RƏMZİ DÖNMƏZ

AD GÜNÜNÜZ mÜBARƏK !!!

Bu gün ( 5 August 1977 ) gözəl insan, əsl dost, sevimli şair və ən şərəfli müəllim adının daşıyıcısı Rəmzi müəllimin doğum günüdür. Ad gününüz mübarək, Rəmzi müəllim!!! Uca Yaradandan Sizə can sağlığı, uzun ömür bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!

QISA ARAYIŞ:

Rəmzi Dönməz (Səfərov Rəmzi İldırım oğlu) 5 August 1977 -ci ildə Qarabağın dilbər guşələrindən biri olan Ağdam rayonu, Yusifcanlı kəndində ziyalı ailəsində – uzun illər kəndin məktəbinə rəhbərlik etmiş İldırım müəllimin evində – ziya ocağında dünyaya göz açmışdır. İlk təhsilini doğma kənd məktəbində başlasa da, digər həmyaşıdları kimi məlum hadisələrlə əlaqədar orada tamamlaya bilmir… Orta təhsilini başa vuran Rəmzi Dönməz dəqiq elmlər üzrə təhsilini bir-neçə ali təhsil müəssisəsində uğurla davam etdirmiş və hal-hazırda pedoqoji fəaliyyətlə məşğuldur. respublikamızın tanınmış müəllimlərindən biridir. Şeir yazmağın isə bütün bunlara heç bir dəxli yoxdur. Çünki, o bir ehtiyacdır….

Bir daha təbriklər Rəmzi müəllim!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gülzar İbrahimova

müəllim haqqında şeir

Mənim əziz müəllimim!

Müəllimə ta qədimdən, 
Böyük hörmət, ehtiram var.
Bu iş hələ lap keçmişdən,
Müqəddəs peşə sayılar.

Yaxşı ki, bizi sevən, 
Gözəl müəllimlər var!
Yoxsa yaza bilməzdik, 
Hesab da öyrənməzdik.

Müəllim olmasaydı, 
Uşaqlar oxumazdı, 
Heç kim məktəbə gedib,
Bilik, savad almazdı.

Müəllim olmasaydı,
Təyyarə də olmazdı,
Mürəkkəb sxemləri,
Heç kim çəkib qurmazdı

Müəllim olmasaydı, 
Həkimlər də olmazdı,
Xəstələnsəydi kimsə,
Dərmanı tapılmazdı.

Keçmişlə yaşayardıq, 
Çox savadsız qalardıq.
Heç sevinməzdi insan,
Çox pis olardı Cahan…

Deyirəm: “Müəllimə!
Ey gözəl, nəcib insan!
Yaxşı ki həyatımda, 
Müəllim kimi varsan!

Müəllif: GÜLZAR İBRAHİMOVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KAMALƏ ABİYEVA

AD GÜNÜNÜZ MÜBARƏK!!!

Bu gün hamımızın sevimlisi görkəmli pedaqoq, tanınmış şairə Kamalə Abiyevanın doğum günüdür. Bu münasibətlə onu təbrik edir, uzun ömür, can sağlığı və bütün işlərində müvəffəqiyyətlər arzulayırıq…

QISA ARAYIŞ:

Kamalə Abiyeva Azərbaycanın cənub bölgəsinin Astara şəhərində müəllim ailəsində anadan olub. Kiçik yaşlarından ailəsi Bakıya köçüb. Bakının indiki Yasamal rayonundakı 52 nömrəli orta məktəbi bitirib. ADPU-nin fizika fakültəsində ali təhsil alıb. Pedaqoji fəaliyyətə həmin ildə Abşeron rayon Masazır kəndində başlayıb. 1980 – ci ildən Bakının Yasamal rayonundakı Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə işləyir. ”Qabaqcıl təhsil işçi”sidir. 10 və 11-ci sinif “Fizika”dərsliyinin rəyçilərindən biridir. Onlarla elmi-metodiki məqalənin müəllifidir. Pedaqoji fəaliyyətiylə yanaşı bədii yaradıcılıqla da məşğul olub.

İlk şeir və hekayələrini 70-ci illərdə hələ məktəbli olarkən yazıb. Tələbəlik illərində ara-sıra mətbuatda şeirləriylə çıxış etsə də, bədii yaradıcılığa 80-ci illərdə başlayıb. 1988-ci ilə qədər şeirləri o dövrün bütün mətbu orqanlarında-qəzet və jurnallarında, eləcə də müxtəlif almanaxlarda – “Azərbaycan”, ”Gənc istedadlar”,”Yaşıl budaqlar”, “Bahar çiçəkləri” və s. dərgilərdə yer alıb. Həmin illərdə Azərbaycan Dövlət televiziya və radio şirkətinin əməkdaşı, müxbiri işləyib.

1981-ci ildə yaradılan Azərbaycan LKGİ-nın Respublika Gənc Yazıçılar birliyinin üzvü olub. 1988-1998-ci illərdə Qarabağ hadisələri ədəbi fəaljiyyətində durğunluq yaratdı. Kamalə xanım heç bir mətbu orqanda görünmədi. Nəhayət, 1999-cu ildə istedadlı bəstəkar Aygün Səmədzadənin bəstələdiyi “Məktəb illəri” mahnısının söz müəllifi yenidən hamını sevindirdi. Həmin ildə “Yağış yağır bu şəhərə” oxuculara təqdim olunub. 6 şeir və bir şeir və hekayələr kitabının müəllifidir. Sözlərinə yazılan onlarla mahnı –“Məktəb illəri”, “Bu dünyanı nağıl bilək”, “Özün günahkarsan”, “Uşaqlığım”,”Bu sevgi”,”Bakı haqqında nağıl”, “Azərbaycan”,”Yada salma özünü” və s. dillər əzbəridir. Sözlərinə ilk mahnıları Oqtay Kazımi yazsa da, Aygün Səmədzadə, Kamal, Elçin İmanov, Nadir Əzimov, Tahir Əkbər, Aynur Adil qızı və başqa bəstəkarlarla uzun müddətdir yaradıcılıq əməkdaşlığı edir. Mahnı mətnləri müxtəlif yarışmalarda qalib olub. Eləcə də rus dilindən tərcümələr edir. İstedadlı yazar Aysel Əlizadənin rus dilindən tərcümə etdiyi kitabların redaktorudur: Oşo-“Kişilərin kitabı”,”qadınların kitabı”; Platonov “Kotlovan”; Aqata Kristi “Qolf meydançasında qətl” bu qəbildən olan tərcümə kitablarıldır. Şeirləri rus, özbək, türk, ingilis dillərinə tərcümə olunub. K. Abiyeva Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Kamalə Abiyeva,

  1. Yağış yağır bu şəhərə, Bakı, “Gənclik” nəşriyyatı, 1999,
  2. Bu dünyanı nağıl bilək, Bakı, “Mütərcim”, 2004,
  3. Azərbaycan, Bakı, 2003,
  4. Vətən bir də doğulmur, ” 3 saylı Bakı Mətbəəsi”, 2007,
  5. Gİzlənqaç, Bakı, “Mütərcim”, 2014,
  6. Tapmaca, Bakı, “Xan” nəşriyyatı, 2016

və hələ neçə-neçə yazılmamış kitabların müəllifidir… Kamalə xanımı bir daha təbrik edir, bütün xəyallarının gerçək olmasını Uca Yaradandan arzu edirik… Var olun… Uğurlarınız bol olsun, Kamalə xanım!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Müəllimlərin İşə Qəbulu – 2019

Nəzərinizə çatdıraq ki, müəllimlərin işə qəbulu üzrə sənədlərin qəbulu başlayıb və 03.07.2019 – cu il saat 23:59 – a kimi davam edəcək. Aşağıdakı lingdən istifadə etməklə qeydiyyatdan keçmək olar: https://www.miq.edu.az/

MİQ -2019 və digər yarana biləcək suallar barədə Təhsil İşçilərinin Peşəkar İnkişafı İntitutunun nəzdində İnsan resursları mərkəzinin rəhbəri Murad Camalzadə AzTv-nin “Səhər” proqramında ətraflı məlumat verib (müəllimlərin işə qəbulu haqqında):

İLKİN MƏNBƏ: İNSAN RESURSLARI MƏRKƏZİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“ORİYENTİR ULDUZU” KİTABI “MÜBARİZ-31” TƏDBİRİNDƏ

Bu gün Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb – liseydə Quliyeva Gözəl müəllimənin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “MÜBARİZ-31” ( #Mubariz31 ) anım-tanıtım tədbirləri çərçivəsində Zaur Ustacın “Oriyentir Ulduzu” kitabının müzakirəsi təşkil olunmuş, məktəblilər kitabın çalışmalar bölümündə tövsiyə olunan inşa adlarına uyğun olaraq, “Vətəni sevmək imandandır”, “Xocalı”, “Mənim sevimli qəhrəmanım” mövzularında qısa inşalar yazmışlar. Fərqlənən şagirdlərə və məktəbin kitabxanasına tədbir çərçivəsində nəzərdə tutulduğu kimi Zaur Ustacın Milli Qəhrəman Mübariz İbrahimovun son döyüşündən bəhs edən “Oriyentir Ulduzu” kitabı hədiyyə olunmuşdur.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

“MÜBARİZ-“31 FOTOLARDA

7 FEFRAL 2019-CU İL MƏHƏMMƏD HADİ ADINA 9 NÖMRƏLİ ŞAMAXI ŞƏHƏR TAM ORTA MƏKTƏBİ – MÜƏLLİM ŞİRƏLİYEVA SEVDA – “MÜBARİZ – 31” ANIM-TANITIM TƏDBİRİ.

5 FEFRAL 2019-CU İL BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU 201 NÖMRƏLİ TAM ORTA MƏKTƏBİ, AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR MÜƏLLİMİ XƏLİLOVA AFƏT – “MÜBARİZ – 31” ANIM-TANITIM TƏDBİRİ.


4 FEFRAL 2019-CU İL AĞDAM RAYON QUZANLI – 1 QƏSƏBƏ TAM ORTA MƏKTƏBİ – MÜƏLLİM ŞÜKÜROVA ZƏMİNƏ – “MÜBARİZ – 31” ANIM-TANITIM TƏDBİRİ.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

“ORİYENTİR ULDUZU” ŞAMAXIDA PARLADI

7 fevral 2019-cu il tarixində – Mübarizin doğum günündə – M. Hadi adına Şamaxı şəhər 9 nömrəli tam orta məktəbində Şirəliyeva Sevda müəllimənin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “MÜBARİZ-31” ( #Mubariz31 ) anım-tanıtım tədbirləri çərçivəsində Mübarizin qəhrəmanlığı haqqında şagirdlərə məlumat verilmiş, işğal altında olan torpaqlarımızdan söhbət açılmışdır. Məktəblilər Zaur Ustacın “Oriyentir Ulduzu” kitabı ilə tanış olmuş, kitabın çalışmalar bölümündəki tövsiyələrə uyğun olaraq, “Mən də mübariz kimi qəhrəman olacam”, “Azərbaycanı sevirəm”, “Biz o torpaqlara qayıdacağıq” mövzularında qısa inşalar yazmışlar. Tədbirdə fərqlənən şagirdlərə və məktəbin kitabxanasına layihədə nəzərdə tutulduğu kimi Zaur Ustacın Milli Qəhrəman Mübariz İbrahimovun son döyüşündən bəhs edən “Oriyentir Ulduzu”, eyni zamanda müəllifin yenicə işıq üzü görmüş “Əliş və Anna” kitabları hədiyyə olunmuşdur.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

“MÜBARİZ – 31” LAYİHƏSİ UĞURLA DAVAM EDİR

Son dövrlərdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığına kölgə salmaq istəyənlərin anlaşılmaz hərəkətləri fonunda olduqca vacib və zamanlaması uğurlu hesab edilən, Zaur Ustacın başlatdığı “Mübariz – 31” layihəsi çərçivəsində anım-tanıtım tədbirləri uğurla davam edir.

Belə ki, Ağdam rayonu Quzanlı – 1 qəsəbə tam orta məktəbində keçirilmiş tədbirlərin ardınca bu dəfə də Bakı şəhəri, Nizami rayonu 201 nömrəli tam orta məktəbdə anım-tanıtım tədbirləri müvəffəqiyyətlə həyata keçirilib. “Ustac.az” Yaradıcılıq və İnkişaf Portalının təşəbbüsü və Azərbaycan Respublikasının Əməkdar müəllimi Afət Xəlilovanın təşkilatçılığı ilə baş tutan tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun həyatından, döyüş yolundan geniş söhbət açılmış, şagirdlər bu barədə məlumatlandırılmışdır. Fəal diskussiya şəraitində keçən tədbirdə fərqlənən şagirdlərə Milli Qəhrəman Mübariz İbrahimovun son döyüşündən bəhs edən, istər hərbi, istəsə də bədii baxımdan olduqca böyük ustalıqla qələmə alınmış, məktəblilər üçün sinifdənxaric oxu vəsaiti kimi nəzərdə tutulan Zaur Ustacın “Oriyentir ulduzu” kitabı hədiyyə olunmuşdur.

Bundan əlavə, tədbirlər proqramına uyğun olaraq, Zaur Ustacın “Oriyentir ulduzu” və yeni nəşr olunmuş “Əliş və Anna” kitablarından müəyyən edilmiş sayda nüsxələr məktəbin kitabxanasına bağışlanıb. Onu da qeyd etmək istəyirəm ki, 201 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri, eyni zamanda, Əməkdar müəllim Afət Xəlilovanın rəhbərliyi ilə “Kərəmli – 700” yubiley tədbirləri çərçivəsində məktəblilər arasında keçirilən “Zaur Ustacın “Əliş və Anna” poemasında tarixi həqiqətlər” mövzusunda inşa nüsabiqəsinin iştirakçılarıdır. Adıçəkilən müsabiqənin görkəmli memar Əliş bəy Sübhan oğlu Kərəmlinin aprel ayında doğum günü ərəfəsində yekunlaşdırılacağı gözlənilir. Əvvəlcədən xəbər verildiyi kimi, müvafiq olaraq, növbəti tədbirlərin Şamaxı şəhər, M. Hadi adına 9 nömrəli tam orta məktəbdə və daha sonra respublikanın tanınmış məktəblərindən olan Bakı şəhəri, A. Hüseynzadə adına 20 saylı məktəb-liseydə təşkil olunacağı nəzərdə tutulur. Bu qəbildən olan tədbirlərin keçirilməsini yalnız və yalnız bir məqsədi var – Vətən elə onun mərd oğulları, ziyalıları deməkdir. Vətənin təəssübünü çəkən Vətən oğullarını unutmamaq elə Vətəni sevmək deməkdir. Azərbaycan yeniyetməsi, gənci Vətənini tanımalı və sevməlidir.

Qələndər Xaçınçaylı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

“ORİYENTİR ULDUZU” KİTABI CƏBHƏ BÖLGƏSİ MƏKTƏBİNDƏ

Bu gün, 4 fevral 2019-cu il tarixində Ağdam rayonu Quzanlı – 1 qəsəbə tam orta məktəbində Şükürova Zəminə müəllimənin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “MÜBARİZ-31” ( #Mubariz31 ) anım-tanıtım tədbirləri çərçivəsində Mübarizin qəhrəmanlığı haqqında şagirdlərə məlumat verilmiş, işğal altında olan torpaqlarımızdan söhbət açılmışdır. Tədbirdə fərqlənən şagirdlərə və məktəbin kitabxanasına layihədə nəzərdə tutulduğu kimi Zaur Ustacın Milli Qəhrəman Mübariz İbrahimovun son döyüşündən bəhs edən “Oriyentir Ulduzu”, eyni zamanda görkəmli memar Əliş bəy Kərəmlinin 700 illiyi münasibəti ilə yenicə işıq üzü görmüş “Əliş və Anna” kitabları hədiyyə olunmuşdur.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ