Taleh Fərman oğlu Xəlilov

Taleh XƏLİLOV HAQQINDA

Taleh Fərman oğlu Xəlilov 01 oktyabr 1986-cı ildə Ordubad rayonun Tivi kəndində ziyalı ailəsində anadan olmuş, 1992-2003-cü illərdə Tivi kənd orta məktəbində təhsil almışdır. 2007-ci ildə ildə Naxçıvan Müəllimlər İnstitutunun “İbtidai təhsilin pedaqogikası və metodikası”, 2011-ci ildə isə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanlığının “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisasını fərqlənmə diplomları ilə bitirmişdir. 2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2008-2009-cu illərdə Tivi kənd orta məktəbində müəllim, 2009-2013-cü illərdə isə Naxçıvan Dövlət Universitetinin Tərbiyə bölməsində metodist vəzifəsində çalışmışdır. 2013-2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Xarici tələbələrlə iş üzrə dekanlığında baş metodist və eləcə də, “Pedaqogika və psixologiya” kafedrasında 0,5 ştat müəllim vəzifəsində işləmişdir.

Hal-hazırda Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının baş müəllimidir.

Taleh Xəlilovun 17-si xaricdə (Türkiyə, Qırğızıstan, Avstraliya, Rusiya, Ukrayna, İnquşetiya, Əfqanıstan) olmaqla, 51 elmi məqaləsi və konfrans materialı, 1 dərs vəsaiti, 1 tədris proqramı (magistr səviyyəsi üzrə), yerli mətbuatda isə 150-dən artıq publisistik məqaləsi çap olunmuşdur.

2017-ci ildə “XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda maarifçilik ideyalarının təşəkkülü və inkişafı” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Beynəlxalq səviyyəli 2 konfransın Azərbaycan üzrə katibi, 1 beynəlxalq indeksli jurnalın redaksiya heyyətinin üzvü, 15 beynəlxalq indeksli jurnalın hakimi, 9 beynəlxalq indeksli jurnalın isə ixtisas üzrə redaktorudur.

Türk Dünyası Eğitimçiler Birliğinin üzvü, Uluslararası Böyük Eğitimçiler ve Özel Eğitimçiler Derneğinin fəxri üzvü, Eğitim Bilimleri Araştırmaları Derneğinin üzvü və Naxçıvan təmsilçisi, Eğitim Yöneticileri ve Uzmanları Derneğinin üzvü və Azərbaycan təmsilçisidir.

Azərbaycan Respublikası Təhsil Şurasının üzvüdür.

Taleh Fərman oğlu Xəlilovun dərc оlunmuş еlmi və tədris-mеtоdik işlərinin

S İ Y A H I S I

1. Şəxsiyyətin formalaşmasında irsiyyət amilinin rolu. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, Naxçıvan, Qeyrət, 2010, № 1 (29)

2. Orta əsr Azərbaycan mütəfəkkirləri (M.H.Naxçıvani, M.Əhvədi) ailə tərbiyəsi haqqında. Magistrantların I regional elmi konfransının materialları. Naxçıvan Dövlət Universiteti, Naxçıvan, Qeyrət, 2010

3. “Kitabi-Dədə Qorqud” dastanı xalq pedaqogikasının tükənməz bir xəzinəsi kimi. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, Naxçıvan, Qeyrət, 2010, № 2

4. Məktəbdə geyim mədəniyyətinin şagirdlərin estetik zövqünün formalaşmasına təsiri. Magistrantların X respublika elmi konfransının materialları, II hissə, Sumqayıt Dövlət Universiteti, Sumqayıt, 2010

5. Sinif-dərs sisteminin tarixinə müfəssəl baxış. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, Naxçıvan, Qeyrət, 2011, № 1

6. Şəxsiyyətin formalaşmasında mühitin və tərbiyənin rolu. Magistrantların I regional elmi konfransının materialları. Naxçıvan Dövlət Universiteti, Naxçıvan, Qeyrət, 2011

7. XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvanda qadın təhsilinin təşəkkülü. Təhsil Problemlər İnstitutunun Elmi Əsərləri, Bakı, Mütərcim, 2012, № 2

8. XIX əsrin sonunda Naxçıvanda milli təhsilin inkişafında Məhəmməd Tağı Sidqinin “üsulu-cədid” (yeni üsullu) məktəblərinin rolu. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, Naxçıvan, Qeyrət, 2012, № 1 (44)

9. XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvanda ana dili və əlifbanın inkişafında Məhəmmədağa Şahtaxtlının rolu. Bakı Dövlət Universitetinin Xəbərləri, Bakı, BDU, 2012, № 4

10. XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvanda mədəniyyətin səviyyəsi və maarifçiliyin inkişafina təsiri. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı, Təknur, 2012

11. XIX əsrin sonunda Naxçıvanda maarifin inkişafı. “Təhsil sistemində gənc nəslin təlim-tərbiyəsi üzrə işin təşkili və onun yaxşılaşdırılması istiqamətləri” mövzusunda keçirilmiş konfransın materialları, Təhsil Problemlər İnstitutu, Bakı, Mütərcim, 2012

12. XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvanda maarifın səviyyəsi. Akademik Bakış Dergisi, sayı 36, Kırgızistan, Celalabat, 2013, № 22

13. XX əsrin əvvəllərində Naxçıvanda müəllim kadrlarının hazırlığı və maarifçiliyin inkişafında onların rolu. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, Naxçıvan, Qeyrət, 2013, № 1 (52)

14. XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda yeni məktəb uğrunda mübarizə. “Regional inkişaf və böyük mədəniyyət: mənşə, harmoniya və tipologiya məsələləri” mövzusunda keçirilmiş konfransın materialları, Naxçıvan Dövlət Universiteti, Qeyrət, 2013

15. XX əsrin əvvəllərində Naxçıvanda maarifçilik ideyalarının inkişafında İrəvan Müəllimlər Seminariyası məzunlarının rolu. “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda keçirilmiş konfransın materialları. Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan, Məktəb, 2013

16. XIX yüzyılın sonu XX yüzyıl başlarında Nahçıvanda öğretmen kadrolarının hazırlığı. Bilim ve Kültür Dergisi, Cilt 02, sayı 06, Türkiye, İstanbul, 2014

17. XX əsrin əvvəllərində Naxçıvanda maarifçilik ideyalarının təşəkkülündə Qori Müəllimlər Seminariyası məzunlarının rolu. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, Naxçıvan, Qeyrət, 2014, №1 (57)

18. XIX əsrin sonu-XX əsrin əvvəllərində Naxçıvanda maarifçilik ideyalarının inkişafı. “Tədris prosesinin təkmilləşdirilməsi və müasir təhsil konsepsiyalarlı” mövzusunda keçirilmiş konfransın materialları. Təhsil Problemlər İnistitutu, Bakı, Mütərcim, 2014

19. XIX əsrin sonunda Naxçıvanda müəllim kadrlarının hazırlığı. “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda keçirilmiş konfransın materialları. Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan, Məktəb, 2014

20. XIX yüzyılın sonu, XX yüzyılın başları Nahçıvanda öğretimin ana dilinde yapılması için mücadele. 12.Uluslararası Türk Dünyası Sosyal Bilimler Kongresi, 1 Cilt, Türkiye, İstanbul, 2014

21. XIX yüzyilin sonu, XX yüzyilin başlarında Nahçivanda egitimin teşekkülü ve gelişimi. Türkiye Sosyal Araştırmalar Dergisi, sayı 3, Türkiye, Ankara, 2015

22. Nahçivanda egitim (XIX yüzyilin sonu, XX yüzyilin başlarında). Avrasya Çalışmaları Dergisi, sayı 1, Australia, Klosterneuburg, 2015

23. XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda ana dili və dünyəvi məktəblərin yaranması. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, Naxçıvan, Qeyrət, 2015, № 1 (66)

24. XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda mədəniyyətin inkişafında Məhəmməd Tağı Sidqinin ana dili məktəblərinin rolu. “Qafqaz tarixinin aktual məsələləri” mövzusunda keçirilmiş konfransın materialları. II hissə. Gəncə Dövlət Universiteti, Gəncə, 2015

25. XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda mədəni inkişafın maarifə təsiri. “Təhsil kurikumları:praktik tətbiqlər” mövzusunda keçirilmiş konfransın materialları. Naxçıvan Müəllimlər İnistitutu, Naxçıvan, 2015

26. XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda maarifçilik ideyalarının təşəkkülü. Gənc Tədqiqatçıların III Beynəlxalq elmi konfransı, II cild, Qafqaz Universiteti, Bakı, 2015

27. XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda dünyəvi məktəblərin yaranması və inkişafı. Azərbaycanşünaslığın aktual problemləri, VI Beynəlxalq elmi konfransın materialları, Bakı, Mütərcim, 2015

28. XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda maarifçilik ideyalarının təşəkkülünü şərtləndirən sosial-iqtisadi və ictimai-siyasi şərait. “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda keçirilmiş konfransın materialları, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan, Məktəb, 2015

29. XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda qadın təhsilinin ümumi səciyyəsi və problemləri Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, Naxçıvan, Qeyrət, 2016, № 6 (74)

30. Формирование и развитие идеи просвещения в Нахчыване в конце ХIX и в начале ХХ века. Педагогика и современность Научно-педагогический журнал, Москва, Нижегородскай, № 1 (21), 2016

31. Nahçivan’da kültürün ve eğitimin gelişiminde ana dili okullarının rolü (XIX yüzyilin sonu-XX yüzyilin başlarnda). 13.Uluslararası Türk Dünyası Sosyal Bilimler Kongresi, 1 Cilt, Türkiye, İstanbul, 2016

32. XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda mədəni inkişaf. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, Naxçıvan, Qeyrət, 2017, № 1 (82)

33. Naxçıvanda təlimin ana dilində aparılması ideyasının təbliğ olunmasında Məhəmməd Tağı Sidqinin rolu. “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilmiş konfransın materialları, Bakı Slavyan Universiteti. Bakı, 2017

34. Образовательная и культурная ситуация в Нахчыване (В девятнадцатом веке и в начале двадцатого века). ХXIV Международной научной конференции «Актуальные научные исследования в современном мире», Переяслав, Хмелъницкий, 2017, Выпуск 4 (24), Частъ 1

35. XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvan maarifinin inkişafında Naxçıvan qəza və şəhər məktəblərinin rolu. “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda keçirilmiş konfransın materialları, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan, Məktəb, 2017

36. XIX yüzyılın sonu XX yüzyılın başlarında Nahçıvan’da mescid okulları ve medreseler. Avrasya Uluslararası Araştırmalar Dergisi, Cilt 05, sayı 11, Türkiye, Ankara, 2017

37. Nahçivan’da öğretimin ana dilinde yapılması uğrunda mücadelenin seçkin temsilcilerinden Mehmet Said Ordubadi. International Conference of Science, Türkiye, Ankara, 2017

38. Nahçıvan’da eğitimin gelişiminde halk (köy) okullarının rolü. 15.Uluslararası Türk Dünyası Sosyal Bilimler Kongresi, Tebliğler kitabı, Türkiye, İstanbul, 2017

39. Образовательная и культурная ситуация. В Нахчыване в XIX-начале XX вв. Материалы Международной научной конференции «Кавказоведение: история и современность», Ингушский, Магас, 2017

40. Nahçıvan’da eğitimin gelişiminde halk (köy) okullarının rolü. INCISS Uluslararası Medeniyet Çalışmaları Dergisi, Cilt 3, sayı 1, Türkiye, Nevşehir, 2018

41. Sovyet Döneminde Nahçıvan’daki Eğitim Durumu. IV.Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve Sosyal Bilimler Sempozyumu. Azerbaycan, Bakü, 2018

42. Orta əsr Azərbaycan mütəfəkkirlərinin şəxsiyyət tərbiyəsi haqqında fikirləri. Dərs vəsaiti. Naxçıvan: Müəllim, 2018

43. Naxçıvanda pedaqoji təhsilin inkişafında Naxçıvan Dövlət Universitetinin rolu. “Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi”nə həsr olunmuş konfransın materialları, Naxçıvan Dövlət Universiteti, Naxçıvan, Qeyrət, 2018

44. Orta əsr mütəfəkkirləri şəxsiyyət tərbiyəsinin  məzmunu və vəzifələri haqqında. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, Naxçıvan, Qeyrət, 2018, № 92

45. Təlim nəticələrinin qiymətləndirilməsinə tarixi-nəzəri baxış. “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” IV Beynəlxalq elmi konfransının materialları, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı, 2018

46. Müasir şəraitdə şəxsiyyətin formalaşması prosesində tarixi-nəzəri fikrin öyrənilməsinin əhəmiyyəti. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, Naxçıvan, Qeyrət, 2019, № 1 (98)

47. Muxtariyyət dövründə Naxçıvanda müəllim kadrlarının hazırlığı. “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi”nə həsr olunmuş konfransın materialları, Naxçıvan Dövlət Universiteti, Naxçıvan, Qeyrət, 2019

48. Nahçivan’da pedagojik eğitimin gelişiminde Ordubad ilkokulu’nun rolü. Karadeniz Araştırmaları Dergisi, Cilt 16, sayı 63, Türkiye, Ankara, 2019

49. Milli lider Haydar Aliyev’in eğitim ve terbiye ile ilgili görüşleri. Hoca Ahmet Yesevi Uluslararası Bilimsel Araştırmalar Kongresi, Türkiye, Adıyaman, 2019

50. Muxtariyyət dövründə Naxçıvanda ali və ortaixtisas təhsilin inkişafi məsələsi. “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi”nə həsr olunmuş “Muxtariyyətin bəhrələri: Naxçıvanda elm və təhsil” mövzusunda keçirilmiş konfransın materialları, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan, Məktəb, 2019

51. Ümumi pedaqogika. Proqram. Naxçıvan: Məktəb, 2019

52. Kurikulumun yaranması və inkişafı məsələsi. “Ümumi təhsildə kurikulum: nəticələr, reallıqlar və perspektivlər” mövzusunda keçirilmiş konfransın materialları,

Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan, Məktəb, 2019

53. Nahçivan’da eğitimin gelişmesinde kaza okullarının öğretmenlerinin ve öğrencilerinin rolü. 8th International Congress on Social Sciences, China to Adriatic, Afghanistan, Kabul, 2019.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

İLDIRIM ƏKBƏROĞLU HAQQINDA

Mən, İldırım Əkbəroğlu (Məmmədov İldırım Əkbər oğlu) 13 sentyab 1950-də anadan olmuşam. Beyləqan rayonu Kəbirli kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə getmişəm. Bu ərəfələrdə şerilərim rayonun çoxtirajlı qəzetində çap olunardı. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutuna, indiki İqtisadiyyat universtetinə qəbul olunub 1979-cu ildə bitirmişəm. Bu müddətdə radioda, televiziyada şerilərim səslənib, 1978-ci ildə B.Vahabzadə və İ.Şıxlının redaktorları olduğu “Çinar pöhrələri” toplusunda şerilərimlə oxuculara təqdim olunmuşam. Qəzetlərdə də şerlərim çap olunub. Universteti qurtardıqdan sonra Rayon texnika təminat birliyinində 1998–ci ilə kimi baş mühasibin müavini, 2015-ci ilin sonuna kimi İH-nin Kəbirli kənd ərazi nümayəndəliyində baş məsləhətçi işləmişəm. Hal-hazırda təqaüddəyəm. Şerlərim dəfələrlə almanaxlarda, qəzetlərdə çap olunub.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur ƏRMUĞAN

Zaur ərmuğan (əsgərov) haqqında

Zaur Ərmuğan (Əsgərov) 5 March 1979 – cu ildə Azərbaycanımızın dilbər guşələrindən biri olan Neftçalada anadan olub. Təbiətin gözəl çağında dünyaya göz açan Zauru Uca Yaradan yalnız seçilmişlərə ərmağan etdiyi şair ruhu ilə də mükafatlandırıb. Zaur Əsgərəv Ərmuğan təxəllüsü ilə yazıb, yaradır. Zaur Ərmuğan “MƏN KİMƏM” rubrikasında bizim ənənəvi “ÖZÜNÜZÜ NECƏ TƏQDİM EDƏRDİZ?” sualını cavablandırıb:


Mən, 1979 -cu ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşam.
Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşam. Həqiqi hərbi xidmətdən sonra isə müəllim kimi əmək fəaliyyətinə başlamış, pedaqoji sahədə əldə etdiyim uğurlara görə bir sıra Fəxri fərmanlarla təltif olunmuşam.
Bədii yaradıcılığa orta məktəbdə oxuduğum illərdən başlamışam. ” Vətən haqqında nəğmə” adlı şeirim 2006 -cı ilin 10 noyabrında Neftçalada çıxan ” Gündoğar” qəzetində çap olunan ilk yazım olub. “Muğanın səsi”, ” Oğuz yurdu Vedibasar”(8-ci və 9-cu cildlər), “Xəzər nəğmələri” ədəbi birliyi” kimi almanax və toplularda, “Mədəni- maarif”, “Günəş”, “Söz işığında” jurnallarında, “Gündoğar”, “Kredo”, “Ana Kür”, “Ayzberq və həyat”, “Oğuz yurdu Vedibasar”, “Bütöv Azərbaycan”, ” Elm, təhsil və həyat”, “Azad qələm”, “Azərbaycan övladı”, “Müasir Azərbaycan müəllimi”, “İstedadlara yaşıl işıq” qəzetlərində və digər mətbu orqanlarında şeir, hekayə, məqalə, eləcə də bir çox müxtəlif janrlı yazılarım işıq üzü görmüşdür. 
Publisistika sahəsindəki fəal çıxışlarıma və bir sıra publisistik yazılarıma görə 2019 -cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü seçilmişəm.
2019-cu ildə Avrasiya Sənət Kültür Ədəbiyyat və Elm Fedarasiyasının “Türk dünyası şeir seçkisi” adlı antologiyasında şeirlərim dərc olunmuşdur.
Poeziya sahəsindəki uğurlarıma görə Dünya Gənc Türk Yazarlar Birliyinin Fəxri fərmanı ilə təltif olunmuşam.
“Günəş ömrü istəyirəm” adlı ilk şeirlər kitabım isə 2012-ci ildə çap olunub.

Biz də öz növbəmizdə Zaur Ərmuğana uzun ömür, can sağlığı, bütün işlərində uğurlar arzu edir və yaradıcılığından nümunələr təqdim edirik:

OĞULLAR VAR 
Millətinin xeyrinə
Yük götürüb çiyninə,
Bu torpağı əyninə 
Geyinən oğullar var.

Meydanlarda baş olub,
Mərdlərə sirdaş olub,
Yurduna yurddaş olub,
Öyünən oğullar var.

Qırıb daşı zərbilə,
Barışmaz daş səbrilə.
Qəlbi xalqın qəlbilə
Döyünən oğullar var.

27 iyul 2019.

= = = =

ÜZÜNDƏKİ QARA XAL

Saçlarda zər kəhkəşan,
Qızıl tacın telə şan.
Baxışından bir nişan,
Üzündəki qara xal.

Sevməyənlər naşıdır,
Ürəyim sirr daşıdır,
Quruyan göz yaşıdır,
Üzündəki qara xal.

Gördüyüm o al buta
Könlümü bir ovuda.
Həsrət, ağrı, dərd, xata-
Üzündəki qara xal.

Canımdan kül od aldı,
Yanğısından ney çaldı,
Ürəyimə xal saldı,
Üzündəki qara xal.

= = = =

SEVGİDƏN ÖTRÜ
Həsrətə sevginin işıgı düşdü,
Ümidin ovcunda gəldin könlümə.
Yollar ayrıcında sükut görüşdü,
Bir anın özü də ömürmüş demə.

Tutub əlimizdən apardı bizi,
Bu tale karvanı azmaya barı.
Öpdük döngə-döngə məhəlləmizi,
Qaçdıq küçəmizdən dünyaya sarı.

Kəsdik nəfəsini bəd şübhələrin,
Çıxdıq dar içindən genişə yol-yol.
Uymadıq felinə çox bəlkələrin,
Keçdik ay altından günəşə yol-yoI.

Əbədi qalacaq sevgidən ötrü!

Avqust, 2018.

Müəllif: Zaur Esgerov

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FƏXRİMİZ – HACI ƏLİYEV

“Yarışlarda çempion olduqda yaşadığımız o hiss və yaxud himn oxunur və sən zala daxil olanda 10-20 min insanın ayağa qalxıb səni qarşılaması, sənin zəfərini öz zəfərləri kimi görməsi, səninlə qürur duyması sənin üçün əvzolunmaz bir vüqardır, qürurdur.”

Haci Aliyev

“MƏN KİMƏM” RUBRİKASININ İLK MÜSAHİBİ HAMIMIZIN SEVİMLİSİ, FƏXRİMİZ HACI ƏLİYEVDİR. QƏHRƏMANIMIZI TANIYAQ:

-” Mən Hacı Əliyev Azər oğlu (Haci Aliyev) 21 aprel 1991-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. 8-9 yaşımdan idmanla məşğul oluram. Atam əvvəllər sərbəst güləş üzrə məşqci olub. Orta təhsilimi Naxçıvan şəhərində başa vurduqdan sonra ilk bakalavr təhsilimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında almışam. Hal-hazırda isə Bakı Dövlət Universitetində Hüquq fakültəsinin 2-ci kurs tələbəsiyəm. Bundan əlavə, Sərhəd Qoşunlarında zabit vəzifəsini icra edirəm. 2014-ci ildə ailə həyatı qurmuşam və 3 yaşlı bir qızım var. Məncə, gənc idmançılarımız nə qədər tez ailə həyatı qursalar bu onlar üçün bir o qədər faydalıdır. Onlar yarışlara hazırlaşdıqları zamanlarda da ailələri onların yanında olur və onları dəstəkləyirlər. Ailən olduğu zaman ilk növbədə məsuliyyətli olursan. Uşaqlıq illərim Naxçıvanda keçib, 2000-ci ildə isə Bakıya köçdük və o vaxtdan Bakıda yaşayırıq. 2013-cü ilədək kirayədə qalmışıq və maddi durumumuz elə də yaxşı olmayıb. 2001-2002 ci illərdə artıq yarışlar başlayırdı və yarışlara çıxmağa belə imkan edə bilmirdim. Hətta atam yarışda iştirak etməyim üçün Naxçıvan şəhərindəki evimizi satdı. Artıq yarışlara çıxdıqdan sonra nailiyyətlərim də artmağa başladı. Düzdür, əvvəllər çox çətinliklər yaşayırdıq. Ən əsası da yarışlarda məğlub olmaqdan qorxurduq. Qorxurduq ki, valideynlərimizin və məşqçimizin reaksiyası pis ola bilər. Buna görə də, hər məşqdə daha çox çalışırdım. Hər zaman məşqlərə həvəslə gəlirdim. Məğlubiyyət nə qədər üzücü olsa da, əsəbləşsəm də, lakin mənə motivasiya verirdi, üzərimdə daha çox işləməli olduğumu anlayırdım. Bütün bu zəhmətimin qarşılığında 2014-ci ildə mən Avropa çempionu oldum və prezident mənə ev hədiyyə etdi. Bundan sonra nailiyyətlərim artmağa başladı. Dəfələrlə qalib oldum. Uşaqlıqdan dünya çempionu olmaq arzum idi, amma heç bir zaman düşünməzdim ki, nə vaxtsa arzum gerçəkləşəcək, düşünməzdim ki, Azərbaycanda Sərbəst güləş üzrə ilk dünya çempionu adını mən qazanacam. Prezident tərəfindən dəfələrə mükafatlandırılmışam: 2015-ci ildə Tərəqqi medalı, 2016-cı ildə fəxri diplom, 2017-ci ildə Azərbaycan Respublikasının fərdi təqaüdü və 3 ay sona isə Olimpiya təqaüdünə layiq görüldüm. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları demək olar ki, bu günə kimi mənim iştirak etdiyim yarışların ən çətini və məsuliyyəti daha çox olan bir yarış idi. Bu yarışda ilk görüşdə erməni güləşcisi ilə qarşılaşdım. Təsəvvür edin ki, mən bunu eşitdikdən sonra çox düşündüm. Bu yarışda məğlub ola bilməzdim, çünki mən bu yarışa dünya çempionu olaraq qatılırdım. Bu yarışda məni ən çox sevindirən o oldu ki, mən 7:0 hesabı ilə erməni güləşcisini məğlub etdim. Ən böyük hədəflərimdən biri Olimpiya çempionu olmaqdır. Mən Olimpiya oyunlarında bürünc medal əldə etsəmdə mənim ən böyük məqsədim, hədəfim qızıl medal qazanmaqdır. Hal-hazırda əsas hədəfim Tokyo Olimpiadasına lisenziya qazanmaqdır. Bunu əldə etmək üçün isə ilk altılığa düşməyim gərəkdir. Karyeramı 30 yaşımda sonlandırmağı düşünürəm niyə desəniz, çünki hal-hazırda 18-20 yaşlarında gənc idmançılar ortaya çıxır onlar bizlərə nisbətən daha enerjili və həvəsli olurlar. Mənim fikrimcə, 30 yaşdan sonra qalan və yarışlara davam edən idmançılar nələrisə əldə etmək üçün davam edir və mübarizə aparırlar. Karyeramı bitirdikdən sonra Milli Komandanın baş məşqçisi olaraq çalışmaq istəyərəm. Öz adıma sərbəst güləş məktəbi açmaq planlarımda var. Digər ölkələrin çempionlarının öz adlarına güləş məktəbləri mövcuddur. Məqsədim isə ora gənc idmançıları cəlb etmək və gələcəyin Avropa, Olimpiya, Dünya çempionlarını formalaşdırmaqdır. Düşünürəm ki, indiki gənclərin bir çoxu mənasız işlər, əməllərlə məşğul olur və öz gələcəklərinin məhvini formalaşdırırlar. Bunun əksi olaraq, hal-hazırda bir çox gənclərimiz istər idman, istərsə də digər sahələrdə işləyir, təcrübələr əldə edir və öz gələcəklərinin çırağını yandırırlar. Gənclərə məsləhətim odur ki, onlar vaxtlarını əyləncəyə deyil, gələcəkləri üçün müsbət təsir edəcək vərdişlərə yönləndirsinlər. Bizim bayrağımız dünyanın ən gözəl bayraqlarından biridir. Yarışlarda çempion olduqda yaşadığımız o hiss və yaxud himn oxunur və sən zala daxil olanda 10-20 min insanın ayağa qalxıb səni qarşılaması, sənin zəfərini öz zəfərləri kimi görməsi, səninlə qürur duyması sənin üçün əvəzolunmaz bir vüqardır, qürurdur. Yarışlardan sonra ölkəyə qayıtdığın zaman səni qarşılamağa gələn insanların sevinci insana həqiqətən də ifadə edilməsi çətin olan duyğular yaşadır.”

UĞURLARIN BOL OLSUN, HACI!!! BÜTÜN XƏYALLARIN GERÇƏK OLSUN!!! O BAYRAQ BAŞIMIZIN ÜSTÜNDƏN ƏSKİK OLMASIN…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru