Qarabağdır Azərbaycan !!!

qarabağ azərbaycanındır !

Ürəyimdə min bir istək, dodağımda xoş təbəssüm,
Vətənim seyr etməkdən doymur könlüm, doymur gözüm,
Qəlbi dağlar bir əzəmət, əbədiyyət, səbr, dözüm,
Daim döyüş, mübarizə damarlarda coşan al qan,
Şəfəqlərdən cilvələnən bir mayakdır Azərbaycan !

Bu da dünya xəritəsi-Odlar yurdum, mavi Xəzər
Dünyamızın sinəsində pöhrələnən gülə bənzər.
Bakı çıraq, dikilibdir bu çırağa min-min gözlər,
Sərvətimin arxasınca hey sürünür qarı düşman,
Acgözlərin gözlərinə ox-bıçaqdır Azərbaycan !

İlk teatr, ilk opera, ilk mətbuat, ilk əlifba…
Qoca Şərqi heyran qoyur min-min zəka, min-min düha,
Min ildir ki, yol gedirik bütövlüyə, azadlığa.
İndi Vətən göylərində nə çovğun var, nə də duman,
Müstəqillik zirvəsində bir bayraqdır Azərbaycan !

Canım Şuşa bir tamaşa, səcdəgahdır imanıma,
Yollar gedir Xankəndimə, Xocalıma, Ağdamıma.
Bütövlükdür inandığm, kölgə düşməz inanıma.
Həm Dərbənddir, həm Zəngəzur, həm Təbrizdir, həm Naxçıvan
Qarabağdır, Qarabağdır, Qarabağdır Azərbaycan !!!

27.04.2009.

Müəllif: TOFİQ QƏBUL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yeni kitab – “İldırım Əkbəroğlu”

Bu kitab Azərbaycanın Milli Qəhrəmanı  Rövşən Hüseynovun xatirəsi əbədiləşdirmək məqsədi ilə həyata keçirilən “25 YARPAQ” layihəsi çərçivəsində nəşr olunur. Kitabda böyük oxucu kütləsinin rəğbətini qazanmış, lakin hələ kitab şəklində çap olunmamış İldırım Əkbəroğlunun özünün seçdiyi və bir kitab halında görmək istədiyi 25 şeiri  yer almışdır. İldırım Əkbəroğlunun kitabda toplanan şeirlərinin əksəriyyəti böyük tərbiyəvi əhəmiyyətə malik olub, dərin ibrətamiz mahiyyət kəsb edir.  

“Yazarlar” jurnalının xüsusi buraxılışı. (QN : 2319)  

Üçüncü  buraxılış – Yazarlar N: 03 (003) 19.09.2019

E-KİTAB PDF FORMATDA BURADA:  İLDİRİM AKBEROGLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əminə Elsevər

ŞAİRİN  HEYKƏLİ

(İldırım ƏKBƏROĞLU haqqında)

İldırım Əkbəroğlunun şeirlərini oxuduqca məni yalnız bir sual düşündürürdü… Niyə istedadlı insanlar  nəyinsə naminə öz yaradıcı həyatını gündəlik icraçı həyata dəyişir və onun əvəzinə başqa minlərcə insanın görə biləcəyi işlərə vaxt, hətta ömür sərf edirlər??? Tandığım bir çox başqa sahədə çalışan  xüsusi  qabiliyyət, istedad sahibi olan insanlardan biri də məhz İldırım Əkbəroğludur. Çox xırda nüansları (bunlara nöqsan, qüsur və ya çatışmazlıq demək olmaz) nəzərə almasaq, İldırım Əkbəroğlu özünü şair adlandırıb, adının qabağında sicilləmə ödülllər sıralanmasını istəyənlərin  çoxundan min qat daha artıq şair və söz adamıdır. Məncə belə şəxslərin seçimləri özlərinə aid olsa da müəyyən mənada belə seçimə haqq qazandırmaq olmaz. Çünki, bir fərdin şəxsi seçimi nəticəsində bir xalq müəyyən mənada itirir və nəticədə məntiqsizlik, qəribə paradoksal vəziyyət yaranır. Xalqın dərdin çəkən, onun problemindən yazan bir şəxs həm də ona müəyyən mənada ziyan vurmuş olur… Bəlkə elə buna görə deyirlər ki, şairlərin məntiqi olmur… Bəlkə… Hər halda İldırım Əkbəroğlunun bu 25 şeiri, söz mülkünün şairlər sarayının divarlarında  25 qranit kərpic kimi öz yerini tutub möhkəmlənəcək və gələcək nəsillərə vətənpərvər bir şair obrazını çatdıracaq heykəl missiyasını yerinə yetirəcək  səviyyədə olduğu qənaətindəyəm.

Müəllif: Əminə Elsevər

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BALAYAR SADİQ

Balayar SadiQDƏN BİR ŞEİR

CIDIR DÜZÜNDƏN REPORTAJ

İsa bulağında 
əl-üzünü yuyur 
unudulmuş xatirələr…

Cıdır düzünə səpələnmiş 
mərmi qəlpələridir
«Koroğlu» uverturasının 
çiliklənmiş notları.

Hər şey 
həqiqət rəngində, hər şey…
Xarı bülbülün ləçəkləri
Tanrıya yetməyən 
imdad məktublarıdır.

Allahin penah qapisindan 
kilid kimi 
asiblar Susani,

Bir misra Natevan qezelinin 
gelin sinesine
danga kimi 
basiblar Susani

Həqiqətin dili 
xəcalətdən 
topuq çalır burda.

Şeytan qəhqəhəsidir 
Şuşa qalasında 
qalanmış 
gavur ocağının tüstüsü…

Sengerleri genis qazin,
qoy pozulmasin 
general paltarinin utusu

Bax, 
Şuşa məscidinin divarlarında
güllə yaraları sızlayır hələ də…

Allahin sebrinden yixilib
Şuşa məscidi…
Susa mescidinden 
yixilib veten…
Vetenden coxdan yixilmisiq
Sen,
Men…

Susadan uzaqda
“Cidir duzu” restaranindan
yixilib Allah…

“Quran”in uzune baxmaqdan
utanir “Incil”…

Isanin adini 
her gun goz yasiyla yuyur
“Isa bulagi”

Bəs sənin itkin düşmüş 
vicdanından 
«Qırmızı xaç» 
məktub gətirirmi heç, 
Məryəmin oğlu?!

Müəllif: BALAYAR SADİQ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NAZİM YAQUBOĞLU

qarabağ şeirlərdə

AZƏRBAYCAN – QARABAĞSIZ ŞİKƏSTDİR 

Azərbaycan – Qarabağsız yaralı ,
Azərbaycan – Qarabağsız şikəstdir .
Xocalıdan , Kəlbəcərdən aralı ,
Bunca dözdüm , daha yetər , əbəsdir ,
Azərbaycan – Qarabağsız şikəstdir .
****
Ruhumuza yaraşıqdir , bəzəkdir ,
Oddan , Sudan daha artıq gərəkdir .
Biz bir caniq , o sinədə ürəkdir ,
Qəlbi candan ayrı salan nakəsdir ,
Azərbaycan – Qarabağsız şikəstdir .
****
Yerdən Marsa ” İpək yolu ” çəksək də ,
Min ” göydələn ” körpü , saray tiksək də ,
Tərəqqidə Avropanı keçsək də ,
Qarabağsız həyat bizə qəfəsdir ,
Azərbaycan – Qarabağsız şikəstdir .
****
Həm xanəndə , həm aşıqdir Qarabağ ,
Həm Günəşdir , həm işıqdır Qarabağ ,
Ana yurda yaraşıqdır Qarabağ ,
Millətimə candır , qandır , nəfəsdir ,
Azərbaycan – Qarabağsız şikəstdir .
****
Gör Şuşasız nə virandır bu Vətən ,
Xankəndisiz bir zindandir bu Vətən .
Qarabağsız yarimcandır bu Vətən ,
Ruhsuz , başsız qaldığımız ta bəsdir ,
Azərbaycan – Qarabağsız şikəstdir .
****
Saakyan Şuşada fərman verir ,
Xocalının yaraları qan verir .
Azərbaycan Qarabağsız can verir ,
Bu zülmdür , bu sistemdir , bu qəsddir ,
Azərbaycan – Qarabağsız şikəstdir .
****
Yaquboğlu , bir gün ola , görəsən ,
O cənnətdə azad , rahat öləsən .
Bu arzuya qovuşmağın deyəsən ,
Boş xülyadir , xam xəyaldır , həvəsdir ,
On səkkiz il səbr elədik ta bəsdir ,
Azərbaycan – Qarabağsız şikəstdir .

12 . 02 . 2010 .

<<<<qARABAĞ ŞEİRLƏRDə>>>>

QARABAĞ

Ölüb torpağına qarışmamışam ,
Yanında qaradır üzüm , Qarabağ .
Səni əsir edib yağıya , yada ,
Didərgin olmuşam özüm , Qarabağ .
****
Səndən ayrilanı batmısam yaşa , 
Qürbətdə ömür də olurmuş qısa .
Sənə efirlərdən baxmaqdandisa ,
Kaş ki , kor olaydı gözüm , Qarabağ .
****
Sənsən damarımda dövr edən qanım ,
Varlığım , həyatım , ürəyim , canım .
Sənsən adım , sanım , şərəfim , şanım , 
Söhbətim , Qarabağ , sözüm , Qarabağ .
****
Torpağın dərmandır könül ağrıma ,
Öpüm çınqılını , başım bağrıma .
Geniş çöllərinə , dar cığırina ,
Düşmür neçə ildir izim , Qarabağ .
****
Sənsiz bir arzum da yetməyib başa ,
Ümidim , niyyətim toxunub daşa .
Ölüm mənimkidir , təki sən yaşa ,
Sənə qurban olsun Nazim , Qarabağ .

Müəllif: NAZİM YAQUBOGLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Həqiqət Həqiqi

Həqiqət HəqiqİDƏN BİR ŞEİR

ELƏ YORULMUŞAM Kİ

Elə yorulmuşam ki, elə yorulmuşam ki, Qarabağın dərdinə,
Elə yorulmuşam ki,
Qara bağrın dərdinə.
İnsanlığı bilməyən insanların dərdinə…
İnsanlığı bilməyən insanların dərdi nə?!
Elə yorulmuşam ki…
Elə yorulmuşam ki,
Hər şənliyin sonunda,
arsızlığın donunda,
bu torpaqın qoynunda,
Qaldıraq bayraqları deyən ürəksizlərdən…
Kürəyini düşmənə 
qardaş deyib söykəyən, alçaq kürəksizlərdən
elə yorulmuşam ki…
Elə yorulmuşam ki,
Yalan vədələrindən.
Elə yorulmuşam ki,
Məmur oğullarının
Azğın dədələrindən!
Yoruldum Xoçalının,
yoruldum Laçınımın,
Yoruldum Ağdamımın 
hər il qayıtmasından!
Yoruldum qaçqınımın 
qaçqınlıq libasından!
Yoruldum daha, yetər,
Qacqınıq daha betər!
Soyunun bu libası,
Qaçqınlıq qəm adası.
İsti soba içində, buzdur qaçqın odası.
Yoruldum bu adlara..
Qaçqınlarla bərabər mən də düşdüm odlara.
Elə yorulmuşam ki…
Yormayin bu millətin dərin hafizəsini,
Torpaqla bir veririk ömrün çox hissəsini.
Qaçqınsız deyə-deyə insanlıqdan qaçırıq,
Qaçqınsız deyə-deyə düşmənə yol açırıq.
Özümüz özümüzdən uzaqlaşıb qaçırıq.
Belə getsə oyanıb görəcəyik qaçqınıq.
Elə yorulmuşam ki.
Daha qaçqın olmağa gücüm qüvvətim yoxdu.
Mənim qaçqın olmağa daha, millətim yoxdu!
Elə yorulmuşam ki, saxta verilən vədə.
Özün öz torpağında Qaçqın deyilsən, dədə!

23.08.2019.

Müəllif: HƏQİQƏT HƏQİQİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Müzəffər Məzahim

MüzəffəR MəZAHİm “üç yarpaq”-da

EY VƏTƏN ÖVLADI…

Ey Vətən övladı, gəl, qıyma əzilsin Qarabağ!
Tapdaq altında qalıb bunça üzülsün Qarabağ!?

Öndə düşmən dayanıb, arxada sevdiklərimiz,
Geri yol yoxdu, zəfər gözləyir evdəkilərimiz,
Bu inamla hücuma keçsək əgər əzm ilə biz,
Öz halal haqqını gec-tez alacaqdır Qarabağ,
Bu çətin məngənədən qurtulacaqdır Qarabağ.

Rəhbər olsun bizə bu qovğada öz vicdanımız,
Qoymayaq yerdə qala bunca tökülmüş qanımız,
Qələbə marşı çalaq, ərzə yayılsın şanımız,
Yenə olsun əbədi müstəqil, azad Qarabağ,
Yenə saçsın cahana ətrini abad Qarabağ.

Ey igid! Sən də zəfər müjdəni qat yurdumuza,
Öz mətin ruhun ilə gəl, ver həyat yurdumuza,
Dayanıb-durmaq ilə yoxdur nicat yurdumuza,
Gözləri yollardadır, qurtula xardan Qarabağ,
Çıxa aydınlığa bu düşdüyü dardan Qarabağ.

= = = =

YOLSUZLAR

Yenə məsləksizlər məsləhət verir,
Yenə yol göstərir bizə yolsuzlar.
Yenə dolanbaca salıb azdırır,
Köhnə yolçuları təzə yolsuzlar.

Mərdlikdən dəm vurar satqın, güdüklər,
Çalar hər havada arsız düdüklər,
İz qoyaq yol olsun,-dedik, gədiklər,
Bir iz qoymadllar izə yolsuzlar.

Desən ki, yollanaq, gəl gedək yola,
Yolunu azdırıb qalacaq dala,
Gah mıxa vuracaq, gah da ki nala,
Bəddə dirənərlər üzə yolsuzlar.

Haqq yolu, el yolu, Vətən yolu var,
Əqidə safdırsa yolunu tapar,
Mötəbər deyil ki, bunlarda ilqar,
Daş qoyar, mız qoyar düzə yolsuzlar.

= = = =

BU TORPAĞIN OĞULLARI

Pozulubdur sığalları,
Sevməz daha nağılları,
Bu torpağın oğulları,
Dözümə düşmən kəsilib.

Basılıbdır sərhədlərim,
Haya gedib igidlərim,
Səbr verən öyüdlərim,
Özümə düşmən kəsilib.

Sevincim əsirmi qəmdə?
Bu millət qalmaz ələmdə.
Dərdimi yazmır qələm də,
Sözümə düşmən kəsilib.

Oyatmışam yaddaşı da,
Yanır bağrımın başı da,
Daha gözümün yaşı da,
Gözümə düşmən kəsilib.

Müəllif: MUZEFFER MEZAHİM

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SEVDA İBRAHİMLİ

Torpaq həsrəti
Qarabağ, dustaqdır gözü yoldadır,
Ağlayan gözümün nuru torlanır.
Düşmən hiyləsiylə torpaq qoparıb,
Namusu qeyrəti söküb aparıb.

Ürək haray çəkir üsyan qoparır.
Torpaq deyə- deyə qocaldıq artıq,
Bu günun sabahı deməkdən doyduq,
Ruhumuz göylərə yol alır artıq.

Bulud oldum yağan yağışa döndüm,
Torpaq oldum bitən qamışa döndüm
Axan çaydım coşqun dənizə döndüm
Qarabağ torpağın ala bilmədim.

Yazır qələmimiz meydan oxuyur,
Vətən harayından xalça toxuyur
İlməsi, naxışı mərmi güllədi
Qırmızı rəng ilə qanla toxuyur .

Torpaq həsrətindən hasar çəkmişəm 
Nisgilin sinəmə nacar çəkmişəm.
Xarı bülbül yalandı könlüm oxuyur
Qarabağ naləsin çəkir oxuyur. 
25.07.2019.

Müəllif: Sevda İbrahimli

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TUNCAY MUSTAFAYEV

“KAKTUS YARPAQLARI” – TUNCAY MUSTAFAYEV (SENSEY)

AZƏRBAYCAN

Biz müstəqil dövlətik!

Bizim bayrağımız var.

Babalardan əmanət

Qalan torpağımız var.

* * *

Borcluyuq qorumağa!

Qulluğunda durmağa!

Əkməyə, suvarmağa

Dədə tövsiyəmiz var.

* * *

Tuncayam, elim, Ağdam!

İnana bilmir adam.

Vətən edilib, edam…

Dörd yanda tikəmiz var!

14.04.2018. (İlk şeir) Bakı ş.

= = = =

AY DAĞLAR

Dağlar, dağlar, ay dağlar,

Barlı, baratlı dağlar.

Qonaq-qaralı dağlar,

Paylı, sovqatlı dağlar.

* * *

Başqa aləm yaz, bahar,

Gül bülbülə yar olar,

Nə istəsən burda var,

Bağlı, bağatlı dağlar.

* * *

Tutulubdu yol-iriz,

Dağlarsız qalmışıq biz.

Darıxıb yol, izimiz,

Yollu, yolatlı dağlar.

* * *

Qarabağda qaldı dağ,

Sinəmizə çəkdi dağ,

Azad olsun qarabağ,

Toylu, büsatlı dağlar.

* * *

Ellər qalıb aranda,

Yollar itib dumanda,

O günlər qaldı harada?

Elli, elatlı dağlar.

* * *

Tuncay kimdi, nə bilə?

Yaş gördüm; bıldır, gilə.

Gözlər kor, görə-görə,

Ellər həsrətli, dağlar…

27.04.2019. Bakı ş.

Müəllif: Tuncay Sensey

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəmsiyyə Qaramanlı

durnalar…

Pərən düşmüş dəstənizi qatara
Düzüb uçun Qarabağa, durnalar.
Yol gözləyən el-obanı kəndbəkənd
Gəzib uçun Qarabağa, durnalar.

Yadlar yığışıbdır Çətir bulağa.
Çatladı dodağım, yetir bulağa.
Topla gözəlləri gətir bulağa,
Sızıb uçun Qarabağa, durnalar.

El talandı Xocalıda, Laçında,
Tel qalmadı qiz-gəlinin saçında.
Halay qurun, dövrə vurun Xaçında
Süzüb uçun Qarabağa, durnalar.

Yurd yağıya əsir düşdü-rəzalət.
İllər ötür, qurtuluş yox-qəbahət.
Bəsdi, bizi basdı daha ətalət
Bezib uçun Qarabağa, durnalar.

Bir himə bənd,çək arxanca qoşunu,
Vermə yada torpağını, daşını,
Gədiklərdə azğınların başını
Əzib uçun Qarabağa, durnalar.

21.07.2019.

Müəllif: ŞƏMSİYYƏ QARAMANLI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru