PƏRİ – SÖZ DÜNYASI

Pərinin söz dünyası – öz dünyası

BİR QADIN…

Bir qadın dilənir küçə başında,
Onun gözlərini kədər bürüyüb. 
Çiynindən sallanan qara şalının,
O qara rəngini qədər bürüyüb.

Dünyanın, yükünü o çəkə-çəkə,
Ötürür həyatı o bəlkələrlə,
Gəzir sorağını acı taleyin,
Dilənir eləcə o küçələrlə.

Biri söyüş deyir,biri pul verir,
Qadının gözləri gör nələr deyir?
Kimi rüşvət yeyir,kimi qəm yeyir,
Dünyaya min dəfə o lənət deyir,

Dilənir bir parça o çörək üçün,
Övladın acıyla böyütmək üçün,
Dilənmir həqarət,bir təhqir üçün,
Dilənir ümidli gələcək üçün.

Biri villasında yatır çox rahat,
Biri Avropanı kefçün gəzərkən,
Birinin vicdanı susur narahat,
Bir parça çörəklə doyur o qadın.

Bəlkə,çox utanır dilənməyindən,
Köksü yaralanıb biganəlikdən,
O ağ bənizinin zərifliyindən,
Dünya heç xəcalət çəkirmi görən?

= = = =

DAHA…

Daha yol gözləmir indi gözlərim,
Çoxdan soyuyubdur baxislarim da 
İndi buz bağlamış pəncərəmdə də,
Daha iz salmayır naxislarim da..

Gözlərim yorulub yol gözləməkdən,
Nə dağdan gələn var, nə kənddən xəbər,
Hər dəfə ümidə bel bağlayıram,
Bəlkə bəxtim gülər sonuncu səfər.

Daha heç görmürəm isti yuxular,
Bəyaz Ay asılıb daş otağımdan,
Sübhədək gözümün kesiyin çəkir,
Süzülür,qurumur yaş yanagimdan.

Ümid kəndirini boynumdan asib,
Bir yola çıxmışam dagdan xəbərsiz,
Içimə atmışam xatirələri,
Keçir ömür yolum çağdan xəbərsiz. 

Müəllif: PARİ AZİMOVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Tamella Pərvin – Ana şeiri

anA şeirləri” layihəsindən növbəti şeir

ANA

(Anama bir az da zarafatyana…)

Gülür həsrətimin, yenə, sən üzü…
Gözünü yollardan yığıram, ana…
Səsində boğulur,-gəl, bala- sözü…
Bətnindən , yenimi doğuram , ana???

Yolların uzunu yormur,sənədi…
Yürüyür, arzular, vüsala doğru…
Sən ki,milyon ildi, milyon, sənədi…
Gizlədin,sinəndə, bu, közü, qoru…

Sözü sığalladın,-işi var- dedin…
Gözü sığalladın,-işi var-dedin…
Dedin,ayrılığın,-dişi var-dedin…
Sən hardan alırsan bu, gücü, ana…

Gəlirəm ay ana,çağın sevinir…
Gizlenib şamama, tağın sevinir…
Bostanın sevinir, bağın sevinir…
.Qoymaram,zay ola, şorun, ay ana…

Açıb qucağını, budu darvaza…
Gülür pəncərəmiz, yolun üzünə…
Elə paylanırsan, oğula, qıza…
Vaxtı da,saatın, vurma, üzünə…

Ay ana,nəfəsin gəzir üzümdə,
Vüsalın işığı, yarır, gecəni…
Ürəyin dil açır, dinir gözündə…
Bu necə işıqdır, danır , gecəni…

26.07.2019. Ağcabədi.

Müəllif: TAMELLA PERVİN

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TATARISTAN ŞAİRİ AYB-də

TATARISTANIN XALQ ŞAİRİ AYB-DƏ TƏDBİRDƏ

Tatarıstan millət vəkili və xalq şairinin “Payız yağmurları”nın AYB-də geniş təqdimatı keçirilib (31 iyul 2019-cu il).
Azərbaycan Yazıçılar Birliyinin(AYB) “NATAVAN” Klubunda Tatarıstanın Xalq şairi, Tatarıstan Respublikası Dövlət Şurasının üzvü, Dövlət Şurasının Maarif, Mədəniyyət, Elm və Milli məsələlər Komitəsinin başqanı, Dövlət Mükafatı Laureatı, görkəmli ictimai və dövlət xadimi RazilVəliyevin “Payız yağmurları” adlı şeirlər kitabının təqdimat törəni keçirilib.Millət vəkili prof.dr.Qənirə Paşayevanın dəvəti, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİB), Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində keçirilən təqdimat törənində tanınmış aydınlar, türkoloqlar, şairlər, yazıçılar, QHT və KİV nümayəndələri iştirak edib. Tədbiri açıq elan edən AYB-nin katibi Rəşad Məcid, mötəbər qonağı salamlayaraq, onu Azərbaycanda ilk kitabının çıxması, respublikamıza ilk səfəri və təqdimat törəni münasibəti ilə təbrik edib, yeni yaradıcılıq uğurları diləyib. R.Məcid hazırda xaricdə olan AYB sədri, Xalq yazıçısı ANARın salamlarını da çaytdıraraq, belə səfərlərin, təqdimatların qardaş xalqlar arasında ədəbi-mədəni bağların daha da möhkəmlənməsinə kömək etdiyini vurğulayıb. Milət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Razil Vəliyevin “Payız yağmurları”nın Azərbaycanda nəşr edilmiş ilk kitabı olduğunu, lakin son kitabı olmayacağını deyib, səfər müddətində baş tutmuş və keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verib, səfər proqramının zəngin olduğunu deyib. Təqdim olunan kitabın layihərəhbəri və baş redaktoru, Atataürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı şairin yaradıcılığı barədə söhbət açaraq, qeyd edib ki, “Payız yağmurları”ında toplanmış şeirlər iki dildə ( -Azərbaycan və tatar dillərində) verilib; şeirləri rus və tatar dillərindən şair-publisist dr.Həyat Şəmi çevirib. Nəşrin məsləhətçiləri Millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Tatarıstanda yaşayan soydaşımız, tanınmış vəkil İsmət Orucəliyev, rəyçiləri isə Millət vəkilləri dr. Cavanşir Feyziyev və Qənirə Paşayevadır. Kitaba “Ön söz”ü yazıçı-publisist, “Ustad” dərgisinin baş redaktoru dos.dr.Şəmil Sadiq yazıb. Kitab Azərbaycanın və Tatarıstanın aparıcı kitabxanalarına, Azərbaycan-tatar ədəbi bağları, tatar ədəbiyyatı üzərinə tədqiqat aparan araşdırmaçılara paylanacaq. Dr. Həyat Şəmi, dos.dr. Şəmil Sadiq ustad şairin şeirlərinin məziyyətləri barədə danışıblar. Tanınmış yazıçı-publisist dr.Yunus Oğuz, ünlü televizyaçı Etibar Babayev, “Şöhrət” ordenli türkoloq alim Ramiz Əsgər, AMEA Folklor İnstitutunun bölmə müdiri, tükoloq Əli Şamil, qocaman şair Oqtay Rza, Bakıdakı “Tuqan Tel” Tatar Mədəniyyət Cəmiyyətinin başçısı Gülcan Myasoutova və başqa çıxışçılar da Xalq şairinin Azərbaycan səfəri, Bakıda çıxan ilk kitabı barədə, habelə iki qardaş xalq arasında bağların dünəni, bugünü və gələcəyi üzərinə ürək sözlərini bölüşüb. Sonra təşkilatçı qurumlar adından çıxış edən xanım Paşayeva Xalq şairi Razil Vəliyevə, Tatarıstan-Azərbaycan ədəbi-mədəni bağlarına verdiyi töhfələrə görə, tanınmış vəkil İsmət Orucəliyevə Tatarıstan-Azərbaycan ictimai-mədəni bağlarının güclənməsinə verdiyi töhfələrə görə plaket və neftlə işlənmiş rəsm əsəri hədiyyə edib. Xalq şairi Razil Vəliyev onun kitabının nəşrində iştirak etmiş hər kəsə təşəkkür edib, yüksək səviyyədə təşkil olunmuş təqdimat törəni üçün minnətdarlığını bildirib, nəşri həyata keçirmiş Azərbaycan aydınlarına Tatarıstan Dövlət Şurası adından “Rəxmət xatı” – “Təşəkkür məktubu” təqdim edib. Qeyd edək ki, “Rəxmət xatı” ilə təlif edilən Millət vəkili Qənirə Paşayeva, həm də Tatarıstan Dövlət Şurasının yubiley medalı ilə təltif edilib. R.Vəliyev Azərbaycanlı həmkarına uğurlar arzulayıb, onunla 2014-cü ildə Kazanda – Dövlət Şurasında görüşünü məmnunluqla xatırladaraq, yenidən Tatarıstana dəvət edib. Xalq şairinin Azərbaycan səfəri davam edir. Gündəlikdə Sumqayıt Poeziya Evində “İmza günü”nün keçirilməsi, Tatarıstanın Azərbaycandakı Nümayəndəliyində tatar icması ilə görüş və digər maraqlı görüşlər də var.

TƏDBİRDƏN FOTOLAR:

Mənbə: Ganire Pashayeva

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“P“ HƏRFİNƏ AİD ŞEİR

“ P “ HƏRFİNƏ AİD ŞEİR

“ P “

Paşa, əlində maşa

Hücum çəkdi pişiyə,

Burda pişik özüməm

Haydı çıxdın eşiyə!

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Qeyd:

Əlifbamızın bütün hərflərinə və rəqəmlərə air şeirlər:

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

HƏRFLƏRƏ AİD ŞEİRLƏR