Adilə Nəzər – Söz

Adilə nəzərdən bir şeir

SƏNİ TANIMADAN…

Getdin, vaxt da keçmir baxmaqla şəklə,
Çoxumu apardın, qalıbdı azım.
İndi mən bu qırıq, yarım ürəklə,
Sənə xoş sözləri de necə yazım.

Gözümü silməyə əlim yetişmir,
Sanki, əllərimdə şüşə qırığı..
Bu qədər tezlikdə niyə tanıdım,
Səni tanımadan kor ayrılığı…

Göz yaşım bahadı, qızıldan baha,
Gizlədib gülürəm, – sanım, adım var. 
(Bir gizli qorxuda bürünüb aha, 
Aşkarda fədakar olur qadınlar..)

Gəlib məni tapdı dərd yapışmağa,
Başqa yaxa yoxdu dünyada sanki.
Yazıram… ayrı yer yox tapışmağa,
Boş ver, mən yaxşıyam, yenə həminki…

Həyatda hər kəsin bir taleyi var,
Mənim də həsrətə düşdü hər yanım..
Düzdür, olmasa da sevilmək qədər,
Səni anlamaq da gözəldi, canım.

Bilmirəm, nə idi yaşadıqlarım,
Duyğular yarandı belə dərindən.
Susuram, yenə də sən orda dinlə,
Burada səsimin batan yerindən.

09.08.2019

Müəllif: ADİLE NEZER

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏQSƏD NUR

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 8 August 1968 ) tanınmış yazar, gözəl insan, etibarlı dost Məqsəd Nurun doğum günüdür. Ad gününüz mübarək, Məqsəd müəllim!!! Uca Yaradandan Sizə can sağlı, uzun ömür və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik.!!! Uğurlarınız bol olsun!!!

QISA ARAYIŞ:

Məqsəd Nur 1968-ci ildə anadan olub. 1988-ci ildə “Mingəçevir işıqları” qəzetində peşə fəaliyyətinə başlayıb. Elə həmin il gənclərin həyatından yazdığı bir çox məqalə və reportajlara görə qəzetin illik mükafatını alıb.

1989-1993-cü illər arasında Azərbaycanın bir çox aparıcı qəzetlərində hərbi reportyor və fotoreportyor kimi çalışıb. Bu illərdə Qafqazda, Rusiyada və Azərbaycanda baş verən qaynar hadisələrin içindən hazırladığı reportajları, müsahibələri və fotoşəkilləri ilə tanınıb. 1993-1998-ci illər arasında həftəlik  “Press-fakt” qəzetinin baş redaktoru və qurucusu olub. Qəzet bu illərdə ədəbi-bədii, ictimai-siyasi, intellektual mühitdə ən öndə gedən və art-sektorun ən avanqard sahələrini təmsil edən tanınmış mətbu orqanlardan biri olub. Məqsəd Nurun ilk ədəbi yazıları da bu qəzetdə yaratdığı “Yarıqaranlıq” rubrikasında dərc edilib. Bu rubrika altında yazılmış ilk miniatür hekayələri o vaxtın ictimai əhvalının mahiyyətini açır, eyni zamanda yazı və düşüncə stereotiplərini dağıdırdı. “Yarıqaranlıq”da yazıçı dövrün qarmaqarışıqlarını əks etdirir, qəhramanlarının psixoloji sıxıntılarını, lokal konfliktlər məngənəsində əziyyət çəkən sadə insanların əzablarını qələmə alırdı.

1993-cü ildə Məqsəd Nur dostu, ədəbiyyatşünas Tehran Əlişanoğlu ilə “YeniSi” ədəbiyyat və mədəniyyət təzahürləri mərkəzini yaradır. Daha sonra, Məqsəd Nurun təşkilatçılığı ilə Azərbaycanda ilk anadilli ədəbiyyat saytı – www.yenisi.net və bu saytın içində ədəbi müzakirələr üçün forum – www.yenisi.net/forums yaradılır. Bu, Azərbaycanda çağdaş və avanqard ədəbiyyat yazarlarını birləşdirən ilk sayt və ədəbi müzəkirələri Azərbaycan dilində internet məkana çıxaran ilk ədəbiyyat forumu idi. Bu gün mərkəzin www.yenisi.net internet ünvanında yerləşən saytında otuzdan çox gənc müəllif birləşir. Sayt hər həftə yeniləşir və forumlarda ədəbi mübahisələr, müzakirələr aparılır.

Məqsəd Nurun əsərləri Azərbaycanın bir çox mətbu orqanlarında, ədəbi nəşrlərində, o cümlədən Özbəkistan (Caxon edebiyyatı), Rusiya (Proza.ru), Türkiyə (Yeddi iklim), Gürcüstanda (Alternativa) dərc edilib. Müəllifin əksər əsərlərinin rus dilinə tərcüməsi daha çox rusdilli internet oxucularının arasında populyarlaşıb: http://www.proza.ru/avtor/

Əsərləinin internet resursunda tanınmasına və oxucu kütləsi yığmasına görə Məqsəd Nur Rusiyanın məşhur Lib.ru saytının fəxri redaktoru seçilib. Sankt-Peterburqda yerləşən və dünyanın rusdilli internet şəbəkəsində çox tanınan və sayılan Litsovet.ru portalının 7000-dən çox müəllifi sıransında Məqsəd Nur saytın reytinq cədvəlinin 3-cü pilləsinədək irəliləyə bilib. 2006-cı ilin əvvəlində bu saytın “superonluq” adlı müsabiqəsində 7–ci yerə nail olub. Müəllifin ki əsəri –”Gəlmə” və “Vasili Daniloviçin Orkestri” hekayələri Litsovet.ru-nun kitabxanasına daxil edilib.

Məqsəd Nurun ümumi yazı stilistikası və yazı dilindəki musiqi onu bir müəllif kimi fərqləndirir. Bu, azad, sərbəst düşüncə tərzi, o cümlədən milli tərzə və milli köklərə, bağlı fərqli bir prozadır.

Məqsəd Nurun bütün yaradıcılığı beş əsas silsilədə birləşib:

  • 1.Küləkli şəhər
  • 2.Ero-gigiyenik
  • 3.Katastrofiklər
  • 4.Rütubət sevgiləri
  • 5.Sınaqlar

“Tərs kimi” hekayələr toplusunun (2005) və “Şəhər Meri” (2011) romanının müəllifidir.

“Şəhər Meri” (2011) romanı Milli Kitab Mukafatının (2011)qalibidir.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VAQİF COŞĞUN

VAQİF COŞĞUN “ÜÇ YARPAQ” – DA

Sənsizlik…
(Ustad şairimiz Rüstəm Behrudiyə)

Heç nə görmür gözlərim,
Səndən başqa nə varsa…
Xəbər tutmaram hicran,
Bir gün Səni aparsa…
*****
Tükəndim, bitdim, İlahi!
Sənsiz ömür – ömür deyil…
Bu nə eşqdir düşdüm,mənə
Dəlilər də “dəli” deyir?!…
*****
Canımdan elədin məni,
Gülüm,bircə baxışla…
Qayıt,yerdən götür məni,
Bir az üstümdə ağla!!!…
*****
Heç nə görmür gözlərim,
Səndən başqa nə varsa…
Xəbər tutmaram hicran,
Bir gün Səni aparsa,
Bir gün Səni aparsa..

= = = =

Sən olacaqsan… 


Hələ də fikrimdən getmir xəyalın, 
Hələ də qəlbimdə nalə kimisən…
Gərək dəyməyəydim xətrinə sənin, 
Gərək qoymayaydım elə gedəsən…
*****
Bilirəm, sənintək sevə bilmədim,
Amma ki, tən tutdum güllərə səni…
Bir zaman mənimlə dil-dil ötərdin,
İndi də salmısan “dillərə” məni… 
*****
Ha çağırdım, yetmədin ki, dadıma…
Mən beləyəm, bal tuturam “duz” çıxır…
Elə sözlər qoşdular ki, adına
Baxıb gördüm, yalanı da “düz” çıxır…
*****
Mənə inanmadın, bu azmış kimi,
Elə dərd verdin ki, dərdim – “dərd” çəkir…
Unuda bilmədim mən “adam” kimi,
İlahi, bu dərd də “min ildi” çəkir!!!…
*****
Boşunamı qovduq illərimizi ?!
Heyif, bu sevdaya yana bilmədik…
Bu necə sevgidi, bir-birimizin
Qədrini bilirik ayrılanda biz?!… 
*****
Hər gün saçlarında gəzər yad əllər,
Yad nəfəs “öldürər” səni hər gecə…
Nə vaxtsa qəlbində qalan arzular,
Gözlərində yaşa dönər hər gecə…
***** 
Səni qınamağa güc yox canımda…
Bilmirdim ömrümə qəm olacaqsan…
Özümü “asacam” xəyallarından,
Hər gecə qatilim Sən olacaqsan…
***** 
Hələ də fikrimdən getmir xəyalın, 
Hələ də qəlbimdə nalə kimisən…
Gərək dəyməyəydim xətrinə sənin, 
Gərək qoymayaydım elə gedəsən…
Gərək qoymayaydım elə gedəsən…

= = = =

Əgər çağırsan…

Hanı, deyirdin ki, bitməz bu sevgin?
Nə oldu, bəs niyə çıxıb gedirsən?…
Taleyin – qədərin nə günahı var,
Sən mənim üstümə yıxıb gedirsən…
***** 
Hələ baxışlarda görünmür kədər,
Hələ ki, bilmirik tənhalıq nədir…
Kim bilir, bəlkə də bütün günahlar,
Elə vaxtsız gələn ayrılıqdadır?!…
*****
Bilirəm, gözümə görünəcəksən,
Sənsizlik hər dəfə üzəndə məni…
Sən də bu həsrətə bürünəcəksən,
Rüzgar yarpaq kimi əzəndə səni…
*****
Gəl axtarma məni yad nəfəslərdə,
Harda unutmusan, orda qalmışam…
Çağırsan, astaca döyülər qapın,
Baxıb görərsən ki, mən dayanmışam…
***** 
Hələ ki, həsrətin yuxuma gələr,
Hər gecə yaş olub düşər gözümdən…
Hər gözüm yaşında bir ulduz sönər, 
Bir sevda ağlayar bu Yer üzündə…
Bir sevda ağlayar bu Yer üzündə…

Müəllif: Vaqif Coshkun

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“N“ HƏRFİ HAQQINDA ŞEİR

“  N “ HƏRFİ HAQQINDA ŞEİR

“  N “

N, iyirminci hərfdir,

Düşüb qabağa amma.

Çünki, onu bilməsək,

Yaza bilmərik Ana.

N, nənəmin ninnisi,

N, nənəmin nehrəsi,

N, nənəmin şipşirin

Noğul kimi nəvəsi.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Qeyd:

Əlifbamızın bütün hərflərinə və rəqəmlərə air şeirlər:

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

HƏRFLƏRƏ AİD ŞEİRLƏR