Meyxoş Abdullah

Səma mələyi…
(hekayə)

(Sən mənə Tanrı dərgahı qədər ucasan, ey Qadın… M.A.)


… O qız çox gözəl idi. Allah onu, elə bil özü üçün yaratmışdı. Bütün məharətini, sevgisini, sanki bu qızın gözəlliyinə həsr etmişdi. Uzun boyu, cazibədar görkəmi, bir baxışıyla ürəklərə dərd salan iri, qara gözləri, quş pətənəyinə bənzəyən alqırmızı dodaqları, alma kimi qıpqırmızı yanaqları, dağçayı kimi şırım-şırım şırımlanıb kürəyinə səpələnən gur, qara saçları, enli sinəsindən köynəyinin yaxasını dikəldən döşləri, o qızı göydən enmiş bir səma mələyinə bənzədirdi. Onu görən kişilər evləndikləri qadınları sarıdan nə qədər bədbəxt olduqları barədə düşünürdülər.
Qız isə, onun dərdindən ölənləri sanki görmürmüş kimi öz sirrli, sehirli aləmində idi. Heç kəsin qəlbinə dəyməz, yan-yörəsində olan, onunla maraqlananlara isə mehribanlıq göstərərdi. O, gözəl olmaqla yanaşı, həm də çox ağıllı, qürurlu bir qız idi. Bu xasiyyətinə görə onu tələbələrin hamısı sevirdi, hətta subay, cavan müəllimlər də.
Universitetin dördüncü kursunda oxuyarkən hamını təəccübləndirən bir hadisə baş verdi. Kimsənin yuxusuna belə girməyən bu hadisə çoxlarının hıçqırığını içində qoydu. İradənin Camal adlı bir oğlanla görüşdüyü xəbəri yayılanda, çoxları Allahın bu qıza ağıldan başqa hər şey verdiyinə inanmaq istəyirdi.
İradənin sevib, könül verdiyi Camal adlı oğlan, onu sevənlərin və dərdindən ölənlərin yanında çox aciz və gülməli görünürdü. Yarı-yaraşığı olmayan bu oğlan, bu hadisəyə qədər heç kəsin diqqətini özünə cəlb etməmişdi. Birdən-birə belə bir söz-söhbətin yaranması, doğurdan da, çoxlarına qəribə gəldi və Camal az bir vaxtda barmaqla göstərilən bir adama çevrildi.
Dördüncü kursun başa çatmasına az qalmış İradə ilə Camal nişanlandılar. Qurbağa gölünə daş atılmış kimi hamı sakitcə öz içinə çəkilərək, bu cütlüyün gələcək taleyinin necə olacağıyla maraqlanırdılar. Sinələrinə çalın-çarpaz dağ çəkilmiş İradəni sevənlərin qəlbindən, qəribə də olsa, qara fikirlər keçirdi… Bu fağır və aciz bəndələrin ürəklərindən keçənləri Allah duyduqca, o da gülümsəyirdi… Çünki Allahın özünün də bu qızdan xoşu gəlirdi və xoşu gəldiyi bəndəsini də həmişə sınağa çəkər Allah, – deyirlər.
Bu hadisənin üstündən bir müddət vaxt keçmişdi, gənclər toya hazırlaşırdılar. Toy günü də, artıq dəqiqləşdirilmişdi. Elə bu zaman qəribə bir hadisə baş verdi. İradənin könül verdiyi Camal həyətlərindəki qoz ağacından yıxılaraq onurğasını qırdı.
Bu xəbər İradənin dərdindən ölənlər üçün elə də bəd xəbər olmadı. Amma İradə üçün bu xəbər dünyanın sonu kimi göründü… Sevdiyi bir adamın bu hala düşməsi qızın dünyasını altüst etdi. O, bütün varlığıyla ağrı içərisindəydi.
Cəlalın aparılmadığı xəstəxana, göstərilmədiyi həkim qalmadı. Hara apardılarsa, bu xəstəliyin sağalmaz olduğunu, Cəlalın ömürlük şikəst qalacağını söyləyirdilər.
Ümidsizlik ailələri yaman pərişan etmişdi. Hər iki tərəf məyyus idi. Onlar bu ağır hadisənin sonunu ancaq nişanın qaytarılmasında görürdülər. Hətta, Cəlalın özü də taleyi ilə barışaraq, nə qədər ağır da olsa, İradənin başqa birisiylə ailə quraraq xoşbəxt olmasını istəyirdi.
Son söz isə İradənin idi. Onun atacağı addım bu məsələni kökündən həll edəcəkdi. O, hamıya bu sözləri dedi: – Mən Cəlalı sağ, salamat olarkən sevib, ona könül vermişəm. Onu bu vəziyyətdə tərk edib gedə bilmərəm. Bu mənim üçün böyük bir günah olar. Bu günahımı bundan sonra heç kimin ocağına, hətta, ölsəm qəbrevimə belə daşıya bilmərəm… Mən həmişəlik onunla, mənim üçün hamıdan istəkli olan Cəlalımın yanında qalacağıma qərar verirəm!..
Qızın bu sözlərindən sonra hamı susdu… Təkcə İradənin anasının, əllərini ağzına təpərək, sevimli qızının gələcək bədbəxt taleyi üçün hıçqırtıyla ağlayaraq, fəryad qoparmasının şahidi oldular.
Toy günü təxirə salınmadı. Təyin olunan gün dəvət olunan qonaqlar hamısı toyda iştirak edirdilər.
Toy günü, əlil arabasında oturmuş, bəylə yanaşı duran bu məğrur qızın sevgisi lap flimlərdəki kimi hamını kövrəltmişdi. Göz yaşlarını saxlaya bilməyənlər də vardı. Amma ağ gəlinlik paltarında, su sonası kimi görünən İradə çox xoşbəxt görünürdü.
Vaxtilə İradəni sevənlərdən də toyda iştirak edirdilər. Onlar özlərini əlil arabasında oturan Cəlalın yerində hiss edə bilsələr də, İradənin onların yanında dura biləcəyini təsəvvürlərinə belə gətirə bilmirdilər. Çünki, o boyda sevgini duymaq onlar üçün, doğurdan da, çox çətin idi.
Toy günündən sonra İradə Cəlalın həm həyat yoldaşı, həm də qulluqçusu oldu.
Bir addım belə ata bilməyən Cəlal, ömrünü, gününü əlil arabasına, bir də onu canından çox sevən İradənin qayğısına bağladı. – Sevgi, istək olan yerdə əlil arabası dünyanın möhtəşəm saraylarından da uca və rahat görsənir adama, – deyirdi Cəlal.
İllər sürətlə gəlib keçirdi. Bu ötüb, keçən illər insanlara çox şeyləri unutdurdu. Təkcə, İradə bu həyatın hər ilini, hər gününü və hər dəqiqəsini əlil arabasında ömür sürən həyat yoldaşı ilə birgə yaşadı. Bu illər ərzində həyat ondan hər şeyini, sevincli günlərini, xoşbəxtliyini, hətta qadınlığını da əlindən alsa da, bircə iradəsini sındıra bilmədi, sevgisini əlindən ala bilmədi. O, xobəxtliyini sevdiyi adamın yanında olmaqda, onu yaşatmaqda, onunla birgə bu həyatı yaşamaqda tapdı… Amma çoxlarının yaşaya bilməyəcəyi ağrılı bir ömür bahasına…
İradənin qurup yoldaşları hər il may ayında bir yerə toplaşar və keçmiş tələbəlik illərini yada salardılar. Bu görüşdə, təkcə İradə ilə Cəlal iştirak edə bilmirdilər. Xəbər-ətər tutanda da, bildirirdilər ki, bu halımızla sizi narahat etmək istəmirik.
Uşaqlar onları başa düşürdülər və çoxlarına da elə gəlirdi ki, İradə utandığından onlarla görüşmək istəmir. Necə olsa axı, heç kəsi bəyənməyən bir qıza, indi əlil arabasında, vaxtilə hamıdan üstün tutduğu birisini öz əlləriylə ora-bura sürümək utanc gətirirdi, – düşünürdülər. İradə isə susaraq öz ağrılı həyatını yaşayırdı. Onun çəkdiklərini özü kimi heç kəs duya biməzdi, Çünki özgə ölüsü adama yatmış kimi görünür, – deyirlər.
Tələbə yoldaşları ali məktəbi bitirməyin 30 illiyinə hazırlaşırdılar. Kim isə təklif etdi ki, bu dəfəki görüşü şəhərdə deyil, İradə ilə Cəlalın yaşadığı rayonda keçirsinlər. Zarafat deyil, otuz ildənbəri görmədikləri dostları üçün bu gözlənilməz və sevindirici bir hadisə olacaqdı, uşaqlar düşündülər.
Hamı bu təkliflə razılaşdı. Vaxt təyin olunan gün keçmiş tələbə dostları yığışaraq o məkana getdilər. Bu qəfil gəlişdən nə İradənin, nə də Cəlalın xəbəri yox idi. Dostları bu gözlənilməz görüşü onlar üçün bir sürpriz etmək istəyirdilər.
Hər şey məxfi şəkildə hazırlanmşdı. Onların gəlişindən heç kəs xəbər tutmamalıydı.
İradəgilin yaşadığı rayona çatanda uşaqlar mer-meyvə almaq üçün qəsəbənin bazarına daxil oldular. Bazarın girəcəyində uşaqlardan kim isə əlini dodaqlarının üstünə qoyub; – Bir dəqiqə ayaq saxlayın! – dedi.
Hamı ayaq saxladı. Həmin adam barmağını onlardan on beş-iyirmi metr kənarda göy-göyərti satan bir qadına tuşlayıb dedi: – Uşaqlar, bu İradə deyilmi?!
Hamı onun göstərdiyi istiqamətə baxdılar. Uşaqların çoxu onu tanıdı, tanımayanlar isə bir qədər keçəndən sonra həmin qadının İradə olduğunu təsdiqlədilər.
Saçları ağarmış, olduqca yaşlı görünən İradənin bu halı hamımnın ürəyini ağrıtdı. Onlardan kim isə, tam yəqinlik etmək üçün yaxınlıqda şor, pendir satan yaşlı qadından soruşdu:
– Xala, o qarşı tərəfdə göy-göyərti satan qadını tanıyırsanmı?!
Qadın əlini gözünün üstünə qoyub, deyilən tərəfə baxdı və:
– Əlbəttə, tanıyıram. Bədbəxt İradədir də. Əri şikəstdir, araba möhtacıdır. İnstitutu qurtarıb e… Mən şor, pendir satıram, o da göy-göyərti. Daş belə dünyanın başına düşsün, görüm, – deyə yaşlı qadın gileyləndi. – Amma bilirsiniz necə gözəl qız idi bizim rayona gəlin gələndə? Adam ona baxanda ağzının suyu axırdı. İndi də çox mərifətli gəlindir, qaynanası onun başına and içir. Elə biz bazarda oturanlar da onun xatirini dünyalar qədər istəyirik. Tikansız adamdır. Adamın belə gəlini ola, yoxsa mənim matişkə gəlinlərim kimi… Ərləri yağ-böyrək içində onları saxlayır, onlar da məni bazarda, bu toz-torpağın içində oturdurlar. Evə dönəndən sonra da, qulluqçu kimi onların zir-zibillərini təmizləyirəm, – deyə yaşlı qadın acıqlı-acıqlı dilləndi.
Uşaqlar gördükləri mənzərədən heyrətə gəlmişdilər. Qarşısına bir yığın göy-göyərti töküb satan qadının vaxtilə gözəlliyi dillərdə dastan olan İradənin olduğuna heç kəsin inanmağı gəlmirdi. Həyat onun gözəlliyinin üstündə elə bir xəzan yeli əsdirmişdi ki, o gözəllikdən indi əsər-əlamət belə qalmamışdı.
Uşaqlar qərara gəldilər ki, İradənin bu halında ona yaxınlaşmaq, onu utandıra bilərdi. Ona görə də, tezcə oranı tərk edib uzaqlaşdılar. Və qərara gəldilər ki, Cəlalın yaşadığı evi axtarıb tapsınlar.
Yoldan keçənlərin birindən Cəlalı soruşdular.
– Xəstə, çolaq Cəlalımı deyirsiniz? – deyə, həmin adam suala sulla cavab verdi. Sonra sualının cavabını gözləmədən:
– Cəlalgilin yaşadığı ev, qarşıdakı döngəni burulandan sonradır. Həm də, əlavə etdi ki, Cəlalın həyat yoldaşı İradə xanım bazarın girəcəyində göy-göyərti satır. İstəyirsiniz ona xəbər edim gəlsin, Cəlalgilin bizə qohumluğu çatır, – deyə həmin adam əlavə etdi..
Uşaqlar onun təklifinə etiraz etdilər, İradə xanımı narahat etməməyi qərara aldılar.
Cəlalgilin evinin darvazasını döyəndə, qapıya on üç-on beş yaşlarında bir qız çıxdı. Qız çox yaraşıqlı və gözəl idi. Eynən İradənin gəncliyindəki gözəlliyi kimi.
– Bura Cəlalgilin evidirmi?! – sualına, qız adamların çoxluğundan qorxmuş kimi, bir-iki addım geri çəkilərək:
– Bəli, bizim evimizdir! – dedi.
– Siz Cəlalın nəyisiniz? – deyə qonaqlardan kimsə soruşdu.
– Cəlalın qızıyam! – deyə o, gülümsədi.
– Ananız da İradə xanımdır? – deyə qadınlardan biri soruşdu.
– Elədir, anam da İradədir! – deyə qız dilləndi. Sonra o, qapıdan bir azca aralı çəkilib:
– Buyurun, içəri keçin, niyə qapıda dayanmısınız? – deyə yaşına uyğun olmayan bir ərkyanalıqla dilləndi.
Qonaqlar həyətə keçəndə, Cəlalı əlil arabasında həyətdəki çardağın altında gördülər. O bayaqdan qapıya tərəf boylanırdı. Qonaqları görəndə, əvvəlcə təəccübləndi, sonra isə uzun illər bundan qabaq gördüyü insanları tanıyanda, sevindiyindən uşaq kimi qışqırdı:
– Ooo!.. Gör kimlər gəlib? Bu nədir, İlahi, yoxsa məni qara basır? Gözlərimə inana bilmirəm ki, bu sizsiniz. Xoş gəlmisiniz, buyurun həyətə, buyurun. Sonra o, əlləriylə oturdğu əlil arabasının təkərlərini hərlədərək qonaqlara tərəf sürdü.
Cəlal hamıyla bir-bir əl tutub, qucaqlaşıb görüşdü. O sevindiyindən özünü tamam itirmişdi.
– Keçin, həyətə… Bu lap gözlənilməz oldu ki… Kaş, xəbər edəydiniz. Adam belə qəfil gəlməz, axı… Siz məni lap dəli etdiniz. Özümü tamam itirmişəm. Bu necə oldu, gərək xəbər edəydiniz? Sonra o kənarda dayanan qızına üzünü tutub:
– Qızım, yuxarıdan stulları gətir aşağı… – Xahiş edirəm, oturun, bu dəqiqələrdə İradə də gəlməlidir. Evə bazarlıq etmək üçün dükan, bazara gedibdir… Ürəyimə danmışdı ki, bu gün nə isə bir hadisə baş verəcəkdir. Görürsünüz, baş verdi də… Bundan da böyük hadisə… Hə yaxşı oldu, nə yaxşı siz gəldiniz… Vallah, elə darıxmışdıq ki, sizdən ötəri… – deyə Cəlal sevindiyindən, həm də həyəcanlandığından bilmirdi ki, nə etsin.
Qonaqlar yerbəyer olub rahatlandılar. Cəlalın anası da həyətə düşüb qonaqlarla bir-bir görüşdü, onlara “xoşgəldin” dedi. Arvadın sevincindən rəngi-ruhu tamam ağarmışdı. Göz yaşlarını saxlaya bilmirdi.
Sonra Cəlal qızına tərəf dönüb:
– Sevinc, qızım, qaç ananı çağır… Denən, dostlarımız gəlibdir, tələbə yoldaşlarımız, ha, – denən… – Sizin gəlişinizi bilsə çox sevinəcəkdir. İradə gözəl insandır, çox gözəl, – deyə Cəlal kövrəldi.
Sevinc evə keçdi və bir azdan qoltuğunda bir dəst paltar eşiyə çıxdı. Hətta, qapıdan çıxarkən, qoltuğuna vurduğu paltarların arasından bir tay qadın tuflisi də sürüşüb yerə düşdü. O tezcə əyilib ayaqqabını yerdən götürdü və qaçaraq getdi…
İradənin qayıtması çox uzun çəkmədi. Həyət qapısından içəri keçib dayandı və bir müddət həyətdəki qonaqlara baxdı. Sanki keçmiş tələbə yoldaşlarından kimin gəlib, gəlməməsini öyrənmək istəyirdi.
Qonaqlar da dönüb ona baxdılar. Bayaq bazarda gördükləri İradə idi, amma indi bir azca fərqli, üst-başına azacıq əl gəzdirmişdi. O, bir müddət beləcə darvazanın yanında donub qaldı.
Sonra əlləriylə üzünü qapayaraq hönkürdü.
Gələn qonaqların hamısı ayağa qalxıb, ona tərəf irəlilədilər. İradə bir-bir onlarla qucaqlaşıb görüşdü. Bəzi dostlarının adını səhv saldığına, yaxud da unutduğuna görə təkrar-təkrar onlarla görüşüb, üzrxahlıq edirdi. Neynəsin, zarafat deyil, son görüşün üstündən nə az, nə çox, düz otuz il bir vaxt keçmişdi…
Dərd-sər unudulmuşdu, hamı deyib, gülür, tələbəlik illərinin unudulmaz xatirəlrindən danışırdılar. Cəlal da çox şən idi, deyib, gülür, işaqlarla zarafatlaşırdı. Hamı Cəlalı tərifləyirdi, ondan danışırdı. Axı, necə olsa, o tələbəlik illərinin qəhrəmanı, Ağ atlı oğlan idi. Çünki İradə hamının içindən onu seçmişdi. O, İradənin seçdiyi bəxtəvər oğlan idi…
İradə də kövrəlmişdi… O nəzərlərini tələbə yoldaşlarını üzünə dikərək, onların cavanlıq çağlarını xatırlamağa çalışırdı. Ona görə heç nə dəyişməmişdi, sadəcə hamı bir az yaşlaşmış və müdrük görkəmdə idilər. Bircə, onun yaddaşına narahatlıq gətirən əri Cəlalın oturduğu əlil arabası idi. İradə bu əlil arabasını xatırlaya bilmirdi. Axı o, tələbə çağlarında, o qaynar gənclik vaxtlarında bu əlil arabası onların arasında yox idi…
İradənin qaynanası qonaqların gəlişinə çox sevinirdi. Bayaqdan özünü oda-gözə vuran, bu yaşlı qadın həyət-bacada dolaşaraq, qonaqlar üçün çay dəmləyir, yemək hazırlayırdı. Aradabir vaxt tapan kimi özünü onların içərisnə atır və dil-ağız edərək qonaqlara yalvarıb, yaxarırdı.
Yemək yeyilib qurtardıqdan sonra, çay süfrəsi hazırlandı. İradənin qaynanası Gülzar arvad, elə bil, bu məqamı gözləyirmiş. Ağbirçək nənənin ürəyi dolu idi, fürsət gözləyirdi ki, bir-iki kəlmə də o danışsın. Neçə illərdən bəri ürəyində sirr saxladığı sözləri açıb söyləsin.
Qonaqlar da bunu duymuşdular, çünki Gülzar arvad həsrətdolu baxışlarla onları süzdükcə, gözlərindən axan yaş heç kəsin nəzərindən yayınmırdı. Birdən o, titrək əllərini havada yelləyərək, sanki qonaqların nəzərlərini özündə çəmləşdirmək istədi. Hamı susdu. Nəzərlər bu ağbirçək ananın üzərində donub qaldı. O kövrək səslə:
– Ey, adamlar, bu sözümü sizə deyirəm, eşidin… Mən bu yaşa qədər gəldim, amma belə bir qadın görmədim ki, ailəsinə, həyat yoldaşına bu qədər sədaqətli olsun. Heç bir gəlin onun kimi ola bilməzdi. Bu neçə ili o bizim evdə gəlin yox, qulluqçu oldu. Canını, ömrünü bizə, mənim balama həsr etdi. Bu otuz ildə o nələr çəkmədi, bunu siz anlaya bilməzsiniz. Yox, heç biriniz anlaya bilməz onun çəkdiklərini… O olmasaydı mənim oğlum indi həyatda yox idi. Heç biz də yaşaya bilməzdik. Biz yaşadığımıza, sağ qaldığımıza və bu günümüzə görə İradəyə borcluyuq. – Sizə bir sirr açım! – deyə, arvad üzünü qonaqlara tərəf tutub dedi:
– Gördüyünüz o qız İradənin qızı deyil, böyük oğlumun qızıdır. İradə onu doğulan gündən qızlığa götürübdür. Qohumlarımız və bızi tanıyanlar elə bilirlər ki, o qızın anası İradədir. Qızın özü də elə bilir ki, onun anası İradədir. Bu barədə ona heç kəs bir söz deməyibdir. Amma sizə deyəcəyim sirr bu da deyil… Sirr odur ki, İradənin özü də qızdır… O, bu evə necə qız gəlmişdisə, indinin özündə də o cür qalıb, bakirə olaraq… – Görmüşdük ki, qızlar ata evində qalıb qarıyırlar. İradə isə ər evində qız olaraq qarıdı… Biz onun günahlarına batmışıq, adamlar, siz bunu bilirsinizmi?! – deyə ağbirçək ana hıçqırdı…
Ananın bu sözləri gələn qonaqların qulağında ildırım kimi çaxdı. Hamı təəccübdən içini çəkərək, donuq baxışlarla İradəyə baxırdılar. İradə isə əlil arabasında oturmuş həyat yoldaşına sığınaraq xəfifcə gülümsəyirdi… O, bu halında elə gözəl görünürdü ki, sanki göylərdən enmiş bir səma mələyi idi…

Müəllif: Meyxoş Abdullah

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qələndər Xaçınçaylı

DİDƏRGİN

(povest)

Qarlı,şaxtalı bir qış gecəsi idi. Göydən lopa-lopa yağan qar yerin üzünü yorğan kimi örtmüşdü. Hər yan ağ örpəyə bürünmüşdü.Yağan qarın işıltısından ətraf açıq görünürdü. Xocalı öz ağır günlərini yaşayırdı. Şəhər hər gün erməni silahlı birləşmələri tərəfindən atəşə tutulurdu. Şəhər əhalisi artıq buna alışmışdı.Ətraf rayonlara gediş-gəliş mümkün deyildi,paytaxtla telefon bağlantısı, əlaqələr tamamilə kəsilmiş,şəhər bütünlüklə mühasirədə qalmışdı.Amma xalqa yalandan vəd verilirdi:”Şəhəri tərk etməyin,kömək gələcək,Əsgəranla Ağdamın arası açılacaq”.

1992-ci il fevral ayının 25-i idi.Hər tərəfdə sakitlik hökm sürürdü.Şəhər sükut içində idi.Sanki şaxta,sazağın,təbiətin ağ libasının arxasında nə isə müdhiş bir sirr gizlənmişdi.Qan ağlayan təbiətin özü bir azdan dəhşətli bir hadisənin baş verəcəyindən xəbər veridi.26- keçən gecə işıqlar da sönmüşdü.Erməni və rus silahlı birləşmələrinin qəfil hücumu Xocalının sakitliyini pozdu. Şəhər hər tərəfdən üzük qaşı kimi mühasirəyə alınmışdı. Ağır texnikalardan atılan top mərmiləri dolu kimi şəhərə yağır, günahsız insanlar vəhşicəsinə qətlə yetirilirdi. Zirehli tanklar evləri uçurur, dinc əhaliyə isə divan tutulurdu. Bu, dünya miqyasında misli görünməmiş qanlı bir gecə, əsl soyqırım idi.
Qocalara, qadınlara və uşaqlara işgəncələr verilirdi. Həmin geçə elə bil Allahın özü də ərşə çəkilmişdi. Diri-diri insanların gözləri çıxarılır, əlləri, qolları kəsilir, üzlərinin dərisi soyulurdu. Körpələrin bələklərini açıb odda qızardılmış süngülərə taxıldığını Tanrı sanki görmürdü. Harınlamış və gözləri qızmış erməni zabiti bundan həzz alırdı. Muzdlu əsgərlərə “qırın bu, turkləri, bir nəfər belə sağ qalmamalıdır”, əmrini verirdi. Bəli, bu vəhşət, XX əsrin tarixinə yazılmış qanlı bir səhifə,dəhşətli bir faciə idi. Şəhər qan gölündə üzürdü.Torpağın bəyaz yorğanı al örpəyə çevrilmişdi. Sifətləri soyulmuş körpələrin buz bağlamış gözlərində təbiət donmuşdu…
19 yaşlı Fidanın ailəsi də həmin faciə qəhrəmanlarının sırasında idi.Anası müəllim,atası isə şəhərin məsul işçilərindən idi.Bir neçə gün idi ki,atası evdə gecələmirdi, şəhərin müdafiəsində iştirak edirdi.Babası bir həftə idi ki, Almalı kəndində yaşayan bibisigildə idi. Fidanın bibisinin əri hərbiçi idi.Babası iki körpə uşaqla tək qalmış qızına hayan olmağa getmişdi.Ailənin böyüklüyü nənəsinin üzərinə düşmüşdü.
Uzaqdan topların səsi eşidiləndə nənəsi hamını ayağa qaldırdi.Anası cəld lampa işığında uşaqları geyindirməyə başladı.Nənəsi yataq otağındakı sandığı açdı,içindən bir bağlama çıxarıb Fidana verdi:
-Möhkəm saxla,itirmə ,hamımızin sənədləri burdadir,sənin diplomun da.
Sonra bir balaca düyünçəni gəlininə verib dedi:
-Zeynəb,sən də bunu bərk saxla,nəyimiz varsa,burdadır,bəlkə,Allah bizi bu vəhşilərin əlindən salamat qurtardı,satıb uşaqları ac qoymarıq.
Özü isə köhnə təklüləni götürdü.Bu tüfəng babasının Bakıda yaşayan jurnalist dostunun idi.Yolu buralara düşəndə babası ilə ova gedırdilər.Artıq tank səsləri yaxınlıqda eşidilirdi.Nənəsi sonuncu göstərişini verdi:
-Fidan,cəld ol,uşaqları götür,arxa qapıdan çıx,quzuların küzündə gizlənin,Zeynəb,biz qarşıdan çıxaq,izi azdırmaq lazımdır.
Fidan özünü itirmədi, qardaşı 4 yaşlı Əzizi və bacısı 6 yaşlı Əzizəni götürüb evdən çıxmaq istəyəndə nəsə xatırlayıb mətbəxə keçdi.Şam yeməyindən təknədə qalmış çörək dilimlərini toplayib sellofana bükdü, paltosunu altında sənədlərlə birlikdə gizlətdi.Arxa qapıdan uşaqlarla çıxdı,çəpəri aşıb qonşunun həyətinə keçdilər.Çəpərin qırağı ilə əyilə-əyilə gedib küzün bərabərinə çatdılar,yenidən çəpəri aşıb öz həyətlərinə keçdilər.Fidan həyəcanlasa da,hər şeyi gözə almışdı,küzə öz həyətlərindən girsə idilər,qarın üzərində ayaq izləri qalacaqdı.Ermənilər də onları asanlıqla tapa bilərdilər.İndi Fidan özlərini nisbətən təhlükəsiz yerdə hiss edirdi,həm də burdan baş verənləri izləmək olardı.
Nənəsi ilə anası küçəyə çıxanda darvazaya çatmağa az qalmış tank dayandı.İçərisindən bir rus,bir saqqallı erməni əsgəri çıxdi.Nənəsigil əks tərəfə qaçmağa başladılar.Nənənin əlindəki tüfəngi görən erməni avtomatdan atəş açdı.Yaralanmış nənə yerə yıxıldı.Anası tez qayıdıb tüfəngi götürdü,erməniyə tuşladı.Bu dəfəki avtomat atəşi ananın həyatına son qoydu.Nənə tüfəngə tərəf sürünəndə növbəti atəş açıldı.Əsgərlər meyitlərə yaxınlaşanda erməni Samvel ananın əlindəki düyünçəni gördü.Düyünçəni onun barmaqları arasından çıxarıb açdı.Qızılları görüb sevincək bağırdı:
-Ara,ara,İvan,yaxşıca varlandıq.Yəqin evdə bundan çoxdu.Gedək,evi axtaraq.
Hər ikisi qayıdıb tanka çıxdılar,tankı birbaşa darvazanın üstünə sürdülər.Darvaza tankın təkərləri altında qalıb xurd-xəşil oldu.Tankı düz pilləkənin qabağında saxlayıb yerə atıldılar.Samvel İvanı itələyib yuxarı birinci özü qalxdı.İvan otağa daxil olanda Samvel artıq sandığı eşirdi.Birlikdə evi ələk-vələk etdilər,heç nə tapmadılar.Erməni avtomatın qundağını qəzəblə otağın qapısına vurub bağırdı:
-Gedək burdan,İvan,bunlar acından ölənin biri imişlər,gedək həyətə baxaq.
Həyətdə gözə dəyən bir şey tapmadılar.Yağan qar küzün üstünü örtüyündən ermənilər heç nə hiss etmədilər.Arxadan gələn tanklar da həyətə daxil oldu.Tankların biri gəlib küzün yaxınlığında dayandı. Bir neçə erməni yaraqlısı əllərində araq şüşəsi tankdan düşdülər,İvanı və Samveli qucaqlayıb öpdülər.Saqqallının biri bağırdı:

-Ara, akbercan, Xocalını aldlq. Bir dənə də olsun kənddə türk qalmayıb. Hamısını güllədən keçirdik, tankın altına salıb əzdik. Meyitlərin içində bələkdə balaca bir qızcıqaz sağ qalmışdı. Onu da süngüyə taxıb bayraq əvəzinə tankın lüləsinə taxmışıq.Bu bədbəxtlər elə bilirdilər, Ağdam yolu açıqdır,hamı ora qaçırdı.Biz də rahatca hamısını qırırdıq. Biz türklərin hamısının axırına çıxacağıq, Qarabağda bir türk belə qalmayacaq. “Qələbəmizin şərəfinə”- deyərək araqdan içib sərxoş olan ermənilər “Qarabağ” mahnısını oxuya-oxuya küzün ətrafında dövrə vurduqca balaca uşaqlar qorxuya düşdülər. Fidan bacı və qardaşını bağrına basıb qulaqlarlna pıçıldadı ki, səslərini çıxarmasınlar, yoxsa o qaniçən qatillər onlara da rəhm eləməzlər. Əziz və Əzizə qorxaraq Fidana bərk-bərk qısıldılar. Bir müddətdən sonra erməni tankları evi uçurub getdilər. Xoşbəxtlikdən onlar həmin gecə düşmən əlinə keçmədilər.

… … …

Artıq səhər açılmışdı, qar da yağmırdı. Güllə səsləri kəsilsə də, şəhər od tutub yanırdı.Yanan evlərin tüstüsü göyün üzünü bulud kimi örtmüşdü. Xocalıda bir başı papaqlı belə qalmamışdı. Şəhər əhalisi soyqırıma məruz qalsa da, Fidan və onun qardaşı, bacısı sağ qalmışdı. Sakitlik olduğunu görən Fidan ətrafa göz gəzdirdi. Erməni faşistləri şəhəri tərk etmişdilər. Fidan qardaş və bacısını küzdən çıxardıb həyətdən çıxdı. Hər tərəf insan cəsədlərii ilə dolu idi. Qətlə yetirilmiş qadınlardan birinin qalın yun şalını külək vurub kənara atmışdı. Fidan yerdən şalı götürdü və onun qarını çırpdı, sonra həmin şalla qardaşını kürəyinə sarıdı, bacısının əlindən tutub meşəyə tərəf yol aldılar.Fidan meşənin hər qarışına bələd olduğundan, yolları yaxşı tanıyırdı. Körpələri yormamaq üçün tez-tez dayanır,gizlətdiyi çörər dilimləyini onlara yedizdirirdi.Gecəni meşədə keçirməli oldular.Aydınlıq gecə idi.Fidan ətrafı gəzib quru ağac budaqları topladı.Əziz dedi:
-Bacı,ocaq yandıracaqsan?
-Yox,gülüm,ocaq yandırsam,tüstü qalxar,ermənilər bizi tapar.
Fidan ağac budaqlarını üst-üstə yığdı,bacardığı qədər tarazlıq yaratdı.Uşaqları yanaşı əyləşdirdi,yun şal ilə çiyinlərini örtdü.Hərəsinin əlinə bir dilim çörək verdi.Əzizə gördü ki,bacısı yemir,dedi:
-Bacı,bizə verirsən,ancaq özün yemirsən,qopxursan biz aclıqdan ölərik?
Fidan doluxsunmuş gözlərini bacısının üzündən yayındırıb dedi:
-Yox,mələyim,mən hələ acmamışam,indi nağıl deyib sizi yatızdıracağam,sonra özüm də yeyəcəyəm.
Bunu deyib barmaqları ilə paltosunun altında qalmış axırıncı çörək dilimini yoxladı.Növbə ilə uşaqların uzunboğaz çəkmələrini çıxardı,ayaqlarını ovuşdurub yenidən geydirdi.Nənəsinin danışdığı nağıllardan yadında qalanı danışmağa başladı. Xumarlanan Əziz birdən ağlamağa başladı:
-Bəs anamla nənəm nə vaxt bizə çatacaqlar?
-Onlar bibigilə gediblər,babanı da götürüb gələcəklər.

Bir azdan uşaqlar yuxuya getdilər.Fidan uşaqların keşiyini çəkdi.Paltosunu soyunub onları bükdü,özü isə donmasın deyə ora-bura qaçdı. Üç saatdan sonra uşaqları oyatdı,yenidən ayaqlarını ovuşdurdu,axırıncı çörək dilimini bölüb onlara verdi.Əzizi kürəyinə sarıdı, yollarına davam etdilər.Günortaya yaxın kənd yoluna çatdılar.

Yol boyu köç gedirdi.Kuzası ev əşyaları ilə dolu maşın karvanları yol qırağı düzülmüşdü, deyəsən, Bakıya tələsirdi. Fidangil içərisi ev əşyaları, yorğan-döşəklə dolu olan avtomoblə yaxınılaşdılar. Fidan ətrafa nəzər salıb gördü ki, heç kəs yoxdur, cəld bacısını üstü çadırla örtülü yük maşınına mindirdi, sonra qardaşını ona verdi. Axırda özü minib təhlükəsiz yerdə- yorğan-döşəyin arxasında gizləndilər.

… … …

Köç maşını yola düşmüşdü. Uşaqlar ac olsalar da, dinmirdilər. Əziz qorxudan cınqırını çıxartmırdı. Amma Fidan çox diribaş idi. Döşəyi qaldırıb qazanın içində dəsmala bükülü bir parça çörəyi gördü. Tez çörəyi qazandan çıxardı, onu iki yerə bölüb tifillərə verdi. Balacalar boyat çörəyi iştahla yeyib yuxuya getdilər.

Dərdi köksünü parçalayan Fidanın gözlərinə yuxu getmirdi. Vəhşıcəsinə qətlə yetilmiş doğmalarını, Xocalı sakinlərini xatırladıqca gözlərindən axan isti yaş gilələri yanaqlarına süzülürdü. Qızcığazın həyatda bir əzizi qalmamışdı. Bütün qohum-əqrəbası amansızcasına qətlə yetirilmiş, ən ağır yük onun çiyinlərinə düşmüşdü. Tərslikdən, həmin il qış çox soyuq keçirdi. Elə bil bu üç fidan balaların taleyinə, bəxtinə yazılmışdı o qış. Fidan dərd,qəm içində boğulurdu:”Bu soyuq qışda, evsiz-eşiksiz, yurdsuz-yuvasız, qərib eldə, ac-sussuz necə baş çıxardacaqlar? Bakının qarlı,şaxtalı, küləkli gecələrində haraya gedəcəklər, kimin evinə üz tutacaqlar, kimlərə əl açıb çörək istəyəcəklər? Öz-özünə düşünürdü və sualı-sualın dalınca yağdırırdı Fidan…

… … …

Köç maşını gəlib Bakıya çatdı. Arxa kuzanı açan sürücü uşaqları gördü. Bir söz demədən onları düşürdü. Fidan qardaşını kürəyinə sarıdı, bacısının əlindən tutub köç maşınından aralandı. Özü də bilmirdi ki, ucu-bucağı görünməyən bu şəhərdə necə hərəkət etsin və iki körpə uşaqla gedib harada daldalansınlar, hava da get-gedə qaralırdı. Ömründə Bakını görməmişdi. Şəhərdə bir kimsəsi yox idi. Əlacları kəsilib yaxınlıqda tikintisi yarımçıq qalmış binaya getdilər. Deyəsən, həmin binada təkəm-seyrək qalan var idi. Pəncərələri sellafonla örtülmüş otaqlardan lampa işığı gəlirdi. Fidangil pəncərəsi nazik taxta parçası ilə örtülmüş balaca bir otağa daxil oldular. Xoşbəxtlikdən otaqda odun sobası vardı. Köhnə taxtadan düzəldilmiş stolun üstündə iki qalın stəkan və bir də üst- başını his basmış alüminiumdan düzəldilmiş qulpu qırıq çaydan var idi. Bunu görən Fidan çox sevindi.” Görünür, tikintidə işləyən fəhlələr burada nahar edirmişlər”,- dedi. O, cəld otağın içini təmizlədi. Yun şalı taxta parçasından düzəldilmiş oturacağın üstünə salıb qardaş və bacısını onun üstündə oturtdu, özü bayıra çıxdı, bir qucaq taxta və odun parçası tapıb gətirdi. Sonra həyətə çıxıb siqaret çəkən sakinlərin birindən bir qutu kibrit alıb otağa qayıtdı, taxta parçalarından sobaya yığıb yandırdı. Fidan hisli, içərisini qalın ərp tutmuş köhnə çaydanı və sarı kif bağlamş stəkanları həyətdə axan krantın altında möhkəmcə yudu. Rəngi açılmış çaydanı su ilə doldurub gətirdi və sobanın üstünə qoyub qaynatdı. Qaynanmış suyu stəkanlara töküb çay əvəzinə uşaqlara verdi. Özü də qaynamış sudan bir stəkan içdi.

Otağın bir küncündə köhnə taxt çarpayı var idi.Bir ayağı sınıq olduğu üçün sacayağı oturmuşdu. Fidan gətirdiyi taxta parçalarından üst-üstə yığıb çarpayıya ayaq düzəltdi.Çarpayının üstündəki yorğan-döşəyin köhnə və çirkli olması Fidanın gözünə görünmədi,uşaqları bağrına basıb sobanın istisinə qızmış otaqda yuxuya getdilər…

Həmin gecə anası Əzizin yuxusuna girdi. Əynində ağ xalat vardı. Anası onu bağrına basıb üz -gözündən öpür,saçlarını tumarlaya-tumarlaya:” qorxma mənim balam, hər şey yaxşı olacaq”,- deyirdi. Əziz ağlaya-ağlaya sayıqlamağa başladı:

– Ana, sənin üçün çox darıxmışam, səni buraxmayacağam, mən səni çox sevirəm. Bacılarım da burdadır,bizi qoyub getmə,ana!

Səsə Fidan oyandı. Tez ayağa durub işığı yandırdı, çaydandan su töküb Əzizə içirtdi.Onu möhkəm qucaqlayıb bağrına basdı.

Əziz:

-Mən anamı istəyirəm. Anam gəlmişdi, burda,yanımda idi, gözlərimi açanda onu görmədim.

Fidan qardaşının başın sığallayıb, onu dilə tutdu ki, anamız ölməyib. Anamız mələyə çevrilib, göyə qalxıb. Valideynlərimiz ölməyiblər, onlar Tanrı dərgahındadırlar.Biz onları görməsək də, onlar bizi görürlər. Bax, ona görə də anamız sənin yuxuna girib. Gecələr gələcək, səni əvvəlki kimi qoxulayacaq,oxşayacaq. Sənə” mənim qoçumsan”- deyib bağrına basacaq əzizləyəcək, sənə qoğal bişirəcək. Sən də isti qoğaldan yeyib nənənin nağıllarına qulaq asa-asa şirin yuxuya gedəcəksən…

Gecələr beləcə bir-birlərinə sığınıb yatırdılar. Gündüzlər isə Fidan Əzizi Əzizənın yanında qoyur, onlara bərk-bərk tapşırırdı ki, bayıra çıxmasınlar, soyuqlu havada xəstələnərlər. Uşaqlar ac qalmasınlar deyə, özü çörək, yeyəcək dalınca gedirdi. Hətta məcburiyyət qarşısında qalıb tanımadığı adamlara əl açırdı. Artıq qız dilənçiliyə alışsa da, bu ona çox baha başa gəlirdi. Çünki ömründə pis gün görməmişdi, çətinliyə düşməmişdi. Hərdən insafsız adamların söyüşünə, tənəli sözlərinə, şillə-qapazına tuş gəlsə də, buna dözürdü Fidan…
Bu balaca otağa sığındıqlarından bir necə gün keçmişdi.Fidan axşamdan uşaqları yedirib-içizdirmişdi.Hər ikisi çarpayıda bir-birinə qısılıb mışıl-mışıl yatmışdılar.Çarpa-yının ayaq tərəfində özünə yer edən Fidan kürəyini divara söykəyib gözünü bir nöqtəyə dikmişdi.Evlərini,ata-anasını,nənə-babasını fikirləşirdi.Uşaqlıqdan nənəsi belə soyuq qış gesələrində ona maraqlı nağıllar danışardı.Bu nağılların təsirinə düşən Fidan böyüyəndən sonra da nənəsindən nağıl söyləməyi xahiş edərdi.Nənəsi də zarafatla deyərdi:
-Ay qız,sənin ərə gedən vaxtındır,nağıl axtaran yox.
Gözlərindən yaş axa-axa Fidanın yanaqlarında xoş bir təbəssüm əmələ gəldi.Qeyri –ixtiyari öz-özünə dedi:
-Can nənə,həyatını bizə qurban verən nənə!
Birdən gözü divarın dibindəki yeganə stola sataşdı.Üstündə köhnə çaydan olan stola.Divarla stolun ayağının arasında nəsə qaralırdı.Əvvəldən heç fikir verməmişdi.
Çarpayıdan durdu,stola yaxınlaşdı,əyilib
baxanda gördü ki,köhnə pul kisəsidir.Əlinə
alıb içini açdı.Pul kisəsində xeyli pul var idi.
Amma pullar əzik idi.Görünür,əziyyətlə,həm

də uzun müddətə yığılmış pul idi.Fidan fikir-
ləşdi:”Yəqin burda qalan fəhlələrdən birinindir.Yazıq indi,Allah bilir,axtarmadığı yer qalmayıb.Bəlkə də,elə bilir, itirib.Nə əcəb,bura qayıtmaq ağlına gəlməyib.Bəlkə,
gəldi,gözləyək,nə bilmək olar.Halal pul yiyə-
sinə qismət olmalıdır”.İşığı söndürüb bacı-
qardaşına qısıldı,yuxuya getdi.
Bir azdan sanki kimsə Fidanı silkələyib
“Ayıl”-dedi.Qız qəfildən gözlərini açdı.Ona elə gəldi ki,bayırda hənirti gəlir.Doğurdan da,qapı yavaşca cırıldadı. Kimsə fənər işığını 
otağın künclərinə tuşladı.Fidan qorxusun-dan titrəməyə başladı. Adam çarpayıda
yatanları görmüşdü,yaxınlaşıb işığı onların
üzünə saldı.Fidan qəfildən qışqırdı:
-Əmi,əmi,nə olar,bizi öldürmə.Yox,məni öldür,bu körpələrə dəymə.
Kişi otağa bələd imiş kimi tez işığı yandırdı.Fidan hıçqıra-hıçqıra ağlayırdı.
Kişi onun çiyinlərindən tutub silkələdi:
-Qorxma,qızım,qorxma,mənim sizinlə işim yoxdur,uşaqları oyatma.
Kişinin səsindəki mülayimlik Fidanı sakitləşdirdi.Bir müddət maddım-maddım
kişinin üzünə baxdı,sonra ürəklənib soruşdu:
-Əmi,siz kimsiniz?
-Mən Aydınam.Özüm Ağsu royundanam.
Əmioğlumla gəlib burda fəhləlik edir,ailə-
mizə pul göndərirdik.Artıq xərclik olmasın deyə kirayə ev tutmamışıq,buranı özümüzə
otaq düzəltmişik. Keçən həftə dedik, gedək,
evə baş çəkək.Səhər tezdən çıxdıq,avtobusa pul verəndə əmioğlum məni əlimi cibimə 
salmağa qoymadı.Dedi ki,mən verim,sən evə çatanda mənə verərsən.Evə çatanda əlimi cibimə atdım,gördüm,pul kisəsi yoxdur.Bildim ki,burda qalıb.Əmioğlumla pulu yarı böldük.Dedim,pulumu tapanda qaytaracağam.Əmin idim ki,burda qoymuşam.
Fidan tez dedi:
-Əmi,sənin pulunu bu gün tapmışam,budur,
bura qoymuşam.(Döşəyin aşağı ucunu qaldırıb göstərdi.)Bildim ki,yiyəsi gəlib çıxacaq.
Aydının gözü çarpayının ayağına sataşdı.
Gülümsəyib dedi:
-Hə,əmioğlum bir az kökdür,çarpayı onun ağırlığına tab gətirmədi,ayağı sındı.Nə yaxşı düzəlmisən.
Fidanın ona zillənmiş donuq gözlərinə baxıb birdən xatırladı ki,bəs bunlar kimdir axı,soruşdu:
-Qızım,siz kimsiniz,burda nə edirsiniz?
Çoxdan belə mehriban səs eşitməyən Fidan ağlaya-ağlaya başlarına gələnləri danışdı. Ona qulaq asdıqca kişinin gözlərindən yaş sel kimi axırdı. Fidan söhbə-
tini bitirib dayandı.Hər ikisi bir müddət din-
məzcə bir-birinə baxdılar.Nəhayət,kişi dil-
ləndi:
-Qızım,mənim bir təklifim var.Mən gedirəm rayona,evdıkilərə hər şeyi danışacağam.
Mənim iki oğlum,bir qızım var.Onlar məktəblidirlər.Evim üçotaqlıdır.Otaqların birini sizin üçün hazırlayarıq.Sonra da gəlib sizi apararam,olarsınız mənim balalarım.
Bir təhət dolanarıq,ac qalmarıq. Bal da tap-
aq,şor da tapsaq bir yerdə yeyərik.Nə deyir-sən?
Bu təklif Fidan üçün göydəndüşmə oldu.
Dedi:
-Əmi,mənin tibb təhsilim var,mən də işləyə-
rəm,sizə yük olmarıq,əlimdən gələni edərəm.
Sonra pul kisəsini Aydına verdi.Kişi xudahafizləşib getmək istəyəndə Fidan
dedi:
-Əmi,hara gedirsiniz,bura sizin evinizdir,
qalın,səhər gedərsiniz,onsuz da səhərin açılmağına az qalıb.Yəqin həm də acsınız,
bir tukə çörək yeyin.
-Yox,qızım,ac deyiləm,sizin boğazınıza ortaq olmayım.
-Əmi,narahat olmayın,mən sabah yenə…
Fidan”yenə dilənərəm”demək istədi,kişinin
gözündəki qayğını görüb sözünü uddu.
Aydın dedi:
-Onda gəl belə edək, bu puldan bir qədər sənə verim.Mən qayıdıb gələnə qədər dola-
nın,daha küçələrə düşmə.Razı olsan,mən də
sənə qonaq olaram.
Fidan həvəslə ayağa qalxdı,səhər yeməyi üçün saxladığı ərzaqlardan Aydına yemək 
hazırladı.Bir az söhbət etdilər,Aydın həyət-
lərindən,dolanışığından,uşaqlarından danış-
dı.Beləcə, səhəri açdılar.
Aydın Fidana ürək-dirək verib rayona 
yollandı.Fidangil Aydının verdiyi pulla üç
gün dolandılar.Pul qurtardı.Fidanın gözü 
yolda qalmışdı.Aydın əmidən xəbər yox idi.
Dördüncü gün Fidan yenidən adamlara əl açmağa məcbur oldu.Bir həftədən sonra 
Fidan Aydına olan ümidini tamam üzdü.
Fikirləşdi ki,evdəkilər razı olmadı deyə
Aydın da onları aparmağa gələsi olmayıb. Özünə təsəlli verdi ki,körpələrə nəsə deyib onları gümana salmamışdı.Amma Fidan heç vaxt bilməyəəcəkdi ki…
Aydın Fidanla sağollaşıb vağzala yollan-
dı.Vağzalda qəfildən hərbi geyimli bir nəfər
onu saxlayıb dedi:
-Aa,qonşu,salam,necəsən?
Aydın diqqətlə baxıb qonşuları Elmarı 
tanıdı.
-Salam,salam,sən hara buralar hara?
-Bu gün gəlmişəm,kəndə gedirəm,dedim,bir vağzala baş çəkim,tanış-biliş varsa,onu da götürüm,yolda darıxmayım,söhbət edə-edə
gedək.Nə yaxşı səni gördüm.Sonra gülə-
gülə əlavə etdi:
-Qorxma,yol pulu almayacağam.
Elmar hərbçi idi.Rusiyada yaşayırdı.

Yol gedə-gedə gəlişinin səbəbini Aydına
izah etdi.Sən demə,Qarabağda gedən hadisələr onu çox narahat edirmiş.Fikirlə-
şib ki,bu dar gündə elimdə ,obamda olum,
bacarığımı xalqıma sərf edim.Qərar verib ki,birdəfəlik Azərbaycana qayıtsın.İndi gedib ata-anası ilə görüşəcək,1-2 gündən sonra cəbhəyə yollanacaqdı.
Amma atalar demiş:”Sən saydığını say,
gör fələk nə sayır”.Havalar soyuq keçdiyindən yollar buz bağlamışdı.Ağsu 
aşırımını keçərkən Elmar qarşıdan gələn
avtomaşınla toqquşmamaq üçün öz maşı-
nını yana verəndə sükan əlindən çıxdı,ma-
şın dərəyə yuvarlandı.Elmar Rusiyada qalan
ailəsi ilə valideynlərinin,Aydın isə Fidanla öz ailəsinin gözünü həmişəlik yollarda qoydu.

… … …

Aradan xeyli vaxt keçmişdi. Fidan yaşamağa nə rahat bir sığınacaq, nə də ki, iş yeri tapa bilirdi. Aclıq və yorğunluq onu taqətdən saldığından yanaqları solmuşdu. Arıqladığından sifətində ləkələr, dodaqlarının qıraqlarında qırışlar əmələ gəlmişdi. Hansı qapını döyüdü, kimin yanına gedirdisə, heç bir kəsin ona rəhmi gəlmirdi, bəziləri ona yalnız miskin dilənçi kimi baxırdı.

Hər gün cəbhə bölgəsindən şəhid cənazəsinin gəlməsinə baxmayaraq, paytaxda müharibə yaşanmırdı. Hamı öz kefində, iş, gücündə idi. Elə bil bu ölkədə müharibə getmirdi. Qarabağ sanki yaddan çıxmışdı. Amma cəbhə bölgəsində vəziyyət günbəgün ağırlaşırdı, kəndlərimiz bir-birinin ardınca işğal olunur, günahsız adamlar isə qətlə yetirilirdi. Çünki o illərdə müharibə dövlət səviyyəsində aparılmırdı. Təpədən dırnağa kimi müasir silahla silahlanmış erməni ordusu ilə əli dəyənəkli kənd camaatı döyüşürdü. Ölkədə hakimiyyətsizlik, özbaşınalıq, xaos hökm sürürdü. Maymaq rəhbərlərimiz hələ də Kremilin diktəsi ilə oturub- dururdular. Artıq Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmamışdı, Qarabağdan isə böyük köç axını başlamışdı. Gələn köç ölkənin müxtəlif bölgələrinə səpələnsə də, onların haqq səsinə əhəmiyyət verən yox idi. Amma paytaxtda cavan oğlan və qızlarımız şəhərin bar və diskotekalarından çıxmaq bilmirdilər, öz” kübar” həyatlarını yaşayırdılar. Çarəsiz didərginlər isə quru can hayında qalmışdılar, bir parça çörəyə möhtac idilər, bilmirdilər hara üz tutsunlar, kimin qapısına getsinlər. Fidan da həmçinin… Hara gedirdi, hansı məmurun qapısını açırdı, kimsəsiz və çarəsiz qalmış bu kənd qızına ya söz atırdılar, ya ələ salırdılar, ya da ona çəp-çəp baxırdılar; “didərgin” deyib, qapıdan əliboş qovurdular. Hər gecə uşaqları yatırandan sonra gizlicə ağlayırdı Fidan. Göz yaşları içində boğula-boğula deyirdi:

– Ey insanlar, məni eşidirsinizmi? Erməni faşistləri Azərbaycanın bir parçası olan Xocalı kimi bir şəhəri darmadağın etdilər. On mindən çox əli yalın, günahsız əhalisini isə gülləbarana tutdular, tankların altına salıb vəhşicəsinə qətlə yetirdilər. Biz yetim qalmış didərginlər Xocalıda həlak olmuşların övladlarıyıq və canımız,qanımız bir olan siz bakılılara pənah gətirmişik. Siz bizə qucaq açmaq əvəzinə, qışın bu sazağında “didərgin” deyib təhqir edirsiniz, alçaldırsınız. Bəs bu evsiz- eşiksiz qalmış didərginlər insan deyil, bura vətən deyil, biz bu vətənin övladları deyilik? Bəs biz hara gedək?

Küçələrə düşən qız öz acı taleyi ilə barışmalı olurdu. Çətinliyə qatlaşır, əzab-əziyyətlərə sinə gərirdi. Çünki özündən başqa iki körpə qardaş və bacısının yaşaması üçün həyatını qurban verməyə hazır idi. 
Əxlaqsız yuvasına çevrilmiş kafelər, barlar və saunalar bütün günü, gecəli-gündüzlü saat əqrəbi kimi işləyir, cavan gözəgəlimli qızları yoldan çıxarıb əxlaqsız yuvasına dəvət edirdilər.

Fidan belələrindən deyildi. O, cox ağılı olsa da,həm də sadəlövh idi.Qarşısında əl açacağı insanın əvvəlcə sifətinə baxır-dı.Üzügülər birisinə rast gələndə əl açırdı. Elə ki kədərli,qaş-qabaqlı insanla rastlaşdı, ondan yan qaçırdı.Bəzən tərsinə olurdu. Sifətindən qəm-kədər yağan qadınlar onu yanına çağırır,pul,paltar verirdilər.Bahalı geyiminin ziyası üzündə əks olunan insanlr isə ona həqarətlə baxırdılar.
Bir neçə gün idi,Fidan eyni küçə ilə
ehtiyac dalısınca gedirdi.Və hər gün səliqə ilə geyinmiş bir qadınla rastlaşırdı.Sən demə, bu qadın pis əməl sahibi imiş. Küçələrə çıxıb qəşəng qızları, cazibədar qadınları yoldan çıxarıb saunaya gətirərmiş, varlı, vəzifəli müştərilərə “qonaq” edib, onun müqabilində onlardan böyük məbləğdə pul alarmış.Hər gün Fidana göz qoyan qadın başa düşmüşdü ki,ehtiyac və çətnlik ucbatından sıxılmış bu çöhrənin arxasında möhtəşəm bir gözəllik dayanır. Bu gözəlliyi görüb Fidanın həyatı ilə maraqlanan Pəri adlı bu qadın hiyləyə əl atır, onu şirin dilə tutur. Sadə kənd qızını ələ keçirmək məqsədi ilə “canıyananlıq” edir, ona çörək pulu verir,dəfələrlə evinə gətirir, hətta bişirdiyi dadlı yeməklərdən qazana doldurub evə-uşaqlara da göndərirdi.O, qızı bu yolla ələ alıb işlədiyi saunaya gətirdi . Bir müddət Fidan orada işlədi, gəlib-gedən müştərilərə xidmət göstərdi. Pəri xanım çalışırdı ki, Fidan ora bağlansın, saunanın mühitinə alışa bilsin. Çünki elə sadəlövh qızı müştəriyə birdən-birə satmaq olmazdı. Onun tədricən tovlamaq, pula şirnikləşdirib yoldan çıxartmaq lazım idi.

… … …

Artıq Fidan işə alışmışdı. Pəri xanım hər gün ona gündəlik qazancından əlavə pul verirdi. Fidan pulu götürmək istəməyəndə Pəri xanım onun qumral saçını mehribancasına sığallayır, şirin dilini işə salıb deyirdi:

-Qızım, sən mənim balamsan, yaşayış tərzinizin ağır olduğuna və iki azyaşlı qardaş -bacınla tənha qaldığına görə bu pulları sənə verirəm.Sən də bu xalqın övladısan, mən də.Bəs mənim sənə köməyim dəyməli deyil?
Belə şirin sözlərdən sonra Fidanın ürəyi rahatlanır,bu” gözəl” insanla rastlaşdığına 
görə Tanrıya şükürlər edirdi.

Fidan yaxşı qidalandığı üçün özünə gəlmiş ,əvvəlki gözəlliyi qayıtmışdı. Onun çox gözəl, cazibədar bədəni vardı. Pəri xanım, yollar axtarırdı ki, qızı müştərilərə sata bilsin. Özü-özlüyündə plan cızıb götür-qoy edirdi:
– Əgər onu yoldan çıxara bilsəm, müştəriləri çoxalar.

Hər gün belə düşünürdü, Pəri xanım. Hər şeyi ölçüb-biçmişdi və qıza indiyə kimi verdiyi pulları bir gündə çıxarmaq istəyirdi.

Fidan işindən çox razı qalmışdı. Qazandığı pullarla yorğan-döşək,qab-qacaq almış, qardaş və bacısının əyin-başlarını düzəltmişdi. Hər gün Pəri xanıma dua oxuyan Fidan heç vaxt ağlına gətirməzdi ki, qarşıdan onu hansı müsubətlər gözləyir…

Bir gün Pəri xanımın axtardığı fürsət öz ayağı ilə gəldi.Fidan özünə təzə don almışdı. Qara rəngli don əyninə kip oturduğundan bədənin gözəlliyi aydın sezilidi.Açaraq çiyninə tökdüyü qumral saçlar bu gözəlliyi tamamlayırdı.Fidan güləndə sol yanağında çuxur əmələ gəlirdi,bu da ona xüsusi gözəllik verirdi.Saunaya daxil olanda foyedə qoyulmuş böyük güzgünün qabağında dayanıb özünə baxan Fidanı görəndə Pəri fikirləşdi ki, məqamdır,bu işi bu gün bitirmək lazımdır.Odur ki,qızı yanına çağırdı, mülayimcəsinə şirin dilini işə salıb dedi:

-Qızım, o kabinetdəki müştərini yaxından tanıyıram, hörmətli qonağımızdır, demək istəyirəm ki, vəzifəli, çox imkanlı adamdır, ona yaxşı xidmət göstərsən və razı sala bilsən, o bizə yaxşı pul verəcək.

Fidan tez mətbəxə keçdi, pürrəngi çay dəmlədi. Dəmlədiyi çayı, qoz mürəbbəsi və ləpə ilə birlikdə siniyə yığıb müştəri oturan kabinetə apardı. Kəsilmiş palıd kötüyü kimi yoğun olan müştəri divanda əyləşib ilan kimi fısıldaya- fısıldaya piy tutmiş dərisi sallanan bədənini dəsmalla qurulayırdı. Fidan içəri daxil oldu. Salam verib çayı və çərəzləri səliqə ilə stolun üsünə düzdü. Üstəlik müştəriyə bir stəkan çay süzdü. Donba gözləri ilə qızı çəp-çəp süzən müştəri yağlı dilini işə salıb dedi:

-Siz necə də gözəlsiniz? Deyəsən, burada təzə işləyirsiniz, Pəri xanımın zövqü yanılmaz. Özü kimi gözəl, nərmə-nazik xanımları işə cəlb edir. Varam də Pəri xanımin zövqü ilə.

Fidan cavab verməyib gülümsəyirdi, amma müştəri xəyalından nə keçirdiyini heç ağlına da gətirməzdi. Çünki o kənddə böyümüşdü, sadə bir ailədə tərbiyyə almışdı. Təmiz, olduqca saf, sadəlövh bir qız idi. Bu günə kimi ona yad əli toxunmamışdı, yad nəfəsi dəyməmişdi. Divanda dirsəklənən müştəri əlini qızın bədəninə toxundurmaq istəyəndə Fidan diksinib geri çəkildi. Özünü onda qoymayan qız istədi ki, tez sinini götürüb kabineti tərk etsin. Amma buna nail ola bilmədi. Müştəri qapı tərəfdə dayanmışdı. Fidan vəziyyətin çətin olduğunu görüb əsəbli halda müştəriyə dedi:

-Əmi, mən Xocalıdanam. Ermənilər Xocalını işğal etdilər. Valideyinlərimi tankın altına salıb vəhşicəsinə qətlə yetirdilər. Azyaşlı qardaş və bacımla tək qalmışam. Onlar ac qalmasın deyə çarəsizlikdən bura gəlmişəm. Mən namuslu qızam, əxlaqsız qadın deyiləm. Siz Allah toxunmayın mənə, buraxın, gedim.

Müştərinin qızı yaşında olan zavallı bu qızcığazın yalvarışına rəhmi gəlmədi. Sifəti sərtləşən müştəri görkəminə uyğun olmayan cəldliklə ayağa durub qızın qollarından yapışdı, özünə tərəf çəkdi.Köm- bə dodaqları ilə üz-gözündən, ağ mərmər sinəsindən öpüb divana yıxmaq istədi. Buna imkan verməyən Fidan ilan kimi qıvrılıb müştərinin qolları arasından çıxdı və stolun üstündəki külqabını götürüb var gücü ilə onun başına çırpdı. Müştəri iki əli ilə başını tutub divana sərildi.Fidan qorxu və təlaş içində bayıra qaçaraq tez Pəri xanımı səslədi. Səsə Pəri xanım gəldi:
– A qızım nə olub, nə əhvalat baş verib?

Qəfəsdəki quş kimi ürəyi çırpınan Fidan əhvalatı ona danışanda Pəri xanım əsəbləşdi. Səmimi və mehriban görkəmi birdən-birə şabalıd qabığı kimi tündləşdi, mülayim sifəti bozardı, deyərdin,zəhərli ilana dönüb qızı bu dəqiqə çalacaq. Ağzından od puskürə-puskurə dedi:

-Bəs nə bilmişdin, sənə o pulları havayı verirdim? O pullar hardandır,bəlkə, göydən yağırdı,bəlkə,bulaq idi,yerdən qaynayırdı? Ay yetimçə,a küçə dilənçisi, tez ol, get müştərinin yanına, onun ayağına yıxıl, üzr istə, onu razı sal, yoxsa səni it kimi qovacağam.

Fidan məsum yanaqlarındən yaş süzülə- süzülə Pəriyə dedi:

-Yox, mən bunu edə bilmərəm, axı mən namuslu qızam…

Daha da özündən çıxan Pəri istahzalı əda əllərini ölçə-ölçə dedi:

– Bura sənin kimi min dənə namuslu qız gəlib, qarnı dolu gedib, bilmirdin ki, bura saunadır, bura gələn qadınlar bədənlərini satmalıdırlar. Tez ol, get müştərinin yanına, axı burda səni kimdir tanıyan. Üstəlik çoxlu pul alacaqsan, çətini bir dəfə olur. Sonra özün yalvaracaqsan, varlı kişilərdən əl çəkmiyəcəksən. Burda sənin kimi özünü naza mindirən qızcığazlar çox olub.

Fidan qulaqlarını tutub otaqdan çıxmaq

istəyəndə Pəri qızın hörüklərindən tutub otaqda sürüdü, sonra kürəyinə bir-iki yumruq vurub qovdu:
– Cəhənnəm ol, itil buradan, bir də gözüm səni görməsin,didərgin küçüyü .

… … …

Fidan gözəl olduğu qədər pak bir qız idi. İndiyə kimi ona yad əli dəyməmiş,yad nəfəsi toxunmamışdı.Axı onun gələcəyi hələ qabaqda idi. Bir saatın içində baş verənlər onu çox üzmüş,çıxılmaz vəziyyətə salmışdı. Saunadan çıxıb evə qədər yolu necə getdiyini bilmədi.Evə çatıb özünü çarpayıya atdı,hönkür-hönkür ağlamağa başladı. Bir müddət dinməzcə bacılarna baxan uşaqlar birdən ona qoşulub ağlaşdılar.Fidan ağlamağını kəsib onları sakitləşdirdi.Çarəsiz qız bir neçə gün evdən bayıra çıxmadı. Azuqələri də qurtarmışdı. Evdə çörək olmadığından iki gündür ac qalmışdılar. Balaca Əziz aclığa gözə bilməyib ağladıqca Fidanın ürəyi parça-parça olurdu. Heç bir yanda iş tapa bilmirdi. Fikirləşdi ki, yenidən saunaya qayıtsın,Pəri xanımın ayağına düşüb yalvarsın ki, bir qələtdir eləmişəm, qalım işləyim, nə desən edəcəyəm. Təki uşaqlar ac qalmasınlar. Fidan geyinib evdən çıxdı,məskunlaşdıqları binanın yaxınlığındakı təzə açılmış “talkuçka”nın yanından keçəndə fikrini dəyişdi.Öz-özünə düşündü, bəlkə “talkuçka” da iş tapar. Qız”talkuçka”nı o baş, bu baş gəzdi, dərdini kimə söylədisə, ona əhəmiyyət verən olmadı. Axırda yorulub bir taxta budkaya söykəndi. Aşağı baxanda balaca taxta kətili gördü,üstündə əyləşdi. İçəridə bir yaşlı qadın “peraşki” bişirib satırdı.İy hər tərəfi başına götürmüşdü.Aclıqdan başı gicəllənən Fidan evdə qoyub gəldiyi ac uşaqları fikirləşdikcə gözlərində yaş gilələnirdi.Təsadüfən nə üçünsə bayıra çıxan qadın Fidanı gördü. Görkəmindən bu qızın kimsəsiz olduğunu hiss etdi, dilə tutub kimliyi ilə maraqlandı. Fidan başlarına gələn müsibətləri bu xoşsifət qadına söylədi .Fidanı dinlədikcə qadının ürəyi göynədi, gözləri doldu. Ondan adını öyrənib dedi:

– Özünü üzmə,qızım,mən Məlahət xalayam, bu gündən sən oldun mənim qızım.Heç yana gedib eləmirsən.

Kağız parçasına təzəcə bişirdiyi isti “peraşki”lərdən büküb ona verdi və əlavə etdi:

– Tez ol evə qayıt, soyumamış onları uşaqlara ver, yesinlər. Onları ac qoyma, a bala, özün də sabahdan gəl yanıma, xala-bala əl-ələ verib bir yerdə işləyərik.

Bir müddət Fidan Məlahət xalaya kömək etdi. Evə hər gün həm isti “peraşki”, həm də bir-iki manat çörək pulu gətirirdi. Artıq xala-bala bir-birlərinə alışmışdılar. Hətta Fidan bəzən bir az gec gələndə Məlahət xala narahat olurdu. Eləcə də Fidan onu özünə çox doğma sanırdı.

Lakin Fidangilin xoşbəxtliyl uzun sürmədi . Tale burda da öz amanzıs rolunu oynadı.Bir gün Fidan işə gələndə taxtadan düzəldilmiş köhnə budkanın qapısının bağlı olduğunu gördü. Ətrafdakı satıcılardan qadının işə gəlməməsinin səbəbini soruşduqda dedilər ki, Məlahət xala bu gecə dünyasını dəyişib. Fidan yaş dolu gözlərlə təlaş içərisində evə qayıtmaq istəyirdi.Satıcıların arası ilə gedəndə ayaq altına düşmüş qəzet gördü.Yəqin alış-verişə gələnlərdən düşüb qalmışdı. İri hərflərlə yazılmış başlıqdan görünürdü ki, qəzetin adı “Vicdan ” idi .Köç” sərlövhəli məqaləni oxuduqca qızın gözlərindən yaş gilələri leysan kimi yanağından aşağı axaraq qəzetin üstünə ələnirdi. Çünki bu yazı zavallı didərginlərin acı taleyindən bəhs edirdi. Məqalənin müəllifi Aqil Həsənzadə idi. Fidan o yan bu yana boylanır,gözləri kimi isə axtarırdı.Nəhayət,səliqəli kostyum geymiş yaşlı kişiyə yaxınlaşıb qəzeti ona göstərtdi və Həsənzadənin kim olduğunu soruşdu.

Kişi cavab verdi:

-Həsənzadə “Vicdan” qəzetinin baş yazarıdır, bala! Çox alicənab, səxavətli, qorxmaz insandır. Yazıçıdır, bir neçə roman və povestlərin müəllifidir. Özü, deyilənə görə, Ağdam bölgəsindəndir, bir az da dəliqanlıdır. Qarabağ hadisələri onu yaman üzüb, hövsələdən çıxarıb. Tez-tez əsəbiləşib özündən çıxsa da, ürəyi çox kövrəkdir. Yaşının az olmasına baxmayaraq, saçları indidən ağarıb. Onun bir ayağı Bakıda, bir ayağı cəbhə bölgəsindədir, döyüşçülərimizə silah-sursat, eləcə də siqaret və ərzaq alıb aparır. Çox xeyirxah adamdır, imkansızlara əl tutur. Hər gün kabinetinin ağzı adamlarla dolu olur. Əksəriyyəti də qaçqın və köçkünlərdir.

Kişinin sözlərindən sevinən Fidan ondan redaksiyanın ünvanını öyrəndi.

… … …

Təxminən səhər saat 10 radələri olardı, Fidan bacı və qardaşını götürüb nəşriyyata gəldi. Binanın girişində dayanan polislər onları içəri buraxmadılar. Üst-başlarından elə bildilər ki, dilənçidirlər.Polislər onların üstərinə qışqırıb çölə qovmaq istəyəndə Fidan hökmlə dedi:

-Əmi, biz qaraçı, dilənçi deyilik, biz valideynlərini, qohumlarını itirmiş kimsəsiz didərginlərik. Həsənzadənin yanına gəlmişik.

Bir az öncə Fidangili burdan uzaqlaşdırmaq istəyən polisin onlara yazığı gəldi , dedi:

-Aqil müəllim hələ gəlməyib. Aşağıda qapının ağzında gözləyin, indilərdə gələr. Qapıya yaxınlaşanda görəcəksiniz, orta boylu, sarı pencəkli, ağsaçlı bir şəxsdir.

Uşaqlar geri qayıtmaq istəyəndə Həsənzadə içəri daxil oldu. Fidan şəkildən görmüşdü onu, tanıdı və ucadan “Aqil əmi”- deyib, ona yaxınlaşdı. Həsənzadə ayaq saxlayıb geriyə boylandı.Uşaqların sifətinə, nimdaş geyimlərinə, məzlum baxışlarına baxıb bir az duruxdu. Elə bildi ki, dilənçidirlər, əlini cibinə atanda Fidan əlindəki “Didərgin” sərlövhəli məqalə yazılmış qəzeti Həsənzadəyə sarı uzatdı. Həsənzaə çox arif adam idi, hiss etdi ki, burda nəsə var odur ki, uşaqları öz otağına apardı.

Fidan Xocalıdan başlayıb erməni faşistləri tərəfindən soyqırıma məruz qaldıqlarını, valideynlərini və qohum-əqrəbalarının itirdiyini, iki uşaqla tək və kimsəsiz paytaxtın küçələrində qaldıqlarını- bir sözlə,indiyə kimi başlarına gələn bütün əhvalatları ona danışdıqca Həsənzadə əsəblərini cilovlaya bilmir, söyüşlə hirsini boşaltmaq istəyirdi, amma uşaqları görə susurdu. Sonra Fidan özü ilə gətirdiyi diplomu Həsənzadəyə göstərib söhbətinə davam etdi:

-Nənəmin sayəsində diplomu və sənədləri-mizi özümlə götürə bildim. Düşündüm ki, əgər sağ qalsam, bəlkə o nəyəsə yarıya bilər. Şəhərimizdəki xəstəxanada tibb bacısı işləyirdim.

Həsənzadəni erməni vəhşiliklərindən artıq yandıran Bakı şəhərində kimsəsiz, iki körpə uşaqla həyatda tək qalan qıza qarşı edilən vəhşi zoraklıqlar idi. Bu nə qədər acı, nə qədər dözülməz bir dəhşət, faciə idi. Həsənzadə yumruğunu bərk-bərk sıxıb stola çırpıb dedi:

-Əclaflar, binamuslar! Görün, sizin başınıza nə oyun açacağam, bunun hesabını verəcəksiniz.

Siqareti siqaretin dalınca yandırırdı Həsənzadə. Artıq külqabı bir neçə dəfə dolub boşalmışdı. Nəhayət, özünü ələ almağa çalışan Həsənqulu əvvəlcə Zəfəri yanına çağırtdırdı, pul verib tapşırdı ki, bir müştəri kimi gedib saunada yeyib-içsin, Pərini tapsın, həmin gün ora gələn müştərinin kimliyini, vəzifəsini öyrənsin, ordan da bir baş Rayon Polis İdarəsinin Rəisinin yanına gedib, ona zəng vursun.

Zəfər çıxan kimi otağa qara kostyumda hündürboylu,çal saçlı bir kişi daxil oldu.Yaxınlaşıb Həsənzadəyə əl uzatdi:
-Salam,Aqil müəllim.
Arxada dayanmış Fidan eşitdiyi səsə 
diksindı,qabağa gəlib kişinin Həsənzadəyə
uzanmış əlindən yapışdı və sevincqarışıq
səslə qışqırdı:
-Qoşqar əmi!
Qəfil səsə çevrilən kişi heyrətini gizlədə
bilmədi:
-Ay aman,Teymurun balaları,Bəxtiyar kişinin nəvələri!
Fidan kişini qucaqlayıb hıçqıra-hıçqıra ağlayırdı.Çaş-baş qalmış kişi qızın saçlarını tumarlayir,onu sakitləşdirməyə çalışırdı ,o
biri əli ilə də körpələri özünə sıxmışdı.Nəha-
yət,qızı bir təhər əyləşdirdi,özü də yanında əyləşib onu danışdırmağa başladı.Fidan bir 
saat əvvəl Həsənzadəyə danışdıqlarını ona
təkrar danışdı,amma bayaqkı həyəcanla 
deyil,bir az rahat,nə isə tapmış kimi arxayın
danışırdı.Fidan söhbətini bitirəndən sonra
Qoşqar müəllim dedi:
-Mən sizi çox axtarmışam.Bir nəfər sizi tanıyan,sizə rast gələn adam tapmadım.
Nə gizlədim,axırda ümidimi üzdüm.Amma
həmişə özümü günahkar hiss edirdim.Elə
fikirləşirdim,babanın haqq-sayını itirmişəm.
İndi içim rahatladı,sizi özümlə aparıram.
Qonşumuzda tək qadın yaşayır-Nabat xanım.Üşotaqlı mənzili var, sizi axtaranda demişdım ki,sənin evində yerləşdirəcəyəm, 
razı olmuşdu.İndi sizi aparacağam onlara,gözüm hər zaman üstünüzdə olacaq.
Bayaqdan sakitcə onlara baxan Həsən-
zadə dözməyib dedi:
-Ay canım,bir məni başa salın bu nə məsə-
lədi,belə olmaz axı ,siz doğru oldunuz,mən 
yalan.
Fidan sevincindən heç kimə macal vermir,dil-dil ötürdü:
-Bilirsiz,Aqil müəllim,Qoşqar əmi,yəni Qoşqar Bayandur,babamın dostudur,
tez-tez bizə gələrdi,babamla ova gedərdilər.
Qoşqar müəllim Həsənzadənin təəccüb
dolu baxışlarına rəğmən Fidanın sözlərini təsdiqlədi:
-Düz deyir,baxmayaraq ki,aramızda 15 yaş
fərq vardı,Bəxtiyar kişi ilə möhkəm dost 
idik.O yerlərdən reportaj hazırlayanda 
tanış olmuşduq,mərd olduğu qədər də
zarafatcıl kişi idi.Yaxşı duzlu,məzəli söhbətləri var idi,kim bilir,başına nələr gəlib.
Vaxt olanda o kişidən danışaram sizə,indi 
onun əmanətləri ilə məşğul olaq.Yaşamaq 
yerləri düzəldi,Qaldı,Fidanın iş məsələsı.
Həsənzadə dedi:
-Qoşqar,onda sən uşaqlrı apar,yerləşdir,
sonra gedərsən Səhiyyə Nazirliyinə nazir 
müavini Sərdar Kərəmovu taparsan,deyər- 
sən sənin yanında mənə zəng vurar,Fidan
balamıza iş düzəldək.
Həsənzadənin özünün şəraiti də o qədər ürək açan deyildi. Ailəsi ilə birlikdə qayınatasını-qoca şairin üç otaqlı mənzilinə sığınmışdılar. Atası Məhəmməd kişinin tikdirdiyi ikimərtəbəli ağ dəmirli evləri düşmən tapdağında qalmışdı. Dayıları, bibiləri, xalaları, bütün qohumları köçkün kimi onun başına cəmləşmişdilər. Onları da Həsənzadə yerbəyer etməli idi. Redaktoru olduğu qəzetin əməkdaşlarının əksəriyyəti qaçqın və məcburi köçkünlər idi. Bu da ona bir dərd olmuşdu. Həsənzadə qayınata evində qalmağı özünə heç cür sığışdıra bilmədiyindən çox vaxt gecəni redaksiyada, dostlarının yanında keçirməli olurdu. Evdən narahat olub soruşanda özünü sındırmayıb deyirdi:

-Bu gün yazım çoxdur, yoxsa qəzetin çapı ləngiyəcək,gələ bilməyəcəyəm.

Jurnalist həmkarı və dostu Qoşqar
Bayandur vaxtında gəlməsə idi,bu uşaqlar da ona dərd olacaqdı,qaldı Fidanı işlə təmin etmək,o da düzələr,inşallah.

… … …

Həsənzadənin otağından çıxıb Qoşqar müəllim əvvəlcə bir taksi tutdu,Fidangili məskunlaşdiqları yerə apardı.Evdə gözə dəyən bir şey olmasa da,Fidan bir-iki paltar,bir də sənədlərini götürdü.Yenidən taksiyə əyləşib Nabat xanımgilə gəldilər.Həyat yoldaşına tapşırdı ki,uşaqları mağazaya aparıb onlara əyin-baş alsın.Özü isə bir baş Səhiyyə Nazirliyinə yollandı. Sərdar müəllim hələ gəlməmişdi, həyətdə bir saat gözləməli oldu. Nəhayət,Sərdar müəllim gəlib çıxdı. Nazir müavini kabin-etinə keçib oturduqdan sonra katibə ona məlumat verib Qoşqar müəllimə “buyurun, içəri keçin”,- dedi.

Qoşqar müəllim içəri daxil olanda Sərdar müəllim ayağa qalxıb nəzakətlə ona salam verdi, oturmaq üçün yer göstərdi. Sonra katibəyə göstəriş verdi ki, iki stəkan çay gətirsin və heç kəsi də içəri buraxmasın. Məlum oldu ki,o Qoşqar müəllimlə tanışdır.Sərdar müəllim mətbuatı sevən adam idi. Əsl qələm əhlinə hörmətlə yanaşırdı. Həsənzadənin isə yaxın dostu olduğundan onun qəzetinin işçilərini həmişə dost kimi qarşılayar, şirin, duzlu söhbətlər edərdi. O qədər sadə idi ki, hiss etməzdin , o nazir müavini,vəzifə sahibidir. Sərdar müəllim insanlığı, ləyaqəti hər şeydən üstün tutardı. Əslən Qərbi Azərbaycanlı, Göyçəli olan bu türk balası Vətənini, millətini canından çox sevərdi. Hərdən Hərdən əsənzadə ilə cəbhə bölgəsinə gedər, döyüşçülərimizə baş çəkərdi, onlara maddi və mənəvi dəstək olardı. Eləcə də cəbhə bölgəsinə həkim nəzarətini həmişə diqqətdə saxlayardı.

Çay içə-içə bir-biriləri ilə hal-əhval tutduqdan sonra Qoşqar müəllim gəlişinin səbəbini açıqladı. Xeyli söhbətdən sonra bütün vəziyyəti Sərdar müəllimə anlatdı.Ani fikirdən sonra Sərdar müəllim dedi:

– Məndən də Həsənzadəyə salam söyləyib deyərsən ki, narahat olmasın, vaxt tapıb özüm ona zəng vuracağam.

Sərdar müəllimin sözünü diqqətsizlik kimi
başa düşən jurnalist Həsənzadənin ən etibarlı, sadiq işçisi idi. O, verilən tapşırığı yerinə yetirməyincə redaksiyaya qayıtmaq
fikrində deyildi. Nazir müavinindən xahiş etdi ki, bu çox önəmli və vacib bir məsələ olduğundan, özünün yanında Həsənzadəyə telefon etsin.

Sərdar müəllim çox uzaqgörən, alicənab və sadə adam idi. Həlimliyi, mülayim davranışı və insani dəyərləri ilə seçilirmiş, onların qəlbində yuva salmışdı. Səhiyyə təşkilatları, onu tanıyanlar Sərdar müəllimin insanlığından, qayğıkeşliyindən və xeyixahlığından söz açardılar. Odur ki,Qoşqar müəllimin sözünü yerə salmadı, dəstəyi qaldırıb Həsənzadəyə zəng etdi. Xoşbəxtlikdən Həsənzadə otağında idi, dərhal dəstəyi götürdü. Sərdar müəllim ona ərkyana salam verib, dedi:
– Aqil müəllim, xeyli müddətdir ki, biz tərəflərə gəlmirsən, bəlkə bizdən küsüb, incimisən.Vaxt elə bir gün görüşək. Hara deyirsən, mən özüm də gələ bilərəm, ürəyim səni yaman istəyir, axı biz dostuq, qardaşıq. Gedərik, göyçəli qohumum var, onun kafesində bir kəkotu çayı içərik.

Həsənzadə onun sözünü yarımçıq qoyub, telefonda həyəcanla danışdıqca Sərdar müəllimin gözləri doludu və dedi :

– Qağa, narahat olma, o uşaqlar bu gündən bizim balalarımızdır, əlimdən nə gəlir edəcəyəm. Dəstəyi xahiş edirəm asma, özün də telefonda qulaq as, bu dəqiqə mərkəzi xəstəxanaların birinə zəng vurub tapşırıq verəcəyəm ki, onu baş tibb bacısı götürsünlər, günü sabahdan da qız işə çıxsın. Üstəlik baş həkimə də göstəriş verəcəyəm, onlara lazımi köməklik göstərsin. Bu gün onlar tək və kimsəsiz deyillər. Onlar balamız qədər bizə doğma və əzizdilər. Fidanın sənin və mənim kimi əmiləri var. Çalışacağam ki, onlar maddi cəhətdən korluq çəkməsinlər. İnşaallah, özün də görəcəksən onlar üçün hər cür şərait yaradılacaq, uşaqlar orta məktəbdə oxuyacaqlar, ali təhsil alacaqlar və gələcəyin ən xoşbəxt, qurub -yaradan insanlarından olacaqlar.

Sərdar müəllim daxili Mərkəzi Kliniki Xəstəxanın baş həkiminə telefon edib Fidanı işə qəbul etdirdi.

Sonra Həsənzadəyə dedi:
– Qız sabahdan işə çıxa bilər,indi gücüm çatan qədər Qoşqar müəllimdən pul göndərəcəyəm,bundan sonra da bir əmi uşaqlara köməyimi əsirgəmyəcəyəm.

… … …

Zəfər Həsənzadənin tapşırığını yerinə yetirməyə getdi. Əvvəlcə soraqlaşıb saunanın yerini öyrəndi. Səliqə ilə geyinmiş
Zəfər xüsusi əda ilə içəri daxil oldu.Onu 
Pəri xanım qarşıladı,hiyləgərcəsinə əzilib-
büzülərək mülayim səslə dedi:
-Buyurun,keçin,qulluğunuzda hazırıq.
Zəfər həm cavan,həm də ucaboy,yara-
şıqlı oğlan idi.Şəstlə Pərinin üzünə baxıb müştəri olduğunu dedi.Pəri içəridən gənc,
gözəgəlimli bir qadını yanına çağırıb dedi:
-Qonağımızdır,yaxşı oğlana oxşayır,sənin 
kimi gənc və göyçəkdir,duş olan yerə apar,
“qulluğunda”dur,yaxşı-yaxşı xidmət göstər.
Ürəyi nə istəsə,verərsən.
Zəfər boş otaqlardan birinə keçdi.Palta-
ni soyunub hamama girdi,duş qəbul elədi,
bədənini buxara verdi.Hamamdan çıxıb otaqda qurulananda bayaqkı qadın yaxası yarıaçıq donda,əlində çay dəm-dəstgahı
olan sini içəri daxil oldu.Ucaboylu,ağbəniz
bu qadın özünə çox arxayın idi.Gözəlliyi və
incə rəftarı ilə pullu müştərilərı özünə cəlb 
edir,onları tez ələ ala bilirdi.Ancaq bu dəfə
müştəri onun yox,o müştərinin toruna düşmüşdü.Məxməri çayı stəkana süzüb 
müştərinin qabağına qoydu,özü də nazlana-nazlana onun yanında əyləşdi:
-Nuş olsun, cavan oğlan,ürəyiniz nə istəyir,
təşkil edim.
Qadının sərbəstliyindən ürəklənən Zəfər
cavab verdi:
-Siz çox gözəlsiniz,həm də bir işarə ilə müş-
tərinin ürəyini oxuya bilirsiniz.Beş- on dəqi-
qə sizinlə əylənib çay içə bilərikmi?
Xidmətçi qadın ovu gözündən vuran 
ovçu kimi müştərinin nə demək istədiyini
anladı,divanda ona daha yaxın əyləşdi.Aya-
ğını ayağının üstünə aşırdı,gülümsəyə-gülümsəyə söhbətə başladı:
-Gəıin yaxından tanış olaq,mənim adım Lalədir.Bəs sizin?
-Zəfər.
Lalə yaxasını daha da geniş açıb söhbətinə davam etdi:
-Bizim burda vəzifəmiz müştəriləri razı salmaq,onların canını rahat etməkdən ibarətdir.Açıq yaxadan ağ döşləri görən 
Zəfəri həyəcandan üşütmə tutdu,sifəti qızardı,az qaldı özünü itirsin.Bir anda Həsənzadənin sözləri yadına düşdü.Hansı 
yolla olursa olsun,ona verilən tapşırığı yerinə yetirməli idi.Ona görə hər cür oyundan çıxmağa məcburdur.Tez özünü ələ alan Zəfər qıza daha da yaxınlaşıb söhbəti daha da şirinləşdirməyə çalışdı.Onlar çay içə-içə xeyli söhbət etdilər.Qıza çoxlu pul verib onu lazım olan qədər sorğu-sual etdi:
-Gündə neçə müştəri qəbul edirsiniz?
-Mən özümü qoruyuram,gündə çox müştə-
riyə xidmət etsəm də,hər adamı yaxına buraxmıram.Ancaq sizin kimi xoşuma gələn
iki-üç nəfər imkanlı kişi ilə intim münasi-
bətdə oluram.Qazandığm pulun yarısı Pəri
xanıma çatır.
Zəfər daha da dərinə getdi:
-Açığını deyim ki,siz kənardan baxanda heç də əxlaqsız qadına oxşamırsınız,olduqca gözəl və mehribansınız.Sizdə olan gözəllik
hər qadına qismət olmur.Tanrı sizə o qədər
gözəllik verib ki,hər bir gənc,subay oğlanı
başdan çıxara bilər.Axı siz birisi ilə ailə qu-
rub xoşbəxt yaşaya bilərdiniz.Elə indi də
gec deyil.Necə oldu ki,siz belə çirkin mühi-
tə yuvarlandınız?
Lalə başına gələnləri danışdıqca gözlə-
rindən gildir-gildir yaş axırdı:
-Yetimxanada böyümüşəm.Deyilənə görə,
üzünü görməyib adını bilmədiyim anam
məni doğub zibilxanaya atıb.Təsadüfən
zibilxananın yanından keçən polis əməkdaşları köhnə əski parçasına bükülü
təzə doğulmuş korpəni tapıb uşaq evinə təhvil veriblər.Dövlət qayğısı ilə böyüdüm,
gənc yaşıma çatdım.Uşaq evində böyü-
yəndə elə bilirdik ki,gələcəyimiz xoşbəxt 
olacaq.Hər şey heç də biz düşünən kimi
deyilmiş.Sən demə,kimsəsiz,yetim qız uşaqlarına qayğı həddi-büluğa çatandan
sonra lazım gəlirmiş.İnternatda orta mək-
təbi bitirəndən sonra bizi sərbəst buraxıb dedilər ki,artıq müstəqil insanlarsınız,gedin
gələcək həyatınızı özünüz qurun.Biz yetim qızların da getməyə bir qohumu,nə də ki,
qalmağa yeri var idi.Qapı-qapı küçələrə düşüb özümə iş və qalmağa yer axtarırdım.
Bir müddət səfil həyat sürdüm,harda gəldi
günümü keçirirdim.Bir gün Pəriyə tuş gəldim.Məni hiyləgər baxışlarla süzüb 
şirin dilini işə saldı:
-Sən nə gözəl,yaraşıqlı qızsan.Harda yaşa-
yırsan ,qızım?
Dedim ki,internatda böyümüş yetim
və kimsəsiz,taleyi gətirməyən,xoşbəxtliyi
əlindən alınmış bədbəxt bir qızam,Nə atam-anam var nə qohumlarım,nə də qalmağa yerim.Beləcə küçələrdə səfil həyatı sürüb özümə iş axtarıram.Qadın mənə yaxınlaşdı,yumşaq və toppuş əlləri 
ilə saçımə tumarlayıb mülayimcəsinə dedi:
-Qızım,mən böyük bir saunanın müdiriyəm.
Ora gələn müştərilərə hər cür xidmət göstərilir.Görürəm,çox qəşəng və ağıllı qızsan,bu gündən mənim qızım olacaqsan.
Gedək mənimlə, saunada işləyərsən,gələn qonaqlara xidmət göstərərsən.Qalmağa
yerin və çoxlu pulun olacaq,pul toplayıb
gələcəkdə özünə ev də alarsan.
Mənə şirin vədlər verib uşaq ağlımı
oğurladı,hörümçək kimi toruna salıb saunaya apardı.İşə başladım.Pəri mənə
yaxşı pul verirdi.Sən demə ,məni bu əxlaq-
sızlıq yuvasındakı mühitə tədricən alışdırmağa çalışırmış.Burda işləyən qadın-
lara da hədə-qorxu gəlib deyirmiş ki,bu haqda kim təzə gələn xidmətçilərə bir söz desə,onu yox edəcək.Səmimi və vicdanlı
adam olduğunuza görə ürəyimi sizə açıram Siz Allah,ağzınızdan qaçırmayın,yoxsa,o
məni aradan götüzdürər.Onun yuxarılarda
vəzifəli adamları çoxdur.Pəri çox hiyləgər,yırtıcı qadındır.Bir gün Pəri dolu bədənli müştərini mənə göstərib dedi ki,
yaxın qohumdur,ona yaxşı xidmət göstərim.
Onun sözünə inandım,müştərini doğma hesab edib qayğı göstərdim.O isə məni qucaqlayıb divana yıxdı.Çox çapaladım,
çalışdım ki,əlindən qurtulum,amma gücüm
çatmadı.Onda yalvardım ki,mənə yazığı gəlsin,namusuma toxunmasın,xeyri olmadı.Məni vəhşicəsinə zorladı.Huşumu 
itirmişdim,ayılanda o artıq çıxıb getmişdi.
Bax oturduğumuz bu divanda mənim kimi
onlarca qıza təcavüz olunub,bakirəliyi pozulub. Sonra fikirləşdim ki,hara gedim,artıq ləkələnmiş,namusuna toxunulmuş bədbəxt bir qadınam…Çarəsiz qalıb bu mühitə uyğunlaşdım. Üç ilə yaxındır,bədənimi satmaqla məşğulam. 
Sizə deyim ki,Pəri Xocalıdan olan Fidan
adlı bir qızı tovlayıb bura gətirmişdi.Mən yaşadıqlarımı o da yaşadı.Bir gün vəzifəli 
bir müştəri Fidanı zorlamaq istədi,amma istəyinə nail ola bilmədi.Fidan cəld tərpənib külqabını onun başına çırparaq canını qurtara bilmişdi.Pəri onu söyüb qovdu.Fidanın himayəsində iki azyaşlı
bacı vı qardaşı var idi.Bilmədik, onların aqibəti necə oldu.

Zəfər paltarını geyinib bir söz demədən otaqdan çıxdı.Lalə isə göz yaşları içində acı
taleyi ilə bas-başa qaldı.Saunanın həyətində Pəri Zəfəri gördü,şit-şit üzünə 
gülüb dedi:
-Sizə necə qulluq göstərdilər,xidmətdən razı qaldınızmı?Haçan istəsəniz,gələ bilərsiniz,gözümüz üstə yeriniz var,qulluğunuzda canla-başla durmağa
hazırıq.
Zəfər qadının üzünə tərs-tərs baxdı,
dərindən nəfəs alıb oradan uzaqlaşdı,bir-baş Rayon Polis İdarəsi rəisinin yanına getdi,bütün əhvlatı ona danışdı.Həmin dəqiqə göstəriş verildi,Pərini tutub bölməyə gətirsinlər.Rəis Həsənzadəyə zəng 
vurdu:
-Aqil müəllim,narahat olmayın,bir saata
həmin qadın əməkdaşlarımız tərəfindən polis idarəsinə gətiriləcək və qanun qarşısında cavab verməli olacaq.
Zəfər redaksiyaya qayıtdı.Deyilən vaxtda Pərini idarəyə-rəisin yanına gətirdilər.Bu aralıqda Həsənzadə də özünü
yetirdi.Əsəbini cilovlaya bilməyib ürəyin-
dəkiləri Pəriyə ünvanladı:
-Sən necə insansan,necə qadınsan,hansı
millətdənsən,bəlkə,ermənisən?Ermənilər
Xocalıda hamını qətlə yetirdi,siz də burda
cavan qızları yoldan çıxarıb bonuyoğun-
lara satırsiniz.Tez ol,o vəzifəlinin kimliyini
de.
Əməllərinin üstü açılan Pəri ağlaya-
ağlaya rəisə yalvardı ki,uşaqlarım balaca-
dırlar,ataları ölüb,məni həbs etsəniz,onlar ac qalarlar.Həmin adamın kimliyini dedi.
Rəis Pərini buraxıb dedi ki, bu gündən atdığın butün addımlardan xəbərim olacaq,səni özüm nəzarətdə saxlayacağam.
Polis işçiləri Pərinin nişan verdiyi həmin
adamı tapıb rəisin yanına gətirdilər.Böyük
bir şirkətin direktoru imiş.Əsəblərini cilovlaya bilməyən Həsənzadənin vurduğu
gözlənilməz şillənin zərbindən adam yerə
sərildi.Güclə ayağa qalxdı,yalvarıb əfv diləməyə başladı.Az keçmədi,zəng zəng dalınca gəldi,xahiş edən kim,minnət edən kim.Həsənzadə xahiş edən bir nüfuzlu
şəxsə sərt münasibət bildirdi:
-Qarabağda oğullarımız şəhid olur,millət soyqırıma məruz qalır,bu şərəfsiz isə yurd-
yuvasından olmuş qızların ləyaqətinə toxunmaq istəyir.O qızlardan birini öz qızı-
nız, ana –bacınız hesab edin,görün bağışla-
ya bilərsiniz o vicdansızı?
Həsənzadənin və polis əməkdaşlarının
şahidliyi ilə həmin şəxsə cinayət işi açıldı.
… … …
Fidan işindən razı qalmışdı.Xəstəxananın
həkim və tibb işçiləri ona mehribanlıqla yanaşır,qayğı göstərirdilər.Fidan özü də
çox mehriban və istiqanlı qız idi.Qısa bir zamanda işgüzarlığı və şirin dili ilə kollek-
tivin dərin hörmətini qazanmışdı.Onda 
Qarabag qızlarına xas olan vüqar və alicənablıq var idi.O,Həsənzadənin,Sərdar müəllimin etimadını doğrultmağa və baş-
uca etməyə çalışırdı.
Fidangilin işi Nabat xanımgildə də yaxşı
gedirdi.Başlarına gələn müsibətlərdən,əziy-
yətlərdən sonra Nabat xanımın yanında 
bir rahatlıq tapmışdılar.Özünün övladı olmayan Nabat xanım Fidangili öz balaları
kimi qəbul etdi,onlara tez isnişdi.Onun əri
sovetlər dövründə hərbiçi işləmiş,təqaüdə
çıxdıqdan sonra Azərbaycana qayıtmışdı.Doğulduğu Şəki də yox,Bakıda
məskunlaşsa da,ordakı qohumları ilə əla-
qəni kəsməmişdi.Nabat xanım ən çox Şəkidə tarix müəllimi işləyən qardaşı oğlu Sakit müəllilimlə ünsiyyət edirdi.İşi çətinə düşəndə,xəstələnəndə tez onu çagırardı.Sağ olsun Sakit müəllim heç ləngiməz,tez bibisinin yanında hazır olardı.Nabat xanım əri ilə qarı-
qoca bir-birlərinə çox bağlı idilər.Qoşqar
müəllimlə Qarabağ müharibəsindən danı-
şanda təəssüflə ah çəkib deyərdi:
-Eh,Rüstəm mayor sağ olsaydı,Qarabağı
bircə aya geri alardı.
Qoşqar müəllim Əzizi yaxınlıqlarındakı 
bağçaya qoymuşdu.Əzizənin məktəbə getməyinə az qaldığı üçün bağçaya qoymadılr.Həyat yoldaşı Nərgiz müəllimə
Əzizəni öz işlədiyi məktəbə yazdırdı.
Fidan hər gün işdən qayıdıb ev işlərini özü görurdü.Qardaş-bacısının qayğısına

çox qalırdı deyə istəyirdi,özü evdə olanda
Nabat xanıma əziyyət düşməsin.Bir gün 
uşaqları gəzməyə aparanda bərk yağışa
düşmüş,soyuqlamışdı Nabat xanım.Gecəni üşütmüş,səhərə yaxın möhkəm qızdır-
mışdı.Səhərə qədər onun yatağının qırağını
kəsdirib qulluğunda duran Fidan zəng vurub işdən iki günlük icazə istədi.Səbəbini soruşanda:”Anam xəstədir”,-dedi.”Ana”
kəlməsini işlədəndə səsindəki həzinlik
Fidanın özünü necə heyrətləndirdisə,Nabat xanımı bir o qədər kövrəltdi.Fidan iki gün 
canla,başla qulluq edib Nabat xanımı sağaltdı.Sağalandan sonra Nabat xanım bir həftə fikirli gəzdi,bir gün zəng vurub Sakit
müəllimi çağırdı.Qardaşoğlu axşama özünü
çatdırdı bibisinə.Nabat xanım Fidana tap-
şırdıki,axşama yaxşı süfrə açsın.Qoşqar müəllimlə Nərgiz xanımı da dəvət etdi.Yeməkdən sonra şəki halvası ilə təzədəm çay içəndə Nabat xanım ürəyin-
dəkiləri açdı.Fidangilin müsibətindən baş-
layıb özünün xəstələnməyində qurtardı.
Sakit müəllim Fidana bibisinə göstərdiyi 
qayğıya görə təşəkkür etdi.Fidan dedi:
-Nabat xanım sizin bibinizdir,mənimsə
Nabat anamdır.
Və yerindən qalxıb onu ana kimi qucaq-
ladı.Bu jest hamını kövrəltdi.
Nabat xanım dedi:
-Sakit,oğlum,mənim övladım yoxdur,amma
səni özümə hər zaman övlad bilmişəm.Sən
də mənə bir övladın öz valideyninə edə biləcəyindən çox şey etmisən.
Sakit müəlim şirin şəki ləhcəsi ilə cavab verdi:
-Allah fəryadına çatsın ,ay bibi,tələbə olanda mənə etdiyin qulluğun əvəzini min
il yaşasam da,verə bilmərəm.
-Bala,sözümün canı var.İndiyə qədər bu evi
sənə vəsiyyət etməyi fikirləşirdim.Bu gün
Qoşqar müəllimin yanında səndən halalıq
istəyirəm.Özün tək oğlansan,Allaha şükür,
işləyrsən ,evin-eşiyin ,maşının da var,özü-
nün də bir oğlun var.İcazə versən,Əzizi 
qəyyumluğa götürüb bu evi ona vəsiyyət
edərəm.Bu az müddətdə Fidanın ürəyinə
bələdəm,bilirəm ki,sən razı olmasan,o sən-
dən inciməyəcək.
Bayaqdan özünü narahat hiss edən Fidanın üzündə Nabat xanımın sonuncu cümləsindən sonra rahatlıq yarandı.Qoşqar
müəllimlə Nərgiz xanım bir-birinin üzünə
baxıb Sakitin qərarını gözlədilər.Sakit müəl-
lim cavabı ləngitmədi.
-Bibi,sən bizim böyüyümüzsən.Sən bu böyüklüyü təkcə yaşınla yox,həm də geniş qəlbinlə qazanmışsan.Bakıya oxumağa gələnimiz də,bir-iki günlük iş dalınca gələnimiz də sənə sığınıb.Əslində,biz səndən halallıq almalıyıq.Mən çox sevinirəm ki,artıq sənin üç balan var.Biz də Bakıya gələndə təkcə bibini yox,bibi uşaqlarını görməyə gələrik.Bu gündən Fidangil bizim doğmamız,əzizlərimizdirlər.
İnşallah,yayda bizdə tut ağacının altında
Əzizin kiçik toyunu edərik.Qaldı işin hüquqi
tərəfi ,onu da Qoşqar müəllimə həvalə edərik.Sabah notariusa gedib bütün sənəd-
ləşmə işlərini həll edərik.
İki gündən sonra Fidangil artıq Nabat
xanımın qanuni övladları,varisləri idi.Aradan xeyli vaxt keçdikdən sonra Fidan
bir gün əlində kiçik bir hədiyyə bağlaması
“Vicdan”qəzetinin redaksiyasına gəldi.Həsənzadənin otağına daxil olub ona 
minnətdarlığını bildirdi.Həsənzadə dedi:
-Qızım,bu bizim insanlıq,vətəndaşlıq borcumuzdur.Xocalı Vətənimizin ayrılmaz
parçasıdır,orda baş verənlər hər birimizin faciəsidir.Biz kişilər əlimizə silah alıb Xocalını azad etməli,sizləri doğulduğunuz yurd yerlərinə geri qaytarmalıyıq. Bağışla,qızım ,təəssüf ki,hələlik biz bunu edə bilmirik.
… … …

Aylar ötdü, Fidangilin Bakıda məskun-
laşmağından iki il keçdi.Fidan iş yerində 
dərin hörmət qazanmış,Bakı həyatına ta-
mam alışmışdı.Gündən-günə gözəlləşən Fidan onunla eyni xəstəxanada çalışan
Fuad adlı gənc həkimi özünə cəlb etmişdi.
Xəstəxananın digər işçiləri də hiss edirdi-
lər Fuadın Fidana vurulduğunu.Fidan Fuadın hisslərinə biganə olmasa da,bunu
üzə vurmamağa çalışırdı.Çünki hər şeyə tam əmin olmaq istəyirdi.
Fuad çox sadə və təvazökar oğlan idi.
İmkanlı ailədə doğulmuşdu,atası Respub-
lika Prokurorluğunda işləyirdi.Amma bunu
heç zaman hərəkətlərində büruzə verməzdi.Peşəsini ürəkdən sevir,ona dərindən yiyələnməyə çalışırdı.Oğrun nəzərlərini Fidandan çəkməsə də,ona kön-
lünü açmağa ürək etmirdi.Qızın ciddi görkəmi onu qətiyyətli addım atmağa qoy-
murdu,ona görə bir neçə gün idi ki,işdən kefsiz qayıdırdı.Oğlunun bu halı anası Qəmər xanımın diqqətindən yayınmırdı.
bir gün dözməyib soruşdu:
-Oğlum,gözümə birtəhər dəyirsən,xəstə-
lənib eləməmisən,bəlkə işdə kimsə xətrinə dəyib?
Fuad tələsik cavab verdi:
-Heç ,ay ana,axır vaxtlar işlərim çox olur,
ona görə yorğunam.
Cavab ananı qane etmədi,çünki oğlu
çox gənc idi,iş onu belə tez yora bilməzdi.
dözməyib əhvalatı həyat yoldaşına açdı.
Fuadın atası Gəray Mürsəlov öz işinə
vicdanla yanaşan tanınmış hüquqşünas idi.
Haqq- ədaləti həmişə gözləyərdi.Sifətdən nə qədər zəhmli görünsə də,bir o qədər mülayim və xoşrəftar idi.Arvadı ilə olan
söhbətdən sonra Fuada göz qoymağa başladı.Axşamlar süfrə arxasında könülsüz
əyləşir,az yeyir,tez də süfrədən qalxırdı. Atasının da suallarından yayınır,”yorğunam”
deyıb dururdu.
Günlərin birində Mürsəlov Fuadın iş yerınə uşaqlıq dostu baş həkim Qafarova 
zəng vurdu.Hal-əhval tutduqdan sonra oğlunun işi maraqlandı.İşdə heç bir prob-
lem olmadığına əmin olduqdan sonra dedi:
-Fuad bir neçə gündür işdən qanı qara,
bikef qayıdır,Qəmər xanımla mən bundan çox narahatıq,səbəbini soruşanda söhbət-
dən qaçır.
Baş həkim gülüb dedi:
-Fuad öz peşəsini bilən ağıllı oğlandır.Oğlun aşiq olub əslən Xocalıdan olan Fidan adlı
boylu-buxunlu,çox gözəl yaraşıqlı qıza.Qız 
olduqca ağıllı qızdır.Əgər oğlum subay olsa idı,ona alardım.Əldən veriləsi deyil,əsl Fuada yaraşan qızdır.Xasiyyətcə də bir-birilərinə çox oxşayırlar. Baş həkim kimi hər iki gəncin işlərindən,davranışından çox razıyam.Gənc olsalar da,həm kollektivimiz, həm də xəstələrimiz onları çox sevirlər.Xəs-
tələrə göstərdikləri qayğı və tibbi xidmət hamıya örnəkdir. Bu günə kimi müəssisəmizdə heç kəs bilmir ki, Fuadın atası respublika prokurorluğunda işləyir. Heç sevdiyi qız da bunu bilmir. Mən neçə vaxtdır ki,Fidana göz qoyuram,hiss etmişəm, oğlunu sevir, amma nədənsə,etiraf etməyə tələsmir. Yəqin səhv etməkdən qorxur. Axı onun iki azyaşlı qardaş və bacısından başqa həyatda bir doğması belə qalmayıb. Xocalı soyqırımında bütün doğmalarını itirib.

Telefonda kövrələn Mürsəlov göz yaşlarını saxlaya bilmədi,söhbəti yarımçıq kəsib dəstəyi yerinə qoydu,bir qədər fikrə getdi, sonra erməniləri lənətləyərək dedi:”Əclaflar, torpağımızda yaşayıb çörəyimizi yedilər, evimizə soxulub”dost” dedilər,sonradan düşmən çıxdılar. Əsrlər boyu belə olub, murdar, faşist köpək uşaqları, görün nə qədər günahsız insanları qətlə yetiriblər, uşaqları yetim qoyublar”. 
Otağa daxil olan katibə Mürsəlovun halının yaxşı olmadığını gördü. Şkafdan ürək damcısını götürdü, suda həll edib prokurora təklif etdi. Dərman qəbul etdikdən bir az sonra Mürsəlovun halı yax-
şılaşdı.

Axşam şam yeməyindən sonra Mürsəlov istədi ki, həyat yoldaşı Qəmər xanımı muştuluqlayıb desin ki, oğlun aşiq olub, qız istəyir, bütün əhvalatı ona danışsın, amma nə fikirləşdisə,tələsmədi.” Hələ tezdir, bəlkə, qız Fuadı sevməyəcək?! Bəlkə,heç Fuada yaraşan deyil?! Amma Fuad da az aşın duzu deyil, onun istədiyi qız, yəqin ki, anası kimi yaraşıqlı və gözəldir”.

… … …

Aradan xeyli vaxt keçmişdi.Bir neçə gün idi,Mürsəlov özünü pis hiss edirdi. Hətta bədənin hərarəti normadan çox yüksək olduğundan şiddətli ağrılara tab gətirə bilmirdi. Atasının halının get-gedə pisləşdiyini görən Fuad tez onu işlədiyi klinikaya apardı. Baş həkim Qafarov uşaqlıq dostunun vəziyyətinin ağır olduğunu görüb həkimlərə göstəriş verdi ki, onu təcili müayinədən keçirsinlər. Fuad baş həkimə dedi ki, müayinəyə ehtiyac yoxdur. Atamın kor bağırsağıdır. Təcili analizdən sonra onu əməliyyat etmək lazımdır.

Fuad Mürsəlovu cərrahiyə otağına qaldırdı və atasına ürək- dirək verib dedi ki, elə qorxulu bir şey yoxdur. Əməliyyat yarım saat çəkəcək.

Əməliyyatdan sonra Mürsəlovu ayrıca bir palataya gətirdilər. Həmin gecə Fuad və Fidan xəstəxanada Mürsəlovun yanında qalıb ona qulluq göstərdilər. Baş həkim Qafarov dostu Mürsəlova baş çəkməyə gəlmişdi. İki dost şirin-şirin söhbət edir, qayğısız uşaqlıq illrərinı xatırlayırdılar.Birdən Mürsəlovun gözü şəfqət bacısına sataşdı soruşdu:

– Qafarov, iki gündür yatmayıb mənə keşik çəkən bu gözəl qız kimdir? Çox ağıllı, nəzakətli qızdır.

Baş həkim bic-bis güldü,Mürsəlova göz vurub cavab verdi:

-Xəstəxanamızın əziz balası, fəxri işçisi Fidan xanım Hüseynovadır. O, bütün xəstələrə belə can yandırır. Baxmayaraq, ali təhsil almayıb, amma burada işləyən 20 ilin həkimlərindən çox bilir. Bəzən həkim olmayanda xəstələrə o baxır. Baş tibb işçisi kimi öz üzərinə düşən vəzifəni şərəflə icra edir, hər bir xəstəni özünə doğma, yaxın bilir. Fidanın savadını və bacarığını nəzərə alıb müraciət şəklində yazıb Səhiyyə Naziriliyinə göndərmişik ki, Nazirliyin göndərişi əsasında, o bu il Azərbaycan Dövlət Tibb Unverstitetində təhsilini davam etdirsin, özü də işdə qalmaq şərti ilə. Sağ olsunlar, Səhiyyə Nazirin müavini Sərdar Kərəmov müraciətimizi qəbul edib. Artıq Nazirliyin göndəriş sənədləri adı çəkilən təhsil ocağına təqdim edilib. İnşallah, bu il Fidan balamız Tibb Unversitetinin tələbəsi olacaq. O həkim olmağa layiqdir.
Fidanın palatadan çıxmağa hazırlaşdığını
görən Qafarov səsini bir az qaldırdı:
– İnanıram ki, Fidanla Fuad gələcəyin ən məşhur cərrahaları, peşəkar həkimləri olacaq. Fuad da artıq müdafiyəyə hazırlaşır. Bu yaxınlarda elmi işləri ilə əlaqədar Londona gedəcək. Düzdür,hələ gəncdir, amma kifayyət qədər təcrübəsi var, öz peşəsini gözəl bilir.

Baş həkim dostu ilə sağollaşıb palatadan çıxdı. Mürsəlov öz cavanlığını yada saldı, ötənləri xatırladı.Cavanlığında çox gözəl olan Qələm xanımıla tanış olduğu, əhd – peyman bağladığı günlər gözünün önündən keçdi:

– Əhsən, sənə Fuad, əsl mənim oğlumsan, seçimdə yanılmamısan, anana layiq bir gəlin yox, qız tapmısan. Halal olsun, ruhu şad olsun o ananın ki, belə bir ağıllı qızı doğub, tərbiyə edib böyüdüb. Qız deyil, vallah od parçasıdır.

Mürsəlov axşam növbəsinə qalan Fidanı yanına çağırıb dedi:

-Fidan, bu gündən sən mənim də qızımsan. Səni özüm oxudacağam. Hər şeyi bilirəm qızım… Sizin xoşbəxtliyinizə çalışacağıq, sən ona layiqsən, qızım.

Fidan utandığından başını aşağı dikib otağı tərk elədi…

Fuad səhər tezdən palataya daxil oldu, atasına dedi ki, şükür Allaha, artıq yaxşısan bu gün səni evə aparacağıq.

Mürsəlov üzünü Fuada tutub dedi:

– Bəs mənim qızım hanı?

-Ata ,kimi deyirsən?

-Bilmirsən,ay xatakar, üç gündür ki, gecələr səninlə birlikdə palatada yanımda qalıb mənə keşik çəkən, qulluq edən tibb bacısı Fidan xanımı deyirəm .

Atasının eyhamını anlayan Fuadın sifəti pul kimi qızardı. Elə bu anda Fidan palataya daxil oldu, üzünü Fuada tutub dedi:

-Deməli, bu gün atanız evə buraxılacaq, nə yaxşı. Əgər icazə versəniz, atanız paltarını dəyişməmişdən əvvəl onun sarığısınıını təzələyərəm. 
Fuad başı ilə razılıq verdi. Fidan Mürsəlovun sarığısını açıb yarasını yudu, sonra dərman qoyub yenidən sarıdı , dedi:
– Artıq yaranız sağalıb, bir-iki gündən sonra sarığa ehtiyac qalmayacaq.

Mürsəlov əynindəki paltarları soyunub köynək və kostyumunu geyindi, həyətdə xidmət maşını dayanıb onu gözləyirdi, bir –neçə dəqiqədən sonra xəstəxananı tərk edəcək idi. Ona görə də palatanı tərk etməzdən əvvəl Fuaddan xahiş etdi ki, bir neçə dəqiqəliyə onu Fidanla baş-başa buraxsın. Mürsəlov Fidana dedi:

-Mənim bir qızım var, adı da Aydandır, hələ tələbədir, bu il o da qardaşı kimi həkim olacaq. Elə bil onunla bir almasınız, yarı bölünübsünüz, boy-buxunla, görkəmcə də bir-birinizə çox oxşayırsınız. Fuada da tapşırmışam, arada işdən sonra səni və uşaqları da götürüb bizə gətirsin. Bu gündən mən sənin atan, sən də mənim əziz balam, qızımsan. Mənə də “ata” deyib, müraciət edərsən.

“Ata” sözünü eşidən Fidanın gözləri doldi, bir anlığa doğma kəndlərini, ata-anasını göz önündə canlandırdı və uşaqlığını, atasını onu necə əzizlədiyini xatırladı.

Mürsəlov Fidandan xahiş etdi ki,əgər çətin deyilsə, o gecə Xocalıda baş verənləri 
danışsın. Göz yaşlarını içində bərk-bərk sıxan Fidan başlarına gələn faciəni olduğu kimi nəql etd.Danışdıqsa yanaqları ilə süzülən göz yaşlarını saxlaya bilməyən Fidan qəfildən dəli bir hıçqırıq çəkdi.

Mürsəlov Fidanı dərdələri ilə baş-başa qoyub palatadan çıxanda saçlarını tumarlayıb dedi:
-Ağla,qızım,ağla,ürəyini boşalt.Heyif ki,biz kişilər ağlaya bilmirik.

… …

İsti yay günləri idi. Artıq Fidan Azərbaycan Dövlət Tibb Unverstitetinin müalicə-profi-laktika fakültəsinə qəbul olmuş, tələbə biletini almışdı. Aydan isə həmin təhsil müəssisəsini fərqlənmə duplomu ilə bitiririb Nağıyev adına Cərrahiyyə Xəstəxanasına təyinat almışdı. Mürsəlov qərara gəldi ki, həftənin bazar günü qızının ali məktəbi bitirib diplom alması şərəfinə evində kiçik bir yığıncaq keçirsin. Ona görə də bir gün öncə Fuada tapşırdı ki, gələndə Fidanı və onun qardaş- bacısını da gətirsin. Fuad Fidana yaxınlaşıb dedi:

– Bacım Aydanın diplom alması münasibəti ilə bizdə- evdə qonaqlıq olacaq. Kənar şəxslər olmayacaq, ailəvi tədbirdir. Atam sizi də dəvət edir.Ünvanınızı deyin,gəlim ,sizi gətirim, bacımla, anamla da tanış olarsınız.

Fidan bir anlıq tərədüd etdi,lakin sonradan Mürsəlovun sözü yerə düşməsin deyə,həm də Fuadı sındırmamaq üçün razı oldu və ondan evlərinin ünvanını öyrənib dedi:

-Evdə uşaqları yerbəyer edib gələrəm.

– Atam deyir, gələndə uşaqları da gətirin.
-Yox,sizə zəhmət olar. Həm də ki, Nabat ana tək qalar. Narahatçılığa dəyməz, özüm gələcəyəm.

Fidan axşam evdə məsələni açdı, Nabat anadan icazə aldı. Səhər tedən oyandı,bütün ev işlərini gördü,yemək bişirdi,hazırlaşıb evdən çıxdı. Sonra Mərkəzi Unvermağa gəlib Aydan üçün hədiyyə aldı, bir dəstə gül bağlatdırıb Fuadgilə getdi. Fidan Fuadgiin mənzilinə çatanda zəngi basmağa cürət etmədi. Onu həyəcan bürümüşdü:”Görəsən,məni necə qarşılayacaqlar?” Fuad tez-tez qapını açır, blokun ağzına şıxıb ətrafa baxır, Fidanın gəlməsini səbirsizliklə gözləyirdi. Fidanın zəngi basmasına ehtiyac qalmadı.Fuad növbəti dəfə qapını açanda Fidanı görüb çox sevindi.” Xoş gəlmisiniz”- deyib onu içəri dəvət etdi.

Aydan mətbəxdən qonaq otağına keçəndə ayaqqabısını soyunmaq istəyən Fidanı görüb Fuaddan soruşdu:
-Qaqaş,bu qız kimdir?Nə gözəl saçları var.
Fuad həyəcanını bacısından gizlədə bilmədi,dili topuq vura-vura dedi:
-Aydan,tanış olun,bu Fidan xanımdır,mənimlə bir klinikada işləyir.Gəlib
universiteti uğurla bitirməyin münasibəti
ilə səni təbrik etsin.

Aydan olduqca səmimi və mehriban qız idi, qeybət və dedi-qodudan xoşu gəlməzdi. Ağıllı, dərrəkası və cəmiyyətdə raftarı ilə həmişə ailəsinin başını uca edərdi. O Fidanla çoxdanın tanışi kimi görüşdü:

-Xoş gəlmisiniz,Fidan xanım,tanışlığımızdan məmnun oldum.

Qızın xoş rəftarından ürəklənən Fidan”Sizi təbrik edirəm,Aydan xanım,”-dedi və gətirdiklərini ona təqdim etdi.Aydan hədiyyəni həvəslə qəbul edib qızı qonaq otaığna apardı,qonaqlara təqdim etdi:
-Tanış olun,bu Fidandır,Fuadın iş yoldaşı.A, indi fikir verdim,adımız bir-birinə uyğundur,Aydan-Fidan,yox,bəlkə tərsinə,Fidan-Aydan.

Qızın bu zarafatına hamı güldü. Mürsəlov və Qəmər xanım qonağa “xoşgəldin”, deyib süfrə başında yer göstərdilər. Fidan Fuadla Aydanın arasındakı stolda əyləşdi.Fürsətdən istifadə edən Aydan atasının qulağına pıçıldadı:
-Canı yanmamış yaman qəşəngdir,ata, Fuada çox yaraşır.

Fidan ilk dəfə belə böyük məclisdə, yad adamların arasında otururdu,ona gorə də çox sıxılırdı. Bunu hiss edən Aydan onu ələ almağa çalışırdı ki, özünü sərbəst, evlərində olduğu kimi hiss etsin. Mürsəlovun yaxın dostları, Aydanın universitet rəfiqələri də məclisdə idilər. Mürsəlov ayağa qalxıb gələn qonaqları salamlayıb dedi:

-Bu gün mənim üçün ən əlamətdar və həyatıma yazılan tarixi günlrdən biridir. İki qızım bu məclisdə əyləşib. Biri Aydandır, Tibb Unversitetini fərqlənmə duplomu ilə bitirib. O biri qızım isə Fidandır, həmin təhsil müəssisəsinin müalicə-profilaktika fakültəsunə qəbul olub. Mən ilk badəni bu iki gəncin şərəfinə qaldırmağı təklif edirəm. Sonra Mürsəlov aldığı hədiyyələri qızlara təqdim etdi. Aldığı iki eyni boyunbağının birini Fidanın, o birisini isə Aydanın boynuna taxdı.

Məclis dağılmışdı. Fidan da xoş ovqatla evlərinə qayıtmışdı. Artıq gecə yarıdan keçmişdi. Qəmər xanım yataq otağında səbirsizliklə ərini gözləyirdi. Fidanı evlərinə aparan oğlu qayıtmayınca Mürsəlovun yatmaq fikri yox idi.Fuad evə daxil olanda atası onun üzündəki məmnun ifadəni görüb rahatlaşdı,yatmağa getdi.Qəmər xanım tez qalxıb yatağında oturdu, gözlərini maraqla ərinin üzünə dikib əda ilə soruşdu:

-Ay Gəray, bir demirsən, gələcək gəlinimiz kimlərdəndir, kimin qızıdır, atası harda işləyir?Yaman gözüm tutub onu.

Mürsəlov arvadının xasiyyətinə yaxşı bələd idi.Qəmər xanım çox şöhrətpərəst qadın idi. Həmişə imkanlı ailələrlə yaxınlıq etməyə can atırdı. Onun rəfiqələrinin hamısı vəzifəli kişilərin xanımları idi. Ona görə çalışırdı, arvadını al dil ilə yola gətirsin.Mürsəlov söhbətə şirin başladı:

-Ay Qəmərim,Qəmərim,yadındadır, neçə vaxtdır deyirdim , sənə bir sürprizim var, bu yaxınlarda səni muştuluqlayacağam, bir xoş xəbər çatdıracağam.Sürprizim elə bu idi. Səni Fidanla tanış etmək istəyirdim . Qız Fuadl bir klinikada işləyir, baş tibb bacısıdır. Gözəlliyinə özün şahid oldun,dərindən maraqlanmışam ağlına da söz ola bilməz. Xəstəxananın baş həkimi özün bilirsən ki, mənim uşaqlıq dostumdur. Fidan onun çox xoşuna gəlib və mənə də məsləhət bildi ki, əldən qaçırılası qız deyil. Bütün klinika Fuadın onu sevməyindən danışsa da, amma Fidan hələ oğlumuza qəti qərar bildirməyib. Görünür, ehtiyat edir.Əslən Qarabağlıdır, atası məsul işlərdə çalışıb, anası müəllimə işləyib. Hər iki valideyni Xocalıda şəhid olublar. Fidanın bir kimsəsi qalmayıb, bütün qohum-əqrəbası Xocalı soyqırımında həlak olublar. Fidan, azyaşlı bacı və qardaşı isə təsadüfən sağ qalıblar və Bakı şəhərinə pənah gətiriblər.

Ərinin söhbətinin ortasında sir-sifəti dəyişən Qəmər xanım söhbətin sonunda sanki bir əfi ilana döndü,qəzəblə dedi:

-Ağlını başına yığ, Gəray! Bircə oğlumuz var,onu bədbəxt etməyəcəyik ki. Fuada adlı- sanlı, özün kimi imkanlı bir kişinin qızını alacağam. Bilirsən kimi… Şamilovun qızını deyirəm. Şamilov yuxarılara yaxın adamdır, əlinin dalı da kəsir, qabağı da. Onun arvadı ilə qardaşım arvadı rəfiqədirlər, ailəvi dostdular, bir-birilərinin cikinə də, bikinə də yaxşı bələddirlər. Mən də Şamilovun ailəsi ilə yaxından tanış olmuşam. Şamilovun aman-zaman bir qızı var. O da istəyir ki, qızını etibarlı ailəyə verib onunla qohum olsun. Qızın adı Şəfəqdir, Bakı Dövlət Unversitetinin hüquq fakültəsini təcəzə bitirib, atası onu Ədliyyə Nazirliyində işə düzəldib. Bizə “sestiriçka”, küçələrə atılmış yetimçə, kimsəsiz qız lazım deyil. Bu gündən bu söhbəti yığışdırın.Fuada öz səviyyəmizə uyğun qız alacağam, vəssalam.

Qəmər xanımın dediyini edən,sözünü yerit- məyi bacaran qadınlardan idi. Hər bir kəlməsi evdə qanun kimi işləyirdi.Mürsəlov anladı ki,artıq söz desə,gecə vaxtı evdə mərəkə qopacaq. Üzünü divara şevirib özünü yatmış kimi göstərdi.Amma arvadının dilindən çıxan “küçələrə atılmış”, “yetimçə” sözü ona çox pis təsir etdi , əsəblərini boğa-boğa dərin və acı bir xəyala daldı:

-Görəsən, Fidanın valideyinlərinin yerinə biz şəhid olsaydıq, onda necə? Onuın da valideyinləri Qəmər deyən sözləri deyərdimi, o da bizim oğlumuza “yetimçə” deyərdimi? Axı Fidan olduqca ağıllı qızdır, onun da valideyinləri yaxşı vəzifələrdə işləyiblər. Əgər Xocalı faciəsi olmasaydı, o valideyinlərini itirməzdi, ürəkli olardı. Fidan zəkalı qızdir, Fuadla çox yaxşı cütlük olar- dılar.Həm də ki, bizə var-dövlət yox, oğlumuzun xoşbəxtliyi lazımdır, Fidanın böyük gələcəyi var, mən buna inanıram. O, gələcəkdə dünya şöhrətli həkim olacaq. Fuad ancaq Fidanla xoşbəxt ola bilər.

Səhər açılmış, hamı süfrə başında əyləşəmişdi. Aydan atasının kefsiz olduğunu görüb çox narahat oldu və ondan soruşdu:

-Ata, xəstələnib eləməmisən ki, gözlərimə bir təhər dəyirsən?

Qəmər xanım Mürsəlova ağzını açmağa imkan vermədi,bomba kimi partladı:

-Ay qızım, atan başını itirib, Fuada qohumu-əqrəbası olmayan yetim bir qızı- Fidanı almaq istəyir.

Anasının sözündən bərk əsəbləşən Fuad stoldan durdu, ac-susuz işə getdi. Aydan isə anasını tənbeh edib, dedi:

– Belə danışma, ana. Sən bu cür hərəkətinlə ailəmizin başını aşağı salmaq istəyirsən? Axı sənin nəyin əskikdir ki, gedib varlı ailə axtarırsan? Atamın özünə görə var-dövləti,ad-sanı var ,şükür Allaha,biz kimdən əskik dolanırıq Bu qədər daş-qaşın, qızılların içində batırsan, bu sənə bəs eləmir? Axı Fidanın nə günahı var ki, valideynlərini vaxtsız itirib. Bu gün hər birimizin başına həmin müsubətlər gələ bilərdi. Ermənilər Fidangilin şəhərini yandırdı, onun ailəsini vəhşicəsinə qətlə yetirdi. Qarabağ kimi vətənimizin dilbər bir güşəsi işğal olunub.Axı sənin də ana tərəfin Qarabağlıdır. Gərək sən bizim yanımızda belə ifadələr işlətməyəsən. Bir başa düş, anla ana, ermənilər bir milyondan çox soydaşlarımızı öz doğma yurd yerlərindən, isti yuvalarından didərgin salıblar, biz isə Fidan kimi gözəl-göyçək və ağıllı qızlarımıza “yetimçə”, “küçələrə atılmış” deyib-onların sınmış qəlbinə od basmaqla özümüzdən uzaqlaşdırırıq, eləcə də xoşbəxtliyinə, ailə səadətinə mane oluruq. Qaldı ki, Fidana çox qəşəngdir, yaraşıqlı və cazibədarlığı ilə seçilir, şəhəri gəz, axtar, gör onun kimi alicənab və ağılı, gözəl-göyçək qız tapa biləcəksənmi? Düz iki ildir, Fuad onun dalına düşüb, addım-addlm izləyib, yalvarır, səni sevirəm, səninlə ailə həyatı qurmaq istəyirəm, deyir. Amma Fidan hələ Fuada ürək vermıyib , sadəcə onunla dost kimi davranır, səmimi rəftar edir və ailəsinə hörmətlə yanaşır.Çünki çəkinir,bizim onu necə qəbul edəcəyimizdən ehtiyat edir,səhv etməkdən qorxur. Fidan bizim ailəyə yaraşan qızdır. Bizə varlı, kimlərinsə qoynuna atılmış, yad nəfəslər dəymiş qız yox, Fuada layiq, onun kimi namuslu və qeyrətli qız lazımdır ki, ailəmizin başını həmişə uca etsin. Bir də ki, Fidanın qəlbi sınıqdır, sənin bu tənəli sözlərini eşidər, ciliklənmiş ürəyi paralanar, yaralarının qaysaqlarını yenidən qoparıb təzələyə bilər.

Qızının belə sətr mövqe göstərəcəyi Qəmər xanımın ağlına gəlməzdi,odur ki,artıq bir söz deməyib susdu.

Anasının sözlərinə əhəmiyyət verməyən Aydan hər gün Fidanla zəngləşir,vaxt tapıb onunla görüşür, bəzən Fidangilə də gedirdi. Hər dəfə Əzizlə Əzizəyə hədiyyələr alıb aparırdı.Ona yaman alışan uşaqlar Aydana “bacı” deyə müraciət edirdilər.Nabat ananın şirin,məzəli söhbətlərindən doymaq olmurdu.Bəzən Şəki ləhcəsi ilə danışıb qızları güldürürdü.Bir gün Aydan Fidana dedi ki, atam sənin üçün yaman darıxıb, bir gün bizə -atama baş çəkməyə gəl.

Fidan Aydanın sözünü yerə salmadı, bir bazar günü onlara gəldi. Fidanın gəlişindən Mürsəlov çox sevindi, qızı doğma balası kimi bağrına basıbdı. Sonra Fidanın və uşaqların qayğıları ilə maraqlandı. Qəmər xanım heç aralıqda görünmədı. Sonra Aydan Fidanı öz otağına apardı, şirin söhbətə başladılar.Öz otağında qəzəbi içini silkələyən Qəmər xanım fürsət axtarırdı ki, Fidanı təkləyib zəhərini üstünə töksün. Aydan otaqdan çıxıb mətbəxə getdi ki, özləri üçün iki fincan çay gətirsin. Bu dəmdə Qəmər xanım otağa daxil oldu və fors-fasonla Fidana dedi:

-Ağlını başına yığ, ay qız, oğlum Fuaddan əlini çək, o sənin tayın deyil, ona adlı-sanlı, ailəmizə uyğin, qız alacağıq. Artıq Fuadın adaxlısı var. Bu yaxınlarda nişan taxacağıq, istəsən ,sən də gələ bilərsən.

Qıza sözünü deyib, Qəmər xanım tez otağı tərk etdi ki, Aydan onu Fidanın yanında görüb şübhələnməsin. Fidanı sanki cəryan vurdu. Qələm xanımın zəhərdən acı sözündən sifəti birdən-birə pambıq kimi ağardı, bir anlıq donub qaldı. Bu anda iki fincan çayla Aydan otağa daxil oldu ,Fidanı çay stoluna dəvət etdi. Fidan ayağını sürüyə-sürüyə gəlib stol arxasında əyləşdi.Nə qədər çalışdı,həyəcanını gizlədə bilmədi. Aydan onun sifətinin ağardığını, bədəninin uçunduğunu gördü.Aydanı duyuq saldığını başa düşən Fidanın gözlərindən isti yaş gilələri süzüldü.Aydan təşvişlə soruşdu:

-Fidan, bacım, nə oldu sənə, niyə ağlayırsan?

Fidan cavab verdi ki, heç nə olmayıb, təcili işim çıxdı, getməliyəm. Tez ayağa qalxdı, Aydan ilə sağollaşıb otağı tərk etdi.

Aydan şübhələndi ki, o ,mətbəxə keçəndə anası otağa daxil olub, Fidana nəsə deyib. O, tez anasının yanına qaçıdı və acıqlı-acıqlı dedi:

-Ana, sən Fidana nə dedin ki, o zavallı qız ağlaya-ağlaya çıxıb getdi.

Sevincini gizlədə bilməyən Qəmər xanım acıqla qızına dedi:
-Ay qız,mən ona yaxşılıq elədim,əgər qanan olsa,nahaqdan ümidlənməsin.

… … …

İki aydan çox vaxt keçmişdi. Aydan utandığından Fidana zəng eləmirdi. Fuad isə anasının hərəkərindən xəcalət çəkirdi, ona görə də Fidanla üz-üzə gəlməkdən yayınırdı. Fidan Fuadla rastlaşmamaq üçün baş həkimə işdən çıxmaq ərizəsi ilə müraciət etdi .Baş həkim Fuadı çağırıb dedi:

-Fidanla sənin aranızda bir söz- söhbət olmayıb?İşdən azad olmaq istəyir, get bir onunla maraqlan.

Fuad baş həkimin sözünü çevirə bilməyib Tibb Uversitetinə getdi ,Fidanla görüşdü. Fidan Fuadı çox soyuq qarşilayıb dedi:

-Aramızda nə varsa, bu gündən bitdi, xahış edirəm, məndən uzaq durun, bir də yanıma gəlməyin, ananız Qəmər xanım belə tapşırıb. Bizi bir yerdə görər, əsəbləşər. Bir də ki, siz çox imkanlı, varlı bir ailənin övladı, mən isə valideynlərini , qohum-əqrabasını, yurd-yuvasını itirmiş yetim, kimsəsiz, mənəviyyatı tapdalanmış, köçkün həyat tərzi sürən kasıb bir qızam. Mən sizin ailəyə yaraşan deyiləm axı.

Fuad anasına görə Fidandan üzr istəyərək kor-peşman geri qayıtdı.

Bu arada Sərdar Kərəmov baş həkimə telefon edib Fidanın taleyiilə maraqlandı. Baş həkim cavab verdi ki, iki aydan çoxdur ki, Fidan işdən çıxıb,buralarda görsənmir.

Nazir müavini tez Tibb Unversitetinin rektoruna zəng edib dedi ki, sabah dərsdən sonra Fidan təcili nazirliyə, onun yanına gəlsin. Qız səhərisi günü dərsdən sonra nazirliyə, Sərdar müəllimin yanına getdi.

Fidanı görən Sərdar Kərəmov tez ayağa qalxdı, onu mehribancasına, öz övladı kimi qarşıladı, əyləşmək üçün ona yer göstərib dedi:

-Fidan, qızım, sizdən çox narahat idim, səni ona görə çağırtdırdım ki, görüm qardaşınla, bacın necədir, dərslərinə nə cür hazırlaşırsan, tələbə mühitinə alışa bilirsənmi? Xəstəxanada işlərin necə gedir?

Fidan cavab verdi:

-Çox sağ olun, Sərdar müəllim. Uşaqlar da yaxşıdırlar. Əziz artıq böyüyüb. İkinci sinfə gedir, Əzizə də 4-cı sinifdə oxuyur. Allah köməyiniz olsun. Bunlar hamısı Aqil müəllimin, Qoşqar əminin,Sizin sayənizdədir.Siz bizə atalıq qayğısı göstərirsiniz. Bu yaxşılıqları heç kəs etməzdi, ancaq siz etdiniz. Vətənin sizin kimi oğuılları, xeyirxah insanları var. Sizin sayənizdə məktəbdə uşaqlara yaxşı baxırlar. Hər ikisi dərs əlaçısıdır. Dünən məktəbdə valideyin iclası idi. Əziz və Əzizə əlaçı olduqlarına görə məktəbin rəhbərliyi hər ikisinə “Təşəkkürnamə” verib. Onlar da çalışacaqlar ki, siz əmilərin etimadlarını doğrultsunlar. Əzizə deyir, böyüyəndə Sərdar əmim kimi həkim olacağam. Əziz də deyir əsgər olacağam, gedib düşmənlərdən babamın, nənəmin, bütün şəhidlərimizin qisasını alacağam.

-Buna çox sevindim. Amma işdən çıxmağını da bilirəm,yəqin dərslə işi bir araya sığdıra bilmirsən. Eybi yoxdur,universiteti bitirənə qədər sizi korluq çəkməyə qoymarıq.

Nazir müavini içində pul olan ağzı bağlı zərfi Fidana uzatdı. “Əlaçı olduqlarına görə bunu bir əmi kimi uşaqlara göndərirəm”.
Fidan pulu götürmək istəməyib dedi:
-Narahar olmayın,Sərdar müəllim, dövlət bizə təqaüd verir,Qoşqar əmi bizə necə lazımdır,kömək edir.Nabat ananın ərinin hərbiçi təqaüdü də var,Sakit qardaşımız da hər ay rayondan sovqat göndərir,korluq çəkmirik.

– Bəs mən sizin əminiz deyiləm, pulu götürməsən ,səndən inciyərəm. Nə çətinliyin olsa, mütləq mənə çatdır. Həsənzadə də səninlə maraqlanır, vaxt tapıb arada ona da bir baş çək. Sən tək deyilsən Fidan, sənin Həsənzadə kimi,mənim kimi doğmaların, əmilərin var.

Bu cür isti sözlərdən qəlbi dağa dönən Fidan zərfi götürdü, Sərdar müəllimə təşəkkür edib getdi.

Fidan artıq ikinci kursa keçmişdi, dərs əlaçısı idi, unvesitetdə böyük hörmət qazandığından hətta dekanlıqda fakütələr üzrə baş sinif nümayəndəsi seçilmişdi. Müəllim və tələbələr ona hörmətlə yanaşırdılar.

… … …

Şamilovin qızı Şəfəqlə Fuadın nişanı “Səadət” sarayında keçirilirdi. Fidan bir buket gül aldı Mürsəlovun ona hədiyyə elədiyi boyunbağını da götürüb “Səadət” sarayına gəldi. Nişana gələnlərin hamısı vəzifə sahibləri, özlərinə bər-bəzək, sığal çəkdirmiş nazir, prokuror, rəis xanımları idi, barmaqları və boğazları qızıl, brilyant, daş-qaşların içində alışıb yanırdı. Fidan isə sadə geyimi ilə diqqəti tez çəkdi.

Fuadın nişanlısı Şəfəq o qədər də gözəl deyildi; gödəkboy, qarabəniz bir qız idi. Şərab içdiyindən gözləri şir gözləri kimi qızarmışdı. Oynamaqdan yorulmurdu, heç ortadan çıxmaq bilmirdi. Fuad isə çox bikef, lal-dinməz bəy- gəlin masasında tənha oturmuşdu. Sanki məclisin tez qurtarmasını gözləyirdi. Fuad sevmədiyi adamla bir omür necə yaşayacağını fikirləşdikcə qəm dəryasında boğulurdu.

Fidan məclisə göz gəzdirib gördü ki, Fuad tək-tənha oturaraq fikirlər aləminə qərq olub.Tez Fuada yaxınlaşdı və əlindəki gül dəstəsini uzadıb onu təbrik etdi, sonra atasının aldığı hədiyyəni də oturduqları masanın üstə qoydu, “xoşbəxt olun!” deyib, zalı tərk elədi.

Fuad Fidanın gəlişini gözləmirdi. Bu ona ağır bir zərbə oldu. Sanki onu ildırım vurdu. Heç bilmədi , nə etsin,onun dalınca çıxmağa cürət etmədi.

Qır-qızılın içərisində od tutub yanan Qəmər xanımın sevincindən çiçəyi çırtılayırdı, xanımları rəqsə dəvət edir, özü isə aradan çıxmırdı.Mürsəlovla Aydan Fidanın gəlişini görüb çox pis vəziyyətə düşdülər,xəcalətlərindən gedib görüşə bilmədilər.

… …

Uşaqlıqdan sərbəstliyə öyrənən Şəfəqin günləri vəzifəli kişilərin oğlanları ilə bar və diskotekalarda, kef məclisində keçirdi. Spirtli içkilər qəbul edərək keflənib xoşuna gələn oğlanın qucağında uyuyardı, üstəlik bahalı siqaret də çəkərdi. Şəfəq işdən sonra gündə bir oğlanın qoltuğunda bara, diskotekalara gedir, yeyib-içir şənlənirdi. Artıq nişanlı qız olduğunu da unutmuşdu, Fuadı isə heç vecinə almırdı. Şəfəqin bu çirkin hərəkətləri hətta Fuadın iş yerində də qadınların dilindən düşmürdü. Deyirdilər ki, heyif Fuada, yaraşıqlı, belə bir savadlı oğlan görün kimlə evlənir, gəzəyən bir xanımla. Digəri deyirdilər ki, Fuad qızı atasının vəzifəsinə görə alır,ona görə də yazıq Fidanı burdan didərgin saldı.

Bir gün Fuadın iş yoldaşı Elşən həkim Fuadı bir kənara çəkib dedi:

-Fuad,sən yaxşı oğlansan,xətrini qardaşım qədər istəyirəm.Neçə gündür, sənə bir söz demək istəyirdim,amma çəkinirdim.Axşam qəti qərar verdim ki,hər şeyi sənə deməliyəm.Özün bilirsən ki,mən subayam, hər axşam dostlarla barda oturub söhbət- ləşirik.Sənin nişanlını hər gün bir oğlanla oturub içən, siqaret çəkən görürəm.Heyif Fidandan,nahaq onu belə birinə dəyişdin.Özün bilərsən,Fuad, amma zərərin yarısından qayıtmaq da xeyirdir.

Axşam Fuad işdən çıxıb evlərinə getmədi, Şəfəqin dalıınca düşüb onu addım- addım izlədi.Qızın yaşadığı binanın qarşısında gözlədi.Şəfəq blokdan çıxıb öz maşınına əyləşdi.Fuad da məsafə saxlayaraq maşınını onun dalısınca sürürdü. Fuad qəsdən bara bir az gec daxil oldu. Şəfəq öz kefində idi,yad bir oğlanın qucağında oturub siqareti siqaretə calayır, içdikcə içirdi.Fuad onun bütün hərəkətlərini kameraya çəkdi. Sonra bardan çıxıb avtomobilinə mindi, əsəbi halda maşını yüksək sürətlə idarə etməyə başladı. Sürətlə gedən avtomobilin qarşısına bir qoca çıxdı. Bunu görən Fuad avtomobili saxlaya bilmədi, o qocanı vurmasın deyə sükanı sağa burub idarə etdiyi maşını yolun kənarındakı beton dirəklərinin birinə çırpdı.

Qəza nəticəsində Fuad ağır yaralanmışdı. Onu qan içində, ölümcül vəzyyətdə Musa Nağıyev adına Təcili Yardım Xəstəxanasına gətirdilər. Tanınmış travmatoloq- həkim Ələkbər Həmidov Fuadı tanıdı . Fuadın qəzaya üğramasına çox heyfslənən Həmidov vaxt itirmədən onun üzərində çox ağır cərrahiyə əməliyyatı apardı.

Fidan televizoru açıb Nabat ana ilə xəbərlərə baxırdı. Birdən aparıcı Fuadın qəzaya uğradığını və səhhətinin ağır olduğu xəbərini dedi. Bunu eşidən Fidan dəli kimi tez ayağa qalxıb bir baş xəstəxanaya üz tutdu. Başı, bədəni sarıqlı Fuad reanimasiya otağında huşsuz halda uzanmışdı, ancaq aparatla ona süni nəfəs verilirdi. Fidan əynində ağ xalat Həmidova yaxınlaşdı, Mərkəzi Klinikada Fuadla bir yerdə işlədiyini, onunla çox yaxından dostluq etdiyini, eləcə də Xocalıdan olduğunu dedi. Buna sevinən Həmidov özü də Qarabağdan olduğunu bildirdi və Fidana da razılıq verib dedi ki, bu gündən mənim köməkçim elə siz olarsınız. Fidan reanimasiya otağına gedib şəfqət bacısını əvəzlədi. Huşunu itirmiş Fuadın ancaq quruca nəfəsi gəlib-gedirdi. Amma Fidan çox cəsarətli idi, Fuadın qayğısına çox yaxşı qalırdı. İki gündən sonra, nəhayət, Fuad özünə gəldi, çox çalışdı ki, sağ ayağını tərpətsin, amma bacarmadı. Sağ ayağını amputasiya olunuduğunu bildi. Şiddətli ağrılar onu çox incitsə də, ilk dəfə gözlərini açanda başının üsündə Fidanı görüb sanki bir anlığa ağrılarını unutdu. Fidan Fuadın özünə gəldiyini , gözlərini açdığını görüb sevindi, dərindən ah çəkib Allaha şükür elədi. Sonra həmişəki kimi gülümsəyərək mehribancasına Fuada ürək-dirək verib dedi:

– Elə qorxulu bir hadisə olmayıb, tezliklə sağalacaqsınız.

Xəbər çıxan kimi Mürsəlov Qəmər xanım, Aydan özlərini tez xəstəxanaya çatdırdılar. Fidanın vəfalı dost kimi ağır gündə Fuadın başı üstə olduğunu görüb bir yandan sevindilərsə, digər tərəfdən isə xəcalət çəkdilər. Nə nişanlısı Şəfəq, nə də onun ata-anası xəbəri eşitsələr də, Fuadın yanına gəlməmişdilər. Fidan reanimasiya otağından çıxıb Fuadın valideynlərinin yanına gəldi, onlarla salamlaşıb dedi ki, narahat olmasınlar, artıq Fuad özünə gəlib, hələlik durumu ağırdır.

Aydan Fidanı görüb göz yaşlasrını saxlaya bilmədi, onu bərk-bərk qucaqladı:

-Bizi bağışla, Fidan, Fuadın taleyi sənin əlindədir, o sənsiz bir gün də yaşaya bilməz. Aydanı kiritmək olmurdu, bilirdi ki, bu işdə günahkar onun anasıdır. Əgər o belə hikkəli olmasa idı , başlarına bu cür hadisə gəlməzdi, qardaşı qəzya uğrayıb ayağının birini itirməzdi.

Qəmər xanım çox pərişan, susmuşca, xəcalətindən başını aşağı dikib göz yaşları tökürdü. Fidan Aydanı sakitləşdirməyə çalışırdı:

– Narahat olma,Aydan, Fuad həmişəki kimi sağalacaq, inşalah tezliklə toyunu edəcəksiniz, sən də qol çirməyib süzəcəksən. Heç kəsə ürək qızdırmıram. Ona görə də, Fuadın durumu yaxşı olana qədər bütün günü, gecələri onun yanında qalacağam. Səndən xahiş edirəm,arada bizə baş çək. Artıq burda qalmağın mənası yoxdur, atan, anan da yorğundur, qoyma burda qalsınlar, mən Fuadın səhhəti ilə bağlı sizə tez-tez məlumat verəcəyəm. Haydı, Aydan burda dayanmayın, birbaş evə.

Mürsəlov arvadına:

– Heç utanırsanmı, xəcalət çəkirsənmi dediyin o sözlərdən? Hanı sənin Şamilovun, sevimli gəlinciyin? Kim yaxşıdır:var- dövlət içində mənəviyyatını itirmiş qız,yoxsa hər cür çətinlikdə mənəviyyatını uca tutan qız?

Arıq Fuadın səhhəti yaxşılaşmışdı. Valideynləri hər gün ona baş çəkirdilər. Fuad bir neçə gündən sonra anasının yanında bacısına dedi:

– Bütün olanları videoya çəkmişəm, onu göstər anamıza. Qoy özünə yaraşdırdığı sevimli, gülməşəkər gəlini Şəfəq xanımın macəralarına diqqətlə baxsın və utansın. Görsün ki, oğlunun gələcək həyatını kimlərə bağlayırdı. Üç aydır xəstəxanada yatıram, amma nə Şamilov, nə onun arvadı, nə də sevimli gəlinciyi gəlib dərdimizə şərik olmadı. Artıq onların ortaya çıxmağa elə sifətləri qalmayıb.Çünki qızlarının hərəkətlərini çox gözəl bilirlər. Fidan qəzaya düşdüyüm ilk gündən indiyəcən yanımdadır.Gecəli-gündüzlü yuxusuz qalıb keşiyimi çəkir. Amma bunun əvəzində sən onun qəlbini qırdın, qaysaq bağlamış yaralarını təzədən qanatdın, dərdinin üstünə dərd gətirdin. Sadə bir kəndli qızı Fidan öz iradəsi, ağılı və dosta sadiqliyi ilə Mürsəlov kimi tanınmış bir kişiyə və onun xanımına dərs verdi, həyat məktəbi keçdi. Ayağını itirmiş şikəst qalmış oğlunun sabahkı taleyi necə olacaq,heç bunu düşünürsənmi, ana?

Fuadın haqq sözlərindən xəcalət çəkən Qəmər xanım özünü saxlaya bilmədi, hönkürüb ağlayaraq başını aşağı dikdi, “məni bağışla oğlum, bir səhvdir eləmişəm”, iki əliylə başına döyüb, “ay Allah, mən balamın sağlamlığının itməyinə bais oldum. Xoşbəxtliyini əlindən aldım”,- dedi. Fidanı görəndə xəcalətindən az qaldı ki, yerə girsin. Amma Fidan özünü onda qoymayıb Qəmər xanıma yaxınlaşdı ürək-dirək verib dedi:

-Ağlayıb özünüzü üzməyin, artıq hər şey arxada qaldı, şükür Allaha, oğlunuz sağ- salamatdır, tezliklə evə qayıdacaq.

Qəmər xanım” məni bağışla qızım, bir səhv eləmişəm,acısını ömrüm boyu çəkəcəyəm”,- dedi, qızın ayağına yıxılmaq istəyəndə Fidan cəld onu ayağa qaldırdı, boynunu qucaqlayıb dedi:

-Mən istəmərəm ki, analarımız ağır, çətin günlərimizdə başlarını aşağı dikib, analıq vüqarını sındırsınlar. Siz təkcə Aydanın, Fuadın yox, mənim də anamsınız. Heç qız da anasından inciyərmi? Axı Aydan mənim ən yaxın rəfiqəm, bacımdır.

Fuadın qəzaya uğramağından bir neçə ay keçəndən sonra Şamilov Mürsəlova zəng vurub dedi:

-Oğlun Fuada de ki, qızımı təhqir eləməsin, yoxsa gəlib onun başını küçük başı kimi əzərəm. Arvadın Qəmər də sabah gəlsin, zir-zibilərinizi aparsın, gedib oğluna başqa qız axtarsın. Mənim Şəfəqim uşaq-muşaq, axsaq, çolaq tayı deyil.

Mürsəlov Şamilovun sözlərindən çox sevinib dedi:

– Şükür Allaha, Şamilov qızının nişanını və qızıl əşyalarını özü qaytarır. Fuad bədən üzvlərinin birindən məhrum olsa da, gələcəkdə ailə səadətindən məhrum olmayacaq.

… … …

Artıq Fuad sağalmışdı. Protez ayaqla yeriyəndə axsadığı o dərəcə gözə çarpmırdı. Bir neçə gün idi ki,Fuad işə çıxırdı.Fidan da yenidən işə qayıtmışdı .Demək olar ki,bütün günü bir yerdə olurdular . Fuad sevgi dolu baxışlarını Fidananın üzündən çəkməsə də,cürət edib qıza deyə bilmirdi ki,səni dəlicəsinə sevirəm, məni bağışala . Qorxur- du ki, Fidan ondan bir dəfəlik üz döndərər, “yox” deyər,ümidlərini param-parça edər.

Fidan Fuadı çox sevirdi, fikirləşirdi ki, onu ancaq Fuad xoşbəxt edə bilər. Çünki Fuad da onun kimi sadə və çox saf idi. Gözləyirdi ki,ilk addımı Fuad özü atsın,sevgi etirafı etsin.Fuad isə içində qovrulsada,dinmirdi, elə bil möcüzə gözləyirdi.

… … …

Günlər beləcə ötüb keçirdi. Bəzən Fuad iş vaxtından sonra da saatlarla xəstəxanada qalır, evə gec gəlirdi. Ailə üzvləri bunu görüb narahat olsalar da, Fuada nə anası, nə də atası xəcalətlərindən bir söz deyə bilmirdr. Təkcə bacısı Aydandan başqa.

Bir gün Aydan Fidangilə gəldi. Fidan buna çox sevindi. Tez mətbəxə keçib çay dəmlədi, süfrə açıdı. Hər iki rəfiqə şirin söhbətə başladılar. Birdən Aydan düz qızın gözlərinin içinə baxıb soruşdu:

-Fidan, həyat çox qəribədir,həm də səhvlərlə doludur. Bəzən gözləmədiyin insanlar elə səhvlər edirlər ki, məncə,böyük qəlbə sahib olan insan böyük səhvləri bağışlamağı bacaranlardır. Sən necə,səhvini başa düşən insanı bağışlaya bilərsənmi?

Fidan Aydanın söhbəti hara gətirmək istədiyini başa düşdü, bir az duruxub dedi:

-Aydan, artıq biz bacıyıq. Neçə ildir dostluq edirik. Atan həmişə məni səndən ayırmayıb,mənə oz doğma balası kimi yanaşıb, bilirəm, məni də qızı gözündə görür. Artıq biz bir ailə kimiyik. Sizi unutmayacağam. Bu gündən sonra Qəmər xanıma da ana gözüylə baxacağam. Heç övlad da anasından inciyərmi?

Aydan Fuad barədə Fidana bir söz demədi. Amma hər iki rəfiqə gələcək talelərindən danışdılar. Fidan iki nəfərin ona evlənmək təklif etdiyini dedi.Sən demə,biri əl çəkməyib Nabat ananın üstünə elçi göndərib. Gördüb, əl çəkmirlər, axırda deyib ki, mən ürəyimi başqa birisinə vermişəm,həm də çoxdan. Aydan buna açıqca çox sevindi…

Sonra Fidan soruşdu:

-Aydan, sən artıq işləyirsən, çox gözəl və yaraşıqlı qızsan,. Gələcəyini, xoşbəxtliyini düşünürsənmi? Ürəyində biri vavmı?

Aydan:

-Fidan, zəmanə çox dəyişib, insanlar arasında inam azalıb, sevgi, ailə münasibəti, insani dəyərlər getdikcə azalır, həyat ölüm kimi adiləşib. Mənə çoxları eşq elan edir. Hamısı da,demək olar ki, böyük vəzifədə çalışır. Sən bilirsən ki, mən şöhrətpərəst deyiləm.Mən sadə, təmiz qəlbli insanlara önəm verirəm. Gərək könlünü verdiyin adam, həqiqətən də,sənin təmiz məhəbbə- tinə,sevginə layiq olsun, həyatın hər anında səni dərk eləsin, sənin yanında olsun. Xoşuma gələn biri var, rayonludur, Qarabağ döyüşlərinin iştirakçısı olub, sadə, kəndçi ailəsindəndir, adı Ramindlr. Valideynləri müəllim işlyəyir. Ramin isə stomatoloji poliklinkanın həkimidir. Universitetdən

bir-birimimizi tanıyırıq.Bir dəfə ad günümdə mənə gül göndərmişdi. Hətta xəstəxanaya yanıma gəlib, mənə dolayı yolla evlənmək təklif edib. Amma mən ona qəlbimi açmamışam, hələ də fikirləşirəm.

Fidan gülə-gülə:

– Çox sevindim, canın yanmasın qız, bəs niyə indiyə kimi mənə deməmisən? Mən də Raminı tanıyıram.

Fidanın “mən də Ramini tanıyıram”cümləsindən Aydan tutuldu, rəngi qaçdı, bənizi ağardı. Bunu görən Fidan tez dedi:

– Bir gün Əzizin dişi bərk ağrıyırdı. Ağrıdan gecəni səhərə kimi yatmadı. Səhər onu poliklinkaya apardım ki, həkim dişin çəksin. Bizi Ramin həkimin yanına göndərdilər. Biləndəki biz Xocalıdanıq, ayağa durdu, bizə oturmaq üçün yer göstərdi, nəzakətlə uşağa yaxınlaşdı, ağrıyan dişinə baxıdı, dedi ki, dişi çəkmək yox,müalicə etmək lazımdır. Hər gün işdəyəm, gələrsiniz müalicə edərik. Çox alicənab,nəzakətli oğlandır. O sənin qismətindir, Aydan, adam da qismətindən qaçarmı? Təklifini qəbul et. Onunla ailə həyatı qursanız xoşbəxt olarsınız. Sənə yaraşan oğlandır, sındırma onu. Əgər anan narazıdırsa,sevgin uğrunda mübarizə apar.

Aydan rəfuqəsi ilə sağollaşıb evlərinə qayltdı.Ürəyində ikitərəfli rahatlıq yaranmışdı. Ramini bəyənməkdə səhv etməmişdi.Həm də qəti əmin oldu ki,Fidan Fuadı ürəkdən sevir.Axşam Fuadın yenə kədərli, sıxıntı içində olduğini görüb dedi:

-Fuad, özünü üzmə,mən hər şeyi bilirəm. Fidangildən gəlirəm. Fidan səni çox sevir. Bir onu gəzməyə dəvət elə,ürəyini aç. Doğrudur, insan qəlbi büllur kimidir, tez sınır. Amma Fidan səni yenə də əvvəlki məhəbbətlə sevir, sənin günahsız olduğunu bilir. Özü dedi, neçə yerdən ona elçi düşüblər, amma gələn elçilərə razılıq verməyib, deyib ki,mənim ürəyimdə birisi var, təkcə onu sevirəm. Davranışından da hiss etdim ki,o ancaq səni sevir. Sən bəxtini bir də sına.

Fuad dedi:

– Axı bacarmıram. Anam mənə başqa qızı alanda, mən onu tək qoydum, öz sevgim uğrunda mübarizə apara bilmədim. Çox zəif oldum və anam deyənə razılıq verdim. Əgər başıma belə bir hadisə gəlməsəydi, mən o nazir qızı ilə xoşbəxt olardımmı? Anamın seçiminə razılıq verəndə Fidanı birdəfəlik itirəcəyimi bilməli idim.

Aydan cavab verdi:

-Fuad, bunun özü də bir alın yazısıdır. Sən qəzaya düşdün, bir ayağını itirdin. Və hər şey yaxşılığa doğru getdi. Nazir qızının da kimliyi anama məlum oldu,səhvini başa düşdü. Anam hətta Fidandan üzr istədi. Mənə inan Fuad, düz sözümdür. Fidan sənin qismətindir, həyat yolunda qarşına çıxıb, onunla açıq danış.

… … …

Ağır cərrahiyyə əməliyatından çıxandan sonra Fuad Fidana yaxınlaşıb dedi:

-Bu gün əməliyyatımız uğurla keçdi, bir insanı həyata qaytara bildik, özü də sənin sayəndə. Xəstəmizi reanimasiya otağına yerləşdiriblər, ona baxan həkimlə tez-tez əlaqə saxlayacağam. Uzun çəkən ağır cərrahiyyə əməliyatından hər ikimiz yorğunuq. Bu yorğunluq sənin gözlərində daha çox hiss olunur, mən səni bu cür üzgün görmək istəmirəm, razı olsaydın, səninlə gedib gəzişərdik, bir az təmiz hava qəbul edərdik, dənizi seyr edə-edə yorğunluğumuzu çıxarardıq.

Fidanın yorğun, üzgün gözlərinə işartı, sevinc qığılcımı yarandı, Fuadın sözünü yerə salmayıb razılıq verdi. Maşına əyləşib şəhərin səs-küyündən uzaqda xeyli gəzdilər. Sonra gözdən uzaq yerdə əyləşdilər. Fuad Fidanın əlini əlinə aldı,qığılcım saçan bəbəklərinə baxıb dedi:

-Bağışla, Fidan,vaxtında ürəyimi sənə açmadım,sənə dəyər vermədim,qədrini bilmədim .Heç bilmirəm xəcalətindən necə çıxacağam. Ağır anlarımda sən məni atıb getmədin, gecəli-gündüzlü yanımda oldun. Həyatım boyu sənə xidmət etsəm də, əvəzini ödəyə bilmərəm.Bacarırsansa,sev- gimi qəbul elə,mənə ərə gəl,Fidan!

Fidan cavab verdi:

-İnsan sevdiyi uğrunda hər cür fədakarlıq etməyi bacarmalıdır.Bu bizim hər ikimiz üçün sınaq oldu.İnsan sevməyi bacardığı kimi sevgisini qorumağı da bacarmalıdır. Bu gündən sonra məni tək qoyma,Fuad,mən səni çox sevirəm.

Hamı Fidanla Fuadı birlikdə görməyə adət etmişdi. Fuad Fidanı hər gün Unverstitetə aparıb gətirirdi.Artıq Fidan öz xoşbəxtliyini başqalarından gizlətmirdi.

Tələbə yoldaşları billəndə ki,Fidan Fuadı sevir ağız büzüb dedilər ki, sənin kimi qəşəng bir qıza bu axsaq yaraşmır.

Fidan qızlara kəskin cavab verdi :

-Düz demirsiniz,qızlar, siz Fuadı tanımır- siniz,o,çox ağılı bir oğlandır. Mən Fuadı sevəndə o ayağını itirməmişdi. Əsas odur ki, sevgidə qüsur olmasın, onda digər qüsurlar əhəmiyyətsiz görünür. Mən Fuadın necə tanımışamsa,elə də sevirəm.

Rəfiqələri Fidanın sözündən pərt oldular, ondan üzr istəyib bir daha bu məsələyə qayıtmadılar.

Bir neçə gün keçmıişdi,Fidan universitetdə idi,rəfiqələri ilə danışıb-gülürdü.Bu zaman qızın telefonuna zəng gəldi. Telefon edən Nabat ana idi. Dedi ki, Əziz məktəbdən gəlməyib. Nərgiz müəllimə zəng vurub maraqlandı,müəlliməsi deyib ki, dərsdən çıxanda özü onu yola salıb. İki saat keçib,amma Əziz evə qayıtmayıb.

Tələbə yoldaşları Fidanın rənginin birdən –birə ağardığını,əllərinin əsdiyini görüb tez onu üzük qaşı kimi gövrəyə aldılar, təlaşla soruşdular:

-Fidan, nə oldu, birdən-birə sənə, evdə bir hadisə baş verməyib ki?

Fidan göz yaşları içində cavab verdi:

-Qardaşım… qardaşım yoxdur. Məktəbdən çıxandan sonra evə qayıtmayıb.

Tələbə yoldaşları qıza ürək-dirək verib dedilər:

-Bəlkə, harasa gedib,ya da yolu azıb, inşallah, tapılar, özünü üzmə.

Bu ara Fuaddan zəng gəldi. Telefonu açan Fidan ağlaya-ağlaya dedi:

-Fuad,Fuad, Əziz,Əziz yoxdu, məktəbdən evə qayıtmayıb.

-Sən hardasan?

-Unverstitetdəyəm, dərsdən indi çıxmışam

-Orada gözlə, bu saat gəlirəm.

Yarım saat keçmədi ki, Fuad gəlib çıxdı, Fidanı götürüb əvvəlcə orta məktəbə getdilər.Nərgiz müəllimə də məktəbdə idi,bütün məktəb bir-biri dəymışdi. Əzizin birdən-birə qeyb olmasına hamı təəcüb qalmışdır. Axı Fidanın bir kəslə əlaqəsi olmayıb, kiməsə pislik etməyib. Bakıda onun düşmənləri olmayıb.

Fuad atasına zəng edib, vəziyyəti ona danışıdı. Mürsəlov rayon hüquq-mühafizə orqanlarına göstəriş verib dedi ki, uşağın axtarışı ilə məşğul olsunlar. Aradan 15-20 dəqiqə keçmədi ki, Rayon Prokuroru və Rayon Polis İdarəsinin rəisi ilə birlikdə məktəbə gəlib vəziyyətlə tanış oldular. Fuada dedilər ki, narahat olmayın, Fidanı da götür evə gedin. Amma Əziz tapılana qədər Fidangilin ailəsini tək buraxmayın. Bu haqda lazımı yerlərə məlumat vermuşik,polis əməkdaşları da sizi nəzarətə götürəcək.

Nərgiz müəllimə ilə məktəbdən çıxıb Fidangilə gəldilır.Nabat xanım çay dəmləyib gətirdi. Nə Fuad, nə də Fidan çay içmədilər. Fidan bir anlığa Xocalı gecəsində başlarına gələn o dəhşətli səhnələri xatırladıqca gözündən yaş leysan kimi axırdı.”İşə bax o dəhşətlərdən sağ-salamat qurtarasan, belə sakitlikdə qeyb olasan”. Nabat xanım,Nərgiz müəllimə, Fuad onu sakitləşdirməyə çalışırdılar.Televiziya açıq olduğundan “Xəbərlər” proqramında Əzizin itməsi ilə bağlı məlumat verildi. Bu xəbər Fidanı, və bacısı Əzizəni daha da sarsıtdı. Aradan beş dəqiqə keçməmiş Həsənzadədən zəng gəldi:

-Qızım, narahat olma,Qoşqar müəllim yanımdadır, olanlardan məlumatım var,lazım olan yerlərə məlumat vermişəm. Daxili İşlər Nazirinin yanındayam. Axtarış üçün hər yerə göstəriş verilib. Bil ki, nazir özü bu işlə ciddi maraqlanır, axtarış əməliyyat işini isə öz üzərinə götürüb. İnşallah, qardaşın tezliklə tapıb evə gətirəcəyik. Bunu sənə mən söz verirəm, özünü üzmə. Sərdar müəllimin də bu haqda məlumatı var. Əziz tapılana qədər evdən bayıra çıxmayın.Sizin telefon nəzarətə götürülüb, onu açıq qoyun. Bir də ki, şübhəli, tanımadığınız adamlar zəng etsələr, ona cavab verin. Onları dilə tutub çox danışdırın.

Aradan xeyli keçmiş zəng gəldi, telefonu Fidan götürdü. Yad səs :

– Fidan, sənsən?

-Bəli, mənəm, Fidan.

Qardaşın Əziz bizim əlimizdədir. İstəyirsən,qardaşın sağ qalsın, onda dediyim şərtlərə əməl etməlisən.Yoxsa onu öldürəcəyik. Fidan yalvardı:

– Axı siz kimsiniz? Nə olar, adınızı deyin. Qardaşımın nə günahı var, o uşaqdır, yalvarıram sizə, dəymən ona, nə istəsəniz ona əməl edəcəyəm,nə qədər pul desəniz, verəcəyəm.

Yad adam:

-Mənə sən lazımsan, özü də bu gecə.

Fidanın bədəni uçundu, nitqi tutuldu. O başdan səs gəldi:

-Dediyim şərtlərə əməl etməsən, qardaşın Əzizin üzün bir daha görməyəcəksən? Ya sən, ya da qardaşın Əziz?

Fidan qardaşına həyatından belə keçməyə hazır idi. Çünki soy-kökündən tək bir kişi Əzuz qalmışdır.Əziz nəsillərinin davamçısı idi. Əllərini hər yerdən üzən Fidan dedi:

-Siz nə desəniz, ona razıyam, amma qardaşımı buraxın, onu öldürməyin?

Vaxt uzatmaq,həm də Əzizin sağ olduğuna
arxayın omaq üçün Fidan soruşdu:

-Qardaşımla danışa bilərəmmi?

Telefonu Əzizə verdilər. Əziz ağlaya-ağlaya bərkdən danışdı:

-Bacı,tez gəl məni apar, burda məni incidirlər, çox pis adamdırlar, hamısı da saqqalldırlar.

Fidan:

-Qorxma Əzizim, tezliklə gəlib səni qurtaracağam.

Yad adam telefonu Əzizdən alıb Fidana dedi:

-Taksiyə oturub burbaş Qanlı gölə gələrsən, mobil telefonun bağlı olsun. Əgər polislərin bundan xəbəri olsa, qardaşını işgəncə ilə öldürəcəyik. Orda səni saqqallı iki kişi qarşılayacaq. Onlar səni tanıyacaqlar,çünki əlimizdə sənin şəklin var.

Fidan geyinib evdən çıxdı və taksiyə oturub birbaş deyilən yerə gəldi.Taksidən düşəndə iki saqqallı oğlan ona yaxınlaşdı.Taksi sürücüsü çox arif adam idi.Fidanın taksiyə oturan andan həyəcan içində olmağı,tez-tez arxaya boylanmağı onun nəzərindən qaçmadı.Taksidən düşəndən sonra yaxınlaşan iki saqqallı gəncin geyimi,şübhəli davranışını onda şübhə oyatdı ,fikirləşdi ki,burda nəsə var.

Saqallılardan biri kobud şəkildə Fidanin qolundan yapışdı qara gilənar rəngli avtomobilin arxa qapısını açıb onu içəri saldı, sonra pencəyinin altında gizlətdiyi qəməni göstərib dedi:

-Əgər səsini çıxartsan, özünü ölmüş bil.

Taksi sürücüsü siqnal verib maşından düşdü, onlara fikir vermirmiş kimi avtomobili idarə edən o biri saqqallıya yaxınlaşıb dedi:

-Qardaş, mən taksi sürücüsüyəm, avtomobilin mühərrikini işə sala bilmirəm. Bəlkə,sizdə ehtiyat burğac ola?

Sükan arxasında əyləşən saqqallı sürücü kobud səslə cavab verdi:

-Bizim vaxtımız yoxdur,tələsirik.

Taksi sürücüsü bir söz deməyib geri qayıtdı ,guya maşınla məşğul olmağa başladı, bir anlıq maşınla qurdalanıb qorxmadan taksiyə əyləşdi,uzaqlaşan saqqallıları təqib etməyə başladı.

Onlar Fidanı Qusar rayonuna, meşəlik olan bir yerə apardılar. İnsan ayağı dəyməyən sıx meşəliyin içində balaca bir budka vardı. Saqqallılar maşını saxlayıb Fidanı yerə düşürdülər.

Avtomobildən düşdü Fidan ətrafa göz gəzdirdi, hər tərəf sıx ağaclığa bürünmüşdü, buradan quş belə uça bilməzdi. Bir söz demədən taxta budkaya tərəf addımladı. Budkanın içindən yekəpər bir oğlan çıxdı, Fidanı qarşılayıb kinayə ilə dedi:

-Demək, sənsən Fidan xanım, Fuad doktorun sevgilisi? Nə gözəl qızsan, malades zövqünə, Fuad doktor…

Qəzəbi içində boğan Fidan fikirləşdi:”Allahım bizi erməninin əlindən qurtarıbsa,burda da qoruyar,odur ki,təmki-

nini pozmadan cavab verdi:

-Bəli, mənəm, Fidan. Siz kimsiniz, məndən nə istəyirsiniz? Qardaşımı hardadır? Siz onu hansı səbəbəblərə görə oğurlayıb bura gətirmisniz?

Oğlana Fidanın dikbaşlığı yer elədi,qıza möhkəm şillə vurdu”.

-Kəs səsini, küçük, İndi bilərsən ki, mən kiməm? Kliçkam “Kaban”dır, biz ancaq “razborka” aparırıq, bizim dediyimizə əməl etməyənin yeri cəhənnəmdir.

Yıxıldığı yerdən güclə qalxan Fidan dedi:
-Mən sizi tanımıram, siz bizdən nə istəyirsi-

niz? Yalvarıram sizə, nə qədər pul istəsəniz verərəm, bu haqda heç kəsə demərəm. Mən özüm Xocalıdanam, nəslimizdən tək qardaşım qalıb, siz Allah, qardaşımı verin, çıxım gedim.

Kaban qızın çənəsindən yapışıb gözlərinin içinə baxaraq dedi:

-Sən bu gecəlik mənimlə olacaqsan? Deyilən kimi da varsan? Gözəlsən. Fuadın zövqü heç də pis deyilmiş, sənin kimi gözəl bir mələyi kiməsə vermək olarmı? Bu gecə mənə qonaqsan, məharətini göstər,görüm,Fuadı necə razı salacaqsan? Sonra qardaşının məsələsinə baxarıq, ha, ha…

Qorxudan gözləri alacanmış Fidan bir anlıq nəsə fikirləşib dedi:

-Yaxşı, mən sizin bütün dediklərinizə əməl etməyə hazıram. Ancaq bir şərtim var. Əvvəlcə, qardaşımı mənə göstərin, görüm sağdırmı?

O biri otaqdan Əzizi gətirdilər. Fidan Əzizi bağrına basıb ana balasını qoxlayan kimi qoxladı, ağlaya-ağlaya dedi:

-Qorxma, qardaşım, tezliklə səni buradan qurtaracağam, evimizə gedəcəyik.

Sonra uşağı Fidanın əlindən alıb o biri otağa apardılar.

Taksi sürücüsü avtomobilini yüz metr aralıda, xəlvəti bir yerdə gizlədi, yerdən əlinə bir odun parçasını götürdü, budkanın yaxınlığındakı iri gövdəli palıd ağacının arxasında gizləndi,məqam gözləməyə başladı, Aradan bir neçə dəqiqə keçmiş bayaq gördüyü yekəpər otaqdan çıxdı, cangüdənlərinə dedi, şəhərdə işim var, bir azdan qayıdacağam,qızı gözdən qoymayın . Əgər sözünüzə baxmasa, əl-qolunu stola bağlayın.

Kaban xarici maşına minib getdi. Fidan iki nəfər əli silahlı saqqallı ilə qalmışdı. İçəridən Fidanın qışqıra- qışqırqa deyirdi:

-Yalvarıram sizə. Nə olar, qardaşımı verin, biz çıxıb gedək.

Saqqallılardan biri dedi:

– Əgər sakit olmasan ,qardaşını güllələyə- cəyik.

Qorxudan Fidan susmaq məcburiyyətində qaldı.

Aradan xeyli vaxt keçdi. Saqqallılardan biri əlində vedrə həyətə çıxıb taksi sürücüsü gizlənən palıd ağacının yanından beş-on metr qabağa, bulağa sarı getdi. Bunu görən sürücü özünü itirməyib” yaxşı fürsətdi, onu yaxalayacağam”,- dedi. Saqqallı aşağa əyililib vedrəni bulağın gözünə tutub su doldurarkən taksi sürücüsü ehmalca yaxınlaşıb əlindəki odun parçasını var gücü ilə arxadan onun peysərinə endirdi. Saqqalı huşunu itirərək arxası üstə yıxıldı və başından qan bulaq kimi axmağa başladı. Sürücü onun gödəkcəsini əyninə geydi, sonra vedrəni su ilə doldurub budkaya sarı getdi. İçəri daxil olanda gördü ki,o biri saqqallı arxası ona tərəf stolda əyləşib pivə içir,tapançasını da yanına qoyub. Fidan lal-dinməz oturmuşdu . Sürücü asta-asta qabağa getdi və arxadan əlini onun çiyninə , qoydu,sonra sağ əlini çənəsinin altına keçirib boynunu qəfildən var gücüylə burub sındırdı. Saqqallı küçük kimi səs çıxardaraq yerə yıxıldı.

-Bacı, tez olun gedək,bir azdan onlar gələcəklər. Nə qədər ki, duyuq düşməyiblər, aradan çıxaq.

Fidan sürücünü tanıdı . Əzizi o biri otaqdan götürüb maşına tərəf gəldilər. Taksiyə əyləşib sürətlə oradan uzaqlaşdılar.Artıq taksi hadisə yerindən uzaqlaşmışdı.Təhlükə sovuşmaq üzrə idi. Fidan taksi sürücüsündən onun kimliyini və həyatını bu cür ağır bir təhlükəyə atmasının səbəbini soruşdu.

Sürücü cavab verdi:

-Adım, Əlidir. Qarabağ müharibəsi iştirakçısıyam, ağdamlıyam. Bədənimdə hələ də güllə qəlpələri mənimlə “yoldaş”lıq edir. Çox qanlı döyüşlərdə iştirak etmişəm. Müharibədə kəşfiyatçı olmuşam. O qədər qanlı hadisələr görmüşəm, həyatımı ağır təhlükələrə atmışam, onda ölüm də yaddan çıxır. Bu hadisə onun yanında nədir ki… Döyüşçü dostlarım mənə “Pələng” deyə müraciət edərdilər. Baxmayaraq, bədənimdə beş güllə yarası var, hələ də gücüm yerindədir, yataxanada məskunlaşmışıq, avtomobilimlə “taksovat”lıq edib ailəmi bir təhər dolandırıram.

Fidan Xocalıdan olduğunu və başına gələn müsubətləri yol boyu sürücüyə danışdı.

Qızın dərdinə acıyan sürücü dedi:

-Heyif o torpaqlardan, heyif Əlif Hacıyevdən, o mənim ən yaxın dostum idi. Həmin gecə Xocalı köməksiz qaldı. Biz köməyə gedəndə artıq gec idi. Əlif dəstəsi ilə birlikdə şəhid olmuşdu. Xocalı isə işğala məruz qalmışdı. Yalnız bir neçə sakini azad edə bildik.

Əli Fidanı evlərinə çatdrdı.Nabat xanımın, Nərgiz müəllimənin həyəsanı sevinclə əvəz olundu.Fuad,Aydan özlərini tez Fidangilə çatdırdılar.Aydanla Fidan bir-birinə sarılıb ağlaşdılar. Hamı Əzizi öpür,diqqətlə yoxlayırdılar ki,uşaga xətər toxunub,yoxsa yox.

Bu dəmdə Həsənzadə,Qoşqar müəllim, Sərdar müəllim, prokuror və polis rəisi ilə birlikdə içəri daxil oldu.Fidan başına gələn əhvalatı onlara danışıb dedi ki, əgər Əli olmasa idi, mənə təcəvüz edib hər ikimizi öldürəcəkdilər. Əzizi saqqallılar oğurlayıb Qusar rayonuna meşəyə aparmışdılar. Başçılarının adı “Kaban” ləqəbli bir ləzgidir.

Həsənzadə Əlini tanıdı, uşaqlıq dostları qucaqlaşıb öpüşdülər. Sonra üzünü gələn qonaqlara, prokurora tutub dedi:

– Əli deyil, o “Pələngdir”dır. Ağdamda qonşumuz olub. Uşaqlıq illərimiz bir keçib, o da mənim kimi sözə baxan olmayıb, çox dəcəl uşaq idi.Qarabağ döyüşlərində “Pələng” ləqəbini qaznıb. Nə qədər erməni əsgərini, texnikasını məhv edib. Adı gələndə erməni əsgərləri zağ-zağ əsərdi. İnşaallah, gələcəkdə Əlinin və onun döyüşçü dostlarının əfsanəvi qəhrəmanlığından bəhs edən bir roman yazacağam. Təsadüfə bax, Əlini çox soraqlamışam, axtarırdım, amma tapa bilmirdim. Biz gərək belə görüşməyəydik. Əli bu dəfə də həyatını oda atıb, sücaət göstərib. Birinci dəfə doğma torpağının azadlığı, müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə. İkinci dəfə isə doğma torpağından didərgin düşmüş iki insanın həyatını xilas edəndə.

Müstəntiq izahat almaq üçün Əzizi dindirmək istədi,hələ də baş verənlərin təsirindən qurtula bilməyən Əziz əvvəlcə tutuldu bir söz deyə bilmədi. Fidan onu sakitləşdirib dedi ki, Əziz, qorxma, hər şeyi olduğu kimi danış, qoy səni aldadıb aparanlar qanun qarşısında cavab versinlər. Əziz başına gələn hadisəni olduğu kimi danışdı:

-Dərsimiz qurtarmışdı, məktəbin həyətində bacımı gözləyirdim. Bir qadın mənə yaxınlaşdı, salam verdi , saçımı tumarlayıb dedi:

– Əziz sənsən?

Cavab verdim:

-Bəli.

-Nə qəşəng oğlansan sən? Gəl tanış olaq, mənin adım Şəfəqdir, Fidanın rəfiqəsiyəm. Məni Fidan göndərdi ki, səni evinizə aparım, mən də sizə gedirəm.

-Axı məni bacım Əzizə aparır, indi dərsdən çıxacaq. Fidan mənə tapşırıb ki, Əzizədən başqa yad, tanımadığın adamla məktəbdən çıxma. Mən Əzizəsiz getməyəcəm, axı sizi tanımıram, gözləyək bacım da gəlsin. İndi dərsdən çıxacaq.

Şəfəq şirin dilini işə salıb dedi:

-Əziz,özləri sənə deməyiblər ki,narahat olmayasan.Əzizə xəstələnib dərsdən tez çıxıb evə gedib,Fidan da onu həkimə aparıb. Mənə zəng vurub xahiş etdi ki,səni öz maşınımla evinizə aparım. O, məni avtomobilində qabaqda -öz yanına oturtdu. Sonra maşını sürdü, məni şirin dilə tutub, söhbətə başımı qataraq uzaq, tanımadığım yerlərlə aparanda dedim, axı bu yol evimizə getmir, istədim qışqıram, arxadan bir saqqallı oğlan bıçağı çıxarıb boğazıma dirəyib dedi, əgər səsini ucaltsan, başını bu bıçaqla üzəcəyəm. Qorxumdan danışmadım və məni uzaq yollrla meşəyə apardılar.

Müstəntiq dedi:

-O qızın şəkilini sənə göstərsəm, onu tanıyarsanmı?

-Əlbəttə.

Müstəntiqin əlindəki şəklə baxıb Əziz onu qaçıranın Şəfəq olduğunu təsdiqlədi.

Hadisədən xəbər tutan Respublika Prokuroru, Daxili İşlər Nazirliyi ilə birlikdə yubanmadan xüsusi təyinatlılardan, maskalılardan ibarət əməliyyat qrupu təşkil etdilər. Azərbaycanla sərhəd ölkələrə gedən bütün yolların nəzarətə götürülməsi barədə əmr verildi. Özlərini hadisə yerinə çatdıran qara maskalılar budkanı mühasirəyə alıb içəri daxil oldular.Yaralı saqqallı başı ,sifəti qanlı vəziyyətdə çarpayıda uzanmışdı. İstədi ki, ayağa qalxsın, silahı götürüb atəş açsın, amma fürsət olmadı, artıq gec idi. Maskalılar tez onu tutub tərk-silah etdilər və Kabanın kimliyini, harda olduğunu soruşdular. Saqqallı əvvəlcə cavab vermək istəmədi. Xüsusi təyinatlıların komandiri onu başa salmağa çalışıb dedi ki, əgər Kabanın yerini deməsən, səni ağır cəza gözləyir. Hər şeyi açıb danışsan, cəzan yüngülləşə bilər.

Yaralı başqa çıxış yolu olmadığını görüb dedi:

-Məni öldürməyin, hər şeyi sizə danışacağam. Kaban böyük bir mafiyanın başçısıdır. Bir ucu Dağıstana, o biri ucu Saratova kimi gedib çıxır, indilərdə qayıdacaq, çox təhlükəli adamdır, onu tutmaq heç də asan olmayacaq, Rusiyadan belə çalışıblar ki, onu tutsunlar, amma bacarmayıblar. Çalışmışam ki, yaxamı ondan uzaqlaşdırım, amma mümkün olmadı. Çünki onun toruna düşən bir daha o tordan çıxa bilmir.

Bir saatdan sonra Kaban dəstəsi ilə gəldi, maşından düşmək istəyəndə yerdə qan izlərini gördü. Cəld avtomat silahını götürüb meşəliyin içi ilə qaçmaq istədi,amma artıq gec idi, hər tərəfdən polis təyinatlıları onları mühasirəyə almışdılar. Kaban belə tezliklə təslim olmaq istəmədi. Ağaclardan birinin arxasında gizlənib xüsusi təyinatlılara atəş açdı. Maskalıların atdığı sərrast güllələrdən Kabanın cangüdənləri qətlə yetirildi, polis təyinatlılarından ikisi yaralandı. Artıq Kabanın gülləsi tükənmişdi, avtomat silahını kənara atıb tapança ilə atəş açırdı. Polislər Kabanı diri tutmaq istəyirdilər. Xüsusi təyinatlılardan biri gizlincə arxadan sürünə-sürünə ona yaxınlaşdı. Qəfildən üstünə atılıb onu tərk-silah etmək istəyəndə Kaban cəld əlindəki tapança ilə kortəbii şəkildə dalbadal atəş açdı.Açılan güllələrdən yüngül yaralan xüsusi təyinatlı özünü itirmədi, Kabanın üstünə atıldı və aralarında əlbəyaxa döyüş başladı. Xüsusi təyinatlıların digər əməkdaşları köməyə yetişib Kabanı tutdular ,qollarına qandal vurub apardılar.

Ertəsi gün Fuad Fidangili evlərinə qonaq dəvət etdi. Qapını Qəmər xanım açıb onları gülərüzlə qarşıdı:

-Mənim əzizlərim, xoş gəlmisiniz. Şükür Allaha, bəlalar tezliklə bizdən sovuşdu. Yenə də bir yerdəyik.

Salamlaşıb Nabat xanımı, Fidangili otağa, süfrə başına dəvət etdi. Qəmər xanım ləzzətli yeməklər bişirmişdi. Süfrə arxasında əyləşib Nabat xanımın şirin söhbətlərinin müşayiəti ilə yeyib-içdilər. Aydan Fidanı öz otağına apardı,Raminlə söhbətləşdiyini,bir həftəyə elçilərini göndərəcəyini dedi.

Şamilov işdən azad edildi. Şəfəq isə qaçıb xarici ölkələrin birində gizlənsə də, İnterpolun vasitəsi ilə tutulub Bakıya gətirildi, 10 il müddətinə azadlıqdan məhrum edildi.Kaban Rusiya vətəndaşı olduğu üçün öz ölkəsinə təhvil verildi.

Bir neçə gündən sonra bütün bu baş verənlər mətbuatda geniş yer almışdı. Həsənzadə “Vicdan” qəzetində Pələngin əfsanəvi qəhrəmanlığından böyük bir məqalə yazmışdı.

… … …

Mürsəlov qərara gəldi ki, bu payız Fuadla Fidanın toyunu eləsin. Ona görə də,onları nişanlamaq istədi. Amma Fidan razılıq verməyib dedi:

-Mənim də böyüklərim var, zəhmət çəkib Nabat anaya,Qoşqar əmiyə,Həsənzadəyə, nazir müavini Sərdar Kərəmova elçi göndərib razılıq alın, sonra. Onların xeyir-duası olmadan biz evlənə bilmərik.

Buna sevinən Mürsəlov axşam süfrə başında üzünü Qəmər xanıma tutub dedi:

-Bilirsən, ay arvad, biz kimlərlə qohum oluruq? Səhiyyə Nazirinin müavini Sərdar həkim və “Vicdan” qəzetinin baş yazarı tanınmış yazıçı Həsənzadə ilə. Həsənzadə həm də mənim ən yaxın dostumdur. Hər ikisi çox hörmətli və alicənab kişilərdir. Amma sən məni gör kimlərə calayırdın? Yaxşı ki, sən deyən baş tutmadı, yoxsa dostların yanında biabır olardım. Üstəlik Həsənzadə məni “Vicdan” qəzetində rüsvay edəcəkdi. Gəlinimiz dedi ki, həmin şəxslər ona atalıq qayğısı göstəriblər. Onların razılığı, xeyir-duası olmadan Fidana ərə getməyəcək.

Mürsəlov zəng vurub Sərdar həkimlə Həsənzadəni xəbərdar etdi. Həsənzadə Qoşqar müəllimə tapşırdı ki,təşkilatçılıq səninlə Nərgiz xanımın üzərinizə düşür.Madam ki, Fidan bizi özünün böyüyü hesab edir ,elə etməliyik ki,hər şey onun ürəyincə olsun.

Nişan Nabat ananın istəyi ilə onların kiçik həyətində oldu.Yığcam və xudmani məclis təşkil olunmuşdu.Sakit müəllimin gətirdiyi Şəki halvası çay süfrəsinin bəzəyi oldu.Sakit müəllimin arvadı Fidana böyük bir xalça hədiyyə gətirmişdi.Biləndə ki,xalçanı Məryəm xanım öz əli ilə toxuyub Qəmər xanımın gözləri güldü.Bu,Mürsəlovun nəzərindən qaçmadı,odur ki,zarafatla dedi:

-Qəmər xanım ,rəfiqələrinlə danışmaq üçün mövzu var.

Qəmər xanım ərini incik nəzərlə süzüb dedi:

-Ay Gəray,bu gün də gərək məni sancasan.

Fidan yerindən qalxıb Qəmər xanımı qucaqladı və dedi:

-Xahiş edirəm,mənim Qəmər anamın xətrinə dəyməyin.

Mürsəlov sifətinə guya pərt görkəm verib dedi:

-Gördünmu,Fuad? Yaman tez qadın həmrəyliyi yaratdılar.Bacın gedəcək,təsəv-vür elə,bu iki qadının əlində günümüz necə keçəcək.

Fuada üzüyü Nərgiz xanımın zövqünə uyğun Qoşqar müəllim almışdı.Üzüklər taxıldıqdan sonra Qəmər xanım qayınanasından qalma üzüyü Fidana hədiyyə etdi.

Nişandan bir ay keçməmiş Fidanla Fuadın toyları oldu. Bir ildən sonra onların əkiz oğlanları dünyaya gəldi. Həyat öz axarı ilə davam edirdi.Fuad tezliklə müdafiə edib alimlik dərəcəsi aldı, qısa bir zamanda tibb aləmində yenilik gətirdi və dünyada tanındı.Bakıda ayrıca klinika açdı.Fidanla birlikdə klinikanı çalışdırırdılar.

Əzizə artıq universitet tələbəsi idi,Əziz

11-ci sinifdə oxuyur,həm də Hərbi Akademiyaya daxil olmağa hazırlaşırdı. Həsənzadə böyük vəzifəyə irəli şəkilmişdi. Qoşqar müəllim isə başqa qəzetə redaktor təyin edilmişdir. İşlərin çoxluğundan köhnə tanışlar çox az-az görüşürdülər.

Bir dəfə bayram tədbirlərinin birində təsadüfən Həsənzadə ilə Sərdar Kərəmov eyni məktəbə dəvət olunmuşdular. Köhnə dostlar bu görüşdən məmnun halda şagirdlərin çıxışlarını dinləyirdilər.Səhnəyə eyni geyimdə iki oğlan uşağı çıxdı.Aparıcı elan etdi:

-İndi də gəlin əkiz qardaşlar Aqil və Sərdarın ifasında “Azərbaycan əsgəri”şeirini dinləyək.

Həsənzadə ilə Sərdar Kərəmov bir-birilərinin üzünə baxdılar. Aqil müəllim dedi:

-Tədbirin axırını gəzləyək,burda bir sirr var.

Tədbir bitəndən sonra oğlanları yanlarına çağırıb valideynlərinin kimliyini soruşdular.Biləndə ki, Fuadla Fidanın uşaqlarıdırlar, hər şey onlara aydın oldu. Uşaqlardan bütün yenilikləri öyrəndilər,onlara kim olduqlarını dedilər.Məlum oldu ki,uşaqlar onları qiyabi olaraq tanıyırmışlar.

Ayrılanda Həsənzadə də,Sərdar müəllim də qol saatlarını hərə öz adaşına hədiyyə verdi.Hər iki tərəf tanışlıqdan məmnun halda evlərinə yollandılar.
Həsənzadə və Sərdar Kərəmov öz maşınlarına əyləşib vəzifə postlarına qayıdırdılar.Hər ikisi eyni fikirdə idilər:”Həyatda heç nə əvəzsiz qalmır.Hər kəs öz əməllərinin qarşılığını vaxtında alır”.

Müəllif: Qələndər Xaçınçaylı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


SADIQ QARAYEV

DAŞ

(Esse)

Uşaq vaxtı. Üzüm bağları ilə asfalt yol arasındakı arxların qırağında quzu otarırdıq. Bekarçılıqdan başladıq telefon dirəklərinin yuxarısındakı “aşıqları” daşla vurub qırmağa… Kim çox “aşıq” qırar yarışı… Bekarçılıqdan nə cür mənasız iş varsa, adamın ağlına gələr..
Əyilib yerdən növbəti dəfə daş götürürdüm, elə bil başıma arxadan guppanla vurdular… Gözüm qaraldı, sanki yer mənə yaxınlaşdı, uzaqlaşdı… Bir az əvvəl yuxarı atdığım daş, ya da uşaqlardan kiminsə atdığı daş başıma düşmüşdü… Əlimi başıma aparanda qana bulaşdı… İndi də o daşın çapığı qalır…
Hərdən Şeytana daş atmaq ayinlərini görəndə, Nizaminin “daşı atarsan göyə, qayıdıb düşməz həmən yerə”, Məmməd Arazın “Qayaların daş yaddaşına bir daş ataydım”, Ramiz Rövşənin “göy üzü daş saxlamaz atam balası” misralarını, “daş yuxular” romanın adını eşidəndə, həmən göydən düşən daş yadıma düşür…
Evə gəldim, üst başım qan içində… Televiziyadan Qarabağdan gələn həyəcanlı xəbərləri diqqətlə izləyən atam məni xeyli danladı… Anam dinmədi… Bəlkə də, düşündü ki, bu daş hərdən hirslənib bizə “başınıza daş düşsün” dediyi həmən daşdı…
Mən o vaxtdan çox düşünürəm ki, o daş özümün atdığı, Anamın dediyi, ya özgələrinin atdığı daş idi…? Ya gələcək günahlarım daşlaşıb, zaman labritində geri qayıtmışdı…? Bu mənə qaranlıq qaldı… Qarabağımızın taleyinə düşən daş kimi…
Bəlkə Şeytana yox özümüzə daş atmışdıq, ya üçbaşlı Şeytan bizə daş atdı??? Göy üzünün daş saxlamadığını, yuxarı atılanın aşağı, eyni yerə düşəcəyini bilmirdik??? Bəlkə də, daş yaddaşımıza daş ata bilmirik, daş yuxudayıq…
Ancaq, səhvlərin daşa döndüyünə inanıram…
Sonradan biz onları, Şeytana, göyə, tariximizə atırıq, atırlar… Bütün hallarda ya özümüzə, ya da Vətənimizə dəyir!

mÜƏLLİF: SADIQ QARAYEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Meyxoş Abdullah

КРИК ДУШИ

(Эссе) 

Кто ты,человек?! Почему ты приходишь ко мне во сне? Почему ты путаешь мои мысли? Почему ты беспокоишь меня и не даешь жить?! Я ведь никогда тебя не видел, я тебя не знаю. Может быть ты приведение или ангел, ниспосланный Всевышним? А может быть ты просто отверженый, бездомный, человек! 
Дай мне дожить свою отравленную жизнь, наполненную болью. Почему ты зацепился за мое сердце, человек?!.. Ты захлебнешься в моих слезах, будешь вздрагивать от моих всхлипываний, я сведу тебя с ума, я превращу твою жизнь в ад, человек! Ты будешь сожалеть о том, что родился. Ты согласен принять это все, человек?! Что ты хочешь от меня? Что я могу тебе дать кроме горя и страдания?! Тебе себя не жалко?! Ты заблудишься в своих воспоминаниях и мыслях. И, клянусь Аллахом, ты сойдешь с ума! Ты пришел ко мне тогда, когда от меня отвернулись знакомые и друзья, родные и даже сам Всевышний. Кто ты, человек?! Скажи мне что-нибудь! Что ты все молчишь? Скажи, кто ты?! Почему ты молчишь, человек?! Будь ты проклят! Разорвись ты на клочья, ударяясь об скалы! Да выколит сокол когтями твои глаза! Да будь ты растерзан тиграми! 
Кто ты, человек?! Да отсохнет твой молчащий язык!.. Почему ты так мучаешь меня?! Почему не даешь мне жить?!.. 
Я жизнь свою тебе отдам! Да отсохнет мой язык, проклинающий тебя! Скажи, кто ты, человек?!..

Перевод : Terane Memmed

Автор: Meyxoş Abdullah

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif Şahverdiyev – Xatirə

SÖZ VERMİŞDİ GƏLƏCƏYƏM- GƏLMƏDİ

 AKİF Şahverdiyevin Akif Səmədlə bağlı xatirələri

 (“Sabah” qəzeti, 11 iyul- 2004-cü il)

 Ağir-ağır söz deyib dünyanın yükünü ağırlaşdırırdı. Akif Səməd dünyanın sürtülmüş üzünə sözdən bəzək vururdu. Dünya bunu təzək bildi. Kəlam deyib, kəlmə kəsdi – dünya bunu kərmə bildi.

 Çox da yollar buz, qarıymış

 Fələklər bizə yarıymış,

 Bircə qarış yol varıymış

 Adəmdən Akif Səmədə

 Bu yaxınlarda onun “Özümə yol” kitabına bir neçə söz yazıb dərc elətdirmişdim. Nəşriyyatın dəhlizində qucaqlayıb öpdü məni:

 -Adaş, yaman yazmısan, xoşuma gəldi, – dedi. – Kitabı hardan tapmısan?

 -Başqasından görmüşdüm, – dedim.

 Ağır-ağır nəfəs aldı: – Gələn dəfə gələndə sənə kitab gətirəcəm.

 Özü gəlmədi. Xəbəri gəldi: rəhmətə getdi.

 Əslində, mənim üçün o, çoxdan dünyasını dəyişmişdi. Əvvələn ona görə ki, onun ölümlə bağlı o qədər şeirlərini oxumuşdum ki…

 Sevənlər aşıq olmasa,

 Dan bircə qaşıq olmasa,

 Bu arvad-uşaq olmasa,

 Qardaş, ölüm nə mənədi?

 İkincisi də zalım oğlu meyə yaman meyilliydi. Hərdən gec görəndə fikirləşirdim ki, yəqin badəylə aşiq-məşuqluğundadır.

 Sonra görürdüm yox, budur ey, başının dəstəsi ilə oturub yeməkxanada “dünyanın dərdini başına çəkir”. Sağlamlığından şikayət eləməzdi. Amma yaxınları yaxşı bilirdi ki, o, cansız cəsəd kimidi. Ruhu çoxdan göylərdə uçur.

 Nə oxuyur bu saz, bu tar,

 Canımda qoymadı tutar,

 Canımdan-canımı qurtar,

 Canıma yazığın gəlsin.

 Rəssam dostlarımın birindən xaiş etmişdim ki, onun şəklini çəksin. Alti cür çəkmişdi şəklini. İkisini özünə verdim. Birini qəzetdə dərc elətdirdim. Üçü də özümdədi. Bütün şəkillərdə üzü-gözü gülürdü Akif Səmədin. Amma o şəkilləri kimə göstərirdim, hamı kədərlə seyr edirdi. Niyə? Kəsdirə bilmirdim.

 Hamımı azıb, babıdır?

 Çəkdiyim nə hesabıdı?

 Yaşamaq gor əzabıdı,

 Ölüm, qurtar gordan məni.

 Bir uluuq var idi canında. Bəlkə də qədimliyini övladlarında əyaniləşdirmək istəyirdi. Uşaqlarını Atilay, Ulucay, Gülənay, Gilənay adlandırmışdı. Onun adı təkcə balalarının şəxsiyyət vəsiqəsində deyil, yazdığı şeirlərində və köz basdığı ürəklərdə yaşayacaq.

 Uzun illər yaşayacaq…

 Yadındamı, qardım,

 Səhraya yağardım.

 Əvvəldə mən vardım

 Sonda da mən varam.

Müəllif: Akif Şahverdiyev

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bədirə Rza Həsənqızı


Örnək ömür – inamlı yol
( 14 iyul tarixinin 50-ci ildönümü münasibətilə )
Mənalı həyat, ömür yolu keçən insanlar haqqında çox yazırlar. Həm sağlığında, həm dünyasın dəyişəndən sonra, həm də əsrlər sonra… Bu yazılar, yazan şəxsin tutduğu ictimai mövqedən asılı olaraq müxtəlif mənalarda canlandırıla da bilir bəzən. 
Amma, bir də olur ki, insan xalqın bir nəfəri olaraq sadəcə düşündüyünü qələmə almaq, sadəcə el yaddaşından bir yarpaq xatirətək paylaşmaq istəyir. Təmənnasız, könül sevgisilə … Düşüncəsində o böyük şəxsiyyətin ömür yolunun nuruna baxaraq yada salır, xatırlayır, fikirlər ömrün enişli-yoxuşlu yollarından qalaqlanır üstünə… Bir ömür yaşamaq, səhvlərdən yan keçmək və əbədiyyən xalqın yaddaşında işıqlı xatirələrlə qalmaq, heç də asan iş deyil…Və bu böyük məsuliyyət hər kəsin bacara biləcəyi qüvvət ola bilməz. Belə şəxsiyyətlər İlahidən seçilmişlərdir…
Evimiz seçki məntəqəsi yerləşən orta məktəbin qarşısında yerləşirdi. Dörd qız atası olan atam sürücü işləyir, qanunları çox sevir, ehtiyac olduqca da tələb edərdi. Necə deyərlər bir az “qanun adamı” kimi tanınmışdı. Onun simasında biz də inanırdıq inandıqlarına. Və atamın qanunları bilməsi, eyni zamanda yeri gəldikcə tələb edərək yaşadığı dövr böyük şəxsiyyət Heydər Əliyevin hakimiyyəti dövründə iki bacımın diplom aldıqdan sonra çox asanlıqla işlə təmin olunmasına səbəb olmuşdu. Atamın Ulu öndərə olan dərin məhəbbəti, sanki bütün ehtiyacların üstünə inam pərdəsi çəkmişdi. Onu şəxsən görə bilməsə də, bütün çıxışlarını izləyir, hər kəlməsinə, ifadəsinə çox böyük hörmətlə yanaşardı. Nə ailədə, nə işində olan çətinliklər onu darıxdırmaz, qorxutmazdı. Böyük şəxsiyyət Heydər Əliyevin hakimiyyətə yenidən qayıtması isə ona çox böyük həyat ümidi vermişdi. Gələcəyə çox böyük inamla baxardı. Yaxşı yadımdadır… 1993-cü ilin payızı, oktyabr ayı idi. Ölkədə iqtisadi cəhətdən çətinliklər vardı. Müstəqillik yollarında hələ kövrək addımlarını ataraq, sərhədlərində düşmən yaralarından qorunmağa çalışırdı doğma yurdumuz. Varislik haqqını qorumaq istəyirdi müstəqil Azərbaycan, saysız sınaqlar, görünən və görünməyən siyasi çətinliklər əhatəsində. Belə çətin günlərdə dövlət rəhbərliyinə yenidən seçkilər keçirilirdi. 
Seçki günü səhər atam çox tezdən oyanmış, məntəqəyə getməyə hazırlaşırdı. Saat 6:00 dan məntəqə açıq olacaqdı. Ondan niyə belə tələsirsən, ay ata, seçki məntəqəsi uzaq deyil ki… soruşduqda: 
– Bu çox vacib məsələdir, əlbəttə ki, daha erkən getmək lazımdır! -dedi… Kimə səs verəcəyini soruşduqda isə, çox təəccüblə dönüb baxdı… Əslində onun böyük məhəbbətin, rəğbətin ailədə hər birimiz bilirdik. Ulu öndərin 1969-cu ildən 1982-ci ilə qədər respublikamızda olan hakimiyyət dövrü tanıtmışdı xalqına necə rəhbər olmasını. Bəli, biz belə görmüşdük valideynimizi. Ölkə başçısına olan böyük məhəbbət, rəğbət dolu inamla baxırdı gələcəyə. Məncə, atam kimi, Ulu öndərə rəğbəti olan ailələr Azərbaycanda minlərlə idi…
Bəli, böyüklük şərəfi. Onu qazanmaq hər kəsə nəsib olmur. Milyonlarla insanın ürəyində yer ala bilmək… Bir iş yoldaşım var. Onun qardaşı Qarabağ döyüşlərində Şəhid olub. (Ruhu şad olsun!) Daha doğrusu itgin düşüb, Şəhid adı alıb. O deyir ki, ailəmizin ilki olan qardaşım könüllü olaraq döyüşlərə getmişdi, 1993-cü ildə. O illərdə Ümummilli lider Heydər Əliyevin televiziya ilə xalqa müraciətini eşitdikdən sonra, Neftayırma zavodunda işləyən qardaşım Zeynalov Azad dayanmayıb, könüllü getmişdi cəbhəyə, Qarabağın müdafiəsinə. Qeyd etdiyim bu xatirələr sadə bir xalqın ayrı-ayrı nümayəndələrinin öz rəhbərinə olan sevgisindən xəbər verir. Bəli, Ulu öndər xalqın rəğbətini qazanan dahi bir insan idi. Onun saatlarca nitqinə qulaq asan insanlar, hər kəs etiraf edər ki, öz xalqının tarixini, mədəniyyətini dərindən bilən, sevə -sevə təbliğ edən, qoruyan, yaşadan, bütün dünyada Vətənimizin siyasi varlığının təsdiqinə var qüvvəsilə çalışan fəxr ediləcək şəxsiyyət, azərbaycanlı idi. 
Biz bu gün də onun böyük dühasından, dərin zəkasından, dünya xalqları, dövlətləri haqqında düşüncələrindən bəhrələnir, inanırıq ki, böyük siyasətçi, fonemen şəxsiyyət Heydər Əliyev ideyaları qalib gələcək, xalqımızın haqq səsi bütün dünyada tezliklə ədalət nidası ilə bitəcəkdir.

Müəllif: BƏDİRƏ NİFTALİYEVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏŞAD SAHİL

ŞAH İSMAYIL XƏTAİ – MƏKTUBIAR

Şah İsmayıl və Əlvənd Mirzənin TARİXİ MƏKTUBLAŞMALARI – İmperiyanı yüksəlişə aparan yazışmalar

Şah İsmayıl vətəni birləşdirmək və bütövləşdirmək uğrunda çıxdığı yolda önünə çıxan bütün maneələri dəf edərək irəliləyirdi.

Bütün bunlar hər kəsə bəlli olduğundan bu barədə geniş danışmağa gərək yoxdur. Bu yolda Şah Xətainin bir çox döyüşləri olmuşdur. Şahın belə qarşılaşmalarından biri də Əlvənd Mirzə ilə olub…

Əlvənd Mirzə Şah İsmayılın uğurları və qələbələrini eşidən kimi dövlətin başbilənlərini məşəvərətə toplayır və qərara gəlirlər ki, Şah İsmayıla nəsihatamiz bir məktub göndərsinlər. Bu istəklə Əlvənd Mirzə Şah İsmayıla məktub yazır, Şah da ona cavab məktubu göndərir. İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin araşdırmalarından əldə etdiyimiz hər iki məktuba heç bir şərh, izah vermədən təqdim edirik:

“Ucaməqamlı, dinin pənahı Şah İsmayıla məlum olsun; Allahın istəyi belə idi ki, sən döyüş meydanına qədəm qoyasan: əgər sən Həsən padşahın övladlarındansansa, nə üçün sənin təbəən olmağa çalışmayaq? Dostluğun və qohumluğun qaydası bu deyildirmi ki, biz dostluğun qarşısından biganəliyi kənar edək? Bizim səninlə müharibə etmək və səndən ayrılmaq fikrimiz yoxdur. Çünki sən bizim atamızın və öz babanın qanını almağa getdin, Fərrux padşahı qətlə yetirdin və Şirvanı tutdun. Biz də Həmədan ölkəsini sənə bağışladıq. Qayıt və Şirvana get, dövlətə başçılıq etməklə məşğul ol: hara istəyirsən get, xarici ölkələri tutu. Əgər sənə zərər dəysə, kömək istəsən göndərərəm. Sən yad olmadığın üçün sənin çıxıb getməyinə razı olduq. Bu sözlərimi mənim zəifliyim kimi yozmaqdan çəkin, çünki sülh müharibədən yaxşıdır. Ona görə bu qədər mübaliğə etdik, yoxsa sabah qoymarıq ki, irəli bir addım da atasan. Biz də 30 min nəfərlə sənin qarşında dayanmışıq və Allahın iradəsi ilə baş verə biləcək hər şeyə şükr edirik.”

Məktub Şah İsmayıla çatan kimi cavabının yazılmasını buyurdu:

“Sözümün canı budur: Əlvənd padşaha məlum olsun ki, Həsən padşahın övladlarından Şeyx Səfiəddinin övladlarına çox haqsızlıq və mürvətsizliklər edilmişdir; bu qədər əzaba baxmayaraq mən babamın, atamın və qardaşımın qanından keçdim. Bizə məsum imamların (c) haqq məzhəbinə rəvac vermək lazımdır. Və nə qədər canım var, dini-mübin yolunda haqq öz yerini tapıncayadək qılınc çalacağam. Gərəkdir ki, sədaqə və düzgün əqidə ilə o həzrətlərin ətəyindən tutaraq (onlara inanaraq), dilinə gözəl “Əliyün vəliyullah” (Əli Allahın vəlisidir) kəlməsini gətirəsən ki, müstəqil padşah olmaq sədaqətinə çatasan. Tutduğum hər ölkədə sənin adına sikkə zərb edərəm və xütbə oxutduraram və səni öz böyük qardaşım bilib sənin yolunda qılınc çalaram. Əgər bu səadəti tapmasam (yəni buna razı olmasan) səndən günahsız qardaşımın qanını almağım xoş (halal) olacaqdır.Özün bilərsən, sənin üçün hansı daha yaxşıdır, mənə bildir!”

Əlvənd Mirzə Şah İsmayılın cavab məktubunun məzmunundan xəbərdar olan kimi başa düşdü ki, o bu bihudə sözlərlə döyüş medyanından çəkilməyəcəkdir. Və nəticə etibarilə Şah İsmayılın ordusu ilə üz-üzə gələn Əlvənd Mirzə döyüşdə məğlub olaraq qaçır.

Müəllif: Reshad Sahil

Mənbə: BABƏK CƏFƏROV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 15 – ci yazı

YAZARLAR VƏ YAZILAR

və ya

MÜASİR ROMANÇILIQ NECƏ OLMALIDIR???

(On  beşinci yazı)

Salam olsun sənə ey dəyərli oxucum. Dünya kitabxanalarındakı kitabların, yazıların, o yazılardakı sözlərin, sözlərdəki hərflərin sayının min misli qədər uca Yaradana şükürlər olsun ki, daha bir bəhanə ilə görüşmək qismət olub bizlərə… Xoş gördük sizləri…

Söhbətimizin mövzusu  iki kitabda cəmlənmiş bu iyirmi üç yazıdan ən vacibi kimi də qəbul edilə bilər… Beləki, sayı ilə on beşinci adlandırdığım bu yazıda iki əsas məsələni müzakirə edəcəyik. Birinci məsələdə  bizə qədər olanlara nəzər salıb fikir (əlbəttə, subyektiv) bildirəcək, ikincidə isə giley-güzarla dolu zəmanəmizdə müasir romançılıq necə olmalıdır? –  sualına cavab tapmağa çalışacağıq. Bu iki ciddi məsələyə toxunmağa nə dərəcədə haqqım çatır, arqumentlərim nə qədər tutarlı ola bilər, ümumiyyətlə bu yazını qəbul etmək olarmı, əgər olarsa, bu hansı səviyyədə mümkündür? Oxucuda yarana biləcək bu qəbildən olan digər suallara öncədən cavab vermək üçün qısa bir haşiyəyə çıxmaq istəyirəm:

HAŞİYƏ

Bütün digər yaradılmışlar kimi insan da özü anlayandan sonra ətraf aləmi anlamağa çalışır. Bu çabalar içində demək olar ki, bir körpə başqa bir canlının balasından elə də çox fərqlənmir. Ətraf aləmi hissə-hissə, çox kiçik parçalarla, fraqmentlərlə dişimizlə, dırnağımızla, gözümüzlə, hiss edib, dadıb, görüb tanıyır, yadda saxlayırıq. Dünyadan – ətraf aləmdən yadımda qalan ilk fraqment  atla bağlıdır; bu ilk olaraq özümün çəhrayı rəngli oyuncaq atım – üstünə minilə biləcək möhkəm plastmasdan olan təkərli at, qonşu oğlanın həmişə balkonlarında olan yaşıl şar atı (Bakıda) və ən dəqiq, net mənzərə bir axşamçağı (Ağdam rayonu, Yusifcanlı kəndində) mal-qaranı örüşdən gətirən babamın qabağına – qarşılamağa – çıxdıqda məni öz tünd qəhvəyi rəngə çalan qızlı “yava” Qarabağ cinsindən olan atının tərkinə alıb doqqazdan evin qarşısına – həyətə qədər  60 – 70 addımlıq yolu (bu bir neçə dəfə təkrar olunub) gətirməsidir. At anladığım, yadımda qalan oyuncaq olsa da minə bilmədiyim, çünki, ondan tutub duranda mən boyda idi… Əsl at da həmçinin qardaşlardan ən kiçiyi olan Hafiz əmimin məni qaldırıb Müseyib  babam minən atının tərkinə oturdanda (o kiçik  oğul, mənsə böyük  nəvə  idim – təbii estafet məsələsi) arxadan babamın belindən necə bərk-bərk yapışdığım hələ də yadımdadır… Beləliklə sanki, at əl dəysə də əlçatmaz bir varlıq olaraq qaldı mənim üçün… Ancaq, yadda qalan ilklərdən həyatım boyu həmişə birinci olan ikinci bir varlıq da var. Bu kitabdır, kitab… Ətrafdakı canlı və cansızları tanımağa başlayanda dişimə vurub yoxladığım varlıqlardan biri də yadımda qalan birincisi orta qalınlıqlı,tünd göy rəngli kitabdır – “mikrobiologiya” kitabı… Yəqin ki, ağ yerlərini yazdığım, nəyəsə əsəbləşib ağlayanda vərəqlərini dartıb qopardığım kitab da elə bu “göy kitab” olub… Səhv etmirəmsə bu sualları bir müsahibədə cavablandırmışam, odur ki, təkrar olsa bağışlamanızı rica edirəm. Kənd uşaqlarının çoxu kimi əlifbadakı gözəl buzov rəsminin altında iri böyük hərflərlə yazılmış “DANA” sözünü hərfləyib “BUZOY” deyə-deyə əlifbanı öyrəndikdən sonra ilk oxuduğum kitab “Qızıl şamdan” uşaq nağıl kitabı olub –bu təxminən 1981 –ci ilin okyabr ayı idi.  Oxuduğum ilk iri həcimli kitab göy rəngli, qalın, üstündə qalxan şəkli olan “Koroğlu dastanı”, xarici ədəbiyyat nümunəsi  “Kapitan Qrantın uşaqları”, çox cildli  isə  “Min bir gecə” dastanları olub. 80-ci illərdən  etibarən üç dildə ana dilimizdə (hal-hazırda Türk dili  adlandırdığımız dili mən xaric dil hesab etmirəm), rus dilində, ingilis dilində və üç əsas qrafikada; kiril, latın, ərəb əlifbaları ilə sərbəst mütaliə vərdişlərim var. Təxminən 1987-ci ilin yayından etibarən ətrafda nələrin baş verməsindən asılı olmayaraq saatlarla sadəcə oturduğum taxta stulu yellədə – yellədə qalxmadan bəzən gündüz axşama kimi, bəzən gecə səhərə kimi kitbdan ayrılmadan oxumaq kimi bir bacarığa yiyələnmişdim… Təəssüf ki, indi belə vaxt yoxdur. Maraqlı kitab olanda ya uzaq yol gedəndə çatana qədər maşında, ya da qonaq və istirahətdə olduqda belə uzun müddətli – ayrılmadan – mütaliə etmək imkanı olur. Bu minvalla o zamanın əksər gənci  kimi mən də əvvəl məktəb kitabxanasının, ardınca kənd kitabxanasının axırına çıxdıqdan sonra rast gəldiyim, adını eşitdiyim kitabları alıb oxumağa başladım. Bütün bunlar bu yazını oxuyanların əksəriyyəti kimi mənim də sovetlər birliyində yaşadığımız nisbətən məhdud bir dövrə aid olan məlumatlar idi. 90-cı illərdən sonra əvvəllər bizim üçün əlçatmaz olan bütün kitablar da, müəlliflər də əlçatan oldu. Yeni əsrdə internet deyilən məhdudiyyətsiz bir aləm ərmağan oldu bizə  və bununla da inandırım sizi ki, dünyada limit deyilən anlayış öz qüvvəsini itirdi…

Bütün təfsilatı ilə belə bir girş verməyə ehtiyac var idimi? – Haqlı sual çıxa bilər ortaya. Əvvəlcədən deyim ki, bəli var idi. Çünki, yazının buradan sonra oxuyacağınız hissələrində elə məqamlar ola bilər ki, “bunun heç filankəsin filan romanından xəbəri yoxdur, və ya bəs niyə heç filankəsin adını qeyd etməyib və s.” Qarşıda belə problemlərlə üzləşməmək üçün nəzərinizə bir daha çatdırıram ki, yuxarıda qeyd olunan tarixdən üzübəri Respublikamızda əlçatan olan və günümüzdə internetdən oxuya biləcəyimiz sizə məlum olan nümunələr və müəlliflər mənə də məlumdur. Sadəcə bu yazının öz məqsədi var. Mən bu məqsədə uyğun davranacaq və ancaq, faydalı bildiyim məqamlara toxunacam. Yəni, kimin və ya hansı əsərin adının çəkilməməsi onun olmaması anlamına gəlmir. Onlar da var. Sadəcə mənim subyektiv fikrimə görə hal-hazırda bizə, bizim gəncliyə bu yazıda adı hallanan müəlliflər, qeyd olunan əsərlər haqqında olan məlumat və biliklər daha faydalı ola bilər. Yəni, yazının məqsədi bu müəllif və nümunələri bilənlərə xatırlatmaq, bilməyənlərə isə tanıtmaqdan ibarətdir.

XATIRLATMA

İndi işlədəcəyim “MƏNCƏ” ifadəsi bundan sonra sıralanacaq bütün fikirlərə aiddir. Və beləliklə, məncə, bəşər tarixi yarandığı gündən müasir dövrümüzədək – insan oğlu əlinə qələm alıb yazmağa başlayandan bəri ən dəyərli yazılar ortaya qoymuş yazar çoxumuzun uşaqlıqdan tanıdığı  Lev Nikolayeviç Tolstoydur. Bəs, tanıdığımız digər yazrlardan onu belə kəskin dərəcədə fərqləndirən nədir?  Və bunu real, həyati səbəbləri nə olub? Onu nəyə, hansı səbəblərə nümunə götürüləcək birinci şəxs hesab edirik və ya etməliyik? Axı onun qədər tanıdığımız digər  Dostoyevski, Ernest  Heminquey,Viktor Hüqo, Cek London, Sent-Ekzüperi, Vasiliy Yan, Tarle kimi məşhur yazarlar da olub. Sözsüz ki, indi kimsə bu sətirləri oxuyub tam fərqli adını qeyd etmədiyimiz bir müəllifi xatırlaya və onu  öz kriteriyalarına – meyarlarına görə Tolstoydan üstün hesab edə bilər. Bu onun təbii haqqıdır. Ancaq , burda bir məsələni mütləq qeyd etməliyəm, Tolstoy yaradıcılığının əsasında hansı səbəb və məqamlar durmasından asılı olmayaraq mən yuxarıda misal üçün adını çəkdiyim və bu an sizin fikrinizdə olan digər müəllifdən seçilir. Yuxarıda nisbət üçün  elə yazarları seçmişəm ki, bu yazını oxuyan şəxslər mütləq onları da oxuyublar və yaradıcılıqları ilə tanış olduqlarına əminəm.  Dostoyevski, Ernest  Heminquey, Viktor Hüqo, Cek London, Sent-Ekzüperi,  kimi yazrlar nə qədər cəlbedici  yazsalar da bütün yaratdıqları nümünələrdə çatışmamazlıq, natamamlıq hiss olunur. Bu məsələ bəlkə də inam məsələsi ilə bağlıdır. Beləki, bu müəlliflər nə qədr maraqlı süjet xətti üzərində işləsələr də, hadisələr nə qədər qızışıb, səngisə də sonda bir nəticəyə gəlib çıxa bilmirlər. Bu özü-özlüyündə müəlliflərin bütün problemləri hansı dil, üslub, bənzətmə vasitələrindən istifadə etmələrinə baxmayaraq insanın üzərinə yükləməsindən və insan oğlunun isə nə qədər faili-muxtar olmasına baxmayaraq bir Yaradan tərəfindən yaradılmış omasını ya qəbul etməmələrindən, ya da unutduqlarından qaynaqlanır deyə düşünməkdəyəm. (fikir dəyişə bilər, hərəkət varsa, dəyişiklik labüddür). Bəs, belə natamamlıq Tolstoyda yoxdurmu, əlbətdə , var məsələn, “Hacı Murad”-da. Ümumiyyətlə mən özümüçün Tolstoy nümunələrini  nümunə götürülə biləcək baxımdan belə sıralayıram:  I – “ETİRAF”,  II – “SERGEY ATA”  və  “İVAN İLİÇİN ÖLÜMÜ”, III – “HƏRB VƏ SÜLH”…..  sonuncu “HACI MURAD”. Vasiliy Yan, Tarle barədə ayrıca onu qeyd etmək istəyirəm ki, bu müəlliflər haqqında On yeddinci yazı – “Hərb mövzulu yazılar” – da nisbətən ətraflı söhbət açacam.  Nəticə olaraq nə qeyd etmək istəyirəm Tolstoy istər özündən əvvəlki, istərsə də günümüzə qədər – sonrakı yazrlardan fərqləndirən məqam və keyfiyyət onun şəxsiyyətinin və nümunələrinin tamlığı, mükəmməlliyi və ya mükkəməl kimi qəbul etdiyimiz əlbətdə, nisbi olan anlayışa daha yaxın olması ilə seçilir. Bunu kökündə uca Yaradana inancın, onun uzun, keşməkeşli ömrünün, sağlam ruhunun  – həyat yolu – fəaliyyətinin, özünəməxsus yaşam tərzi və təlatümlü ailə həyatının dayandığını hesab edirəm. Bu məqamda yenidən kiçik bir haşiyəyə çıxmaq istəyirəm.

HAŞİYƏ

Yəqin bu deyimi eşitmisiz?  Əgər, eşitməmisizsə onda indi xəbəriniz olsun ki, belə bir deyim var: – “Batmaqda olan gəmidə bir nəfər də olsun allahsız tapa bilməzsən” Əfsuslar olsun ki, məsləyindən asılı olmayaraq çoxumuz əslində böyük bir, hər an batmaq təhlükəsi ilə üzləşə biləcək, müdhiş dalğalar qoynunda atıla-düşə üzən gəminin sakinləri – sərnişinləri olduğumuzu unudur, bunu ancaq gəmimiz ləngər verəndə hiss edirik. Bu baxımdan Xalid Hüseyninin “Çərpələng Uçuran” romanında iki maraqlı məqam var. Bu arada onu qeyd etmək istəyirəm ki, Xalid Hüseyni və əsərləri nümunə ola biləcək  müasirlərimizdir.  Əgər hələ tanış olmamısızsa, bu andan sonra boşa gedən vaxt əsl igi kimi hesab oluna bilər. Məsələn, bu tanışlıq elə “Çərpələng Uçuran” – la başlaya bilər. Çox maraqlı və yuxarıda nümunə kimi qeyd etdiyimiz meyarlara tam uyğun gələn bir əsərdir. Tamdır. Əlavə edim ki, “Çərpələng Uçuran”-ı həm ingilis dilində orijinalda, həm də Xədicə İsmayılın tərcüməsində doğma, şipşirin ana dilimizdə oxumuşam. Tərcümə indiki tərcümələrin əksəriyyətindən fərqli olaraq çox gözəl alınıb. Hadisələrin bir qisminin bizim mədəniyyətə yaxın Şərq mühitində baş verməsi də onun ana dilimizə rahat uyum sağlamasına, daha asan qavranmasına yardımçı olur. Bu tərcümə ana dilimizdə bizim üçün orijinal hesab oluna bilər. Tərcümədə heç nə itməmişdir. Əksinə daha da zənginləşmiş,  romanın cod dili bir az yumşalmış, daha rahat anlaşılan olmuşdur. Mətləbdən uzaqlaşmayaq, deməli, romanın qəhrəmanı Əmir heç də inanclı biri sayıla bilməz. Ancaq, onun şüuraltı bilincində belə bir qüvvənin varlığı barədə məlumat olduğundan əsər boyu iki dəfə ən kritik məqmda bu özünü büruzə verir. Birinci dəfə atası xəstə olanda, ikinci dəfə isə doğmaca qardaşının balası və eyni zamanda artıq, onların – Babanın nəslinin yeganə davamçısı Zöhrab xəstəxanada can çəkişəndə…

Məncə, ordan-burdan nala-mıxa vurmaq bu qədər kifayətdir. İndi gələk, ümumilikdə əsas məsələyə bəs bizim özümüzün nümunə ola biləcək kimlərimiz, nələrimiz var. Əlbəttə, bu misallar elə seçilməlidr ki, ən azından bu yazını oxuyan şəxs onları da tanımış olsun. Bu məqamda şübhəsiz ki, yenə hansısa keçid mövqeyndə dayanan nümunələr olmalıdır. Belə şəxslərə Abbasqulu ağa Bakıxanovu, Həsən bəy Zərdabini, Əhməd bəy Ağaoğlunu, Əbdürrəhim bəy Haqverdiyevi, Məmməd Səid Ordubadini, Vintsas Kreveni,  Üzeyir Hacıbəylini, Yusif  Vəzir Çəmənzəminlini, İlyas Əfəndiyevi, Bayram Bayramovu,  İsmayıl Şıxlını və onların düşüncələrini, yazıb-yaratdıqlarını misal göstərə bilərik. Bu keçid şəxslərdən sonra  Bəxtiyar Vahabzadə, Cəmil Əlibəyov, Xudu Məmmədov,  İsa Hüseynov (Muğanna), Nəriman Həsənzadə, Əlibala Hacızadə,  Anar, Elçin, Hamlet İsaxanlı, Kamal Abdulla, Akif Əli, Elçin Hüseynbəyli (Qaraçuxa),  Orxan Fikrətoğlu,  Əsəd Cahangir,  Sadıq Qarayev, İlqar Fəhmi,  Rövşən Abdullaoğlu kimi  şəxsiyyətindən, həyat yolundan, fikirlərindən, yazıb-yaratdıqlarından, müasirlərimiz olanların söhbətlərindən faydalana biləcəyimiz kiçik, çox da zəngin olmayan bir syahı tərtib etmək olar. Ancaq, biz daha konkret olub və heç olmasa üç gedişə ortaya konkret nəticə qoymalı olsaq, mən bunu belə edərdim. Vintsas Kreve “Azəristan ölkəsi”,  Makulu “Səttarxan”, Müəllifi mübahisəli olsa da əsl milli nümunə “Əli və Nino”.

Əgər, hələ də Vintsas Kreve ilə tanış deyilsizsə, mütləq tanış olun. Tanışlığa “ATV kitab seriyasından olan”  doğma, şipşirin ana dilimizdə nəşr olunmuş – sağ olsun Səlim Babullaoğlu – Vintsas Kreve “ Azəristan ölkəsi” kitabından başlaya bilərsiz. “Səttarxan ” və  “Əli və Nino”,  biz müasir mili romançılığın standartı, (müasir roman necə olmalıdır ki, oxunaqlı, faydalı və gəlirli – satıla bilən – olsun) üzərində düşünürüksə, bu iki əsərə diqqətlə baxıb, özümüz üçün yığcam araşdırma aparıb müəyyən nəticəyə gələ bilərik. İlk öncə müəlliflərə baxaq, Makulu o qədər də məşhur imza olmasa da, “Səttarxan” iri həcimli çox ətraflı, zəngin məlumat mənbəyi olan, faydalı romandır.  Müəllifi dəqiq bilinməyən – imza yoxdur –  “Əli və Nino” əsl nümunədir. Məncə, “Əli və Nino” bütün parametrlərdə standarta daha yaxındır. Bu iki əsər əlavə heç bir təsir dairəsinə düşmədən hər ikisi nümunə ola biləcək səviyyədədir. Ancaq, “Əli və Nino”  “Səttarxanı”  həcm məsələsində qabaqlayır və üstünlük əldə edir.  “Əli və Nino” hadisələrin zənginliyi, məlumatlılıq və həcm baxımından müasir Azərbaycan oxucusu üçün əsl nümunə – çağdaş romançılığın standartı sayıla biləcək bir əsərdir. Ümumiyyətlə yeni yaranacaq romanlar 80 – 100 səhifə həcmində olsa daha cəlbedici və faydalı olar deyə düşünməkdəyəm…

Uca Yaradanın  insan oğluna bəxş etdiyi ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa həsr etdiyiniz üçün qarşınızda baş əyir, sonsuz sayğılarımı bildirirəm. Hörmətlə: Zaur Ustac.

QEYD

Yazarlar ancaq, (əyləncə və ya mənfəət xatirinə yazanlar xaric) yazarlar. Şübhəsiz ki, söz Uca Yaradana məxsusdur. Biz sadəcə qələm tutan qullarıq… Yox əgər, kimsə bunu inkar edib, ancaq yenə oturub saatlarla kiminsə pıçıltılarını qələmə alırsa, onda bağışlayın məni, belə çıxır ki, onun yazdıqları şeytan vəsvəsəsindən başqa bir şey deyildir…

24.05.2018. Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞEİR SAF DÜNYADIR…

Şeir dünyam, mən səni
sevirəm, çünki safsan.
Cövhərindən doğmasan,
doğrusan, yalanın yox! 

(Leyla Əliyeva)

Elə indicə min ilin dostu, istedadlı yazıçı-publisist Mahir Qabiloğlunun yaradıcılıq “təndir”indən isti-isti çıxan və onun təqdim-tərcüməsində “Poeziya” adlandırdığı rus dilində yazıb-yaradan Leyla Əliyevanın şeirlərindən ibarət zərif və lətif, abstrakt-kollaj dizayında bir kitabı aldım və isti-isti vərəqlədim…

Kitabın redaktoru şair-publisist Əkbər Qoşalı, dizayneri Zaur Qafarzadə, bədii tərtibçisi Cəlil Qaryağdıdı. Kitaba şairə Leyla Əliyevanın müxtəlif illərdə yazdığı, 2014-2015-ci ildə tərcümə edilən 55 şeiri daxil edilmişdir. Bu şeirlərin hər biri müasir insanın daxili çarpışmalarını, ruhi sarsıntılarını, psixoloji durumunu əks etdirən  portretləridir…


Leyla Əliyevanın şeirlərinin müxtəlif dillərə tərcümələri məlumdur. Bu kitab onun şeirlərinin Azərbaycan dilində kitab şəklində çap edilməsinin ikinci faktıdır…  Leyla Əliyevanın Azərbaycan dilində birinci kitabı tanınmış yazıçı-tərcüməçi Afaq Məsudun tərcüməsində “Dünya yuxu tək əriyir” (2016) adlanır.

    
“Getmə, ana”, “Gedim bir az ağlayım”, “Qu quşu”, “Pərvanə”, “Hərənin öz sonu”, “Gözlərim kor olub” və digər bu kimi təsirli şeirləri ilə ədəbi mühitə qədəm qoymuş gənc, istedadlı Leyla Əliyeva ilk qələm təcürbələrindən başlayaraq fərqli dünyaduyumu, baxış bucağıyla seçilən bir şair kimi artıq neçə illərdən bəridir ki, (Leyla Əliyeva orta məktəb illərindən, 10 yaşından şeir yazmış, hazırda  20 ilən artıq bir yaradıcılıq yoluna malikdir) geniş, intellektual, həssas oxucu auditoriyasının marağını və məhəbbətini qazanıb…


Buna baxmayaraq,  onun orjinalda “Если б звезды ступеньками стали” (“Ulduzlar pillə-pillə düzülsəydi səmaya”) adlanan  ilk kitabı da, keçən il məşhur rus şairi Andrey Dementiyev Poeziya evinin təşəbbüsü ilə Moskvada işıq üzü görüb.

Məlumat üçün deyək ki, kitabın Moskvada  23 aprel 2016-cı ildə məşhur, tanınmış ədəbi, siyasi, mədəni xadimlərin və ictimaiyyətin iştirakı ilə geniş təqdimatı keçirilmişdir).

Bu kitabda toplanan şeirlər Leylanın bu günə qədər kecdiyi olduqca maraqlı və cazibadar yaradıcılıq yolunun “yol xəritəsi”dir. Bu şeirlər mayasını həqiqətlərdən almış həyat mənzərələrinin ruhla yoğrulmuş  poetik ifadəsidir…

Burada müəllifin ən böyük uğuru və qələbəsi, yaşadığı mühitdə baş verən hissi-psixoloji hadisələri – ağrıları və nisgili, sevgini və kədəri, sevinci və göz yaşlarını yaşandığı anın, məqamın sehrində və ovqatında səmimi bir şəkildə poeziyaya çevirmək bacarığıdır. Bu şeirlər insanı düşündürən, heyrətləndirən, qeyri-adi hissləri axarına salan, həyata marağı və diqqəti artıran dinamik bir enerjiyə malikdir. Burada ən başlıcası,  sevinc, fərəh, heyrət, dünyanın adi gözlə görülməyən, ancaq bəsirət gözü ilə proyeksiyalanan İlahi gözəlliklərinə vurğunluq da, qüssə də, kədər də, tənhalıq və səmavilik də şəfqət dolu poetik lövhələrdən ibarətdir:


…Allahımı sevirəm,

ona yaxın olanda göylərə ucalıram;

Əllərimlə astaca qübbəni oxşayıram.

Möcüzəyə inamı könüllərdən qoparan

həyəcanı atıram; Sadəcə unuduram.

İncikliyi, təlaşı, həsədi, paxıllığı

silirəm ürəyimdən,

çətinə düşənlərə kömək, arxa olmaqçun

Allahdan yalnız qüvvət, bir də güc diləyirəm.



Mahir Qabiloğlunun tərcümələrini xeyli müddətdir ki, Modern.az saytından (yeri gəlmişkən, bildirim ki, ədəbiyyatımızın, mədəniyyətimizin təbliğində və yayılmasında bu saytın böyük xidmətləri var) izləyirəm, oxuyuram, tənqid və təqdir (təqdir daha çox olub) dolu şərhlərimi bildirmişəm. “Vaxt”  şeirinə şərhdə (11.08.2014) yazmışdım: “Bəlkə də bu həyatda çox az şey bilirəm mən. Bəzən də düşünrəm: “Allah, nələr bilirəm..! Baxırsan hər şeyim var, Ruhumsa itir-batır. Dörd yanım adam dolu, Təklikdən qulaq batır…” Həqiqəti və müasir insanın ruhi vəziyyətini bu dərəcədə real və yüksək poetik tərzdə təqdimatı məni olduqca təsirləndirdi…”  

Və yaxud,  “Ana, nə olar, getmə!” (“Мама, не уходи!”) şeirinə yazdığım (05.06.2014) şərh: “Şeir də, tərcüməsi də, xoşuma gəldi! Orjinalın da oxumuşdum. Şeirin mövzusü yenidir, təzədir, hisslər incə və zərifdir. Bir körpənin dilindən böyüklərə dərsdir: Anacan, inan ki, mən, ” Danışmağı bilsəydim, bu fani dünyamızda, Necə yaşamaq lazım. – Öyrənərdin sən həmən, Öz körpənin dilindən..” – gözəldir, təsirlidir!! Şeirdə psixologizm güclüdür, həm də elmi əsaslara söykənir. Hamı bilmir ki, uşaqların təfəkkürü, psixologiyası dörd yaşına qədər formalaşır… Tərcümə anlaşıqlıdır, müəllifin duyğları, hissi qorunub.”Özgüvənim” sözü tapıntıdır… Şairəyə də, tərcüməçiyə də təşəkkürlər! Mahir müəllim, bu işi davam etdirsəniz, olduqca yaxşı olar… “

Yeri gəlmişkən qeyd edim ki, sosial şəbəkələrdə Leyla Əliyevanın elə bir şeiri yoxdur ki, ona oxucu münasibəti, oxucu rəyi bildirilməsin. Bu cəhətdən Leyla ən oxunaqlı, deyərdim ki, xoşbəxt şairdir və onun yaradıcılığına geniş oxucu marağı və rəğbəti var ki, bunu təsadüf saymaq olmaz…  Şəxsən mən, Mahirin yerinə olsaydım, bu kitabda ictimaiyyətin fikri və münasibəti kimi həmin şərhləri ünvanlı-tarixli, sənədli-sübutlu şəkildə bu kitabda verərdim…

Bir var şeirləri ayrıayrı vaxtlarda, tək-tək oxuyasan, bir də var toplu halında…  Şeirləri toplu şəkildə, kitabda oxumağın da, özgə bir aləmi var…  Bu tərcümələrdə hər şey orjinaldır, təzədir-tərdir… Əslində bu tərcümə deyil, beyinə, hissə qoşulmaqdır. Tərcüməçi o vaxt müvəffəq olur ki, o şairin hissini, duyğusunu, düşüncəsini özününkü edir, “özəlləşdirir”, ümumi bir ladda ahəng, harmoniya tapılır… Mahir Qabiloğlu buna müvəffəq olubdur…

Mənə elə gəlir ki, nə şairə Leyla Əliyevanı, nə də yazıçı-publisist, indi isə tamamilə yeni bir ampluada özünü təqdim edən poeziya tərcüməçisi (məhz tərcüməçi yox, poeziya tərcüməçisi)  Mahir Qabiloğlunu müasir oxuculara təqdim etmək lüzumu yoxdur… Onları ədəbi ictimaiyyət əladan-əla tanıyır! Qoy olsun! Amma yenə də yaddaşı təzələmək lazımdır və ola bilər ki, bilməyənlər də olsun…

Şair Leyla Əliyeva haqqında qısa məlumat: Leyla İlham qızı Əliyeva 3 iyul 1985-ci ildə Moskvada anadan olub, orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) magistratura pilləsində təhsil alıb, burada da, ictimai fəaliyyətə başlayıb, Azərbaycanlılar Klubunun sədri olub. Sonra Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Moskvada “Baku” jurnalınını təsisçisi və baş redaktoru, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş koordinatoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifələrində fədakarcasına çalışıb, 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. Leyla Əliyevanın təşəbbüsü ilə IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi fəaliyyətə başlayıb, Londonda “Baku” jurnalının ingilis dilli versiyasını təqdim edib.

Onun azərbaycançılığa, dövlətimizə, mədəniyyətimizə səmərəli xidmətləri həmişə diqqət mərkəzində olmuş və qiymətləndirilib. Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub, Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə, “Key to life” fəxri mükafatına layiq görülüb, BMT-nin sertifikatını və xüsusi vəsiqəsini alıb, “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı ilə təltif olunub, Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən “Ekoloji Mühitin Qorunmasına Görə” xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə mükafatlandırılıb, III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb, Rusiya Federasiyasının “Puşkin” medalı ilə təltif edilib və nəhayət 2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin “Xidmətlərə görə” medalına layiq görülüb, və s. və s.

Bu, Leyla Əliyevanın ictimai xadim kimi işini və fəaliyyətini qismən əks etdirən rəsmi təqdimatdır və doğrusu, mənim özüm də, bu təqdimatın bir çox faktları ilə indi tanış oldum… Bu ictimai fəaliyyət, demək olar ki, müasir həyatın bütün sahələrini, xüsusən də, təhsil, mədəniyyət, elm, xeyriyyəçilik, səhiyyə, ekologiya məsələlərini əhatə edir. Bu, xeyirxahlıqla dolu, olduqca humanist, milli-beynəlmiləl miqyaslı, dünya çapında olan masştablı, bəşəri səviyyədə faydalı bir fəaliyyətdir… Əslində insanlığa tövhə verən bir fəaliyyətdir… Onu da deyim ki, Leyla Əliyevanın ictimai-siyasi fəaliyyətinə onun şairlik xarakteri, şairliyinə isə ictimai fəaliyyəti bir-birinə yaxşı mənada olduqca yaxından kömək edir, yeni ifadə ilə desək yansıyır..


Amma indilikdə, bunların heç birisinin bizim mövzumuza dəxli yoxdur. Bizim mövzumuz ictimai xadim Leyla Əliyevanın fəaliyyəti deyil, şairə Leyla Əliyevanın yaradıcılığıdır. Yaradıcı istedada malik və daxili dünyasını qələmlə, fırça ilə realizə edən Lyla Əliyevadır və rus dilində qələmə alınmış bu poetik yaradıcılığın Azərbaycan dilinə Mahir Qabiloğlunun tərcümə faktıdır…  Bu artıq ictimailəşmiş ədəbi faktdır və ədəbi fakta münasibət bildirməksə vacibdir… Görülən işi, özü də vicdanla, ürəklə, istedadla görülən işi müəyyən “səbəblər” üzündən görməməzliyə vurmaq günahdır…

Məsələ burasındadır ki, tənqidimiz bu maraqlı şairin əsərlərini indiyə qədər vaxtında görüb qiymətləndirə bilməyib və ayrı-ayrı fikirlər, münasibətlər, şərhlər yazılsa da, Leyla Əliyevanın yaradıcılığı bütövlükdə təhlil edilməyib, bu yaradıcılığın bədii-estetik xüsusiyyətləri, məxsusiliyi müəyyənləşdirilməyib, halbuki bunu onun əsərlərinin səviyyəsi və ədəbiyyatımızın maraqları tələb edir… Leylanın şeirlərini oxuyanda, buradakı kənardan gəlməyən, təsirlənmələrdən uzaq canlı insan xarakterləri, bu xarakterlərin yaşadıqları psixoloji hallar, heç kimdə olmayan kolorit və bu yaradıcılığın müasir Azərbaycan ədəbiyyatına məxsusluğu könlümü rahatlayır…


Belə bir ifadə var – “Dünyada nə qədər yazıçı varsa, bir o qədər də yazıçı taleyi var” və mən indiki məqamda deyə bilərəm ki, Leylanın özünəməxsus  şair taleyi ədəbi mühitdə artıq özünü təsdiqləmişdir… Leylanın poeziyasındakı təbiilik, sadəlik, özünəməxsusluq, sadə və iddiasız poetik təhkiyyə estetik kateqoriya səviyyəsində təqdim edilir. Bu sadəlik, təbiilik insan mənəviyyatındakı mürəkkəb situasiyaları, psixoloji məqamları aça və göstərə bilir. Leyla öz daxilində üzləşdiyi gerçəklikdən gələn impulsların cilovanmasını həyatının ən çətin sınağı kimi görür və yuxusuzluq və narahatlıq dolu gecələrin duyğularını, hislərini, emosiyalarını şeirə çevirir, bununla da mənəvi rahatlıq tapır… Aşağıdakı misralar onun estetik kredosudur:

Söylə görüm, haradasan? 
Dünyanın ən yaxşısı – 
təmizqəlbli insanı..? 
Hansı uzaq qitədə, 
hansı məmləkətdəsən? 
Bir görüşün xətrinə 
dənizlər, çaylar keçim, 
təki sənə rast gəlim… 


Leylanın şeirlərində bir cəhəti xüsusi qeyd etmək istəyirəm: o, oxucu ilə sanki söhbət edir və elə söhbət edir ki, demədikləri, dediklərindən artıq olur və sən o deyilməyənləri təhtəl-şüurla  hiss edirsən, hissin, duyğunu  alt qatları səni özünə çəkir, ikinci bir şüuraltı lirik-psixoloji, assosiativ axın yaranır və bu axın səni öz ağuşuna alıb, sanki sonsuzluğa aparır…


Leylanın yaradıcılığı qoşa qanaddan ibarətdir. O, həm rəssamdır, həm də şairdir… Leyla rəssamlığı barədə fikrini, münasibətini belə bildirir: “Həqiqətən də rəsm çəkmək böyük həzz deməkdir. Çünki bu iş insanı sakitləşdirir – nəticə isə uğurlu ola da bilər, olmaya da. Mən bəzən yarım il heç nə çəkməyə, lakin ay ərzində beş-altı rəsm əsəri ortaya qoya bilərəm. Rəsm çəkməyə başladıqda isə bu işdən əl çəkmək, sadəcə mümkün olmur, başqa bir işlə məşğul olmaq çox çətindir. Yəqin ki, bu işlə məşğul olan hər kəs eyni hissləri keçirir. Bir sözlə, bu, böyük bir həzz deməkdir. Ancaq uğurlu alınmırsa, onda ilham pərisini gözləmək lazım gəlir”.


Göründüyü kimi, Leyla xanım özü rəssamlığına xobbi kimi baxır… Əslində, belə deyildir. Onun çox nüfuzlu, məşhur beynəlxalq rəsm sərgilərində nümayiş etdirilən və bəyənilən, məşhur sənətkarlar tərəfindən yüksək qiymətləndirilən rəssamlıq işləri göstərir ki, Leyla xanım bu sahədə də bacarıqlıdır, istedadlıdır… Yenə də, qeyd edək ki, bu onun öz seçimidir və bəlkə də, haqlıdır…


Lakin şair Leyla Əliyevanın şeir, poeziya yaradıcılığı heç cürə xobbi deyildir, bu yaradıcılıq stixiyası, istedadın təlabatı, qəlbin ehtiyacıdır, bədii-estetik missiyadır. Ürəyin döyüntülərindən doğan hissin, duyğunun poetik etiraflarıdır:

Gedim bir az ağlayım,

elə-belə… astaca.

Ürəyimi gizlədim

yastığımın altında.

Pəncərəi açaraq

kövrəlmiş ürəyimi

bəlkə həyətə atım?!

Həyatın ağuşuna…

Yox, yaxşısı budur ki,

gedim bir az ağlayım,

elə-belə… astaca.

Bu səmimi, duyğulu hisslərlə yoğrulub-yapılmış şeiri qəlbi poeziya ilə döyünən, əsil təbii istedada malik şair yaza bilər və yazıbdır… Leylanın orta məktəb illərindən şeir yazdığı məlumdur. Bu o dövrdə poeziya yoluna gedən cığırda hələ məsum, bərkiməmiş, kövrək addımlar idi… lakin bu zərif poetik  addımların özü də inandırırdı ki, Leyla poeziyanın şahrah yoluna əzmlə çıxacaq, heç kimin yazmadığı, bəlkə də yaza bilmədiyi şeirləri yazacaq…


Məncə, bu addımlar hələ də, “kövrəkliyində”  qalır və getdikcə  mövzu və janr imkanlarını genişləndirərək məsul və çətin poeziya marafonunda öz möhtəşəmliyini nümayiş etdirəcək, yeni-yeni poetik rekordlara imza atacaq… 

Leylanın şeirlərinin mövzuları olduqca fərqlidir və rəngarəngdir, lap rəssamın rəng qutusunda olan rənglərin, palitranın çalarları kimi… Burada ictimai mühit, ətraf mühit və bəşəri-psixoloji mühit cox maraqlı, cazibədar, təkrarsız, müəllifə məxsus çalarları ilə ifadə edilir və poeziya formatında əksini tapır. Onun şeirlərində adi insani münasibətlər – onların hissləri, həyəcanları, məhəbbətləri, kədərləri, duyğuları reoromantik (realist-romantik) üslubda, amma ictimai məzmunda təqdim edilir ki, bu hər müəllifə müyəssər olmur. Fərdi, şəxsi insani hisslər sonda ümumbəşəri məna tülündə cilvələnir…


Leyla xanım dünya və Avropa, bu sıradan da, rus ədəbiyyatını, rus mədəniyyətini, rus dilini yaxşı bilir. Dünyanın  bir sıra məlum-məşhur xarici dillərinə mükəmməl yiyələnibdir. Həmçinin, nümunəvi ailə religiyasından süzülüb gələn dəyərlər…  Bütün bunlar onun poeziyasının hissi-intellektual layında özünü bariz bir şəkildə göstərir.


Leylanın şeirlərinin hissi-informasiya axarı gurdur, coşğundur və polifondur… Leyla bir şair kimi təbii hissin tərcümanıdır, hissin, emosiyanın sözlə bəstəçisidir… Başqa bir keyfiyyəti də qeyd edək, onun şeirlərində mövzuya və məzmuna, hətta hiss və duyğuya bir kreativ yanaşma münasibəti var. Və bu latent deyil, açıq-aşkar görsənir… Kimsəsizlər evində müşahidə etdiyi acı lövhədə olduğu kimi:

Ana, nə olar, getmə! 
Məni atıb, tərk etmə! 
Təlatümlü həyata 
Əbədiyyən qərq etmə. 

Al isti qucağına, 
Öp məni… Məni oxşa. 
Göydə ulduzlar yansın 
Bir ani baxışınla… 

…Anacan, inan ki, mən, 
Danışmağı bilsəydim, 
bu fani dünyamızda 
Necə yaşamaq lazım. – 
Öyrənərdin sən həmən 
Öz körpənin dilindən… 
Ana, məni tərk etmə, 
Sənə üz tuturam mən. 
Eşit, inan və anla, 
Səninlə nəfəs alır 
Bu məsum, gözəl körpən… 

Herman Hessin sözüdür: “Ağıllı insan xoşbəxtlik, bolluq və rəngarənglik içində keçirdiyi həyatla deyil, sadiqliyi və öz tələblərini məhdudlaşdırmağı ilə xoşbəxt ola bilər.”  Mən Leylanın poeziyasının lirik qəhrəmanını  Mahrin təqdim etdiyi tərcümələrdə belə xoşbəxtlərdən birini gördüm!

Leylanın şeirlərinin arasında ortabab şeir yoxdur… Olsa da, İnsani hissin təbii və səmimi, sakit, həlim axarının yaratdığı ovqat bu ortabablığı görməyə imkan yaratmır… Həyat onun üçün tənhalığı sevən məbəd deyil, tənhalığı müqəddəsliyə çevirən məbəddir… Bu tənhalıq ölüm uçrumuna aparmır, bu tənhalıq uçrumdan atlanan və önündə əsrarəngiz həyat-təbiət mənzərələri açılan tənha idmançının planerlə ənginliyə uçuşuna bənzəyir…

Onun şeirləri təkbaşına hisslər dünyasına səyahətdir və bu səyahətə oxucusunu da dəvət edir. Onun lirik qəhrəmanı  burulğanlı hisslərlə dolu bir həyat yaşayan, qəlbində  insanlığa, ətraf mühitə sevgi yükü daşıyan, pessimizmidən uzaq ərköyün əzabkeşdir və sanki ürəyinin ətraf aləmlə həmahəngliyi üçün lazım olan hisslərin axtarışındadır:

Я пойду чуть-чуть поплачу,

 не скажу как мне печально.

Сердце отвезу на дачу,

в море утоплю нечаянно.

Выброшу его на ветер,

 ветер в даль его несет.

Не смогло оно ответить,

 почему так душу рвет.

Tərcüməsi:

Kimsə duyuq düşməsin

kədərimdən, qəmimdən,

Durub yol lım bağa —

astaca ağlamağa…

Götürüm ürəyimi

atım coşan ümmana —

dalğaların qoynuna.

heç dinə də bilməsin —

“Niyə sığmır sinəmə?”

Gah tufan, gah rüzgar

apardıqca uzağa.

Bütün bu hissi dilemmlara baxmayaraq birdən-birə lirik qəhrəman acı çəkən ürəyinə elə bil yazığı gəlir, birdən-birə minor hisslər mojor tülə bürünür, qəmginliyin içində şən auranı tapa bilir. Mənə elə gəlir ki, leyla  güclü emosialara malik bir insan kimi, həyatda bu emosialarını boğmağı bacaran, amma poeziyasında bu emosiyalara sərbəstlik verən bir şəxsiyyət tipidir:

Yox! Yaxşısı budur Ki,

Qoy dirrikdə basdırım,

dirilib (cücərib) çiçək olsun.

Ya da ki, bla tutum, acısın unutdurum.

Özümü aldatsam da.

qoy ruhu ovundurum,

acısın unutdurum…

Leylanın “Gedim bir az ağlayım” şeiri Mahirin ilk poetik tərcüməsidir. Və Mahirin də özünün dediyi kimi, bu şeirin heyrətamiz məzmunu, lirik ovqatı onu elə tutubdur, elə ovsnlayıbdır ki, Mahir bütün yerdə qalan tərcümələrində də bu ovsundan xilas ola bilməyib…


Fransız şair və tərcüməçi Eтyенн Dole (1509-1546) hesab edirdi ki, tərcüməçi aşağıdakı beş əsas prinsipə tərcümədə riayət etməlidir: 
“Tərcümə edilən mətnin məzmunu mükəmməl şəkildə mənimsəmək və müəllifin niyyətini dürüst başa düşmək; Tərcüməçi hər iki dili – həm tərcümə etdiyi dili, həm tərcüməni etdiyi dili  mükəmməl bilməlidir; Sözbəsöz tərcümədən qaçmalı, buna  meyil etməməli, çünki bu orijinalın  məzmununu pozur, mənanı təhrif  edir, mahiyyəti korlayır, sözün bədii-semantik mənasını dəyişdirir; Tərcümədə mümkün qədər sözün, nitqin ümumişlək formalarından istifadə etmək; Sözləri düzgün seçib, düzgün yerləşdirməklə   orijinala müvafiq, uyğun gələn “tonallıq” barədə ümumi təəssürat yaratmalıdır.”  



İngilis tərcümə nəzəriyyəçisi A.F.Taytler isə “Tərcümənin prinsipləri” (1790) kitabında tərcüməyə verilən əsas tələbləri aşağıdakı şəkildə şərh edib: “Tərcümə orijinalın ideyasını tam şəkildə, olduğu kimi əks etdirməlidir; Tərcümənin üslub və ifadə tərzi orijinaldakı kimi olmalıdır; Tərcümə orjinal kimi asan oxunmalı və mənimsənilməlidir, yəni, mümkün qədər  tərcümə edildiyi bilinməməlidir.”


Aradan yüz illər keçsə də, bu prinsiplərə indi də əməl edilir… Mahirin özü də bu prinsiplərin əsas olanlarına əsaslı şəkildə əməl edibdir…


Ümumiyyətlə, tərcümə nəzəriyyəsində sətri tərcümə, bədii tərcümə, adekvat tərcümə, sərbəst tərcümə və s. təkin anlayışlar var. Bəs, Mahirin tərcüməsi bunların hansına uyğun gəlir? Belə götürəndə heç birinə. Lap “nəzəriyyələşdirsək” Mahirin tərcümə üslubu, manerası bədii tərcümə, adekvat tərcümə, sərbəst tərcümə formalarının sintezindən ibarətdir. Başqa sözlə, bu tərcümələrin öz vahid, orjinal üslubu var. Mahirdə, demək olar ki, bütün şeirlər eyni üslubda, ritmdə, bölgüdə, eyni melodik ladda tərcümə edilibdir. Bunlar tərcümə praktikasında yoxdur. Leylanın şeirləri sillabik və sillabik-tonik vəzndədir və vəznin kompoziyası — ritm, qafiyələnmə, bəndləmə, şeirin qrafik strukturu da bu vəznlərə uyğundur. Bunların heç birisi Mahirin tərcümələrində qorunmur. Amma Leylanın şeirlərinin Mahirin tərcüməsində Etyen Dolennin və A.F.Taytlerin tövsiyyə etdikləri tərcümə prinsipləri əksərən əksini tapıbdır.


Mahir Qabiloğlu bu məsuliyyətin daşıyıcısı kimi virtuoz tərcüməçi imicində çıxış edə bilib… Tərcümələrində təkcə fikri deyil, hissi də verə bilibdir ki, bu  tərcüməçilik praktikasında ən çətin bir işdir, demək olar ki, mümkünsüzü mümkün edə bilməkdir!! Yəni bu sözlə edilən tərcümə deyil, latent tərcümədir, mətndə gizlənən, sözlə ifadə edilməyən, yaxud söz içində gizlənəni aşkarlayan tərcümədir… Bütün bunları tərcümədə qoruyub saxlamaq, ifadə etmək təkcə  səriştə məsələsi deyil, həm də tərtəmiz istedad məsələsidir…

Yalan, gəl tövbə edək –
Uydurma, yalan sözə
bu gündən vida edək.
Axı kimə və nəyi
utanırıq deməkdən?
Yalan meyvə qurdu tək
qəlbi yeyir içindən.
Düzdən niyə qorxaq ki? –
dili düz söz tutmayan
əyrilər qorxsun ondan…


Leylanın şeirlərində insanın keçirdiyi gündəlik təbii hisslər qəribə bir tərzdə ictimai məzmuna çevrilir və müəllifin də ictimai mövqeyini sərgiləyir. Ona görə də, onun sırf fərdi motivli şeirlərində də ictimai mövqe qabarıq görsənir… 
Leylanın lirik qəhrəmanı həyat dolu insandır, qəmi qəm kimi, sevinci sevinc kimi özünəməxsus bir tərzdə, gizləmədən, ört-basdır etmədən yaşaya bilir… Ən yaxşısı budur ki, gənc şairə Leyla indi tüğyan edən psevdoədəbiyyatdan min mil uzaqdır… Leylanın şeirlərində həyatın təzadlarını əks etdirən hiss, duyğu, fikir bulaq suyu qədər duru, səhər səması qədər aydındır. İroniya,  örtülü, gizli heç nə yoxdur… Leylanın şeirlərində hissin sərbəstliyi yox, öz lətafəti, sahmanı olan hissin, ruhun təbii azadlığı var və yaxud bütün bunları görmək arzusu var…  O bir şair kimi, deyərdim ki, narahat ruh daşıyıcısıdır və bu narahat ruhu sahmanlamaqla məşğuldur. Onun şeirlərində bəşər övladının üzləşdiyi ziddiyətli tendensiyaların reallığına, hətta  müəllifinin yaşına uyğun gəlməyən daha yetkin, daha gözüaçıq bir yanaşma sərgilənmişdir. Onun poeziya fəzasında hiss, ruh, duyğu pərvanələri uçuşmaqda, öz şəmini aramaqdadır… Onun, poetik arsenalını hələlik belə görürəm… Onun, bütöv bir sərgi otağına ölü gözəlliyi ilə gözəllik verən “Ölü kəpənək” şeirində canlandırdığı dramatik, faciəvi pərvanə obrazında da, mən bu arsenalın tükənməz diriliyini görürəm:

Çərçivəyə salınıb
Bir bəzəkli kəpənək. –
Qanadları çırpınmır…
Ürəyindən iynəylə
pərçimləyiblər onu
şüşəli çərçivəyə…
Ölü gözəlliyiylə
bəzək verir divara… –
Boş, yalqız bir otağa…
Özü ölüb,
gözəlliyi ölməyib…
Bunu duyur hər görən.
Görəsən  ağrısını
varmı bir duyub-bilən?..

Bu şeirdə ölü gözəlliyindən zövq alan zəmanə insanlarının soyuq mənəviyyatları,  heç kimin görmədiyi, duymadığı, gözəlliyinə görə ölüm hökmü kəsilmiş, ürəyindən çərçivəyə pərçimlənmiş pərvanənin timsalında bəşəri gözəlliyin faciəsi, kədəri təsvir edilir:


…Şüşənin arxasında
eləcə donub qalır;
Kədərini bir kimsə
nə hiss edir, nə yanır…

Bu gözəlliyi süzüb
ötüb keçən insanlar
həzz alır bu lövhədən –
kəpənək ölüsündən…
Gözəl sözlər səslənir
kəpənəyin şəninə,
ölü gözəlliyinə… –
Yayılır boş kəlmələr
xudbinlərin dilindən…

Şüşənin arxasından
baxırlar çırpınmayan,
döyünməyən varlığa –
ö ölü gözəlliyə…

Poetik hissin psixoloji-dramatik dinmikası davam edir, lirik süjetə ürəyi humanizmlə dolu, sosial faciəyə üsyankar etirazla qəlbi döyünən  müəllif obrazı daxil olur və onun köməyinə nikbin yuxuların mistikası gəlir:

İynəylə bir lövhəyə
sancılmış lal kəpənək,
Gözəlliyinə görə…
Həyətla təmənnasız…
vidalaşan kəpənək…
Ey ruhları, qəlbləri
“sığallayan” kəpənək..!
Yuxumdaydın bu gecə,
Ancaq tamam başqaydın:
Gözoxşayan güllərin
üfüqündə qanadın…
min bir rəngə çalırdı,
Yanırdın… sayrışırdın.
Çox böyük heyranlıqla
Mən səni seyr edirdim.
Həm də ki, ayağımla
şüşəli çərçivəni
sındırırdım, əzirdim…

O, bu əzabı, çirkinlyi, eybəcərliyi, dərdi anlaya bilməməyi qəbul edə bilmir, xəyalən olsa da bu mənəvi – “ölü gözəllik” nümayiş etdirən şüşəli çərçivələri ayaqları altına salıb sındırır, əzir, məhv edir…


Onun “Pərvanə” şeirində isə başqa bir psixoloji məqam əksini tapır. Məlumdur ki, “pərvanə” min illərdir ki, klassik poeziyanın ən məşhur obrazlarındandır və Pərvanə – Şam ideal məhəbbətin Leyli – Məcnun kimi əbədi-ədəbi simvollarındandır. Leyla xanım bu əbədi və əzəli klassik poetik simvola tamamilə yeni bucaqdan, yeni rakursdan yanaşır, xüsusən, Pərvanənin Şama olan məhəbbətini və bu məhəbbət uğrunda özünüfəda, özünü odda yandırması süjetinə, mövzusuna indiyənə qədər heç kimin etmədiyi sosial-ictimai məna və məzmun aşılayır, məhəbbət və sevginin təkcə mənəvi deyil, həm də sosial hadisə olduğunu göstərir:

…Bir qanad saxla, dayan,

Mənim xəfif pərvanəm.

Tənhalıqdan qorxmursan? —

Yalan demə, ay sənəm!

Təkliklə döyüşürsən

Ömür boyu, bir danəm,

Neyləyək ki, özünə

Odu seçmisən həmdəm.

Mənim balaca dostum,

İncimə, sadəlövhsən.

Ürəyin gül yarpağı,

Ümid nədir bilmirsən.

Dörd yanın kin və nifrət,

Bunları görməyirsən.

“Qibləgahım — məhəbbət,

Tanrım — sevgi” deyirsən.  

Pərvanəm, sən isə uç! 
Bilsən ki, öləcəksən, 
Lap külə dönəcəksən, 
Uç! Uç! Alovunu quc! 
Məhəbbət misraları, 
Hədiyyə et bizlərə 
Əsl yaşamaq budur, 
Yaysın bütün qəlblərə.


XXI əsrin nanotexnologiyalar dövründə, ətrafda insan sıxlığının məqbul hədləri keçdiyi bir zamanda adama elə gəlir ki, darıxmaq, sıxılmaq absurddur… Amma əksinə, elə insanı mənən də, fizikalca da sıxan bu sıxlıqdır. Bu sıxlıq insanı darıxdırır və özünə uyğun bir mühit tapmayanda isə mənəvi-psixoloji faciəyə çevrilir. Leylanın “Vaxt” adlı “Ey ulu Vaxt, unutma!” nidalı monoloq-müraciəti, lirik xitabı var. Bu şeirdə həyatın yaşam fəlsəfəsi ilmələnir:


Vaxt! Dayan, yalvarıram,
hara uçursan yenə?
…Tələsirsən de, hara?
Böl dərdini mənimlə.

…Bəlkə də bu həyatda 
çox az şey bilirəm mən. 
Bəzən də düşünrəm: 
Allah, nələr bilirəm..! 
Baxırsan hər şeyim var, 
Ruhumsa itir-batır. 
Dörd yanım adam dolu, 
Təklikdən qulaq batır… 


Gözlərimi bir anlıq 
Açmağımı görürəm, 
Ətrafa, insanlara 
Acıyıram, yanıram. 
Başa düşəndə ki, mən, 
Özüm də çarəsizəm. 
Qalmayır başqa çarəm, 
Gözümü tez yumuram… 

Bu və bu qəbildən olan “Ana, nə olar getmə”, “Sevgi və nifrət”, “Səni atmaq istəmirəm”, “İnsanlar”, “Hardasan, dünyanın yaxşı adamı”, “Üç qoca balıqçı və qızıl balıq”, “Çərçivəyə sığmaram”, “İnsanlar”, “Romada. tozlu otracaqda”, “Yalan”, “Tanrım, sən mənə güc ver”, “Uşaqlarım” təkin şeirlərin hərəsi insanın dərin, dramatik psixoloji hisslərinin lirik süjetdə təqdim olunmüş hekayətləridir və mini lirik poemalar təsiri bağışlayır. Bunu əsas tutaraq umarıq ki, Leyla poeziyasının janr imkanlarını genişləndirəcək və insan talelərinin hekayətindən ibarət silsilə poemalar qələmə alacaqdır…


Ümumiyyətlə, Leylanın mövzuları həddən ziyadə həssas mövzulardır, yəni, bir növ, tale məsələsidir, burada həm müəllif taleyi,  həm də oxucu taleyi qəribə bir tərzdə ya paralelləşir,  ya da qovuşur…  Yaxşı olan budur ki, Leylanın poetik mətnləri öz taleyini öz doğma müəllifiylə və öz doğma oxucusu ilə birlikdə yaşayır. Onun şeirlərinin süjetində dramatik dinamikada bir teatrallıq, hadisənin vizual görüntüsü var… Fikrimcə, Leylanın poeziyasında gercəkliyin təlqin elədiyi gerçəkliklə manipulyasiya yoxdur… Gercək var və bu gerçəyə gerçək  hissi-emosional gerçək münasibət var… Uydurma yoxdur… Uydurma həmişə yalanın cəzbedici sarayına qapılar açır… Leylanın poeziyasında isə gerçəyin cazibədar sarayının qapıları oxucularının üzünə daima taybataydır…  


Mənə elə gəlir ki, onun ictimai mesajla dolu lirikası təyinatlı poeziyadır və həyati əhəmiyyət kəsb edir…  Leyla bir xeyirxah ictimai xadim kimi əldə etdiyini qürrələnmədən, səxavətlə ehtiyacı olanlarla paylaşdığı kimi, hissi-emosional duyğularını, düşüncələrini, mərhəm hislərini də, oxucuları ilə poeziya məkanında tam səmimiyyətlə paylaşır… Oxucularını özünə ortaq, mərhəm dost bilir… “Ürək” şeirində olduğu kimi, bütün səmimiyyətilə ürəyinin gizlinlərini oxucusu ilə bölüşür, bu məqamda “qəm də xoşbəxt görünür” :

Ürəyim, ay ürəyim, 
axı sənlə neyləyim? 
Dəsmalmı verim sənə – 
göz yaşımı siləsən? 
Ürəyim, bil ki, səni 
bütün ruhum, qəlbimlə, 
anlamaq istəyirəm. 
Nə vaxtdır bir yerdəyik 
bir can-qəlbik əzəldən; 
Mənsə hələ də səni 
Tanımıram… bilmirəm… 


Təkcə sənə çatmaqçun 
səni əldə etməkçün, 
insanlar yalın əllə 
köksümü parça-parça 
dağıdıb uçurarlar… 
Sən onlardan incimə. –
Bu qəmdən, qüssədəndir 
ürəklərin səninlə 
böləndə, bölüşəndə 
qəm də xoşbəxt görünür… 

Orjinalın bütün ideya-estetik effekti, göründüyü kimi, tərcümə mətninə bacarıqla transformasiya edilib. Çünki Mahir Qabiloğlu bir tərcüməçi kimi şair Leyla Əliyevanın poetik arsenalını mənimsəyib, istedadının potensialını bilir,  onun şeirinin intonasiyasını, daxili ritmini, harmoniyasını tapıb və bütün bunları öz içinin nəğməsinə çevirə bilib…


Belə bir termin var: “Qanın milləti yoxur!” Bu anlayışı da, ictimai mühitə ictimai xadim Leyla Əliyeva bu adla həyata keçirdiyi aksiya ilə gətiribdir. Uğurlu və orjinal anlayışdır. Tətbiq edəsi olsaq poeziyanın əks elədiyi hissi-emosional layın da milləti yoxdur! Varsa da, Leylanın poetik yaradıcılığında belədir. Bunu isə tərcümə etmək olmur. Hiss tərcüməyə gəlmir, gərək onu poetik  mətnə yerləşdirə, kipləşdirə biləsən və Mahir Qabiloğlu bunun öhdəsindən məharətlə gəlibdir… Bu da, ona görə baş tutubdur ki,  Mahir Qabiloğlu da orjinal üsluba malik, əksəriyyət tərəfindən oxunan və qəbul edilən istedadlı, yaradıcı  yazıçıdır.


Qısa arayış:  Mahir Qabil oğlu İmamverdiyev (Mahir Qabiloğlu) — yazıçı-jurnalist, publisist, tərcüməçi. 1966-cı ildə Bakı şəhərində anadan olub. Bakıdakı 190 saylı məktəbdə təhsil alıb. 1990-cı ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Müxtəlif illərdə Azərbaycan Yazıçılar Birliyinin “Dədə Qorqud” ensiklopediyasında ədəbi işçi, AzTV-nin “Xəbərlər” redaksiyasında redaktor, “Space” televiziyasının “Hər gün” İnformasiya proqramında redaktor, baş redaktorun müavini, “Xalq qəzeti” qəzetinin Redaksiya Heyətinin üzvü, İnformasiya şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Hazırda sərbəst yaradıcılıqla məşğuldur. Modern.az saytında müəllif kimi bədii-publisistik yazıları və tərcümələri yayımlanır. “Atam Qabilin məzəli əhvalatları”(2011), “Ərmən-Şuşanikin sevgisi” (2014),“Cəncəhim”(2014), “Qurd yağı” (2015), “Sandıq”(2015), “50 yaşında mən…” (2016)  təkin kitabların, 500-dən çox, tamamilə orjinal üslubda, yeni janrda yazılmış bədii-publisist operativ oçerklərin müəlifidir…


Özü də, elə bir imza siferası qazanıbdır ki, bu günmüzün oxucu qıtlığında, öz oxucu auditoriyası olan yeganələrdəndir…   Yuxarıda qeyd etdiyim kimi, Leylanın özü də,  bir şair kimi intellekt səviyyəli oxucu simpatiyası qazanmış bəxtəvərlərlərdəndir… Onun şeirləri gücünə, qüvvətinə, daşıdığı Tanrı sirrinə görə həmişə sevilir və inanırıq ki, həmişə də seviləcəkdir:

Şeirimi çox sevirəm

güc-qüvvətinə görə…

O, bir Tanrı sirridir

anlamağım imkansız…

Şeirimdəki hər kəlmə

mənə əziz doğmadır;

istər gündüzlər yazım,

 istərsə də yuxuda…

Leyla Əliyeva dəyərli bir şair taleyi yaşayan, perspektivli gənc şairlərimizdəndir. Mahir Qabiloğlu da, yaradıcıya məxsus maraqlı tale yolunu seçibdir. Və bura bir poeziya tərcüməçisi taleyi də qoşulubdur… Bu iki yaradıcı taleyin dəyərli meyvəsi isə Leyla Əliyevanın  Mahir Qabiloğlunun tərcümə-təqdimatında azərbaycandilli oxucuları sevindirəcək “Poeziya” kitabıdır. Bizə o qalır ki, hər iki istedadlı qələm sahibini təbrik edək, bu uğurlu əməkdaşlığa yenə də uğurlar arzulayaq…

Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas 

İLKİN MƏNBƏ: Leylanın poeziyası və yaxud poetik hissin tərcüməsi…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mirzə Fətəli Axundov

Mirzə Fətəli Axundov (Axundzadə)

(1812-1878)

Mirzə Fətəli Axundov  yazıçı-dramaturq, filosof, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisidir. O, 1812-ci il iyunun 30-da Azərbaycanın qədim əyalətlərindən olan Şəkidə anadan olmuşdur. Mirzə Fətəli Axundov 13 yaşınadək ailəsi ilə birlikdə İran Azərbaycanının müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır.Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər (anasının əmisi) 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi verilmişdir.1851-ci ildə Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirmişdir.
M.F. Axundov bədii yaradıcılığına şeirlə başlamışdır (“Səbuhi” təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. M.F.Axundzadə 1842-ci ildə axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənmişdir. Onun Tubu xanımdan 13 övladı olmuşdur ki, onlardan da yalnız ikisi – oğlu Rəşidbəy və qızı Nisə xanım uzun müddət yaşamış, qalanları isə erkən yaşlarında ölmüşdür.O zaman Qafqazın inzibati-mədəni mərkəzi sayılan Tiflis M.F.Axundovun dünyagörüşünə mühüm təsir göstərmişdir. Onun ilk şeiri “Zəmanədən şikayət” adlanır. Şeir fars dilində, klassik şərq şeiri ənənələri əsasında yazılmışdır. M.F. Axundzadəni görkəmli bir şair kimi geniş oxucu kütləsinə tanıdan 1837-ci ildə fars dilində yazdığı “Puşkinin ölümünə Şərq poeması”dır. Həmin əsəri şair özü rus dilinə tərcümə etmişdir.M.F.Axundov Şərqdə ilk dəfə dram janrında əsərlər yaratmışdır. Onun “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası (“Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)”, “Mürafiə vəkillərinin hekayəti”) 1859-cu ildə Tiflisdə nəşr edilmişdir.M.F.Axundov öz yaradıcılığında həmişə Avropa maarifçiliyinə böyük önəm vermişdir. M.F.Axundov 1878-ci il fevralın 26-da ürək xəstəliyindən vəfat etmiş və Tiflisdə dəfn olunmuşdur. Ruhu şad olsun. Amin.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru