ASİF OSMAN

ASİF OSMAN “ÜÇ YARPAQ” – DA

DEYİRLƏR

Dünyanın hər işi-gözümdə saxta,
Nə zamana sığır, nə də ki, vaxta.
Nadanın birini çıxarıb taxta,
Varlığın incisi, ləli deyirlər.

İnsanın taleyi qaralı-ağlı,
Çoxdur aramızda sinəsi dağlı.
Kasıbın üzünə qapılar bağlı,
Varlıya baş əyib “bəli” deyirlər.

Xeyirin yolları tuş gəlib nəhsə,
Şər həvəs göstərir düşdüyü bəhsə.
Öz halal haqqını istəyən kəsə,
Qan içən, qan soran zəli deyirlər.

Yoxdur qismətindən yarıyan, doyan,
Varmı bu dünyanı yoluna qoyan?
Ay Asif, gerçəyi çox etmə bəyan,
Düzü söyləyənə “dəli” deyirlər.

20. 05. 2019

= = = =

OLMASA

Ürək yanıb külə dönməz,
Odlara salan olmasa.
İnsan oğlu rahat yaşar,
İlantək çalan olmasa.

Məhəbbətdən güc alaram, 
Sevə-sevə ucalaram.
Ömür sürüb qocalaram,
Can evim talan olmasa.

Güldən xalı toxuyardım,
Şən nəğmələr oxuyardım,
Kədərimə son qoyardım,
Qürbətdə qalan olmasa.

Bir-birinə kömək edər,
Halal zəhmət getməz hədər,
İnan hamı haqqı güdər,
Ortada “filan” olmasa.

Dərd-qəm yeyib əriməzdim,
Cavan yaşda çürüməzdim,
Əyri yolda yürüməzdim,
Dünyamız yalan olmasa.

04. 05. 2019

= = = =

NEYNİRƏM

Bağ-bağçamda açılsa da gül-çiçək,
Kimsə dərib qoxlamırsa neynirəm.
Ürəyimi nişan alan bu göyçək,
Gözləriylə oxlamırsa neynirəm.

Yuxu görməz yalan yerə göz yuman,
İstəyini ala bilməz hər uman.
Görüşəndə eyləsə də andaman,
Hörmətimi saxlamırsa neynirəm.

Asif yanır nakam eşqin oduna,
Yarı gəlib yetişməyir dadına.
Tez-tez məni özü salıb yadına,
Arada bir yoxlamırsa neynirəm.

15. 04. 2019

Müəllif: ASİF OSMAN

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAQUF ORUCOV

RAQUF ORUCOV – DANIŞIR FOTOLAR:

RAQUF ORUCOV HAQQINDA BİOQRAFİK FİLM:

Allah rəhmət eləsin… Ruhu şad olsun… Amin…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAQUF ORUCOV

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsi qazisi, Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Raquf Orucovun doğum günüdür.

Raquf Orucov 12 iyul 1972-ci ildə Ağdam rayonunun Cinli kəndində anadan olub.
1990-cı ildə Sovet qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılaraq, çətin günlərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub. Raquf Orucov Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası alıb. 1993-cü ilin 12 iyununda erməni ordusunun Ağdam rayonunun Cinli kəndini işğal etməsi nəticəsində Raquf Orucov anası Raya xanımı itirib.

O, 1995-ci ildə Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə qəbul olub. Bir il sonra həmin məktəbi bitirən Raquf Orucov Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alsa da, gənc zabit ön cəbhədə olmağa üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağda alaraq, kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirib.

Polkovnik-leytenant Raquf Orucovun sonuncu döyüşü 2016-cı il aprel ayının əvvəlində olub.Düşmənlə qəhrımancasına vuruşan Rquf orucov şəhid olub. O, Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub.
2016-cı il iyulun 12-də UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutan “Qarabağ”- “Dudelanj” (2:0) görüşündən əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda həmin gün 44 yaşı tamam olan Raquf Orucovun xatirəsinə banner açılıb.

13 fevral 2017-ci ildə isə Oxford Məktəbində Raquf Orucovun həyatından bəhs olunan “Murov qartalı” kitabının təqdimatı mərasimi keçirilib.
Raquf Orucovun Aqşin və Nihad adında iki oğlu yadigar qalıb.

Allah rəhmət eləsin… Ruhu şad olsun… Amin…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“O“ HƏRFİNƏ AİD ŞEİR

“ O “ HƏRFİNƏ AİD ŞEİR

“ O “

O yumuru hərfdir,

Oxşayır yumurtaya.

Yazmağı lap asandı,

Qələmi kim fırlaya.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Qeyd:

Əlifbamızın bütün hərflərinə və rəqəmlərə air şeirlər:

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

HƏRFLƏRƏ AİD ŞEİRLƏR