ali təhsil alıb. Pedaqoji fəaliyyətə həmin ildə Abşeron rayon Masazır kəndində başlayıb. 1980 – ci ildən Bakının Yasamal rayonundakı Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə işləyir. ”Qabaqcıl təhsil işçi”sidir. 10 və 11-ci sinif “Fizika”dərsliyinin rəyçilərindən biridir. Onlarla elmi-metodiki məqalənin müəllifidir. Pedaqoji fəaliyyətiylə yanaşı bədii yaradıcılıqla da məşğul olub.

İlk şeir və hekayələrini 70-ci illərdə hələ məktəbli olarkən yazıb. Tələbəlik illərində ara-sıra mətbuatda şeirləriylə çıxış etsə də, bədii yaradıcılığa 80-ci illərdə başlayıb. 1988-ci ilə qədər şeirləri o dövrün bütün mətbu orqanlarında-qəzet və jurnallarında, eləcə də müxtəlif almanaxlarda – “Azərbaycan”, ”Gənc istedadlar”,”Yaşıl budaqlar”, “Bahar çiçəkləri” və s. dərgilərdə yer alıb. Həmin illərdə Azərbaycan Dövlət televiziya və radio şirkətinin əməkdaşı, müxbiri işləyib.

1981-ci ildə yaradılan Azərbaycan LKGİ-nın Respublika Gənc Yazıçılar birliyinin üzvü olub. 1988-1998-ci illərdə Qarabağ hadisələri ədəbi fəaljiyyətində durğunluq yaratdı. Kamalə xanım heç bir mətbu orqanda görünmədi. Nəhayət, 1999-cu ildə istedadlı bəstəkar Aygün Səmədzadənin bəstələdiyi “Məktəb illəri” mahnısının söz müəllifi yenidən hamını sevindirdi. Həmin ildə “Yağış yağır bu şəhərə” oxuculara təqdim olunub. 6 şeir və bir şeir və hekayələr kitabının müəllifidir. Sözlərinə yazılan onlarla mahnı –“Məktəb illəri”, “Bu dünyanı nağıl bilək”, “Özün günahkarsan”, “Uşaqlığım”,”Bu sevgi”,”Bakı haqqında nağıl”, “Azərbaycan”,”Yada salma özünü” və s. dillər əzbəridir. Sözlərinə ilk mahnıları Oqtay Kazımi yazsa da, Aygün Səmədzadə, Kamal, Elçin İmanov, Nadir Əzimov, Tahir Əkbər, Aynur Adil qızı və başqa bəstəkarlarla uzun müddətdir yaradıcılıq əməkdaşlığı edir. Mahnı mətnləri müxtəlif yarışmalarda qalib olub. Eləcə də rus dilindən tərcümələr edir. İstedadlı yazar Aysel Əlizadənin rus dilindən tərcümə etdiyi kitabların redaktorudur: Oşo-“Kişilərin kitabı”,”qadınların kitabı”; Platonov “Kotlovan”; Aqata Kristi “Qolf meydançasında qətl” bu qəbildən olan tərcümə kitablarıldır. Şeirləri rus, özbək, türk, ingilis dillərinə tərcümə olunub. K. Abiyeva Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Kamalə Abiyeva,

  1. Yağış yağır bu şəhərə, Bakı, “Gənclik” nəşriyyatı, 1999,
  2. Bu dünyanı nağıl bilək, Bakı, “Mütərcim”, 2004,
  3. Azərbaycan, Bakı, 2003,
  4. Vətən bir də doğulmur, ” 3 saylı Bakı Mətbəəsi”, 2007,
  5. Gİzlənqaç, Bakı, “Mütərcim”, 2014,
  6. Tapmaca, Bakı, “Xan” nəşriyyatı, 2016

və hələ neçə-neçə yazılmamış kitabların müəllifidir… Kamalə xanımı bir daha təbrik edir, bütün xəyallarının gerçək olmasını Uca Yaradandan arzu edirik… Var olun… Uğurlarınız bol olsun, Kamalə xanım!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏADƏT VEYSOVA

SƏADƏT vEYSOVA TƏLTİF OLUNDU

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev A. Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin direktoru Əməkdar müəllim Səadət xanım Veysovanı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin (1918-2018) yubiley medali” ilə təltif etmişdir.


Bu gün Yasamal Rayonu İcra Hakimiyyətində keçirilən, Ümummilli lider Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin 50 illiyinə həsr olunmuş tədbirdə medal Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov tərəfindən Səadət xanım Veysovaya təqdim edilmişdir. Məktəbin pedaqoji kollektivi adından Səadət xanımı təbrik edir, ona cansağlığı və gələcək fəaliyyətində uğurlar arzu edirik!

İLKİN MƏNBƏ: 20 NÖMRƏLİ MƏKTƏB-LİSEY

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC 20 N-li MƏKTƏBDƏ

Zaur Ustac bu gün – 04.06.2019 – cu il tarixində Bakı ş. Arif Hüseynzadə adına 20 N-li tam orta məktəb-liseyin IV və 5 yaşlılardan ibarət Hazırlıq siniflərinin təşkil etdikləri tədbirdə iştirak etmişdir. Tədbirin sonunda Zaur Ustac fərqlənən şagirdləri “Bəhmənyar” və “Rövşən Hüseynov” Mükafatları ilə təltif etmişdir. Zaur Ustac tədbir haqqında qısaca olaraq fikrini belə ifadə etmişdir: “Uşaqlarla bir yerdə olmaqdan gözəl və zövqverici ikinci bir məşğuliyyət tanımıram…”

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

20 N-li məktəb-liseyin müəllimi Quliyeva Gözəl “VİNTSAS” Mükafatına layiq görülüb.

Bakı ş. Arif Hüseynzadə adına 20 N-li tam orta məktəb-liseyin İbtidai Sinif Müəllimi Quliyeva Gözəl “VİNTSAS” Mükafatına layiq görülüb. Mükafat adı çəkilən məktəbin akt zalında təşkil olunmuş təntənəli tədbirdə Zaur Ustac tərəfindən təqdim olunmuşdur:

Gözəl xanımı bu münasibətlə təbrik edir, müqəddəs, şərəfli eyni zamanda çətin və məsuliyyətli işində uğurlar arzu edirik…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru