PƏRİ – SÖZ DÜNYASI

Pərinin söz dünyası – öz dünyası

BİR QADIN…

Bir qadın dilənir küçə başında,
Onun gözlərini kədər bürüyüb. 
Çiynindən sallanan qara şalının,
O qara rəngini qədər bürüyüb.

Dünyanın, yükünü o çəkə-çəkə,
Ötürür həyatı o bəlkələrlə,
Gəzir sorağını acı taleyin,
Dilənir eləcə o küçələrlə.

Biri söyüş deyir,biri pul verir,
Qadının gözləri gör nələr deyir?
Kimi rüşvət yeyir,kimi qəm yeyir,
Dünyaya min dəfə o lənət deyir,

Dilənir bir parça o çörək üçün,
Övladın acıyla böyütmək üçün,
Dilənmir həqarət,bir təhqir üçün,
Dilənir ümidli gələcək üçün.

Biri villasında yatır çox rahat,
Biri Avropanı kefçün gəzərkən,
Birinin vicdanı susur narahat,
Bir parça çörəklə doyur o qadın.

Bəlkə,çox utanır dilənməyindən,
Köksü yaralanıb biganəlikdən,
O ağ bənizinin zərifliyindən,
Dünya heç xəcalət çəkirmi görən?

= = = =

DAHA…

Daha yol gözləmir indi gözlərim,
Çoxdan soyuyubdur baxislarim da 
İndi buz bağlamış pəncərəmdə də,
Daha iz salmayır naxislarim da..

Gözlərim yorulub yol gözləməkdən,
Nə dağdan gələn var, nə kənddən xəbər,
Hər dəfə ümidə bel bağlayıram,
Bəlkə bəxtim gülər sonuncu səfər.

Daha heç görmürəm isti yuxular,
Bəyaz Ay asılıb daş otağımdan,
Sübhədək gözümün kesiyin çəkir,
Süzülür,qurumur yaş yanagimdan.

Ümid kəndirini boynumdan asib,
Bir yola çıxmışam dagdan xəbərsiz,
Içimə atmışam xatirələri,
Keçir ömür yolum çağdan xəbərsiz. 

Müəllif: PARİ AZİMOVA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru