MÖVLUD AĞAMMƏD

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün (11 Sentyabr 1961) gözəl insan, əsl dost, peşəkar müəllim və sevimli şair Mövlud Ağəmmədin doğum günüdür. Ad gününüz mübarək, Mövlud müəllim!!! Sizə uzun ömür, can sağlığı və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MÖVLUD AĞAMMƏD

Mövlud AğamməDİN ÖZ DÜNYASI – SÖZ DÜNYASI

EY DİL…

(Qəzəl – Müstəzad)

Ey dil, bu bəla mülkü mənə verdi əziyyət,
dincəlməmişəm mən.
Hər an çəkirəm cövri-cəfa, qüssə,fəlakət,
heç gülməmişəm mən.
***
Salmış məni zindanə olub hüsnümə aşiq,
oldummu ki, layiq?
Verməklə dözüm Ol mənə göstərdi kəramət,
incəlməmişəm mən.
***
Meyl eylədiyimdən meyə zülmüm qara gəlmiş,
dərdim zara gəlmiş.
Çək dərdini derlər mənə, çək, etmə şikayət, 
heç bilməmişəm mən.
***
Yardan yana çəkmək ilə ah-nalə, dözərdim,
dərdimlə gəzərdim.
Göz yaşları bəsdir demə, etməzdi kifayət,
heç silməmişəm mən.
***
Qəm eyləmə, can tərk eləmiş cismini, getmiş,
çün vəslinə yetmiş.
Dünyaya gələndən bəri can olmadı rahət,
xoş gəlməmişəm mən.

23.05.2019. Quba – Zərdabi.

MÖVLUD AĞAMMƏDİN ÖZ DÜNYASI – SÖZ DÜNYASI


GECƏDİR

(Qəzəl)

Yandırın şəmi gecə, çün vəsli-canan gecədir,
Gül üzün şölə saçır, hər yan çıraqban gecədir.
****
Məclisi-meyhanədir, saqi, dolandır badəni,
Olmuşam məsti-xumar, yar mənə mehman gecədir.
***
Qissseyi-Yusif olub dərdim, əlac qəmhanədir,
Etmişəm könlüm evin məhbəsi-zindan, gecədir.
****
Et gülüstanə güzar, cənnət olar hər tərəfin,
Yar yanında hər dəmim rövzeyi-rizvan, gecədir
***
Etsə gər tərki-yarın Mövlud edər naleyi-zar,
Qalxacaq ərşi-müəllayə bu əfğan, gecədir.

20.10.2014. Quba – Zərdabi.

MÖVLUD AĞAMMƏDİN ÖZ DÜNYASI – SÖZ DÜNYASI

GƏTİRDİN

(Qəzəl)

Gülşəndə, gülüm, bülbülü əfganə gətirdin,
Yardan yaralı aşiqi seyranə gətirdin.
***
Zənn etmədi, bir gün gələcək fəsli-zimistan,
Solmaqda ikən ol gülü min canə gətirdin.
***
Getməz, o yolun yolçusu olmazdı, bilirdin,
Min məkrilə ol Yusifi zindanə gətirdin.
***
Yox ağlamağın şarəsi Məcnun kimi zar-zar,
Səhrada çəkib dərdi gülüstanə gətirdin.
***
Hər an sənə şükr eyləyirəm ki, məni, Mövlud,
Sevdayə salan nazlı pərişanə gətirdin.

31.08.2016. Quba – Zərdabi.

MÖVLUD AĞAMMƏDİN ÖZ DÜNYASI – SÖZ DÜNYASI

“Sən ömrümün bənövşəsi” kitabımdan

İSTƏYİRƏM..

(Qoşma)

İstəyirəm, çıxıb gedim uzağa,
Bir kimsəsiz…özüm gedim, tək-tənha.
O uzaq, uzaqda, bəlkə, səninlə
Görüşərik, imkan olsa, tez gəl ha.
***
Dərd məni öldürdü, sənə qıymadı,
Doğranıb ürəyim, qıma-qıymadı.
Kərəm Əslisinin oduna yandı,
Mən sənin oduna qalandım, bil ha.
***
Fələk qara yazdı taleyimizi,
Qoruya bilmədik bu sevgimizi.
Biz necə sevirdik bir-birimizi
Ağlama, gözünün yaşını sil ha.
***
2.03.2014. Quba – Zərdabi.

Müəllif: MÖVLUD AĞAMMƏD

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“DAĞLAR” və UDUŞLAR

“DAĞLAR – 200” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ UDUŞLARIN

                            SİYAHISI

  1.  80 (səksən) AZN pul mükafatı- hədiyyə,
  2.  40 (qırx) AZN pul mükafatı- hədiyyə,
  3. 2020-ci il yanvarın 1-14 aralığında bir şənbə -bazar Quba -Şahdağ turu- Zaur Ustacla,
  4.  2020-ci il yanvarın 1-14 aralığında Bakı ş. Yasamal r-n, “DAŞ FIRIN” – da Zaur Ustacla yemək.(Xeyriyyəçi  və  Mütaliəçi diplomlarının sahiblərin də dəvət etmək şərti ilə),
  5.  5 (beş) azn –lik kontur-  istənilən operator,
  6.  “Tağıyev – Xeyriyyəçi” Diplomu,
  7.  “Napaleon – Mütaliəçi” Diplomu,
  8.  Siz Zaur Ustaca bir qonaqlıq borclusuz (özünüz istədiyiniz yerdə – rayonlar, ev də ola bilər),
  9. Növbəti “Ana şeirləri” layihəsindən 1 (bir) kitab hədiyyə.

Uduş komissiyasının sədri və uduş siyahısın elan edən şəxs: Mövlud Ağamməd – Quba – Zərdabi.

Təşkilkatçı – katib: Zaur Ustac – Bakı.

Uduş siyahısı iki nüsxədə tərtib olundu. Elan olunana qədər biri Qubada (Mövlud A.), digəri Bakıda (Zaur U.) saxlandı.

Yazıldı: 27 iyul 2019 – cu il Bakı ş.

Elan olundu: 16 avqust 2019 – cu il Quba r-n, Zərdabi q.

Yazarlar j.

QEYD:

Əvvəlcədən məlumat verildiyi kimi satışda olan 9 (doqquz) ədəd “DAĞLAR” kitabının 49 – cu səhifəsində “1”-dən “9”-a kimi rəqəmlər yazılb, “Yazarlar”- ın möhürü ilə təsdiqlənmişdi. Bu siyahıda həmin rəqəmlərə müvafiq uduşlar öz əksini tapmışdır. Məsələn: Kimin aldığı kitabın 49 – cu səhifəsində “Yazarlar’ – ın möhürü ilə təsdiqli “5” rəqəmi yazılıbsa, o şəxs 5 AZN istənilən operator üçün balans-kontur qazanır.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mövlud Ağamməd

mövlud ağammədin söz dünyasından

ÜÇLÜK (əruz)

Dərddən usanıb dərdinə dərman diləyirsən.
Dərdin ola, ey dil, onu qəmxarla bölərsən,
Dərdin ola qəmxarla bölərsən və gülərsən.
***
Sordum, necə yansın oda aşiq, qəmi yoxdur?
Yanmaq ilə şəm dərdinə pərvanədi dərman,
Yanmaq ilə pərvanədi dərman, budu fərman.
***
Saxlarmı könül, gər edəsən sirrini pünhan?
Çoxdur mənə dərdim eşidib tənə edənlər,
Çoxdur eşidib tənə edənlər və gülənlər.
***
Olsun, bu da bir dərddi, ürək dözməyə hazır.
Dözməz o ürək sevməyəcək. qəm ona yaddır,
Dözməz o ürək qəm ona yaddır, bu da addır.
***
Bəsdir bu qədər dərd elədin dərdini, Mövlud.
Sən dərdini çək, çək ki, qəmin çarəsi qəmdir,
Sən dərdini çək, çarəsi qəmdir və sitəmdir.

30.01.2016.Zərdabi.

Müəllif: MÖVLUD AĞAMMƏD

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MÖVLUD AĞAMMƏD

MÖVLUD AĞAMMƏDDƏN “ÜÇ YARPAQ”

“Tapılmaz…”
Yoxsulluğu dərd eyləmə ki, parə tapılmaz,
Dərd eylə ki, yoxsulluğa bir çarə tapılmaz.
***
Dövlət ilə bil, xəstə könüllər şəfa tapmaz,
Ol can düşəcək min cürə əfkarə, tapılmaz.
***
Dərddən də ağır dərddi də, çəkməklə tükənmir,
Aşiqləri məlhəm olacaq yarə tapılmaz.
***
Yazdım bu qədər dərdləri izhar eləməkçün,
Heyhat ,bunu dərk etməyə bir qarə* tapılmaz.
***
Əhdində vəfa olsa da, aşiq qəmə məhkum,
Vəslətdə ikən dil, düşəcək darə, tapılmaz
***
Rəhm eyləmədikcə dili-viranə sitəmkar,
Aludə olan şamü-şəhər zarə tapılmaz.
***
Çəkdikcə sitəm halını gizlətmədi Mövlud,
Zənn etdi, əlac dərdinə aşkarə tapılmaz.

*oxuyan
26.06.2019. Zərdabi.

===================================================

“Qalandı…”

Düzü əyridən də əyri,
Düz elə düzdə qalandı.
Düzü əyməyə dəyərmi?
Düz elə düz də qalandı.
***
Sözü söyləmə yalandan,
Söz elə sözdə qalandı.
Sözü soruş söz salandan
Söz elə söz də qalandı.
***
Gözü görməyə alışsa,
Göz elə gözdə qalandı.
Gözü nəfsilə barışsa,
Göz elə göz də qalandı.
***
Bizi bizdən də gizlədi,
Biz elə bizdə qalandı.
Bizi biz ilə bizlədi,
Biz elə biz də qalandı.
****
Közü köz ilə alışdır,
Köz elə közdə qalandır.
közü kül ilə qarışdır,
Köz elə köz də qalandır.

17.04.2014. Zərdabi.

===================================================

“Çatmış qisasın vaxtı…”

Çatmış qisasın vaxtı bu gün, qaç, köpəyoğlu,
Murdar qanınız axdı bu gün, qaç, köpəyoğlu.
****
Ər oğlu ərənlərdi gələn üstünə şirtək,
Şimşək kimi od çaxdı bu gün, qaç, köpəyoğlu.
***
“Türkün tökülən qanları bihudə”deyil,bil,
Can verməyə can çoxdu bu gün, qaç, köpəyoğlu.
***
Torpaq sənə pay olmayacaq, həddini bil sən,
Leş üstünə leş çıxdı bu gün, qaç, köpəyoğlu.
***
Yurdumda atın oynadamaz tülkü Xorenlər,
Türkəm, nəfəsim oxdu bu gün, qaç, köpəyoğlu.
****
Candan keçərəm Zəngilanım, Kəlbəcərimçün,
Canın nə qədər sağdı bu gün, qaç, köpəyoğlu.
***
Mövlud Şuşa, Xankəndi, Laçın – tüm Qarabağda
Al bayrağı çün taxdı bu gü, qaç, köpəyoğlu.

7.04.2016. Zərdabi.

Müəllif: Mövlud Ağamməd

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mövlud Ağamməd – Söz…

“Dəyməz”


Oddan yaranıb, şeytana daş atmağa dəyməz,
Atmaq ilə daş ünvana, baş qatmağa dəyməz.
***
Daşdan yumuşaq olmayacaq daşdısa qəlbin,
Daş qəlbi günah sahibidir, batmağa dəyməz.
***
Çoxdur günahın, tövbə edib düz yola gəl sən,
Daldan atılan daş topuğa çatmağa dəyməz.
***
Başdaşları daşdan yonulur daş başa baxsan,
Tuncdan tökülən başdaşıçün yatmağa dəyməz.
***
Yığdın bu qədər qaş-daşı, dövran sənə qalmaz,
Daşdan daşa, Mövlud,dəyə baş, satmağa dəyməz.

23.11.2018. Zərdabi.

================================================

 “Qəmdi əlac”

Məni dərdimlə yuyun, dəfn eləyin, qəmdi əlac,
Bələnim, qəm kəfənim tən* eləyin, qəmdi əlac.
***
Qəmi torpaqla qatıb üstümə yorğanı çəkin,
Azalar ağrılarım, zənn eləyin, qəmdi əlac.
***
Üzü qəmxanəyə, çün qəm evi qibləmdi mənim,
Çalışın, ləhdimi qəmnən eləyin, qəmdi əlac.
***
Gətirin qəm ağacın qəbrimə başdaşı üçün,
“Qəmə möhtacdı”- yazıb tən**eləyin, qəmdi əlac.
***
“Kərəmi”üstə edin Mövluda çün xətmi-Quran,
Məkanım külbeyi-əhzan eləyin, qəmdi əlac.

*bərabər
**tənə

8.06.2018. Zərdabi.

=================================================

“Ey sərvi-xuraman…”


Ey sərvi-xuraman, bu,nə haldır, bu, nə halət,
Yanmaq ilə can odlara etməzmi şikayət?
***
Sən şükr elə, dərdinlə bərabər qocalırsan,
Qəm almadı səndən canı, etmiş nə inayət?
***
Hal əhlinə dərdin nədi izhar eləməkçün,
Göz yaşları neysan ola, olmazmı kifayət?
***
Neyçün məni dərdimlə qoyub baş-başa getdin?
Zülm eyləməyindən yana göstərmə kəramət.
***
Hər dərdə dözüm var deyibən səbr eləsəydin,
Olmaz idi, Mövlud, bu qədər, məncə, məlamət.

5.06.2018. Zərdabi.

Müəllif: MÖVLUD AĞAMMƏD

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mövlud Ağamməd – A dağlar…

A dağlar

(Dədə Ələsgərin ruhu qarşısında baş əyirəm)

Bahar fəsli,yaz ayları gəlməmiş,
Süsənlərin saralıbdı,a dağlar.
Varlı,kasıb dincin almır qoynunda,
Yollarını qar alıbdı,a dağlar.
***
Hanı bahar fəsli yaxşı bir çağın?
Kəsilib çeşməndən gözəl yığnağın.
Dadı yox pendirin,yağın.qaymağın,
Zənbur nədən bal alıbdı,a dağlar?
***
Qaçqın oldu,düşdü ellər aralı,
Ayrılıqdan ürəkləri yaralı.
Mənfur düşmən səndə çoxmu qalalı?
Gül-çiçəyin qaralıbdı,a dağlar.
***
Ələsgərim,yurdun viran–talandı,
Ocaqların üstə ocaq qalandı.
At oynadır ermənilər,yalandı?
Yuvalarım sar alıbdı,a dağlar.
***
Mövlud, getməz oldum doğma elimə,
Əli yetməz oldu mənim əlimə.
Necə dözüm bu nagahan “ölüm”ə,
Qəlbim ahu-zar alıbdı,a dağlar.

25.07.2014. Zərdabi.

Müəllif:Mövlud Ağamməd

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MÖVLUD AĞAMMƏD – DEYİR…

Leysan olub göz yaşım,dolmuş o ümman deyir….

Leysan olub göz yaşım,dolmuş o ümman deyir.
Məcnun olub dərdi çək, qəmdən alış-yan, deyir.
***
Gər dilədim dərdinə dərman olum,olmadım
Bimar olub, dərdinin çarəsi loğman-deyir.
***
Vədə verib,əhd edib,əhdinə sadiq qalıb 
Sultan olub taxtıma bir gecə mehman deyir.
***
Onsuz ötür günlərim daima ah-zar ilən,
Zənni yerim hər zaman külbeyi-ehsan deyir
***
Meydən uzaq olmağım çox da güman etdilər,
Könlüm evim olmuşam, Mövluda, viran deyir.

12.12.2014. Zərdabi.

Müəllif: MÖVLUD AĞAMMƏD

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #zaur_ustac

#sevin_ki_seviləsiz  #yaşayaq_yaradaq  #yazarlar_ancaq_yazarlar

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

=========================================================