Sevda İbrahimli Mükafatlandırıldı

SEVDA İBRAHİMLİ MÜKAFATLANDIRILDI:

Tanınmış şairə və son illərdə xüsusi ilə ictimai işlərdə fəallığı ilə seçilən “AZƏRBAYCANIN SƏSİ” İctimai birliyinin idarə heyyətinin üzvü və Sabunçu rayon təşkilatınin sədri , “Azərbaycan Qadın və İnkişaf Mərkəzi” İctimai Birliyinin nəzdində Ahılların Resurs Mərkəzinın əməkdaşı SEVDA İBRAHİMLİ ötən 2019 -cu ilin yekunlarına görə “Ilin Vətənpərvər Şairi” Mükafatına layiq görülüb. Bu münasibətlə SEVDA xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik !!! uğurlarınız bol olsun!!!

Mənbə: SEVDA İBRAHİMLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sevda İbrahimli hesabat verdi

SEVDA İBRAHİMLİ OXUCULAR QARŞISINDA HESABAT VERDİ:

Tanınmış şairə və son illərdə xüsusi ilə ictimai işlərdə fəallığı ilə seçilən “AZƏRBAYCANIN SƏSİ” İctimai birliyinin idarə heyyətinin üzvü və Sabunçu rayon təşkilatınin sədri , “Azərbaycan Qadın və İnkişaf Mərkəzi” İctimai Birliyinin nəzdində Ahılların Resurs Mərkəzinın əməkdaşı SEVDA İBRAHİMLİ ötən 2019 -cu ili özü üçün uğurlu hesab edərək, aşağıdakı kimi ilin yekunları barədə oxucular qarşısında hesabat vermişdir. Həmin hesabatı sizlərə təqdim edirik:

HESABAT

1.” ORDA MƏN VARAM” adlı ilk kitabım işıq üzü gördü.

2. “ZİYADAR” Mükafatına layiq görüldüm.
3.“NƏSİMİ-650” ALMANAXININI II hissəsində şeirlərim yer aldı.

Bir neçə Fəxri Fərman və Diplomla təltif edildim:

4.”HEYDƏR ƏLİYEV mükafatı ” fəxri fərmanı.
5.” AZƏRBAYCAN BAYRAĞI” mükafatı.
6. “Yurd ” Ədəbi bədii ,elmi – publisist
” NƏSİMİ” poeziya diplomu.
7.”QIZIL QƏLƏM” medya mükafatı .
8.”İLİN VƏTƏNPƏRVƏR ŞAİRƏSİ” medya mükafatı.
9.Bir çox dostları həyatda itirsəm də yeni dostlar da qazandım.
10. Avrasiya Sənət Kültür Ədəbiyyat və Bilim Federasyonuna (ASKEF) Fəxri diplomla mükafatlandırıldım və üzv seçildim.
11. “QƏRBİ AZƏRBAYCAN İCMASINİN ” fəxri üzvü seçildim.
12. “QARABAĞ AZADLIQ ” təşkilatınin üzvü oldum.

Mənbə: SEVDA İBRAHİMLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sona Amal – İki şeir

OLSUN

Axı sən söz verdin öz aramızda,
Saf sevgin sevgimə yaraşıq olsun.
Şad-xürrəm yaşayaq eşq dünyamızda,
Qəlbindən qəlbimə nur işıq dolsun.

Yanımda susmasın qoy şirin dilin,
Heç zaman çıxmasın əlimdən əlin,
Tez getsən, izin ver, arxanca gəlim,
Məzarda ömrümüz qarışıq olsun.

Sevgilim, fələkdən bircə gün çalaq,
Vətən torpağını ayaqdan salaq,
Zülmət gecələrin qoynunu yaraq,
Ay doğsun, yolumuz gur işıq olsun.

Amalam, dostlarla hey deyək, gülək,
Sevinci paylaşaq, kədəri bölək,
Qohumun-qardaşın qədrini bilək,
Küdurət nə lazım, barışıq olsun.
28. 12. 2018.

<<<SONA AMAL ==== SONA AMAL >>>

HƏSRƏTİM

Gözdən də xoş olar, sözün xumarı,
Telimdə ta gəzmir əlin tumarı,
Sağalmır qəlbimin həsrət qubarı,
Həsrətinə açır qucaq həsrətim.

Naxış vurdu ömrə sevgi naxışın,
Payızlaşdı nədən bahar baxışın?
Yağdı taleyimə həsrət yağışın,
Həsrətinə açır qucaq həsrətim.

Ürəyimiz birgə eşqlə çarpdı hey,
Eşq dünyamda həsrət atın çapdı hey,
Sevinc hürkdü, məni kədər tapdı hey,
Həsrətinə açır qucaq həsrətim.

Lal eylədi susqun həsrət dilimi,
Xoşbəxtlikdən üzdüm ta mən əlimi,
Kimdən alım axı, mən təsəllimi,
Həsrətinə açır qucaq həsrətim.

Çəkib getdin, daha mənə yadsan, yad,
Çəkmisən qəlbimə dağı qatbaqat,
Mənasızdır ta Amala bu həyat,
Həsrətinə açır qucaq həsrətim.
26. 12. 2019.

Müəllif: SONA AMAL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Adilə Hüseynəliyeva

Qarşıdan gələn 30 dekabr hörmətli müəllimə, gözəl insan, Adilə Hüseynəliyevanın doğum günüdür. Adilə xanımı təbrik edir, bolluca uğur arzu edirəm! Dostuma ad günü hədiyyəsi:

DOSTUMA HƏDİYYƏM

Bu gün sənin ad günündür,

Arzularım xoş sözümdür.

Mənə salam söyləyən dost.

Məndən şeir gözləyən dost.

Ad günündür bu gün sənin,

Şad günündür bu gün sənin.

Ömrün uzun olsun sənin,

Mənsizliyə dözməyən dost.

Müəllimlər abasısan,

Vəfalısan, yaxşı insan.

Qoy tanısın Azərbacan,

Məndən şeir istəyən dost..!

27.12.2019.

Müəllif: SEVDA İBRAHİMLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONA AMAL

ÖYRƏTMƏYƏYDİN

Çəkib gedəcəkdin, ay Tanrı payım,
Kaş məni sevginə öyrətməyəydin.
Kimsəyə çatmayır, hayım-harayım,
Kaş məni sevginə öyrətməyəydin.

Həsrətdən yarpaqtək tökülürəm mən,
Payız çiçəyitək bükülürəm mən,
Hər gün ilmə-ilmə sökülürəm mən,
Kaş məni sevginə öyrətməyəydin.

Yoxluğun ağırdı, çətin dözürəm,
Həyatdan küskünəm, yaman bezirəm,
Göz yaşımdan qəm çələngi düzürəm,
Kaş məni sevginə öyrətməyəydin.

Sənsiz yaşasam da, mən bu dünyada,
Yoxluğun salsa da, bil, məni oda,
Qəlbimdə yerini vermərəm yada,
Kaş məni sevginə öyrətməyəydin.

Amalın gözləri dolub boşalır,
Hey səni düşünür, hey səni anır,
Arzusu qəlbinə sığınıb qalır,
Kaş onu sevginə öyrətməyəydin.
Kaş məni sevginə öyrətməyəydin.
24. 12. 2018.

Müəllif: SONA AMAL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xalidə Nuray

“NƏFS”
Özünü nəfsindən asıb,
Kimi gəzirsən ay adam?
Ölməmişdən məzar qazıb,
Dardan bezirsən, ay adam?
Doğru yolundan çaşdırıb,
İblis səni azdıracaq.
Səni səndən oğurlayıb,
Bər-bəzəkli vədləriylə,
Yalanlarla yozduracaq.
İtəcəksən vicdan yeyən,
Qeyrət içən bir dünyanın,
Lənətlənmiş bucağında…
Əllərin boş, günahların,
Topa-topa qucağında.
Sən özünü gəzəcəksən
öz içində…
Görəcəksən səni udan,
Səndən böyük arzuları,
Təlatümlü dəryalarla,
bir biçimdə…
Günah doğan istəklərin,
Sara dönüb, varlığına sarılacaq.
Ümidlərin çiliklənib,
Yollarına dağılacaq.
O, əlçatmaz arzuların,
Qərib-qərib boğulacaq!!!
Oyan adam, dön özünə…
Aç gözündə bəsirəti,
Əməlinlə isbat elə,
İnsanlığa mərhəməti.
Günahlardan arınmağa,
Gözü yaşlı, əli qabar,
İnsanlarda ehtiyacın,
Acısını dadmalısan …
Bir tikəyə möhtac olan,
Boynu bükük, qarnı acın,
Harayına çatmalısan!
Zərrə-zərrə, damla-damla-
Ələn haqqın ələyindən…
Qurtar səni müti edən,
Nəfs adlı…
Bir İblisin kələyindən.

12.09.2019.

Müəllif: Xalidə Nuray

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONA AMAL – VÜSAL

VÜSALLA ÖMRÜM BARIŞMIR

Bənzəyir göz yaşım yaz yağışına,
Dolaram, yağaram, kəsən deyiləm.
Ömrümün qatarı yetib qışına,
Yarpaqtək tıtrəyıb, əsən deyiləm.

Nə vaxtdır həsrətəm, xoş baxışına,
Özgə baxışına heç vaxt baxmaram.
Qıymazsan, bilirəm, gözüm yaşına,
Çağlaram, ta qəlbdən qəlbə axmaram.

Qar-boran bağlasa, bəndi-bərəmi,
Qəm-kədər yurd salsa, başımın üstə.
Oldu məhəbbətin dərdim məlhəmi,
Sanki yaş gəlmirdi, yaşımın üstə.

Qəlbimə xal saldın, tər lalə kimi,
Dərdimi içimə büküb saxlaram.
Özgə masasında piyalə kimi,
Badədən badəyə dolub axmaram.

Atəşə həsrətəm, öz ocağımda,
Odum çoxdan sönüb, qorum alışmır.
Hicran at səyridir, eşq oylağımda,
Amalam, vüsalla ömrüm barışmır.

07. 12. 2019.

Müəllif: SONA AMAL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sona Amal ayın yazarı seçildi

Sona Amal (Teymurbeyli) Noyab ayının yazarı seçildi:

Sona Amal yazarlar.az saytının kənar müdaxilələr qeyri-mümkün olan və nəticələri tam şəffaf şəkildə sayıtın “ən çox oxunanlar” bölümündə əks olunan avtomatık sayğacının göstəricilərinə əsasən 2019 – cu il noyabr ayının ən çox oxunanı olaraq, “AYIN YAZARI” elan olunmuşdur.

FOTO SƏNƏD: FOTO ARXİV

YAZARLAR.AZ

Əliqulu Qəmküsar

ƏDƏBİYYAT

Bir hökumət tazə çıxmış, ismi Azərbaycan,

Şəkli cümhuri, idarə üzvü yeksər bəylə xan.

Heç görübsüzmü ki, olsun kəlləyə qurtdan çoban?

Bir nəfər xalis rəiyyət kabinədə yoxdur, inan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

<<<<<<< Əliqulu ———— Qəmküsar >>>>>>>

Hər şəhərdə xandır, əyandır keçib iş başına,

Hər cəhətdən üz görür öz qövmu, öz qardaşına.

Get dolan kənd-kəsəyi, bax bir axan göz yaşına,

Hər tərəfdə kamirandır bəy, əkinçi bağrı qan.

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

<<<<<<< Əliqulu ———— Qəmküsar >>>>>>>

Get Qazaxdan keç, Tovuzdan keç, özün ver Gəncəyə,

Gör necə vermiş rəiyyət bəylə pəncə-pəncəyə,

Kəndliyə, rəncbərlərə bax bir olan işkəncəyə.

Bax nə cür bu zülmdən qan ağlayırlar hər zaman,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

<<<<<<< Əliqulu ———— Qəmküsar >>>>>>>

Nəql edim bir-bir sənə mən hər yerin əhvalını,

Kəndlinin, rəncbər, əkinçi, fəhlənin bil halını,

Bax, düşün, gör onların idbarını, iqbalını,

Qalma qəflət uyqusunda, dur, gözün aç, bir oyan!

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

<<<<<<< Əliqulu ———— Qəmküsar >>>>>>>

Xoylu xan bir müddət etdi tək idarə milləti,

Kabinə təşkil eylədi, hər yerdə çıxdı şöhrəti,

Çünki böhran oldu, dəyişdi vizarət heyəti,

Hər tərəfdən toplanıb məbus açıldı parlaman,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

<<<<<<< Əliqulu ———— Qəmküsar >>>>>>>

Bəh, nə məbuslar ki, tanrı bədnəzərdən saxlasın,

Qıymasın canlarına, hər şur-şərdən saxlasın,

Qəlblərin sinsitməsin, qəmdən, kədərdən saxlasın,

Çünki millət onlara mərhuni-minnətdir hər an,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

<<<<<<< Əliqulu ———— Qəmküsar >>>>>>>

Var o cür məbus əsla anlamaz bəsət nədir,

Parlaman nə, üzv nə, bu vəz, bu halət nədir,

Kimdi millət, kimdi dövlət, bu qədər bidət nədir,

Çünki  onda nə fərasət var, nə təqriri-bəyan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

<<<<<<< Əliqulu ———— Qəmküsar >>>>>>>

Get soruş öyrən, gör, aya, bunları kimlər seçib,

Onların kim qəddinə bu xələti ölçüb-biçib,

Hər biri yüz min fırıldaq işlədib,zorən keçib,

Ayda on min donluq alsın, müftə olsun kamiran,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

<<<<<<< Əliqulu ———— Qəmküsar >>>>>>>

Böylə getsə binəvalər büsbütün pamal olur,

Bu fəlakətdən, yəqin, axırda izmehlal olur,

Kim bu bəylərdən səvay bu vəzidən xoşhal olur,

Hər tərəfdən ərşə qalxıbdır bütün ahu fəğan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

<<<<<<< Əliqulu ———— Qəmküsar >>>>>>>

Vardı min dinsiz, imansız hər biri milyon yeyib,

Beş gün əqdəm lüt gəzərkən indi xəz paltun geyib,

Doğrudur həqqən, keçənlər mətləbin lübbün deyib,

İndi bülbüllər yerində qarğalar tutmuş məkan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

<<<<<<< Əliqulu ———— Qəmküsar >>>>>>>

Qan töküldü, can verildi, oldu hürriyyət pədid,

Köhnə istibdad düşdü, parladı tərzi-cədid,

Şahidi-məqsud göstərdi üzün, verdi nəvid,

İxtiyar olmuş könüllər oldular yeksər cavan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

<<<<<<< Əliqulu ———— Qəmküsar >>>>>>>

Leyk, heyf olsun, üzü bir binəvanın gülmədi,

Milləti-cahil bu feyzin qürb-qədrin bilmədi,

Fəhlənin bir kəs üzündən əşki-alın silmədi

Canəvərlər əl-qol  açdı oldu zalımlar əyan

Əlaman bu  müstəbidlərdən, ilahi, əlaman!

<<<<<<< Əliqulu ———— Qəmküsar >>>>>>>

İndi getsən hər mahala hər yetən dad eyləyir,

Dövreyi-mənhusi-istibdadı dəryad eyləyir,

Bəs ki xanlar, bəs ki bəylər zülmü bidad eyləyir,

Qalmayıbdır rəncbərlərdə dəxi tabu təvan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

<<<<<<< Əliqulu ———— Qəmküsar >>>>>>>

İndi lazımdır ki, millət huşunu cəm eyləsin,

Hər cür olsa haq danışsın, haq desin, haq söyləsin,

Yoxsa bizlərə təpər yoxsa, buna kim neyləsin?

Qalmaz axırda bu cür bivayə millətdən nişan,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

<<<<<<< Əliqulu ———— Qəmküsar >>>>>>>

Çünki bu millət susayıb bir-birinin qanına,

İndi firsətdir, düşüb qardaş qardaş canına ,

Gözləri qızmış, qudurmuş, getmək olmaz yanına,

Ol səbəbdəndir olur gündən-günə işlər yaman,

Əlaman bu müstəbidlərdən, ilahi, əlaman!

Müəllif: Əliqulu Qəmküsar

                                                          “Hürriyyət”,

                                                   4 oktyabr 1919, N: 17

Mənbə: Əliqulu Qəmküsar “Seçilmiş Əsərləri” AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI Bakı – 1959, səh. 97 – 99. Kitab şair-publisist Zaur Ustacın şəxsi kitabxanasında QF – N 0001(Qızıl Fond) qorunur.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sona Amal – Sənsizlik

ƏRİTMƏZ Kİ, BAXIŞIN

Bağlanıbdır, sənə gedən yol, cığır,
Ayrılığın məni yandırıb-yaxır,
Fərqi yoxdur, ha harayla, ha çağır,
Atəşimi soyutmaz ki, barışın.

Sabahım yox, neyləyirəm dünəni,
Kimsə duymaz, mən tək bəxti dönəni,
Eşq çırağı sübhdən öncə sönəni,
Yüz dua et, isitməz ki, alqışın.

Kim qızdırar, haqdan sönən qəlbimi,
Kim calayar, eşqdən sınan qəlbimi,
Bulud kimi içdən dolan qəlbimi,
Heç ovutmaz, kiritməz göz yağışın.

Bivəfasan, verdin mənə gözdağı,
Vurdun elə dağ üstündən yüz dağı,
Daşa dönüb, qəlbim olub buz dağı,
Günəş olsa, əritməz ki, baxışın.

Eşq mələyim ünvanımı çalınca,
Mehr-ülfəti təkcə səndən alınca,
Ruh kimidir, Amal sənsiz qalınca,
Ürəyimi ovutmaz ki, çağrışın.
27. 11. 2019.

Müəllif: SONA AMAL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru