Meyxoş Abdullah

Varlı qadın
(hekayə)

… Şəhərin mərkəzindəki ikimərtəbəli, çoxçeşidli mallar satılan “Möcüzəli aləm” ticarət mərkəzi, şəhərin ən varlı qadını sayılan Məsmə xanımın şəxsi mülklərinə aid olan və ona ən çox gəlir gətirən ticarət obyektlərindən biriydi.
Məsmə xanım çox varlı idi. Şəhərin müxtəlif məhəllərində onun irili-xırdalı ona qədər dükanları işləyirdi. Hələ, deyilənlərə görə, şəhərin kənarında on hektarlarla geniş torpaq sahələri də vardı.
Məsmə xanımın yaşı qırxı haqlasa da, özünə əməlli-başlı fikir verirdi. Çox gözəl bədən qurluşu vardı. Elə bil, mahir bir heykəltaraş onu qranit daşdan yonub, düzəltmişdi.
O, qırmızı rəngli paltarları çox sevirdi. Əslinə baxsan, qırmızı rəng, elə bil, əzəldən onun adına icad olunmuşdu. Ətli yanaqlarını alqırmızı rəngə boyayanda, adam elə bilirdi ki, onun sifəti çıraq kimi alışıb yanır. Ayağındakı ayaqqabıdan tutmuş, dodaqlarının rənginə kimi alqırmızı rəngdə olardı onun bütün görkəmi.
Bu ərsiz, dul qadının dərdindən dəli-divanə olan kişilər çox idi. Amma Məsmə xanım onların heç birini vecinə belə almazdı. Deyilənlərə görə, o, elə belə adamlarla oturub durmurdu. İldə bir dəfə, bir aylıq hansısa uzaq, xarici ölkələrin birinə istirahətə gedirdi. Nazlı, qəmzəli bu xanımın illər, elə bil yel, kimi yanından ötüb keçirdi. Yaşının üstünə yaş gəldikcə, qocalıb, yaşlanmaq əvəzinə, gün-gündən gözəlləşib, cavanlaşırdı.
Məsmə xanım xəsislikdə şəhərdə ad çıxartmışdı. İşçilərinin üstündə nəzarəti həddən artıq güclü idi. Qınayan olmasaydı, verdiyi pula görə onları gecə növbəsi də işləməyə məcbur edərdi. İşçiləri ondan çox narazı idilər.
Onun varlanmaq ehtirası hər şeydən güclü idi. Məsmə xanımı ancaq pul maraqlandırırdı. Hər ayın axırında sahib olduğu əmlakının haqq-hesabını aparanda, işçilərlə hökmən dava-dalaş salardı. Çalışardı ki, kimdənsə bir nöqsan tapıb, onu cəriməlsin, pulundan saxlasın, ya da məvacibini verməyib işdən qovsun.
Məsmə xanım pulu çox sevirdi. Pul onun üçün hər şeydən üstün idi. Onun beynindən yalnız pul qazanmaq, sərvətini artırmaq keçirdi. Vaxtilə pula olan hərisliyi onun həyatını büsbütün dəyişsə də, o, buna görə peşiman da deyildi. Əksinə, bu var-dövlətə sahib olmaq üçün onu “cəzalandıran” Ələkbər kişiyə borclu idi. O hadisə uzun illər bundan qabaq baş versə də, Məsmə xanım heç vaxt o günü o “cəzanı” unuda bilmirdi. O hadisə hər dəfə onun yadına düşəndə var-dövlət qazanmaq həvəsi bir az da artıb, çoxalırdı.
Onda Məsmənin on səkkiz yaşı yenicə tamam olmuşdu. Birillik ticarət kollecini bitirib, şəhərin mərkəzindəki, indi özünün şəxsi əmlakına çevrlmiş, bu böyük ticarət mərkəzinin yerində olan kiçik ərzaq dükanına satıcı köməkçisi göndərilmişdi. Yumurta kimi ağappaq, yupyumuru bir qız idi. Qısa geyindiyindən, şümşad kimi ağ baldırları az qala bəzi kişilərin gözlərini çəpgöz etmişdi. Qalın, ətli dodaqları arasından parıldayan ağappaq dişləri, onun sifət qurluşunu bir az da cazibədar göstərirdi. Gülümsər, qaynar gözləri onunla danışan adamın, elə bil ürəyinin yağını çəkirdi. Müştəri dükana girəndə ağlı başından çıxar, nə alacağının fərqinə varmadan, əlinə keçən ərzağı daşıyıb stolun üstünə düzürdü ki, heç olmasa qızın yanında bir az çox ləngiyə bilsin.
Həmin dükanda uzunmüddətdən bəri, həm müdir, həm də satıcı kimi işləyən və hamının “Ələkbər kişi”, – deyə çağırdığı hündürboylu, şeşəbığlı adam, ilk gündən Məsmənin yerində dingildədiyini görüb, ona bərk-bərk tapşırıb, demişdi: – Qızım, əlin, ayağın düz olsun. Ticarət elə şeydir ki, qazanc köpük-köpük yığılır, amma dağılanda birdən dağılır. Pul şirin şeydir, tamah adamı tez caydırır, əlin əyildisə, onu düzəltmək olmayacaq. Bax, bu sözləri qulağında sırğa kimi saxla, məbada əlini əyriliyə öyrəşdirsən, yoxsa peşiman olarsan, ha…”
Ələkbər kişinin bu sözləri, gülüburnunda olan, yerində fır-fıra kimi fırlanan, gözləri arpa yeyib, dənədüşmüş dananın gözləri kimi parıldayan Məsmənin bu qulağından girib, o biri qulağından vızıltıyla çıxdı.
Ələkbər kişi çoxdanın ticarətçisi idi. Tükü tükdən seçməyi bacarırdı. Dükana yüz adam birdən girsəydi belə, hamısını bir saatın içindəcə yola salar, bir qəpik belə artıq-əskikliyə yol verməzdi. Tərəzidə, haqq- hesabda da çox dəqiq idi. O qədər dəqiq idi ki, işə başlayandan, günün axırına kimi hər malda neçə qəpik, neçə manat gəlir qaldığını gözəyarı hesablayardı. Günün sonunda haqq-hesab edəndə hər şey dübbədüz, köpüyəköpük çıxardı. Hələ indiyə kimi heç bir yoxlayıcı ondan nöqsan tutmamışdı.
Onun gəliri özünün dediyi kimi, müştərilərdən saxladığı köpük-quruş deyildi. O, hər ayda iki tona qədər kağız işlədirdi. Dükanda satılan bütün ərzaqları qalın, sarı kağıza büküb verərdi. İki ton kağızın pulun hesablayanda Ələkbər kişi işindən də, güzaranından da razılıq edərdi. Həmişə zarafatla deyərdi ki, mən ailəmi kağızla dolandırıram. İnsafən, camaat da Ələkbər kişidən yerdən göyəcən razı idilər.
Məsmə işə başlayandan bir-iki ay sonra başladı yavaş-yavaş əliəyrilik eləməyə. Ələkbər kişi görürdü ki, qız xəlvətə salaraq arada köpük-quruşdan çırpışdırır. Dolayısıyla qıza başa saldı ki, əliəyrilik eləməsin, onun sözlərini yadından çıxartmasın. Amma onun bu sözlər, elə bil daşa deyilirdi, Məsmənin qulağına girmirdi ki, girmirdi.
Günlər keçdikcə, Məsmə xırda pullardan, artıq kağız pullara keçmişdi. Gündə bir-iki manat oğurlayırdı. İşinin sərrafı olan Ələkbər kişinin bu oğurluq gözündən yayınmırdı. Qıza dönə-dönə tapşırırdı ki, bu pis əməlindən çəkinsin.
Qız da and-aman edirdi ki, o bir qəpik də olsun pul götürmür.
Bir neçə dəfə Ələkbər kişi qızın, cibindən, çantasından oğurladığı pulları çıxarıb ona göstərsə də, qız tutduğu əməlindən əl çəkib düzəlmirdi ki, düzəlmirdi. Ələkbər kişi nəalac qalıb, Məsməni bir neçə dəfə işdən də qovmuşdu. Qız da hər dəfə ağlayıb-sıtqayıb yalvarırdı ki; – evdə ehtiyacımız var, dolana bilmirik, ona görə carəsizlikdən pul götürürəm.
Amma Ələkbər kişi bilirdi ki, o yalan deyir. Çünki onların yaşayışı o qədər də pis deyildi. Anası Badam arvad qızıl-gümüş alverçisi idi. Həm də, maaşından əlavə Ələkbər kişi Məsməyə hörmət də edirdi. Hələ üstəlik, ayın sonunda ona dükandan ərzaq da yardım edirdi. Qız qazancını ancaq paltara, ənliyə, kirşana verirdi. Hər gün yeni bir paltarda işə gəlirdi.
Ələkbər kişi ona dəfələrlə deyirdi: – Məsmə, bilirəm sən gələcəkdə varlı adam olmaq istəyirsən. Varlı olmaq üçünsə adama çoxlu pul lazımdır… Pul elə şeydir ki, hamı onu çox istəyir. Amma adam ki, ehtiyacından artıq pul qazanmaq sevdasına düşdü, demək, həmin adama abır-həya lazım deyil. Çünki pul onun abır-həyasını əvəz edir. Düzdür, həmin o adam həyatda var–dövlət sahibi olur, amma heç vaxt xoşbəxt ola bilmir.
Məsmə isə Ələkbər kişinin bu sözlərinə gülüb deyirdi: – “ Təki, adamın pulu çox olsun. Pul çox olanda xoşbəxtlik özü gəlib adamı tapır. Qaldı, abır-həyaya, day-day, onu itə də atsan it yeməz”.
Ələkbər kişi onun bu sözlərindən sonra bir daha anladı ki, bu qız düzələn adama oxşamır.
Günlərin bir günü işin sonunda pulların haqq-hesabını aparanda, Ələkbər kişi baxıb gördü ki, puldan əlli manat çatmır. O, Məsmədən puldan əskik gəldiyini soruşdu. Qız and içdi ki, onun bundan xəbəri yoxdur.
Ələkbər kişi təkrar soruşdu, xahiş etdi ki, əgər pulu götürübsə ehmalca gətirib qoysun yerinə.
Qız yenə də and-aman edib bildirdi k, nə pul görüb, nə də puldan xəbəri vardır.
Ələkbər kişi qızın qolundan yapışıb biraddımlığında saxladı və diqqətlə onun gözlərinin içinə baxdı. Qızın gözləri alışıb yanırdı. Elə bil, onun gözlərinin dərinliyində quyruqlu sarı bir ilan çabalayırdı. Həyəcanlandığına görə qız tez-tez dərindən nəfəs alırdı. Hər nəfəs aldıqca da, onun sinəsi qabarıb-enirdi. Qızın sinəsi qalxıb endikcə də, yumuru, iri döşləri az qalırdı ki, Ələkbər kişinin gözlərinə soxulsun.
Ələkbər kişi pulun Məsmədə olduğunu tam yəqin bilirdi. Amma istəyirdi ki, o, özü bunu boynuna alsın. Amma qız təkidlə pulun onda olmadığını israr edirdi.
– Mən bu gün müştərilərdən üçünün alış-veriş edəndə, üç diriəllilik xırdalatdırdıqlarını öz gözlərimlə görmüşəm. Bax, əlliliklərdən iksi burdadır, amma biri yoxdur, – deyə Ələkbər kişi qızı başa salmağa çalışdı.
Qız isə ağlamsınaraq, pulun onda olmadığını deyirdi və boynunu çiyninə qoyaraq gözlərini süzdürə-süzdürə Ələkbər kişiyə elə baxırdı ki, Ələkbər kişi, elə bil, isti suya düşən göy-göyərti kimi yavaş-yavaş pölüşküyürdü.
Amma o, özündə təpər tapıb ürəyində: – lənət sənə kor şeytan, – deyib özünü ələ almağa çalışırdı.
Həm, iş gününün sonu olduğuna görə, həm də dükana girən təkəm-seyrək adamların bu söhbətləri eşitməsin deyə, Ələkbər kişi durub dükanın qapısını içəridən bağladı və Məsmənin qolundan tutub dükanın yük, ərzaq yığılan yerinə apardı. Məqsədi qızın götürdüyü pulu gizlətdiyi yerdən çıxarıb ona göstərmək idi ki, bir də belə qələt eləməsin. O bilirdi ki, qız pulu harada gizlədib. Odur ki:
– Məsmə, qızım, pul səndədir, qaytar qoy yerinə və söz ver ki, bir də belə axmaqlıq eləməyəcəksən. Mən də səni bağışlayım. Axı, belə yaramaz. Mən dəqiq bilirəm ki, pulu sən götürmüsən, özü də bunu bilə-bilə etmisən. Axı, sənə neçə dəfə tapşırmışdım ki, ticarətçinin əl-ayağı düz olanda işi də yaxşı olar. Niyə mənim sözümə qulaq asmadın, belə yaramaz axı? Özün deyirsən ki, mən gələcəkdə ticarətçi olmaq istəyirəm. İstəyirəm ki, şəxsi dükanım olsun, var-dövlətim çox olsun. Bilirsən, dolanmaq üçün, ailə uşaq saxlamaq üçün ticarətçiyə kiçik bir dükan da bəs edər. Yetər ki, müştəriləri aldatmasın, təmiz işləsin. Yox, kimsə birdən-birə varlanıb, milyonçu olmaq istəyirsə, onda o başqa bir məsələdir.
Ələkbər kişi qızın qolundan yapışb özünə tərəf çəkdi və əlini qızın köynəyinin yaxasından içəri salıb alt paltarının arasından oğurladığı pulu çıxarmaq istədi.
Bu vaxt qız əllərini cütləyib kişinin əlinin üstünə qoydu və bərk-bərk Ələkbər kişinin vəl boyda əlini sinəsinə sıxıb saxladı. Kişinin şanaya oxşar barmaqlarının arasında Məsmənin ürəyi quş kimi çırpınırdı.
Ələkbər kişi diksinən kimi oldu. Amma tezcə də özünə gəlib, o biri əliylə qızın əllərini dartıb əlinin üstündən qopartdı və bu dəfə barmaqlarını qoşalaşdıraraq onun iki döşünün arasında gizlətdiyi əlli manat pulu çıxarıb, qızın gözlərinin qarşısında tutaraq dedi:
– Bəs, buna nə sözün? – Deyirsən yəni, onda bu pulu bura mən qoymuşam?!..
Məsmə başını aşağı salaraq, ayağının ucunu yerdə ora-bura sürüşdürə-sürüşdürə, bic-bic güldü və nazlana-nazlana:
– Siz qoyanda nə olar? – dedi.
Ələkbər kişi çoxdanın kişisi idi, həm də cavanlığında çox lotu adam olmuşdu. O qədər belə sırtıq üzlər görmüşdü ki, təndir yabası kimi, artıq ütülüb, sirinsimişdi. Amma heç vaxt namuslu qıza, gəlinə gözünün ucuyla belə yan baxmamışdı.
Qızın bu ikibaşlı sözləri onun, sanki gənclik hissiyyatını oyatdı. O, barmaqlarının ucuyla Məsmənin yumuru çənəsindən tutub, qızın başını bir azca yuxarı qovzadı və onun gözlərinin içinə baxdı.
Qızın gözləri diri-diri kişini yeyirdi. Ələkbər kişi bu gözlərə baxdıqca içərisindən qeyri-adi bir yanğı onun bədənini, yağda bişən balıq kimi çırthaçırt qovururdu. Özündən aslı olmayaraq əlləri, artıq, qızın bütün bədənində dolaşırdı.
Məsmə isə alışıb-yanan gözlərini Ələkbər kişinin gözlərindən çəkməyərək, elə bil yanan odun üstünə bir az da neft çiləyirdi.
Kişi özündə deyildi. O hisslərini, artıq idarə edə bilməyəcək dərəcədə bədbəxt və iradəsiz bir hala düşmüşdü. Nəfəs ala bilmirdi. Acı bibər yemiş adamlar kimi ağzından od-alov çıxırdı. Bədəni isə əsim-əsim əsirdi.
Məcmə bütün varlığıyla ona qısılıraq: – Sənə qurban olum, bəlkə lazım deyil, – deyərək, onsuz da ağlı başından çıxan kişini bir az da dəli edirdi.
Ələkbər kişi qulac qollarını Məsmənin belinə dolayaraq, onu var gücüylə özünə sıxdı. Qız tora düşmüş balıq kimi kişinin güclü qolları arasında çırpındı və sonra xəfifcə inildədi…
… Bu hadisənin səhəri günü Ələkbər kişi ərizəsini yazaraq, öz razılığı ilə işdən getdi. Dükanı isə, Məsməyə təhvil verdi…

Müəllif: Meyxoş Abdullah

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Meyxoş Abdullah

“Yazıçı mətbəxindən”

Yazıçılıq çox qəribə bir peşədir… Əslində, buna peşə də demək olmaz. Bu insan içinin hayqırtısıdir, naləsidir. Mən yazdığım hər hansı bir əsərimin, fərqi yoxdur, kiçik həcmli olsun, böyük həcimli olsun, onu yazarkən çox böyük məsuliyyət hissi keçirirəm. Qəhrəmanlarımı çox sevirəm, fərqi yoxdur, insan olsun, daş olsun, yarpaq olsun, qaya parçası olsun və yaxud da, adicə saman çöpü olsun.. Əsas odur ki, mən onu təsvir edirəm, onun varlığını yaşayıram. Bəzən, payız vaxtı yerə düşmüş, saralan ağac yarpaqlarının da üstünə ayaq basmağa ehtiyyat edirəm. O yarpaqlar mənim üçün can verən və son anını yaşayan bir canlını xatırladır. Ya da, can verən bir körpəni…
Bəzən, yaratdığım qəhrəmanımın keçirtdiyi iztirablara dözə bilməyib onunla bərabər hönkür-hönkür ağlayan vaxtlarım da olubdur… Bacardığımı yazıram, lovğalıq və müştəbehlik mənlik deyil… Yazdığım və təsvir ediyim hər hansı bir hadisəni, təbiət mənzərələrini dəfələrlə öyrənməmiş, müşahidə etməmiş qələmə almıram. Hiss edirəm ki, ağrılara dözməyi bacarıram, özgənin ağrısını özümküləşdirməyə, artıq vərdiş edirəm.
Çox vaxt adama sual verirlər, necə yazıçı olmaq olar? İçimdən gələn və keçirtdiyim hisslərə rəğmən bu suala belə cavab verərdim: – Sən sus və bir kəlmə də olsun danışma… Duyduqların, eşitdiklərin və gördüklərin içini qurd kimi gəmirənəcən, səni məhv etmək həddinə çatanacan sus və döz… Sonra, daha dözə bilməyəcəyini bildiyin halda yazmağa başla… Ağıllı və vicdanlı olduğun halda, axmaq adamların sənə: – “Vicdansız və axmaq adamdır o!..” – fikrlərini onların başlarından qovub, özünə rəğbət qazandıranacan dözməyi bacardığın halda, sən babat yazıçı ola bilərsən və yaza bilərsən… Bu yazıçılıq məktəbidir, bir dərsdir… Bu çətin bir peşədir…

Müəllif: Meyxoş Abdullah

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Meyxoş Abdullah

Alagöz
(povest)

V və son hissə
(Əziz oxucu, əgər sənə görə dünyada həyatdan qiymətli heç nə
yoxdursa, onda bu əsər sənin üçün yazılmayıb…)

… Uzun yelkəsi, topuğuna çatan quyruğu, ceyrana bənzər duruşu, qulaqlarını şəkləyib baxması, hər şey, hər şey əvvəllər olduğu kimiydi.
Mən ona yaxınlaşıb dizlərini qucaqladım və yerə çökdüm. Bilirsən, nə baş verdi? At da dizləri üstə çöküb, başını çiynimə qoydu və elə qırıq-qırıq kişnədi ki, elə bil son nəgəsiydi.
Mən onun boynunu qucaqlayıb, gözlərindən öpdüm. Onu iysilədim. İysilədim ki, o məndən sonra vətəndən çıxmışdı, Kəlbəcərimin havasından, ətrindən bəlkə onda qalaydı, düşündüm.
Alagöz də başını qoyun-qoltuğuma, üz-gözümə sürtüb fınxırırdı. Ayağa qalxdım, Alagöz də dikəldi. Mən onun boyun-boğazını, yal-yalmanını tumarladım. Gözlərindən elə yaş axırdı ki…
Alagözlə bu cür görüşümüz, ətrafdakılara da təsir etmişdi. Arxadan hıçqırıq səsi eşitdim. Geri dönəndə gördüm ki, ağlayan erməninin cavan arvadıdır. Dostum Ağazadə isə dəsmalla gözlərini qapayaraq üzünü yana çevirmişdi. Çiyinlərinin titrəməsindən hiss etmək olurdu ki, o özündə deyil.
Aşot isə orada yox idi, çıxıb getmişdi.
Bərk həyəcanlanmışdım, qızdırmalı adamlar kimi bədənim od tutub yanırdı. Özümdə deyildim, ağlını itirmişlər kimi, atın yan-yörəsində hərlənib, öz-özümə nə isə mızıldanırdım. Məni qınama, qardaş, elə bil itirdiklərimin hamıısını tapmışdım. O, qərib yerdə Alagöz mənim üçün hər şey idi.
Ağazadə vəziyyətimin ağır olduğunu görüb, tövləyə keçdi. Atın yalmanına sığal çəkib sonra ehmalca qolumdan yapışaraq: – daha bəsdir, gedək! – dedi.
Yenidən Alagözün boynuna sarıldım. O başını çiynimə qoydu, ayrılacağımızı hiss etmişdi, elə bil. Yavaş-yavaş geri dönüb qapıya tərəf getdim. At ondan ayrıldığımı görüb elə dartındı, elə kişnədi ki, dedim bəs, tövləni xaraba qoyacaqdır. Bir də dönüb ona baxdım. İlahi, onun gözləri nə boyda olmuşdu? Elə bil, bu dəqiqə hədəqəsindən çıxıb düşəcəkdi. Burun pərləri də dəmirçi körüyü kimi qalxıb, enirdi.
Çölə çıxanda ağlamağımı erməni görməsin deyə, özümü zorla saxlamışdım. Nə qədər çalışsam da, bacarmırdım, aradabir hıçqırıq boğurdu məni.
Alagöz bir an da olsa dayanmadan kişnəyirdi. Bizdən bir az aralıda, bayaqkı erməni qadını ərinin qollarından tutaraq ona nə isə deyirdi. Boynunu çiyninə qoyub, göz yaşları axıtmağından hiss etmək olurdu ki, ərindən nə isə xahiş edir. Yalvardıqca da hönkürürdü. Əri isə onu kobudcasına kənara itələyib qovdu.
Qadın düz onun gözlərinin içinə baxdı, sonra əlini atıb stolun üstündən bir stəkan götürərək yerə çırpdı və əri tərəfə tüpürərək ağlaya-ağlaya evə qaçdı.
Biz küçəyə çıxdıq. Elə bil erməninin o dəbdəbəli həyət-bacasında bir qırıq da olsun nəfəs almamışdım. Küçəyə çıxanda dərindən nəfəs almağa başladım. Azacıq da olsa rahatlandım. Rahatlanmağım Alagözü gördüyümə görə idi, onsuz da qəlbimdən qara qanlar axırdı.
Alagözün səsi hələ də gəlirdi. Yazıq heyvan nələr çəkirdi mən bəxtiqaranın əlindən.
Maşına oturub evə gəldik. Ağazadədən xahiş etdim ki, məni yola salsın, gedirəm. O, çox yapışdı ki, bir-iki gün də qalım. Amma razı olmadım. Bildirdim ki, mənim burada qalmağımın o yazıq heyvana da ziyanı var. Atda hissiyyat güclüdür, axı. Buradan nə qədər tez uzaqlaşsam, ona da rahat olardı.
İranlı dostum daha bir söz deməyib, məni keçid məntəqəsinə gətirdi. Ayrılanda ona dil-ağız elədim. Xahiş elədim ki, bu neçə gündə çəkdiyi əziyyətlərə görə məni bağışlasın və zəhmətini mənə halal etsin. Bir də dedim ki, narahat olmasın çalışıb onun borcunu qaytaracağıq.
O mənə təskinlik verib dedi ki, belə şeylər üçün narahat olmayım. Nə etmişəmsə halal xoşun olsun, – dedi.
Ağazadə ilə ayrılanda boynumu qucaqlayıb: – yenə də gücümü vuracağam, bəlkə bir şey edə bildim, – dedi.
– Nahaq yerə özünə əziyyət vermə, onlar xoşluqla bir şey qaytaran deyillər. – dedim.
Bakıya hava qaralanda çatdım. Uşaqlarla görüşüb, öpüşdüm. Yaman qəribsəmişdik bir-birimüzçün. Bir az rahatlanandan sonra olub-keçənləri uşaqlarıma danışdım.
Bir müddət nə oğlum, nə də gəlinim dinib, danışmadılar. Elə beləcə, lal-dinməz oturub bir-birimizin üzünə baxdıq. Sonra oğlum gəlib divanda, yanımda oturdu və qolunu boynuma salıb dedi:
– Atacan, bu illər ərzində gör nə qədər əziyyət çəkdin. Daha olan olub, keçən keçibdir. Bundan sonra darıxmağın nə mənası var. Xahiş edirəm, olanları unudasan. Qaldı pul məsələsinə, narahat olma, yavaş-yavaş ödəyərik o kişinin pulunu. O da səndən ötrü çox əziyyət çəkibdir.
Bir söz deməyib, başımın işarəsiylə oğlumun sözlərini təsdiqlədim. Əslinə baxsaydın, deməyə də sözüm yox idi. Nə deyəcəkdim ki, oğlum düz deyirdi də…
Elə səhəri gün oğlum İrana, Ağazadənin ünvanına bir qədər pul yola saldı.
Bu hadisənin üstündən bir həftəyə yaxın vaxt gəlib keçdi. Axşam evdə oturub şam yeməyi yeyirdik. Birdən telefon zəng çaldı. Oğlum dəstəyi götürəndə məlum oldu ki, zəng vuran İrandandır. Bunu bilən kimi dik yerimdən qalxdım. Mənim belə qalxmağım evdəkiləri də diksindirdi.
Telefonun dəstəyini qulağıma tutanda Ağazadənin səsini eşitdim. Çox sevindim. Bir-birimizin kef-əhvalını soruşandan sonra, bildirdi ki, göndərdiyiniz əmanəti alıb. Narazılığını bildirdi, dedi ki, nə xəbərdi, məgər qaçaqaçdı, nə vaxt olsaydı göndərərdiniz də…
Ürəyimdə dedim ki, ay sağolmuş, sizin tərəfdə bilmirəm, biz tərəfdə, doğurdan da, qaşaqaçdır.
Sonra Ağazadə bir az susdu. Handan-hana bildirdi ki, Həsən kişi, sənin atın Alagöz dünən öldü…
Bu sözləri eşidəndə gözlərim qaraldı, Otaqda heç kəsi görmədim. Kor adamlar kimi əllərim havadan asıla qaldı. Yıxılmayım deyə divardan yapışdım. Çətin nəfəs alırdım. Düşündüm ki, bu dəqiqə ürəyim partlayacaqdır.
Oğlum qolumdan yapışıb divanda əyləşdirdi. Elə başım dolmuşdu ki, yazıq Ağazadəylə heç xudahafizləşə də bilmədim. Demək, Alagöz də bu dərdə tablaşa bilmədi, çərləyib öldü. Demək o, sahibiylə ayrılığa dözəmmədi. Mənsə o boyda yurd-yuvamı, var-dövlətimi, həyat yoldaşımı, qohum-əqrabamı itirdim, amma ölə bilmədim. O şüursuz heyvan, mənsə şüurlu bir insan…
Beləcə, həftələr, aylar ötdü. Oğluma yalvardım ki, mənə rayonların birind bir yer tapsın, daha Bakıda qala bilmirəm. Oğlumla, gəlinim çox dedilər, yalvardılar ki, belə etməyim. Amma mən heç kəsin sözünü eşitmədim. Çarəsiz qalıb axırda razı oldular.. İstəmirdim ki, bu vərəmli canımla onların da ömürlərini çürüdəm. Onlar hələ gənc idilər, həyatda nə görmüşdülər ki? Oğlum da sözümdən çıxmayıb, dediyim kimi məni sizin rayona gətirdi.
– Hə, qardaş, mən bədbəxt oğlunun başına gələn müsibət budur. Yazan olsa, bir kitablıqdır. İndi gəzib, dolanıram, amma nə faydası. Qabaqlar deyirdilər ki, kişini kişi eyləyən üç şeydir: – arvad, papaq, birdə ki, at. Arvadı o yurdda qoydum, torpağa da tapşıra bilmədim ki, heç olmasa ermənilər onun meyidini təhqir etməsinlər Papağıda qaçhaqaçda salıb itirdim. Atı da ki verdim erməninin əlinə. Ona görə də, Allah bunların cəzasını bu dünyada mənə çəkdirir. İnan ki, o dünyada mənə cəhənnəm odu yoxdur Mən orada çəkdiklərimi elə bu dünyada çəkirəm. Bir gözləməm var, onu gözləyirəm. Dörd-beş aydan sonra, inşallah, arzuma çataram. Elə ona görə də bu dayçanı almışam. Alagözümün dayçalığına çox oxşayır. Gözlərimdən kənara buraxmıram ki, qoy, gözümün qabağında olsun, bağrım çatlamasın, bəlkə o gözlədiyim gün gəlib çata.
– O hansı gündür, – dedim, – Həsən kişi? Bəlkə, Kəlbəcərin azad olunduğu günü gözləyirsən? Yəni, Kəlbəcər beş-altı aydan sonra azad olunacaqdır?
– Yox, qardaş, onu demirəm. O günü mən görməyəcəyəm. Nə qədər ki, kəlbəcərlilər, yurd-yuvalarından didərgin düşən bütün qaçqın, köçkünlər, dizəcən çırmalanıb, ayaqqablarını əllərinə götürərək gözləyirlər ki, torpaqları kimsə alsın, onlar da ayaqyalın, başıaçıq ora qaçsınlar, o gün olmayacaq. Guya, bunu nəzir boyun alıblar. Başqaları vətən yolunda, torpaq yolunda döyüşüb, şəhid olurlar, bizsə ayaqqablarımızı çıxarıb götürmüşük əlimizə… Yox, qardaş, belə getsə bu xamır hələ çox su aparacaq. Mən başqa günü gözləyirəm, əgər maraqlansan biləcəksən.
Hava qaralmışdı. Payızın soyuq nəfəsi adamın boyun-boğazına soxularaq bədənini üşüdürdü. Bayaqdan bəri oturmaqdan qıç-qolumuz da keyləşmişdi. Ayağa qalxdıq. Həsən kişi dayçanın çidarını açdı, onun belinə bir-iki dəfə tumar çəkib dərindən köks ötürdü. Sonra isə mənimlə xudahafizləyib, mal-qaranı hoyladı…

***
Artıq yazın ikinci ayı da girmişdi. Hər tərəf gül-çiçəyə bürünmüşdü. Havalar da yavaş-yavaş istiləşirdi.
Axşamüstüydü. Həsən kişini gördüm. Çoxdan idi ki, görüşmürdük. Yaman dəyişmişdi, bu dörd-beş ayın ərzində xeyli qocalmışdı. Artıq dayçası da böyüyüb yekə at olmuşdu. Bir az ordan-burdan söhbət etdik. Bulanıq gözlərinin dərinliyində güclə seziləcək bir işartı görünürdü. Sanki qatı dumanda görünən günəş şüasının zərrəsi idi. Bilmək olmurdu, bu işartı sönməyə doğrudur, yoxsa…
Həsən kişi sözlü adama oxşayırdı. Hiss etdim ki, ağzını dodurub mənə nə isə demək istəyirdi, amma ürək eləmirdi.
Elə mən də istədim ondan soruşam ki, o dediyin gün nə oldu, Həsən kişi, gəlib çıxmadımı? Amma onun qəmli, kədərli baxışlarından ehtiyat etdim. Qorxdum ki, onun yaralarının qaysağını qopardaram, sonra pis olar. Odur ki, heç nə demədim. Onunla xudahafizləşib ayrıldım.
Həsən kişiylə görüşdüyüm vaxtdan bir müddət də gəlib keçdi. İşdən evə qayıdırdım, gördüm ki, on iki-on üç yaşlarında bir oğlan uşağı at belində mal-qara otarır. Yaxınlaşanda fikir verib gördüm ki, oğlanın mindiyi at Həsən kişinin atıdır.
Salam verib, Həsən kişini soruşdum. Uşaq pencəyinin qoluyla burnunu silə-silə: – əmi, o öldü e.., – dedi.
– Necə yəni öldü? Nə vaxt öldü?! – deyə təəccüblə soruşdum.
Aprel ayının 2 – də, gecəyarısı özünü tövlədən asıb öldürüb, – uşaq dedi. Bu atı da hələ sağlığında mənə verəcəyini demişdi. Axı, mən ona kömək edirdim. Atın da adı Alagözdü e…
Oğlan bu sözləri deyib, atın yüyənini dartdı. At yerindən götürüldü.
Yerimdəcə donub qaldım. Fikirləşdim ki, görəsən, Həsən kişi niyə görə özünü aprelin ikisində öldürüb? Məgər onun gözlədiyi gün o gün idi? Ayın ikisində, axı nə olmuşdu?
Nə qədər fikrimi toplasam da, bir şey anlamadım. – Yox, o gün nə isə olmalıydı, axı. Bu unutqanlıq nə bəladı keçib bizim boğazımıza, – deyə, öz-özümü danladım.
Birdən, həmin uşaq Alagözün yüyənini dartıb, atı geri döndərdi və uzaqdan səsləndi:
– Əmi, bilirsən Həsən kişi özünü niyə aprelin 2-də öldürüb?! O gün, axı, Kəlbəcərin işğal olunduğu gündür!!!..
2000-2001- ci illər…

SON.

Müəllif: Meyxoş Abdullah

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Meyxoş Abdullah

Alagö
(povest)

IV hissə
(Əziz oxucu, əgər sənə görə dünyada həyatdan qiymətli heç nə
yoxdursa, onda bu əsər sənin üçün yazılmayıb…)

… Onun belindəki yekəburun oğlan atın yüyənini nə qədər dartsa da, onu nə qədər qamçılasa da, at yerə dirənib getmirdi. Yüyən o qədər tarım çəkilmişdi ki, az qalırdı ki, heyvanın cəhəngi cırılsın. Gözləri də elə iriləşmişdi ki, deyirdin bu dəqiqə hədəqəsindən şıxacaq…
Özümü heç cür ələ ala bilmirdim. Qərib yer ola, illərlə axtardığını tapasan. – Mən olmayım sən ol, de görüm nə edərsən, qardaş?! Adamın ciyəri parçalanmasın neyləsin burada, a başına dönüm. Elə kövrəlmişdim ki, heç olmayan kimi. Yazıq Alagöz də yerində fırlanıb kişnəməkdən, lap dəli olmuşdu. Yarış gedən meydançada aləm dəymişdi bir-birinə. Heç nədən xəbəri olmayan tamaşaçılar, artıq mənə hücum edirdilər. Ona görə əsəbləşmişdilər ki, onlardan çoxu Alagözə pul qoymuşdu. Oyunun udulan vaxtında kiminsə burada para-pozanlıq salması onları qəzəbləndirmişdi. İndi onlar bu adamın dərsini vermək istəyirdilər.
Elə yarışçılar arasında da aləm dəymişdi bir-birinə. Necə ki, Alagöz kişnəyərək yarışdan çıxdı, atlar arasında da çaxnaşma düşdü. Atlar bir yerə yığışdılar. Burun-buruna dayanıb, bərkdən kişnəyir, arada da arxa-arxaya dönüb qoşa şıllağa qalxırdılar. Bəziləri də həmcinslərinin ürəkparçalayan kişnərtisinə səs verərək, onun köməyinə çatmaq üçün geri həstənirdilər.
Camaat məni dövrəyə almışdı. Kimi söyür, kimi əlindəki tum dolu kağız bağlamaları başıma çırparaq məni təpikləyirdi.
Allah Ağazadənin köməyi olsun, o olmasaydı camaat mənim axrıma çıxacaqdı. Özünü qabağa verib, camaatdan xahiş etdi ki, məni vurmasınlar. Dedi ki, o qonaqdır, neçə vaxtdır ki itmiş atını axtarırmış, burada tapıb.
Adamlardan çoxu onu yaxşı tanıdığından əl saxlayıb oradan uzaqlaşdılar. Yarış meydançasının ortasında da xeyli adam toplaşmışdı. Onlar da at sahiblərinin yaxınları, dostları idi.
Halım xarablaşsa da, gözlərimi Alagözdən ayıra bilmirdim. Yazıq atın yüyənindən dörd-beş nəfər yapışmışdı. O da, gah irəli, gah da geri gedərək haray qoparırdı. Onu birtəhər çəkib apardılar.
Elə bu vaxt polislər bizi dövrəyə aldılar. Balacaboy, sarıyanız bir kişi məni polislərə göstərib, farsca nə isə deyirdi.
Polislər mənim qolumdan yapışıb aparmaq istəyirdilər ki, Ağazadə onlara nə isə başa salmağa çalışdı. Amma onlar buna əhəmiyyət verməyib, məni meydanın yanında dayanmış maşına mindirdilər. Ağazadədə onlardan icazə alıb maşına oturdu.
Artıq heç nə gözümdə deyildi, lap mənə iş kəssəydilər belə. Maşın sürətini artırsa da Alagözün cingiltili kişnərtisi, elə bil qulaqlarımın içində ilişib qalmışdı.
Ağazadənin qanı qaraydı. O əyilib qulağıma dedi:
– Baba, işlərin fırıqdır, səni tutacaqlar
Onun bu sözləri, nəinki məni qorxutdu, heç tükümü də tərpətmədi. Öz-özümə düşündüm: – Tuturlar, tutsunlar da, adam öldürməmişəm, bank yarmamışam. Atımı oğurlayıb bura gətiriblər, mən də onun dalısınca gəlmişəm də.
Maşın ikimərtəbəli bir binanın qarşısında dayandı. Maşından düşdük. İki polis işçisi qoluma girib məni otağa apardı. Burada hündürboylu, saqqalı bir polis zabiti oturmuşdu. Məni gətirənlər onunla uzun-uzadı danışdılar. O məndən nə isə soruşdu. Dönüb arxaya baxdım ki, görüm Ağazadə yanımdadır, ya yox. Gördüm ki, o, otaqda deyil.
Zabitin gözlərinin içinə baxıb, çiyinlərimi çəkdim. Yəni, demək istədim ki, mən sizin dilinizi bilmirəm.
Məni gətirənlərdən biri zabitə nə isə dedi. Zabit də başının işşarəsiylə razılığını bildirdi. Həmin şəxs dəırhal bayıra çıxdı və Ağazadə ilə birlikdə geri döndü.
Dostumu görəndə çox sevindim. Çünki, bu dilbilməzlik məni yaman pis vəziyyətdə qoymuşdu.
Ağazadə içəri girəndə zabit ayağa qalxdı və onunla ikiəlli görüşdü. Sonra oturmaq üçün ona yer göstərdi. Bunu görəndə istər-istəməz dodaqlarım qaçdı. Fikirləşdim ki, əgər onlar dost olsalar bu nənim xeyirimədir. Sonra zabit Ağazadəylə nə isə öz aralarında uzun-uzadı danışdılar. Başa düşdüm ki, iranlı dostum bütün olub- keçənləri başdan ayağa zabitə nəql edir.
Fikrimdə yanılmamışdım, “Qarabağ”, “Bakı” sözlərindən başa düşmək olurdu ki, qadasın aldığım, Ağazadə ona lap “Tarix-Nadir” danışır. Mən də ayaq üstə durub qulaq asırdım.
Ağazadə danışdıqca onun səsi, gah zilə qalxır, gah da bəmə enirdi. Adama elə gəlirdi ki, o yasin oxuyur. Eynən hüzr məclislərində eşotdiyimiz mollaların səsinə bənzəyirdi onun səsi.
O danışdıqca, zabitin sifəti gah qaralır, gah da ki, yağışdan sonra durulaşan səma kimi tərtəmiz olurdu. Yalan olmasın, onların söhbəti bir saata kimi çəkdi. Əslində, söhbət deyəndə, yazıq zabit heç ağzını açıb danışmırdı. Danışan elə iranlı dostum idi. Təkcə bir dəfə, o da başının işarəsiylə zabit göstəriş verdi ki, mənə oturmaq üçün stul versinlər. Yanımda duranlardan biri dərhal zabitin əmrini yerinə yetirdi.
Ağazadə söhbətini qurtarandan sonra, zabit də bir neçə kəlmə danışdı. Sonra hər ikisi ayağa qalxdıar. Dostum üzünü mənə tutub dedi:
– Həsən qardaş, bütün olub keçənlərin hamısını danışdım. Zabit mənim yaxın dostumdur. Bizə kömək etmək istəyir. Amma, məsələ çox ciddidir, fikirin özünüzə getməsin, bizdə qanun qanundur. Məsələ aydınlaşdırılana kimi sən burada qalacaqsan.. Narahat olma, zabit bildirdi ki, burada səninlə qonaq kimi davranılacaq. Ona görə belə oldu ki, meydanda baş verənlərdən yuxarıların da xəbəri var. Məsələni onlara izah edənəcən bir müddət vaxt lazımdır. Narahat olma, mən hər gün gəlib sənə baş çəkəcəyəm.
O, mənimlə görüşüb otaqdan çıxmaq istəyirdi ki, onu arxadan səslədim:
– Başına dönüm, onsuz da mənə görə çox əziyyət çəkirsən. Bir dənə də sənə zəhmət verim. Öyrən gör Alagöz bura necə gəlib çıxıbdır.
Dostum üzümə baxıb gülə-gülə dedi:
– Həsəncan, arxayın ol, onsuz da mən bu işlə məşğul olacağam. Çünki bu mənim özüm üçün də maraqlıdır. Vallah, bayaqkı hadisə bir an da olsun gözlərimin önündən getmir.
Ağazadə zabitlə də xudahafizləşib getdi.
Məni oradan başqa bir otağa apardılar. Otaqda, demək olar ki, bütün şərait vardı.
Artıq axşam düşürdü, yaman darıxdım. Otaq məni dəmir məngənə kimi sıxırdı. Bütün gecəni Alagöz haqqında fikirləşirdim. Ona yazığım gəldi. Yazıq heyvan indi nə çəkir? – düşündüm.
Səhəri gün qaldığım otağa bir həkim gəldi. Yanında da bizim dili bilən bir oğlan vardı.
Həkim məndən bir yerimin ağrıyıb, ağrımadığını soruşdu. Bildirdim ki, heç bir yerim ağrımır. Əslinə baxsaydın, yalan deyirdim, səhərə yaxın ürəyimin ağrısı tutmuşdu. Ha, ovuşdurdumsa, xeyiri olmadı. Fikirləşdim ki, evin yııxılsın kişi, birdən ölüb, eləyərəm qalaram bu qərib yerdə. Kimdir məni itirib, axtaran? Şükür Allaha ki, ürəyimin ağrısı səhərə yaxın məni buraxdı.
Sonra həkim yemək-içməyimlə maraqlandı. Şikayətimin olmadığını bildirdim. Ürəyimdə öz-özümə deyirdim: – “Bəxtəvərin oğlu, elə bil məni buraya kökəltməyə gətiriblər. Allahıma şükür edim ki, məni yerə yıxıb şallaqlamırlar. Çünki İrana gedib-gələnlər söhbət edirlər ki, vallah, ağına-bozuna baxmadan, kimliyindən aslı olmayaraq bir səhv iş tutanda adamı şallaqlayırlar. O qədər döyürlər ki, adamın beli qara-qançır olur.
Tərcüməçiyə dedim ki, doktora bildirsin ki, sağ olsunlar xeyli razıyam, hər şey yaxşıdır. Onlar da çıxıb getdilər.
Axşama kimi heç kəs yanıma gəlmədi. Bərk darıxdım, axı Ağazadə gəlməliydi, görəsən niyə gəlmədi. Olmaya vəziyyət çətinləşib? Yadıma, dünən onun maşında mənə dediyi sözlər düşdü. “Baba, işlərin fırıqdır, səni tutacaqlar”
Bədənimdən bir gizilti keçdi. Əgər məni burada həbs eləsələr, bundan kimin xəbəri olacaq. Guya, bizim hökumətin yadına düşən elə mən olacağam? Mənim kiminin birinin yox a, mininin başına müsibət gəlsə, heç kəsin ürəyi “cız” eləməyəcək. Bir az da sevinəcəklər ki, yardım alanların biri də azaldı.
Gecəni birtəhər keçirtdim. Elə darıxdım ki, lap olmayan kimi. Bezimişdim həyatımdan, yaşamaq istəmirdim. Razıydım heç olmasa Alagözlə məni bircə dəfə təkbətək qoysunlar, onun yalını tumurlayım, gözlərindən öpüm. Sonra öldürsələr, uf da deməzdim.
Səhər açılmaq bilmirdi. Otaqda o baş-bu başa getməkdən ayaqlarım ağrıyırdı. Bu gecə yaman uzun gəldi mənə.
Nəhayət, səhər açıldı. Səbirsizliklə gözlərimi qapıya zilləmişdim. Saat doqquza az qalmış qapı açıldı. Mənə səhər yeməyi gətirmişdilər. Heç, əlimi də vurmadım. Axşam yeməyimin üstündəydim. Ürəyim heç nə istəmirdi.
Günortaya yaxın növbətçi yenə gəldi. Bu dəfə məni çölə çıxarıb, iki gün bundan qabaq söhbət etdiyimiz zabitn yanına apardı. Otağa girəndə gördüm ki, Ağazadədə burdadır. Gözlərimə işıq gəldi. İstədim soruşam ki, bəs dünən harada idin, mənim gözləməkdən bağrım çatdadı ki?!
Amma utandım, düşündüm, Ağazadə deməz ki, bala mən sənin itən qardaşınam, ya nəyəm ki, düşəm sənin arxanca.
Onların hər ikisi əl verib mənimlə görüşdülər. Dostum vəziyyətimlə maraqlandı. Çiyinlərimi çəkdim. Demək istədim ki, necə olacağam, lap pis.
O, üzümə baxıb dilləndi:
– Görürəm bərk narahatsan, inan ki, iki gündür bircə dəqiqə də olsun boş vaxtım olmayıb Səhərdan axşamacan ora-bura qaçmışam. İndi səni bir neçə günlüyə buraxdıracağam. Məsələ çox qəlizdir, həm vətəndaşlara, həm də ki, dövlətə ziyan dəyib Camaat pullarını tələb edir. Sağ olsun başa düşən adamlar ki, kömək edirlər.. Xüsusən mənim yaxın dostum Sadiqi, o zabiti göstərərək əlavə etdi. Qaldı sənin at məsələnə onu da evdə söhbət edərik.
Biz Sadiqi deyilən polis zabiti ilə xudahafizləşib oradan çıxdıq. Yaman darıxdım. Başım bərk ağrıyırdı. İki gün olardı ki, yatmırdım. Bir tərəfdən qəriblik, digər tərəfdən də bu hadisə qanımı bərk qaraltmışdı. Burada deyiblər e, Gülümağa çox fərliydi, bir çiban da boynunun ardından çıxartdı.
Evə gəldik, Ağazadədən xahiş etdim ki, Bakıya, oğlumun evinə zəng vursun. Bilirdim ki, indi nigarandılar məndən ötrü.
Kişi nömrəni yığan kimi o dəqiqə cavab verdilər. Telefona cavab verən gəlinim idi. Səsimi eşidən kimi ağladı. – Hardasan, ay əmi, – dedi, səndən ötrü yaman darıxmışıq? Əhməddə ki , day İranda yer qalmayıb, zəng vurmasın. At nə oldu, tapa bildinmi?
Dedim, qızım narahat olmayın. Əhmədə də denən ki, heç yerə zəng vurub eləməsin, mən sağ- salamatam. Burada bir az işim var, qurtaran kimi qayıdacağam. Atı da tapmışam, bu barədə qayıdandan sonra danışaram. Hamıya məndən salam deyin, dedim və telefonu yerinə qoydum.
O dəqiqə canımda bir rahatlıq hiss etdim. Sonra gözlərimi Ağazadənin gözlərinin içinə dikdim O nə deyəcəyimi gözlərimdən oxuduğundan, məni çox da intizarda saxlamadı.
– Hə, Həsən qardaş, məsələ belə olub da. Necə ki, siz ev-eşiyinizi qoyub qaçmısınız, ermənilər də orada nə var yığışdırıblar. Uzun sözün qısası, sənin atın da bir erməni zabtindəymiş. Zabitin də Təbrizdə bir əmisi yaşayırmış. Sizin vilayət işğal olunan ərəfədə, həmin erməni də Ermənistanda imiş. Alagözü də orada görür və xoşuna gəlir. Qardaşı oğlundan xahiş edir ki, atı ona bağışlasın. Çünki, Təbrizdə erməninin ata marağı olan bir oğlu varmış. Bəli, atı alaraq gətirib Təbrizə. Dediklərinə görə, atla davranmaq çox çətin olub Bir müddət at yan-yörəsinə adam buraxmayıb. Elə kim gəlirmiş təpikləyirmiş. Sonralar yumuşalıb, – necə ki, siz yumuşalmısınız, iranlı dostum üzünü mənə tutub yarızarafat, yarıgerçək dedi.
Mən onun sözlərini təsdiqlyib dedim ki, düz deyirsən, qardaş. Biz şüurlu insanlar hər şeyi, bizə edilən zülmü, ata-babalarımızın qəbrini, doğmalarımızın nisgilini unudanda, bəs yazıq heyvan neyləsin?
İndi sənin atın Təbrizli erməninin oğlundadır, – deyə Ağazadə söhbətinin ardını danışmağa başladı. Adı da Aşotdur. Aşot İranda keçirilən at yarışlarının hamısında qalib gəlibdir. Yaman pul qazanıbdır sənin Alagözünlə. Onunla özüm danışdım. Gic göpəyoğlu mənimlə də danışmaq istəmirdi. Sənin yarışı pozmağın onun atasını yandırıbdır. Hirsindən quduz it kimi zəncir gəmirirdi. Ona dedim ki, mən Ağazadəyəm ha, özünü bir az yığışdır. Bu sözlərimdən sonra gördüm verir “vəloxa”.
Ona atı satmaq barədə deyəndə yaralı qaban kimi elə bağırdı ki, elə bil harasısa qapı arasında qalmışdı. Onunla çox çənə-boğaz vurdum. Axırda mənə nə desə yaxşıdır, dedi ki; – harda görünüb erməninin əlinə yaxşı bir şey keçə onu qaytara… Onunla söhbətdən belə anladım ki, o sənə at qaytaran deyil. Birdəfəlik bunu yadında saxla. Bir də, bu it uşağının bir şey qaytarmaqla araları yoxdur. Onları Allah yaradıb ki, ququ quşu kimi, onun-bunun yuvasında yumurtlasınlar, sonra da yumurtadan çıxan kimi yuvadakıları töksünlər bayıra. Birdə ki, qardaş, deyir: – ilanın quyruğu ulduz görməyincə ölməz. Onların o badımcan burunları əzilməsə, onlar tarıya bəndəlik eləyən deyillər. Sizdə də o fərasət yoxdur.
Çox götür-qoydan sonra sənin ata baxmağına icazə ala bildim. Bildirdim ki, sən ata baxmayınca geri dönən deyilsən. Ancaq buna bir şərtlə razı oldu ki, ona dəymiş ziyanın bir hissəsini ödəyəsən. Buna görə də məhkəmə qərar çıxartmalıdır Biz bir-iki gün də gözləməliyik.
Ağazadənin bu sözlərindən sonra əhvalım pərişan oldu. Vallah, elə bil dünya uçdu başıma, qaldım altında. İranlı dostum mənə təskinlik verməyə çalışdı?
– Darıxma, – dedi, -Allah bilən məsləhətdir, yaman günün ömrü az olar.
Ağazadənin bu sözləri məni sakitləşdirməkdən çox, bir az da hövsələdən çıxartdı. Odur ki, dedim:
– Ay başına dönüm, ay qurbanın olum, bu Allahlıq deyil e, ondan da keçib. Vallah, billah bu işlərdən Allahın xəbəri yoxdur. Harda görünüb ki, malını oğurlayalar, sonra da sahibindən qapının deşiyindən ona baxmaq üçün pul istəyələr. Yox, deyəsən mənim bağrım çatlayacaq. Daha dözə bilmirəm, dedim.
Ağazadə məni sakitləşdirməyə çalışdı:
-Baba, bir balaca səbrini bas, darıxma. Olan olub, olacağa da çarə yoxdur, bilirsən. Bir az döz, görək nə olacaq. Pul sarıdan da narahat olma mən ödəyəcəyəm.
Doğrusu, bu kişinin iki həftə ərzində mənim yolumda çəkdiyi əziyyətləri yadıma salanda xəcalətimdən əriyib yerə girirdim.
Bir-iki gün də dözməli olduq. Axır ki, məhkəmə də qərar şıxartdı. Ödənilən pul məbləğini bizim pula çevirəndə bir xeyliydi. Bu pulla bir at ilxısı almaq olardı.
Günortaya yaxın biz polis idarəsinə gəldik. Ağazadə məhkəmənin çıxartdığı qərarı və ödənilmiş pulun qəbzini polis rəisinə verdi.
O qərarı oxuyub, ödənlən pulun məbləğinə baxanda qaşlarını çatıb, uzun bir fit çaldı.
Polis rəisi bizi yola salanda məni Ağazadəyə göstərib nə isə dedi. Həmin anda iranlı dostumun sifəti qızardı. Mən anladım ki, söhbət mənim haqqımda gedir. Fikirləşdim ki, görəsən zabit mənim haqqımda nə deyə bilərdi? Yəqin deyə bilərdi ki, pulunu bunun yolunda dağıtma. Bu adam qədirbilən olsaydı, öz torpağının, öz el-obasının qədrini bilərdi. Gəldiyim qənaəti bir də ürəyimdən keçirəndə dostumdan da bərk qızardım.
Amma ürəyimdə şübhə qalmasın deyə, Ağazadədən soruşdum ki, polis rəisi nə dedi sən?
O bir az qımışdı və:
– Heç, bir söz demədi.
Dedim, sən canın nə dedi:
Ağazadə bərkdən gülüb dedi:
O dedi ki, dostunun, deyəsən, başı xarabdır. Bir atdan sarı girinc qalıb burada. Gərək onu xəstəxanada da yatıraydıq.
Özüm də bu sözə gülüb dedim:
– Qardaşcanı, düz deyir. Məni xəstəxanada yox e, gərək dəlixanada yatıraydılar
Ağazadədən xahiş etdim ki, daha qala bilmərəm, əgər mümkünsə beş dəqiqəliyə ata da baxaq, sonra mən çıxıb gedərəm.
Ağazadə bir söz deməyib mənim qoluma girdi və küçəyə çıxdıq. Bir maşına oturub erməninin evinə gəldik Əslində, buna ev də demək olmazdı. Elə bizim Bakıdakı, keşmiş “Lenin sarayı” boyda olardı.
Qapının zəngini basdıq. Qapıya orta yaşlarında arıq bir kişi çıxdı. Ağazadə onunla təmiz azərbaycanca danışdı. Kişi dərhal geri dönüb getdi. Br azdan qayıdıb bizi içəri dəvət etdi. Yəqin,bu xidmətçiydi düşündüm. Yaxşı işdir, erməninin evində azərbaycanlı xidmətçisi. Öz-özümə pıçıldadım: – Daş başına, a millət sənin, gör nə günə qalmısan e… Eynən vaxtiylə bizdə də beləydi, azərbaycanlılar Bakıda ermənilərin evində kirayədə qalırdılar.
Biz həyətə keçdik. Həyət, nə həyət. Elə bil cənnətdi, hovuz, nə bilim tovuz quşu. Deyirəm daş düşüb də bizim başımıza, qazandıqlarımızı ona-buna yedirdirik. Öz-özümüzlə didişməkdən başqa bir şey bilmirik. Həyətin ortasında dincəlmək üçün ayrıca bir yer də vardı. Orada iki nəfər oturmuşdu. O dəqiqə ağlıma gəldi ki, bunun biri Aşotdu, o biri isə onun arvadıdır.
Zənnim məni aldadmamışdı. Aşot deyilən erməni Ağazadəylə əl verib görüşdü. Mənim isə heç üzümə baxmaq istəmədi.
Onlar öz aralarında nə isə danışdılar. Sonra birlikdə, evdən xeyli aralı tikilmiş tövləyə tərəf getdik. Bu tiklinin tövlə olduğunu mənə iranlı dostum dedi. Əslində, o da bərli-bəzəkli bir evə oxşayırdı. Biz tövlənin qapısına çatanda… Həsən kişi nədənsə sözünün axırını gətirə bilmədi Əlini sırıqlısının cibinə salıb, çoxdan bəri yuyulmayan cib dəsmalını çıxartdı. Onu dürgələyib ovcunun içinə aldı. Hiss etdim ki, nə isə ürək ağrıdan bir söz eşidəcəyəm ondan.
Həsən kişi söhbətinə bir az ara verdikdən sonra, yenidən danışmağa başladı.
– Hə, biz tövlənin qapısına çatanda içəridən at kişnərtisi gəldi. Bu Alagözün səsiydi. Demək o mənim gəlişimi duymuşdu.
Qapını açıb içəri keçəndə, Alagöz bayaqkından da bərk kişnədi. – İlahi, gözlərimə inanmadım, qarşımda dayanan həmin Alagöz idi, mənim varım, yoxum olan, Alagöz…

(Ardı var…)

Müəllif: MEYXOŞ ABDULLAH

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qədiməli Əhməd

İlahi eşqin qatları
(M.Abdullahın “Saçlarından asılan qız” kitabı haqqında)

Hər dəfə şeir kitabları haqqında yazanda fikirlərimdə daha sərbəst oluram.Çünki poeziya ruhuma daha yaxın olur.Ürəyimin sirlərini oxucularımla paylaşanda da şeirlər köməyimə çatır….
Ancaq ədəbiyyat təkcə şeirdən ibarət deyil axı.Bu düşüncələrlə özümlə söhbət edə-edə yazıçı Meyxoş Abdullah gözlərimin önünə gəlir.Onu da qeyd edim ki,Meyxoş müəllim mənə məsafə və məkan baxımından daha yaxın ədəbi mühitdə yazıb-yaradır.Mərkəzdən bir qədər aralıda yaşasa da,son iyirmi ilin ədəb dünyasında imzası görünməkdə,Cənub ədəbi mühitini yazdığı əsərləri ilə ləyaqətlə təmsil etməkdədir.Onun əsərlərindəki incəlik,dərin lirizm,poetik fiqurlar,dilindəki səmimilik oxucu qəlbini ehtizaza gətirir.
Qeyd etdiyim kimi,yazıçı əsərləri ilə özünə geniş auditoriya qazanmışdır.Oxucu auditoriyası yazıçının bir-birindən fərqli,sanballı əsərləri ilə tanışdır…
Bu yazıda yazıçı Meyxoş Abdullahın “Saçlarından asılan qız” hekayəsi ilə oxucular arasında ədəbi körpü yaratmaq fikrindəyəm.Əsər yaxın vaxtlarda tərcüməçi-publisist Giya Paçxataşvilinin ön sözü və tərcüməsi ilə Azərbaycan və rus dillərində çap olunmuşdur.
“Saçlarından asılan qız” sevgi əsəri olmaqla həyata inamın,bağlılığın bədii ifadəsi,təcəssümüdür…
Sevgi insan qəlbində mübhəm duyğu olduğu qədər saf münasibətlərin ocaq yeridir.Həmin ocaq insan övladını isindirir,isti yapıncısına bürüyür,soyuqlardan,tufanlardan,nifrətlərdən qoruyur.Çünki o,İlahi duyğudu,amaldı.Çünki Tanrısal sevgi dünyanı da hər bəladan qurtarmağa qadirdir.Eşq bəşəri duyğudur.Onun anlamı dünya xalqlarının hamısı üçün eynidir.İrqindən asılı olmayaraq,sevginin dili,dini birdir.Əsl sevgi nə var,nə şöhrət tanıyır…
Meyxoş Abdullahın “Saçlarından asılan qız” əsəri də məhz bu motivlər üzərində qurulmuş sevgi əsəridir “Saçlarından asılan qız” uzaq illərin İlahi sevgisini yaxına gətirən sənət əsəridir. Onun səhifələrində 12 yaşlı qızın ürək çırpıntılarını eşidir,sevginin insanla yaşıd olduğuna inanır,insanla bir doğulduğunu görmək olur.
Nağılvarı girişlə başlanan hekayədə hadisə davam etdikcə əsərin qəhrəmanı Xatirənin taleyi oxucuda hadisəni sona qədər izləməyə maraq yaradır.Yazıçı burada yuxu pryomundan məharətlə istifadə edir.Burada Ağ divin insanlaşan obrazı yaradılır.Belə hissələr hekayəni daha da maraqlı edir.
Hekayədə maraqlı məqamlardan biri də Ağ divin paslı mıxı ürəyinə sancıb Xatirəni saçlarından həmin mıxdan asması,qolları ilə belini quçaqlayıb sinəsinə sıxmasıdır.Buradan görünür ki,aşiq qəlbindəki yaranı həmin silahla öldürüb yeni həyata başlamaq istəyir.O,sevdiyi qadını ürəyinə pərçimləməklə sevgiyə yeni həyat gətirir.
Hekayə maraqlı sonluqla bitir.

Anası yanağından süzülən göz yaşlarını silə-silə:
-Sənin taleyin yuxun kimi olacaq,qızım…Sən yuxunda gələcək taleyini görmüsən…
-Bəs o ağ div..? O hardan gələcək qismətimə?
-Sən böyü,qızım,o ağ div özü gəlib səni tapacaq…

Hekayədə hadisələrin yuxuda görüldüyü təsvir edilsə də,kökü reallığa söykənir
“Saçlarından asılan qız” iki aşiqin sevgi dayanacağı və xoşbəxtliyinin sevinclə başlanan yoludur…
Bu yolu sevgi ilə qələmə alan Meyxoş müəllimə uğurlar diləyi ilə söhbətin sonuna çatıram…                                                                   

Müəllif: Qədiməli Əhməd

Mənbə: Giya Paçxataşvili

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Meyxoş Abdullah

ALAGÖZ
( povest)

III hissə
(Əziz oxucu, əgər sənə görə dünyada həyatdan qiymətli heç nə
yoxdursa, onda bu əsər sənin üçün yazılmayıb…)

… Xudamdan bu sözləri eşidəndə bədənimi soyuq tər basdı, ürəyim sıxılmağa başladı. Hiss elədim ki, ayaq üstə dayana bilmirəm. Yavaşca yerə çökdüm. Xudam bu halımı görəndə qorxdu:
– Həsən, nə olub sənə, – dedi, – bir yerin ağrıyır? – Sonra əlini-əlinə vurub: – Allah ermənilərin evini yıxsın, bu camaatda ürək qoymayıblar ki!..
Özümü saxlaya bilməyib ağladım. Mənim ağlamağım Xudamı da kövrəltdi:
– Ə, niyə ağlayırsan, danış görüm, axı nə olub?!
Özümü zorla ələ alıb dedim:
– Xudam, sən ölənlərüvün göru, nə dedin? Dedin ki, Alagözü görmüsən? İranda?!
Ə, hə də… Burada nə var ki, bir il bundan qabaq , Ərdəbil bazarında rəhmətlik anamın öz əliylə toxuduğu, bacım Atlaza cehiz qoşduğu xalçanı gördüm.Yaxınlaşdım ki, alam, satan dəyyus elə qiymət oxudu ki, az qaldı ödüm qarışa. Daşıyıblar, qardaş, Azərbaycanın nəyi var çəkiblər bazara satırlar. Pal-paltardan tutmuş, namusuna kimi… Sən də deyirsən ki, nə bilim at belə gəldi, elə getdi. – At idi də sənin atın. Üstündən on il keçməyib, onbeş il keçməyib, deyəsən tanımadım. Cəmi-cümlətanı üç-dörd il bundan qabaq gördüyüm heyvandı da. Onu da tanımayacaqdım. Bir də nişan var də onun sol tərəfində.
Bu sözləri Xudamdan eşidəndə sevincimdən bilmədim ki, nə edim. Ayağa qalxıb onu qucaqladım və üz-gözünü duz kimi yalamağa başladım. Mənim belə etməyim onu da kövrəltdi.
– Ay Həsən, yaxı da. Bir məni başa sal görüm nə olub? Olmaya, o atı axtarırsan?!
Dedim, Xudam başına dönüm, axtarırsan nə sözdür? Bu neçə ili, day mənin anadan əmdiyim süd burnumdan gəldi ki… De görüm, atı nə vaxt görmüsən?
– Nə vaxt görmüşəm, deyirsən?! Ə, nə vaxt olacaq, iki-üç ay bundan qabaq. Mənim Təbriz şəhərində Ağazadə familiyalı yaxın dostum yaşayır, onunla getmişdik at yarışına baxmağa, orada gördüm. Yarış da belədir də, bilirsən, atları əvvəlcə tamaşaçıların gözü qabağından keçirirlər, onlar baxıb bəyəndiyi ata mərc gəlir, yəni pul qoyur. Orada da neçə min adam olur. Sənin atın birinci çıxdı. Vallah, o biri atlar heç onun tozuna da çata bilmirdi.
Xudamın bu sözlərindən sonra mən arxayın oldum ki, at mənim Alagözümdür. Odur ki, Xudama yalvar-yaxar etdim ki, məni də özüylə bərabər İrana aparsın.
O bir az fikirləşib dedi:
– Həsən, ölənlərimizin göruna and olsun, sabah yox, o birisi gün Kitaya gedirəm, orada bir az malımız ilişib qalıb. Bir aya kimi orada qalacağam. İstəyirsən gözlə, qayıdandan sonra gedərik.
Dedim ki, yox, bir aya mənim bağrım çatlayar. Mən, nəinki bir ay, heç bir gün də dözə bilmərəm.
Mənim bu sözlərimdən sonra o, nə fikirləşdisə dedi:
– Yaxşı, onda belə eləyək, gəl sən get İrana. Mən sənə dostum Ağazadənin ünvanını verərəm, onu axtarıb taparsan. O sənə nə lazımdır kömək edəcək, arxayın ol.
Elə oradaca Xudam cibindən qələm-kağız çıxarıb, dostuna nəsə yazdı. Kağızın o biri üzünəsə dostunun yaşadığı ünvünı yazıb mənə verdi. Sonra Xudamla görüşüb ayrıldım. Elə həmin gün avtobusa minib Bakıya gəldim.
İstirahət günü olduğuna görə oğlum evdə idi. Qapıdan işəri girəndə evdəkilər hamısı üzümə diqqətlə baxdılar.
– Nə olub, – dedim, – adam-zad görməmisiniz, nədi?
Oğlum mənə yaxınlaşıb dedi:
– Ay ata, bu neçə vaxtı səni həmişə qəmli, kədərli görməyə adət etmişik. Bu gün, maşallah, çox yaxşısan, e… Xeyir ola, deyəsən, inşallah, şad xəbər eşidəcəyik səndən.
– Alagözümü tapmışam, ay bala, Alagözümü! – sevincək dilləndim.
Mənim bu sözlərimdən onlar da sevindilər. Hər ikisi məni qucaqlayıb təbrik etdi, gözaydınlığı verdilər.
Bilirdim ki, bu neçə ili onlar da az əziyyət çəkməyiblər məndən ötrü. Necə olsa cavan ailəydi, deyib-gülmək, şənlənmək istəyirdilər. Ölənlə ölməyəcəkdilər ha… Bunların hamısını başa düşürdüm. Başa düşürdüm ki, mənim evdə qəmli, kədərli dolanmağım onları da narahat edir. Amma, Allah tərəfi bircə dəfə də olsun, nə oğlum, nə də ki, gəlinim bu barədə mənə bir söz deməmişdilər. Mən onlardan yerdən göyəcən razı idim.
Oğlum yaxın gəlib boynumu qucaqladı.
– Ata, de görüm hardan tapdın atı?- soruşdu.
– İrandan! – dedim.
Mənim bu sözlərim onların ikisini də təəccübləndirdi. İkisi də bir ağızdan?
– Hardan?!.. İrandan?!
– Hə də, atı aparıb İrana satıblar erməni köpəyuşağı, – dedim
– Bəs, atın orada olmasını sən kimdən öyrəndin? – oğlum soruşdu.
– Kəndçimiz Xudam görüb, bir ay bundan qabaq. Dedi ki, öz gözlərimlə gördüm İranın Təbriz şəhərində, at çapılan yerdə.
Mənim bu sözlərim oğlumun eynini açmadı. Bilirdim ki, onun İrandan xoşu gəlmir. Nə bilim, Şuşa şəhəri gedəndə, deyirdi ki, burada iranlıların da barmağı var.
Gecəni səhərə qədər yata bilmədim. Çox götür-qoy etdim. Səhər oğlum işə gedəndə ona tapşırdım ki, mənə sənəd hazırlasın, İrana getməyə.
Oğlum çox çalışdı ki, məni bu yoldan çəkindirsin. Ona bildirdim ki, mənə kömək edirsən et, etməyirsən onda gəl, mənə mane olma.
Oğlum bir söz deməyib çıxıb getdi. Axşam evə qayıdanda elə qapıdaca bildirdi ki, İrana getmək üçün hansı sənədlərin lazım olduğunu öyrənibdir. Bir həftəyə hamısın hazırlayacaq. Bir də dedi ki, sabah gərək gedib şəkil çəkdirək.
Bu sözləri ondan eşidəndə ürəyimdə dedim ki, şükür sənin kərəminə, ilahi, deyəsən işlərim düzəlir, axı.
Bir həftəyə sənədlərim hazır oldu. Oğlumla, gəlinim məni Biləsuvar keçid məntəqəsindən İrana yola saldılar.
İranda birinci dəfə olduğuma görə heç yeri tanımırdım. Ancaq Xudamın verdiyi ünvan məndəydi. Hə, nə başını ağrıdım, qardaş, birtəhər gəlib Təbriz şəhərinə çatdım. Adını ordan- burdan eşitdiyim Təbriz şəhəri, insafən çox gözəldi. Təmizliyinə və yaraşığına görə bizim Bakı şəhərindən üstün idi. İllah ki, yolları. O qədər hamar və rahat idi ki, avtobus gedə-gedə lap çay da içmək olurdu.
Mən bir taksi sürücüsünə yaxınlaşıb ünvanı ona göstərdim. O, ünvanı gözdən keçirəndən sonra bildirdi ki, apararam, amma pulun olsa. Dedim ki, nə qədər istəsən verəcəyəm.
Maşına oturub yola düşdük. Bir xeyli yol varmış, sən demə, Ağazadə deyilən iranlının mənzilinə. Onun yaşadığı yer Təbriz şəhərinin kənarındaydı. Biz ora çatıb maşından düşdük. Sürücü, hündür darvazalı bir binanı mənə göstərib dedi:
– Baba, Ağazadə deyilən şəxs bu binada yaşayır. Əgər mənə başqa bir qlluğunuz yoxdursa, icazə verin gedim işimin dalınca.
Ondan xahiş etdim ki, mənə kömək etsin. Mən İranda birinci dəfə olduğuma görə buranın qayda-qanunlarına bələd deyiləm.
Sürücü bir söz deməyib dəmir qapıya yaxınlaşdı və qapıda olan telefonla evin içinə zəng vurdu. Bildirdi ki, darvazanın qabağında şurəvidən gəlmiş bir qonağınız gözləyir. Sonra o üzünü mənə tutub dedi:
– Baba, narahat olmayın, bu dəqiqə qapını açacaqlar.
Mən onun haqqını verib yola saldım.
Bir-iki dəqiqədən sonra darvaza açıldı. İçəridən hündürboylu, saçları dümağ olan orta yaşlarında bir kişi çıxdı. Məni ayaqdan başa süzdükdən sonra dedi:
– Bağışlayın, baba, sizə kim lazımdır?
Mən bayaqdan əlimdə tutduğum kağızı ona uzatdım və üstündən də dedim ki, məni dostunuz Xudam göndərib buraya, sizinlə vacib işim vardır.
O, Xudamın adını eşidən kimi gülümsədi və mənə yaxınlaşıb ikiəlli görüşdü. Sonra qolumdan tutub içəri apardı. Çaydan-çörəkdən yedikdən sonra, söhbətə başladıq. Başıma gələn bütün əhvalatı, necə sənə danışmışdımsa, eləcə də, yerli-yataqlı ona da nağıl eylədim. O da mənə qulaq asandan sonra dərindən ah çəkib dedi:
– Həsən qardaş, darıxıb eləmə, inşallah, sənə kömək edərəm. Bir halda ki, Xudam qardaşımın yaxınısan, demək mənim də dostumsan Evimi öz evin bil, çəkinib eləmə. Qaldı at məsələsinə, biləsən ki, bizdə at yarışları bazar günləri keçirilir. Bu gün isə həftənin birinci günüdür. Bu hesabla, hələ bir həftə vaxtımız var. Qonağım olarsan, səni İranın görməli yerləriylə tanış edərəm.
Ağazadə deyilən bu adam İranda tanınmış adam idi. O, maşın-zad alveriylə məşğul olurdu. Təbrizdə iri maşın bazarı vardı, bu kişi orada böyük nüfuz sahibiydi. Böyükdən, kiçiyə hamı onun xatirini istəyirdi.
Hər gün tezdən onunla birlikdə evdən çıxardıq. O işini görüb qurtarandan sonra, şəhərin görməli yerlriylə məni tanış edərdi. Gördüklərim nə qədər ürəyimə yatsa da, yenə də fikrim-zikrim Alagözün yanındaydı. Bəzən küçədə at nalının səsini eşidəndə, dördgözlü dönüb baxardım. At qoşulmuş faytonu görəndə elə məyus olurdum ki…
İranlı dostum çox savadlı və siyasətdən baş çıxaran adamdı. Axşamlar yataqda uzanandan sonra bəzən sübhün gözü açılana qədər söhbət edərdik. Qınayırdı bizləri, torpaqlarımızı ermənilərə verdiyimizə görə. Deyirdi ki, torpaqlarınızı ermənilərdən elə-belə ala bilməyəcəksiniz. Quran oxumaqla, donuz darıdan çıxmaz, deyirdi. Bir də deyirdi ki, sizin ən böyük bədbəxtçiliyiniz ondadır ki, düşməniniz gözlərinizin qabağında ola-ola, öz aranızda düşmən axtarırsınız. Düşmən qalıb bir yanda, siz bir-birinizi qırırsınız. O deyir sən satdın, bu deyir sən verdin. Erməni də deyir ki, siz zsatmısınız biz də almışıq. İşdir, nə vaxtsa o torpaqları qaytarası olsalar, onda da sizə deyəcəklər ki, o vaxt pulla almışıq, filan qədər ödəyin, sonra torpaqlarınızı qaytaraq.
Ay qardaş, əvvəl bir-birinizlə ədavətə son qoyub, birləşin, torpaqlarınızı alın, sonra da kimin haqlı, kimin haqsız olduğunu sübut edin də, qaçmırsınız ki… Biriniz gedib oturub Rusiyada, biriniz Amerikada, biriniz İsraildə, digəriniz də İranda… Qalanları da zindanda. Hamınız da olmusunuz bir-birinizlə qanlı bıçaq. Ay başına dönüm, belə də ölkə olar?!
Mənim atam danışırdı ki, əgər o vaxt Bakı omasaydı, İran camaatının yarsı acından qırılardı. Buradan Bakıya işləmək üçün gedərmişlər. İndi Bakının camaatı bir tikə çörək üçün səpələniblər dünyanın hər yerinə. Belə də müsibət olar, adamın sizə yazığı gəlir. Mən bir neçə dəfə siz tərəflərdə olmuşam. Gördüklərimdən dəhşətə gəlirəm. İlahi, nə qədər dilənçi olar? Demək olar ki, millətin yarsı dilənçi kökündədir. Bakıya tərəf hər yan çadırdır. İnsan neçə il çadırda yaşayar, bir il olar, iki il olar, beş il olar… Əşi, day bu qədər olmaz da… Bir də gördün rus gəlib baxır, amerikalı gəlib baxır, ingilis gəlib baxır, fransız baxır, qısası ölkənizə kim gəlir sürüyüb gətirirsiniz çadırlara, o mağmun camaatın yaşayışına baxmağa. Onlar da baxırlar. Onlar baxdıqca, çadırdakılar da boyunlarını çiyinlərinə qoyub, elə yazıq-yazıq ağlaşırlar ki, adamın ürəyi kabab olur. Ədə, insafınız olsun, milləti hər qor-qoduğun qabağında bu qədər alçatmayın. Heç kəsin onlara yazığı gələn deyil. Onlar hamısı siyasət naminə gəlib gedirlər. Onların orada xeyiri olmasa biri də sizin ölkənizə ayaq basmaz. Millətin hamısı qırılsa belə o gəlib gedənin vecinə də olmaz. Gedəndə də, qoltuqlarına xalça-palazdan verib, ciblərini də doldurub yola salırsınız. Həmin o xalça-palazı verin o çadırdakılara, qoy sərsinlər altlarına, yazıqdırlar soyuqdan xəstəlik tapıb, vərəmləməsinlər. Onsuz da o gələnlərin heç birinin ürəyi onlardan ötrü “cızz” eləməyəcəkdir. Bir də, onlar heç vaxt ermənilərin yamını verməyəcəklər. Bə, nədi, baba? Lazım gələndə erməniləri qancıq it kimi qısqırdacaqlar yenə də üstünüzə. Ermənilər onların şilləvuranıdır da, baba. Qardaş, istəmirlər ki, sizin başınız ayılsın. Bunu birdəfəlik başa düşün. Yenə də qalıb özünüzə, sizin əvəzinizdə heç kəs gedib ermənilərlə dava etməyəcəkdir. Bir misal var e, – eşitməmiş olmazsan, deyir, – doğan arvadın başına nə qədər həbçi yığışsa da, güc yenə onun özünə düşər.
Ay Allah, bu Ağazadə nə çoxbilmiş adamdı. Nələr danışırdı. Elə sözlər danışırdı ki, indiyə kimi xoruz səsi eşitməyib. Nə yaxşı ki, qoy qalsın qarnımda. Mənim belə şeylərdən başım çıxmaz.
Səhəri gün at yarışı olmalıydı. Gecə gözlərimə yuxu getmirdi, bərk həyəcanlanmışdım. Ağazadə bir neçə dəfə yuxudan ayılıb, niyə yatmadığımı soruşdu. Deməsəm də, hiss etdi ki, atın fikrini çəkirəm. Mənim halıma gülüb dedi:
– Baba, qəlbinə dəyməsin, bir söz deyim. Deyəsən, Azərbaycanda namus, qeyrət dərdi çəkmək az-maz səndə qalıb. Düşmüsən o dərə sənin, bu dərə mənim at axtarırsan. Səndən başqa deyəsən heç kəs bu barədə fikirləşmir.
Doğrusu, dostumun sözləri yaman mənə yer eylədi.
Niyə, – dedim, bizdə namuslu oğlanlar çoxdur. Amma onlar elə gözümçıxdıya salınıb ki, day, olmayan kimi. Hərənin əlinə bir yumaq verib sarıtdırırlar. Kimini vurub öldürürlər, kimini tutub atırlar içəri, kimini də didərhin salırlar, baş götürüb çıxıb gedir başqa ölkəyə. Deyir, canavar canavarlığını sübut eyləyənəcən, çəkib dərisini boğazından çıxarırlar. Hərə bir tikə çörəyin möhtacı olub, qardaş. Bir tikə çörək, keçəl qız kimi dilimizi gödək edib bu hökumətin yanında. Zəhrimara qalsın o çörəyi ki, biz yeyirik. Heyvan heyvanlığıyla səhər tövlədən açıb buraxırsan örüşə, gedib qarnını doyurub gəlir. Payaya bağlayanda da, belinə bir-iki dəfə tumar çəkirsən. Qardaş, bizim həm qarnımız acdır, həm də ki, başımız qapazlı. Bəndə yanında da üzüqarayıq, Allah yanında da. Bizlərə cəhənnəm odu yoxdur. Biz cəhənnəmi elə bu dünyada çəkirik. Haqq-ədalət yoxdur, qardaş. Haqq deyənin dilini kəsirlər. Hər yerindən qalxan “millət, millət” deyir, amma ortada bir şey yoxdur. Elə ac qalan da millətdir, balası ölən də. Yuxarıda oturanlar da iş görəndə xeyirin, zərərini fikirləşmirlər. Üstündən iki-üç il keçir, baxıb görürlər ki səhv eləmişik. Xalqdan üzr istməkdən, xəcalət çəkməkdənsə, onu bir borclu da çıxarırlar. Səhv etdiklərinə görə heç kəs də onlara gözün üstə qaşın var demir.
Deyir, bir dovşan, – vallah, axır vaxtlar biz bir iş görməkdən çox, əngə güc vermişik. Elə mən də onlardan biriyəm. Hə, bir dovşan meşədə qaçırmış, bir tülkü onu saxlayıb deyir, – ay dovşan qardaç, nə olub hara qaçırsan? Dovşan qaça-qaça bildirir ki, meşəyə yoxlama gəlib, kimin üç qulağı var birini qopardırlar. Tülkü gülüb deyir ki, ay axmaq, sən nədən qorxursan, sənin ki iki qulağın var.
Dovşan ona cavab verib deyir ki, ay tülkü lələ, mən bilirəm e, mənim iki qulağım var, amma bu qəribə yoxlamadır, əvvəl qulaqları qopardırlar, sonra isə sayırlar.
İranlı dostum dodağını dişləyib, sonra asta-asta başını yırğaladı.
Səhər saat onda evdən çıxdıq. Ağazadənin dediyi kimi yarış günortaya yaxın başlamalıydı. O vaxta kimi də tamaşaçılar atlara baxıb, hərə bəyəndiyinə pul qoymalıydı. Adam əlindən tərpənməyə yer yox idi. Mən bilməzdim ki, İranda at yarışına bu qədər maraq olar. Güc-bəla ilə bilet alıb yerimizə keçdik.
Adam çox olduğuna görə, atlarla bizim aramızda uzun bir məsafə vardı. Bir-bir atlara baxdım. Hamısı yarış atları olduğuna görə say-seçməydilər. Bir azdan yarış başladı. Yan-yörəmdə tamaşaçılar 10 nömrəli atdan danışırdılar. Onların söhbətlərindən belə məlum oldu ki, bu at yarışlarda bir neçə dəfə qalib gəlib.
Deyirəm axı, atlar bizdən xeyli uzaqda olduğuna görə, onların böyüründə olan nömrələr güclə görünürdü.
Elə birinci dövrədə, 10 nömrəli, qızılı rəngli at qabağa çıxdı. Tamaşaçıların səs-küyündən qulaq tutulurdu. Hamı ayaq üstə durduğundan mən atları yaxşı görə bilmirdim. Onlar ancaq biz dayandığımız səmtə çatanda onları görmək olurdu. Həmin at yenə də qabaqda idi. Yay kimi açılıb, yığılırdı.
Ürəyimə danmışdı ki, bu Alagöz olacaq. Amma ondan uzaqda dayanmağım fikrimi təsdiqləməyə imkan vermirdi. Həyəcandan bədənimi soyuq tər basmışdı, ürəyim sıxılırdı. – Bircə, yaxına gedə bilsəydim, – düşündüm. Daha dözə bilmirdim, nə fikirləşdimsə, adamları yara-yara irəli cumdum. İndi demək olar ki, atlardan iyirmi-iyirmibeş metr aralıda idim. Arada təkcə dəmir barmaqlıqlar vardı. Bu dəfə tam əmin idim ki, atlar yaxınlaşanda hər şey aydın olacaq. Bədənim nanə yarpağı kimi əsirdi. Barmaqlarımı dartışdırmaqdan sümüklərim ağrıyırdı.
Atlar get-gedə yaxınlaşırdı. Ay Allah, budur da Alagözdür!.. Amma yelkəsi qısa idi, elə bil qırxmışdılar. Bəlkə quyruğundan tanıyaydım, axı Alagözün uzun quyruğu vardı.
Zalım uşağı, onu da yumurlayıb, düyünləmişdilər. Tərslikdən elə yerdə dayanmışdım ki, atın sağ tərəfi mənə yöndü. Nişan isə onun sol sarğısında idi. Atların sol tərəfi, ancaq dövrə vurub dönəndə yaxşı görünürdü. O da ki, xeyli uzaqda olurdu.
Yox, daha səbrim qalmamışdı. Odur ki, atlar yanımdan keçəndə bir kərə “Alagöz!!!” – deyə qışqırdım.
Qabaqdakı at qulaqlarını şəklədi, amma dayanmadı.. Bir azdan bilirsən nə baş verdi?! – Sənin mənə andın yoxdur, o brcə balamın canına and olsun, atlar dövrə vurub üzü mənə sarı gələndə, qabaqdakı at elə bərkdən kişnədi ki, lap başımın tükləri qalxdı. Onun Alagöz olduğuna şübhəm qalmamışdı. Odur ki, bir də ucadan “Alagöz!!!!- deyə bağırdım.
Qardaş, kaş orada yanımda olaydın, bunların hamısını öz gözlərinlə görəydin. Alagöz dik yerindəcə dayandı və mənə tərəf dönüb bərkdən kişnəməyə başladı. Allah, at nə edirdi, yerində fır-fıra kimi fırlanaraq yeri-göyü dağıdırdı.
Özümü dəmir barmaqlıqlara çatdırıb, dayandım. Artıq Alagözlə bir-birimizi yaxşı görürdük… Onunla burun-buruna dayanmışdıq…

(Ardı var…)

Müəllif: Meyxoş Abdullah

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Meyxoş Abdullah

ALAGÖZ
(povest)

II- hissə
(Əziz oxucu, əgər sənə görə dünyada həyatdan qiymətli heç nə
yoxdursa, onda bu əsər sənin üçün yazılmayıb…)


O mənim kimi olmazdı, çox vəfalıydı. Alagöz məni heç vaxt darda qoyub qaçmazdı. Kaş, biz insanlar da, o dilsiz-ağızsız heyvanlar kimi bir-birimizə vəfalı, sadiq olaydıq.
– Sənə Alagöz atımdan bir əhvalat danışım, qardaş, başağrısı olmasın, gör o at necə at idi. Bir dəfə bərk xəstələnmişdim, yataqdan qalxmağa cürətim çatmırdı. Mal-qaraya da qonşumuz qulluq edirdi. Dedim də, həyat yoldaşım həmişə xəstə olardı. Bir gün qonşim mənə dedi ki, ay Həsən, bilmirəm nə olubsa, Alagöz bir çəngə də olsun ot-ələf yemir, deyəsən o da sənin kimi naxoşlayıb.
Güc-bəla ilə yerimdən qalxıb onunla bərabər tövləyə getdim. At məni görən kimi nə oyun çıxartdı, bir öz gözlərinlə görsəydin. Başımı qoyun-qoltuğuma soxub, məni imsiləyirdi. İlahi, onun gözlərindəki yaşı görəndə, özümü saxlaya bilməyib boynunu qucaqladım. Axurundakı ot-ələfi özüm yerbəyer edəndən sonra, Alagöz yemini yeməyə başladı. Qonşum bunu görəndə əlini əlinə vurub: – pa atonan, day mənim bu ata sözüm yoxdur, – dedi. O, belə at idi, qardaş. Mən isə onu od-alovun içində qoyub, öz canımı götürüb qaçdım, Özü də yerlə də yox, göylə qaçırdım. Bu torpağın nemətini ye, suyunu iç, kefini çək, ara qarışan kimi də tüpür dabanına, asta qaçan namərdir, – deyib çıx aradan. Ay nankor insan, ona görədir də həmişə başımız dərddədir.
– Hə, qardaş, başına dönüm, bizi gətirib tökdülər Bakıya. Oradan gəldim oğlumun evinə. Özü evdə yox idi, gəlinim dedi ki, dünəndən evdən çıxandı. Kəlbəcərin işğal olduğunu biləndə dəli olmuşdu, bir dəqiqə də olsun evdə qala bilmədi.
– Bəs hara getdi? – gəlindən soruşdum.
– Nə bilim çıxanda dedi ki, gedim görüm bizimkilərdən nə xəbər var?
Axşamacan onun yolunu gözlədik. Bu vaxta qədər gəlinimlə dərdləşib, sızlaşdıq. Gecə yarıdan keçmişdi ki, oğlum gəlib çıxdı. Məni sağ və salamat görəndə sevindi. Qucaqlaşıb ağlaşdıq. Anasını soruşdu.
– Ata, anam hardadır! – dedi.
– Ananı evdə qoyub gəlmişəm, bala! Səndən nə gizlədim, xəstəydi. Bir saatın içində aləm dəydi bir-birinə. Yazıq arvadın qorxudan, elə yataqdaca bağrı çatladı. Gətirə bilmədim ananı, oğlum, – dedim.
Bu sözləri deyəndə anladım ki, ölmək nə yaxşı iş olardı belə vaxtda. Oğlumun: – “ Anam hardadır bəs?” sualına cavab vermək üçün mən nə qədər əzab çəkirdim. Amma mən də başqaları kimi ölüb, o yerlərdə qalsaydım, yəqin indi oğlum özgələrindən soruşacaqdı: – “Atam hardadı bəs?” Onda mən nə qədər əziz olacaqdın onunçün, – elə anası kimi.
İndi o deməsə də, mənə qarşı ürəyindən nələr keçirdi, onu bir olan Allah bilirdi. Onu qınamıran, adamdan soruşarlar da: – “Bəs, sən necə oldu salamat çıxdın? Sən niyə ölmədin?”
Bəlkə də, o anasının ölümünün, Kəlbəcərin düşmənə verilməsinin bütün günahını məndə görürdü. Hələ, Alagöz barədə bir şey soruşmadı, axı o atı çox istəyirdi.
Hara çatacaq, o gecəni oğlumla elə bir halda keçirtdik ki, Allah heç tarı bəndəsinə beləsini göstərməsin.
Beş-on gün evdən bayıra çıxmadım. Utanırdım camaatın üzünə baxmağa. Elə bilirdim ki, hamı məni söyəcək, vətəni, torpağı qoyub qaçdığıma görə üzümə tüpürəcəklər. Əslinə baxsan, elə mən düşündüyüm kimiydi. Bilirsən, qardaş, adamdan bir şey soruşurlar, özü də dik adamın gözlərinin içinə deyirlər: – “Niyə sağsan, niyə ölmədin?” Yenə də deyirəm, insan həyatında elə anlar olur ki, ölmək yaşamaqdan min dəfə şərəflidir! Oğul tanıyırdım ki, döyüşlər başlananı bir dəfə də olsun, ev üzü görmədi, yağışın, qarın altında düşmənlə göz-gözə dayandı, odun-alovun içindən keçdi, bəxti, taleyi gətirdi ölmədi. İndi ondan da soruşurlar: – “Niyə ölmədin!!!” Bilirsən bunlar niyə görədir? Ona görədir ki, torpaq, vətən əldən getdi, biz məğlub olduq. Deyirlər: “Qaliblər mühakimə olunmurlar!”- haqq sözdür. Yurd-yuvasını qoyub qaçanları söyərlər də, lap güllələyərlər də… Bəs necə, məğlub olanın nəyindən danışacaqlar?
Şəhərdə hamı bizə tərs-tərs baxırdı. Niyə də baxmasınlar, mən Kəlbəcərli ola-ola Bakının ortasında yaşayım, bakılı, şəkli, ağcəbədili də gedib Qarabağ uğrunda, Kəlbəcər uğrunda vuruşsun, şəhid olsun… Belə də iş olar?
Ağır olsa da həyat davam edirdi. Oğlum da yavaş-yavaş anasızlığa öyrəşirdi. Deyirlər, torpağın üzü soyuq olur, axı.
Oğlum anasının necə öldüyünü görmədiyi üçün, o da başqaları kimi, bunu unutmalıydı. Torpağın soyuq üzüylə barışmalıydı.. Amma, mən bədbəxt oğlununsa, unuda bilmədiyim çox dərdlərim vardı. Oğlumdan fərqli olaraq, mən həyat yoldaşımı unuda bilmirdim. Ona görə yox ki, o mənim ömür-gün yoldaşımdı, mənimlə bərabər çox əziyyət çəkmişdi. Yox! Mən ona görə onu unuda bilmirdim ki, ölənləri qalanların yaddaşından çıxaran qara torpaqdı. Mənsə oğlumun anasını soyuq torpağın altına yox, isti yorğan-döşək içində qoyub qaçmışdım, qardaş. Onun bədəni də, ruhu da soyumamışdı. O bədənin, ruhun od-alovuydu məni yandırıb-yaxan, qardaş. Soyuda bilmirdim, sakitləşdirə bilmirdim özümü, korun-korun yanırdım!
Həyat yoldaşımın ölümü də, torpağın getməsi də, gözlərimin qabağında oldu. Nə qəədər ağır da olsa, buna dözürdüm, bilirdim ki, gedən gedibdir. Amma günlər ötdükcə, torpaq dərdi, Alagözün həsrəti yandırıb-yaxırdı məni. Qəribə də olsa, torpaq itkisinə də yavaş-yavaş öyrəşirdim. Çünki, şəhərə çıxanda rastlaşdığım hər on nəfərdən biri, yurd-yuvasından ayrı düşmüş qaçqınlardı. Onların içində çoxlu tanışlarım, dostlarım vardı. Deyir, ellə gələn dərd yüngül olar. Baxıb görəndə ki, hamı sənin günündədir, bir az ürəyin sakitləşir. Düşünürsən, ölən təkcə sən deyilsən. Birdə ki, ağrın alım, mən müəllim işləmirdim, yüksək vəzifədə deyildim ki, başımdan böyük danışım, iri-iri məsələləri həll edim. Adamlar var e, görürsən öz ailələrinə ağsaqqallıq edə bilmir, amma elə yekə-yekə danışır ki, bəs deyirsən alçaq dağları bu yaradıbdır. Mən çoban-çoluğun, qoyun-quzunun, atın-ulağın fikrini çəkməliydim də…
Bir gün oğlum atdan ötrü daıxdığımı görüb, məni Bakıdakı at yarışları keçirilən yerə apardı. Burada özümə azacıq da olsa, toxtaqlıq tapırdım. Saatlarla oturub atlara tamaşa edirdim. Elə kövrəlirdim ki, ta olmayan kimi. Amma, bu atların heç biri Alagözə tay ola bilməzdi, nə yerişdə, nə duruşda, nədə ki, gözəllikdə. Bəzən ona azcıq oxşayan at görəndə, yerimdən qalxar və dəli kimi ata tərəf qaçardım. Mənim bu hərəkətim çox vaxt at sahiblərinin açığına gələrdi.
Evə dönəndə oğlum üz-gözümdə günrahlıqdan çox, yorğunluq görüb soruşardı?
– Atacan, niyə darıxırsan? Daha bəsdir bu qədər özünü üzdün. Atlara baxanda ürəyin sakitləşmədimi?
– Oğlum, ağrın ürəyimə, – deyərdim. – O atlara baxanda Alagöz bir az da bərk yadıma düşür. İkincisi də, o atlar Alagözün yanında dayça-doluqdan başqa bir şey deyillər. Daha bir də o tərəflərə getməyəəcəyəm. Yox, daha bəsdir, bu hala dözməyə taqətim qalmayıb.
Bir müddət yenə də evdən bayıra çıxmadım. İstəyirdim ki, hər şeyi unudum, torpaq itkisini də, əzizlərimin nisgilini də, lap elə Alagözün yoxa çıxmasını da… Amma bacarmırdım. Nə qədər unutmağa çalışsam da, onlar bir az da çox yadıma düşürdü.
… Həsən kişi yenə də məndən papiros istədi. Mən cibimdən papiros qutusunu çıxarıb ona tərəf uzatdım Papirosdan bir gilə götürüb qutunu geri qaytarmaq istəyəndə, əlini yavaşca geri itələdim və: – qoy, qalsın, – deim.
– Əvvəllər çəkən olmamışam. Heç bir dənə də, zəhləm gedərdi onun tüstüsündən. Təzə-təzə öyrəşirəm, – deyə Həsən kişi dilləndi.
O, papirosa elə dərin bir qullab vurdu ki, elə bil əvvəllər çəkmədiyi üçün peşiman olmuşdu, İndi çəkmədiyi günlərin də əvəzini çıxmaq istəyirdi.
Həsən kişi papirosun kötüyünü otların arasına basıb əzdi. Sonra üzünü mənə tutub dedi:
– Qardaş, başağrısı vermirəm ki? Deyir: – Fikirli yatağan olar, dərdli deyingən, – haqq sözdür. İndi mən də bayaqdan deyinirəm, birdən sizə xoş gəlməz sözlərim.
Mən onun ehmalca qoluna toxunub:
– Xahiş edirəm, danışın, mənim üçün çox maraqlıdır söhbətiniz, – dedim.
– Hə, qardaş, yaxın-uzaq qohumlardan hər tərəfə səpələnmiş kəlbəcərlilərdən soraqlayırdım Alagözü. Deyirdim, bəlkə görən olub. Neçə dəfələrlə sərhəd bölgəsinə gedib çıxmışdım. Başıma itin oyunu gəlib. Hər dəfə də əliboş qayıdanda, dərdim bir az da artırdı. Bir dəfə oğlum lap təpindi mənə. Dedi ki, eşidib-biləndən ayıbdır, axı. Bütün millət nə haydadır, sən nə hayda? Ailəsini, ev-eşiyini qoyub gələnlər belə eləmir, gör sən nə oyun çıxarırsan? Camaat atasını, anasını, oğlunu, qızını axtarır, sən isə at axtarırsan.
Oğlumun bu sözləri yaman mənə toxundu, lap ürəyimin başını qanatdı. Dedim: – Oğul, səni and verirəm, o anovun sərgərdan dolanan ruhuna, bir də mənə belə söz demə. İşin olmasın mənlə, onsuz da mən ölü kimi bir şeyəm. Elə bil ki, atan yoxdur, o da ölüb, qalıb Kəlbəcərdə. İnsanın ki, illərlə, diş-dırnaqla qurduğu ev-eşik, var-dövlət, yurd-yuva dağıldı, onun yaşamağının bir mənası yoxdur. Allahım haqqı, o çadırdakı adamlara baxanda gündə neçə dəfə ölüb-dirilirəm. Beş-altı otaqlı evlərə sığmayan bir ailə, indi tozlu-torpaqlı xırda bir çadırın küncünə sığınıbdır. Ə, Allah kəssin belə yaşamağı, necə kəsib, – deyə Həsən kişi damarları çıxmış əlini havada yellədi. Sonra söhbətinin ardını danışmağa başladı.
– Bir dəfə Ağcəbədi bazarında yerlim Xudamla rastlaşdım. Görüşüb, öpüşdükdən sonra, bir-birimizlə hal-əhval tutduq. Xudam elə sovet hökumətinin vaxtında alverlə məşğul olardı. Rusiyyətin elə şəhəri yox idi ki, o, orada at oynatmasın. Sovet hökuməti dağılandan sonra da, düşdü xarici ölkələrin canına. Burdan vurub, oradan çıxırdı. Bir dəfə gedib, lap zəncilər yaşayan yerin adı nədi e, hə, Afrikaya çıxmışdı. İranı isə həftəbazarına döndərmişdi. Hər üç-dörd gündən bir oradaydı.
Soruşanda ki, Xudam indi nə işlə məşğulsan? Üzümə baxıb güldü:
– Evi dağılmışın oğlu,- dedi, – mən o boyda sovet hökumətinin “mirro-mirro” vaxtında alver edirdim, indi bütün Azərbaycan alverdəykən, məndən soruşursan ki, nə işlə məşğul olursan? Ə, nə işlə məşğul olacam, dəd-baba adətimlə. Bəs, eşitməmisən deyir: – canavar rəngin dəyişər, amma xasiyyətini dəyişməz.
Bəs, sən nə edirsən, ay Həsən kişi, Bakıda da mal-qar saxlayırsan?! Axı, sənin yaxşı heyvanların vardı, onlar necə oldu?!
Xudam bu sözləri deyəndə, nədənsə duruxdu. Sonra ikiəlli çiynimdən yapışıb:
– Ə, Həsən, sənin bir atın vardı ha, nəydi onun adı? Qaragözdü, Alagözdü, nəydi e? Mən onu İranın Təbriz şəhərində gördüm, özü də at yarışında. Cavan qardaşımın itgin göru haqqı, oydu. Ədə, necə tanımayaydım… az görmüşdüm onu.

(Ardı var…)

Müəllif: Meyxoş Abdullah

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Meyxoş Abdullah

ALAGÖZ
(povest)
(Əziz oxucu, əgər sənə görə dünyada həyatdan qiymətli heç
nə yoxdursa, onda bu əsər sənin üçün yazılmayıb…)

… Payızın son ayı idi. Builki payız yağışlı, yağmurlu gəldiyinə çöllərdə ot-ələf topuğacan qalxmışdı.. Sanki payız yox, yaz fəsliydi. Ucu-bucağı görünməyən çöllükdə mal-qaranın, qoyun-quzunun səhərdən axşamacan ağzını yerdən ayırmadan otlaması adama özgə ləzzət verirdi. Bu mənzərəyə tamaşa etdikcə yadıma, hələ uşaqkən ahıllardan eşitdiyim: -“Dilsiz-ağızsız mal-qaranın da Allahı var” sözləri düşdü. Yəqin yaşlılar belə deyərkən, Allah-təalanın “dilsiz-ağızsız” yaratdığı heyvanlara payızın bu son ayında bu cür bol ruzi verməsini nəzərdə tutublarmış. Yoxsa, mal-qara da insan deyil ha, baxt-taleyi gətirsin, vəzifəsi, ev-eşiyi olsun. Bu heyvanların elə bolluca ot-ələfi olsa, “Allahlarına şükür edərlər də…”
Hər gün işdən sonra yorğun-arğın evə dönəndə yolumu mal-qara örüşünün yanından salardım. Bilmirəm, nədənsə yorğun vaxtlarımda iki şeyə tamaşa edəndə dincəlirəm: – yamyaşıl çəmənliyə, bir də axar suya baxanda.
Bu gün işim az olduğuna görə bir az ertədən çıxmışdım. Dünyanın işlərini götür-qoy edə-edə göy otların üstüylə yeriyirdim. Çəmənlikdə yerimək o qədər rahat, o qədər xoş olur ki, elə bil xalça üzərində gəzirsən.
Beləcə bir xeyli addımladım. Məndən bir az aralıda əlli-əlli beş yaşlarında, hündürboylu, arıq bir kişi mal-qara otarırdı. Onu burada əvvəllər də görmüşdüm. Həmişə də yedəyində qızılı rəngdə olan bir dayça olardı. Qəribə idi, kişi dayçanın noxtasını əlindən buraxmazdı. Elə bil dayça quş idi, buraxsaydı onu tutmaq mümkün olmayacaqdı.
Mən kişinin yanına çatanda salam verdim, “bərəkətli olsun” dedim. O, çönüb salamımı aldı. Sonra məndən papiros istədi. Çıxarıb ona bir papiros verdim, birini də özüm yandırdım. Üz-gözündən yerli adama oxşamırdı, danışığı da başqaydı.
O, papirosa bir-iki qullab vurduqdan sonra:
– Görürsən də, qardaş, maşallah, builki payız yaxşı gəlib. Heyvanlar payızda özlərini götürsələr qışda qorxusu olmaz. Heç olmasa, bu dilsiz-ağızsız heyvanlara Allahın rəhmi gəlsin, yazıqdılar, – dedi. Sonra isə dərindən köks ötürdü. Bizimkisə Allahlıqdan keçib, qardaş. Biz özümüz öz əlimizlə evimizi yıxmışıq, buna Allah neyləsin.
Kişinin birdən-birə söhbətə belə dərindən başlaması, onun dərdli adam olduğuna məndə şübhə qalmadı. Ömrümboyu maraqlı adamlar, qəribə hadisələr arzusunda olduğum üçün, bu yeni tanışımla söhbətə nərdivan qoymaq, onu danışdırmaq məqsədiylə dedim:
– Qardaş, deyəsən biz tərəflərdən deyilsən?!
Kişi gözlərini qıyıb papirosundan dərin bir qullab aldı. Sonra papirosun tüstüsünü burnunun dəliklərindən elə məharətlə fısqırtdı ki, elə bil özünü mənə göstərib, demək istəyirdi: – “Sən də belə edə bilərsən?!”
– Hə, buralı deyiləm, – dedi, – baxt-taeyi qara gəlmiş Qarabağ tərəfdən, Kəlbəcərdənəm. Qaçqın düşəni, bir müddət Bakıda oğlumun yanında yaşadım. Sonra gördüm ki, yox, ömrüboyu dağda-daşda gəzib dolanan adamın quru asfalt üstündə nə ölümü var? Bura mənim yerim deyil, mən belə şeylərə öyrəşməmişəm. Bir gün oğluma dedim ki, əgər ölümümü istəmirsənsə, mənə rayonların birində yer tap, qoy bir-iki baş heyvan saxlayım, başımı qatım.
Oğlumun sizin rayonda bir tələbə yoldaşı vardı. Məni gətirdi onun yanına. Sağ olsun, bizi yaxşı qarşıladı. Bir müddət məni evində qonaq da saxladı. Sonra narahat olduğumu görüb, hökumət evlərinin birində mənim üçün mənzil almaq istədi. Razı olmadım. Ondan xahiş etdim ki, məni kəndlərin birində yerləşdirsin, mal-qara saxlamaq istəyirəm. O da sözümü yerə salmayıb, məni Qoşatəpə kəndinə gətirdi və ailəsiylə Rusiyada yaşayan bir adamın boş qalmış evində yerləşdirdi. Elə o gündən burada yaşayıram. Beş-altı baş qoyun, bir baş da inək aldım. Elə işim-gücüm heyvanları qabağıma qatıb otarmaqdır. Heyləyim, birtəhər başımı girələyirəm də, Əzrayıl gələnəcən.
O, danışdıqca tük basmış sir-sifətinə, həsrət dolu gözlərinə baxıram. Nələr oxunmur o donuq baxışlardan. Yurd-yuvasından didərgin düşmüş bu insanın gözlərinə baxmaq, adama nə qədər çətin gəlir. Təkcə bu idimi?! Yox! Rastlaşdığımız yüzlərlə, minlərlə qaçqın insanın gözlərindən oxumaq olurdu dərdlərini. Onlar yuvalarından perik düşmüş quşlara bənzəyirlər. Hər sözdən, hər baxışdan diksinirlər. Söhbət zamanı adamın gözlərinin içinə baxmağa ehtiyyat edirlər, utanırlar elə bil. Bəlkə də fikirləşirlər ki, yurd-yuvalarını qoyub qaçdıqlarına görə, kimsə onları söyəcək, danlayacaq. Fikirləşirsən, axı, bu biçarələrin nə günahı var?” Torpağı satan, Vətən satan kənarda qalıb, ona gözün üstə qaşın var deyən yoxdur, amma əldən gedən əlsiz-ayaqsızlardır.
Bayaqdan kişi söhbət etdikcə, ipini əlində tutduğu qızılı rəngli dayça ayağını bir addım da olsun kənara qoymur, elə sahibinin yan-yörəsində hərlənirdi. Arabir də uzunsov, nazik başını kişinin qoltuğuna soxub, fınxırırdı. Kişi də bundan xoşlanan kimi olur, əlini sırıqlısının cibinə salıb, oradan bir az arpa çıxarıb ovcunda tutar və onu yedizdirərdi. Dayçanı belə əzizləməsini görüb dedim?
– Yaxşı heyvandır, amma çox balacadır. Bir az böyüyünü alsaydın yenə ayaqlarını yerdən götürərdi.
Mənim bu sözlərimdən sonra kişi bir ah çəkdi. Doğrusu, onun ahı elə dərindən oldu ki, bu sözləri dediyimə peşiman oldum. Dönüb onun gözlərinin içinə baxdım Bu nədir? Deyəsən, o ağlayırdı. Özümü itirdim. Fikirləşdim ki, axı ona nə dedim ki, o belə kövrəldi? Bayaqdan ev-eşiyindən, qaçqın həyatının dözülməzliyindən danışarkən özünü toxtaq tutan bu kişiyə nə oldu birdən bu hala düşdü? Mənim məyus olduğumu hiss etdiyindən, özünü ələ alıb zorla gülümsəməyə çalışdı.
– Bilirsən, qardaş, sən mənim yaralarımın qaysağını qopartdın. Bu neçə ili mənim başıma dəhşətli hadisələr gəlibdir. Danışmaqla qurtaran deyil. Amma qanını qaraltmaq istəmirəm.
Ürəyimə danmışdı ki, bu kişidən nə isə maraqlı bir şey eşidəcəyəm. Odur ki, zarafatla dedim:
– Əşi, gəl oxunu atıb, yayını gizlətmə, sözünü danış. Qanımın qaralmağına gəlincə, narahat olma, indi bütün millətin qanı qaradır.
Bu sözlərimdən sonra çiyninə saldığı sırıqlısını götürüb göy otların üstünə atdı və mənə oturmağı təklif etdi. Özü isə dayçanın qıçlarını çəpçidar edib yanımda əyləşdi. Yerini rahatlayıb söhbətə başladı:
– Nə deyim, qardaş, mən Kəlbəcərdənəm. Bilmirəm, o tərəflərdə olmusan, ya yox, oralar özgə aləmdir. Dünyanın hansı nemətini axtarsaydın, orda tapardın. Dağı, dərəsi, gülü, çiçəyi adama gəl-gəl deyirdi. Allahın orada yaratdığı hər şey məlhəmdi adama. Ot-ələfindən xəstəyə, azarlıya min cür dərman hazırlamaq olurdu. Qışı qış, yayı da ki, yaydı. O cənnət deyirlər ha, vallahi elə oraydı. Hərənin qapısında bir sürü mal-qarası vardı. Dolanışığımız, geyim-kecimimiz yaxşıydı. Mən özüm qoyun fermasında briqadirdim. Bilirsən də bu nə deməkdir? Ev-eşiyim də, nə deyim, biri-birinə deyər e, top vursan dağılmazdı. Günüm çöldə-bayırda keçərdi. Canım da kı, buz baltası kimiydi. Xəstəlik-zad nədir bilməzdim. Qışın oğlan çağında, bir də gördün ürəyimdən soyuq su içmək keçdi. Allah- təala suyunu da vermişdi. Hər qayanın, hər daşın altında gözyaşı kimi bir bulaq qaynayırdı. Dizlərimi atardım yerə, o bal kimi şirin, bumbuz soyuq sudan doyunca içərdim. Nə isə, danışılası dərd deyil e… ağrın alım.
Uşaqlarım da çox deyildi: – Allah mənə bircə oğul qismət eləmişdi. Həyat yoldaşım xəstə olduğuna görə, daha uşağımız olmurdu. Bir də Alagöz adında bir atım vardı. Sənə at deyirəm e… Qaçanda quş quşluğuyla elə səkəmməzdi. Bir yorğası vardı ki, adamı belində yuxu aparırdı. Elə azca yüyənini tərpədən kimi yerindən götürülərdi. Yalan olmasın, damağındakı papirosu yandırın saatı, səni mənzilbaşına çatdırardı. O boyda Kəlbəcərin bütün yaylaqlarını Alagözlə qarış-qarış gəzmişəm. Sol budunun üstündə “H” hərfi damğalatdırmışdım. Öz adımın baş hərfidi.
Bunu deyəndə o, başını yelləyib, əlini dizinə şırpdı və:
– Görürsən, – dedi, – heç tanış da olmamışıq. Mənim adım Həsəndir, – o, əlini mənə uzatdı. Mən də onun əlini sıxıb, – mənimki də Səlimdir, – dedim.
– Hə, ona görə atı damğalatdırmışdım ki, o tərəflərdə hamının gözü bu atdaydı. Qorxurdum ki, oğurlayıb, eləllər.
– Qardaş, Alagöz adam kimi dil bilirdi. Bircə dəfə adını tutsaydım, harda olsaydı, bir də gördün ildırım kimi özünü yetirdi. O kişnəyəndə dağa-daşa səs düşərdi, adam səksənirdi onun səsindən. Belinə qalxanda elə bilərdim ki, bütün dünyanı mənə veriblər, dərd-sərim unudulardı Bircə an da olsun Alagözsüz qala bilmirdim, xeyir şərə də onun belində gedərdim, inan mənə.
Həsən kişi bu yerdə bir azca söhbətinə ara verdi. Nədənsə, onun əhvalı tamam dəyişdi, güclə nəfəs almağa başladı. Bir neçə dəfə udqundu. Elə bil deyəcəyi sözlər boğazında ilişib qalmışdı. Ha udqunurdu sözləri ağzından çıxara bilmirdi, gözləri yaşarmışdı. Bir azdan xırıltılı səslə dedi:
– Bilirsən, qardaş, Kəlbəcərin ermənilərin əlinə keçməsi bizim belimizi qırdı. Heç bilirsən Kəlbəcərdə nələr vardı? Kəlbəcər elə belə yer deyildi, çox varlı-karlı yerdi. Təkcə mənim qapımda beş yüzdən artıq qoyun-quzu, əlliyə yaxın iribuynuzlu heyvan vardı. Xalça-palazı saymaqla qurtaran deyildi. Hamısı qaldı erməniyə. Yatsaydım, yuxuma da girməzdi ki, Kəlbəcəri düşmənə verərlər. Oranın dağı, dərəsi, sıldırım qayaları, özü bir səngərdi düşmənə. Bizə kömək eləyən olmadı, bizi düşmənin qabağında əliyalın qoyan özümüzkülər oldu. Yanıram e, qardaş, yanıram, tüstüm təpəmdən çıxır. Kömək edən olmadı kəbəcərlilərə, hərə ağzına gələni danışdı, işə gələndə isə tülkü kimi quyruqlarını qısıb aradan çıxdılar. Köməkləri görüm təpələrinə dəysin, barı əl-ayağa dolaşmayaydılar, qoyaydılar biz başıdaşlılar özümüzə bir gün ağlayaq. Vallah, daşla, kəsəklə o düşmənlərin qabağına durardıq. Hanı, harda qaldı Kəlbəcərin gur-gur guruldayan vaxtlarında Bakıdan, Şəkidən tökülüşüb gələn, hər çeşmənin başında bir erkək asdırıb kabab çəkənlər? Hanı, televizorda ağzı köpüklənə-köpüklənə “mənəm-mənəm” deyən dil pəhləvanları? Harda qaldılar? Ay evi dağılmışlar, bu xalqın evini dağıdıb, niyə balalarını düzdə qoydunuz, hə?
Qardaş, Kəlbəcərin ağır vaxtında, o böyük-böyük adamlar, siçan kimi kiçilib dəlmə-deşiyə girdilər. Bir dəstə adam gəlmişdi, öz kor olmuş gözlərimlə gördüm, camaatı qorxudurdular ki, tez olun, çıxın, qaçın, ermənilər sizi xocalılardan da beş-betər edəcəkdir. Daş düşdü bizim də başımıza, hər yoldan ötən köpəyoğlunun sözünə inanıb oradan çıxdıq.
Həsən kişi darıxdı. Məndən bir papiros yandırmağı xahiş etdi. Papirosu alıb sümürdü. Elə bil acığını ondan çıxmaq istəyirdi.
– Kəlbəcərə ermənilər hücum edəndə əhalini vertalyotlarla daşıyırdılar, – Həsən kişi danışmağa başladı. Çünki oradan çıxmağa başqa yol yox idi. Ağır xəstə olan həyat yoldaşımı çıxarmaq mümkün olmadı. O, yataq xəstəsi olduğundan, hay-küydən qorxaraq keçindi. Bədbəxtin qızını heç torpağa da tapşıra bilmədim, elə evin içində, – yataqdaca qaldı. Mən onun yanında olduğumdan fermadan xeyli aralanmışdım. Həmin vaxt Alagözü fermada bağlamışdım. Ferma da kənddən xeyli aralıda idi. Can şirin şeymiş, qardaş, mən onda bildim. Hər kəs öz hayındaydı. Hara gəldi qaçırdı. Aləm dəymişdi bir-birinə, it yiyəsini tanımırdı. Mən, elə bil yuxudaydım, ayıldım. Yadıma Alagöz düşdü. Bilirdim ki, bu cəhənnəm odundan onu qurtara bilməyəəcəyəm. Dedim, heç olmasa heyvanı açım buraxım, yazıqdı. Ona görə də, fermaya tərəf qaçdım. Oraya az qalmış, gördüklərimdən dəhşətə gəldim. Fermanı tamam yandırıb, kül etmişdilər. Ətrafda çoxlu heyvan ölüsü düşüb, qalmışdı. Ermənilərin hərbi texnikası artıq, fermadan aşağıya doğru, – kəndə tərəf gəlirdi. Alagöz gözümə dəymirdi. Onun öldü-qaldısından bir xəbər yox idi. Geriyə boylananda gördüm ki, artıq bizim kənd də ermənilərin əlindədir. Kənddən alışıb-yanan evlərin tüstüsü göyə qalxırdı. Elə bil orada böyük bir tonqal qalamışdılar, hər yan od-alov içərisindəydi.
Mən əsir düşməmək üçün dərəiçi qaçırdım. Yan-yörəmdə mərmilər partladığından, az qalırdı ki, qulaqlarım tutulsun. Hara qaçdığımı heç özüm də bilmirdim, amma qaçırdım. Tələsdiyimdən başımdakı papağımı da salıb itirdim…
Qarşıdakı çayın kənarında bir neçə vertalyot vardı. Camaatı onlara doluşdururdular. Güc-bəla özümü ora çatdırdım. Taqətim qalmadığından, addımımı ata bilmirdim. Bizimkilərdən iki nəfər qolumdan yapışıb məni vertalyota mindirdi. İçəridə adamlar ət-ətə dayanmışdılar. Özündən gedən, qışqıran, qorxusundan bir-birinə sarılıb ağlayan adamları görəndə, adamın tükləri biz-biz durursu. İllah ki, o yerdə arvad-uşaq ola.
Bir azdan havaya qalxdıq. Mən pəncərəyə tərəf sıxışdırıldığımdan aşağını əliçi kimi, apaydın görürdüm. Torpaqdan ayrıldıqca ürəyim sıxılırdı, elə bil əti dırnaqdan ayırırdılar. Köklü-köməcli ağacı yerindən qopararsan e, xartıltısı aləmə düşər, bax elə xartıldayırdı ürəyim, qardaş. Bə, nə bilmişdin, qarış-qarış gəzdiyin bu yerlərdən ayrılmaq, buna ayrılıq da deməzlər; – qaçmaq, özü də hər şeyini; – malını, dövlətini, namusunu qoyub qaçmaq mənə ölümdən daha ağır gəlirdi. Hirsimdən başımı vertalyotun pəncərəsinə çırpırdım. Sağ qaldığıma görə özümü lənətləyirdim. –Axı, hara gedirsən, a bədbəxt oğlu, – dedim, töküblər orda səninçün. Minbir əziyyətlə, diş-dırnaqla tikdiyim ev-eşiyimin bircə anın içində külə döndüyünü, ömrünü-gününü mənim yolumda əridən həyat yoldaşımı, vaxtsız rəhmətə gedən ata-anamın qəbirlərini və canımdan artıq bildiyim Alagöz atımı fikirləşəndə özümü saxlaya bilməyib ağladım. Düşündüm ki, bunlarsız mən nə üçün yaşayıram, axı bundan sonra kimə lazımam? Bircə oğlum Əhmədi yadıma salanda, ürəyim azca sakitləşdi. Nə yaxşı ki, ona beş-altı il bundan qabaq Bakıda ev almışdım, evləndirib ailə-uşaqlı etmişdim.
Vertalyotdan yerə dördgözlü baxırdım. Baxırdım ki, bəlkə Alagöz atımı gördüm. Əgər sağ qalmışdısa, yəqin ki, o da indi məni axtarırdı… (ardı var…)

Müəllif: Meyxoş Abdullah

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Мейхош Абдуллах

Моя любимая

Мейхош Абдуллах   

Не открывая глаз, он протянул  руку и включил ночник. Розоватый поток света разлился по комнате. Протирая полузакрытые глаза, он бросил взгляд на настенные часы – стрелки показывали ровно 6…

    Он встал с постели, открыл окно. Утро еще не вступило в свои права. На небе то тут, то там еще виднелись звезды. Холодный поток ворвался в комнату – он поёжился, потирая озябшие плечи. От дуновения легкого ветерка на глаза навернулись слёзы.

    Утренний бриз донес запах нефти. Широко раскрыв рот, он жадно вдохнул бодрящий воздух. Вдохнув, задержал его на некоторое время в легких. Словно всю жизнь жил ожиданием этого пропахшего нефтью воздуха с привкусом соленой рыбы.

    Немного постоял у окна. Затем, закрыв окно, прошел в ванную комнату, умылся. Наполнил водой чайник, поставил на плиту и вдруг подумал – если позавтракает, он может опоздать, потому что скоро наступит рассвет.

    А ведь он обещал, что сегодня не заставить ее долго ждать. Ведь когда бы он ни пришел, она всегда ждала его у берега.

    Он торопливо побрился, оделся и посмотрел на себя в зеркало. «Да, старею», – подумал он. – Старость предательски пробивалась в седеющих висках, в пока еще неглубоких морщинах на лице. Только сердце оставалось по-прежнему молодым, полным пламенной страсти…

     Он тихонько, стараясь не шуметь, прошел в спальню, поправил соскользнувшее с плеч спящей жены одеяло и уже хотел выйти, как услышал её голос:

        – Ты уже встал?!

– Да…

– Хорошо себя чувствуешь?!

– Да, вроде нормально.

– Опять собрался туда?!

        – Ммм…

–  Не терпится? Соскучился?!

– Да, очень…

– Ваши разговоры когда-нибудь закончатся? – проворчала жена. –  Честное слово, уже стыдно перед людьми.

     – Дорогая, ты же обещала, что не будешь мешать мне. Верно?

     – Да, верно! – подтвердила она, перевернувшись на спину и скрестив руки за головой. – Обещала. Ну что ж, иди, не буду вам мешать.

     Потом, подумав немного, попросила:

     – Ты хоть оденься потеплее. Не ровен час – простынешь, только оправился после болезни. Опять из-за своей крали заболеешь – а мне лечить тебя потом.

     – Не волнуйся, дорогая. Я быстро, вернусь через пару часов, – улыбнулся он. Ласково погладил жену по кудрявой голове и вышел из комнаты.

     Женщина глубоко вздохнула и бросила вдогонку:

     – Если бы ты и меня любил так же сильно, я была бы самой счастливой женщиной на свете. О Боже, разве бывает такая любовь?!

    Затем усмехнулась:

    – Тебе бы Господь чуточку ума дал… Уже не мальчик давно, а ведешь себя, как ребенок.

    Некоторое время они не виделись. Ведь он болел, и врачи запретили выходить из дома. Сегодня он почувствовал себя гораздо лучше и дал слово, что с утра пораньше пойдет к ней на встречу.

    Он безумно любил ее, всей душой. Только ей одной он мог доверить свои секреты и самые сокровенные мысли, с которыми не делился ни с кем. С годами он стал еще более сентиментальным и мог говорить часами. Старики ведь любят поговорить – особенно, если их слушают, не прерывая.

     Его голубоглазая красавица могла слушать его молча до бесконечности и никогда не прерывала. Ее молчаливая любовь приводила его в восторг… Он раскрывал ей самые потаенные мысли. Жаловался на сложные времена, предательство некоторых друзей, беспокоящие его в последнее время боли, рассказывал без утайки обо всём, даже о ссорах с женой.

     Он чувствовал себя с ней единым целым уже очень давно, делился радостью и печалью, рассказывал то, что не мог бы доверить никому.  А его преданная возлюбленная ни разу никому не открыла его секретов. Все их разговоры оставались тайной, навсегда погребенной в ее огромном, как океан сердце, подобно камню, брошенному в колодец.

    Когда он спустился во двор, холодный осенний ветер облобызал его лицо и шею. Он вздрогнул как кот, на которого неожиданно вылили ушат холодной воды. Поднял ворот плаща, чтобы немного согреться Короткая мясистая шея стала еще более незаметной. Засунув руки в карманы, он быстрыми шагами направился к берегу, всё больше удаляясь от дома.

     Еще не совсем рассвело. Солнце не спешило открыть своё лицо, лишь слегка выглядывая из-за горизонта. Золотистые лучи, падая на серые облака, напоминали разгорающиеся костры. Ночь, протирая сонные глаза, постепенно таяла в предрассветном небе. Чайки, будто свившие свои гнезда среди облаков, просыпались, прорезая утреннюю тишь своими криками.

    Всё еще горели световые цифры на вышке с часами. На берегу было пустынно, не считая нескольких людей, гуляющих рано утром. Со многими из них он был знаком. В основном, это были бывшие спортсмены, занимающиеся каждое утро пробежкой. Среди них был и его друг – врач, который бегал по утрам из-за больного сердца.
Они поздоровались. Тот, не замедляя бега, спросил:

    – На свидание с любимой?

    – Конечно, как всегда.

    – Вот это называется любовь, – улыбнулся доктор и покачал головой.

    Возле вышки с часами он спустился вниз по каменным ступеням. Как всегда, почувствовал сильное волнение. Она ждала… Он подошел поближе. Поток света, устремившийся к берегу, осветил ее лицо нежно-розовым цветом.

    Распущенные волосы спадали легкими волнами. Глаза ее были прикрыты, но словно что-то нашептывали. Этот шепот напоминал ласкающие слух звуки перекатывающихся, соприкасаясь друг с другом речных камешков.

    Но ему казалось, что эти звуки больше похожи на сигналы, которые посылают дельфины, когда зовут друг друга на встречу.

    Он сделал еще несколько шагов вперед и остановился. Широко раскрыл руки, словно пытаясь обнять и прижать к груди весь мир. И хотя руки его были подняты вверх, он всем телом и всей душой ощутил солоноватый вкус губ и горячее дыхание возлюбленной, которая словно прижалась к его груди. Лица его коснулась изморось тумана. Капли росы, скатываясь с щёк, наполняли живительной влагой рот и напоминали по вкусу первый поцелуй, сорванный с губ целомудренной девушки.

    Слышно было биение двух сердец…. Волны, казавшиеся до этой минуты спокойными, вдруг взмыли вверх, стали биться о берег, словно стремясь обнять долгожданного возлюбленного.

    Радуясь, как ребенок, он громко, во весь голос – так, чтобы его слова услышал весь мир, крикнул:

   -Здравствуй, Море! Здравствуй, моя любимая!

Перевела Лейла Кадырзаде

Автор: MEYXOŞ ABDULLAH

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


Meyxoş Abdullah

Dəli dünyanın ağıllı adamı…
(Hekayə)

… Günlər ötdükcə, şahidi olduğu hadisələrə dözə bilməyən Dəli Bəybalanın az qalırdı ki, başına hava gəlsin… O gecələr də yata bilmirdi yuxusu, elə bil ərşə çəkilmişdi. Səhərə kimi başında dolaşan qarmaqarışıq fikirlər, onun beyninin içini qurd kimi gəmirirdi. Özlərini ağıllı sayan, amma minhoqqadan çıxan bu dünyanın adamları onun əsəbləri ilə oynayırdılar. Darıxdırırdılar, yaşamağa qoymurdular onu. Adamların fikrini çəkməkdən Dəli Bəybala az qalırdı ki, havalansın.
Heç kəsdə insaf, mürvət qalmamışdı. Özlərini ağıllı sayan bu adamların gördükləri səfeh-səfeh işlər, əməllər onu utandırırdı. O, xəcalət çəkirdi bu adamların yerinə. Geyim-kecimlərindən, sir-sifətlərindən adama oxşayan, amma adam hərəkətləri etməyən bu məxluqların gördükləri, pis-pis işlər, elə bil, bu məmləkətdə Bəybaladan başqa heç kəsin vecinə deyildi. Arada Dəli Bəybala fikirləşirdi, görəsən, onun cinlərini başından oynadan bu adamları Allah niyə yaradıbdır? Niyə bu pis adamlar yaxşı adamlara zülm edirlər? Məgər Allah bunları görmür? Əgər görürsə, onda bu adamları nə üçün yaradıbdır?
Başında dolaşan, onu narahat edən bu qarma-qarışıq suallara sonradan özü də cavab tapırdı: – Yəqin, Allah bu adamları dərə-təpə boş qalmasın deyə yaradıbdır!.. – düşünürdü. Tapdığı cavaba özü də sevinib, gülərdi.
Dəli Bəybalanı ən çox narahat edən o idi ki, elə bil, bu məmləkətdə yaşayan ağıllı adamlar yavaş-yavaş yoxa çıxırdılar, onları kimsə oğurlayıb aparırdı. O, özündən qorxurdu, qorxurdu ki, nə vaxtsa bir gün onu da oğurlayıb aparacaqlar. Əgər belə olsa onda bəs, bu məmləkətin, bu camaatın fikrini kim çəkəcəkdir? Kim onların halına yanacaqdır? – deyə o, fikirləşirdi.
Qabaqlar onun yaşadığı bu məmləkətdə ağıllı adamlar o qədər çox idi ki… Həmin adamlar yollar çəkər, körpülər salar, ağaclar əkərdilər… Şəhər tər-təmiz olardı. Hətta, ağacların dibindən su da axırdı. Ətraf elə gözəl görünərdi ki, adam elə bilərdi öz həyət-bacasidir, öz ev-eşiyidir bu məmləkət. Ayaqlarının altındakı torpaq elə doğma, elə şirin gəlirdi ki, adama onun üstünə ayaq basanda, sanki uçurdun, dabanın yerə dəymirdi. Adam istəmirdi ki, ayağının altında bir qarışqa belə qalıb əzilsin. Bir uşaq bir ağac budağını sındıranda yüz yerdən onu danlayıb, başına ağıl qoyardılar ki, bunu etmə. Sındırdığın o budaq bir quş yuvasının sığnacaq yeridir, quşları bu torpaqdan incik salma… Quşların da fikrini çəkirdi adamlar o vaxt. İndi isə başqa cür idi, hamı əlinə keçəni oğurlayırdı. Bu torpağın daşını, kəsəyini, nə vardısa gözgörəti oğurlayırdılar. Elə bil yarışa girmişdi adamlar, bir-birlərinin bəhsinə oğurlayıb, talan edirdilər bu məmləkətin var-yoxunu…
Dəli Bəybalaya qəribə gəlirdi, əgər bu adamlar bu torpaqda doğulub, bu torpağın övladlarıdırlarsa, onda niyə bu torpağa qənim kəsiliblər? Yox, bunlar gəlmələrdirlərsə, onda hardan gəliblər? Bəs, onda bu torpağın sahibləri kimlərdir? Adam da öz evinin oğrusu olar, adam da öz ev-eşiyindən oğurluq edər? – deyə o, heç nə başa düşməyərək bu adamların halına acıyırdı.
O vaxtlar vəzifədə işləyən böyük adamlar yolda rastlaşdıqları adamlara salam verərdilər, kef-əhval tutardılar… “Mənə görə nə qulluğun var?” – soruşardılar. Adamlar o vəzifə sahiblərindən heç nə istəməzdi, amma sevinərdilər ki, bu boyda adamlar onların qeydinə qalır, onlara salam verirlər.
Dəli Bəybalanın özünü görəndə necə dəfə o ağıllı və vəzifəli adamlar maşınlarını saxlayıb zarafatla: “- Ə, nə təhərsən, Bəybala? – Evlənib, eləmirsən? Əgər evlənmək fikrinə düşsən, bax, yaxşı taraz xalamız var, a…” – deyə, onunla zarafat edirdilər.
Bəybala bilirdi ki, həmin adamlar onun xatirini çox istəyirlər. Və onu da bilirdi ki, həmin adamlar ağıllı adamlardırlar, onlar həm də adama oxşayırdılar. Boy-buxunları da, görkəmləri də tutduqları vəzifəyə elə yaraşırdı ki, elə bil, hər şey onların boyuna biçilmişdi. Həmin adamlar o qədər ucaboy idilər ki, maşınlarına oturanda, əlləriylə başlarına qoyduqları “panamalarını” tutardılar ki, sürüşüb yerə düşməsin.
İndi isə Bəybala vəzifə başında olan elə adamlara rast gəlirdi ki, həmin adamlar maşının içində bapbalaca uşaq boyda görünürdülər. Bu sısqa, vəzifə sahibləri loğvalıqdan başlarına heç papaq da qoymurdular. Get-gedə cırlaşırdı, balacalaşırdı, elə bil, bu adamlar.
Yaxşı adamlar yoxa çıxdıqca, onların yerinə elə pisləri gəlirdi ki, Bəybala bunların hansı növ adam olduqlarını ayırd edə bilmirdi. Yayın cırrarmasında qırmızı qalustuqla özlərini boğmalayan, bəlkə arvadıyla gecə yatanda da, qalustuklarını boyunlarından sivirməyən, bu loğva vəzifə sahibləri, yolda rastlaşdıqları adamlara, nəinki, salam verər, hətta azqalırdı ki, adamları ayaqlarının altına qoyub tapdalayaraq üstlərindən keçsinlər. Bu “butulka balaqlı” şalvar, və dar pencək geyinən vəzifə sahiblərinin forsu, ədası adam yıxırdı.
Dəli Bəybala, onları onsuz da, adam yerinə qoymadığına görə, belələri ilə rastlaşmaq da istəmirdi. Həmişəki kimi yenə də, başını aşağı salıb öz yoluyla gedib, gələrdi. Amma ürəyi istəyirdi ki, həmin qırmızı qalustuqlu adamlar adam olsunlar. Onlardan biri maşınını saxlayıb ona desin: – “Ə, Bəybala, evlənmək istəyirsənsə xalamı verim sənə”.
Amma demirdilər. Çünki Bəybala bilirdi ki, həmin adamlar vəzifəyə gələndən sonra, onlarla qohum olmaq istəyən o qədər axmaq adamlar tapılırdı ki, yaşına-başına, duluna-muluna baxmayaraq, onların, nəinki qızlarını, baldızlarını, hətta, dul, qoca xalalarını da alıb evlənirdilər… Təki vəzifə adamıyla qohum olsunlar, təki desinlər ki, filankəs fiankəsin qohumudur, deyibən.
Bəybalanın yaşadığı şəhərə bir rəhbər göndərmişdilər. Adam olmağına adam idi, amma nə sort adam idi camaat məttəəl qalmışdı. Hamı ona “müəllim” deyirdi. Bu müəllim şəhərdə daşı daş üstə qoymurdu, qarşısına çıxan dəmiri, turbanı, betonu makaron kimi gəmirirdi. Gözünə harda nə tikli dəyirdisə, yaxşı, pis, köhnə, təzə söküb təzədən tikirdi. Əlinin papağını Vəlinin başına, Vəlinin də papağını Əlinin başına qoymaqdan bu şəhərdə yaşayanların çoxunun papaqları dəyiş-düyüş düşmüşdü. Deyilənə görə, bu rəhbər qabaqlar alverçi olub, “al-ver” məsələsini yaxşı bilirdi. O, rəhbər gələndən sonra vəzifədə nə qədər ağıllı, savadlı, bacarıqlı, işini bilən adam var idisə, hamısını çıxarıb, tökdü çölə və qıraq-bucaqda nə qədər alverçi var idi, qaloş satandan tutmuş, tiryək satana kimi yığdı başına. Bu barama qurduna oxşar adamlar da camaatın, xalqın sərvətini, var-yoxunu tut yarpağı kimi somurmağa başladılar.
Həmin rəhbər bircə, qapısının ağzında oturan qıyıqgöz oğlanı işdən çıxartmadı. Çünki bu oğlan şəhərin cikini də bilirdi, bökünü də. Hamını elə tanıyırdı ki, heç ata, qardaşını, qohum-əqrabasını belə tanımırdı. Səhərin gözü açılandan, gecə yarısına kimi, öz stoluna mıxlanan, bu oğlanın dünyanın hər yerindən xəbəri var idı. Kim hara getdi, kim kimlə oturdu, kim kimlə nə danışdı hamısını bilirdi. Hətta, gecə arvadıyla, uşağıyla dalaşanlardan da xəbəri vardı. Və bildiyi hər şeyi də gətirib qoyurdu müəllimin ovcuna.
Bəli, elə həmin gündən başladı “vəzifə alveri”. Elə bil, bu rəhbərin kabineti dövlət idarəsi yox, mal bazarı idi. Dəli Bəybala neçə dəfə fikir vermişdi, necə ki, axşam düşüb, şər qarışırdı adamlar hardansa peyda olub, bircə-bircə soxulurdular müəllimin kabinetinə. Pulu olan adam oradan əliboş dönməzdi. Hətta, deyilənə görə, meyidin cibinə pul qoyub, aparıb o müəllimin otağında tiri-şap uzatsaydılar belə, müəllim o meyid üçün qəbiristanlıqda yaxşı bir məzar yeri təşkil edəcəkdi.
Dəli Bəybalanın yolu həmin rəhbər oturan binanın yanından keçirdi. Hər dəfə oradan keçəndə bir maraqlı hadisənin şahidi olurdu. O, binaya girib, çıxan adamların çoxunu tanımırdı. Amma söyüş söyməklərindən, camaatın qız-gəlininin gözləri qarşısında utanmadan, əllərini şalvarlarının paçasına atıb, qotur itlər kimi bədənlərini didişdirmələrindən hiss edirdi ki, bunlar abır-həya qanmayan adamlardırlar. Amma bir şey vardı ki, bu abırsız adamların “abırlı pulları” vardı. Orada oturana da bunların pulu lazım idi, abırları yox. Çünki bu məmləkətdə abırı itə atsaydın it yeməzdi. Bəlkə də, həmin it qıçını qaldırıb, qabağına atılan o abırın üstünə çözgürüb keçərdi.
Yüz manatlıq, qonaqlıqla başa gələn vəzifələr, bu əziz, xələf məllimin vaxtında iyirmi, iyirmibeş min manata qalxmışdı. Rəhbərin köməkçisi bic adam idi. Bunu Bəybala adamların danışığından hiss edirdi. Adamlar danışırdılar ki, vəzifəni qumar oyununa çeviriblər, “seka” yaradırdılar. Yəni, bir vəzifəyə o qədər müştətri toplayırdılar ki, axırda min manatlıq vəzifə gəlib otuz, bəzən də əlli min manata durulurdu. Bunların hamısını müəlllimin o köməkçisi düzüb, qoşurdu. Zalımoğlu, o qədər bic adam idi ki, lap şeytanın özünə də papış tikirdi.
Bəybala hər gün gecə yarısı evlərinə gedəndə, o binanın qarşısına yığışan adamları görürdü. Doğurdan da, mal bazarına bənzəyən bu yer, hay-küylü olardı. Satan kim, alan kim, bir-birini “bağaja” qoyan kim… Hər kəs müəllimə yarınmaq üçün bura cibidolu, “ürəyidolu” gələrdi. Bir sot torpaqdan tutmuş, bir qırıq vicdana kimi hər şey hərraca qoyulardı burada.
Bu adamlar Bəybalaya tanış gəlmirdi. Çünki, bu adamların çoxu gündüzlər yatıb, gecələr hərəkətdə olan yarasalar kimiydilər. Gün işığı görən kimi yuxuya gedər, qaranlıq düşən kimi isə oyanıb daraşardılar bu məmləkətin canına. Bu adamların harda təhsil aldıqları, hansı peşənin sahibi olduqları da məlum deyildi. Çoxunun heç diplomları da yox idi. Onlara diplomu da, vəzifələri kimi müəllim özü təşkil edirdi, bir gecədə, bir saatın içində. Təki, pulları olsun.
Bir dəfə həmin binadan bayıra çıxanlardan birinin, həyətdə onu gözləyən dostuna danışdıqlarını Bəybala öz qulaqlarıyla eşitdi. Həmin adam dostuna deyirdi: – “Müəllimə nə qədər yalvardımsa, heç olmasa əlli min manatdan min manat mənə hörmət etsin, etmədi. Müəllimə dedim ki, evi girov qoyub, bankdan pul götürüb gətirmişəm. Yenə razı olmadı. Qayıdıb, bilirsən gülə-gülə mənə nə dedi? Dedi ki: – Ə, dılğır, məgər, mən səni yük daşımağa göndərirəm?! Səni vəzifəyə qoyuram da, get, pulunu çıxart…
Həmin adam söhbətinə davam edərək dedi: – Çarəsiz qalıb, müəllimin başının üstündəki şəkilə işarə edib dedim: – Müəllim, səni and verirəm o kişinin göruna, mənə mincə manat güzəşt et. Heç olmasa bankdan götürdüyüm əlli min manat puldan xarabama bir-iki manat pul aparım. Sabah bankın borcunui ödəyə bilməyəndə, arvad-uşaq dədəmin göruna söyüb deməsinlər ki, o qədər pulu neylədin? And içəndə heç olmasa deyim ki, sizə də xərcləmişəm.
Amma müəllim qayıdıb mənə nə desə yaxşıdır? Dedi ki, ə, mənə o kişinin göruna and vermə. Onun göruna dədəm-nənəm qurban olsun. O kişidir bizim əlimizi çörəyə çatdıran. O kişidir bizi dükan-bazardan, tozun-torpağın içindən yığıb, yığışdırıb gətirib bu kresloda oturdan. O olmasaydı, indi biz evimizin içində oturmuşduq. Qorxumuzdan eşiyə də çıxa bilmirdik. Arvadlarımız da altımıza “karişok” əvəzinə vedrə, ləyən gətirirdilər. – Sən öləsən, heç bir qara qəpik də çıxan deyiləm. Ona görə ki, bu puldan bizə tikə-para çatır… Hamısı o söz, – deyə, müəllim gözünü qıyaraq, başbarmağının işarəsiylə yuxarını göstərərək yavaş səslə: – Ə, elə bilirsən səndən aldığımız pulu dədəmizin ehsanına xərcləyirik? – dedi. Sənin bilmədiyin çox şeylər var e, vallah, birini sənə desəm, nəinki, başının tükü, hətta ayıb yerinin tükləri də biz-biz durar. Bu telefonları görürsən, – deyə müəllim, oturduğu stolun böyüründə, yan-yana düzülümüş telfonları göstərdi. Bunlar səhərdən axşamacan körpə uşaq kimi zır-zır zırıldayıb, mələşirlər. Bunları “əmizdirməsəm”- deyə müəllim iki barmağını bir-birinə sürtərək, pul işarəsini bildirdi, yoxsa mənim özümü əmizdirərlər. – Eşidirsən məni, pulu qoy, bura çıx bayıra. Sən ölmüyəsən, yoxsa, bu dəqiqə o qapıdakı qıyıqgöz oğlana deyərəm, səndən beşqat artıq pul verəni tapıb gətirər mənim yanıma. Səni mənə yuxarıdan tapşırıblar deyən, buraxmışam otağıma. Guya, mən bilmirəm sənin nəyin var, nəyin yoxdur? Tülkülük eləmə ə, istəsən bir gecədə o pulları qazanarsan. Guya, heç kəs bilmir sən nə işlərlə məşğul olursan? Bir gecədə o tərəfdən, – deyə müəllim yenə də gözünü qıyıb, bu dəfə baş barmağını yana əyərək, – ötürülən bir torba o, ağ şeyin qiymətidir də verdiyin. Guya bilmirəm?”
Həmin adam, dostuna müəllimlə olan haqq-hesablarını danışandan sonra, əlini-əlinə vurub əlavə etdi: – Pah, atonan, bu müəllim yerin altını da bilirmiş, üstünü də. Mən belə adama ömrümdə birinci dəfədir ki, rast gəlirəm. Analar belə oğul doğmayıb heç.
Dəli Bəybala onların söhbətlərini axıra kimi dinlədikdən sonra əlini əlinə vurub: – “Paaah… paahh… dədöözün.., dədöözün gorun…” – deyib, onları söyı-söyə oradan uzaqlaşdı.
Rəhbər təyin olunan müəllim şəhərin parkını, məktəblərin həyət-bacasını, futbol meydançalarını, mal-qaranın örüş yerlərini qarış-qarış imkanlı adamlara satıb, pul qazanırdı. Onun ətrafında işləyənlər isə, elə bil, bir-birləriylə bəhsə girmişdilər, kim hardan, hansı qonşunun evinin arxasından, hansı məktəbin və yaxud uşaq bağçasının həyətində bir sot artıq yer görürdüsə o dəqiqə müəllimə xəbər verirdi. Müəllim də, ona; – sən yaxşı, işçisən, “bişmiş kadrosan”, mənim dostumsan – deyib, tərifləyər, otağından çölə çıxandan sonra isə: – “ay sənin ananı…” – deyib, həmin adamın arxasıncan yeddimərtəbəli söyüş söyərdi. Bu müəllimin vərdiş etdiyi ən böyük şakəriydi. O hamını söyürdü…
Bəybala belə şeyləri görəndə, onsuz da bərəlmiş gözləri bir az da bərələr və bu adamların haradan gəldiyinə, bunların necə adam olduğuna təəccüb edirdi. Heç birinin də əlindən bir iş gəlməyən bu adamlar ancaq, bir-birlərini satmaqla, bir-birlərinə şər atmaqla məşğul idilər.
Belə adamların təmiz insanlardan xoşları gəlməzdi. Vicdanlı, təmiz adam görəndə beyinlərinin qurdları qaynaşardı. Sevməzdilər təmiz adamları. Sanki təmiz insanlara demək istəyirdilər ki, biz vicdansızıq, biz şərəfsizik, bizim ailə-uşağımız düz yolda deyil, bəs siz niyə təmizsiniz, sizinkilər niyə təmizdirlər?!.. Siz niyə yaltaq deyilsiniz?!.. Sizin üzünüzə niyə tüpürmürlər?!.. Sizin dədənizin gorunu niyə söymürlər?! Bu pis adamlar istəyirdilər ki, hamı onların günündə olsun, hamının ailəsi, uşağı pozulsun. Onlar istəyirdilər ki, belə olsun. Belə olanda, bu qatma-qarışıqlıqda onların eybləri it-bata düşüb görünməyəcəkdir… Onların məqsədi bu idi.
Şənbə, bazar günləri adət idi, müəllimin göstərişi ilə idarədə işləyən işçilərin əlinə süpürgə, vedrə verib salırdılar küçələrin canına. Yol süpürtdürərdilər, səkilərin toz-torpağını yuduzdurardılar, yol kənarlarında tökülüb qalmış əski-üskünü, uşaq bezlərini təmizlətdirərdilər. Adını da qoyardılar ki, guya, şəhərin təmizlik işləriylə məşğul olurlar.
Abırlı adamları, müəllimləri, şagirdləri, qız-gəlinləri, hətta kəndlərdə yaşayan adamları da küçələrə töküb abırdan, ismətdən salırdılar. Nədi, nədi bu küçələrə tökdükləri insanlar idarədə işləyirlər, dövlətdən maaş alırlar, balalarına bir tikə çörək pulu qazanırlar. Başqa iş yerləri olmadığına görə, bu abırlı adamlar da susaraq bir kəlmə belə danışmırdılar. Qorxurdular ki, işsiz qalarlar. Sabahkı işsizlik onlar üçün bugünkündən ikiqat ağır faciələrə səbəb olardı. Birtikə çörək zəhrimara dönüb, abırlı adamların boğazında ilişib qalmışdı. O, bir tikə çörək çox kişinin dilini gödək etmişdi, kişiliyini əlindən almışdı. İnsanlar susa-susa biqeytətləşirdi, şərəfsizləşirdi. Şərəfi olmayan adamın malı, mülkü, torpağı, hətta vicdanı da ayaqlar altında tapdağa dönürdü… Onlar zorən susmağa məcbur edilmişdilər… onlar belə yaşamağa məhkum edilmişdilər…
Əslinə qalsa, küçələrdə təmizlik işləri aparmaq üçün dövlət kifatət qədər vəsait ayırırdı. Amma müəllimin göstərişiylə həmin vəsait ayrı-ayrı adamların adına yazılmış kartlara vurularaq, onun özünə verilirdi. Yüzlərlə, minlərlə insanın işləmək ehtiyacları olduğu halda onların haqqları da belə yeyilirdi. Yeri-göyü basıb yeyən bu adamların gözləri doymayaraq, əlil və şikəst adamların gücləri çatacaq süpürgəçiliyin haqqın da onların əlindən alaraq, villalarinda saxladıqları məşuqələrinin naz-qəmzələrinə xərcləyirdilər. İşsizlik ücbatından insanlar baş götürüb başqa yerlərə gedirdilər. Gedirdilər ki, heç olmasa ailələrinə, balalarına bir tikə çörəkpulu qazansınlar. Torpaq, vətən unudulurdu yavaş-yavaş, elə unudulduğu kimi…
Bəybalanın idarədə müdir işləyən bir dostu vardı. Çoxdan idı ki, bu vəzifədə çalışırdı. Yaxşı adam idi, hamı onu tərifləyirdi. Arada maşınını saxlayıb, Bəybalayla zarafat edər, sonra da ona papirospulu, cib xərcliyi verərdi. Bəybala onu xatirini çox istəyirdi, ağıllı adam olduğu üçün.
Bir dəfə Bəybala yolda durub gedən-gələnə tamaşa edəndə baxıb gördü ki, dostunun maşını gəlir. Papirosu qurtarmışdı, bir qədər özünü yola tərəf verdi ki, dostu onu görə bilsin. Maşın ona yaxınlaşanda baxıb gördü ki, dostunun yerində, arxa oturacaqda, dodaqları qıp-qırmızı boyanmış, sifəti kündəyə bənzər bir arvad oturub. Əvvəlcə, elə bildi ki, maşını səhv salıb, bir də diqqətlə baxdı, gördü yox, həmin maşındır, hətta sürücü də həmin o, ordu-ordundan keçən qara oğlandır.
Dəli Bəybala o dəqiqə bildi ki, müəllim onun dostunu da işdən çıxarıbdır. Ürəyi ağrıdı, fikirləşdi ki, bu şəhərin camaatı nə edəcəkdir? Kim onların sözünü deyəcək, kim ağsaqqallıq edəcəkdir onlara? Hətta, Dəli Bəybala hölündən ağladı da.
O, əlini maşına tərəf uzadıb, üz-gözünü bayram yumurtası kimi boyayan arvada çəpəki nəzərlərlərlə baxdı, sonra ona barmaq silklədi.
Qadın isə acıqlı nəzərlərlə onu süzərək, şəhadət barmağını kicgahına dayayıb, bir-iki dəfə sağa-sola fırladaraq, Bəybalaya demək istədi ki, ay dəli, gicdəmə, çəkil yoldan.
Bu xanımı Bəybala yaxşı tanıyırdı. Onlardan beş-altı küçə o tərəfdə olurdu. Cavanlıqda “atmaralı” olmuşdu. İki dəfə nişanlansa da, sonradan nişanı qaytarılmışdı. Axırda özü kimi bir bambılıya ərə getdi. Onun toyunu Bəybala yaxşı xatırlayırdı. Ağ gəlinlik paltar geyinmişdi əyninə, abırlı, ismətli qızlar kimi… Özünü də elə sıxıb, boğmalamışdı ki, elə bil, ona heç əl dəyməmişdi. Başını aşağı dikərək, asta addımlarla, nazlana-nazlana bəyoğlanın yanında addımlayırdı.
Bəybalaya elə gəlirdi ki, o utandığından belə edir. Axı, necə olsa onun əmələrindən bütün şəhər xəbərdar idi. Amma, xanımın arada gözucu camaata baxıb qımışmağından hiss olunurdu ki, onda utanan üz nə gəzir. Onun üzü köhnə ayaqqabının altındakı “padoşdan” da çox sürtülübdür…
Hətta, toydakıların bəziləri, bu sifətini mərdəşür yumuş “gəlinin” şit-şit ədalarından utanıb, xəcəlat çəkərək, başlarını aşağı dikib, alınlarını ovuşdururdular.
“Gəlinin” qoluna girdiyi bəyoğlan isə, özündən razı halda elə şəstlə yeriyirdi ki, sanki toyxanadakı bəzi kişilərə yanmışlıq verərək demək istəyirdi: – Hə, nədi?!.. Deyirsiniz yəni, iyirmibeş ilin qəhbəsi qız ola bilməz?!..
Sonra həmin xanım işlədiyi yerdə nə qədər abırlı, savadlı adamlar var idısə, kişili, qadınlı hamısını şərləyib işdən qovdu. Onların yerinə, özü kimi bivec adamları yerləşdirdi…
Bu hadisənin üstündən bir müddət keçmişdi. Bəybala işdən çıxarılan dostunu axtarırdı. Bir gün onlar rastlaşdılar. Dostu çox sınıxmşdı. Çünki heç yerdə işləmirdi. Bəybala neçə gündənbəri cibində gəzdirdiyi bir qutu papirosu çıxardıb dostuna uzatdı. Dostu götürmək istəmədi. Bəybala papirosu zorla onun cibinə qoydu. Sonra kirli pencəyinin cibindən, kiminsə ona çörəkpulu verdiyi bir manat pulu da çıxardıb dostunun cibinə salmaq istədi. Dostu razılaşmadı. – Varımdı, özünə saxla, – dedi. Bəybala razılaşmadı, pulu da zorla dostunun şalvarının cibinə soxdu.
Dostu kövrəldi, onun göz yaşları yanağından süzülərək nimdaş pencəyinin qolunun üstünə töküldü.
Dəli Bəybala dostunun bu halına dözmədi. O da əlinin arxasıyla gözlərindən axan gözyaşlarını silə-silə kiminsə qarasınca söydü.
…Yol qıraqlarındakı neçə illik palıd ağacları, başı göylərə dirənən yam-yaşıl küknar ağacları köklü-köməcli yerdən çıxarılıb, doğranılanda, Dəli Bəybalanın ürəyi ağrıyırdı. Elə bil həmin ağacları köklü-köməcli onun ürəyindən zorla dartıb çıxardırdılar, yeri elə göynəyirdi ki… Axı o, yay vaxtları həmin ağacların kölgəsində oturar, bəzən də günortalar başını atıb, o kölgəlikdə yatardı. İndi o ağaclar yox idi. Həmin ağacların yerinə “dədəsi, nənəsi” bilinməyən, balaca-balaca, sarı yarpaqları olan “bic” ağaclar əkirdilər. Bu ağacların sir-sifətindən zəhrimar yağardı. Deyilənə görə, bu ağacları hardansa uzaqlardan pulla alıb gətirirdilər. Bəybala öz-özünə fikirləşərdi, vallah, bu adamlar doğurdan da, dəlidirlər. Dəli olmasaydılar o boyda yam-yaşıl ağacları çıxardıb yerinə bu cür zir-zibili əkməzdilər.
Şəhərdən əsər-əlamət qalmamışdı, hər tərəf xarabazara oxşayırdı. Yol kənarlarında, səkilərin qırağında xırda-xırda yöndəmsiz budkalar tikilmişdi. Bu budkalar o qədər səliqəsiz quraşdırılmışdı ki, adamlar səkilərlə gedib-gələ bilmirdilər. Hər tərəf qazılmış, kanalizasiyalardan axan çirkli sular şəhərin kücələriylə axıb gedirdi. Elə bil, burada müharibə olmuşdu. Yollar, səkilər elə vəziyyətdəydi ki, adamlar iş-güc dalısınca gedəndə əziyyət çəkirdilər. Uşaqlar məktəbə gedib-gələ bilmirdilər.
Bəybala bunları görəndə ürəyi ağrıyırdı. Məktəb uşaqları zığa, palçığa bata-bata, üst-başları it günündə evlərinə dönərdilər. Yolara, şəhərin səliqə-səhmanına ayrılan pulların hamısını basıb yeyirdilər. Bu işlərə cavabdeh olan adamlara da “qaşın üstə gözün var” deyən olmurdu. Onlar bahalı maşınlarıyla bu şəhərdə, xaraba qoyduqları yerlərdə arxayın-arxayın öz keflərini sürürdülər. Danışan, ora-bura şikayət edən adamları isə şərləyib tutdururdular.
Müəllimin əlinin altında əlliyə yaxın “ştatnı” adamları, elə o qədər də “yaltaq, qoçu” dəstəsi vardı ki, kimi istəsəydi üzünə durğuzub tutdururdu. Hətta, bir qadını da onlardan yuxarılara şikayət etdiyinə görə şərləyib tutdurmuşdu. Bu şəhərdə qadın xeylağının tutulması halı görünməmiş bir hadisə idi.
Müəllimin özüylə bu şəhərə gətirdiyi bir məhkəmə işçisi də var idı. Bu adam məhkəmə işçisindən çox, Qoçu Nəcəfqulunun keçisinə oxşayırdı. Hara gəldi soxular, kimə gəldi buynuz çalırdı. Səhərdən axşama kimi, müəllimin yan-yörəsində hərlənər, xoşu gəlmədiyi, ona aylıq verməkdən boyun qaçıran iş adamlarını, idarə rəhbərlərni hədələyrək müəllimin kabinetinə yönəldərdi.
Bu adamda neçə cür sifət desəydin vardı. Dişibatan, gücü çatan adamdan əl çəkməzdi. Qoca bilməzdi, qadın bilməzdi iş-gücü insanları ancaq təhqir etmək, onları alçatmaq idi. Amma üstünə kükrəyən, haqqını tələb edən adamlardan it kimi çəkinərdi. Onları görəndə gürzə ilan kimi fısıldayar, məqam gözlərdi ki, onları xəlvətə salıb çalsın.
Həmin məmur günün çox hissəsini sərxoş olardı, bu adam içki içməsəydi yaşaya biməzdi. Tədbirlərdə, iclaslarda qız-gəlin, böyük-kiçik bilməzdi, ağzını köndələn qoyub, səfeh-səfeh danışardı. Üst-başından çobana oxşayan, ağzıqatıq kəsməyən bu adamın bu boyda şəhərdə camaata ağalıq etməsi, insanların gününü göy əskiyə bükməsi, Dəli Bəybalanın cinlərini başından oynadırdı. Fikirləşirdi, görəsən, bu adamın yiyəsi, başına ağılqoyanı yoxdurmu? Bu adamı hansı ağılla adamların içinə buraxıblar? Bu adamı bu şəhərə göndərənin özü hansı ağıldadır? Bəybala bunları fikirləşə-fikirləşə gündə neçə yol dərddən ölüb, dirilirdi.
Bu şəhərdə nələr baş vermirdi? Elə qəribə hadisələr baş verirdi ki, Bəybala bunları eşidəndə az qalırdı ki, ağlı başından çıxsın. Özü də, bu pis-pis işləri cavanlar deyil, yaşı əllini, altımışı keçmiş yaşlı, adamar edirdilər. Onların birini Bəybala yaxşı tanıyırdı. Uzun müddətdi ki, həmin adam böyük vəzifələrdə işləyirdi. Çoxlu pulu vardı. Bu adam qızı yaşında olan öz işçisinə sataşmışdı. Bir-iki aydan sonra işçisi ona deyəndə ki, hamiləyəm, həmin müdir qorxusundan bilməmişdi ki, nə etsin. Camaat arasında biabır olmasından qorxan müdir, ismətini korladığı və ondan uşağa qalan işçisini, tezbazar öz doğmaca oğluna nişanlayıb, toy etmişdi. Danışırdılar ki, üç aylıq hamilə olan gəlin bəylə kürsüdə oturanda, qaynatası da arsız-arsız onların qabağında oynayıb, xeyir-dua verirmiş.
Dəli Bəybala belə hadisələrin şahidi olduqca, elə bil onun dünyası daralırdı. O, belə bir dünyada, belə bir adamlarla bir yerdə yaşamaq istəmirdi. Onun səbri get-gedə dükənirdi. O, bu adamların arasında nəfəs ala bilmirdi, boğulurdu. Ürəyi partlamaq dərəcəsinə çatmışdı. Onu ən çox incidən insanların gördükləri bu hadisələrə qarşı susması idi. Ağıllı adamlar, ziyalılar gözlərinin önündə baş verən bu haqsızlıqlara qarşı susaraq, özlərini görməməzliyə vururdular. Elə bil, bu talanan şəhər, oğurlanan sərvət, söyülən, təhqir olunan ar-namus onların deyildi…
Son günlər vəziyyəti ağırlaşdığından Bəybala evdən bayıra çıxa bilmirdi. Otağın bir küncündə, ikiqatlanmış yorğanın arasına girərək, əllərini qoynuna qoyub, büzüşmüş halda uzanıb qalardı. O, bu dəli dünyanın ağıllı adamı olmaqdan bezimişdi… Hiss edirdi ki, yaşaya bilmir.
… Gecədən bir xeyli keçmiş onun ürəyi birdən-birə bərk ağrıdı. Ağrı o qədər güclü idi ki, Dəli Bəybalanın, onsuz da böyüyüb, hədəqəsindən çıxmaq dərəcəsində olan gözləri bir az da bərələrək, onu qorxunc bir vəziyyətə salmışdı. Bədəni od içərisində yanırdı. Kürəyindən başlayan ağrılar bütün bədəninə yayılmışdı.
O, əlini ağrıyan ürəyinin üstünə qoyaraq zarıyırdı. Ürəyi isə get-gedə şiddətlə döyünür, az qalırdı ki, döş qəfəsini yarıb, bayıra çıxsın. Yerinin içində ilan kimi qıvrılan Dəli Bəybalanın bu halından heç kəsin xəbəri yox idi. O, dərdini çəkdiyi, hər gün fikirini etdiyi adamlardan heç olmasa birisini bu halında yanında görmək istəyirdi. İstəyirdi ki, kimsə bir nəfər otağa girsin və onun ağrıyan ürəyini ovuşdursun… Axı, onun ürəyi həmişə bu insanların dərd-səri üçün ağrımışdı. O, adamların dərdini çəkməkdən, onların halına yanmaqdan bu hala düşmüşdü. İndi isə onun öz dərdinə çarə qılan yox idi.
Bəybala gözlərini dolandırıb ətrafa baxdı. Yarımqaranlıq otaq ona elə qorxuc göründü ki, elə bil, bu dəqiqə dörd divarın dördü də onun üstünə uçacaqdı… Ömrünü bu hisli-paslı otaqda tək-tənha keçirmişdi o. Amma bir dəfə də olsun nə qorxu bilmişdi, nə də kimsədən çəkinmişdi. İndi, nədənsə o qorxurdu. Qorxduğundan gözlərini azacıq qapayaraq, bu müdhiş qaranlıqdan, cansığıcı boşluqdan canını qurtarmaq istəyirdi.
Canındakı ağrılar bir azca sakitləşən kimi Bəybalanı, elə bil xoş bir yuxu öz ağuşuna aldı. Onun gözlərinin önündən bütün həyatı kino lenti kimi gəlib keçdi. Atasını, anasını xatırladı… Uşaq ikən atasının ona: – “Mənim dəli balam, mənim Bəybala balam” deməsi yadına düşdü. Amma qonum-qonşu öz uşaqlarına “mənim ağıllı balam” deyərdilər. Bu ağıllı balalar, min hoqqadan çıxıb elə ağılsız işlər tuturdular ki, Bəybalanı öldürsəydin də belə işlərə qol qoymazdı.
Məhəllə uşaqları dilsiz-ağızsız pişik ballalrını diri-diri Sənəm arvadın quyusuna atıb, sonra da, o yazıq pişiklərin miyoltusu kəsilənə qədər onlara tamaşa edərdilər. Bir müddət keçəndən sonra ölmüş pişik balaları kiminsə su vedrəsindən çıxanda, bunu yazıq Bəybalanın boynuna atardılar. Məhəllə uşaqları ağız-ağıza verib; – “Pişikləri Dəli Bəybala öldürüb quyuya atıbdır!” – deyərək, hamını onun üstünə salardılar.
Bəybala belə vaxtlarda heç nə deməyib, susub qalar və bu axmaq uşaqların əməllərinə görə məhəllənin nadan adamları tərəfindən döyülərdi.
Gecələr nadinc uşaqlar qonum-qonşunun qapı, pəncərəsini daşlayıb, onların şüşələrini qırıq-qırıq edəndə, yenə də günahkar Bəybala olardı.
Ana-atalarının ağıllı balaları sayılan Cabbarla, Cəfər bazar günləri hökümət hamamının arxa pəncərəsindən orada çimən arvadlara baxıb, sonra məhəllə uşaqlarına gördüklərini danışanda, Dəli Bəybala onlara o qədər gülmüdü ki. Gülmüşdü, ona görə ki, Cabbarla, Cəlil bir gün səhv salıb hamamda çimən qadınların arasında öz analarının da lüt-üryan yerlərinə doyunca tamaşa etmişdilər. Dəli Bəybala bu əhvalatdan sonra Cabbarla, Cəlili harda görürdüsə əlini əlinə vurub, gülməkdən uğunub gedərdi.
Bəybala cavanlıqda sevdiyi Qəmzə adlı qızı yadına salıb dərindən bir ah çəkdi. Onun şişmiş, partlamaq dərəcəsinə çatan ürəyi elə bərk ağrıdı ki. O, Qəmzəni vaxtilə çox sevmişdi. Ömründə sevdiyi qız təkcə o olmuşdu. Qəmzənin gözəl sifəti, qırmızı dodaqları, yupyumuru döşləri onun heç yadından çıxmırdı. Ömründə bir dəfə də olsun Bəybalanın əli qadın əlinə dəyməmişdi. O, öpüşün, şəhvətin nə olduğunu bilmirdi.
Gecələr yatanda həmişə Qəmzəni yadına salardı. Çox vaxt Qəmzə onun yuxusuna da gələrdi. Onu qucaqlayardı, canında Qəmzənin isti bədəninin hərarətini hiss edərdi. Əlini qızın saçlarına toxundurar, çiyinlərində, bütün bədənində gəzdirərdi. Yuxudan ayılanda sonra isə, Bəybalanın qarnını sancı doğrayardı, qurşaqdan aşağı ətrafları od tutub yanardı, elə bil. Qıçlarında küt ağrılar baş qaldırardı. Bəybala hər dəfə Qəmzəni yuxusunda görəndə bu hala düşərdi. Əslində, onun Qəmzədən xoşu gəlməzdi. Çünki Qəmzənin anası Balaxanım arvad qızını sevdiyinə görə, Dəli Bəybalanın vaxtilə başını yabayla vurub yarmışdı. O vaxtdan Dəli Bəybala Qəmzəni də, onun anasına da görməyə gözü yox idi. Həm də, o bilirdi ki, Qəmzəni sevənlər çoxdur. Elə Qəmzənin özü də çox adamı sevirdi… Amma Bəybala Qəmzədən başqa heç kəsi sevmədiyinə görə, Qəmzə ona çox şirin gəlirdi.
Qəmzə öləndə Bəybala çox pis olmuşdu. Hətta, Qəmzənin yasına gələn onun “kişi dostlarının” bahalı maşınlarının təkərləri altına mıxdan, qadaqdan qoyub hamısıni partlatmışdı. Çünki, Bəybala onların hamısına nifrət edirdi.
Bəybala ağrıyan ürəyini ovuşdura-ovuşdura, olub-keçmişləri xatırlayırdı. Özü də bilmirdi ki, niyə bu olub, keçmişlər onun bu gün yadına düşür? Niyə bu keçmiş anları indi bir-bir xatırlayırdı? Bu qarma-qarışıq suallara cavab tapmaq ona necə də əzab verirdi.
İnsanların ona qarşı laqeydlikləri, onu inciddikləri yadına düşdükcə, ürəyinin ağrısı bir az da şiddətlənirdi. Bu dözülməz ağrılar az qalırdı ki, onun canını alsın.
Bu həyatda o hansı üzlərlə, hansı pisliklərlə, hansı axmaq adamlarla üzləşməmişdi? O, çox vaxt ac-susuz qalardı, amma heç vaxt kimsəyə əl açıb, mənə çörək ver deməzdi. Dəli Bəybala kiməsə əl açmağı öz kişiliyinə sığışdırmazdı… Amma imkanı ola-ola, onun-bunun qabağında it kimi quyruq bulayan, vəzifə üçün ar-namusunu satan adamları görəndə hirsindən az qalırdı ki, ürəyi partlasın.
Bəybala bu həyatda çox pisliklərlə rastlaşmışdı. Özlərini ağıllı sayan adamaların pis əməlləri yerə-göyə sığmırdı. Hər gün elə hadisələrlə rastlaşırdı ki, o, bu yerlərdən baş götürüb getmək istəyirdi. İstəyirdi ki, elə yerə çııxıb getsin ki, heç orada adam olmasın.
Bəybalanın canının bu ağrıyan vaxtı, yadına bir haisə də düşdü. O pis hadisəni Bəybala heç vaxt unuda bilmirdi. Bir dəfə səhər, sübh tezdən, həmişə olduğu kimi küçənin bu başından, o başına gedən zaman qulağına körpə uşaq səsi gəldi. O, bir anlıq ayaq saxlayıb səs gələn tərəfə baxdı. Uşaq səsi yaxınlıqdakı zibil qutusundan gəlirdi. Zibil qutusunun ətrafında isə bir neçə küçəiti dövrə vuraraq caynaqları ilə zibil qutusunu cırmaqlayırdılar. Bəybala yerdən əlinə bir daş alıb itlərə tərəf tolazladı. İtlər zingilti salaraq qaçıb uzaqlaşdılar. O zibil yeşiyinə yaxınlaşanda baxıb gördü ki, orada didilmiş, parçalanmış bir uşaq zarıyır. Bəybalanın gözləri doldu. O, uşağın didılmiş canını zibil yeşiyindən çıxarıb kardon kağızın üstünə qoydu. Uşaq ağzını açıb, yumaraq son anını yaşayırdı. Bəybala uşağa baxaraq hönkür-hönkür ağlamağa başladı…
Həmin gecə Bəybala qızdırmalı adamlar kimi yerinin içində çabalayaraq səhərə qədər yata bilmədi. Ona elə gəlirdi ki, bədəni itlər tərəfindən didik-didik edilmiş həmin o körpə uşaq ölməsəydi, böyüyüb onun kimi ağıllı adam olacaqdı, bu dünyanın dərdini çəkəcəkdi, elə onun özü kimi… Bəlkə də, o uşaq böyüyüb bu məmləkəti pis adamlardan xilas edəcəkdi.
Üstündən neçə müddət keçməsinə baxmayaraq Bəybala bu hadisəni yadından çıxara bilmirdi. Bu çətin vəziyyətində də o uşağın ölümü birdən-birə gəlib onun yadına düşdü. O uşaq ölməsəydi, yəqin ki, bu dünyanı o düzəldəcəkdi, Bəybala belə düşünürdü…
… Dəli Bəybala ömründə az-az hallarda ağlamışdı. Nə qədər çətinliklər çəksə də, həyatında çoxlu əzablı günlər görsə də, ağlamağı kişiliyinə sığışdırmamışdı. İndi isə o, özünü saxlaya bilməyib, hönkür-hönkür ağlayırdı…
Yadına onunla şəkil çəkdirən, arada rastlaşanda kef-əhval soruşan, cibinə papiros pulu qoyan o ağsaçlı müəllim düşdü. Birdən-birə Bəybala həmin müəllim üçün elə bərk darıxdı ki… Görəsən, indi o hardadır? – düşündü. Son vaxtlar Bəybalanın qanı ona yaman qaynayırdı. Bircə, o müəllimi özünə tay bilirdi. Ona elə gəlirdi ki, o ağsaçlı müəllimə də bu camaat dəli adı qoyubdur. Dəli Bəybala sevinirdi ki, onun dostu olan o müəllim də dəlidir.
Bu ağır vaxtında müəllimi görmək istədi. Ürəyində bir-iki sözü vardı, indiyə kimi bu sözləri heç kəsə deməmişdi, müəllimə demək istəyirdi. Gözləri yaşlı, ətrafa boylandı. Bir anlıq bu qaranlıq otaqda, canıyla çarpışan zaman o müəllimi görmək istədi. Amma görə bilmədi. Əsəbləşdi. Dişini dişinə sıxıb müəllimin dalısınca: – “ Sənin də dədöyün.., dədöyün…” söyüşünü verdi və için-için ağladı…
Bir az keçəndən sonra ağlamaq səsi xırıltılı səsiylə əvəz olundu… Sonra bu xırıltılı səs də kəsildi… Bəybalanın iriləşərək, hədəqəsindən çıxmaq dərəcəsində olan gözləri bir nöqtəyə zillənərək donub qaldı…
… İki gün sonra qonum-qonşular Bəybalanı evin bir küncündə, iki qatlanmış yorğanın arasında ölmüş vəziyyətdə tapdılar. Onun ağzından axan qan, çənəsindən süzülərək döşəmənin üstündə laxtalanmışdı.
Qonşular təcili yardıma zəng vurub, həkim çağırdılar.
Həkim, Dəli Bəybalanın cansız bədəninə, bir də onun ağzından süzülərək döşəmənin üstünə tökülüb, laxtalanan qana baxıb:
– Bu yazığın ürəyi partlayıb ki!.. – dedi.

Müəllif: MEYXOŞ ABDULLAH

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru