KAMAL CAMALOV

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün (5 dekabr 1973) dəyərli dostumuz, çox hörmətli alim, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Kamal Camalovun doğum günüdür. Ad günü münasibəti ilə Kamal müəllimi təbrik edir, uzun ömür, can sağlığı və bütün işlərində müvəffəqiyyətlər arzu edirik. Uğurlarınız bol olsun,  Kamal müəllim!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Söz xiridarlarının pedaqoji görüşləri Kamal Camalov yaradıcılığında

Zaman keçdikcə nəsillər bir-birini əvəzləyir, dünyaya gələn hər bir yeni nəsil öz keçmişinə, tarixi yaddaşına nəzər salır, bütün şüurlu həyatını xalqının maariflənməsi naminə şam kimi əritmiş ziyalıların (Ə.Seyidov, Ə.Tağıyev, H.Əhmədov, Y.Talıbov, Ə.Ağayev, N.Kazımov, O. Həsənli və b.) şərəfli ömür yolunu örnək kimi qəbul edir. Bu insanlar millətin intibahını haqlı olaraq elm və təhsildə axtarır, araşdırmaları, tədqiqatları ilə çoxlarının bəhrələnəcəyi zəngin bir məktəb yaradırlar.
“Azərbayan romantiklərinin maarifçilik ideyaları”, “Həzrəti Əlinin elm və tərbiyə haqqında görüşləri”, “Valideyn-övlad münasibəti məsələləri Şərq mütəfəkkirlərinin gözü ilə”, “Hüseyn Cavid və məktəb”, “Mollanəsrəddinçilər və ailə-məktəb problemi”, “Böyük mütəfəkkirlərin maarifçilik ideyaları”, “Ömər Faiq Nemanzadə yaradıcılığında maarifçilik ideyaları”, “Yusif Vəzir Çəmənzəminli yaradıcılığında maarifçilik ideyaları” və s. kimi əsərləri ilə zəngin bilik fondu yaradanlardan biri də pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Həsən oğlu Camalovdur.
Kamal Camalov bu gün doktorant, dissertant, magistr və ümumtəhsil məktəb müəllimlərinin görüşünə 222 səhifədən ibarət olan “Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən­xələflərə” adlı dərs vəsaiti ilə gəlib. Dərs vəsaiti üç fəsildən ibarətdir. Birinci fəsil “VII əsrdən – XV əsrə qədər olan dövrdə tərbiyənin rolu vətəhsilin təşəkkülü” adlanır. Bu fəsildə elmin sultanı Həzrəti Əli, Balasaqunlu Yusif, Xaqani Şirvani, Nəsirəddin Tusi, Marağalı Əvhədi və Fəzlullah Nəimi kimi söz xiridarlarının pedaqoji və ya humanist görüşləri təhlil obyektinə çevrilmişdir.
Fəlsəfi baxımdan bir insanın istəkləri onun şəxsiyyətinin təzahürünü təşkil edir. Amma xalq baxımından insanların şəxsiyyəti, gözəl bir sifətin təcəllisi nə ticəsində ümumiləşir. Məsələn, siyasi işlərdə güclü olan bir kimsənin siyasi şəxsiyyəti vardır, əgər alim isə elmi şəxsiyyəti vardır. Psixologiyada insanın istək və sifətlərinin bir­birinin üzərində sintez təşkil etdikləri isbat edilmişdir. Bundan dolayı bir şəxsin kişiliyini yaxşı bir şəkildə tanıtmaq üçün onun zahiri görünüşünün yanında ruhi və əxlaqi özəlliklərini də incələmək lazımdır.Bu mənada, tədqiqatçı Həzrəti Əlinin əxlaqi görüşlərindən bəhs edərkən qeyd edir ki, Həzrəti Əlinin zəngin irsində həm uşaqların, həm də böyüklərin təlim-tərbiyə və təhsili məsələləri geniş yer tutur. Elm sultanının tərbiyə ilə bağlı fikirlərində məqsəd insanı müdrikləşdirmək, ruhunu paklaşdırmaq, əxlaqını kamilləşdirmək, davranış və əməllərini salehləşdirməkdir.
İddiaçı qeyd edir ki, Həzrəti Əli uşağın fiziki və ruhi inkişafında ana südünün böyük təsir gücünə malik olduğu qənaətindədir. Ana südü uşaqda qorxusuzluq, təhlükəsizlik və rahatlıq yaratmaqla yanaşı, uşaqla ana arasında məhəbbət tellərini də möhkəmləndirir. Həzrəti Əli demişdir: “Baxın, övladlarınıza kim süd verir. Çünki uşaq onun südü ilə inkişaf edəcək. Axmaq qadını dayə tutmayın, çünki süd təbiətə, xasiyyətə üstün gəlir”.
Kamal müəllim qeyd edir ki, ensiklopedik alim Nəsirəddin Tusi də “Əxlaqi-Nasiri” əsərində Həzrəti Əlinin bu fikrini sanki təkrarlamışdır. Tusi də Həzrəti Əlinin fikrini təsdiqləyərək yazır ki, uşaq olan kimi ilk növbədə ona ağıllı və sağlam bir dayə tapmaq lazımdır, çünki pis adət və xəstəliyin çoxu süd vasitəsi ilə uşağa keçər:
Südəmər bir uşaq tutmamış maya,
Tutmayın siz, axmaq, xəstə bir daya.
Süd ilə bədənə girərsə azar,
O, bədəndən, yalnız, öləndə çıxar! (Bax: səh.12)
Dərs vəsaitində ana südü uşağın ruhi və psixoloji vəziyyətinə müsbət təsir kimi əsaslandırılır. Qeyd olunur ki, Həzrəti Əli bir il doqquz aydan az müddətə uşağa süd verilməsini ona zülm etmək hesab edir.
Həmçinin, tədqiqatçı haqlı olaraq Həzrəti Əlinin uşaqların yaş dövrlərini Aristotel və Məhəmməd Peyğəmbər (s.ə.s.) kimi yeddi-yeddi olmaqla üç yerə böldüyünü, hər bir mərhələdə tərbiyənin məzmununu açıqladığını,belə ki, uşağı yeddi il azad buraxmağı, yeddi il helm və elm öyrətməyi, yeddi il isə işə bişirməyin zəruri olduğunu irəli sürür. Vurğulanır ki, Məhəmməd Peyğəmbərin “atanın övladına öyrətdiyi ən yaxşı şey ədəbdir” – fikrini Həzrəti Əli daha qüvvətləndirir: “Ata övladına yaxşı ad qoymalı, onun ədəb və əxlaqını gözəlləşdirməlidir. Yaxşı tərbiyə verməyi, təlim yolu ilə onlara ədəb, əxlaq öyrətməyi valideynlərin əsas vəzifələrindən biri hesab edirdi:
Verməsə övladına ana tərbiyət,
Onda qalar daima heyvaniyyət.
Olmasa fərzəndə ata çün kəfil,
Daim o fərzənd olacaqdır zəlil
(Bax: səh.13).
O, yetim uşaqlara qarşı daha artıq dərəcədə diqqətli olmağı tövsiyə edir (“yetim uşağı öz övladını tərbiyələndirdiyin kimi tərbiyə et”). Özü övladlarına çıxış etməyi, nitq söyləməyi öyrədir, şeirlərini əzbərləməyə həvəsləndirir. Uşaqları itaət və ibadət etməyə alışdırmaqda tənbeh etməkdən və rəğbətləndirməkdən düzgün istifadə etməyi məsləhət bilir: “Evindəki kiçik uşaqlara dilinlə namaz və paklığı təlim et, elə ki, on yaşlarına çatdılar tənbeh et, lakin üç dəfədən artıq olmasın. Dan­lamağı ifrat həddinə çatdırmaq inadkarlıq odunu artırır”. Kamal müəllim qeyd edir ki, Azərbaycanın bir çox maarifçi alim və pedaqoqları Həzrəti Əlinin (ə.) ailə tərbiyəsi ilə bağlı, bu fikirlərini rəhbər tutmuş, əsərlərində onun təsirindən yan keçə bilməmişlər.
Həmçinin, araşdırılır ki, Həzrəti Əli uşaqları sevməklə yanaşı, onlara qarşı tələbkar olmağı tələb edir: “Tərbiyə ağacı yumşaq olanın övlad və təbbəələri tərbiyəsiz olar”, “Ədəb insanın şəklidir”, “İnsanlar öz ata-analarından çox, zəmanələrinə oxşayırlar”, “Şəxsiyyətin ən yaxşı cəhəti əxlaqdır”, “Əsil-nəcabətin ölçüsü ədəbdir”, “Adam yanında birinə nəsihət etmək – onu danlamaqdır”, “Əxlaqsız adamın şərəfi olmaz”, “Qeybətə qulaq asan qeybət edənlərdən biridir” və s.
Həzrəti Əli uşaqların iffətli olmasında (mənəvi təmizliyində), hər cür pis əməllərdən uzaq böyüməsində onların cinsi tərbiyəsinin düzgün qurulmasını vacib bilirdi.
Öz geniş, real izah və şərhini tapan dərs vəsaitini oxuduqda görürük ki, tədqiqatçı haqlı olaraq dönələrlə vurğulayır ki, söz xiridarları şəxsiyyətin təşəkkülündə tərbiyənin gücünə böyük əhəmiyyət vermiş və onu geniş mənada başa düşmüşlər. Müəllif göstərir ki,Balasaqunlu Yusif də ailə tərbiyəsinə diqqət yetirərkən onu tərbiyənin mühüm amili kimi çox yüksək qiymətləndirmişdir. Oxuyan zaman görürük ki, Yusif Xas Hacib valideynin uşaq tərbiyə etməsi işini xalq qarşısında xidməti borc hesab edir. Oğulu, qızı gözün nuru hesab edən şair, həmçinin oğul-qız üzərində olan diqqət və məsuliyyəti də dibsiz dənizə bənzədir. Sual edir ki, arvad, oğul-qız sahibi olan kişinin yuxusu gələrmi? Belə məsuliyyət sahibi olan kişinin al bənizi sarı olmazmı?
Oğul-qız doğrudan da gözün nurudur.
Oğul-qız dərdi dibsiz bir dənizdir,
Oğul-qız al bənizi sarı edər.
Kimin arvadı, oğlu-qızı varsa,
O kişinin necə yuxusu gələr?
Oğul-qızdan ötrü ata əziyyət çəkər (Bax: səh.48).
Xatırladılır ki, Balasaqunlu Yusif valideynlərə həyatlarının hər bir anında övladlarına yaxşı nümunə olmalarını tələb edir. Çünki uşaq valideynin həyatında baş verən ən kiçik dəyişikliyi görür, hiss edir, hətta valideyn fikrinin bütün dönüşləri gözə görünməyən yollarla uşağa çatır. Məhz buna görə də hər bir valideyn özünə qarşı tələbkar olmalıdır fikrinə gəlir. Bu kimi uyğun fikir tədqiqatçı tərəfindən Fəzlullah Nəiminin “Vəsiyyət-namə”sindən gətirdiyi sitatlarda da təqdir edilir. Qeyd edilir ki, Fəzlullah Nəimi vəsiyyətində Şərq adət-ənənələrində olan valideyin-övlad münasibəti məsələlərini, belə ki, ailədə balaca uşaqların qeyd-şərtsiz böyük övladın sözünə əməl etmələrini və ona sadiq qalmağı da unutmamışdır. Böyük övladın da özündən balacalara hövsələli yanaşmağı, qarşılıqlı etibar və hörməti saxlamağı, mehriban olmağı, səbir və məhəbbəti vacib şərtlərdən biri sayır. I fəsildə tərbiyənin və elmin inkişafı, valideyn-övlad problemləri, əxlaqi-mənəvi dəyərlər, humanist görüşlər Həzrəti Əlinin, Balasaqunlu Yusifin, Xaqani Şirvaninin, Nəsirəddin Tusinin, Marağalı Əvhədinin, Fəzlullah Nəiminin maarifçi fəaliyyətinin leytmotivini təşkil edir.
Dərs vəsaitinin II fəsli “XVIII-XIX əsrdə maarif və pedaqoji fikrin inkişafi” adlanır. Bu fəsildə Molla Pənah Vaqifin, Mirzə Fətəli Axundovun, Məhəmməd Tağı Sidqinin, Həsən bəy Zərdabinin, Nəcəfbəy Vəzirovun tərbiyə komponentləri, valideynlərin şəxsi nümunəsinin didaktik və tərbiyəvi təsir dəyəri açıqlanaraq öz geniş izah və şərhini tapmışdır. Tədqiqatçının araşdırdığı ədəbiyyatlar təsdiqləyir ki, tərbiyədə nümunələr yolu yaxın və gerçəkdir, ona görə tərbiyəedənlərin bütün tərbiyə komponentlərindən uşaqlara ideal nümunə olması vacibdir, gərəklidir və hətta zəruridir. Tədqiqatçı qeyd edir ki, pedaqoq və maarifçilər gənclərə elə tərbiyə verməyi irəli sürürdü ki, o tərbiyə ictimai həyatın düzgün inkişafına, maarif mədəniyyətin irəliləməsinə, mühafizəkar əxlaq normalarının aradan qaldırılmasına, həyatın inkişafına mane olmağa çalışan xurafatçılıq kimi əxlaq normalarının, tərbiyə sisteminin, pis adət-ənənələrin aradan qaldırılmasına kömək et­sin və onun üçün bir vasitə olsun.
“XX əsrin birinci yarısında təlim və təhsilin ideoloqlari” adlanan üçüncü fəsildə Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafında Məhəmmədağa Şahtaxtlı və Firidun bəy Köçərlinin müstəsna xidmətləri; “Şərqi-Rus” qəzetinin təşəkkül imkanlarının genişlənməsi gücünü və xalqı inkişafdan, tərəqqidən saxlayan ruhanilərə, fırıldaqçı din xadimlərinə qarşı mübarizə apararaq milli oyanışa ciddi cəhd göstərmələri; xalqın təhsili, təlimi, tərbiyəsi naminə yazdıqarı və çap etdirdikləri əsərləri ilə Azərbaycan məktəb və pedaqoji fikir tarixini necə zənginləşdirmələri; xalqda milli təfəkkürün inkişafını, bu mənada onları oyatmağı, ayağa qaldırmağı, hərəkətə gətirməyi, düşündürməyi, zülm və əsarətə qarşı mübarizəyə ruhlandırmağı, “camaatın bəsirət gözünü açıb dost ilə düşmənini ona tanıtmağı”, xalq azadlıq hərəkatına yaxından kömək göstərmələri, əzilən kütləni azad görmək arzusu ilə yeni fikir, yeni düşüncə və milli təfəkkürün inkişafında doğru fikir yürütmələri tədqiqatçı tərəfindən aydın təhlilə cəlb edilmişdir.
Ümumiyyətlə, haqqında yüksək fikirdə olduğumuz “Pedaqoji-psixoloji fikrin inki­şafı sələflərdən xələflərə (VII əsr – XX əsrin əvvəlləri)”əsər elmi üslubu ilə seçilən, aydın, səlis, oxunaqlı bir dillə yazılmış bitkin, mükəmməl dərs vəsaitidir.
Fikrimizcə, Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Həsən oğlu Camalov tədqiqat zamanı qarşısına qoyduğu məqsəd və vəzifələri tam yerinə yetirmiş, Azərbaycan məktəb və pedaqoji fikir tarixində maarifçi və pedaqoqların (Həzrəti Əli, Balasaqunlu Yusif, Xaqani Şirvani, Nəsirəddin Tusi, Marağalı Əvhədi və Fəzlullah Nəimi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Məhəmməd Tağı Sidqi, Həsən Bəy Zərdabi, Nəcəfbəy Vəzirov, Məhəmmədağa Şahtaxtlı, Firidun bəy Köçərli) özünəməxsus əhəmiy-yətli yer tutduğunu müvəffəqiyyətlə sübut edə bilmişdir.
Kamal Camalovun tədqiqatları təkcə məktəb və pedaqoji fikir tarixinin araşdırılması ilə məhdudlaşmır. Pedaqogikanın və məktəbin müasir problemləri, təhsilin idarə edilməsi, Avropa təhsil məkanına inteqrasiya, qloballaşma və təhsil məsələləri haqqında Kamal müəllimin məqalələri və çıxışları onun geniş yaradıcılıq diapozonuna və pedaqoji təfəkkürə malik olduğunu sübut edir.
Xalqımızın böyük istiqlal mücahidlərindən olan Şeyx Məhəmməd Xiyabani vaxtilə deyirdi ki, ictimai həyata laqeydlik ölümə bərabərdir. Əsil ziyalı üçün vacib sayılan ən mühüm keyfiyyətlərdən biri də dövrün ictimai-elmi-siyasi proseslərinə münasibətdə düzgün mövqeyin seçilməsi və sona qədər bu əqidəyə sadiqlik nümayişidir. İctimai-siyasi xadim Kamal Camalov da aydın mövqeyi olan ziyalılardandır. Biz də bu yolda sadə, səmimi, təvazökar, qayğıkeş, nəcib, tələbkar, prinsipial və xeyirxah Kamal Camalova yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.


İntiqam Cəbrayılov
Pedaqogika üzrə elmlər doktoru,
professor
Azərbaycan Respublikası Təhsil
İnstitutunun Təhsil
nəzəriyyəsi
şöbəsinin müdiri

İLKİN MƏNBƏ:

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏBÜLFƏZ MUXTAROĞLU

SÖZÜN QÜDRƏTİ – SƏSİN SEHRİ ƏBÜLFƏZ MUXTAROĞLU YARADICILIĞINDA

Mənəviyyat insanın mənəvi şüuru ilə mənəvi davranışı arasında möhkəm əqidə ya­­­­­radan, onları tənzimləyən, hərəkətə gətirən, idarə edən daxili mənəvi tələbatıdır, in­sa­nın həyatda yerinə yetirməyə cəhd etdiyi idealın həqiqətə çevrilməsinə dərin inam, möh­­­­­­­kəm baxışlar sistemidir. Əqidəli adam prinsipial, sadə, təvazökar və humanist olur. Be­­lə prin­si­pi­al, sadə, təvazökar və humanist insanlardan biri də mənə ali təhsil ocağında mü­­­hazirələr oxuyan müəl­lim, alim, şair və bu gün də əziz dostum Əbülfəz Muxtaroğludur.

Ədəbiyyatın, incəsənətin, xüsusilə poeziyanın vurğunu, alim, şair-pedaqoq Əbülfəz Muxtaroğlu mənalı ömrünü gənc nəslin təlim-tərbiyəsinə, Azərbaycan dilçiliyinin təd­ri­si­nə həsr etmiş, çoxlu elmi məqalə, monoqrafiya, dərs vəsaiti və ümumilikdə doqquz (9) ki­tabı işıq üzü görmüşdür. Əbülfəz müəllim ali məktəb müəllimi, təhsil işçisi kimi elmi əsər­lərində də tərbiyə məsələlərinə daha çox yer vermişdir.

Müasir ədəbiyyatımızın görkəmli tədqiqatçı alimləri akademik İsa Həbibbəyli, Kam­­­ran Əliyev, Cəlal Qasımov, Sevindik Vəliyev, Akif Axundov, Məhərrəm Cəfərov, Nə­­­zakət İsmayılova, Abbas Hacıyev və b. Əbülfəz Muxtaroğlunun yaradıcılığı barədə çox dəyərli fikirlər söyləmiş, elmi-tənqidi araşdırmalar aparmışlar. Lakin Əbülfəz müəl­li­min yaradıcılığı elə zəngin mənəvi sərvətdir ki, o, daim tədqiq olunmağa layiqdir və mə­nə­­vi ehtiyac vardır. Çünki Əbülfəz müəllimin çox zəngin şeir dünyası hər saat, hər gün çağ­layır, yeniləşir, dolğunlaşır, fəlsəfi-estetik məzmun kəsb edir. Şair yazıb-yaratmaq eş­qiy­lə yaşayır, ömrünün mənalı dəqiqələrini günümüzün söz inciləri axtarışına həsr edir. Ye­ni misra qoşmaq, cilalamaq istəyi yuxusuna haram qatır. Əbülfəz müəllimin şeir­lə­rin­də qeyd etdiyimiz kimi, estetik və əxlaqi-tərbiyəvi mahiyyət vəhdətdədir. Şeirlərinin bə­dii və tərbiyəvi təsiri oxucusunu ovsunlayır, düşündürür, ona yüksək əxlaqi sifətlər aşı­la­yır.

Əbülfəz Muxtaroğlu bu dəfə də oxucularının görüşünə “Ömürdən qalan izlər” adlı şeir­lər ki­ta­bı ilə gəlmişdir. Kitabı vərəqləyib “Azərbaycan”, “Naxçıvan”, “Soruşdumu?”, “Mil­lət im­­­tana çağırır səni”, “İzimiz bizim”, “Ata arzusu”, “El arana qayıdanda”, “Qey­rət”, “Dün­­­ya”, “Haray”, “Cəngi” vaxtıdır”, “Şikayətim var”, “Hayıfdı” və s. şeirləri oxu­duq­­ca gö­rürük ki, Əbülfəz Mux­ta­roğ­lu­nun yaradıcılıq diapazonunu şəxsiyyətin mənəvi zən­­gin­li­yi, vətən-yurd sevgisi, övlad sevgisi, saf sevgi, mənəvi saflıq, estetik hiss və zövq, mə­­ri­fət, təvazökarlıq, mərdlik, dostluğa sadiqlik kimi əxlaqi-mənəvi dəyərlər, həm­çi­nin, düş­­mə­nə nifrət, lovğalıq, yüngüllük, paxıllıq, vəfasızlıq, xəbislik kimi mənfi xü­su­siy­­yət­lə­rə qə­zəb, nifrət hissi də təşkil edir.

Əbülfəz Muxtaroğlu xüsusi pedaqoji əsər yazmamışdır, lakin onun istər fəlsəfi şeir­­lərində, istərsə də bədii təfəkkürünün heyrətamiz nümunələrində haqqında danışdımız  mə­­­sələlər geniş yer tutur. Şairin yaradıcılığını dərindən təhlil edən akademik İsa Hə­bib­bəy­­­li haqlı şəkildə belə qənaətə gəlmişdir ki, “Əbülfəz Muxtaroğlunun şeirlərində ma­arif­çi­­lik­dən gələn müəyyən didaktika da var… Əbülfəz müəllimin maarifçi didaktik şeir­­lə­rinə quru nəsihətçilik notları yox, poetik bir müdriklik ruhu hakimdir” (Bax: səh.12). Fi­k­ri­mi­zi möhkəmləndirmək üçün Əbülfəz Muxtaroğlunun maarifçilik, əxlaqi də­­­yərlər haqqında fikirlərinin şərhinə keçək.

Əbülfəz Muxtaroğlunun əxlaqi görüşlərində vətənprvərlik hisslərinin inkişaf et­di­ril­­­məsinin zəruriliyi diqqət mərkəzində dayanır. O, vətənpərlik və xalqpərvərlik uğ­run­da ma­­­­lından, canından keçməyi əsirgəməyən, vətəninin və xalqının mənafeyi və azadlığı uğ­run­­da çalışan və hər cür əzab-əziyyətə qatlaşan şəxsləri patriot (vətənpərvər) adlandırır.

                                               Bir qulaq ver ana Vətən,

                                               Ürəyimdən gələn səsə…

                                               Yeri gəlsə keçərəm mən

                                               Hər arzumdan, diləyimdən.

                                               Əgər qanım azlıq etsə,

                                               Qan verərəm ürəyimdən.

                                               Yaşayaram bu ürəklə

                                               Sağında mən, solunda mən.

                                               Yeri gəlsə, yolunda mən

                                               Bu ürəkdən keçmək üçün [1, 18].

Doğma torpağın ecazkar, füsunkar gözəlliyindən vəcdə gələn şair gəncliyi vətəni sev­­məyə, vətənpərlik nümunəsi göstərməyə, doğma torpağın maddi və mənəvi sər­vət­lə­ri­ni­ qorumağa səsləyir. Şair deklarativ şəkildə “Vətəni sevin!” demir, lakin “Vətənin qum­sal, boz torpağı da güllü çəməndir”, “daşı da Vətənimdir” deməklə doğma torpağın mü­qəd­­­­­dəsliyini, toxunulmazlığını, böyüklüyünü orijinal misralarla dərk etdirir, hafizələrə hop­­durur. Vətənpərvərlik, əməyə, torpağa və xalqa bağlılıq, mənəvi kamillik, bəşərilik və hu­manizm motivləri şairin yaradıcılığının qabarıq məziyyətlərini təşkil edir.

                                               Gözümü açandan vurğun olmuşam

                                               Dərənə, düzünə, daşına sənin.

                                               Pərvanə olsaydım, səni şam bilib

                                               Dönüb dolanardım başına sənin.

                                               Dahilər yetirən ey şanlı torpaq,

                                               Sənət bulağının gözü səndədir.

                                               Ana məhəbbəti – “Mömünə Xatun” –

                                               Memar Əcəminin izi səndədir [1, 71].

Vətəndaşlıq – vətənə sakinlik etmək deməkdir. “Əsil vətəndaş” dərin fəlsəfi mənalar da­­şısa da, yeniyetmələrin, gənclərin dərk edə biləcəyi, həyat idealına çevirəcəyi bir an­la­yış­­dır. Bü­tün dinlərdə və səmavi kitablarda vətən kəlməsi tez-tez səslənir, onu əziz və mü­­­qəddəs tutmağın zəruri olması göstərilir. Dünyanı və insanlığı dərindən və hərtərəfli dərk edənlər və gələcəyi görənlər peyğəmbərlərdir. İlahiyyatşünaslıqda, o cümlədən is­lam­­şünaslıqda do­­­­ğulub boya-başa çatılan yerə, yəni vətənə məhəbbət və onu qorumağın mü­­qəddəsliyi qeyd olunur və göstərilir: uşağa doğma olan iki şey var: onun biri anadırsa, ikin­­cisi və­tən­dir. 30-35 il bundan qabaqkı Azərbaycan ailələrində aparılan tərbiyə işində əsas yeri mil­li­lik, özünüdərk, milli vətənpərvərlik deyil, beynəlmiləlçilik təşkil edirdi. Bu işin nəticəsi bi­zə çox baha başa gəldi, nəticədə erməni təbliğatı çoxlarını çaşdırdı, ona ina­­nan­­lar da ta­pıl­dı, türk soyumuzla fəxr etmək kimi mənəvi bor­cu­muzu az qalmışdıq ki, unu­­daq. Və bü­tün bunlar da ermənilərin Qarabağı əli­miz­dən qoparmaq iştəhasını real­laş­dır­­maqda və Qa­rabağ müharibəsində bizim tam əleyhimizə işləmiş oldu.

Azərbaycan ailələrində yeniyetmələrlə, gənclərlə söhbətlərdə tariximizdən da­nış­maq məqsə­də­uy­ğun bilinmirdi. Unutqanlıq “əxlaqi” keyfiyyət hesab olunurdu. Elə bu mə­nada da Əbül­fəz Muxtaroğlu yaradıcılığının əsas cəhətlərini bu istiqamətə yönəldir və və­­tən­pər­vər­­­lik ruhunda şeirlərilə­ xalqı mübarizəyə səsləyərək deyir ki, Azərbaycan tor­pa­ğı hər bi­ri­­­mizin son kəfəni olmalıdır. Əbülfəz Muxtaroğlu Azər­bay­­canı düçar edildiyi bə­la­lardan qo­­rumaq, xilas etmək və yaşatmaq üçün hamıdan qa­baq Azərbaycanın özünü var gü­cü ilə “cəngi” etməyə, döyüşə çağırır. Qisas alınmalıdır. Özü də necə?! Azərbaycan öv­ladları bir nəfər kimi silaha sarılacaq, hücuma keçəcək, erməniləri öz ərazimizdən tə­miz­ləyəcək və beləliklə, 26 fevral Xocalı faciəsində şəhid gedənlərin qanını alacaqlar. Hələ 1990-cı ildə qələmə aldığı doq­quz bənddən ibarət olan “Cəngi” adlı şeirində şair hiddətini, qəzəbini belə ifadə edirdi:

                            Başımıza nə gəlmədi “sarı”dan,

                            Qovduq darvazadan, aşdı barıdan.

                            Yalvarmaqla donuz çıxmaz darıdan,

                            Götür qardaş, gəl tüfəngi vaxtıdır,

                            “Cəngi” çalın, bu gün “Cəngi” vaxtıdır.

                            Düşmənləri tanıyır haçandır,

                            Ermənilər qan gördümü qaçandır.

                            Gəlin kəsək bu xərçəngi, vaxtıdır,

                            “Cəngi” çalın, bu gün “Cəngi” vaxtıdır.

                            Xocalının intiqamın almasaq,

                            Bağışlamaz bizi bu daş, bu torpaq.

                            İynə batırana biz batırmasaq,

                            Avazımaz yağı rəngi, vaxtıdır,

                            “Cəngi” çalın, bu gün “Cəngi” vaxtıdır.

                            Haray salın bütün kəndə, şəhərə,

                            Bircə yol var, qələbəyə, zəfərə.

                            Mərd ərənlər süvar olsun yəhərə,

                            Qırılmasın qoy üzəngi, vaxtıdır!

                            “Cəngi” çalın, bu gün “Cəngi” vaxtıdır [1, 106-107].

Göründüyü kimi, şair Əbülfəz Muxtaroğlu milli köklərdən, ənənələrdən qüvvət və cəsarət əldə edərək yeni-yeni cığırlar salır.

Əbülfəz Muxtaroğlunun şeirlərinin şah damarı qoynunda boya-başa çatdığı tə­bi­ət­dir. Təbiət lövhələrinə həsr olunan şeirlərini oxuduqca düşünürsən ki, əgər şair qəlbindən qo­pan hər bir misra, hər bir bənd, hər bir söz oxucunu torpağa, təbiətin seyrinə çəkə bi­lir­sə, saflığa, duruluğa qaytarmağı bacarırsa, bu sənətkar ömrünün ən uca mükafatıdır.

                                      Bürüyüb dərəni, təpəni, düzü,

                                      Ürəklər oxşayan ətri güllərin,

                                      Qızların örtdüyü şala bənzəyir,

                                      Kənardan baxanda çətri güllərin.

                                      O göz qamaşdıran bulaq daşları,

                                      Sanmışam ən parlaq daş-qaşlarıdır.

                                      Durnagöz bulaqlar qarlı dağların

                                      Sevincdən tökdüyü göz yaşlarıdır.

                                      Gah çoban olmuşam, tütək çalmışam,

                                      Dinləmiş çəmənlər, çiçəklər məni.

                                      Gecələr ulduzlar laylay deyibdir,

                                      Səhərlər oyadıb küləklər məni [1, 60].

Saf, sağlam duyğulu şairin misra-misra, bənd-bənd açıqladığı “Tanrıyla söhbət”ini eşidib, anlayanlar da elə Tanrısına tapınan duyğulu insanlar olmalıdırlar – zənnindəyik. Elə buna görə də hər bir şeirini oxuyarkən, elə bil, şairin ürək çırpıntılarını eşidirsən, qeyb­­­dən gələn bir səslə qulaq-qulağa dayanırsan, bu mülayim səsin bəzən küskün, bəzən inam­lı, bəzən sakit, bəzən coşğun axarında bir-birindən oynaq, bir-birindən zərif, bir-bi­rin­dən mənalı söz sənəti gözəlliklərinə qərq olursan. İncə lirizm, axıcılıq, ürəkdən, can­dan yaşanan səmimi duyğulardan qopan həyatilik, təbiilik şeirləri oxucuya elə doğ­ma­laş­dı­rır ki, dönə-dönə oxuyub, hər birini öz duyğularında yaşatmağa başlayırsan – insana sev­gi, yaşantıya ehtiram, taleyə şəriklik yanğısı kimi. Çünki bu şeirlər xalq yaradıcılığı ənə­nələrindən, şair ruhu, xalq ruhundan qidalanır.

                                      Pozulubdur təbiətin naxışı,

                                      Kədərlidir qayaların baxışı.

                                      Ağı dedi bulaqların axışı,

                                      Yerimdən oynatdı məni, ay Allah!

                                      Bu dağlar ağlatdı məni, ay Allah!

Yaxud:

                                      Qonaqgörməz əziz qonaq görmədi,

                                      Qız-gəlinlər əvəliyin hörmədi.

                                      Nəmi qurub, südü qaymaq sərmədi,

                                      Kim belə alçaltdı məni, ay Allah!

                                      Bu dağlar ağlatdı məni, ay Allah!

Yaxud da:

                                      Tanrı, məni salma düşmən girinə,

Mehriban et xalqımı bir-birinə!

                                      Qurbanım var ulu Qırxlar pirinə,

                                      Bu arzuma çatdır məni, ay Allah!

                                      Bu dağlar ağlatdı məni, ay Allah! [1, 77]

  • deyən şair sevgi dünyasının istili-bürkülü, buzlu-şaxtalı aləminə baş vurur, nikbin ar­zu­la­rıy­la bir xoş tale, qismət axtarır. Elə buna görə də kitabdakı şeirlər rəngarəngdir, əlvandır. Müəl­lifin özünəməxsus deyim tərzi, yığcam, oynaq ifadə üsulu, hiss və duyğuların poetik tə­rənnümündəki obrazlılıq onu oxucusuna sevdirir. Həm də ona görə ki, lirik tə­rən­nüm­dən yoğrulmuş bu şeirlərin qəhrəmanı sevincini, kədərini, həsrətini, nisgilini mərdliklə ya­şa­yan ülvi bir insandır.

Əbülfəz Muxtaroğlunun şeirlərində bəzən uzun müddət torpaq qoxusundan, əkindən, biçindən, dağdan-daşdan, təbiətdən uzaq düşən, onun xiffətini çəkən, onun həsrətini yaşayan bir şair də görürük. Gözəl yaylaqları, təmiz havalı və şirin çeşməli yurdu və məkanı, könülaçan və ruhtəzələyən xoş hava və şəfalı yerləri özləmişdir. Şair ümid edir ki, uşaqlıq və gənclik illərini birlikdə keçirdiyi dostları, həmçinin, Şahbuzun hər bir dağı, dərəsi, al yamacı, çayı, gölü, laləsi, nərgizi, bənövşəsi, kəkliyi, turacı, yaşılbaş sonaları da onu özləyir. Şair həsrət dolu anılarını poetik dillə yurdundan gələn bir oğlandan belə xəbər alır:

                                               Batabatdan gələn oğlan,

                                               Göz yaşımı silən oğlan,

                                               El dərdini bilən oğlan,

                                               Ellər məni soruşdumu?

                                               Təzələyib donun meşə?

                                               İnanmıram yolum düşə.

                                               Lalə, nərgiz, tər bənövşə –

                                               Güllər məni soruşdumu?

                                               Gözəllikdir suda quşlar,

                                               Oda tutar qəlbi daşlar.

                                               Qanadlandı yaşılbaşlar,

                                               Göllər məni soruşdumu?

                                               Ot çalımı başlar haçan?

                                               Göz oxşayan, könül açan,

                                               Kərənti ağzından qaçan,

                                               Güllər məni soruşdumu?

                                               Abdulla dedi nəyindən?

                                               Yarasının göynəyindən.

                                               Saz çıxanda köynəyindən,

                                               Tellər məni soruşdumu [1, 26]

Əbülfəz Muxtaroğlu öz təbirincə desək gül balaların da şairdən küsməmələri üçün  uşaq şeirləri yazmışdır. Uşaq­lar üçün də yazılan şeirlər cəlbedici və öyrədicidir. Əbülfəz Muxtaroğlunun uşaq şeir­­­lərini iki qrupa və ya daha artıq qrupa ayırmaq olar: Təbiətə sevgi, insana sevgi, milli-mə­­nəvi dəyərlərə sevgi və s. “Gözəl bir fəsildi qış”, “Niyə soyuq dəyməyir”, “Bahar gəl­di” və s. adlı şeirlərdə şair gül balalara hər bir fəslin biri-birindən gö­zəlliyini və özəlliyini tə­­rənnüm edir. Budur, balaca Dilbər babasına qışı sevmədiyini bildirir. Bu fəsildən giley-gü­­zarı da olduqca çoxdur: Qışda qar yağır, yağış yağır, günlər qısa olur, günəş tez çıxır, tez batır, uşaqlar tez yatır, soyuqdan əli üşüyür, buz üstünə çıxanda sürüşüb yıxılır, quşlar da üşüyür, yemək tapa bilmirlər və s. Babası balaca nəvəsini gülə-gülə dinlədikdən sonra sa­də deyim tərzi ilə qı­şın gözəlliyini belə təsvir edir:

                                               Qışda çıx yağmasa qar,

                                               Bax, quruyar budaqlar.

                                               Quruyar axan çay da

                                               Məhsul bol olmaz yayda!

                                               Qar torpağın canıdır,

                                               Ən isti yorğanıdır,

                                               Qışda çox yağmasa qar,

                                               Məhsul verməz tarlalar.

                                               Qarğaya, sərçəyə sən

                                               Hər gün dən verməlisən.

                                               Sənin kimi uşaqlar

                                               Gərək qoymasın onlar

                                               Korluq çəksin acından.

                                               Heç çıxarma yadından.

                                               Çox yağsa da qar, yağış,

                                               Gözəl bir fəsildi qış [1, 167].

Fikrimizcə, uşaqlar üçün şeir yazmaq heç də asan deyil. Şərt o deyil ki, şeirdə təh­ki­­yə, qafiyə uyğunluğu, ritmik sürət, təmtaraq, elitarlıq və s. olmalıdır, xeyr, uşaq qəlbinə yol tap­­maq üçün həm də gərək da­ha həssas emosionallığa, uşaq psixologiyasında olan rən­­garəngliyə, estetikliyə, daha iti ustalığa, sənətkarlığa malik olasan. Əbülfəz Mux­­ta­roğ­lu­­nun uşaq­lar üçün yazdığı şeirləri oxuduqca görürük ki, şair uşaq ruhunun bi­li­ci­si kimi uşaq qəlbinə yol tapmağı bacarır. Fəsillərin gözəlliyi dəqiqliklə, oynaq, lakonik mis­ra­lar­la qulaqdan süzülüb ürəyə belə axır:

                                               Şirin-şirin töhfələrlə

                                               Budur, gözəl bahar gəlir.

                                               Al günəşli səhərlə

                                               Budur, gözəl bahar gəlir.

                                               Dağ başında əriyir qar,

                                               Bağça, bağlar gətirir qar,

                                               Noruzgülü bizə nubar,

                                               Budur, gözəl bahar gəlir [1, 174].

Ümumiyyətlə, Əbülfəz Muxtaroğlu təkcə balaca balaların təfəkkür imkanlarını, ma­raq dairələrini əhatə edən mövzulara toxunmaqla kifayətlənmir, bu şairdə sözün özünü bə­­dii ifadəni, deyim tərzini uşaq hafizəsinin, uşaq emosiyasının və psixologiyasının tə­ləb­lə­­rinə uyğunlaşdırmaq bacarığı güclüdür. Əbülfəz Muxtaroğlu uşaq şeirlərində pri­mi­tiv nə­­sihətçilikdən, sözçülükdən və deklarativ ibarəpərdazlıqdan uzaqdır. Əbülfəz Mux­tar­oğ­lu­­nun bu yanaşması ilə bağlı hələ vaxtilə V.Q.Belinski “Yeni ilə hədiyyə” adlı mə­qa­lə­sin­də yazırdı: “…Başlıca iş – sentesiyalardan, nəsihət və tərbiyəpərdazlıqdan imkan da­xi­lin­də qaçmaqdır: onları böyüklər də xoşlamır, uşaqların isə sadəcə zəhləsi gedir”.

Fikrimizcə, uşaq şeirləri yazmaq üçün şairin bədii dili zəngin olmalıdır, təbiiliyi, axar­­lığı olmalıdır. Bunlar, uşaq şeirləri yazmaqda xüsusi əhəmiyyət daşıyır. Əbülfəz Mux­­­­taroğlunun uşaqlar üçün yazdığı şeirlərin dili sadədir, rəvandır, axınaqlıdır, la­ko­nik­dir və estetik tərbiyəvi əhəmiyyəti ilə də zəngindir.

Oxucularıyla görüşə “Ömürdən qalan izlər” şeirlər kitabı ilə gə­­­lən Əbülfəz Mux­­taroğlunun ömründən qalan izlərini belə ümimiləşdirə bilərik: Əbülfəz Mux­­­taroğlu ömür yolunun zirvəsinə kamil qədəmlərlə addımlayan, sevimli müəllimim və həmkarımızın həyat akkordları barədə sonsuz sayda fikir və şərafət, erudisiya və ziyalılıq, şəfqət və qay­ğı, elmilik və fəzilət, milli-mənəvi irsə dərin məhəbbət, xalqımızın elm və sənət adam­larına ehtiram hissi – Əbülfəz Mux­­taroğlunun həyat, yaradıcı qayəsidir. Elmə, şeirə, cə­miyyətə və təbiətə yüksək milli və bəşəri duyğularla bağlanan Əbülfəz Mux­­ta­roğ­luya Ulu Tanrıdan bəşəri nemət olan can sağlığı və yeni-yeni yaradıcılıq uğurları ar­zu­la­yırıq.

                                     KAMAL CAMALOV

                                     Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

                                     Azərbaycan Respublikasının Əməkdar müəllimi

                                     Azərbaycan Yazıçılar Birliyinin üzvü

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Gülünün şeirləri” – Sehirli kitab – Taleh Xəlilov

Bu gün Azərbaycanda başqa sahələrdə: sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda olduğu kimi, xalq maarifi sahəsində də ciddi inkişaf dövrü başlanmış, təhsilin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmişdir. Ölkənin qabaqcıl ziyalı dəstəsini təmsil edən maarifpərvər ziyalıların regionda ictimai-mədəni mühitin inkişafına, xüsusən təhsilə həmişə diqqət yetirməyə və qayğı göstərməyə sövq etmişdir.



Bu baxımdan, tanınmış yazıçı Zaur Ustacın “Gülünün şeirləri” adlı sinifdənxaric əlavə tədris vəsaiti maraq doğurur, elmi-nəzəri və praktik dəyərliliyi ilə diqqəti cəlb edir.

Elmi məsləhətçiləri Azərbaycan Respublikasının Əməkdar müəllimi Afət Xəlilova, Əzizə Abdullayeva və Gözəl Quliyeva olan vəsaitdə hərf və rəqəmlər haqqında əyləncəli şeir və tapmacalar verilmişdir.

Qeyd edək ki, vəsait əsasən ümumi təhsil müəssisələrinin I sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Vəsaitdə Azərbaycan əlifbasının hər bir hərfi üçün tək-tək əyləncəli, uşaqların asan əzbərləyə biləcəyi dili asan, olduqca axıcı və yüngül hecalı şeirlər verilmişdir. Kitabda həmçinin hərflərlə yanaşı, kiçik məktəb yaşlı uşaqlarda riyazi bacarıqların inkişaf etdirilməsi üçün rəqəmlər haqqında da şeirlər yazılmışdır.

Həmçinin, bu vəsait dərnəklərdə və bədii qiraət klublarında kiçik yaşlı uşaqlara şeir öyrədən müəllimlər üçün də əlavə köməkçi vəsaitdir. Ona görə ki, azyaşlı uşaqlar hərfləri yaxşı tanıya bilmir, şeirləri oxuyub əzbərləməkdə çətinlik çəkirlər. Zaur Ustacın yazdığı bu şeirlər isə o qədər asan və yaddaqalandır ki, hər hansı hərfə və rəqəmə aid olan şeiri uşağa yalnız bir neçə dəfə təkrar etdirməklə əzbərlətmək olar.

Xüsusilə qeyd etmək istəyirəm ki, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş bu vəsait, eyni zamanda məktəbəqədər və ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər üçün də əvəzedilməzdir. İbtidai siniflərdə dərs deyən müəllimlər şagirdlərə əlifbanın hər hansı bir hərfini öyrədərkən bu vəsaitdən həmin hərf haqqında yazılmış şeiri də uşaqlara asan əzbərlədə bilərlər. Məsələn, müəllifin A hərfi ilə bağlı vəsaitin 4 səhifəsində yazdığı aşağıdakı şeirə diqqət yetirək:

A ilə Ana deyə,
Aləmə səs salırıq.
Azərbaycan sözünü,
A ilə başlayırıq.

Bu şeir vasitəsi ilə müəllim uşaqlara həm A hərfini öyrədə, həm də onlarda vətənpərvərlik hissi aşılaya bilər.

Təqdirəlayiq haldır ki, Zaur Ustac həmçinin vəsaitdə hərflərlə yanaşı, rəqəmlər haqqında da şeirlər yazmışdır. Həmin şeirlərdən 1 rəqəmi ilə bağlı yazılmış şeirə nəzər yetirək:

Asan bir sual verim,
İnan, yoxdur beləsi.
Üçdən iki çıxanda
Söylə qalır, neçəsi?

Qeyd edək ki, müəllif bu şeir vasitəsilə uşaqlarda 1 rəqəmi və sadə riyazi əməllərlə (toplama və çıxma) bağlı təsəvvürlər və bacarıqlar formalaşdırmışdır.

Onu da qeyd edək ki, bu vəsait məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlarda məntiqi təfəkkürün və yaradıcılıq qabiliyyətinin formalaşmasına, həmçinin uşaqların asudə vaxtlarının səmərəli keçirmələrinə də köməklik edəcəkdir.

“Gülünün şeirləri” kitabı həm məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlar, həm də onların təhsili, təlim-tərbiyəsi ilə məşğul olanlar üçün çox qiymətli vəsaitdir, eləcə də böyük dəyərə malik mütaliə materialıdır. Xatırlatmaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyev mütaliəyə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı və vasitəsi kimi baxmamış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin son dərəcə vacib əhəmiyyət daşıdığını önə çəkərək demişdir: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır”.

Ulu öndər ölkənin və xalqın gələcəyinin yeni nəsilləri necə və hansı ruhda savada yiyələndirməkdən, tərbiyə etməkdən asılılığını məxsusi vurğulayırdı: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.

Yenicə çapdan çıxmış “Gülünün şeirləri” kitabı məhz böyüməkdə olan nəsillərin layiqli vətəndaş kimi formalaşmasına xidmət göstərən materialları özündə cəmləşdirməklə yanaşı, geniş elmi-pedaqoji və didaktik imkanlara malikdir.

Uşaqlara təlim-tərbiyə vermək və onları maarifləndirmək baxımından da novator yazıçı Zaur Ustacın “Gülünün şeirləri” kitabı dəyərli bir vəsaitdir.

Onu da qeyd edək ki, vəsaitdə toplanılan şeir və tapmacalar müasir əhəmiyyətinə görə də qiymətlidir. Vəsait hər bir məktəbəqədər və kiçik məktəbyaşlı uşaqların bacarıqlı, yaradıcı və savadlı şəxsiyyət kimi inkişafına və gələcəkdə vətənpərvər bir gənc kimi formalaşmasına xidmət edəcək.

Ümid edirik ki, gələcəkdə bu vəsait daha da təkmilləşdiriləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şurasından keçərək sinifdənxaric tədris vəsaiti kimi ölkənin bütün ümumi təhsil müəssisələrində tədris olunan fənlərin siyahısına daxil ediləcək.



Taleh XƏLİLOV,
pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikası Təhsil Şurasının üzvü

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Kamal Camalov

BİOLOGİYANIN TƏDRİSİ ŞAGİRDLƏRİN MƏNƏVİ SİMASININ FORMALAŞDIRILMASINA XİDMƏT EDİR

İnsanın təbiətlə və ətraf mühitə olan münasibətləri özünün yaranışı qədər qə­dim­dir. Təbiət və cə­miy­yət arasında bir sıra problemlərin yaranması XIX əsrdən baş­la­yaraq bə­şə­riy­yəti məşğul və bu haqda düşünməyə vadar etmişdir. Bu gün ətraf mü­hit şə­rai­tinin fəlakətli vəziyyəti təbiət məsələlərini öyrənən mütəxəssisləri, o cümlə­dən föv­qəladə hallar və kənd təsərrüfatı mütəxəssislərini, ictimaiy­yə­ti, ictimai-siyasi xa­dimləri, eləcə də daim gələcək nəslin qayğısına qalan müəl­lim­ləri və bütün vətən­daş­ları narahat etməkdədir.

Yeni paradiqmalar, konsepsiyalar, innovasiyalar, investisiyalar, dövlət stan­dart­­­ları, alternativ tədris planları, müasir tipli məktəblər yaradılır. Təlim prose­si­nin in­­­ten­­siv və ekstensiv yolla təkmilləşdirilməsi, sinif işinin diferensiyası və fərdiləş­di­ril­­­­­mə­si hesabına təlim keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulur. Bu baxımdan Vüsalə İsmayılovanın «Biologiyanın tədrisi prosesində təlim-tərbiyə məsələlərinə komp­leks yanaşma» adlı dərs vəsaiti böyük maraq doğrurur, elmi-nəzəri və prak­tik əhəmiyyəti ilə seçilir. Burada şa­gird­­lərin təbiəti qorumağının formalaş­dırıl­ması, tə­lim-tərbiyə prosesinin məhsul­dar­lı­ğı, daxili ehtiyatlar – təbiəti mühafizə mate­rial­la­rı­nın səmərəli tədrisi hesabına həyata keçirilir.

Ümumtəhsil məktəblərində biologiyanın təd­ri­sivasitəsi ilə şagirdlərin mə­nə­vi cə­­hətdən formalaşdırılmasının müasir dövrdə çox böyük aktuallıq kəsb et­di­­yini zən­gin mən­bə­­lər, tarixi qaynaqlar, faktlar və dəlillərlə əsaslandıran təd­qi­­qatçı müəllim öncə möv­zu­­ya geniş yer ayırır, qarşıya qoyduğu məq­sədə uyğun olaraq işçi fərziy­yə müəy­yən­ləş­­dirir, vəzifələri, metodları, elmi ye­niliyi, nəzəri və prak­tik əhəmiyyəti sə­ciy­yə­lən­di­­rir, müdafiəyə təqdim etdiyi müd­dəaları şərh edir. Onun təqdim etdiyi müddəalar el­­mi istiqamətinə, ümu­mi­ləşdirmə səviy­yə­sinə və inandırıcılığına görə diqqəti cəlb edir.

Dərs vəsaiti 3 fəsil, 17 yarımfəsil, tapşırıqlar və istifadə olunmuş ədə­biy­yat si­ya­­hısından ibarətdir. «Təlim-tərbiyə prosesinin və biologiyanın tədrisinin inkişaf ta­ri­xi» kimi adlandırılan I fəsildə biologiya dərslərində şagirdlərdə yüksək mənəviyyat for­­malaşdırmaq üçün onlarda can­lı təbiətə dərin hörmət hissi, flora və faunanın hər bi­rinə huma­nist, diqqətli, müha­fi­zə­kar münasibət inkişaf etdirmək kimi məsələlər müəy­­yən­­ləş­di­rilmiş, problemlə bağlı möv­cud elmi-metodik ədəbiyyat araşdırıl­mış, mü­­­qayisəli təhlillər aparılmış, elmi ədə­biyyata tənqidi müna­si­­bət bildiril­miş­dir. «Mü­tə­­fəkkirlər təlim-tərbiyənin formalaşdırılması haqqında», «Biologiya elminin inkişaf ta­­rixi», «Azərbaycanda biologiyanın tədrisinin inkişaf tarixi» an­la­yış­larının ma­hiy­yə­ti açıqlanmış, gör­kəm­li insanların, tarixi şəxsiyyətlərin, müasir təd­qi­qatçı alimlərin prob­lemlə bağlı fikirləri saf-çürük edil­miş, bu kimi struktur kom­po­nent­ləri təhlil ob­yek­tinə çevrilmişdir.

Ümum­təh­sil məktəblərində biologiyanın təd­ri­sində məktəbli­lərin mənəvi tər­bi­yə­sinin formalaşdırılması üzrə işin sistemini bir vasitə kimi təhlilə cəlb edən təd­­­qi­­qat­çı məktəb təcrübəsində bu işin vəziyyətini ətraflı öyrənmiş, bu sahə­də­ki çatış­ma­­­ma­z­lıq­­ların səbəblərini müəyyənləşdirmiş, onları aradan qaldırmaq üçün xüsusi me­to­dika iş­­ləyib hazırlamışdır. Məktəbdə mövcud vəziyyəti öy­rən­­­məklə tədqi­qat­çı­nın məq­sə­di ay­rı-ayrı müəllimlərin təlim prosesində şa­gird­­­lərin təbiətdən, eko­lo­gi­yadan necə is­ti­fa­­də etdiklərini müəyyənləşdirməsi, si­nifdənxaric tədbirlərdə tə­biə­ti mühafizəyə aid ma­­teriallardan mənəvi tərbiyə məq­sədləri baxımından necə is­ti­fadə olunduğunu ay­dın­­­laş­dırmasından, məktəb rəh­bər­lərinin bu məsələyə qayğısı, kö­mə­yi və nəzarəti ilə ta­nış olmasından ibarət ol­muş­dur. Dərs vəsaitində biologiya dərs­lə­rində məktəblilərin mə­nə­vi tərbiyəsi işinin tanış­lıq səviyyəsini aşkara çıxarmaq üçün nümunələrdən də is­tifadə olun­­muşdur.

Didaktik prosesi səmə­rə­li idarə etmək, mövcud şəraitdə op­ti­mal nə­ti­cələrə nail ol­maq diaqnostikasız müm­kün deyil. Diaqnostikanın məq­sə­di tə­lim-tərbiyə pro­se­si­nin baş vermə şəraitini, onun nəticələrini dəqiq üzə çıxar­maq, qiy­mətləndirmək və təh­­lil et­mək­dir. Dərs vəsaitində bu məsələlərə tədqi­qatçı xüsusi diq­qət yetirmiş, nə­za­rə­­ti, yoxlamanı, qiymətlən­dir­mə­ni, statistik məlumat­la­rın top­lan­masını, onların təh­li­li­ni, hadisələrin sonrakı inkişa­fı­nın proqnozlaş­dı­rı­l­ma­sını reallaşdıra bilmişdir.

Dərs vəsaitinin «Müasir biologiyanın tədrisində təlim metodları» adlı ikinci fə­sli 7 ya­rım­­­fəsildən ibarətdir. Burada biologiya dərslərində məktəblilərin mənəvi tər­bi­yə işi­nin təşkili imkanları üzə çıxarılmış, tədris proqramları, dərsliklər problem baxı­mın­­dan təhlil edilmiş, biologiya dərslərində şagirdlərin mənəvi tərbiyəsi üzrə işin ma­hiy­­yə­­tinin müasir elmi – nəzəri fikir baxımından xüsusiyyətlərini xarakterizə etmiş, şa­girdlərin tərbiyə olunmasında digər fənlərlə yanaşı biologiya  dərslərinin təşkiledici və­zifəsini, yeri və rolunu aşkarlamış və  biologiya fənlərinin tədrisi prosesində şa­gird­­­lərin mənəvi tərbiyəsi üzrə mövcud vəziyyəti müəyyənləşdirilmişdir.

Tədqiqatçı müəllim təcrübə və müşahidələri əsasında belə qənaətə gəlmişdir ki, şa­­gird­­lərin biologiya fənninin tədrisi zamanı şagird şəxsiyyətini for­malaşdırmaq üçün dərs­də mənəvi tərbiyənin bütün prinsip və qaydaları optimal nisbətdə həyata ke­çi­ril­mə­­­li­dir, şagirdlərin maraq, meyl, qabiliyyət və tələbatları nəzərə alınmaqla onların id­rakı fəaliyyəti üçün lazımi şərait yara­dıl­ma­lı­, fənlərarası və fənlərdaxili əlaqə təmin edil­­­mə­li, şagirdlərin nail olduqları inkişaf səviyyəsinə istinad edilməli və nəhayət hər bir dərs diqqətlə diaqnozlaşdırılmalı, proqnozlaş­dı­­rılmalı, layihə­lən­­dirilməli və plan­laş­­­dı­rılmalı­dır. Şagirdlərdə biologiya fənnində mənəvi tərbiyənin təd­ri­si zamanı dər­sin tər­biyəedici imkanları, nail olunacaq real tərbiyə məqsədləri müəyyənləşdiril­mə­li­dir. Biologiya fənninin materiallarının məqsəd və məzmu­nun­dan irəli gə­lən tərbiyə və­­zi­fə­ləri qoyulmalı və bu şagird şəxsiyyətini forma­laş­dı­r­maqla üzvi su­rətdə əla­qə­lən­­­di­ril­məlidir. Müəllifin gəldiyi elmi qənaətlə biz də həmfikirik ki, fənlə bağ­lı ke­çi­ri­lən hər bir dərs tərbiyəedici, təhsilverici və inkişafetdirici funksiyaları ye­rinə yetir­mə­li­dir. Ancaq belə olan halda şagirdlərdə təbiəti sevmək və onu qorumağı for­malaş­dır­­maq olar. Unutmaq olmaz ki, təlim, tərbiyə və inkişaf  ara­sın­da üzvi əla­qə var və on­­lar bir-birinə qarşılıqlı təsir göstərir. Orta əsr Şərq təsəv­vür­lə­rinə görə, tərbiyə ver­mə­­yən bilik odunsuz ocağa bənzəyir, bilik verməyən tərbiyə isə bə­dən­siz ruha ox­şa­yır.

Dərs vəsaitində tərbiyə prosesində şagirdlərdə təbiəti mühafizə material­la­rın­dan is­tifadə etməklə əxlaqi biliklərin əxlaqi əqidələrə çevrilməsi, bu əqidələrin sis­te­minin ya­­ra­dılması, sabit əxlaqi hisslər, əxlaqi keyfiyyətlər, əxlaqi adətlərin for­ma­­laşdırıl­ma­sı ilə bağlı diqqəti cəlb edən maraqlı nəzəri fikirlər, elmi ümumiləş­dir­mə­lər, zən­gin təc­rübi materiallar və müəllimlərə tövsiyələr vardır.

Vəsaitdə biologiya dərslərində tədris ekskursiyalarının keçirilmə mexanizmi və on­ların şagirdlərə təbiəti sev­məyin aşılan­ma­sı,  forma­laş­masında oynadığı rol da ge­niş təhlil olunur. Müəllif haqlı olaraq belə bir elmi qə­naətə gəlir ki, təbiəti mühafizə fəaliyyəti işləri məktəbin həyatla əlaqəsini möh­­kəm­ləndirir, məktəblilərin səxsiyyət kimi formalaşmasında mühüm va­­sitə rolunu oy­­nayır, bütövlükdə təlim prosesinin həyatı və yerli faktlarla zəngin­ləş­­məsinə şə­rait ya­­radır, məktəbliləri həm­çi­nin mənəvi tərbiyə baxımından axtarıcılıq, təd­qi­qat­çılıq və ya­radıcılıq işlərinə qo­şur. Bu tədbirlər şagirdlərin öz-özlüyündə biologiya fənnində mə­nəvi tərbiyəyə aid mate­rial­lar top­la­ma­­sına, onları öyrənməsinə şərait yaradır. Feno­loji müşahidə, yay tap­şırıqlarının ye­ri­nə yetirilməsi, təbiətə qayğılı münasibət, təbi­ətə ekskursiyalar, prak­tik işlər, şa­gird­lər­də estetik, fiziki, ekoloji mədəniyyətin for­malaşmasına kömək edir.

«Biologiyanın tədrisi prosesində tərbiyə məsələri» adlanan üçüncü fəsil də 7 yarımfəsildən ibarətdir. Bu fəsildə biologiya fənn kurikulumunda şagirdlərin məntiqi təfəkkürünün, fənlə bağlı həyati bacarıqlarının inkişaf etdirilməsi, inteqrativlik, sadədən mürəkkəbə doğru inkişaf, məzmun və fəaliyyətin qarşılıqlı əlaqəsinin təşkili, fənnin tədrisində yeni texnologiyaların tətbiqinin təmin edilməsi məsələləri nəzərdə tutulur. Kurikulumda canlıların hüceyrədən biosferədək təşkili səviyyələri, canlılar aləminin kimyəvi və bioloji təkamülü, irsi dəyişikliklərin qanunauyğunluqları, ekoloji problemlər, onun dərkedilməsi və həlli yolları sadədən mürəkkəbə doğru istər mərhələlər, istərsə də siniflər üzrə şaquli və üfiqi inteqrasiya nəzərə alınmaqla təqdim edilir. Ekoloji problemlər və davranış vərdişlərinə aid elmi, əxlaqi – mənəvi, hüquqi fikir və mülahizələr estetik fikirlərlə vəhdətdə, sıx əlaqədə inkişaf edir. Əgər mənəvi mahiyyətdə olan fikirlər şagirdlərə yaxşı və pisi fərqləndirmək və qiymətləndirmək im­kanıdırsa, estetik mahiyyətdə olan fikir və mühakimələr isə ətraf aləmə gözəllik və çir­kinlik yanaşmasını ifadə edir. Ətraf aləmə çirkin münasibətlərə qarşı şagirdlərdə həs­saslıq yaratmaq, təbii mühitə ziyan vuranlarla mübarizə aparmaq səylərini güc­lən­dir­­mək, onlarda gözəlliyə adət, meyil, arzu və həvəs oyatmaq nəinki ekologiyada, ümu­milikdə biologiyada eyni şəkilə, eyni məzmuna malik problemlərdir.

Tədqiqatçı müəllim Vüsalə İsmayılova sonda belə nəticəyə gəlir ki, ümum­təh­sil məktəblərində şagirdlərin təlim fənləri üzrə əldə etdikləri bilik, bacarıq və vər­diş­lər yetişən nəslin müxtəlif elm sahələri üzrə anlayış və qanunauyğunluqlar haqqında zeh­­ni səviyyəsini formalaşdırmaqla məhdudlaşmır. Bilik faktlar, hadisələr, rəqəmlər yı­­­ğımı deyil. O, insanda dünyagörüşü, ətraf aləmə, insanlara, cəmiyyətə, özünə mü­əy­­­­yən normalar daxilində münasibət formalaşdırır, mənəvi simanı traktovka etmək im­kanına malikdir. Məktəbdə öyrədilən digər fənlər kimi biologiya dərsləri də şa­gird­lə­rin intellektual səviyyəsini və mənəvi simasını formalaşdırmaq funksiyasını yerinə ye­­tirir. Belə bir yüksək məzmun keyfiyyətlərinə – bilik və mənəvi tərbiyə im­kan­­larına ma­lik biologiyanın bütün bölmələrinin pedaqoji əsaslarını üzə çıxarmaq, təc­rübi işdə on­dan istifadə etmək yetişən nəslin insan, vətəndaş kimi formalaşması məqsədinə əhə­miyyətli dərəcədə təsir göstərə bilər.

Pedaqogika üzrə fəlsəfə doktoru V.İsmayılova ciddi elmi-nəzəri ümu­mi­ləş­dir­mə­­lər, uzunmüddətli təc­­rübə və müşahidələr və apardığı eksperimentlərin köməyi ilə sübut et­miş­dir ki, şagird şəxsiy­yə­­tinin formalaşdırılmasında mənəvi tərbiyə mühüm rol oy­na­yır. O, göründüyü kimi, dərs vəsaitində məqsədinə nail ol­muşdur. Biologiya fən­ninin təd­ri­sində məktəbli­lərin mənəvi tərbiyəsinin forma­laş­dı­­rılması üzrə işin sis­te­mini qurmuş, mükəmməl nəzəri kon­sep­siya hazırlamışdır. V.İsmayılovanın gəldiyi nə­­ti­cə­lər, elmi qənaətlər pedaqoji nəzəriyyəni zənginləş­dir­­mək baxımından maraq do­ğur­­maq­la yanaşı, həm də yüksək praktik əhəmiyyətə malikdir.

«Biologiyanın tədrisi prosesində təlim-tərbiyə məsələlərinə kompleks ya­naş­ma» adlı dərs vəsaitini sonda təhlil süzgəcindən keçirən zaman belə qənaətə gəlirik: Mək­­təbdə tərbiyə prosesinin ümummədəni məzmun aspekti və biologiya dərs­lərində şagirdlərin mənəvi simasının formalaşdırılması ilə bağlı sosial – fəlsəfi, pedaqoji və metodiki ədəbiyyatlar öyrənilmiş; biologiya dərslərində şagirdlərin mənəvi tərbiyəsi üzrə işin mahiyyətinin müasir elmi-nəzəri fikir baxımından xüsusiyyətləri xarakterizə edilmiş; şagirdlərin tərbiyə olunmasında digər fənlərlə yanaşı biologiya dərslərinin təşkiledici vəzifəsləri, yeri və rolu aşkarlanaraq ümumtərbiyə sisteminin tərkib hissəsi olduğu açıqlanmış; biologiyanın tədrisi prosesində şagirdlərin mənəvi tərbiyəsi üzrə mövcud vəziyyət öyrənilərək, bu sahə üzrə işin səmərəliliyini yüksəltmək məqsədi ilə əsas istiqamətlər müəyyənləşdirilmiş; bu fənnin (biologiya fənninin) sosial fay­da­lı­lı­ğı­na əsaslanmaqla şagirdlərin mənəvi tərbiyəsinin forma və metodları, vasitə və  üsul­ları aşkar edilmiş; bioloji məzmun istiqamətinə malik sinifdənxaric işlər və mək­təb­­dənkənar tədbirlər zamanı şagirdlərin mənəvi tərbiyəsi üzrə imkanları üzə çı­xa­rıl­mış və nəhayət biologiya dərslərində şagirdlərin mənəvi tərbiyəsi üzrə əsas fəaliyyət növ­­lə­ri təcrübi – eksperimental yollarla üzə çıxarılmış və təsdiq edilmişdir.

Aqillər deyir ki, insan zəhmətə qatlaşmaqla hər bir arzusuna çata bilər. «Adam axtardığını zəhmət qarşısında tapar», «Hər kəs öz bəxtinin dəmirçisidir» kimi aforistik ifadələr zəhmətkeş insanların sanki fəaliyyət proqramıdır. Vüsalə İs­ma­yı­lo­va­nın da «Biologiyanın tədrisi prosesində təlim-tərbiyə məsələlərinə kompleks ya­naş­ma» adlı dərs vəsaiti gərgin zəhmətin və çalışqanlığın bəhrəsidir. Ömrünün ən məh­sul­dar çağlarını yaşayan pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vüsalə İs­ma­yı­lo­va­ya yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

                            KAMAL CAMALOV

                            Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

                            Azərbaycan Respublikasının Əməkdar müəllimi

                            Azərbaycan Yazıçılar Birliyinin üzvü

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Kamal Camalov

“PEDAQOJİ FİKİR TA­RİXİN­DƏN” ADLI ƏSƏR ƏXLAQIN

SAF­LAŞ­DI­RIL­MA­SINA XIDMƏT EDƏN ƏSƏRDİR

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş oxunması zəruri olan kitabların əhəmiyyəti çox böyükdür. Bu kitablar yeniyetmə və gənclərin şüurlu həyat yaşamasına, peşə istiqamətini düzgün istiqamətləndirməsinə kömək edir. İnsana öz ləyaqətini düzgün qiymətləndirməsinə, onun özünü, kimliyini dərk etməsinə, həyatın mənasının nədən ibarət olduğunu aşılanmasına kömək edən kitabladan biri də yaxın aylarda nəşr olunmuş “Pedaqoji fikir tarixindən” (Naxçıvan: “Əcəmi” nəşriyyatı, 2019, 288 səh.) adlı kitabdır.

Kitabda dünya xalqlarının çox əsrlik tarixi boyunca gənc nəslin tərbiyəsi ilə bağlı zəngin pedaqoji fikirlər top­lan­mış­­dır. Bu mənəvi, əxlaqi-pedaqoji sərvətləri öyrənmək, onları pedaqoji təfəkkür süz­gə­cin­­­dən ke­çi­­rib müasir gəncliyin tərbiyəsində istifadə etmək və məktəb təcrübəsinə gə­tir­mək pedaqoji fi­kir tarixində ciddi problemlərdən biri olmuşdur. Çünki yeni pedaqoji fikir keç­­mişin mü­tə­rəqqi irsi ilə orijinal fikirlərin sintezindən yarana bilər. Elə buna görə də, tə­lim və tər­bi­yə­nin yeni konsepsiyasını, inkişaf tendensiyasını müəyyənləşdirməyə ça­lı­şan pe­daqoji fi­kir tarixçiləri (K.D.Uşinski, A.O.Çernyayevski, V.A.Suxomlinski, M.Qor­ki, M.A.Şah­taxt­lı, M.T.Sidqi, E.Sultanov, C.Məmmədquluzadə, M.S.Ordubadi, N.Nə­ri­ma­­nov, H.Cavid və b.) pedaqoji irsdəki qabaqcıl ideya, fikir və təcrübələri ailəyə, mək­tə­bə, ic­­timaiyyətə gə­tir­mə­yi qarşılarına məqsəd qoymuşlar.

Maarif­çi­­li­­yin formalaşma və in­ki­şafında özünə­məx­­sus xid­mətləri olmuş bu kimi gör­­­­kəmli söz sahibləri təh­­­­silin prinsipləri, tərbi­yə üsulları­, əx­laq, vətənpərvərlik, mə­nə­viy­­­­yat, bədii zövq və s. ki­mi zə­­­ru­ri məsələlərdən bəhs et­miş­lər. Onların qar­şı­sına qoy­du­ğu əsas məq­­səd xalqı maarifləndir­mək və “bə­­si­rət sahibi etmək” ideyası olmuşdur. Sal­na­mə sa­hi­b­lə­­rinin yaradıcılıqları bir daha onu təsdiqləyir ki, onlar ötüb ke­çənlərə de­­­­yil, dü­nən­­dən bu gü­­­­nə ba­xmış, sanki dünəni bugünləşdirmiş, dü­­­nənə bu günün ça­lar­­la­rı­­nı əlavə edib sabaha apa­raraq əbədiləşdirirlər.

“Ürəyimi uşaqlara verirəm” deyən Suxomlinski uşaqları xalqın ümidi, canı, ürəyi ad­­­­­lan­dırır və on­­ların oxu­ma­­­sı­nı, ədə­­bə, pak əxlaqa sahib olmalarını zəruri sayırdı. Bu ki­mi qey­­­də qal­­mağın ən ba­­laca məq­sədini isə vali­deyn­lə­rin özlərinin elmli, təhsilli ol­ma­sın­da gö­­­rürdü. Görkəmli pedaqoq va­li­deyn­lərdən uşaqlarda elmə maraq oyatmağı tələb edir və de­yir­di ki, ən yaxşı ailə odur ki, öv­ladını məktəbə verib, oxutdurur. Yox əgər bu­na la­qeyd ya­na­­­şır, övla­dı­nın oxu­ma­sı­na ma­raq göstərmir, inanın ki, o valideyn qəbir evin­­­də də ra­­hat yata bil­mə­yə­cək­dir. Valideynin öz övladlarının tərbiyəsi üçün böyük mə­su­liyyət hiss etməsi uşaq­­­­la­rın ailədə düzgün tərbiyə almaları üçün əsas şərtdir. Suxom­­lins­ki yazırdı ki “Uşaq öz-öz­­lü­yün­də sevinc mənbəyi ola bilməz: ata və ananı yeni əsasda tək­­rar edən in­­­­­san­da ata və ana üçün sevinc mənbəyi hər şeydən əvvəl onların ona [uşa­ğa – K.C.] nə ve­­­­rə bil­dik­lə­ri­dir”. Bu mənada tərbiyə üçün məsu­liyyət hiss edən valideyn­lər öz öv­­lad­­­­la­rın­da nə kimi keyfiyyətlər tərbiyə etmək lazım ol­du­ğu­­­­nu aydın surətdə dərk edib, bu key­­­fiy­yət­­lə­rin ardıcıl tərbiyəsinə çalış­ma­lıdırlar – deyir. Çünki bu mə­suliyyət his­si onları uşaq­­larının tə­lim və tər­biyəsini nəzarətsiz bu­rax­mağa qoy­­­­­mur, tər­biyə işində tə­sadüf et­­­­dikləri çə­tin­lik­ləri ara­­dan qaldırmaq üçün yaxşı uşaq­­­­­lar tərbiyə et­miş başqa ailə­lə­­rin təc­rübəsini öy­rən­mə­yə, öz hərə­­kətlərini diq­qət­­­lə nəzərdən ke­çir­mə­yə məc­bur edir. Tər­­biyə işi üçün məsu­liy­yət hiss et­məmək çox müxtəlif şəkillərdə ifadə olu­­nur. Bə­zi va­li­deyn­lər öz öv­lad­­­la­rın­dan nə kimi adam yetişdirmək məsələsinə ta­mam la­­qeyd ya­na­şaraq, on­ların tər­bi­­yə­si ilə məş­ğul ol­maq üçün özlərinə heç bir zəh­mət ver­mir­­­­lər. Bi­zim üçün hər bir uşa­ğın ta­le­yi əziz­dir, onun taleyinə biganə qal­maq, öz va­li­­­deyn­lik və­­zifəsinə mə­su­­liy­­yət­siz ya­­­­­naşmaq hal­la­rı cə­miyyət tə­rə­findən kəs­­kin tən­­qid olu­nur. Hə­lə bu da azdır, uşa­­ğın düz­gün in­ki­şa­fı ke­­şi­yin­­də duran qa­nunlar va­li­­deyn­ləri öz öv­­­lad­­la­rı­nın tər­bi­yə­si üçün mə­su­liyyət daşıma­ğa məc­bur edir. Əgər bir çox vali­de­yn­­lər öz ömür-gün­lə­­­ri­ni qəf­lət­­də ke­çir­dik­lə­rini gec də ol­sa anla­yıb­­lar­sa, ar­­­tıq bu gün öv­lad­­la­­rın­dan yax­­­­şı adam ye­tir­mək üçün belə vali­deyn­­lər öz­lə­ri­nə qar­şı çox tə­ləb­kar olur­lar. Şəx­­­si nü­­mu­­nənin tərbiyədə həl­ledici rol oy­na­­dığı mə­lum həqiqətdir Suxomlinki qeyd edir ki, “vəzifəmiz gənc­­ləri ilk gündən elə tər­bi­yə etməkdir ki, onlar bir-birinə sevinc bəxş etməyi ba­car­­­­­­­sınlar, onlar unut­ma­sın­­lar ki, insanın doğulması ilə gələcək doğulur. Məhəbbət, ni­­­gah doğum insan fəaliyyətinin ən zərif, ən incə, ən müqəddəs sahəsidir. Qolları ara­­­­­­sında körpəsinə süd verən, beşik ba­şında dayanan ana öz postunda növbə çəkən əs­­kər­dir. O, gələcəyi yaradır və onu qo­ruyur. Ana dövlətin xidmətçisidir”.

“Ana” adlı romanı ilə özünə ölməzlik qazandıran Maksim Qorki də va­li­deyn-övlad tərbiyəsinə pedaqoji görüşlərində çox bö­yük əhə­miy­­yət ve­r­miş­dir. Qeyd edir ki, yaşadığımız dövrdə övladlarının sağlam ruh­da tər­­­­bi­yə­si qey­­dinə qal­­mayan mə­su­liy­yətsiz valideynlər, yaramaz hərəkətləri ilə uşaq­­­­­larına mən­fi nü­mu­nə gös­­tərən ca­hil ata və analar da yox deyildir. Bildiyimiz ki­mi, uşaq­­­­ların da psi­xo­lo­ji xü­­su­siy­yət­­ləri elə­dir ki, on­lar nü­mu­­nə­­ləri nəsihətlər­dən daha tez və asan qə­bul edirlər. Çün­ki can­lı nü­mu­nə sözlə ifa­­­­­də edi­lən uzun-uzadı nəsi­hət­­­­­lərdən daha konk­ret və daha tə­sir­lidir. Bütün bun­la­­rı hər bir va­li­deyn rüt­bə­sin­dən asılı olmayaraq nə­zərə almalı və öz hə­­rəkət­lə­rini daim nəzarət al­­tında sax­­­­­la­ma­­­lıdır. Biz övladlarımızı yalnız sevməklə, əziz­lə­mək­lə kifayətlənə bilmərik. Mak­sim Qorki gözəl qeyd edir ki, “övladı sevmək asandır, toyuq da öz balasını sevir. La­kin övladı tərbiyə etməyi bacarmaq insandan istedad və zəngin həyat biliyi tələb edən böyük dövlət əhəmiyyəti olan bir işdir”. Burada nə sevərkən, nə də tələbkarlıq gös­tə­rərkən ifrata varmaq olmaz. Valideyn çalışmalıdır ki, onun övladı heç kəsə xeyir ver­mə­yən şumlanmamış xam torpaq olmasın.

“Pe­daqoji fikir tarixindən” adlı əsərə bir daha nəzər salan zaman görürük ki, Mə­həm­məd Tağı Sidqi də fikirlərində – hər bir valideyn öz uşağının tərbiyəsi ilə məşğul ol­ma­ğa bütün məsuliyyəti ilə borcludur qənaətinə gəlmişdir. Qeyd edir ki, “Övlada əv­və­lin­ci tə­lim və tər­biyə verən anadır. Anaların rəftarı və kir­da­rı, hal, hə­rəkəti ba­la­la­rın qəl­bi­nin aynasına əks salır. Elm­­­li və mə­rifətli analar süd verən vaxtdan başlayıb, öv­­­­la­dı­nın tə­lim və tərbiyəsinə məşğul olurlar”. Beləliklə, hər bir ata-ana va­­lideynlik borcunu ödə­məli, uşağını cəmiyyətin yararlı üzvü kimi tərbiyə etməli, aqibəti ilə ma­raq­lan­­malıdır. Əx­laqi cə­hət­dən möhkəm olan namuslu vətəndaşlar tərbiyə etmək üçün ma­arifçi pedaqoq yu­xarıda qeyd etdiyimiz kimi, anaların özlərinin qüsursuz ol­ma­la­rını, on­la­rın müəy­yən qə­dər pedaqoji biliklərə yiyələnmə­lə­rini zəruri he­sab edirdi. Gör­kəm­li pe­da­qoq Məhəm­məd Tağı Sidqi istəyirdi ki, valideyn qarşısında du­ran bu kimi çə­tin, eyni za­man­da şərəfli və mə­su­liy­yət­li vəzifələr müm­kün qədər inandırma, şəxsi nü­mu­nə əsasında hə­­yata ke­çi­rilsin. Yenə də bütün bu qeyd olunan keyfiyyətlərin isə ancaq və ancaq elm yo­lu ilə, təhsil yolu ilə əldə edilə biləcəyi görüşünə gəlmişdir.

Məhəmməd Tağı Sidqini özünə mənəvi ata sayan Cəlil Məmmədquluzadə də Sid­qi­nin səsinə səs verərək qeyd edir ki, ailə tərbiyəsinin yax­­­­­­şı­laş­ma­sı üçün Azərbaycan qa­dın­­la­rı­nın savadlanması, elm, təhsil al­ma­­­ları zə­ru­­ri­dir. Böyük demokrat yazır ki, bi­zim gə­­ləcək in­kişafımız, uşaqların yaxşı tər­­bi­­yə olun­­­ma­­­sın­dan çox asılıdır. “Hər bir millət üçün nicat yo­lu tapmaq balaca uşaq­­­la­rı mək­­­tə­bə gön­də­rib tərbiyə vermək ilə əmələ gə­lir. Əgər be­lə olmasa, heç bir şey fay­­­­­da ba­ğış­­­­lamaz”.

Görkəmli müəllim-pedaqoq Hüseyn Cavid də “Həsbi-hal” adlı əsərində ailə tər­bi­yə­si­nə olduqca böyük əhəmiyyət verərək, uşağın tərbiyəsində ilk növbədə ata və anaların bö­yük rol oynadığını göstərir. O, yazır ki, uşaq dünyaya gəldiyi gündən mək­­­təb yaşına qə­­­­­­­dər ata-anasının yanında ev tər­bi­yə­si, ailə tərbiyəsi alır. Onun fikrinə əsasən ailə tərbi­yə­­­­­­­­sin­­də ata və anaların ən ümdə vəzifələri uşaqlarının sağ­­lam böyüməsinə şərait ya­rat­ma­sı­­dır. Bir çox uşaq­lar ana­dan xəstə doğulur və xəstə bir vücud ilə “tərki-həyat” olurlar. H.Ca­vid bu xəstəliyin səbəbini ata və ana­­­dan başqa heç kəsdə aramır. Çünki bir çox xəs­tə­­­­lik­­­lər irsi olaraq yayılır. Uşaqlarda bu xəstəliklərə, fə­la­­­kətlərə yol açan isə ilk növbədə ana­­­­lardır. Çünki uşaq, ana “rəhminə” düşdüyü zamandan başlayaraq doq­­­quz ay ananın qa­­­nı ilə, sonra südü ilə qidalanaraq xəs­­­təliklərə düçar olurlar. Cavid qeyd edir ki, “biçarə mə­­­sum” bö­yü­dük­­cə vücudundakı təhlükəli xəstəliklər də onunla bərabər böyüməyə baş­la­­­­yır. Bir çox uşaq­­lar da olur ki, ata-anasından qorunmayaraq yeyəcəyi, içə­cə­­yi, geyəcəyi üzün­­­dən xəs­tə­lə­­­nir, tənəffüs etdiyi ha­va, hərəkətsizlik və s. valideynin qayğısızlığı uc­ba­tın­­­­dan səhhətinə mən­fi təsir göstərmiş olur.

H.Cavid qeyd edir ki, hər şeydən əvvəl uşaqların düz­gün qidalanmasına diqqət ye­tir­mək lazımdır. Çox ye­­­mək sağlamlığa ziyan verdiyi kimi, az yemək də fay­­­­­­dalı deyildir. O, va­lideynlərə öz uşaqlarına qarşı son dərəcə diqqətli olmağı, uşağı nəzarətsiz bura­x­ma­ma­­­ğı, ədəb­sizlik etməyə qoymamağı, ərköyünlüyə öy­rət­­­məməyi tövsiyə edirdi. Bu və­zi­fə­lə­rin həllində gör­kəm­­­li pedaqoq H.Cavidin irsiyyət amillərinin rolunu gör­­­məsi və düzgün el­mi nəticələrə əsaslanması təq­di­rə­­­layiqdir.

H.Cavid valideynlərin öz körpələrini “məvhumi” qüv­­­vələrlə hədələməsini, qorxu için­­­də yaşatmasını pis­­­­ləyirdi. Belə ki, uşaq iki-üç yaşında qaranlıq gu­şə­yə gedəndə va­li­deyn­­ləri tərəfindən cinlər, divlər, ifri­tə­­lər vasitəsi ilə qorxudulur, təhdid edilir. Biçarə, za­val­­­­­lı körpənin isə bütün mənəviyyatı alt-üst olur. Otuz ya­­şına gələndə belə uşaqlıqda ke­çir­­­diyi o qorxunc köl­gə­­ləri bir “türlü başından çıxara bilmir”. H.Cavid ailə­lər­­də tər­bi­yə­nin bu cür qurulmasına qəzəblənərək ki­na­­yə ilə belə qeyd edir: “…Ev tərbiyəsinin do­ğur­­­du­­ğu ən gö­­zəl tərbiyə, ən xoş əxlaq, yalançılıq, kin­darlıq, bəd­nəfslik, arsızlıq, ita­ət­sizlik, qor­qaq­lıq kibi bir ta­qım rəzil, murdar əxlaqsızlıqlardan ibarətdir”.

Şair-pedaqoq hər bir hərəkətin tərbiyə ilə bağlı ol­du­­ğunu qeyd edir. Onun fikrincə hə­­­lə kiçik yaşla­rın­dan uşağa verilən düzgün tərbiyə uşağın gələcək inki­şa­­fının əsasını təş­kil edir. Ailə tərbiyəsindəki başqa qü­­surlardan birini qeyd edərək yazırdı: “Bir ana oğ­lu­na “Yav­rum! Quzum! Get qardaşını çağır da gəlsin, ye­­məyini yesin” deyəcəyi yerdə, “Part­­damış! Gəbər­miş! Get o qan qusmuş cönənbəri çağır da gəlsin, zəh­ri­marını zoq­qum­­­lasın” – diyor”.

 Hüseyn Cavidin haqlı fikrincə ata və anaların gözəl, mə­­nəvi sifətlərə malik olması uşaq­­la­rın düzgün tər­biyə­­sinə təsir edir. Övladlarının tərbiyəsi ilə məşğul ol­ma­­yan va­li­deyn­lər isə sabahkı gün öz “cigərguşələ­ri­nin zillət, fəlakət odunda yanıb-qovrulduqlarını” ağ­­­­la­ya-ağ­laya seyr edəcəklərini şair qeyd edərək yazır: “Bu gün azacıq təbiətə qarşı du­rub öv­la­dı­nı tərbi­yə­dən məhrum buraqanlar, yarınki gün cigərguşələrinin zil­lət, fəlakət odun­­da ya­nıb-qovrulduqlarını ağlaya-ağ­­laya seyr edəcəklər. Cocuqlar məsumdurlar, onün­­­­­­çin et­dik­ləri işlərin heç birindən məsul deyil­dirlər, onların hal və hərəkətlərindən mə­sul olacaq yal­­nız ata-analarıdır. Qızını, oğlunu tərbiyə etməkdə mü­sa­mə­­hə [səh­lən­kar­lıq – K.C.] gös­tə­rən valideyn qa­nun və əx­­laq nəzərində şiddətlə məsul tutulmalıdır. Çün­ki cə­­miy­yəti-bə­şə­riyyə için müzürr [ziyanlı, zərər­li – K.C.] bir adam hazırlamış olurlar. Xe­yir­siz, xain, ədəb­­siz öv­lad yetişdirib onları tərbiyə və islaha çalış­ma­yan ata-analar, şüb­hə­siz ki, gə­lə­cək­də namuslu, vic­danlı, hey­siyyətli insanlara müsəllət olmaq üçün bir sürü əx­­­laq­­sız, bir yı­ğın sərsəri yetişdirmiş olurlar. Böy­lə qeyd­­siz, tərbiyəsiz ata-ananın nə də­rə­cə məsul ola­­ca­ğı, nə müdhiş cinayət işləyəcəyi hər kəscə məlum, aydın bir həqiqətdir”.

Yekun olaraq qeyd edək ki, pedaqoji fikir nümayəndələri (K.D.Uşinski, A.O.Çern­ya­­yevski, V.A.Suxomlinski, M.Qor­ki, M.A.Şahtaxtlı, M.T.Sidqi, E.Sultanov, N.Nə­ri­ma­­nov, C.Məm­məd­­quluzadə, M.S.Ordubadi, H.Cavid və b.) ailədə yeni, sağlam, gö­zü­açıq, mə­­­­də­­ni in­­san­­lar yetişdirmək işinə mane olan ən­gəl­­ləri qələmlərinin gücü ilə təsvir etmiş, bu əngəl­ləri tö­­rə­dən sə­bəbləri açıb demiş və eləcə də onların aradan qaldırılmasının tətbiqi yollarını gös­tər­­miş­lər. Pedaqoji fikir nümayəndələri tərbiyə işinə bö­yük xalq və vətən işi ki­mi bax­mış­lar. Çün­­­ki hər işin başlanğıcı tərbiyədən ası­lı­dır. Xal­­qın ən bö­yük ümi­­di olan gənc nəsli tər­­bi­yə etməkdir. Vətənin gələcəyi, onun in­ki­şafı, dövlət, ədə­biy­­yat və elm xadim­lə­ri­nin bö­­yük ideyaları gənc nəslin tərbiyə­sin­­dən ası­­lı­dır. Bu gerçək hə­­qiqəti müdafiə və bə­yan edən söz xiridarları ailə-övlad tər­biyəsi, yetişən nəslin təhsili, təlimi, onların əx­la­qı­nın saf­­­­laş­dı­rıl­ma­sı, mənəvi key­fiy­yətlərinin yetkinləşdi­ril­mə­si, halal əməyə alış­dı­rıl­ma­sı, qey­­­­rət­li-namuslu vətəndaş­lar kimi yetişdi­ril­­məsi ilə bağ­lı yazıları ilə Azərbaycan mək­təb və pedaqoji fikir tarixinin zənginləşdirilməsi sahəsində bir daha misilsiz xidmətlər gös­­­tər­miş­­­lər.

KAMAL CAMALOV

 Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycan Yazıçılar Birliyinin üzvü

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Arzu Kazımqızı Nehrəmli

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün (27 Oktyabr 1970) gözəl insan, ‎dəyərli söz adamı, sevimli şair, tariximizin keşiyində mərdi-mərdanə dayanmış alim Arzu Kazımqızı Nehrəmlinın doğum günüdür. Ad günü münasibəti ilə ‎Arzu xanımı təbrik edir, həm yaradıcılıqda, həm də elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayır və onun söz dünyasından bir neçə nümunə təqdim edirik:

QISA ARAYIŞ:

Arzu Kazım qızı Nehrəmli- şair, tarix üzrə fəlsəfə doktoru, 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İlk “Əbədi sevgi” adlı şeirlər kitabı 1997-ci ildə, “Tənha qu nəğməsi” şeirlər kitabı  2001-ci ildə nəşr olunmuşdur. Bu il Arzu Nehrəmlinin  “Unutmağı öyrənirəm” adlı yeni kitabı “Elm və təhsil” nəştiyyatı tərəfindən çap edilib. Elmi kitabı isə 2008-ci ildə çapdan çıxıb. Onlarla elmi və publisist məqalələrin müəllifidir. Sözlərinə 50-yə yaxın musiqi bəstələnmişdir.

YARADICILIĞINDAN NÜMUNƏLƏR:

Yoluna davam et, uğur, ürəyim

Elədən beləyə dərdə yol açdın,

Üstü ələk-vələk, yağır ürəyim.

Nə bir üsyan etdin, nə də ki, çaşdın,

Sındın, əyilmədin, məğrur ürəyim.

Hər gələn nə varsa, çəkdin üstünə,

Buna tab gətirməz nə köks, nə sinə,

Axı, sən ürəksən, səs ver səsimə,

Bir dillən, bir danış, bağır, ürəyim.

Bir dəvə yükünlə karvan gəzirəm,

Axıdıb sellərə, saman gəzirəm,

Təzdən peşman olub aman gəzirəm,

Qorxuram çatlayar, yığır ürəyim.

Sən kökü dərində məzhəb imişsən,

Oxuna bilməyən sənəd imişsən,

A mənim güvəncim, sən nə imişsən?

Özü dünya boyda yumruq ürəyim.

Məndən çəkdiyini ud qram-qram,

Nə aldın, alırsan, bac alammıram,

Onsuz da səninlə bacarammıram,

Yoluna davam et, uğur, ürəyim.

Dərd gəlib dərdinin üstünə, Vətən.

Sənə dəyən mənə dəyib keçibdir,

Qəddimi, belimi əyib keçibdir,

Bu nə ağrı-acı, bu nə biçimdir,

Yüz ildir, min ildir xəstənəm, Vətən.

Bağın, bağçaların dad gəzən yerdə,

Necə çiçək açsın yad gəzən yerdə?

Kül altda ocağın od gəzən yerdə

Boğulum, kor olum tüstünə, Vətən

Torpaq nalə çəkib, göy ağlayıbsa,

Hələ gəlin könlün yas saxlayıbsa,

Qınında qılıncın pas bağlayıbsa,

Girmisən Babəkin qəsdinə, Vətən.

Ömrün qışa dönüb,  yazı neyləsin,

Qismətin beləymiş yazı neyləsin.

Səni belə görən Arzu neyləsin?!

Dərd gəlib dərdinin üstünə, Vətən.

Ehtiyatla tumar çəkin

Ey atalar,

balanıza sevginizi bir az ehmal

göstərməyə çalışın siz!

Bu vərdişə alışın siz!

Yan- yörəyə nəzər salın,

balanızın qadasını, bəlasını…

Gündə bir yox,

gündə milyon dəfə alın.

Bir az ölçün, bir az biçin,

Balanızın saçlarına

ehtiyatla tumar çəkin.

Ətrafdakı tumarsızlar,

bu tumara gümansızlar,

görə bilər bu səhnəni.

Sınıq-sınıq, düyün-düyün,

param-parça o telləri sızlatmayın,

O tellərin yiyəsini için-için ağlatmayın!

Ey atalar,

balanıza sevginizi bir az ehmal

göstərməyə çalışın siz.

İsrar edin, cəhd göstərin,

bu vərdişə alışın siz!

Qorxuram gözdən düşərəm

Qənimdir duman yollara,

Qəsdimə duran yollara.

Xəyalım gedən yollara,

Obaşdan, tezdən düşərəm.

Hardayam, hardan gəlirəm,

Yerim yox, göydən gəlirəm.

Açıb-ağarda bilmirəm,

Qorxuram gözdən düşərəm.

Arzu gəzər məzar-məzar,

Ümid tapar, gün qazanar.

Ümidsiz yollar uzanar,

Taqətdən, dizdən düşərəm.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KAMAL CAMALOV

HÜSEYN CAVİD YARADICILIĞINDA UŞAQ PSİXOLOGİYASI

XX əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafında xüsusi xidməti olan sə­nət­kar­lar­dan biri də Azərbaycan romantik şeirinin banisi Hüseyn Caviddir. Onun bu janrda fəa­liy­yə­ti təsadüfi olmamışdır. Yaradıcılığında uşaq əsərlərinə əhəmiyyət verməsi, XX əsrin əv­və­lində Azərbaycanda milli məktəblər şəbəkəsinin nisbətən genişlənməsi və ana dilində dərs­­liklərin uşaqlar üçün oxu materiallarının yoxluğu ilə əlaqədar idi. Təsadüfi deyildi ki, bu zəruriyyət üzündən Azərbaycanda bir çox mütərəqqi fikirli ziyalıların (M.Ə.Sabir, A.Şaiq, A.Səhhət, S.S.Axundov, M.Mahmudbəyov və b.) təşəbbüsü ilə uşaqlara məxsus mət­buat orqanları nəşrə başlayır, dərsliklər çap olunurdu. Yeni nəsli maraqlandıran, zöv­qü­nü oxşayan xüsusi əsərlər yazılır, tərcümələr edilir, mətbuat vasitəsilə uşaqlara çat­dı­rı­lır­dı. Bununla da Azərbaycanın görkəmli maarifpərvər şair və yazıçıları bir tərəfdən sə­ləf­lə­ri (N.Gəncəvi, M.Füzuli, Q.Zakir, S.Ə.Şirvani) tərəfindən əsası qoyulan milli uşaq ədə­biy­yatı sahəsindəki işi davam etdirirdi, digər tərəfdən, uşaqların təlim-tərbiyə və təhsil sa­hə­­sində ehtiyacını ödəməyə çalışırdılar. H.Cavid də məhz bu yolda əmək sərf etmiş, öz ya­ra­­dıcılığı ilə Azərbaycanda milli uşaq ədəbiyyatının xəzinəsinə töhfələr vermiş, onu yük­sək pilləyə qaldırmışdır.

Uşaq ədəbiyyatının tematikası H.Cavid yaradılılığında nə qədər müxtəlif olsa da, bu sa­­hədə onun əsərləri zahirən nə qədər dağınıq və sistemsiz görünsə də onlar öz məzmunu eti­barilə vahiddir, tərbiyəvi mənasına görə bir-birini tamamlayır və inkişaf etdirir, onlarda da­xili birlik və məqsəd aydınlığı vardır.

H.Cavidin bu sahədəki bütün səy və cəhdi bir məqsədə – ümumiyyətlə, adamların, xü­susən gənc nəslin əxlaqi cəhətdən yüksəlməsinə yönəldilmişdir; o, adamı həm özü üçün, həm də cəmiyyət üçün yararlı etməyə, onun zəkasını həyat təcrübəsi ilə, bəşəriyyətin əsrlər boyu yaratmış olduğu ən yaxşı sərvətlərlə zənginləşdirməyə çalışırdı. H.Cavid gənc nəsli elə silahlandırmaq istəyirdi ki, o, ictimai mühiti mümkün qədər dərin və ətraflı başa düş­sün, mövcud vəziyyətə düzgün qiymət verməyi bacarsın və hətta lazım gələrsə, onu də­yiş­di­­rə bilsin. Uşaq ədəbiyyatında H.Cavidin irəli sürdüyü məsələlər elə aktual və həyatidir ki, bir əsr bundan əvvəl yazılmasına baxmayaraq onlar hələ indi də öz əhəmiyyətini itir­mə­miş­dir. H.Cavidin əsərləri insan şəxsiyyətinin və cəmiyyətin inkişafına mane olan qa­ra­gü­ruh­­çu qüvvələrə qarşı mübarizə aparmaq üçün oxucunu mədəniyyətə, maarifə, in­san­pər­vər­­liyə, xeyirxahlığa, dostluğa, əməkdaşlığa çağırır. Həm də bütün bunlar oxuculara, bi­rin­ci növbədə uşaqlara elə məharətlə təqdim edilir ki, hətta kiçik yaşlı uşaqlar belə çətinlik çək­mədən onu oxuya və başa düşə bilir.

H.Cavidin uşaq və yeniyetmələr üçün yaratmış olduğu səmimi, sadə, təbii lirik şeir­lə­ri öz maraqlılığı, həyatiliyi, tərbiyə, təhsil nöqteyi-nəzərdən faydalılığı cəhətdən əha­tə­li­dir. Onun Azərbaycan uşaq ədəbiyyatının qızıl fonduna daxil edilmiş, indi də uşaqların dil­lər əzbəri olan «Qız məktəbində», «Sevinmə, gülmə quzum», «Öksüz Ənvər», «İlk bahar», «Çiçək sevgisi», «Qoca bir türkün vəsiyyəti», «Hərb və fəlakət», «Kiçik sərsəri» və s. ori­ji­nal şeirləri uşaq yaşına və psixologiyasına uyğun olaraq onlarda dünyagörüşünün, əq­lin, tə­fəkkürün, bədii zövqün və təxəyyülün formalaşmasına təsir edir. H.Cavidin uşaq ədə­biy­ya­tı sahəsində müvəffəqiyyətlə çıxış etməsi, onun uşaq əsərlərinin maraqlı, cəlbedici, uşa­ğın psixologiyasına uyğun olması ondan irəli gəlir ki, H.Cavid bir şair, dramaturq olaraq qal­ma­mış, həm də yüksək pedaqoji ustalığa malik bacarıqlı bir müəllim olmuşdur. Nakam öm­rünün axırına kimi müəllim işləyərək gənc nəslin təlim-tərbiyəsinə xidmət etdiyindən uşaq psixologiyasını daha dərindən öyrənmiş və onların yaşına müvafiq əsərlər ya­rat­mış­dır. Onun əsərlərinin tədqiqi və bu əsərlərdə irəli sürülən pedaqoji məsələlərin müəy­yən­ləş­­dirilməsi də H.Cavidin uşaq psixologiyasını incəliklərinə qədər bilən, uşaq aləmini ay­dın surətdə dərindən təsəvvür edən, əsl uşaq yazıçısına xas olan xüsusiyyətlərə malik «…nəcib, sevən, riqqətli, sakit, körpəcə sadədil bir qəlb, yüksək məlumatlı bir ağıl, şeylərə ay­dın bir baxış, yalnız canlı təsəvvür deyil, həm də canlı, şairanə bir xəyal, hər şeyi canlı, rəng­li surətlər halında təsəvvür etməyə qabil», uşaqları ata məhəbbəti ilə sevən şair-pe­da­qoq-psixoloq olduğunu təsdiq edir.

H.Cavidin şeirləri nəinki uşaqları, hətta böyükləri belə cəlb edir; bu şeirlər diqqəti cəlb edir, oxucunun qəlbinə daxil olur. H.Cavid öz yaradıcılığında belə tələbləri nəzərə al­mış­­dır; o öz şeirləri ilə uşaqları heyran edir, intizarda qoyur, sevindirir, ruh yüksəkliyi ya­ra­­dır və s. Elə buna görə də H.Cavid artıq romantik uşaq ədəbiyyatının yaradıcısı kimi yox, həqiqətən bədii realist uşaq ədəbiyyatının yaradıcısı olmağa çalışmışdır. H.Cavid Azər­­baycanda uşaq ədəbiyyatının sürətlə inkişafına ciddi təsir göstərmişdir. O, uşaqlar üçün yazılmış olan əsərlərdə yoruculuğa, darıxdırıcılığa, sıxıntılığa, səmərəsizliyə qarşı çıx­mış­dır. Öz uşaq ədəbiyyatı ilə H.Cavid uşaqlarda ideyalılıq, həyatilik, doğruçuluq, yük­sək bədiilik, zəngin bədii təxəyyül və s. kimi əxlaqi keyfiyyətlər tərbiyə etməyə ça­lış­mış­dır. Uşaqları yormadan, onları darıxdırmadan ədəbiyyat vasitəsilə onlara bilik vermək və tər­­biyə etmək Cavidin arzusu olmuşdur. Şair uşaqları uydurulmuş sayıqlamalarla al­dat­ma­ğın əleyhdarı, həyat həqiqətlərinin uşağa şərh edilməsinə tərəfdar idi.

Gözəl həyata çağırış, zülmkarlara qarşı amansız mübarizə aparmaq və insanın ya­ra­dı­cı qüvvəsinə inam H.Cavidin uşaq ədəbiyyatının əsas qayəsini təşkil edir. Həqiqət və xe­yir­xahlığın qələbəsinə inam onun bütün əsərlərinin tamlığını təşkil edir. Şairin əsərlərində hə­yat təcrübəsindən irəli gələn xalq müdrikliyi tərənnüm edilir; buna görə də onun ya­rat­mış olduğu uşaq ədəbiyyatı gənc nəslin tərbiyəsində böyük rol oynayır.

İlkin olaraq qeyd edək ki, H.Cavid pedaqoji-metodik fikir tariximizdə dərslik müəl­li­fi kimi də tanınır. Bildiyimiz kimi, XIX əsrin axırları – XX əsrin əvvəllərində milli dərs­lik kitablarımız yox dərəcəsində idi. Dərslik kitabları yazmağa təşəbbüs göstərən şair və ədib­­lərimiz Abdulla Şaiq və Hüseyn Cavid olmuşdur. Təsadüfi deyildi ki, 1919-cu ildə əməl dostları A. Şaiqlə H.Cavidin birgə yazdığı «Ədəbiyyat dərsləri» adlı dərslik ki­tab­ça­sı pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, müəllim və şagirdlərin istifadəsi üçün yararlı hesab edilmişdir. Bu tədris vəsaiti uğurlu nəşr idi. Müəlliflər Azərbaycan Xalq Cümhuriyyətinin «Hökumət mətbəəsi»ndə nəşr olunmuş dərslikdə dövrün ictimai si­fa­rişlərini və pedaqoji tələblərini gözləməyə çalışmış və demək olar ki, buna nail olmuşlar. Şüb­həsiz, belə debütün əsasında hər iki müəllifin çoxillik müəllimlik təcrübəsi, «uşaq ru­hu­nun mühəndisi» olmaq kimi psixoloq-pedaqoq keyfiyyətləri və ən başlıcası isə onların parlaq yazıçı istedadı dururdu. Məhz bunun nəticəsidir ki, H.Cavid uşaq şeirlərinin mahir ustası kimi tanınır və qiymətləndirilirdi.

Fikrimizcə, H.Cavidin uşaq şeirlərini məzmun-mündəricə baxımından iki qismə ayır­­maq olar: birinci qisim şeirlərində bu sahənin klassikləri kimi H.Cavid də uşaqların ətraf aləm haqqında tanışlığı, bilik və təsəvvürlərinin genişləndirilməsinə çalışır. Məsələn, «İlk bahar» və s. şeirlərində olduğu kimi. İkinci qisim şeirlərində isə daha çox özünün pe­da­­qoji baxışlarını – tərbiyə haqqında fikirlərini ön plana çəkir. Məsələn, «Öksüz Ənvər», «Qız məktəbində» və s. şeirlərində olduğu kimi.

«Kiçik bir məktəbliyə» həsr olunmuş «İlk bahar» şeirində şair ilk öncə baharın gəl­mə­si ilə təbiətdə baş verən canlanmanı qələmə alır. Cavid baharın gəlişi ilə insanların tut­qun  qəlbinin açılmasını, məktəbli oğlan və qızların bir ağızdan oxuyub-oynamasını, qol-qo­­la gəzib təbiətin bu füsunkar gözəlliyinə heyran olmalarını pedaqoji ustalıqla təsvir etmişdir:

                    Bahar, bahar gəlmiş, yenə ilk bahar;

                    Güllər, çiçəklər gülər, quşlar oynar.

                    Göyün altın saçlı qızı nur saçar,

                    İnsanların tutqun gönlünü açar…

                    Bir yanda məktəbli bir çox qız, oğlan

                    Oynaşıb oquşur həp bir ağızdan.

                    Əl-ələ, qol-qola şadan olurlar,

                    Haqqın qüdrətinə heyran olurlar.

H.Cavid çılpaq nəsihətə, didaktizmə yol verməmək üçün şeirlərini həyati hadisələr əsa­sında yazmışdır. «Öksüz Ənvər» şeirində oxuyuruq: Budur, oxuduğu sinifdə həmişə dərs­də və əxlaqda birincilik qazanan doqquz yaşlı balaca Ənvər neçə gündür ki, dərsdə su­sur, danışmır: dindirəndə də sel kimi göz yaşları tökür, hıçqırıqlara boğulur. Ənvər çox­dan­­dır ki, atadan yetim qalmışdır. Üç ay var ki, yeganə ümidi olan anası da sönmək üz­rə­dir. Ənvər hər sabah dərsə davam edir, ancaq fikri, xəyalı anasının yanında qaldığından müəl­limin söylədiklərini eşitmir, «bir şey anlamayır»:

                    Dalıb, dalıb gediyor, dərs için, vəzifə için,

                    Toqat yeyirsə də biçarə susmuş, ağlamayır.

Artıq səkkiz gündür ki, Ənvər dərsə getməyir. Artıq anasını itirdiyindən hər gün mə­zarı üstündə ağlar, sonra bayğın hal keçirər. Müəllimə gəldikdə isə, Ənvər onu yalnız bir şagird kimi maraqlandırır. Əgər şagird verilən tapşırıqlara əməl etməyibsə, məlum sə­bəb­lər üzündən belə dərsə gəlməyibsə, müəllimin nəzərincə tənbehə layiqdir. Bəs bir in­san, canlı varlıq və psixoloji-ruhi orqanizm olaraq Ənvəri duymaq, onun pərişan əhval-ru­hiyyəsinə aşina olmaq, təsəlli etmək lazım deyilmi:

                    Sorar sinifdə müəllim o kimsəsiz cocuğu,

                    Qızar da söylənərək hər gün arxasınca onun;

                    «Aman, nasıl yaramaz! Bax, bu həftə keçdi dəxi

                    Nə bir xəbər, nə bir iz var? Demək o bir çapqın…»

Şair şeiri ürək yaxan, qəlb titrədən aşağıdakı sonluqla bitirir:

                    Yarınkı gün o soluq çöhrə pürməlali təb,

                    Sinifdə ərzi-vücud etdi. Dərsə başlanacaq

                    Müəllim əksi, çatıq üzlə püritabü qəzəb,

                    Görüncə Ənvəri, qaldırdı:

                    – Ey Cocuq, mənə bax!

                    Sən, iştə hanki cəhənnəmdə, söylə, nerdə idin?

                    Düşünmə, söylə!

                    –  Əfəndim, şey…

–Ah, dəni, yaramaz!

                    Nasıl da bax dalıyor, sanki tülküdür qurnaz!..

                    Cocuqcığazda cavab: iştə bir sükuti-həzin…

                    Gözündə dalğalanır incə bir bahar buludu,

                    O həp baxıb duruyor, yoxdur onda hiylə və suç…

                    Sükuta qarşı müəllim qəzəblə bir, iki, üç

                    Toqatlayınca, cocuq bircə kərrə hıçqırdı;

                    «Aman, vay, annəciyim!..», sonra qəşş olub getdi;

                    Bu səs sinifdə olan cümlə qəlbi titrətdi.

Göründüyü kimi, bu parçada təsvir olunan müəllim də, sinif də köhnə cəmiyyətin müəllimi, şagird kollektividir. Müsibətlərə düçar olmuş balaca Ənvərin dərdindən, ələ­min­dən nə müəllimi, nə də şagird yoldaşları xəbər tutur. Səkkiz gün dərsə gəlməyən Ənvərlə ma­raqlanmırlar. Onu heç kəs duymur, üstəlik, patriarxal rejimin sərt, kobud tərbiyə üsul­la­rın­dan əl çəkməyən müəllimin yaramaz hərəkətləri Ənvəri daha da sarsıdır. Bu cavablar, na­layiq sözlər, «toqatlar» məktəbli şagirdin ürəyinin dərinliklərindən gələn hıçqırıqlara, göz yaşlarına və nəhayətdə, «qəşş olub» getməsinə səbəb olur.

H.Cavidin bilavasitə məktəblə bağlı olan şeirləri içərisində «Qız məktəbində» adlı şeiri də diqqəti cəlb edir. Cavid Gülbahardan sorduğu suallara dəyərli və məntiqli cavablar alır. Şeirin məzmunundan aydın olur ki, Gülbaharın atası «bəyzadə»dir. Müəlliməsi tə­rə­fin­dən Gülbara  elə aşılanıb ki, qızcığazın heç bir varda, dövlətdə, qızılda gözü yoxdur. Gül­­bahar müəlliməsinin söylədiyi kimi, «bir qızın, ancaq bilgidir, təmizlikdir ziynəti» söz­lə­rini şüar tutaraq məhəbbətinin allaha, onun göndərdiyi elçilərə, ata-anasına, müəl­li­mə­si­nə və ən nəhayətdə bütün insanlara olduğunu açıqlayır:

Müəlliməm hər gün söylər: «Onların yox qiyməti,

                      Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti».

                      – Pək doğru söz. …Bu dünyada sənin ən çox sevdiyin

                      Kimdir, quzum, söylərmisin?

                                        – Ən çox sevdiyim ilkin

                      O allah ki, yeri, göyü, insanları xəlq eylər.

                      – Sonra kimlər?

                      – Sonra onun göndərdiyi elçilər.

                      – Başqa sevdiklərin nasıl, yoxmu?

                      – Var…

                      – Kimdir onlar?

                    Anam, babam, müəlliməm, bir də bütün insanlar…

 Qeyd etdiyimiz kimi, məktəblə valideynlər arasında bu kimi sıx əlaqə yaradılmalı, vahid tələblər sistemindən yanaşılmalıdır. 

«Sevinmə, gülmə, quzum!» adlı şeirində isə H.Cavid insan şəxsiyyətinin tə­şək­kü­lün­də tərbiyənin rolunu yenə yüksək qiymətləndirir. Şeirdə qeyd edilir ki, birinə ağır fə­la­kət üz verərsə, belə hala sevinmək lazım deyildir. O, «zavallıların», «bikəslərin» qəlbinə to­xunmamağı məsləhət edir.

         Sevinmə, gülmə, quzum, kimsənin fəlakətinə;

         Bu  hal, əvət, eyi bir şey deyil, sevinmə, saqın!

         Sevinmə başqasının hali-pürsəfalətinə,

         Toxunma qəlbinə bikəslərin, zavallıların.

         Toxunma ruhum! Əvət, kinlidir fələk, bir gün…

         Qızar, həmən gücənib intiqam alar səndən.

         Bu gün gülən yarın ağlar, saqın öyünmə, düşün!

         Düşün də munis ol! İncitmə, qırma kimsəyi sən!..

Göründüyü kimi, şair-müəllim uşaqları yoldaşlıqda, dostluqda möhkəm olmağa, biri-birilərinin qəmlərinə, sevinclərinə şərik olmağı, tən olmağı məsləhət edir. H.Cavid bu cür hikmətamiz sözləri aydın, obrazlı, saf Azərbaycan milli koloritində, canlı təsvir olunan ha­disələr fonunda elə bacarıqla verir ki, şagirdlər bunu daha aydın başa düşür, ondan tə­sir­lənir, öz əməli işlərində və davranışlarında bu tələblərə əməl etməyə çalışırlar.

Şairin uşaq əsərlərinə xas olan xüsusiyyətlərdən biri də onun şeirlərinin konkretliyi, fikir aydınlığı ilə fərqlənməsidir. Cavidin yuxarıda adları qeyd olunan şeirləri məhz bu cə­hət­dən də maraqlıdır. Bu şeirlərdə artıq ifadə və sözlərə rast gəlmirik, hər sözün öz yeri, öz mə­nası vardır. Şair həmişə lakonik şəkildə sözlə çox məna və fikir ifadə etməyə çalışır ki, bu da uşaqlar üçün yazılan əsərlərə verilən mühüm tələblərdəndir.

H.Cavid əsərlərində irəli sürdüyü ideyanı, elmi məlumatları, həyat hadisələrini elə ma­raqla, elə real şəkildə ifadə edir ki, hər bir şagird, uşaq həmin məlumat və hadisələri ay­dın dərk edir, düşünür, müqayisə edir, müstəqil mühakimə yürüdə bilir. Cavid əsərlərində əsas ideyanı – şagirdlərə aşılanacaq əxlaqi keyfiyyətləri daha təsirli çatdırmaq üçün həmişə mən­fi və müsbət keyfiyyətləri – yaxşılıq-pislik, sadəlik-təkəbbürlülük, təvazökarlıq-lov­ğa­lıq, xeyirxahlıq-bədxahlıq, tənbəllik-işgüzarlıq və s. bir-biri ilə qarşılaşdırır. Bunlardan han­sının yaxşı keyfiyyət və hansının pis sifət olduğu uşaqlara əsaslı sübutlarla izah edilir. Bu da əsərdə irəli sürülən tərbiyəvi ideyanın şüurlu şəkildə mənimsənilməsini təmin et­mək­lə uşaqlarda müstəqilliyi, təşəbbüskarlığı və fikir fəallığını yüksəldir.

Qeyd etmək lazımdır ki, H.Cavidin uşaq şeirləri nəinki uşaqlar üçün tərbiyə mək­tə­bi­dir, eyni zamanda, yaşlı nəsli də dərindən düşündürməyə sövq edir, onların əxlaqına, mə­nəviyyatına qida verir. Heç təsadüfi deyildir ki, şair-müəllimin uşaq şeirləri dəfələrlə Abdulla Şaiqin hazırladığı milli uşaq dərsliklərində, o cümlədən «Türk çələngi», «Qiraət ki­tabı», «Türk ədəbiyyatı» kimi milli dərslik kitablarında nəşr edilmişdir.

Bütün bu deyilənlər göstərir ki, H.Cavidin gənc nəslin təlim və tərbiyəsində uşaq ədə­biyyatının əhəmiyyətini aydın dərk etdiyini, onun yaradılması üçün məhsuldar ça­lış­dı­ğı­na sübutdur.

Yekun nəticə olaraq qeyd edək ki, Hüseyn Cavid gənc nəslin tərbiyə olunmasında uşaq ədəbiyyatına böyük əhəmiyyət vermiş, nəinki sözdə, hətta pedaqoji fəaliyyəti illərində də uşaq­lar üçün necə yazmağın lazım olduğunu əyani olaraq göstərmişdir. H.Cavid tərəfindən yaradılmış uşaq ədəbiyyatı təsadüfi söylənilmiş fikirlər yığını deyil, mün­təzəm şəkildə şərh edilmiş pedaqoji ideyalar sistemidir. H.Cavidin uşaqlar üçün yazıb ya­ratmış olduğu əsərlər müəyyən bir məqsədə yönəldilmişdir. Həmin əsərlərin ya­zıl­ma­sın­da uşaq psixologiyasının xüsusiyyətləri nəzərə alınmışdır. Bildiyimiz kimi, XI sinif şa­gird­lə­rinin dərsliklərində Hüseyn Cavidin əsərləri tədris edilir. Arzu edərdik ki, ibtidai sinif şa­gird­lə­rinin də dərsliklərində böyük ideallar şairinin şeirləri öz əksini tapmış olsun.

Müəllif: Kamal Camalov

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycan Yazıçılar Birliyinin üzvü

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TALEH XƏLİLOV

ZƏHMƏTKEŞ YARADICILIĞIN BƏHRƏSİ

Naxçıvanda təlim-tərbiyə nəzəriyyəsi və təcrübəsinin tarixi Azərbaycan məktəb və pedaqoji fikir tarixinin tərkib hissəsi kimi həmişə diqqət mərkəzində olmuşdur. Naxçıvan bölgəsi ən qədim dövrlərdən günümüzə qədər Azərbaycan xalqının mənəvi-mədəni sərvətlərinin, həmçinin məktəb tariximizin və təhsil mədəniyyətimizin zəruri hissəsini təşkil etmişdir. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanının ictimai- mədəni mühit  mərkəzlərindən biri olan Naxçıvan bölgəsində məktəb və təhsil tariximiz çox zəngin və mürəkkəb inkişaf yolu keçmişdir. Təhsil və pedaqoji fikir sahəsində belə bir tarixi təcrübənin, keçilmiş yolun verdiyi bəhrənin sistemli şəkildə öyrənilməsi xüsusi əhəmiyyətə malikdir.  Xalqımızın maariflənməsində bu dövrün əhəmiyyəti ilə bağlı ümummilli lider Heydər Əliyev demişdir: “Xalqımızın maariflənməsi, təhsillənməsi üçün o dövr çox əhəmiyyətli bir dövr olmuşdur. Biz bunu qiymətləndirməliyik, heç vaxt unutmamalıyıq. Biz tariximizə doğru, ədalətli qiymət verməliyik. Sözün əsl mənasında Azərbaycan məktəbi məhz iyirminci əsrdə yaranmışdır. Azərbaycan dilində, xalqımızın öz ana dilində uşaqlara, gənclərə təhsil verən və millətimizi təhsilləndirən məktəb yaranmışdır. Bizim bu gün malik olduğumuz iqtisadi və siyasi potensiala, təhsil potensialına görə o dövrdə yaranaraq inkişaf etmiş təhsil sisteminə borcluyuq”.

Bu gün ölkənin regionlarında milli təhsil sistemimizin keşməkeşli yolunun öyrənilməsi, tarixən formalaşmış ictimai-mədəni sərvətlərimizin daha dərindən və hərtərəfli araşdırılması  müstəqillik dövrünün verdiyi imkanlar daxilində arşdırılmalıdır. Regionlarda məktəb və pedaqoji fikrin inkişaf mərhələlərini, onun spesifikasını aşkarlayıb  üzə çıxarmaq, pedaqoji fikir tarixində yerini və mövqeyini müəyyənləşdirmək ən vacib məsələlərdən biridir. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Vahid Rzayevin “Naxçıvanda məktəb və pedaqoji fikir (XIX əsr və XX əsrin əvvəlləri)” adlı monoqrafiyası maraq doğrurur, elmi-nəzəri və praktik dəyərliliyi ilə diqqəti cəlb edir.

Elmi redaktoru, pedaqogika üzrə elmlər doktoru, professor İsmayıl Əliyev, rəyçiləri isə  pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmov və pedaqogika üzrə elmlər doktoru Həsən Bayramov olan monoqrafiya çox zəngin mündəricata və  struktura  malikdir. Qeyd edək ki, monoqrafiya 4 fəsil, 13 yarımfəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. 

Monoqrafiyanın başlanğıcında “Müəllifdən” başlıqlı mətni oxuyanda əsərin zənginliyini sezmək olur. “Naxçıvanda məscid məktəbləri və mədrəsələri” adlı birinci fəsili “Qədim dövrlərdən XIX əsrə qədər Naxçıvanda məktəb və pedaqoji fikrin inkişafına dair xülasələr” və “XIX əsr və XX əsrin əvvəllərində Naxçıvanda məscid məktəbləri və mədrəsələrin vəziyyəti” başlıqlı iki yarımfəsilə ayrılır. Müəllif bu yarımfəsillərdə qədim dövrlərdən başyaraq XIX əsrə qədər uzun bir dövrdə Naxçıvanda məktəb və pedaqoji fikrin inkişafını araşdırmış, XIX və XX əsrin əvvəllərində Naxçıvanda məscid məktəblərinin və mədrəsələrin vəziyyətini tədqiqə cəlb etmişdir. Müəllif haqlı olaraq qeyd etmişdir ki, “Naxçıvanın  elm və mədəniyyəti,  maarif və təhsili çox-çox qədim tarixə malikdir. Qədim diyarın əsrlərin dərinliklərindən gələn maddi mədəniyyət abidələri müəyyən biliklərin, bacarıqların, tərbiyə keyfiyyətlərinin ifadəsi, nəcib və zəngin təcəssümüdür. Qədim Gəmiqaya rəsmləri Naxçıvanın qədim sakinlərinin məişət və yaşam məqsədlərindən doğan bacarıqlara malik olduğunu, nizamlı, düşünülmüş hərəkətlərə yiyələndiyini əyani şəkildə sübut edən maddi-mənəvi sərvətlərdir”.

Müəllifin bu fikrindən aydın olur ki, qədim və ilkin orta əsrlərdə Naxçıvan bölgəsində formalaşmış məktəb və pedaqoji fikir ümumiyyətlə Azərbaycan mədəniyyətinin, təhsil və pedaqogikasının çox əhəmiyyətli səhifələrini təşkil edir. İndiki halda tədqiqat müəllifi bu monoqrafiyada  Naxçıvanın təhsil və tərbiyə tarixinin bəhs olunan dövrlərinin açılmamış səhifələrini məharətlə araşdırmış, lazımi mənbələri dərindən və ətraflı şəkildə öyrənmişdir.

Həmçinin müəllif bu fəsildə Naxçıvanda fəaliyyət göstərmiş məscid məktəbləri və mədrəsələri haqqında ətraflı məlumat vermişdir. Bildiyimiz kimi məktəblər Azərbaycannın bütün bölgələrində olduğu kimi, Naxçıvan bölgəsində də savad təlimi və şəriətin əsaslarının öyrədilməsi vasitəsi kimi başlıca tədris ocaqları olmuş, zaman-zaman nəsillərin, böyük mütəfəkkirlərin ali mədrəsə təhsilinə, eləcə də müstəqil şəkildə təhsillənmə yoluna işıq salmışdır. Müəllifin qeyd etdiyi kimi, bu tədris ocaqları hələ ilkin orta əsrlərdə dövlət idarələrində kargüzarlığın, əhali arasında yazılı ünsiyyətin formalaşmasına, ümumən ölkədə savad təliminin yayılmasına xidmət etmişdir.

Monoqrafiyanın “Naxçıvan xanlığının Rusiya tərəfindən işğal edilməsi və bölgədə Rus dövlət məktəblərinin yaranması” başlıqlı ikinci fəsli “İlk rus dövlət məktəblərində Azərbaycan dilinin tədrisi məsələləri”, “Naxçıvan qəza məktəbi”, “Məktəbin şagird heyyətinin milli və silki tərkibi”, “Məktəbin müəllimləri”, “Ordubad şəhər ibtidai məktəbi” və “Regionda kənd ibtidai məktəblərinin meydana gəlməsi və inkişafı” adlı əhəmiyyətli yarımfəsillərə bölünür.

Müəllif bu yarımfəsillərdə ilkin olaraq ilk rus dövlət məktəblərində Azərbaycan dilinin tədrisi məsələlərinə toxunmuşdur. Məlum olduğu kimi, XIX əsr Azərbaycan dövlətinin tarixində və xalqımızın həyatında çox mürəkkəb və ziddiyətli bir dövr olmuşdur. Bu dövürdə Şimali Azərbaycan xanlıqları Rusiya imperiyasının müstəmləkə siyasəti nəticəsində öz müstəqilliklərini itirmişdir. Müstəmləkə ərazisi kimi Rusiya dövlətinin tərkibinə qatılan Azərbaycanda digər sahələrdə olduğu kimi məktəb və pedaqoji fikrin yeni formalarının meydana gəlməsinə zəmin yaranmışdır. Müəllifin yazdığı kimi, Azərbaycanda maarifçi hərəkatın yaranması və yayılması rus dövləti tərəfindən təsis edilən məktəblərin xüsusi əhəmiyyəti vardı. Bildiyimiz kimi, bu məktəblərdə təhsil rus dilində aparılır, Azərbaycan dili isə ayrıca bir tədris fənni kimi öyrədilirdi.

 Daha sonra isə müəllif zəngin arxiv materialları əsasında Naxçıvan qəza və Ordubad şəhər ibtidai məktəblərini araşdırmışdır. XIX və XX əsrin əvvəllərində Azərbaycanda çox az sayda meydana gəlmiş ilk rus dövlət məktəblərindən biri kimi Naxçıvan qəza məktəbi ölkədə ictimai-mədəni mühitin meydana gəlməsində, inkişafında və qabaqcıl pedaqoji ideyaların yayılmasında əhəmiyyətli rol oynamışdır. Tədqiqatçının qeyd etdiyi kimi, qəza məktəbi Naxçıvan şəhərinin ictimai-mədəni həyatının yenilik əlamətləri, mütərəqqi məzmun keyfiyyətləri ilə zənginləşməsi və dərinləşməsi, bölgədə yeni-yeni məktəblərin açılmasına müsbət təsir göstərmişdir.

Həmçinin müəllif Naxçıvan qəza məktəbinin şagird heyyətinin milli və silki tərkibini araşdırmış, məktəbdə dərs demiş və bu günə kimi elmə məlum olmayan bir neçə müəllim haqqında da məlumat vermişdir.

Vahid Rzayev eyni zamanda Ordubad şəhər ibtidai məktəbini də tədqiq etmişdir. Məlum olduğu ki Ordubad Azərbaycanın əsrarəngiz təbiəti, xoş havası, insanların milli-etnik xüsusiyyətlərinin bənzərsizliyi ilə seçilən qədim bölgələrdən biridir. Müəllif bu bölgədə fəaliyyət göstərmiş Ordubad şəhər ibtidai məktəbini tədqiq etməsi təqdirə layiq haldır. Tədqiqatçı bu haqda yazırdı: “Ordubad ibtiadai məktəbi şəhərin və ümumən bölgənin mədəni həyatının inkişafında, əhali arasında maarifin yayılmasında, dünyəvi təhsilin və yeni, mütərəqqi baxışların meydana gəlməsi və inkişafında özünəməxsus yerə, mövqeyə malik olmuş tədris müəssisəsidir”.

Daha sonra isə müəllif Naxçıvan bölgəsində fəaliyyət göstərmiş kənd ibtidai məktəblərini arxiv sənədləri əsasında arşadırmış, əldə etdiyi yeni məlumatları elmi dövrüyəyə buraxmışdır.

Monoqrafiyanın “M.T.Sidqinin “Məktəbi tərbiyəsi” və onun ənənələri əsasında Naxçıvanda rus-Azərbaycan (oğlan və qız) məktəbləri” adlı üçüncü yarımfəsli “M.T.Sidqinin “Məktəbi tərbiyəsi” və onun varisi Naxçıvan rus-Azərbaycan oğlan məktəbi” və “Qadın təhsili uğrunda mübarizə və Naxçıvan rus-Azərbaycan qız məktəbi” başlıqlı iki yarımfəsilə bölünür.

Müəllif  böyük maarifçi ədib Məhəmməd Tağı Sidqinin “Məktəbi tərbiyəsi” və onun varisi olan Naxçıvan rus-Azərbaycan oğlan məktəbini tədqiqə cəlb etmiş və elmə məlum olmayan yeni faktlar üzə çıxarmışdır. Bildiyimiz kimi, Məhəmməd Tağı Sidqi həm ustad müəllim kimi maarifçilik hərəkatında misilsiz xidmətləri, həm də qələmə aldığı tərbiyəvi-didaktik əsərlər ilə XIX  əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda məktəb və pedaqoji fikir tarixində çox böyük rol oynamışdır.

Tədqiqatçı V. Rzayev yazır: “Məktəbi tərbiyə”nin Azərbaycan təhsil tarixində, yeri və onun əldə etdiyi nailiyyətlərdən biri bu tədris ocağında dövlət məktəblərindən fərqli olaraq azərbaycanlı uşaqların şagird kontingentini şəriksiz təşkil etməsində, bu sahədə tam üstünlüyə nail olmasında idi”.

Bununla yanaşı müəllif Naxçıvan bölgəsində maarifpərvər ziyalıların qadın təhsili uğrunda yorulmadan apardıqları mübarizələrini işıqlandırmış, onların səyi nəticəsində Naxçıvanda açılmış rus-Azərbaycan qız məktəbini tədqiq etmişdir. Cəmiyyətdə qadının rolunu yüksək qiymətləndirən V. Rzayev qadının ictimai-mədəni və pedaqoji mühitdəki roluna xüsusən toxunmuşdur. O, yazır: “Naxçıvan ikisinifli rus-Azərbaycan qız məktəbi şagird kontingentinə görə dövrünün əhəmiyyətli tədris müəssisələrindən biri olmuşdur”.

Monoqrafiyanın dördüncü və sonuncu fəsli “XX əsrin əvvəllərində Naxçıvanda ictimai-pedaqoji mühit” adlanır. Bu fəsildə “Görkəmli ziyalıların və qabaqcıl müəllimlərin təhsilin və pedaqoji düşüncənin inkişafında rolu”, “Görkəmli maarifçi-pedaqoqların bölgədə ictimai-pedaqoji mühitin inkişafına təsiri” və “Muxtariyyətin ilk illərində təhsilin və pedaqoji fikrin vəziyyəti” başlıqlı üç yarımfəsilə bölünmüşdür.

Müəllif ilk öncə Naxçıvan bölgəsində yaşayıb fəaliyyət göstərmiş görkəmli ziyalıların və qabaqcıl müəllimlərin təhsilin və eləcə də pedaqoji düşüncənin inkişafındakı rolunu araşdırmışdır. Bildiyimiz kimi, XIX əsr və XX əsrin əvvəllərindəki Naxçıvan mühitindəki ziyalı təbəqənin böyük xüsusi çəkisi olmuşdur. Onların böyük bir qisminin ali təhsilləri olmamasına baxmayaraq, öz bilik və təcrübələri ilə o, dövrdə daima fərqlənmişlər. Bu haqda tədqiqat müəllifi yazır: “Artıq XIX əsrin sonlarına yaxın Naxçıvanda maarifçi hərəkatın böyük bir dəstəsi yetişmişdi. Bu maarifçi ziyalılardan adı Naxçıvanda məktəb təhsili təcrübəsi ilə bilavasitə bağlı olan Mirzə Sadıx Quliyev, Əliməmməd Xəlilov, Məmməd bəy Qazıyev, Əbülqasım Sultanov, Mirzə Ələkbər Süleymanov, Sadıq Xəlilov, Rəhim Xəlilov, Ələsgər Şeyxhəsənov, Ələsgər Abbasov, Molla Məmmədqulu Qazıyev, Kərbalayı Cəfəralı Adıgözəlov, Mirzə Cəlil Şürbi, Məmmədəli Sidqi Səfərov, Kərim bəy İsmayılov, Mirzə Nəsurulla Əmirov, Məmməd Zamanbəyov, Rəhim Kazımbəyov, Şeyx Məhəmməd Rəsizadə, Əlirza Rəsizadə, Həsən Qazıyev və bir çox başqaları bölgənin təhsil tarixinin səhifələrini yazmışlar”.

Daha sonra isə müəllif görkəmli maarifçi-pedaqoqların Naxçıvan bölgəsində ictimai-pedaqoji mühitin inkişafına göstərdiyi təsiri araşdırmış və yeni faktlar üzə çıxarmışdır. Məlum olduğu kimi, XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda təhsilin, ictimai-pedaqoji fikrin inkişafından Azərbaycan ictimai-mədəni fikrinin, pedaqogikasının görkəmli nümayyəndələri Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Üzeyir Hacıbəyov və başqalarının bu və ya digər şəkildə əməyi və misilsiz xidmətləri olmuşdur. Müəllifin qeyd etdiyi kimi, bölgədə, qabaqcıl pedaqoji fikrin yayılmasında maarifçi-ziyalıların mühim rolu olmuşdur. Onlar pedaqoji düşüncənin, ədəbi-mədəni mühitin mütərəqqi əsaslarla inkişafına çox böyük təsir göstərmişdir.

Monoqrafiyanın sonuncu yarımfəsilində muxtariyyətin ilk illərində Naxçıvan bölgəsində təhsilin və pedaqoji fikrin vəziyyətinin də araşdırması çox təqdirə layiq haldır. Bildiyimiz kimi, 1918-1924-cü illərdə Azərbaycanın siyasi və mədəni həyatında həmişə mühüm rol oynayan qədim Naxçıvan diyarı özünün çox ziddiyyətli və mürəkkəb bir bir dövrünü yaşamışdır. Bu dövrdə müxtəlif adda və müxtəlif məzmuna malik tədris müəssisələri fəaliyyət göstərmişdir. Müəllif araşdırmalarında bu haqda yazırdı: “Bəhs olunan dövrdə məktəb təhsili üçün səciyyəvi xüsusiyyət kimi qabaqcıl pedaqoji ideyaların və mütərəqqi məzmuna malik milli tərbiyə ənənələrini özündə birləşdirən ana dili məktəblərinin meydana gəlməsi və inkişafı idi. Bu tədris ocaqları Azərbaycan dili, həmçinin ibtidai məktəbin digər fənləri üzrə dərslik və vəsaitlər hazırlamaq işində də əhəmiyyətli rol oynamışdır”.

Monoqrafiyanın nəticə hissəsində tədqiqat zamanı əldə olunmuş nəticələrdən bəhs olunmuş və müddəalar şəklində ümumiləşdirilmişdir.                             

Müəllif mövzunun öyrənilməsi, problemin dərindən tədqiq edilməsi zamanı məsələyə hərtərəfli və kompleks şəkildə yanaşmış, qarşısına qoyduğu məqsəd və vəzifələrin öhdəsindən layiqincə gələrək elmi əhəmiyyət daşıyan tədqiqat əsəri yazmışdır.

Araşdırma zamanı istifadə olunmuş zəngin arxiv materialları və rus mənbələri monoqrafiyanın yüksək elmi səviyyədə yazılmasına səbəb olmuşdur.             

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayevin elmi-nəzəri və praktik cəhətdən mühüm əhəmiyyət kəsb edən “Naxçıvanda məktəb və pedaqoji fikir (XIX əsr və XX əsrin əvvəlləri)” adlı monoqrafiyası Azərbaycan təhsil və pedaqoji fikir tarixinə dəyərli töhfədir. Əsər hər bir vətəndaşın şəxsiyyət kimi inkişafına, mənəviyyatının və mənliyinin formalaşmasına xidmət edəcək, təkcə öz dövrü üçün deyil, gələcək nəsillər üçün də həmişə aktuallığını qoruyub saxlayacaq, hər bir müəllimin və şagirdin stolüstü kitabına çevriləcəkdir.

 Müəllif: TALEH XƏLİLOV

 pedaqogika üzrə fəlsəfə doktoru,

Azərbaycan Respublikası Təhsil Şurasının üzvü

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Nargis – “İBLİS”-lər haqqında

NƏRGİZ İSMAYILOVA

AMEA Naxçıvan Bölməsi

nergiz.ismayilova@hotmail.com
HÜSEYN CAVİDİN  “İBLİS” VƏ JOZE SARAMAQONUN “İSANIN İNCİLİ” ƏSƏRLƏRİNDƏ “İBLİS” SURƏTLƏRİ

Məqalədə dahi Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” və Nobel mükafatına layiq görülən Portuqaliyalı yazıçı Joze Saramaqonun “İsanın incili” əsərlərindəki iblis surətlərindən  söhbət açılır, həmçinin  onların  bənzər və fərqli xüsusiyyətləri haqqında mülahizələr irəli sürülür. Açar sözlər: İblis surəti , Hüseyn Cavid, Joze Saramaqo, xeyir və şər konsepsiyası
 Nobel mükafatı laureatı Joze Saramaqo 16 Noyabr 1922-ci ildə Lissabon yaxınlığındakı Azinaqa qəsəbəsində kasıb kəndli ailəsində dünyaya gəlmişdir. İlk təhsilini Lissabonda alan sənətkar sonra texniki rəssamlıqdan redaktorluğa və tərcüməçiliyə qədər bir çox işdə işləmiş, “Diario” qəzetində mədəniyyət redaktoru olmuşdur (5; 6).  O, siyasi şərhlər yazmış, bu şərhlər bəzən alqışlanmış, bəzən isə tənqidi reaksiyalara səbəb olmuşdur. Portuqaliya Yazıçılar Birliyinin idarə heyətində çalışan sənətkar 1976-cı ildən sonra özünü tamamilə kitablarına həsr etmişdir. Onun ilk əsəri olan “Günah diyarı” (Terra do Pecado ) 1947-ci ildə nəşr olunmuşdur. Portuqaliya oxucusu Per Lagerkvist, Kollet, Mopassan, Andre Bonnard, Tolstoy, Şarl Bodler, Hegel, Raymond Bayer və bir çox görkəmli söz ustalarının əsərlərilə məhz onun tərcümə fəaliyyəti nəticəsində tanış olmuşdur (4, s. 6). 
Müxtəlif illərdə onun “Mümkün şeirlər” (1966), “Bəlkə də, bu sevincdir” (1970), “Bu və o dünyadan” (1971) şeir topluları nəşr edilir. Bir müddətdən sonra onun “Gecə”, “Torpaqdan ucalanlar”, “Baltazar və Blimunda”, ” Lissabon mühasirəsinin tarixi”, “İsanın incili”, “İn Nomine Dei”, “Təxirə salınmış ölüm” və s. kimi əsərləri işıq üzü görür. Saramaqo heç gözləmədiyi bir vaxtda 1998-ci ildə Nobel mükafatına layiq görülür. Onun “İsanın incili” romanı son vaxtların ən qalmaqallı əsərlərindəndir. Əsərdə yer alan ironik fikirlər çoxlarının mənfi reaksiyasına səbəb olmuşdur. 
O, yazılarında, durğu işarəsi olaraq sadəcə nöqtə və vergüldən istifadə etmişdir. Sənətkarın dili olduqca sadədir, bu da  oxucunu ona bağlayan əsas səbəblərdən biridir. Saramaqo 87 yaşında vəfat etmişdir. Onun “İsanın incili” romanı mənəvi baxımdan dərin düşüncələri əks etdirən nadir sənət nümunəsidir. Romanda uzun əsrlər boyu davam edən dini müzakirələr, gizli tarixə fərqli baxış ədəbi boyalarla bir rəssam ustalığı ilə təsvir edilmişdir. Kimiləri əsəri alqışlamış, kimiləri isə ona kölgə salacaq fikirlərlə çıxış etmişdir. Saramaqo insanların fərqli fikirləri atəşinə hədəf olmuş, öz ölkəsində belə çətinliklərlə qarşılaşmışdır. Amma bu çətinliklərə baxmayaraq sənətkar illər sonra olsa belə layiq olduğu dəyəri və etibarı qazanmışdır. “İsanın incili” əsəri bədii xüsusiyyətləri və orjinal üslubu ilə diqqət çəkməyi bacarmışdır. Hətta bu roman illər sonra belə bəzi sirləri ortaya çıxardacaq gücdə olan bir əsərdir. 
Saramaqo bu əsərdə xristian dinini özünə xas ədəbi üslubla təsvir etmişdir. Bilindiyi kimi, İsa və onun nəsli barəsində həm din adamları, həm tarixiçilər, həm də ədəbiyyatçılar müxtəlif fikirlərlə çıxış etmişlər. Bəziləri İsanın insani tərəflərini müdafiə etmiş (J.Saramaqo,  Den Broun), kimiləri isə onu tanrılaşdırmağa səy göstərmişlər (Kilsələr). İsanın obrazının yaradıldığı əsərlərdə İsa, Məryəm, Kilsə, İsanın həvariləri ilə birlikdə Allah və şeytan (İblis) kimi surətlərə də yer verilmişdir. Tədqiqatımıza kömək edən əsərlərə diqqət etdikdə görürük ki, onlar həm bədii, həm dini, həm də tarixi baxımdan reallıqlarla zəngindir.  Bu həqiqətlər oxucuya cazibədar gəlir və həmin dövrü anlamaq baxımından onlarda maraq oyadır. Tarixin bütün dövrlərində dini-fantastik, fanatik düşüncə tərzini əks etdirən romanlar və tədqiqatlar  olmuşdur. Bilindiyi kimi, bəzi cahil insanlar tərəfindən qəbul olunan fanatiklik və elmi rədd səyləri çox pis nəticələr doğurmuşdur. “İsanın İncilin”də Saramaqo bu düşüncələrlə birlikdə onlara aydınlıq gətirmək üçün yollar axtarmışdır. Bu əsərdə İsa tanrılıqdan uzaqlaşdırılıb bütün gerçəkliyi ilə təsvir edilmişdir. Əsərdə Allah və İsa arasında gedən dialoqlarda Tanrı anlayışına fərqli şəkildə yanaşılmışdır. J.Saramaqonun bu əsərində İblis daha müdrik və yaxşı təsvir edilmişdir. İblisin mənfi tərəflərinə işıq tutan bəzi hissələr xaric, bu surət oxucuda nifrət hissi yaratmır. 
Digər İblis obrazı yaradan müəlliflərdən fərqli olaraq məşhur Azərbaycan dramaturqu Hüseyn Cavidin yaratdığı İblis surəti də J. Saramaqo İblisinə bənzəyir. Hər iki İblis surəti sonda qismən də olsa yumşaldılır. Bunu etməkdə sənətkarların məqsədi insanların diqqətini öz nəfslərinin köləsi olmaq məsələsinə yönəltməkdir. H.Cavid klassik Azərbaycan ədəbiyyatının ənənələrini davam etdirən və bu ənənələrə öz orijinal qələmi ilə naxış vuran böyük ədəbi simadır. XX əsr Azərbaycan romantizmi onun adı ilə bağlıdır. Cavid Azərbaycan dramının mövzu sərhədlərini genişləndirmiş, tragik xarakterin, romantik qəhrəmanın və dramın yeni tiplərini yaratmışdı. 1912-1918-ci illərdə iki böyük faciə yaradan sənətkar insanlığı faciəyə, uçuruma sürükləyən mühitin rəsmini söz vasitəsilə təsvir etmişdir. Cavid kimi yaratdığı qəhrəmanlar da həqiqət axtarışındadırlar. H.Cavidin 1918-ci ildə qələmə aldığı “İblis” faciəsi ən gözəl və diqqət çəkən əsərlərindəndir. Bu əsər  bir çox tədqiqatçı tərəfindən araşdırılmışdır. Az sözlə fikrin təməlini oxucuya çatdırmağı bacaran H.Cavid bəşəri sevgini, bəşəri yaxşılığı ustalıqla izah etmişdir. Əsərin qəhrəmanları özünə xas düşüncələri ilə oxucuda dərin təsir buraxır. Bu əsərdə Cavid müharibənin əsl səbəbləri ilə birlikdə, insanların nəfslərinin köləsi olmaları nəticəsində başlarına gələcək fəlakətləri də qələmə almışdır. Cavidin “İblis” faciəsi bəşəri, qlobal bir problemə diqqət çəkmək məqsədi ilə yazılsa da, o bu əsərdə fərqli düşüncələrə də yer vermişdir. Biz eyni fikirlərə J.Saramaqonun “İsanın incili” əsərində də rast gəlirik. H.Cavidin orijinallığı odur ki, onun, hələ 1918-ci ildə yazdığı, təsvir etdiyi gerçəkləri J.Saramaqo və digər sənətkarlar sonralar qələmə almışlar. Bu, Cavidin böyüklüyünün sübutudur, 1918-ci ildə Cavid qələmi ilə təsvir olunan mövzu illər keçməsinə baxmayaraq öz dəyərini və müasirliyini qoruya bilmişdir. Həmişə ədəbiyyatsevərlərin diqqətini cəlb edən H.Cavidin əsərləri öz mistik təbiəti, dinə müasir yanaşması və bununla birlikdə keçmişə hörməti baxımından özünəməxsusluğu ilə seçilmişdir. Onun yaratdığı “İblis” əsəri bunun ən bariz nümunəsidir. H.Cavidin “İblis” əsərində iblisin insanlara görünmək üçün müxtəlif yolları mövcuddur:
Xilqətdəki hər məsələ, hər nöqteyi-mövhum,Hər fəlsəfə, hər məzhəbü məslək mənə məlum, Bəzən olaram bir çoban, azadə bir insan,Bəzən olaram zülmü fəsad aşiqi sultan (2, s. 82).
Bu parçada izah edildiyi kimi, İblis insanlara çatmaq üçün müxtəlif yollar axtarır, bəzən çoban, bəzən sadə insan, bəzən isə fəsadlıqlar aşiqi olan bir sultan qiyafəsinə bürünür.J.Saramaqonun “İsanın incili” əsərində də iblis H.Cavidin “İblis” əsərində İblisin özünü mədh edərkən söylədiyi kimi “çoban” qiyafəsində təsvir edilmişdir. Çobanlıq İblisin insanlara yaxınlaşmaq üçün büründüyü kimliklərdən biri olaraq göstərilmişdir.-“Öz əllərimlə xəmir yoğurdum, ancaq yerin dərinliyində yanan ocaqda bişirdim çörəyi və onu sənə gətirdim”.-Məryəm o dəqiqə anladı ki, həmin çoban kimdir (4, s. 5). J.Saramaqonun “İsanın incili” əsərində İsanın anası Məryəm əvvəl İblisi mələk sanmışdı. Lakin törətdiyi əməllərdən çıxardığı nəticələrə diqqət etdikdən sonra Məryəm onun İblis olduğunu anladı. İblis ilk əvvəl dilənçi qılığında İsanın anasının (İsanın) ziyarətinə gəlmişdi. İsanın doğumu gerçəkləşdikdən sonra isə İblis təkrar mağaraya onları ziyarətə gəlmişdi (4, s. 34-35). Bu dəfə də iblis Çoban qiyafəsində görünmüşdü İsanın anasına. İsa böyüyüb evi tərk etdiyi zaman o yenə həmin çobana rast gəlmiş (İsa bu vaxt Çoban barəsində heç nə bilmirdi)  və onun yanında işə başlamışdı. Bir gün Tanrıya dua etmədiyi üçün İsa Çobandan uzaqlaşmağa qərar verir, bu zaman onlar arasında belə bir söhbət gerçəkləşir:  İsa : Mən gedirəm, Tanrıya təşəkkür və dua etməyən biriylə daha yaşaya bilmərəm.  Çoban: Mən yəhudi deyiləm, başqa dinin ayinlərini icra edə bilmərəm.  İsa: Tanrı təkdir! (4, s. 244-245 )Çoban: Ah bəli, əgər tanrı varsa, bəlkə də təkdir. Amma iki dənə olsa, daha yaxşı olardı. Biri canavar, digəri quzu üçün, biri öldürən, digəri ölənlər üçün, biri məhkum üçün, digəri cəllad üçün.J.Saramaqonun “İsanın incili” əsərindən alınmış bu dialoqda iki fərqli düşüncə mövcuddur. H.Caviddə də İblisin Elxanın düşüncələrinə qarşılıq olaraq verdiyi cavabda bu cür bənzərliklər mövcuddur.Elxanİstəməz artıq həyəcan,Yerdə qoymaz qanı ədalətli Yaradan.İblis( lağlağı bir qəhqəhəylə )Bəli, əzsən də, əzilsən də, bəli,Yenə adildir o müdhiş qüvvət! (2, s. 88-89)”Mifologiyaya uyğun olaraq allahın ədalət pərdəsi altında etdiklərində ədalətsizlik, zülm, zülmət görən iblis yer üzünü səyyah kimi qarış-qarış dolaşır, qadir qüvvənin qoyduğu qayda-qanunu uyğunsuz, biçimsiz görür” (3, s. 116).Hər iki əsərdə sənətkar İblis obrazından istifadə edərək insanlığın cavablaya bilmədiyi bəzi sualları və problemləri ortaya atır. Bu problemləri xeyirin (tanrı, mələk) və şərin (İblis) dili ilə müzakirə edir. Xeyir və Şər anlayışı ədəbiyyatda və dində ən çox müraciət olunan mövzular arasındadır. Zərdüştün “Avesta”, Nitşenin “Zərdüşt belə buyurdu” və. s kimi əsərlərdə də şər ruhlar, insanı pislik etməyə yönləndirən ünsürlərdən müxtəlif adlarla bəhs olunmuşdur. Hüseyn Cavid özünün “İblis” əsərində Zərdüştün adını çəkməklə onun xeyir və şər konsepsiyasına diqqət çəkmək istəyir. İblis Ariflə söhbətlərinin birində deyir:Zərdüştü düşün, fəlsəfəsi, fikri, dəhasıHəp atəşə tapdırmaq idi zümreyi-nası.   Yalnız bunu dərk etdi o əllameyi-məşhur,              Yalnız o böyük baş şu kəşflə məğrur… (2, s. 13). Saramaqonun da yaratdığı obrazlar H.Caviddə olduğu kimi dərin psixoloji vəziyyətlər yaşayarkən, məntiqli olmağa çalışmaqla birlikdə nəfsləriylə mübarizə aparırlar.  Saramaqodan fərqli olaraq Cavid Tanrını deyil, nəfslərinin köləsi olmuş insanları ittiham edir.İblis(bir guşədə ağsaqqal abid qiyafətində görünür, yarımqəhqəhə ilə)İnsandakı nəfsi-şumə daimİblis olur, ancaq olsa hakim ( 2, s. 58). Hər iki əsər fantastik surətlərlə zəngin olsa da, H.Cavid “İblis” əsərində bəşəri problemləri daha real təsvir etmişdir. Saramaqonun əsərində diqqətimizi çəkən hekayələrdə insanlar fanatikcəsinə inanclarının köləsi halına düşürsə, Cavidin “İblis”ində insanlar bu köləliyə son vermənin bir yolunu tapır. Saramaqo “İsanın İncili” əsərində müxtəlif fanatiklikləri ironik bir dillə tənqid etsə də, onlara aydınlıq gətirə bilmir. Dövrləri müqayisə etsək görərik ki, Cavidin təhlilləri daha orijinal,  çıxardığı nəticələr isə daha qətidir. Saramaqo İsanın kilsə tərəfindən müqəddəsləşdirilməsinə sözün gücüylə gülmüşdür. Əsərdə qeyd edildiyi kimi, İsa insan olaraq doğulsa da, heç kim İsanı insan olaraq qəbul etmək istəmir və onun insan olaraq yaşayışı ilə maraqlanmır. Maqdalalı Məryəm (Mariya Maqdalina) İsanın dünyəvi hisslərinin olmasının, İsanın Tanrının oğlu olmadığının bir sübutu olaraq çox güclü bir dəlildir. Bu sübut haqqında Den Broun  özünün  “Da Vinçi Şifrəsi” əsərində də danışmış və buna öz münasibətini bildirmişdir: “Konstantin Məsihi rəsmi olaraq Tanrının oğlu olaraq qəbul etməklə onu insan dünyası xaricində var olan bir ilahi gücə, ilahi  bir varlığa çevirdi” (1, s. 150).  “İsanın incili” əsərində daxili inanclar və sarsılmaz kilsə gerçəklərinə ciddi zərbə vurulur. Cavid də eyni üsuldan istifadə etmiş, qəbul olunmuş bəzi fikirlərin iç üzünü açmaqdan çəkinməmiş, sözlər ilə təhlükəli oyun oynamışdır. Saramaqo hadisələri və həqiqətləri müdhiş ironik bir şəkildə şərh edir, hər paraqrafda qarşılaşdığımız ironik şərhlər ilə insanı gülümsədir. O “İsanın İncili” əsəri ilə dörd rəsmi versiyası olan bir din kitabının (İncil – Matta, Mark, Luka, Yəhya) qeyri-rəsmi və qəbul edilməyən bir şərhini ortaya qoymuş sənətkar olmaqla bərabər, bu şərhlərini real həyatla çox gözəl sintez şəklində izah və isbat edə bilmişdir. Saramaqo fanatik düşüncələrə məntiq qatan bir sənətkardır.  Onun bu romanında da İsanın doğumuna, çoban qılığına girən şeytan ilə qarşılaşdığı hissəyə qədər, həyəcanlı hadisələr baş vermir. Anasının ona hamilə ikən yaşadığı hadisələrdə yaşlılar şurası məntiq axtarmaqdadır. Cavidin “İblis” əsərində də eyni vəziyyət yaşanmaqdadır. İblisin ortaya çıxması ilə hadisələr canlılıq qazanır. Həyəcan, təəssüf, məğlubiyyət və zəfərlər bir-birini əvəz edir. Cavidin bu əsərində xeyir və şər daima yarış içindədirlər, bəzən xeyir qiyafəsinə bürünmüş şər yanılma və məğlubiyyətlərə səbəb olur. Saramaqonun yaratdığı İblis surətinin ağıllı söz oyunlarını, daha əvvəllər yaradan dahi dramaturq H.Cavidin “İblis” faciəsi bu tərzdə əsərlər yaradan sənətkarların əsərlərindən heç də geridə qalmır. H.Cavidin “İblis” əsərində bəzi yerlərdə, məsələn; İblisin Arif və Arifin sevdiyi qadın Rənanı qurtarmaq bəhanəsiylə onları daha pis bir sona hazırlamaq məqsədi ilə oynadığı oyuna, yaxşılıq bəzəyi verdiyi səhnədə Şeytanın az qala yaxşılıq mələyinə çevrildiyini görürük:Arif( İblisin ayaqlarına bağlanar və son dərəcə həyəcanlı )Bir Xıdırmı, ya mələkmisin?Yalnız bunu bilmək istəyirəm mən (2, s. 64).Eyni vəziyyətlər və eyni yanılmalar Gete, Bulqakov, Lermantov və Saramaqo kimi məşhurların əsərlərində də görülməkdədir. Bu sənətkarların hamısında qəhrəmanlar əvvəl şər ruhları pisləsələr də, bir müddət sonra nəfslərinin toruna düşərək xeyirlə, şəri ayırd edə bilmirlər. Bu səhnələrdə əsər qəhrəmanlarının psixoloji məğlubiyyəti müşahidə edilir. Yuxarıdakı misralardan göründüyü kimi, Cavid qəhrəmanı Arifin də bəzən ağlını qarışdıran İblis, öz məqsədi üçün hər şeyi edir. Faust dünyəvi nemətlərə yenidən alışmağa başlarkən Mefistofel sevinir, Lermontovun Demonu zəfərini qeyd edir, Bulqakovun Volandı Margaritanı onun qanlı mərasiminə ev sahibliyi etməyə məcbur edir, Saramaqonun İblisi öz rolunu çox gözəl oynayır, Cavid İblisi isə həqiqəti anlayıb onu lənətləyən insana: İblis nədir?-Cümlə xəyanətlərə bais …Ya hər kəsə xain olan insan nədir?- İblis! …söyləyərək qəhqəhələrlə yer altına çəkilir (2, s, 104).Nəticə olaraq qeyd edə bilərik ki, müxtəlif dünya sənətkarlarından və onların yaradıcılığından heç də geri qalmayan H.Cavidin yaradıcılığı, sənətkarlığı təqdirəlayiqdir. O həm dünyanın, həm də Vətəninin ən ağır günlərində sözün gücü ilə şərlə mübarizə aparmış və bu mübarizədən qalib çıxmışdır. Onun əsərləri dünya miqyasında tanınmağa layiqdir.

ƏDƏBİYYAT

1. Dan Brown. Da Vinçi Şifresi. İstanbul: Altın Kitaplar Yayın evi, 2003, 295 s.  

2. Hüseyn Cavid. Əsərləri. Beş cilddə, III cild.  Bakı: Lider, 2005, 304 s.

3. İsmayılov Ə. Dünya romantizm ənənələri və Hüseyn Cavid. Bakı: Yazıçı, 1983, 220 s.

4. Joze Saramaqo. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb,  2010, 800 s.

5. http://en.wikiquote.org/wiki/Jos%C3%A9_Saramago

6. http://www.nytimes.com/2010/06/19/books/19saramago.html?pagewanted=all&_r=0

Наргиз ИсмаиловаОБРАЗ ДЕМОНА В ПРОИЗВЕДЕНИЯХ «ИБЛИС» Г.ДЖАВИДА,И «БИБЛИЯ (ИНДЖИЛ) ИСА» ЖОЗЕ САРАМАГОНА

Статья посвящена к исследованию драма «Иблис»-Демон видного Азербайджанского драматурга Гусейна Джавида и «Библия (Инджил) Иса» лауреата Нобелской премии Жозе Сарамагона писатель Португалии. Автор статьи, исследуя образы Демона в этих произведениях, сопоставляет их различие  и отличительные, сходные черты на Восточном и Западном ареале.Эти произведения, являясь плодами разных времен, отличаются своим мастерством, и привлекает вниманию читателей. Ключевые слова: образ Демона, Г. Джавида, Жозе Сарамагона, добра и зла. 
(Məqalə filologiya elmləri doktoru F.Y.Xəlilov tərəfindən təqdim edilir).

Nargiz IsmayilovaDEVIL IMAGES IN HUSEYN JAVID`S “IBLIS” (“DEVIL”) WORK AND JOSE SARMAQON`S “ISANIN INJILI” (“JESUS`S BIBLE”) WORK
In the article the author speaks about the devil images in geniuses Azerbaijan craftsman Huseyn Javid`s “Iblis” (“Devil”) work and Portugal writer Jose Sarmaqon`s “Isanin injili” (“Jesus`s Bible”) work who deserved to the Nobel Prize. The same time the author investigates the similar and dissimilar features of Devil images in both work. Though both these works belong to different period but both of them involve the attention for their handicraft features. In the investigation the author touches the goodness and evil conception which have a long history. 

Mənbə: Nargis İsmayılova

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru